Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

Azərbaycan «Doing Business-2010»a görə geriləyib


Azərbaycan Dünya Bankının «Doing Business-2010» hesabatında 5 pillə geriləyib. Ötən il islahatçı ölkələrin siyahısına başçılıq edən Azərbaycan bu il 33-dən 38-ci pilləyə düşüb.

Gürcüstan siyahıda 11, Ermənistan isə 43-cüdür.

Builki hesabatda islahatçı ölkələr siyahısına Rvanda, Qırğızıstan, Makdeoniya, Belarus rəhbərlik edir.

Bu sahədə ən pis vəziyyət isə Mərkəzi Afrika ölkəsində, Konqo Demokratik Respublikasındadır.

Hesabat ilində 287 islahat qeydə alınıb, bu isə ötən illə müqayisədə 20 faiz artıqdır. İslahatların əksəriyyəti müəssisələrin yaradılması və istismarının asanlaşdırılması, mülkiyyət hüququnun möhkəmləndirilməsi, müflisləşmə prosesinin təkmilləşməsi və kommersiya mübahisələrinin tənzimlənməsini əhatə edib.

İslahatların çoxu Qərbi Avropa və Mərkəzi Asiyada, o cümlədən Yaxın Şərq və Şimali Afrikada keçirilib.

«Doing Business-2010» hesabatı 183 ölkəni əhatə edib.
XS
SM
MD
LG