Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

«Azərbaycanla Ermənistan bir qrupa düşməməlidirlər»


UEFA-nın prezidenti Mişel Platini
UEFA-nın prezidenti Mişel Platini
«Avro-2012 üçün keçiriləcək püşkatmada Rusiya ilə Gürcüstan və ya Azərbaycanla Ermənistan bir qrupa düşməməlidirlər. Əgər belə olarsa, onda bu komandalar biri-birlərindən ayrılaraq digər qruplara keçiriləcəklər».

Bunu fevralın 6-da, püşkatmaya həsr olunmuş mətbuat konfransında UEFA-nın prezidenti Mişel Platini deyib:

«Bildiyiniz kimi, bu ölkələr arasında müəyyən siyasi gərginliklər yaşanır. Və buna görə də seçmə mərhələdə biz bu ölkələrin bir qrupa düşməsini istəmirik».

Avro-2012-nin seçmə mərhələsinin püşkü fevralın 7-i Bakı vaxtı ilə saat 15-00 da Varşavada atılacaq.

Avro-2012-nin final mərhələsinin oyunları Polşa və Ukraynada keçiriləcək.
XS
SM
MD
LG