Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Uilyam Folkner: "Həqiqi yazıçı müvəffəqiyyət və ya zənginlik barədə düşünmür"


Nobel ödüllü Uilyam Folknerlə (1897-1962) Cin Staynın müsahibəsi. "Hər bir şey kənara atılır - namus, qürur, şəxsi keyfiyyətlər, sakitlik və xoşbəxtlik - yetər ki, kitab yazılsın"...

Sual: Qısa müddət əvvəl demişdiniz ki, müsahibə verməyi xoşlamırsınız. Niyə?


Folkner: Səbəbi - mənim şəxsiyyətimlə bağlı suallara kəskin reaksiya verməyimdədir. Yaradıcılığımla bağlı sual veriləndə - mən cavablandırmağa çalışıram.

Ancaq şəxsi xarakterli suallar veriləndə cavab verə də bilərəm, verməyə də; fəqət eyni sualı növbəti gün verəndə cavabı tamamilə başqa cür ola bilir.

Sual: Bəs sizə yazıçı kimi verilən suallar?

Folkner: Əgər Folkner olmasaydı, eynu şeyləri başqa biri yazacaqdı: Heminquey, Dostoyevski - mühüm deyil kim.

Bunu Şekspir pyeslərinin müəllifliyinə ən azı 3 adamın iddiaçı olması sübut edir.

Önəmli olan “Hamlet”in və ya “Yay gecəsi yuxusu”nun varlığıdır - onları kimin yazması isə qətiyyən önəmli deyil.

Özlüyündə

SƏNƏTKARIN HEÇ BİR ÖNƏMİ YOXDUR

Yaradılan şeyin olması mühümdür-zira, yeni heç nə demək mümkün deyildir.

Ümumilkdə Şekspir, Balzak, Homer-eyni şeylər barədə yazıblar və əgər onlar min və ya iki min il yaşasaydılar, naşirlərin yeni müəlliflər axtarmasına gərək qalmayacaqdı.

Sual: Tutaq ki, təzə heç nə deyilmədiyini qəbul etdik - bəs sənətkar fərdiyyətinin də heç bir önəmi yoxdurmu?

Fokner:Müəllif üçün önəmlidir; yerdə qalan bütün adamlar üçün, hər şeydən əvvəl, əsərin özü önəm kəsb etməlidir - müəllifin şəxsiyyəti yox.

Sual: Bəs sizin müasirləriniz?

Folkner: Onların heç birinin əli mükəmməllik idealına çata bilmədi.

Mən yazıçıları qeyri-mümkün olanı əldə etmək cəhdlərindəki parlaq məğlubiyyətlərinə görə dəyərləndirirəm.

Mənə görə, əsərlərimi yenidən yaza bilsəydim-şübhəsiz ki, onlar daha yaxşı çıxardı və bunu bilmək sənətkar üçün həmişə faydalıdır.

Çünki məhz buna görə işləməyə davam edirsən; hər dəfə inanırsan ki, bu dəfə daha yaxşı çıxacaq.

Əslində isə, əlbəttə, yaxşı olmayacaq; ancaq bu cür fikriləşmək sənətkar üçün faydalıdır.

Əgər arzuladığını əldə etmək mümkün olsaydı, əgər əlin ideala çatsaydı - geriyə sadəcə boğazını kəsib bu mükəmməlliyin zirvəsindən özünü aşağı atmaq qalardı.

Mən özüm -

MÜVƏFFƏQ OLMAMIŞ ŞAİRƏM

Deyəsən, hər bir romançı əvvəlcə özünü poeziyada sınayır və orada müvəffəq ola bilməyəcəyinə əmin olandan sonra öz formasına görə poeziyadan sonra ikinci yerdə duran hekayədən yapışır.

Folknerin makinəsi
Və buna da gücü çatmayacağına əmin olandan sonra roman yazmağa başlayır.

Sual: Qaydalarına riayət edərək həqiqi yazıçı ola bilmək üçün bir formul mövcuddurmu?

Folkner: Bu formul-99% istedad, 99% nizam-intizam, 99% çalışmaqdan ibarətdir.

Çünki əsər heç vaxt sən istədiyin kimi çıxmır.

Mümkün olandan daha yüksəyini arzulamaq və ona can atmaq.

Öz müasirlərini və ya sələflərini yox-özünü ötüb keçməyə cəhd etmək.

Yazıçı-xəstəliyə mübtəla adamdır.

O, bunun səbəbini bilmir və bu kimi məsələlər üzərində fikirləşməyə onun vaxtı da yoxdur.

Yazıçı çox sakit şəkildə hardan gəlsə, öz əsəri üçün material götürə, iqtibas edə və hətta oğurlaya bilər.

Sual: Yəni, siz demək istəyirsiniz ki, yazıçı prinsipsiz ola bilər?

Folkner: Mən demək istəyirəm ki, yazıçı sadəcə öz sənəti qarşısında məsuliyyət daşıyır.

Və həqiqi yazıçı mütləq şəkildə prinsipsiz olmaq məcburiyyətində qalır.

Onun arzusu vardır.

Və arzu ona elə ağrı-acı verir ki, yazıçı sadəcə ondan xilas olmalıdır.

HƏR BİR ŞEY KƏNARA ATILIR - NAMUS, QÜRUR,

şəxsi keyfiyyətlər, sakitlik və xoşbəxtlik - yetər ki, kitab yazılsın.

Və əgər bu məqsədə çatmaq üçün öz anasını qarət etmək lazım gələrsə-yazıçı buna da hazırdır:

“Yunan vazasına həsr edlimiş şeir” –onlarla yaşlı qadından qiymətlidir.

