Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

Xuliqanlıqda ittiham olunan məhbus təcridxanada öldü


Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu araşdırma aparır
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu araşdırma aparır
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında müttəhim Vüqar Rzayev ölüb. O, Cinayət Məcəlləsinin 221-ci maddəsiylə (xuliqanlıqda) ittiham olunurmuş.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə onun haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilibmiş.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat üzrə sözçüsü Mehman Sadıqovun AzadlıqRadiosuna verdiyi məlumata görə, ilkin diaqnoza əsasən, Vüqar Rzayev ürək çatışmazlığından ölüb:

«Ölüm hadisəsi ilə bağlı tibbi ekspertiza da keçiriləcək. Amma ilkin müayinə göstərir ki, ürək çatışmazlığından vəfat edib».

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu araşdırma aparır.
XS
SM
MD
LG