Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

«Sərhədsiz Reportyorlar» hakimə müraciət etdi


Gənc bloqqer Adnan Hacızadə məhkəməyə gətirilir
Gənc bloqqer Adnan Hacızadə məhkəməyə gətirilir
«Sərhədsiz Reportyorlar» Birliyi gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin işini aparan hakim Araz Hüseynova məktub yazıb gəncləri azad etməyə çağırıb.

Müraciətdə deyilir: «Onları siyasi səbəblərə görə tutublar və aydındır ki, gənclərin əleyhinə olan ittihamlar əsassızdır. Biz sentyabrın 4-də keçirilən hazırlıq iclasında məhkəmənin yalnış qərarı səbəbindən onların müdafiə hüququnun pozulmasından hiddətlənmişik».

Təşkilat bildirib ki, hazırlıq iclasında məhkəmə otağı dar olub və məhkəmə rəsmiləri bundan prosesə ictimai nəzarəti məhdudlaşdırmaq üçün istifadə ediblər.

Müdafiəçilər daha geniş otağın ayrılması üçün müraciət etdikdə Hakim Hüseynov bildirib ki, «zərərçəkmiş» tərəfin müraciətinə görə proses vaxtı dövlət sirri yayıla bilər.

Təşkilat həmçinin hadisə yerindən videoçəkilişlərin işə əlavə edilməsi ilə bağlı vəsatətin rədd edilməsi və hakimin məhkəməyə qədər hər iki bloqqeri azad etməkdən imtina etməsini də pisləyir. Bildirir ki, hakimin bu qərarı İnsan Haqlarına dair Avropa Konvensiyası və Vətəndaş və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyaya ziddir.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG