Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Amerika üçün müsəlmanla yəhudinin fərqi…


Amerikalı müsəlmanlar seçkilərə ən az maraq göstərən dini icmadır

Amerikada müsəlmanlara yaxşı münasibət bəsləməyənlər yəhudilərə də eyni gözlə baxır.

Bu barədə «Gallup» sorğu mərkəzinin son araşdırmasında deyilir.

Mərkəz Amerikada müsəlmanların həyat özəlliklərini başqa dini icmalarla müqayisə edib.

MÜSƏLMAN VƏ YƏHUDİLƏRİN OXŞARLIĞI

Məlum olub ki, müsəlmanların siyasi baxışları elə yəhudilər kimidir, amerikalı müsəlmanlar özlərini daha çox liberallara-demokratlara aid edirlər.

Katoliklər, protestantlar və başqalarıyla müqayisədə ABŞ-dakı müsəlmanlar da yəhudilər kimi, ibadət yerlərinə getməyi, ayinlərə əməl etməyi elə də sevmirlər.

Amerikadakı müsəlman qadınlarının savadlılıq dərəcəsi yəhudi qadınlarından sonra ikinci yerdədir.

TƏK FƏRQ-LAQEYDLİK

Müsəlman və yəhudilər arasında tək açıq fərq seçkilərdə iştirakla bağlıdır. Amerikalı müsəlmanlar seçkilərə ən az maraq göstərən dini icmadır.

MÜSƏLMAN AMERİKALININ BAŞQA AMERİKALILARDAN FƏRQİ

Faktiki olaraq, ABŞ-dakı müsəlmanlar adi - statistik amerikalılardan çox az fərqlənir. Eyni dərəcədə təhsil alır, eyni dərəcədə qadın-kişi bərabərliyinə önəm verir və s.

BAŞQA AMERİKALININ GÖZÜNDƏ MÜSƏLMANLAR...

Ancaq müsəlmanlar Birləşmiş Ştatlarda yəhudilərdən daha çox ayrı-seçkiliklə üzləşirlər.

Amerikalıların 53 faizi xristianlıq, yəhudilik, buddizmlə müqayisədə İslama daha soyuq yanaşır. 11 Sentyabr olayları üzündən İslamı ən zorakı din sayır.

Maraqlısı odur ki, bu münasibət daha çox qabaqcadan hasil olmuş yanlış fikrə əsaslanır.

Sorğuda iştirak edənlərin əksəriyyəti İslam haqqında heç nə bilmir, sadəcə, düşünür ki, İslam qadın və kişi bərabərliyinə qarşıdır, başqa dinlərə dözümlülüyü qəbul etmir və s. Baxmayaraq ki, «Gallup»ın başqa bir sorğusunda müsəlmanların gender bərabərliyinə əksər Qərb ölkələrindən daha çox önəm verdiyi ortaya çıxmışdı.
XS
SM
MD
LG