Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Dövlət axundlara maaş verməyə hazırlaşır


Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayı, 12 avqust 2009
Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayı, 12 avqust 2009
Dövlət prokurorlara, məhkəmələrə maaş verdiyi kimi, axundlara da maaş verməlidir. Qubanın axundu Hacı Mirələsgər Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayında çıxış edərək belə deyib.

O hesab edir ki, əgər dövlət prokurorları maaşla təmin edirsə, dinə, mənəviyyata xidmət edən axundları da əməkhaqqı ilə təmin etməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə deyir ki, Allahşükür Paşazadənin təşəbbüsü ilə dövlət bu məsələnin həlli üçün lazımı işlər görür.
XS
SM
MD
LG