Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

««Nabucco»nun Türkiyədən keçməsi Avropa Birliyi üçün prioritetdir»


«Nabucco» qaz kəməri haqqında müqavilənin imzalanması. Ankara, 13 iyul 2009
«Nabucco» qaz kəməri haqqında müqavilənin imzalanması. Ankara, 13 iyul 2009
«Avropa Birliyi üçün «Nabucco»nun Türkiyə ərazisindən keçməsi prioritet məsələdir. Avropa Birliyi Türkiyədən başqa heç bir marşrutu ciddi şəkildə nəzərdən keçirməyib».

Bunu Bakıda keçirdiyi mətbuat konfransında Avropa Birliyinin enerji komissarı Andris Piebalqs deyib.

Piebalq bildirib ki, qazın Türkiyə ərazisi ilə hansı qiymətə nəql olunacağı barədə məsələ aydındır:

«Əgər bu məsələ dalana dirənsə, başqa variantları nəzərdən keçirə bilərik, amma bu gün bu məsələ gündəmdə deyil, hökumətlərarası razılaşmadan sonra «Nabucco» ilə bağlı bütün siyasi problemlər həll olunub».

Bu il iyulun 13-də Ankarada «Nabucco» konsorsiumunun üzvlər hökumətlərarası razılaşma imzalayıblar. Bu razılaşmaya qədər Türkiyə layihədə yalnız tranzit rolu ilə kifayətlənmək istəmirdi, həm də qazın alıcısı olmaq istəyirdi.
XS
SM
MD
LG