Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Davudoğlu Ermənistanla yeni yaranan vəziyyəti Klintonla müzakirə etdi


Switzerland -- Turkish Foreign Minister Ahmet Davutoglu (2ndR) and his Armenian counterpart Eduard Nalbandiana (2nd L) shake hands as they hold signed documents after a signing ceremony, Zurich, 10Oct2009
Switzerland -- Turkish Foreign Minister Ahmet Davutoglu (2ndR) and his Armenian counterpart Eduard Nalbandiana (2nd L) shake hands as they hold signed documents after a signing ceremony, Zurich, 10Oct2009
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu yanvarın 22-də ABŞ Dövlət katibi Hillari Klintona zəng edərək Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokollarda üstündə yaranan vəziyyəti müzakirə etdi.

Xarici İşlər Nazirliyindən yayılan məlumata görə Davudoğlu Ermənistan Konstitusiya Məhkəməsinin bu protokollara dair qərarından narahat olduqlarını çatdırıb. Nazir bu qərarın protokollarla razılaşdırılmış məsələlərə zərbə dəydiyini idafə edib. Əhməd Davudoğlu qeyd edib ki, protokolların ratifikasiyası prosesindən kənar addımlarla həmin sənədlərin təsdiqi prosesinə maneə yaradılmaması lazımdır.

Müzakirədə qərara gəlinib ki¸ ratifikasiya prosesinin sürətləndirilməsi üçün lazım olan addımlar ABŞ, İsveçrə, Rusiya və Fransanın iştitakı birgə müəyyən edilsin. Bu ölkələrin hamısı keçən ilin oktyabrında Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolların imzalanmasında iştirak ediblər.

İndi Ankara ilə Yerevan bir-birini protokolların təsdiqi üçün şərtlər irəli sürməkdə ittiham edirlər. Ermənistan rəsmiləri deyirlər ki, Türkiyə münasibətlərin normallaşdırpılması üçün Qarabağ şərtini irəli sürür. Çünki Türkiyə rəhbərləri dəfələrlə deyiblər ki, protokollarda nəzərdə tutulduğu kimi iki ölkə arasında sərhədin açılması üçün Ermənistan Qarabağı işğaldan azad etməlidir.

Yanvarın 22-də Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan mətbuat konfrnası keçirərək bildirib ki, Ankara bu israrında davam edərsə, Türkiyə ilə diplomatik əlaqə yaratmaq cəhdləri iflasa uğraya bilər.

Ankarada isə Yerevanın ön şərt yaratdığını deyirlər. Yanvarın 22-də Türkiyənin Xarici İşlər naziri bildirib ki, onlar Ermənistan Konstitusiya Məhkəməsinin həmin protokollar barədə qərarı haqqında Yerevandan əlavə izah gözləyirlər.

Protokolların qüvvəyə minməsi üçün onu hər iki ölkənin parlamenti də təsdiqləməlidir. Amma Ermənistanda ona əvvəlcə Konstitusiya Məhkəməsi baxdı. Yerli medianın yazdığına görə məhkəmə qərar qəbul edib ki, protokollar yalnız iki ölkə arasında sərhədin açılmasından sonra qüvvəyə minəcək. Sənədlərdə nəzrədə tutulan tarixçilərdən ibarət birgə komissiyanın məqsədi isə Osmanlı imperiyası dövründə Türkiyə ərazisində “erməni soyqırımı” olub-olmamasını yoxlamaq yox, iki xalq arasında əlaqələrin qurulması olmalıdır.
XS
SM
MD
LG