Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatıb


Türkdilli ölkələrin dövlət başçıları muxtar respublikanın paytaxtındakı «Əcəmi» seyrəngahı ilə tanış olublar
Türkdilli ölkələrin dövlət başçıları muxtar respublikanın paytaxtındakı «Əcəmi» seyrəngahı ilə tanış olublar
Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan bəyannaməsi imzalanıb.

Növbəti sammit 2010-cu ilin avqustunda Bişkekdə keçiriləcək.

***

«Ermənistanla danışıqların son mərhələsindəyik».

Bunu Azərbaycan prezidenti İlham Əliyev türkdilli xalqların Naxçıvanda keçirilən toplantısında deyib.

O qeyd edib ki, danışıqlar ərazi bütövlüyü çərçivəsində həllə aparacaq və münaqişə yalnız bu cür həll olunmalıdır.

İlham Əliyev deyib ki, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq yalnız işğal altında olan torpaqlar azad olunduqdan sonra mümkündür.

***

«Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqazdakı bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatıb».

Bu fikirləri Türkiyə prezidenti Abdullah Gül Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə çıxışı zamanı söyləyib.

O, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə xüsusilə əhəmiyyət verdiyini bildirib:

«Azərbaycan torpaqlarında işğal faktorunun aradan qalxmasının vaxtı çatıb. Arzu edirik ki, Dağlıq Qarabağ münaqişəsi dialoq yolu ilə, diplomatik vasitələrlə həllini tapsın və bütün Cənubi Qafqazda sülh və əmin-amanlıq bərqərar olsun. Amma sözsüz ki, bu istək yalnız işğal faktoru aradan qalxdıqdan sonra gerçəkləşə bilər». / APA /

***

Oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev zirvə görüşünün keçirildiyi «Duzdağ» mehmanxanasının konfrans salonunun qarşısında Türkiyə prezidenti Abdullah Gülü, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qarşılayıb. Zirvə görüşünün iştirakçıları xatirə şəkli çəkdiriblər.

Tədbiri açan İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. O, 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib.

İlk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
XS
SM
MD
LG