Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48

O hadisədən sonra Ermənistanın inkişafı dayandı…


Ermənistan parlamentinə hücum, 27 oktyabr 1999
Ermənistan parlamentinə hücum, 27 oktyabr 1999
«Bir qrup gənc baş nazir və deputatlara atəş açdı. Biz indi kresloların altında gizlənmişik, atışma ara-sıra davam edir. Silahlılar qışqırırlar ki, kimsə parlament binasına yaxınlaşsa güllələnəcək. Atışma səsləri təhlükəsizlik xidmətinin otağı tərəfdən gəlir. Yaralanan deputatlardan birini indi apardılar. Silahlıların başçısı qışqıra-qışqıra hökumətin camaatın qanını içdiyini deyirdi».

AzadlıqRadiosunun erməni xidmətinin əməkdaşı Ruzanna Xaçaturyan 10 il əvvəl, oktyabrın 27-də Ermənistan parlamentinin gülləboran edildiyi vaxt zaldan belə xəbər verirdi. Parlament cari məsələlərin müzakirə edəndə zala daxil olan silahlılar Baş nazir Vazgen Sarkisyan, spiker Karen Demirçyan və daha 6 nəfəri öldürmüşdülər.

GÖRƏSƏN BU HADİSƏNİN ARXASINDA KİM DAYANIB?

Həmin hadisənin videogörüntüləri sonradan dövlət televiziyasıyla dəfələrlə nümayiş etdirildi. Və Ermənistandan olan bir çoxlarının fikrincə, bu, həmin olayların cəmiyyətin hafizəsində uzun müddət qalmasına yol açan bir travma oldu. Hadisə zamanı zalda olan Anna İsraelyan deyir ki, əslində o hadisədən sonra Ermənistanın inkişafı dayandı, bir mərkəzdən idarə olunan vahid bir sistem yaradıldı. Və sonradan atılan bəzi addımların da sayəsində yarı-avtoritar rejim bərqərar oldu.

«On il boyunca insanları bir sual narahat edib - görəsən bu hadisənin arxasında kim dayanıb, silahlıları parlament binasına kim buraxıb. Bu sualın hələ də aydın cavabı yoxdur.
Baş nazir Vazgen Sarkisyanın dəfn mərasimi, 31 oktyabr 1999
Amma bu gün bir şeyi dəqiq demək olar ki, oktyabrın 27-dən sonra Ermənistan iqtidarı sərt bir əldə cəmləşdi».

O vaxt hadisəni törədən yaraqlıların rəhbəri - keçmiş jurnalist Nairi Humanyan elə gülləborandan sonra jurnalistlərə demişdi ki, hökumət xalqın qanını içir, xalqın vəziyyəti acınacaqlıdır, onlar da buna etiraz ediblər. Humanyan və digər 4 nəfərin məhkəməsi zamanı isə yaraqlılar deyirdilər ki, bu hadisə ölkədə prezident hakimiyyətinin möhkəmlənməsinə yardım ediblər.

SUALLARA HƏLƏ DƏ CAVAB TAPILMAYIB

Amma 4 il sürən məhkəmə zamanı insanlar hadisə haqda ilk günlər məlum olan bir-iki faktdan artığını öyrənə bilməyiblər. Məhkəməni 4 ilə yaxın işıqlandıran AzadlıqRadiosunun Erməni Xidmətinin jurnalisti Karine Kələntəryan deyir ki, keçmiş jurnalistə niyə dövlət televiziyasının xəttiylə parlamentə girmək üçün akkreditasiya verilməsi, 5 nəfərin o qədər silahla parlamentə necə girə bilməsi kimi suallara cavab tapılmadı.

«1 ilə qədər davam edən prokurorluq istintaqı və 3 ildən çox çəkən məhkəmə baxışı terror hücumu baş verən günlərdə də məlum faktlardan artığını açmadı. Terror hücumunun sifarişli ola biləcəyi, başqa təşkilatçıları olması ehtimalları heç araşdırmadı da».

Hadisən törədənlərin rəhbəri olan Humanyan cinayətlə bağlı yeni faktları açmaq istədiyini bildirəndən sonra, məhkəmə tez tələsik başa çatdırıldı. Müttəhimlərə ömürlük həbs cəzası verildi.
Spiker Karen Demirçyan
Və az sonra hadisənin iştirakçılarından biri, Vram Qalstyan həbsxanada özünü asdı.

HADİSƏ KOÇARYAN HAKİMİYYƏTİNİ MÖHKƏMLƏTDİ


Həmin hadisədən sonra, doğrudan da baş nazir və spikeri öldürənlərin də dediyi kimi, prezident Robert Koçaryanın hakimiyyəti möhkəmləndi. Koçaryan öncə müstəqil TV-lərin və mətbuatın fəaliyyətini dayandırmaq, siyasi partiyaları zəiflətmək və digər icra dövlət strukturlarının səlahiyyətlərini əlindən almaqla hakimiyyəti öz əlində cəmləşdirdi.

Həmin gülləborandan öncə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn ümidlər də bir anda boşa çıxdı. Çünki yol xəritəsini, Dövlət Katibinin müavini Strobe Talbottla müzakirə edən baş nazir Vazgen Sarkisyanın öldürülməsiylə, bütün hakimiyyət 1994-97-ci illərdə Azərbaycanın işğal olunan ərazilərində qurulan Qarabağ separatçılarının lideri Robert Koçaryanın, və sonra da Qarabağ klanından olan erməni siyasətçilərinin əlinə keçdi.
XS
SM
MD
LG