Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:28

ABŞ-ın Azərbaycana yeni səfirinin gecikməsi sırf daxili proseslə bağlıdır


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
ABŞ-ın Azərbaycana yeni səfirinin təyin edilməsində yaranmış ləngimə sırf daxili proseslə bağlıdır.

Bunu səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson jurnalistlərə müsahibəsində deyib.

O, bildirib ki, bəzi mənbələrdə yeni səfirin təyinatında yaranan yubanma ilə əlaqədar yanlış məlumatlar yayılır:

«Bu, belə deyildir. Səfir üçün namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halının yoxlanılması uzun zaman tələb edir».

Terri Devidson qeyd edib ki, ABŞ səfirliyinin fəaliyyəti təkcə səfirlə məhdudlaşmır, hazırda səfirlikdə 80-dən artıq amerikalı işləyir.

O, həmçinin vurğulayıb ki, ABŞ Azərbaycan ilə təhlükəsizlik, enerji, demokratiya və digər sahələrdə uğurla əməkdaşlıq edir. Səfirin təyinatında yaranan gecikmə ikitərəfli əməkdaşlığa xələl gətirə bilməz. /AzərTac/
XS
SM
MD
LG