Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Abdulla Gül: «Biz tarix yazmırıq, tarixi yaradırıq»


Sarkisyan və Gül. Bursa, 14 oktyabr 2009
Sarkisyan və Gül. Bursa, 14 oktyabr 2009

“Biz tarix yazmırıq, tarixi yaradırıq”. Bunu oktyabrin 14-də Bursada ermənistanlı həmkarı ilə görüşündən sonra Türkiyə prezidenti Abdulla Gül bildirib.

İki ölkənin prezidentlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü 40 dəqiqə çəkib.

Gül son bir ildə iki ölkə arasında münasibətlərin normallaşması yönündə çox böyük addımlar atıldığını, hüquqi zəmin hazırlandığını, sənədlər imzalandığını, bundan sonrakı prosesin də bu zəmin üzərində irəliləmək niyyətində olduqlarını deyib.

Hər iki tərəf verdiyi açıqlamada protokolların imzalanmasının asan olmadığını vurğulayıb.

Gül bildirib ki, “bir günə tarix yaratmaq mümkün olmur. Bu bir prosesdir”.

SARKİSYAN RAZILARIN NARAZILARI ÜSTƏLƏDİYİN DEYİR

Ermənistan lideri Sarkisyan türkiyəli həmkarı ilə görüşündən sonra bildirib ki, iki ölkə arasında imzalanan protokollardan narazı qalanların olmasına normal baxır.

Ermənistan rəhbəri deyib ki, hər iki ölkədə fərqli baxışlara malik insanlar ola bilər, amma əsas olan “atılan addımların pozitivliyini düşünənlər daha çox olması gerçəyidir”.

Bursada Azərbaycan bayrağının stadiona keçirilmısinə icazə verilməməsinə etiraz. 14 oktyabr 2009

Sarkisyan xaricdəki erməni diaspor təşkilatları ilə görüşlərinə də toxunub.

“Bütün bu çətinliklə rəğmən bunları elədim, amma görüşləri onlardan hər hansı bir izin almaq üçün keçirmədim, sadəcə Ermənistan hökumətinin qəbul etdiyi qərarı onlara anlatmaöa çalışdım” dedi.

PREZİDENTLƏR FUTBOLA EYNİ MAŞINDA GETDİ

Rəsmi görüşmələrdən sonra Türkiyə və Ermənistan prezidentləri iki ölkə yığmalarının dünya çempionatının qrup mərhələsində keçirilən oyununu izləmək üçün bir maşında Bursa stadionuna yollanıblar.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, yerli sakinlər matça biletlərin açıq satışa çıxarılmamasından narazı olublar.

Bundan başqa FİFA qarşılaşmaya Azərbaycan bayrağının keçirilməsinə qadağa qoyub. CNN Türk məlumat yayıb ki, bəzi azarkeşlər buna cəhd etdiyi üçün polislə aralarında toqquşma da olub, Azərbaycan bayraqları müsadirə edilib. Amma Hürriyyət qəzeti xəbər verir ki, qadağaya baxmayaraq stadiona bir neçə Azərbaycan bayrağı keçirilib.

Oyun 2-0 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.

ERMƏNİSTAN HİMNİ FİTƏ BASILIB

Türkiyə və Ermənistan oyunundan qabaq Ermənistan himni çalınarkən bir çox azarkeşlər himni fitə basıblar. Onlar eyni hərəkəti Ermənistan komandasının heyəti élan edilərkən də ediblər, Baxmayaraq ki, stadionda səsucaldanlarla tərəflər bir-birinə hörmət etməyə çağırılıb.

Bir il qabaq Türkiyə yığması Yerevanda Ermənistana qarşı oynayanda da bir çox erməni azarkeşləri Türkiyə himnini fitə basmışdı.

AZƏRİ MİLLƏT VƏKİLLƏRİNƏ BAYKALDAN TAM DƏSTƏK

Türkiyənin baş naziri Ərdoğan Azərbaycan parlamentindəki çıxışında söz vermişdi ki, işğala son qoyulmayınca Ermənistanla sərhədlər açılmayacaq. 13 may 2009

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına dair imzalanan protokolların Türkiyə Böyük Millət Məclisində təsdiqini önləmək məqsədilə bu ölkəyə yollanan azərbaycanlı millət vəkillərinə Cümhiriyyət Xalq Partiyasından tam dəstək gəldi.

Partiyanın rəhbəri Dəniz Baykal 11 azəri millət vəkili ilə görüşündə deyib ki, Böyük Millət Məclisi Azərbaycan torpaqları işğaldan azad edilməyincə protokolları təsdiqləməyəcək və bir partiya olaraq onlar bunun üçün əllərindən gələni edəcəklər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Nizami Cəfərov deyib ki, onlar Türkiyə-Ermənistan sərhədinin açılmasının əleyhinə deyillər, amma bundan qabaq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Baykal deyib ki Azərbaycan Türkiyənin can qardaşıdır. “Bu platonik değil, gerçekçi bir duygudur. Türkiye ile Azerbaycan işbirliği, dayanışması Kafkasya'daki istikrarın temelidir. Bu ilişkiyi, dostluğu mutlaka ayakta tutmak lazımdır. En küçük bir tereddütün buraya gelmemesini sağlamak mutlak zorunluluktur".

XS
SM
MD
LG