Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:53

Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockseliusun müsahibəsinin tam mətni


Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius ilə müsahibə.

Ermənistana səs verən Azərbaycanlıların MTN-ə dəvət olunması ilə bağlı xəbərlər yayılır, bununla bağlı şərhiziniz varmı?

- Müsabiqənin təşkilatçıları kimi biz mediada bu məsələ ilə bağlı yer alan ittihamlar və şayiələrdən xəbərimiz var. Keçən həftə biz tədqiqata başladıq. Bu aşdırmada bizim texniki tərəfdaşımız da iştirak edəcək. Hadisənin texniki tərəfini araşdırmaqla yanaşı Azərbaycandan olan tərəfdaşımıza imkan verməliyik ki, məsələyə aydınlıq gətirsin. Amma araşdırma başa çatmamış biz məsələni şərh etməyəcəyik.

MTN-ə çağırıldığını deyən bir nəfər mətbuata müsahibə verdiyi halda bunu şayiə adlandırmaqınız nə ilə bağlıdır?

- Bizim üçün öz tədqiqatlarımız daha mühümdür.

Bəs müsabiqə rəhbərliyi öz tədqiqatını necə aparır?

- Hər il müsabiqədən sonra müəyyən qaydaların pozulması ilə bağlı ittihamlar səslənir. Biz bu məsələləri ciddi araşdırırıq. Biz tərəfdaşlarımızla müzakirə aparırıq. Onların bununla bağlı texniki bilikləri var – o mənada ki nə eləmək, yaxud eləməmək olar. Bu araşdırma nəticəsində biz qərar veririk.

Keçən il bizim müsabirəqədə 40 ölkə iştirak edirdi və onların demək olar ki, hamısı qaydalara riayət etmişdi. Bir təşkilatçı kimi bizim əsas vəzifəmiz odur ki, müsabiqə qaydalarına riayət olunmasına nəzarət edək. Musabiqənin qaydaları olduqca aydın ifadə olunub. Nə olar, nəyə icazə yoxdur

- Bəs adətən araşdırma təsdiqini tapanda ki hansısa dövlət müsabiqə qaydalarını pozub hansı ölçü götürülür?

- Bizim çox aydın sistemimiz var. Qaydaları pozan tərəf cərimə oluna bilər və ya 3 illiyinə müsabiqədə iştirak hüququndan mərhum edilə bilər.
XS
SM
MD
LG