Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Donuz qripi hamilələrə tez yoluxur


Hamilə qadınların donuz qripinə yoluxma ehtimalı digərlərindən 4 dəfə çoxdur
Hamilə qadınların donuz qripinə yoluxma ehtimalı digərlərindən 4 dəfə çoxdur
Hamilə qadınların donuz qripinə yoluxma ehtimalı digərlərindən 4 dəfə çoxdur. Britaniyanın Times qəzeti yazır ki, belə bir nəticəyə ABŞ tədqiqatçıları gəlib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmasına görə, hamilə qadınlar donuz qripi, hətta mövsümi qriplərə daha həssasdır, bunlardan ölə də bilərlər. Mərkəz bildirir ki, ona görə də peyvənd olan kimi onu birinci növbədə hamilə qadınlara vurmaq lazımdır.

Bununla belə, artıq azı 2 hamilə Britaniyada H1N1 virusundan ölüb, 3-cü qadın isə İsveçə təvili müalicə almaq üçün göndərilməlidir.
Tədqiqatçılar deyir ki, hamilələr qrip virusunun əlamətlərini hiss edən kimi dərhal virus əleyhinə müalicə almalı; vaksin olanda isə onu yalnız bircə dəfə qəbul etməlidirlər.

Dərmanların dölə mümkün mənfi təsiri barədə az şey məlumdur, ancaq alimlər bildirir ki, onların mənfəəti risklərindən daha yüksəkdir.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, aprel-may aylarında ABŞ-da 34 hamilə qadında donuz qripi virusu olub. Onların 1/3- i, yəni 11-I hospitala yerləşdirilib. Tədqiqat göstərib ki, hospitallarda H1N1-lə yatan adi insanlar hamilələrin 8 faizi qədərindədir.
Araşdırmaya görə, virusdan ölən heç bir hamilə qadına 48 saat ərzində - virusun əlamətləri yarananda onun əleyhinə dərmanlar verilməyib. Buna görə də belələrində pnevmoniya və «kəskin tənəffüz ağrıları sindromu» artıb.

Hamilə qadınların donuz qripinə həssas olmasının səbəbini araşdırmanın müəllifi Denis Camieson izah edir:
«Bu qadının orqanizmində gedən dəyişikliklərlə əlaqədardır. Orqanizmdə mexaniki və hormonal dəyişikliklər baş verir. Ağ ciyərlərin iş qabiliyyəti azalır, çünki uşaqlıq böyüyür deyə diafraqmanı yuxarı qaldırır və sadəcə ciyərlər üçün yer azalır. Bütün bu dəyişikliklər onları qriplərə və digər viruslara qarşı daha çox həssas edir».

Bütün bu səbəblərə görə İngiltərədə hamilə qadınların mövsümi qriplərdən peyvənd olunması tövsiyyə olunub.
XS
SM
MD
LG