Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Ermənistanın verdiyi söz harda qaldı?


İsveçrədə protokolların imzalanması, 10 oktyabr 2009
İsveçrədə protokolların imzalanması, 10 oktyabr 2009
Heç kim bir-birinin toyuğuna «kiş» deməyəcək. Heç kim bir-birinin dedi-qodusunu etməyəcək. Heç kim bir-birinin quyusunu qazmayacaq. Hamı bir-birini başa düşməyə çalışacaq. Hər kəs keçmişi unudacaq. Heç kim bir-birinin nöqsanını o birinin üzünə vurmayacaq.

Türkiyə ilə Ermənistan 2009-cu ilin oktyabrında imzaladıqları protokolda bir-birinə bu sözləri vermişdi. Və daha çoxunu. 100 illik düşmənçiliyi sona çatdıran protokol bir çox ölkədə sevinc yaratmışdı. «Yaşasın yeni bir dönəm!» nidaları altında təkcə təbrik notaları çatmırdı. Nə idi o göz yaşardan manşetlər? Nə idi o tarix fəlsəfələrindən verilən sitatlar? Nə idi o «Dünyaya nümunə olsun!» hayqırtıları?

İMZA KAMPANİYASI

Keçən ilin oktyabrında Türkiyə ilə Ermənistan böyük bir addım atdı. Protokol ABŞ və Avropa Birliyinin gözü qarşısında Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalandı. Ancaq protokol imzalanandan 2 ay sonra Avropa Şurasında bizi çaşbaş salan proseslər cərəyan edir. AŞPA-da sədrlik bu il Türkiyəyə keçə bilər. Sədr AKP-nin AŞ-dakı üzvlərindən Mevlut Çavuşoğlu olacaq. Yaxşı, əla. Bunu Şura üzvü ölkələrin hamısı qəbul edir.

BİRİ İSTİSNA OLMAQLA - ERMƏNİSTAN

Şuradakı bir erməni millət vəkili Türkiyənin sədrliyinin qarşısını almaq üçün imza toplamağa başlayıb. Erməni millət vəkilinin tezisi budur ki, insan hüquqları və demokratiya nöqteyi-nəzərindən Türkiyə sədrliyə layiq deyil.

ERMƏNİSTAN ÇOX AYIB İŞ GÖRÜR

Əslində, erməni millət vəkili çox da haqsız sayılmaz. İnsan haqları və bütövlükdə demokratiyamızın vəziyyəti parlaq deyil. Buna baxmayaraq, bu sözü demək ermənilərə qalmayıb. Çünki bu, hər şeydən əvvəl, atdıqları imzaya ziddir. Protokola xəyanətdir. Atdıqları imza mətnində nə deyilir?

- «Tərəflər mehriban qonşuluq münasibətlərinə zidd hər hansı bir siyasət yeritməyəcəklər»

- «İkitərəfli münasibətlər qarşılıqlı mənafelərə hörmət və etimad zəminində inkişaf etdiriləcək»...

Yerevan indi durub «Qardaşım, bizim xəbərimiz yoxdur. O millət vəkili öz iradəsi ilə hərəkət edib, biz də indi öyrəndik», - deyə bilər.

Elə şey olmaz, ciddi deyirsiniz?

Ermənilərin atdıqları imzaya xəyanəti bir nəticə verərmi? Zənn etmirəm. Ancaq ayıbdır, yaraşmır.
XS
SM
MD
LG