Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Nalbandyandan Məmmədyarova cavab


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
Ermənistanın xarici işlər naziri Azərbaycanı Madrid Prinsiplərinin mahiyyətini təhrif etməkdə günahlandırıb.

«Azərbaycan hətta qəbul edəndə də təhrif edir - danışıqlar prosesinin və müzakirələrin mahiyyətini».
Bunu Yerevanda mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

«Biz yalnız onu alqışlaya bilərik ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Madrid prinsiplərini qəbul edir. Hərçənd onlar (Azərbaycan) iddia edirlər ki, prinsipləri müəyyən istisnalarla qəbul edirlər».

Nalbandyan deyib ki, əslində Madrid Prinsiplərini Ermənistan qəbul edir, Azərbaycan qəbul etmir. (Interfaks)
XS
SM
MD
LG