Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:49

Gömrükçülər son 5 ildə 1 tona qədər narkotik tutublar


Son 5 ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 329 nəfər saxlanılıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən son 5 il ərzində (2005-2009) 285 fakt üzrə 972 kq 538 qram narkotik vasitə və 201 272 ədəd (ampul, kapsul və həb şəklində) psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə «APA»ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Narkotik vasitələrin 162 kq 076 qramı tiryək, 509 kq 843 qramı həşiş, 143 kq 119 qramı geroin, 157 kq 047 qramı marixuana olub.

Son 5 ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 329 nəfər, o cümlədən
191 Azərbaycan,
86 İran,
12 Gürcüstan,
12 Rusiya,
7 Pakistan,
5 Nigeriya, Qana və digər Afrika ölkələri,
5 Türkiyə,
4 Özbəkistan,
1 Litva,
1 Kamboca vətəndaşı məsuliyyətə cəlb olunub.

Komitədən o da bildirilir ki, son illər qadınlardan narkokuryer qismində istifadə hallarının çoxalması müşahidə edilir. Belə ki, hesabat dövründə tutulan narkokuryerlərdən 46-sı (14%-ə yaxın) qadın olub.
XS
SM
MD
LG