Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

«İki gənc bloggerin həbsi ilə bağlı vəziyyəti izləyirik...»


“Hesab edirik ki, Dağlıq Qarabağ problemi həll ediləndən sonra həm Azərbaycanda, həm də Ermənistanda insan haqlarının vəziyyəti yaxşılaşacaq”
Bunu ABŞ Dövlət Katibi Hillari Klinton martın 15-də AzadlıqRadiosu Azərbaycan xidmətinin Vaşinqtona ezam olunmuş müxbirinin sualını cavablandırarkən deyib.

«ABŞ Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı tez-tez tənqidi fikirlər səsləndirir, amma Azərbaycan hökuməti ilə enerji sahəsində əməkdaşlığı davam etdirir. Azərbaycanda belə bir fikir var ki, ABŞ hökuməti insan haqlarını özünün enerji maraqlarına qurban verib. Bu fikrə münasibətiniz necədir?» sualına cavabında dövlət katibi deyib:

«Biz Azərbaycanda insan haqlarının vəziyyəti ilə tanışıq. Xüsusilə də iki gənc bloggerin həbsi ilə bağlı vəziyyəti izləyirik və bu həbsdən çox narahatıq. İki gənc internetdə nə isə yazdıqlarına görə həbs olunublar. Amma hələlik biz Qarabağ münaqişəsinin həllinə diqqəti yönəltmişik. Hesab edirik ki, Dağlıq Qarabağ problemi həll olunandan sonra həm Azərbaycanda, həm də Ermənistanda insan haqlarının vəziyyəti yaxşılaşacaq».
XS
SM
MD
LG