Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:25

«Yalançı, hanı sənin 63 faizin?»


«Kütlə iki yerə bölünürdü - Qüds gününə gələnlər və yaşıllar. Yaşıllar qat-qat çox idi».
«Kütlə iki yerə bölünürdü - Qüds gününə gələnlər və yaşıllar. Yaşıllar qat-qat çox idi».
İranda axırıncı iki ayda ilk dəfədir ki, on minlərlə müxalifətçi küçələrə çıxıb.

Müxalifət hakimiyyətin elan elədiyi Qüds günündən və bu günlə bağlı keçirilən küçə nümayişlərindən istifadə edib.

Kütlə içində müxalifətçiləri üstlərində olan yaşıl rəngli lentlərdən, bəzək əşyalarından bilmək olurdu.

«YALANÇI! YALANÇI! HANI SƏNİN 63 FAİZİN?»

Mehran adlı nümayişçi Tehrandan radiomuza deyir:

«Kütlə iki yerə bölünürdü - Qüds gününə gələnlər və yaşıllar. Yaşıllar qat-qat çox idi».

Təbii ki, müxalifətçiləri bir də qışqırdıqları şüarlardan bilmək olurdu:

«Yalançı! Yalançı! Hanı sənin 63 faizin?»

(Əhmədinejad rəsmi nəticəyə görə, son prezident seçkisində 63 faiz səs yığıb)

Müxalifətçilər həmçinin həbsdə olan bütün etirazçıların buraxılmasını tələb ediblər. Müxalifətçilərlə polis arasında toqquşmalar olub. Nümayişlər Tehrandan başqa İsfahanda, Məşhəddə, Təbrizdə, Qumda da keçirilib.

Müxalifətin əsas lideri Mir Hüseyn Musəvi də nümayişlərə gəlmək istəyib, ancaq onu məcbur eləyiblər ki, o geri qayıtsın
Son prezident seçkisində iştirak edən əsas namizədlərdən Mehdi Kərrubi də nümayişçilər arasında idi. Müxalifətçinin həbsxanada zorlanması haqda məlumatı vermiş Kərrubi bu bəyanatı ilə İran cəmiyyətindəki ictimai fikri parçalayıb. Artıq xeyli adam fikirləşir ki, hökumət müxalifətlə düzgün davranmır.

İRNA agentliyinin məlumatına görə, müxalifətin əsas lideri Mir Hüseyn Musəvi də nümayişlərə gəlmək istəyib, ancaq onun maşınına hökumət tərəfdarları hücum eləyiblər və məcbur eləyiblər ki, o geri qayıtsın.

Məlumatlara görə, hökumətpərəstlər keçmiş prezident, islahatçı Məhəmməd Xatəmiyə də hücum çəkiblər. Ancaq onu polis aradan çıxarda bilib.

Hakimiyyət Qüds günündən qabaq xəbərdarlıq eləmişdi ki, heç bir etiraz hərəkətinə polis dözüm göstərməyəcək.

«HOLOKOST QƏRBİN UYDURMASIDIR»

Ancaq Tehranda Qüds günü vəziyyət çox qarışıq olub. Küçədə eyni nümayişə çıxan müxalifətçilərlə hökumətpərəstlərin arasını kəsən heç nə yox idi. Müxtəlif yerlərdə onlar arasında dava düşüb.

Qüds günü Tehranda hər il keçirilir
İran prezidenti Əhmədinejad isə Qüds gününü 100 min nəfərlik izdihamın içində Tehran küçələri ilə yürüş etməklə qeyd eləyib.

Həmin izdiham qışqırırdı ki, «Amerika, biz bilirik sənin planın nədir. Amerika, İsrail, bizim sizə sözümüz budur: Ədalət ordusu ayağa qalxır!».

Cümə namazında isə Əhmədinejad yenə təkrarlayıb ki, «Holokost, yəhudi qırğını Qərbin uydurmasıdır. Qərb bu uydurma ilə İsrail dövlətini yaratmasına ədalət donu geyindirmək istəyir».

Qüds günü Tehranda hər il keçirilir. Hər dəfə də bu mərasimə keçmiş prezident Rəfsancani sədrlik edirdi. Bu, illərlə belə olub, ancaq bu dəfə onu dəyişdilər.

Müxalifət liderlərini dəstəklədiyinə görə belə cəzalanan Rəfsacani yerli televiziyaya şikayətlənib ki, «30 il mən bu mərasimi idarə eləyəndən sonra məni uzaqlaşdırmağa, məncə, ehtiyac yox idi».
XS
SM
MD
LG