Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:38

İnternet quldurları indi də kitablara girişib


İndiyəcən mahnı və film satışı bazarına böyük ziyan vuran piratlar indi də elektron kitablara keçiblər.

Keçən ilin sentyabrında populyar Amerika yazıçısı Den Braunun “İtirilmiş simvol” əsəri çap olunanda kitab bazarında inqilabı dəyişikliyin əlamətləri açıq-aydın göründü.

“Amazon” on-line beynəlxalq kitab satışı şəbəkəsi elan etdi ki, kitabın elektron versiyası kağız versiyasından artıq satılıb.

Bu tarixdə ilk belə hal idi.

Amma bu inqilabi dəyişiklik kitab satışı şəbəkələri və müəlliflərə çox baha başa gələ bilər.

İşıq üzü görməsindən heç 24 saat keçməmiş kitabın qanunsuz sürətləri İnternetdəki Rapidshare və BitTorrent kimi fayl paylaşma saytlarında peyda oldu.

Bir neçə gün ərzində kitabı 100 min nəfərdən çox adam pulsuz-parasız öz kompüterinə yüklədi.

Üstəlik də “Amazon”, “Sony”, “Barnes & Noble”, “Apple” kimi şirkətlərin öz elektron kitab oxuma qurğuları üçün İnternetdən tək-tək kitab yükləmə imkanlarını genişləndirmək planları piratlıq problemini daha da ağırlaşdıra bilər.

Amerika Nəşriyyatlar Assosiasiyasının məlumatına görə, 2009-cu ilin 2-ci rübündə elektron kitabların satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb və 37 milyona çatıb.

Bu sahə ilə məşğul olanlar belə rekord satışlar haqqında danışmağa həvəsli deyillər, çünki bunun İnternet quldurlarını daha da ruhlandıracağını düşünürlər.

Elektron oğurluqlar kitab çapı ilə məşğul olanlardan başqa populyar yazarlara da milyonlarla dollar ziyan vura bilər.

Şair Şerman Aleksi bildirib ki, İnternet erasında incəsənət nümunəsinin müəllifliyi məsələsi getdikcə şərti bir məsələyə çevrilə bilər.

“”Əgər mən Stefan Kinq, Ceyms Patterson, yaxud başqa bestseller müəlliflərindən biri olsaydım, çox böyük narahatlıq keçirərdim, çünki elektron format onların kitablarının çox asan şəkildə qanunsuz yayılmasına yol açır”.

Amma təhlükə ilə üzləşən təkcə nəsr əsərlərinin müəllifi deyil. Ən çox oğurlanan kitablar arasında dərsliklər də var. Xüsusən də tibbi və texniki elmlərə aid dərsliklər.

Bəs elektron kitab oğurluqları ilə necə mübarizə aparmaq olar?

Bunun yollarından biri kitabların kağız varinatlarını onların daha ucuz olan elektron versiyalarından əvvəl satışa çıxarmaqdır.

Məsələn, Simon & Schuster bu yaxınlarda Stefan Kinqin “"Under the Dome" adlı əsəri ilə bağlı məhz bu vasitədən istifadə edib.

Bəzi müəlliflər isə ümumiyyətlə kitablarının elektron variantından imtina ediblər. Məsələn, uşaqlar üçün “Harri Potter” kitablarının müəllifi Coan Roulinq bu cür hərəkət edib.

Həmçinin bax

21-ci əsrin kitab müharibələri

Türkiyədə çap olunan qəribə Azərbaycan tarixi
XS
SM
MD
LG