Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:34

Əfv məhbusun xeyrinədir. Bəs cəmiyyətin necə?


Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Bu gün aparıcı İlqar Rəsul «İşdən sonar» proqramının birinci hissəsində «Əfv məhbusun xeyrinədir. Bəs cəmiyyətin necə?» sualına cavab tapmağa çalışıb. Proqramda deputat Qüdrət Həsənquliyevin parlamentdə əfvlə bağlı dediyi sözlər səsləndirilib.

Qüdrət Həsənquliyev: «Bu ölkədə amnistiyanın tez-tez olması cinayətkarlığa qarşı mübarizəyə pis təsir göstərir».

Məsələ ilə bağlı fikirlərini bildirmək üçün hüquq müdafiəçisi Novella Cəfəroğlu verilişə bağlanıb:

Novella Cəfəroğlu: «Biz demirik ki, cinayətkarları əfv edin, biz deyirik ki, siyasi məhkumları əfv edin. Məsələn, Qobustan həbsxanasında elə məhkumlar var ki, onların həbs müddəti 15 illik həddi keçib. Əfv məsələsi vacibdir. Avropa Şurasında, Avropa İttifaqında Azərbaycan haqqında deyirlər ki, söz azadlığı yoxdur, siyasi məhbus məsələsi var. Azərbaycanın imicinin xarab olmaması, dövlət kimi dilə-dişə düşməməsi üçün deyirik bloqqerlərə, siyasi məhbuslara, ağır xəstələrə əfv verilsin».

Əfvin vacibliyindən danışarkən Novella Cəfəroğlu həmçinin məhkumların ailələri məsələsinə də toxunub:

- Onlar da insandırlar. İndi vəziyyət də pisdir. Camaatın ailə saxlamağa imkanı yoxdur. Ailəyə də ümiddir ki, yoldaşı həbsdən gəlib onları dolandıra bilər.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyev də telefonla verilişə qoşulub:

- Əfvə münasibət birmənalı deyil. Məsələn, ömürlük həbsə məhkum olunmuş adamı əfv edə bilərlər və hər hansı arqument gətirilməyə bilər. Amma adicə xuliqanlığa görə ya hansısa xırda pozuntuya görə bir neçə il həbs almış jurnalist illərlə orada oturub əfv almaya bilər.

Hüquq müdafiəçisi Sahib Məmmədov əfvlə bağlı nələri bildirdi?

Əfv məhbusun xeyrinədir. «Bəs cəmiyyətin necə?» sualına cavab tapıldımı?

BÜTÜN BUNLARDAN XƏBƏRDAR OLMAQ İSTƏYİRSİNİZSƏ «İŞDƏN SONRA»NI DİNLƏYİN.
XS
SM
MD
LG