Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

«Demokratiya ordusu»


Ceff Qedmin
Ceff Qedmin
İran və Misir dissidentləri ABŞ-ı demokratiya və insan haqlarına cəsarətli dəstək verməyə çağırıb. Sentyabrın 22-də Azad Avropa/Azadliq Radiosunun prezidenti Ceff Qedmin İran və Misirdən olan iki tanınmış dissident arasında televiziya debatına aparıcılıq edib.

Üç il həbsdə olan iranlı fəal Əli Əfşari deyib ki, «rejim Tehranda güclü təzyiq hiss edəndə güzəştə gedir. Əgər İran xalqı görsə ki, ABŞ İranda demokratiyanın qayğısına qalmır, onlar Amerika əleyhinə, daha ədavətli yanaşmanı dəstəkləyə bilər».

Misirin insan haqları fəalı Səəd Eddin İbrahim isə bildirib ki, «Qərb liderləri Mübarək və digər mütləqiyyətçilərlə münasibətlərə şərt qoymalı, insan haqları və demokratiyanın minimum standartlarına hörmət etməyi tələb etməlidirlər».

Ötən gün gecə keçirilən müzakirə Xarici Siyasət Təşəbbüsünün (FPİ) təşkilatçılığı ilə iki günlük konfransın tərkib hissəsi olub.

Əfşari inanır ki, iyunun 12-də İranda keçirilən prezident seçkiləri «inqilabi yolda» dəyişiklik edib. «İnsanlar daha radikal dəyişikliklər tələb edir, xüsusilə də gənclər. Seçkidən əvvəl gənclərin siyasətə marağı az idi. İndi onlar demokratiya ordusudur».

Misirli fəal Səəd Eddin İbrahim də çox sayda insanın demokratik inkişafı dəstəklədiyini deyib.

«Qərb siyasətçilərində patoloji qorxu var ki, Misirdə demokratik inkişaf islamçı ekstremistlərin artmasına səbəb olacaq, necə ki Qəzzada Həmas kimi. Ancaq bu səhvdir. 2005-ci ildə əhalinin 23 faizi seçkilərə getdi, çünki yalnız 2 seçim vardı: mütləqiyyətçi, korrupsiyalaşmış Mübarək hökuməti və Müsəlman Qardaşlığı islamçıları. Bəs qeydə alınmış digər 77 faiz səs haradadır? Onlar mənim kimi orta sinfin demokratlarıdır».
XS
SM
MD
LG