Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:53

Nazir müavini bloqqerlərin işini şişirtməyə əsas görmür


«Ayrı-ayrı dövrlərdə müxtəlif məsələlərlə bağlı o qədər belə bəyanat görmüşük ki...» Xarici işlər nazirinin müavini Araz Əzimov bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsini pisləyən bəyanatları «Media forum»a şərh edərkən belə deyib.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsi gənc bloqqelər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətində azadlıqdan məhrum edib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədə - xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər. Onlar ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.

Beynəlxalq təşkilatların və müxtəlif ölkələrin tənqidi bəyanatlarına münasibət bildirən nazir müavini hesab edir ki, məsələni şişirtməyə heç bir əsas yoxdur: «Normal həyatda müxtəlif sahələrdə müxtəlif hadisələr baş verir. Bu məsələyə də bir zaman çərçivəsində baxılmalıdır. Burada nəyisə şişirtmək, yaxud hansısa nöqtədə təzyiqi artırmaq üçün əsas yoxdur. Kimisə həbs ediblərsə, bunun üçün müvafiq prosedurlar var».

Araz Əzimovun sözlərinə görə, məsələyə Azərbaycanın daxili işi olaraq məhkəmə baxıb və qərar qəbul edib: «Eyni zamanda mən beynəlxalq təşkilatların buna xüsusi diqqətinin şahidi olmamışam».
XS
SM
MD
LG