Sual: Yəni, siz demək istəyirisniz ki, həyat şəraitinin və xoşbəxtliyin, hətta vicdanın olmaması - yaradıcılığın mühüm şərtidir?

Folkner: Yox, həyatda ruhi sakitliyə, tarazlığa can atırsınızsa- bunların hamısı vacibdir; ancaq sənət üçün ruhi sakitlik və tarazlıq qətiyyən lazım deyil.

Sual: Bəs onda yaradıcılıq üçün ideal şərait hansıdır?

Folkner: Şəraitin yaradıcılıq üçün önəmi yoxdur - sənətin harada yaranmasının onun özü üçün heç bir fərqi yoxdur.

Mənə təklif edilə biləcək ən yaxşı iş - ümumi ev sahibliyidir.

Məncə, orada yaradıcılıq üçün ideal şərait var.

Tam iqtisadi azadlıq var; qorxu və ya aclıq hissi yoxdur, başının üstündə çatı var və hər hansı işi görməyə də gərək qalmır; sadəcə maliyyə hesablamalarını aparıb ayda bir dəfə yerli polisə hesabat vermək lazımdır.

Səhər sakitlik olur - o saatlar isə işləmək üçün ən yaxşı vaxtdır.

Axşam isə darıxmırsan - əgər ünsiyyət qurmaq istəsən, içəri adamla dolur;sonra cəmiyyətdə mövqe əldə edirsən;sən heç bir iş görmürsən, madam hər işi yerinə yetirir; oranın bütün sakinləri olan qadınlar sənə hörmətlə yanaşır və sənə “sör” deyə müraciət edirlər.

Əyalətin içki qaçaqçıları sənə “sör” deyirlər, sən isə onları sadəcə adları ilə çağırırsan.

Buna görə də sənətkar üçün ideal şərait-sakitlik, tənhalıq və çox da bahalı olmayan ləzzətlər.

Sənətkar üçün

UYĞUN OLMAYAN MÜHİT YÜKSƏK TƏZYİQ, DAİMİ YORĞUNLUQ VƏ ƏSƏB YARADIR

Öz təcrübəmdən bilirəm ki, işləmək üçün kağız, tütün, yemək və bir az da viski lazımdır.

Sual: Burbon viskisimi?

Folkner: Yox, mən inadkar deyiləm.Şotland viskisi ilə heç nə arasında mən Şotland viskisini seçirəm.

Sual: Siz iqtisadi azadlığı xatırlatdınız.Sizcə, yazıçının ona ehtiyacı varmı?

Folkner: Yox, yazıçıya iqtisadi sərbəstlik lazım deyil.

Ona qələm və kağız lazımdır.

Mən elə bir hal bilmirəm ki, yazıçıya müəyyən qədər pul versinlər - o da dərdə dəyən bir şey yazsın.

Həqiqi yazıçı hansısa pul fondlarına ümid bağlamır.

O həddindən artıq öz işi ilə məşğuldur.

Əgər o həqiqi yazıçı deyilsə, vaxtının və ya iqtisadi azadlığının olmaması bəhanələriylə özünü aldadır.

Oğruların , sprtli içki qaçaqçılarının, qadın tacirlərinin həqiqi sənət əsərləri yaratmaq üçün qabiliyyəti vardır.

İnsan özünü sınaqdan keçirməyə qorxur: o, nə qədər çətinliyə və məhrumiyyətə tab gətirə bilər?

O öz müqavimət gücünü sınamağa qorxur.

Həqiqi yazıçını isə heç nə ilə ələ almaq mümkün deyildir.

Onun üzərindəki yeganə hakimiyyət-ölümdür.

Həqiqi yazıçı müvəffəqiyyət və ya zənginlik barədə düşünmür.

MÜVƏFFƏQİYYƏT QADIN KİMİDİR

əgər onun qabağında təzim etsəniz, sizi tapdayıb keçəcək.

Əgər o anlasa ki, siz onunla maraqlanmırsınız, onda mümkündür ki, qadının özü sizin diqqətinizi axtaracaq.

Sual: Kino sahəsindəki iş yaradıcılığınıza ziyan vura bilərmi?

Folkner: Yaxşı yazıçıya heç nə ziyan vura bilməz. Ancaq əgər o, pis yazıçıdırsa, ona heç nə kömək edə bilməz.

Ümumiyyətlə, onun üçün belə bir problem mövcud deyildir; çünki o öz qəlbini hansısa üzmə hovuzuna satmışdır.

Sual:Sizə lazım olan nəticələri əldə etmək üçün hansı texnika mövcuddur?

Folkner: Əgər yazıçı işin texnikası ilə daha çox maraqlanırsa- onun cərrah və ya bənna olması daha yaxşı olardı.

Bədii əsər yaratmaq üçün hər hansı bir resept və ya model yoxdur və əgər gənc yazıçı hansısa nəzəriyyələrin dalına düşərsə-çox səfeh hərəkət edər.

Öz səhvlərinin üzərində öyrənmək lazımdır: insanlar dünyanı öz səhvlərini aradan qaldıraraq dərk edirlər.

Həqiq yazıçı heç kimin ona lazım olan resepti verməyəcəyini başa düşür.

Bundan başqa, o, möcüzəvi dərəcədə iqbalpərəstdir:köhnə ustalara nə qədər sayğı ilə yanaşsa da, onları ötüb keçməyə çalışır.

Müsahibənin davamı: Uilyam Folkner:”İLHAM BARƏDƏ EŞİTMİŞƏM, ANCAQ ONUNLA TANIŞ DEYİLƏM"
XS
SM
MD
LG