Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:23

Müsəlmana harda yaxşıdır?


Müsəlmanlara Amerikada olan şərait müsəlmanların öz ölkələrində yoxdur
Müsəlmanlara Amerikada olan şərait müsəlmanların öz ölkələrində yoxdur
Müsəlmana dözümsüzlüyə təkcə Avropadamı rast gəlinir? Müsəlman ölkəsində müsəlman sərbəst çıxıb öz fikrini elan eləyə bilərmi?

Amerikanın Corc Vaşinqton Universitetinin müəllimi Mərvə Kavakçı deyir ki, o, müsəlman ölkəsi Türkiyədə başını bağlayıb, siyasətlə məşğul ola bilməz.

Türkiyədə başı çadralı vəkil tapmaq mümkün deyil.

Bəs harda var?

«MÜSƏLMANA ƏN YAXŞI YER AMERİKADIR»

Kavakçı deyir ki, Amerikada. Onun fikrincə, müsəlmana ən yaxşı yer ümumiyyətlə Amerikadır. Hətta müsəlman ölkələri ilə müqayisə eləyəndə də bu müsəlman ölkələri hələ Amerikadan çox şey öyrənməlidir.

Çadralı vəkil Türkiyədə yoxdur. Ancaq Nyu Yorkda var.

Tunisdə, başqa müsəlman ölkəsində, universitet xəstəxanalarında dini paltarlı həkimə rast gəlməzsiniz, ancaq Amerikanın Alabama Universitetində belə həkim var.

Müsəlman ölkələrində hökumətin gözü hər yerdə və hamıdadır. Kimsə küçəyə, hökumət əleyhinə nümayişə çıxıb, daha çox dini və ya vətəndaş haqqı istəyə bilərmi?

Bundan başqa, hər bir insan öz dininə uyğun istədiyi kimi yaşamaq istəyir, müsəlman ölkələrində isə xalqa kütlə kimi baxılır, fərdi istəklər nəzərə alınmır.

MÜSƏLMAN QADIN İSTƏDİYİ İDMANLA SƏRBƏST MƏŞĞUL OLA BİLƏR

Məsələn, Amerikada istənilən müsəlman qadın istədiyi idmanla sərbəst məşğul ola bilər. Və idmanla məşğul olanda istədiyi kimi, islamın icazə verdiyi tərzdə geyinə bilər. Məsələn, idman hovuzunda müsəlman qadınların üzmək üçün öz paltarı var.

Müqayisə üçün, Fransada və İtaliyada hovuzlarda belə geyinmək olmaz.

Amerikada cümə günü müsəlman şagird məscidə gedə bilər. O, heç narahat da olmur ki, məktəbdə dərsə gəlmədiyinə görə ona söz deyən olacaq.

Mərvə Kavakçı deyir ki, təbii ki, Amerikada da müsəlman bəzən ayrı-seçkiliyə rast gəlir, ancaq o həmişə ədalət tapa bilər.

«OBAMA MÜSƏLMAN XALQIN İRADƏSİNİ DƏSTƏKLƏSƏ, DAHA YAXŞI OLAR»

Məsələn, Texas ştatında 2005-ci ildə bir orta məktəbdə müsəlman şagirdlərə nahar fasiləsi vaxtı namaz qılmaq qadağan edilmişdi. Şagirdlər Amerikanın Ədliyyə Nazirliyinə müraciət elədilər və nazirlik şagirdlərə belə icazəni verdi.

2006-cı ildə polis Amerikada 6 imamı tutmuşdu ki, qapı-qapı gəzib, təşviqatla məşğul olurlar.

Onda məhkəmə imamların xeyrinə qərar çıxartdı.

Mərvə Kavakçı deyir ki, prezident Obama müsəlman dünyası ilə əlaqələr qurmaq istəyir, ancaq o müsəlman xalqın iradəsini dəstəkləsə, daha yaxşı olar, nəinki müsəlman diktatorların.

Təhlilçinin fikrincə, Obama müsəlman ölkələrinin daxilində demokratiyanı dəstəkləməlidir. Çünki müsəlmanlara Amerika kimi demokratik ölkədə olan şərait müsəlmanların öz ölkələrində yoxdur.
XS
SM
MD
LG