Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Sumqayıtda 80–ə yaxın «nurçu» saxlanıb


148 ədəd müxtəlif növ dini ədəbiyyat aşkar edilib
148 ədəd müxtəlif növ dini ədəbiyyat aşkar edilib
Sumqayıtda «Nurçuluq» dini təriqətini yaymaqla məşğul olan 80–ə yaxın şəxs saxlanıb. Sumqayıt Şəhər Polis İdarəsi növbətçi hissələri idarəetmə xidmətinin rəsi Rəsul Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar Sumqayıt şəhəri ərazisində - İlqar Paşayev adlı şəxsin evində toplaşıb qeyri-qanuni dini təbliğatla məşğul olurmuşlar:

«Dini qurumların yaradılması və fəaliyyəti qaydalarını pozaraq «Nurçuluq» təriqətinin yayılması və təbliğatı ilə məşğul olan təxminən 80-ə yaxın şəxs tərəfimizdən müəyyən olunub. Onlar polis orqanına gətirilib müvafiq sənədləşdirmə aprarılaraq izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Yalnız ev sahibinin qardaşı - yığıncağın təşkilatçısı və rəhbəri olan Qadir Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 299-cu maddəsinə müvafiq olaraq protokol tərtib edilib məhkəmə orqanlarına təqdim olunub».

Rəsul Məmmədovun sözlərinə görə, sözügedən evdə həmçinin 148 ədəd müxtəlif növ dini ədəbiyyat aşkar edilib və tədbir görülməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

İXM-in 299-cu maddəsində dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması nəzərdə tutulur. Həmin maddənin sanksiyasına görə, fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər isə iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

«Nurçuluq» islam dinində təriqət hesab olunur.
XS
SM
MD
LG