Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:28

«Şəhidlər» Məscidi açılacaq, ya açılamayacaq?


Şəhidlər Məscidi
Şəhidlər Məscidi
«Ümumiyyətlə, bizdə Şəhidlər Məscidiylə bağlı verdiyimiz açıqlamadan başqa yeni məlumat yoxdur. Əgər müşavir bildirirsə ki, açılmayacaq, bu barədə onlardan soruşmaq məqsədəuyğun olardı…»

Dini Qurumularla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov belə deyir. Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahinin Şəhidlər məscidiylə bağlı dediklərini şərh edərkən.

«ŞƏHİDLƏR CAMESİ» AÇILMAYACAQ»

Məsələ bundadır ki, Türk məscidi kimi tanınan «Şəhidlər camesi» aylardı qapısı bağlı qalıb. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, məscid sadəcə, təmirə dayanıb, burda siyasi məqsəd axtarmaq lazım deyil. Hətta bir qədər əvvəl Türkiyə Səfirliyinin müşaviri Müzəffər Şahin ümidliydi ki, təmir Ramazana kimi başa çatacaq və avqustun sonlarında məscid açılacaq. Amma elə bu günlərdə Müzəffər Şahin özü də bu ümidin üstündən xəttə çəkib. O, APA-ya deyib:

««Şəhidlər Camesi» açılmayacaq. Biz Ramazan ayına ümid edirdik, ancaq bu ayda da məscid açılmadı. Məscidin nə vaxt açılacağını deyə bilmərəm. Çox ehtimal bu baş verməyəcək».

Səfirlik rəsmisi şərh verməyib. Onun sözlərinə görə, günü bu gün məsciddə ibadət etməyə imkan olsa da, məscid açılmayıb.

«Görünən odur ki, məscidin açılmasına ümid etmək olmaz. Azərbaycanda bu məsələyə cavabdeh olan şəxslər var. Bizim məscidin açılması ilə bağlı qərar vermək səlahiyyətimiz yoxdur».

Dini Qurumlarla İş üzrə Dövlət Komitədən Gündüz İsmayılovsa bu haqda deyir ki:

«Şəhidlər məscidi təmirə dayanıb. Bu təmir nə vaxt bitər, təmiri kim aparır bizdə məlumat yoxdur. Çünki bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Amma bir də deyirik ki, məscid təmirə dayanıb».

Türkiyə Diyanət İşləri başkanlığı tərəfindən və Türkiyə dövlətinin maliyyə vəsaiti hesabına tikilib. 1996-cı ildə istifadəyə verilən məscid bir neçə il öncə təmir olunub. «Türk camesi» kimi tanınan məscid aprelin 25-də günorta namazından sonra bağlanıb. Məscid 1992-ci ildə uzun müddətdir Azərbaycanda olmayan dini ekspert Altay Göyüşov deyir ki, ölkədə məscidlərlə bağlı nə baş verdiyini o izah edə bilmir.

«Qabaq mən gedəndə belə siyasət yox idi. Amma indi gəlib görürəm xeyli məscid bağlanıb, özü də müxtəlif səbəblərlə…»

«ŞƏHİDLƏR MƏSCİDİNİN TƏMİRƏ EHTİYACI YOX İDİ»

Elə ölkədə olan ekspertlər də izahat verməkdə çətinlik çəkirlər deyəsən. Elşad Miri deyir ki, əslində, Şəhidlər Məscidinin təmirə ehtiyacı yox idi. Ona görə də təmir səbəb kimi ilk gündən inandırıcı görünmürdü.

«Elə ən təmirli məscidlərdəndir. Başqa məsələ də var ki, həmin məscid Milli Məclisə, Nazirlər Kabinetinin iki addımlığındadır. Ordan azan veriləndə tez yayılırdı. Ona görə bir qədər əvvəl azanın yüksək səslə azan verilməsinin qarşısı alındı. Bundan sonra da təmirə dayandı. Yəqin ki, indi də məscidin yerinin dəyişdirilməsi gündəmə gəlib. Bəlkə də başqa məsələ var ki, Türkiyə səfirliyinin müşaviri məscidin açılmayacağını deyib».

Elşad Miri bir müşahidəsini də bölüşür. O məscidlərin «Əbu-bəkr» məscidindəki partlayışdan bir neçə ay sonra, Neft Akademiyasındakı qətliamdan bir-iki gün əvvəl bağlandığını yada salır. Ekspertə görə, ola bilsin məscidlərdə növbəti terrorun törədilməsiylə bağlı xüsusi xidmət orqanlarında məlumat olub. Odur ki, günü bu gün də məscidlərin qapısı dindarlara açılmır. Məsələn, bir il əvvəlki partlayışdan sonra «Əbu-bəkr» məscidi kimi tanınan Cümə məscidi hələ də bağlıdır və ya elə Şəhidlər məscidi. Bağlanacağı deyilən İlahiyyat məscidində isə indilik cümə namazına imkan yaradılıb. Özü də polisin nəzarəti altında.

Son bir neçə ayda Azərbaycanda bir neçə məscid ya sökülüb, ya da təmirə dayanıb. Avqustun 31-də məhkəmə daha bir məscid «Fatimeyi-Zəhra»nın sökülməsi haqda qərar verilib.

Dini Etiqad və Vətəndaşların Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə məscidlər ətrafında baş verənləri din azadlığının boğulması kimi dəyərləndirir:

«Bu kəskin surətdə din azadlığının pozulmasıdır, tapdanmasıdır. Ümumən Azərbaycan insanının milli-mənəvi dəyərlərini tapdaq altına atmaqdır. 2009 islam mədəniyyət paytaxtı olan Bakını görünür ki, biriləri məscidləri sökülən islam paytaxtına çevirmək istəyirlər».
XS
SM
MD
LG