Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Baş nazirə ayaqqabı atdılar


İspaniyanın Sevilya şəhərində Türkiyənin baş naziri Ərdoğana ayaqqabı atılıb.

Ayaqqabısını atan «Kürdüstan» qışqırırdı.

Polis onu dərhal tutub və məlum olub ki, bu şəxs suriyalı kürddür.

И в премьера Турции запустили ботинком
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid


Polisin məlumatına görə, 27 yaşı olan həmin şəxs bir ildir ki, İspaniyadadır. Polis hələ müəyyən etməmişdi ki, onu ölkədən çıxartsın yoxsa ona İspaniyada uzun müddətə qalma icazəsi versin.

Qərar bu yaxınlarda verilməli idi.

İndi həmin kürdü məhkəmə gözləyir. O, xarici dövlətin başçısını təhqir etməkdə günahlandırılır.

Ayaqqabı atılanda Ərdoğan öz maşınına minirdi. Ayaqqabı onun başının üstündən keçib.

Başqa bir kürd isə Ərdoğanın qaldığı hoteldə tutulub, saxlanıb. O da «Azad Kürdüstran» qışqırırdı və deyirdi ki, bütün qətllərə görə Ərdoğan cavabdehdir.

Polis həmin kürdün şəxsiyyətini müəyyən edəndən sonra buraxıb.

Türkiyənin baş naziri Ərdoğan Sevilyaya Madriddən - İspaniyanın baş naziri Xose Luis Zapatero ilə danışıqlardan sonra gəlmişdi.

Sevilyada Ərdoğana Türkiyə ilə İspaniya arasında mədəni əməkdaşlıqda xidmətlərinə görə mükafat verildi.

Ərdoğana hücum həmin mükafatı alıb, binadan çıxıb gedəndə olub.
XS
SM
MD
LG