Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Ən böyük əngəl – müvəqqəti status


Minsk Qrupu həmsədrləri gözləyir
Minsk Qrupu həmsədrləri gözləyir
Hazırda sülh prosesinə ən böyük əngəl Dağlıq Qarabağa vermək istədikləri müvəqqəti statusdur. Mübahisə bu müvəqqəti statusa erməni tərəfinin razı olması ətrafındadır.
Londondakı Hərb və Sülh Xəbərləri İnstitutu yazır ki, bunu danışıqların iştirakçıları deyirlər.

Dağlıq Qarabağa müvəqqəti status işğal olunmuş Azərbaycan ərazilərindən erməni qüvvələrinin çıxması müqabilində verilməlidir.

Dağlıq Qarabağın keçmiş xarici işlər naziri Masis Maliyan deyir ki, «Dağlıq Qarabağ erməniləri əllərində olan real torpaqları xəyali müvəqqəti statusa dəyişə bilməzlər. Bu bərabər alış-veriş deyil».

Ermənistan prezidenti Serj Sarkisyanı isə Dağlıq Qarabağın son statusu narahat edir. O Avropa Birliyi 3-lüyü ilə Yerevanda görüşəndə deyib ki, Dağlıq Qarabağın statusu ilə bağlı maddələr elə yazılmalıdır ki, ikili yozuma yer qalmasın.

Danışıqların indiki mərhələsi haqda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın dediyi də maraqlıdır: «Biz həllə yaxınıq yoxsa yox, bunu demək çətindir. Ancaq danışıqlar heç vaxt belə qarma-qarışıq olmayıb».

O deyir: «Həmsədr ölkələr tərəfindən bir tələskənlik var. Bu, tərəflərə əlavə təzyiqdir. Bu, vasitəçilərin beynində olan digər məsələ - Ermənistan-Türkiyə sərhədinin açılması ilə birlikdə götürəndə, tərəflərin barışmasını və saziş imzalamasını çətinləşdirir».
XS
SM
MD
LG