Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:39

Ramiz Mehdiyevin efir tövsiyələri


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» başlıqlı məqaləsi cəmiyyət üçün çox aktual müzakirələri gündəmə gətirir. Bu media eksperti Zeynal Məmmədlinin fikridir. Əslində elə administrasiya rəhbəri də bunun fərqindədir.

HƏMİN MƏQALƏDƏ OXUYURUQ:

«İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?»

ŞOU PROQRAMLARA MARAĞIN ARTMASI YARADICI MÜSTƏQİLLİYİN OLMAMASINDAN YARANIR…


Ancaq elə Zeynal Məmmədli düşünür ki, bu problemi doğuran əsil səbəblər heç də həmin məqalədə öz əksini tapmayıb:

«Nəyə görə televiziyalar ciddi proqramlara maraq göstərmirlər? Ona görə maraqlı deyillər ki, onlar təzyiqlərdən qorxurlar. Onlar yaradıcı idarəetmədə müstəqil deyillər. Xof içindədirlər. Bu problem söz azadlığının olmadığı və televiziyaların fəaliyyətinə maneələr yaradılan ölkələrdə yaranır».

Hərçənd prezident administrasiyasının rəhbəri çıxış yollarından da danışır. Bu mənada yadda qalan məsələlərdən biri də Televiziya Akademiyasının yaradılması məsələsidir:

«Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə
Zeynal Məmmədli
telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır».

AZADLIQ VƏ SƏRBƏST BAZARIN OLMADIĞI YERLƏRDƏ AKADEMİYALAR NƏYƏ YARAYAR?

Ancaq Zeynal Məmmədli indiki halda Televiziya Akademiyalarının yaranmasını çıxış yolu saymır:

«Azadlığın və azad bazarın olmadığı yerdə istəyirsən neçə Televiziya Akademiyası aç, o məqsədinə çatmayacaq. Plüralizmin olmadığı yerlərdə bu mümkün deyil. Plüralizm müdaxilənin olmaması, monopoliyanın olmaması deməkdir. Bütün bunlar və korrupsiya qalacaqsa peşəkarlıqdan danışmaq mümkün deyil. Bu məqalə bunları düşünmək və cavab axtarmaq baxımından çox önəmlidir».

«NO COMMENT»

Prezident Administrasiyasının rəhbəri yazır ki, jurnalist araşdırmaları da müasir oxucu tələblərinə cavab vermir. Müstəqil ekspertlər isə düşünürlər ki, bir xəbərin bəzən dəqiqləşdirilməsinin müşkülə çevrildiyi ölkədə ciddi araşdırma gözləmək yanlışlıq olardı. Həmin məqaləni şərh edən «Turan» informasiya agentliyinin ekspertləri isə başqa bir məqama diqqət çəkirlər:

«Cənab Mehdiyev Azərbaycan telekanallarında «No comment» videosüjeti kimi yenilik tətbiq edilməməsindən gileylənir. «No comment»də polisin müxalifət fəallarının piketini dağıtması və ya prezidentin iştirak edəcəyi tədbirlər öncəsi dövlət başçısına şikayətlərini çatdırmağa çalışan
Mahal İsmayıloğlu
vətəndaşların «uzaqlaşdırılması» nümayiş olunsa, cənab Mehdiyevin buna reaksiyasını təsəvvür etmək çətin olmazdı».

SEÇKİLƏR ZAMANI TƏDBİRLƏRDƏ OXUYANLAR ŞOU ƏHLİ DEYİLMİ?

«Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu isə şəraitin daha düzgün anlaşılması üçün mətbuata təzyiqlərə, jurnalist həbslərinə diqqət çəkir. Onun fikrincə, ucuz şou müğənniləri Azərbaycanın real həyatından keçərək telekanallara yol tapırlar:

«Əgər seçkilər zamanı, yubileylər zamanı hər rayonda konsertlər təşkil olunursa, müğənnilər sıraya düzülürsə və bu tədbirlər canlı şəkildə televiziyalarda yayılırsa bütün bunlar mühiti korlamır. Yəni doğrudandırmı bizdə hər gün bayram olmalıdır. Doğrudandırmı tarixi günlərdə, yubiley günlərində Heydər Əliyev parklarında konsertlər təşkil edilməlidir?»

Bu prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» başlıqlı məqaləsi ətrafında müstəqil ekspertlərin düşüncələri idi. Ancaq indi media dairələrində hələ rəsmən dəqiqləşməmiş bir xəbər də dolaşır ki, Azərbaycanda hakim təbəqəyə mənsub yeni bir telekanal açılmalıdır. Ona görə də bəziləri Azərbaycan teleməkanındakı problemlərin indi gündəliyə gətirilməsini heç də təsadüfi saymırlar…
XS
SM
MD
LG