Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:51

Azərbaycan Xarici Əlaqələr Komitəsinin qərarını qəbul etmir


Azərbaycan ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarını qəbul etmir. Bu cür hərəkətlər Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına mənfi təsir göstərir.

Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

«Ümumiyyətlə 100 il bundan əvvəl olmuş hansısa məsələni müzakirə edən konqres bu yaxınlarda - 20 il öncə baş verən hadisələrə - Xocalı kimi soyqırıma da də gərək qiymət versin. Bu baxımdan, inanmıram ki, belə qətnamələr, hərəkətlər Azərbaycanla Ermənistan arasında, eləcə də Cənubi Qafqazda hansısa sülhə, sabitliyə gətirib çıxara bilər».

Nazir bildirir ki, Ermənistanın 20 % Azərbaycan torpaqlarını işğal etdiyi, regionun təhlükəsizliyinə ən böyük zərbəni vurduğu bir vaxtda konqresdə birtərəfli qaydada hansısa qətnamə qəbul edirlərsə, bunun Dağlıq Qarabağ danışıqlarına da mənfi təsiri olmamış deyil:

«Ona görə də biz düşünürük ki, Amerika Konqresində sülh və sabitlik naminə hansısa məsələ müzakirə olunsa, buna ancaq tarixi baxımından yanaşılmamalı, ümumiyyətlə indiki vəziyyətə də toxunulmalıdır».
XS
SM
MD
LG