Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Eynulla Fətullayevin ailə üzvləri ölümlə hədələnib


Emin Fətullayev
Emin Fətullayev
«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsi ölümlə hədələnib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin atası Emin Fətullayev məlumat verib:

«Bu gün saat 1-in yarısında evə zəng oldu, hədə-qorxu gəldilər ki, oğluna de danışmasın, özün də çox danışma, yoxsa ailəniz üçün pis olar. Oğlunu da təhlükə gözləyir, bütün ailənizi təhlükə gözləyir, məhv edəcəyik sizi».

Emin Fətullayev naməlum mənbədən gələn hədəli telefon zəngi barədə polisə məlumat verib.

Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, ərazi sakini Emin Fətullayev mənzilinə hədələyici zəng olması ilə bağlı bölməyə ərizəylə müraciət edib. Hazırda onun ərizəsi araşdırılır.

Eynulla Fətullayev 2007-ci ildə terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin dekabr ayında ona qarşı üzərindən geroin tapılması ilə bağlı ittiham irəli sürülüb və o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Jurnalist özü ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər.

Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycan hökumətinə qarşı iddiası üzrə iş yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG