Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

«Gəlin buna inanmayaq»


Ə.Əhmədov deyir ki, tək Azərbaycanda yox, Türkiyə ictimaiyyətində də bu məsələyə narazılıq var
Ə.Əhmədov deyir ki, tək Azərbaycanda yox, Türkiyə ictimaiyyətində də bu məsələyə narazılıq var
Əgər Türkiyə Böyük Millət Məclisi (BMM) Ankara ilə Yerevan arasında imzalanmış protokolları təsdiqləsə, türk birliyinə, Türkiyə-Azərbaycan dostluğuna çətin sağalan yara vurmuş olacaq.

Bunu oktyabrın 13-də YAP icra katibi, deputat Əli Əhmədov bildirib. O inanır ki, nə Türkiyə ictimaiyyəti, nə də Böyük Millət Məclisinin üzvləri Azərbaycanın xeyrinə olmayan hər hansı bir protokolun təsdiq olunmasına razılıq verəcəklər:

«İnanmaq istəmirəm ki, Türkiyə Böyük Millət Məclisi belə bir addım atsın. Ancaq əgər belə bir addım atılarsa, bu, türk birliyinə, Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına sağalması çox çətin olan bir yara vurar. Gəlin buna inanmayaq».

Ə.Əhmədov deyir ki, tək Azərbaycanda yox, Türkiyə ictimaiyyətində də bu məsələyə narazılıq var:

«Azərbaycanın maraqlarının əleyhinə olan hər hansı bir addım Türkiyə və onun cəmiyyətinin maraqlarının əleyhinədir. Eynilə də Türkiyənin ziddinə olan hərəkət Azərbaycanın və onun xalqının maraqları ziddinədir».

Ə.Əhmədov deyir ki, belə olan halda Türkiyə və Azərbaycan cəmiyyəti çalışacaq ki, bu dostluğu poza bilən, birliyə zərbə vuracaq hər hansı bir addım atılmasın:

«Bir halda ki, Türkiyə-Ermənistan sərhədləri Azərbaycan torpaqlarının işğalına qardaş dövlətin reaksiyası olaraq qapanıb, məntiq də onu deyir ki, deməli, sərhədlərin açılması da onların qapanmasına səbəb aradan qaldırıldıqda mümkün ola bilər».
XS
SM
MD
LG