Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

Politkovskayanı kim öldürüb?


Anna Politkovskayanın qətlinin üçüncü ildönümünə həsr olunmuş nümayiş, Moskva, 7 oktyabr 2009
Anna Politkovskayanın qətlinin üçüncü ildönümünə həsr olunmuş nümayiş, Moskva, 7 oktyabr 2009
3 il bundan qabaq evinin kəndarında öldürülən rus jurnalisti Anna Politkovskayanın iş yoldaşları deyirlər ki, qətldə yeni şübhəli şəxslər var.

Çeçenistanda insan haqları pozuntularında Kremlin qatı tənqidçisi olan Politkovskaya 2006-cı il oktyabrın 7-də supermarketdən evinə gələndə güllə ilə vurulub.

Bu 3 ildə heç kim məhkum olunmayıb.

Müstəntiqlər indiyə kimi bilmirlər ki, bu qətlə sifarişi kim verib. Çoxları şübhələnir ki, bu qətl sifarişli qətldir.

Düzdür, jurnalistin qətlində 3 şübhəli şəxs məhkəməyə çıxarıldı, ancaq andlılar kollegiyası onları günahsız hesab etdi və buraxdı. Sonradan Ali Məhkəmə bu qərarı təsdiq etmədi və iş yenidən məhkəməyə qayıtdı.

İşə yenidən baxılması Politkovskayanın uşaqlarının təkidi ilə təxirə salınıb. Bunu onun oğlu İlya Politkovski belə izah edir ki, yeni istintaq lazımdır, köhnə istintaq düzgün aparılmayıb:

«Müstəntiqlərə yeni şans verilir. Mənim fikrimcə, bu, axırıncı şansdır. Ümid edirik ki, onlar bu şansdan istifadə edəcəklər».

Politkovskayanın vaxtilə işlədiyi «Novaya qazeta»nın baş redaktoru Sergey Sokolov deyir ki, «jurnalistin ölümündə şübhəli sayılan şəxsi məhkəmə aprel ayında buraxıb, indi o, Avropada gəzir».

Redaktor keçirdiyi mətbuat konfransında bildirib ki, sifarişçinin nə vaxtsa tapılmasına şübhə edir, qatillər isə tapıla bilər:

«Bir qrup müstəntiq bu məsələni araşdırıb, onlara sonradan yeniləri qoşulub. Yeni şübhəlilər məlum olub».

Redaktorun fikrincə, «hər şey düzgün getsə, nəticə ola bilər».

Sokolov müstəntiqlərlə birlikdə işləyir. Ancaq detalları demək istəmir.

Parisdəki «Sərhədsiz Reportyorlar» təşkilatı da istintaqla tanış olmaq üçün iki nümayəndəsini Moskvaya yollamaq istəyirdi, ancaq Rusiya onlara viza vermədi. «Sərhədsiz Reportyorlar»ın rəhbəri Jan Fransua Julyar Rusiya hakimiyyətini ittiham edib ki, vizanı qəsdən vermirlər.

«Sərhədsiz Reportyorlar» dediklərinə əsas kimi Politkovskayanın öldürülən rəfiqəsi, Çeçenistanda insan haqlarının fəal müdafiəçisi Natalya Estemirova ilə bağlı vəziyyəti misal çəkir.

Oktyabrın 6-da Çeçenistan prezidenti Ramzan Kadırov məhkəməni udub. Məhkəmə «Memorial» insan haqları təşkilatının sədri Oleq Orlovu günahkar sayıb və qərar çıxarıb ki, 10 gün ərzində «Memorial»ın vebsaytında Kadırovdan üzr istəsin və Kadırova vurduğu mənəvi ziyana görə 670 dollar cərimə ödəsin. «Memorial» isə 1680 dollar cərimə olunub.

Estemirova öldürüləndə Orlov demişdi ki, bunun günahkarı Kadırovdur.

Orlov məhkəmənin qərarı ilə razı deyil. O deyir:

«Qərarla razı deyiləm, ancaq başa düşürəm ki, bugünkü Rusiyada məhkəmənin başqa qərarı mümkün deyil. Məhkəmənin getdiyi iki gündə biz lazım olan qədər sübut təqdim etdik ki, biz haqlıyıq. Məhkəmə qərarı bizim xeyrimizə olmasa da, biz qələbə qazandıq».
XS
SM
MD
LG