Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Ötən həftə bloqlarda nə diqqəti çəkib...


İnternet məkanda fikirlərini bölüşənlərin əksəriyyəti ingilis dilli bloqçulardır. Səbəb ola bilsin internetin ilk dəfə ABŞ-da yaranmasıdır. Amma bu bir faktdır. Amma Azərbaycandilli bloqların da sayı sürətlə artmaqdadır. Əgər ötən il bu göstərici 6 mindən artıq idisə, bu il Azərbaycanda 25 minə yaxın Azərbaycandilli bloq var.

İndi isə keçək bu həftənin bloq icmalına..

Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil?

«Journaleast-in son postu televiziya məkanında «aparılan islahatlar» barədədir.
Ümumiyyətlə televizora baxmıram. Hakimiyyətin ikinci fiqurunun məqaləsindən sonra izləməyə başladım. Bayağı verişlərin azalacağına ümidli idim. Axı əmr ağadan gəlmişdi. Xoş sözlər eşitdim. Guya bir neçə bayağı verilişləri bağlayıblar. Amma eşitdim, görmədim. Yenə eyni verilişlər, eyni aparıcılar, eyni müğənnilər.

Nə olub belə? Balta kəsərini itirib? Azərbaycanda bu insanın yuxusuna da girə bilməz. Bu yazı çox güman ki, söz azadlığının sıxışdırılması üçün görüləcək tədbirlərin xəbərçisidir. TV rəhbərlərini toplayıb onların nəyi necə yayımlayacaqlarını hökumət tapşırır.
Bu haqda media mütəxəssislərindən biri ilə söhbət edəndə o, mənə Ramiz Mehdiyevin bundan qabaq da media haqqında məqalə yazdığını və bundan sonra medianın ciddi problemlərinin yaranmasını xatırlatdı.

Bəli, balta kortalnmayıb. Sadəcə bu balta başqadı. Yaşayarıq, bu baltanın necəliyini və hara vurulduğunu görərik.
***

İnsanlar demokratiya ilə anarxiyanı səhv salır

«Azərbaycanda demokratiya hələ qurulmayacaq. Çünki insanlar buna hazır deyil».Öz bloqunda Vəfa Cəfərova Gürcüstanla Azərbaycanın demokratiya dəyərlərini müqayisə edir. Sual edir ki, niyə xalqlar coğrafi baxımdan bu qədər yaxın, mənən bu qədər uzaq olur?

Qəribədir. İndi hər iki ölkədə gördüklərim kinolenti kimi gözümün qabağından keçir. Gürcüstanda TV rəhbərləri işdən istefa verirlər ki, burda mənə sözümü deməyə imkan vermirlər. Bizdə isə nəinki TV-ləri, seçkçi öncəsi siyasi mövzuları müzakirə edən forumları belə qapadırlar.

Gürcüstanda prezident parlament qarşısında, tələbələr qarşısında illik hesabat verir və suallara cavab verir. Bizim prezidentdən isə 5 il ərzində bir jurnalist belə, müsahibə ala bilməyib. Gürcüstanda vətəndaş cəmiyyəti qrantsız da çalışır. Gürcüstanda maşının təkəri partlayırsa, ya benzinin yarı yolda qurtarırsa yol polisi təkəri də dəyişməyə yardımçı olur, üstəlik öz kuponuna benzin də alır sənə. Gürcüstanda yollar ildə 4 dəfə təmir olunmur, Gürcüstanda İctimai TV-də bütün günü əyləncə yoxdur, tok-şoular, verilişlər ictimai mövzulardadır. Gürcüstan cəmiyyəti kritik anda birləşə bilir. Ən əsası Gürcüstan cəmiyyəti hökumətdən qorxmur. Onu seçdiyini yadlarına salır və lazım olanda hesabat tələb edəcək dərəcədə öz haqqllarını bilir. Məsələn, Rusiya-Azərbaycan savaşı olsaydı, 1 milyon azərbaycanlı mənşəli vətəndaşını düşünən Mişa heç vaxt Moskvaya Medvedyevin yanına gedib: “Bizim ölkələr arasında münasibət başqa qonşu ölkələrə örnəkdir” deməyəcəkdi.

Mən çox sevinirəm ki, Gürcüstan cəmiyyəti demokratikləşməni sözdə özlərinə kurs götürməyiblər. Bu onların həyat tərzinə çevrilib.

***
Emin və Adnan barmaqlılar arxasından bizi ruhlandırır

Azərbaycanlı bloqçular bu həftə də həbsdə olan həmkarları - Emin Milli və Adnan Hacizadəni unutmayıblar. Bir neçə yuzer son məhkəmə prosesindən və gənclərin dayanışmasından danışıblar.

Məsələn, uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu istəyir ki, “hamı onlara bənzəsin. Güclü və cəsur! Və nə baş verməsindən asılı olmayaraq hər şey yaxşı olacaq!”

Şeytana simpatiyası olan yuzer də ümidlidir. Qeyd edir ki, hər zaman Emin və Adnan doslarını görəndə sevinir, cəsarətli olurlar. “Onlar hətta həbsxana maşının barmaqlıları arxasında bizi ruhlandırırlar. ”

***
“Əsas ermənini udmaqdır, qalanları boş söhbətdir”

Nalab adlı yuzerin fikrincə Azərbaycanda informasiya mübarizəsi zəif gedir.

Ermənistandakı çempionat və Danimarkada keçirilən çempionatdan sonra məni bir sual çox maraqlandırır.

Biz hamımız, ən balacamızdan ən böyüyümüzə, yaşlımıza, müdrikimizə kimi Azərbaycan idmançılarının Ermənistan idmançıları üzərində qələbəsini az qala ölkədə bayram kimi qeyd edirik. Mətbuat da bu qəhrəmanlıq kimi dəyərləndirir.

Digər qələbələr isə sadəcə qələbədir. Hə bizimkilər də uddular. Əhsən!

Bəs bunun informasiya mübarizəsinə təsiri necədir? Bunu düşünən varmı? Axı indi informasiya əldə etmək çox asandır, Ermənistanda da Azərbaycan mətbuatı izlənilir.

Axı hər şeydə bir Kommunikasiya və PR strategiyası olmalıdır…. biz neçə illərdir ki, informasiya mübarizəsində zəif olduğumuz görürük.
Axı belə bir məsələ bizdə may ayında məşhur Avroviziya müsabiqəsindən sonra yaşandı.
***
Bu mövzuya başqa bir kontekstdən isə Vəlvələ toxunub. Paytaxtda və regionlarda Ermənistanın istehsalı olan məhsullarının satıldığından yazıb. Bloqçu qeyd edib ki, “Chelton” adlı çay satılır ki qiyməti də 19 yeni Azərbaycan manatıdır.

Lüğət:

Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.
XS
SM
MD
LG