Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

Dünya siyasətinə təsir edən bazar...


Əslən Azərbaycandan olan milyarder Telman İsmayılovu Rusiyada niyə “vurdular”? “İnternational Herald Tribune” qəzeti Moskvada bağlanan “Çerkizov” bazarı haqda yazısında bu suala cavab tapmağa çalışır.

Bazar o qədər böyükdür ki (160 hektar), onu “dövlət içində dövlət” də adlandırırlar. Burada 100 min miqrant çalışırdı – Çindən, Azərbaycandan, Vyetnamdan, Tacikistandan, Əfqanıstandan. “Çerkizov”un öz polisi, öz məhkəməsi vardı. Metal konteynerlərin birində bank filialı da fəaliyyət göstərirdi. Bazarda işləyən taciklərin sayı o qədər çox idi ki, hətta burada Tacikistan konsulluğunun şöbəsi də açılmışdı.

Rusiya hökuməti bildirir ki, təxminən 20 minə yaxın insan bazardakı konteynerlərdə yatırdı, vərəm və sifilis bazar əhlinin ən çox tutulduğu xəstəliklər idi. Bazarda gizli fahişəxanalar da fəaliyyət göstərirdi. Bundan başqa Rusiya rəsmiləri bazarda satılan malların çox hissəsinin qaçaqmal olduğunu iddia edir.

Amma Moskvadakı Çin diasporunuı təmsil edən Arseni Popov deyir ki, bazar 15 ildi fəaliyyət göstərirdi, onun fəaliyyətində yeni bir şey yox idi. Rusiya rəsmiləri indi niyə hərkətə keçiblər?

Çerkizov bazarı Moskva ətrafında yerləşir və 160 hektar sahəni əhatə edir

İnternational Herald Tribune” xatırladır ki, bir müddət qabaq bazarın sahibi Telman İsmayılov Türkiyədə dəyəri 1,4 milyard dollar olan otel açdı, açılışa ollivud ulduzlarını dəvət etdi. Qəzet yazır ki, bu, Rusiya hökumətinin xoşuna gəlməyə bilərdi, onsuz da qlobal iqtisadi böhrandan əziyyət çəkən Rusiyada hansısa biznesmenin sərmayəni başqa ölkəyə yatırması baxımından. Bundan başqa baş nazir Putinin Moskva meri Lujkovla köhnə rəqabəti var. İsmayılov isə Lujkovun adamı kimi tanınır. Elə Antalyadakı otelin açılışında Lujkov da iştirak edib.

Bazarın bağlanması miqrantların etirazlarına səbəb olub, onlar hətta toplaşıb şosse yollarının birini kəsiblər. Amma polis aksiyanı dağıdıb. Bu məsələ Rusiya ilə Çin arasındakı münasibətlərə də təsirsiz ötüşməyib. Bazarda işləyən 50 min çinli işsiz qalıb və Çin öz ticarət nazirinin müavinini buna etirazını bildirmək üçün Moskvaya göndərib.

XS
SM
MD
LG