Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Proses başlayan kimi tez də yekunlaşdı


Adnanın atası Hikmət Hacızadə oğlu ilə istintaq müddətində görüşünə icazə vermədiyi müstəntiqdən təzminat tələb edir
Adnanın atası Hikmət Hacızadə oğlu ilə istintaq müddətində görüşünə icazə vermədiyi müstəntiqdən təzminat tələb edir
Sentyabrın 4-də Səbayel rayon məhkəməsində həbsdə olan bleqqerlərdən Adnan Hacızadənin valideynlərinin iddiasına baxılıb. Valideynlər istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbayel rayon polis idarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə veriblər. Proses başlayan kimi tez də yekunlaşıb. Hakim Elnur Həsənov prosesin sentyabrın 14-nə kimi təxirə salındığını elan edib. O, prosesin təxirə salınmasını işlə yaxşı tanış olmamasıyla izah edib. İş əvvəlcə hakim Kəmalə Əmirbəyovanın icraatında olub.

Adnanın atası Hikmət Hacızadə iyulun 8-də həbs olunan oğlu ilə istintaq müddətində görüşünə icazə vermədiyi üçün Səbayel rayon polis idarəsinin müstəntiqi Ziya Əliyevdən hər gün üçün 20 manat təzminat tələb edir.

Bu gün o da məlum olub ki, eyni məsələ ilə bağlı ötən gün Emin Millinin valideynlərinin iddiasına baxılıb. Amma proses valideynlərin iştirakı olmadan keçirilib. Emin Milinin anası Natella Abdullayeva deyir ki, bu baradə onları xəbərdar etməyiblər.

Bu gün bloqqerlərin işilə bağlı daha bir məhkəmə prosesi saat 3-də başlayacaq.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG