Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Britaniyanı narahat edən ölkələr arasında Azərbaycan yoxdur


Devid Milibend hesabatı təqdim edir
Devid Milibend hesabatı təqdim edir
İnsan haqlarının durumuna görə Büyk Britaniyanın ən çox narahat edən ölkələr Birma və İrandır. Böyük Britaniyanın Xarici İşlər naziri Devid Milibend 2009-cu il üçün dünyada insan haqlarıyla bağlı hesabatı təqdim edərkən belə deyib.

Xarici İşlər Nazirliyinin 200 səhifəlik bu hesabatında insan haqlarının vəziyyətinə görə Britaniya hökumətini narahat edən məsələlərdən və dövlətlərdən, eləcə də, hökumətin gördüyü işlərdən söz açılır. Ümumilikdə siyahıda 22 ölkə var:

Əfqanstan, Belarus, Birma, Çin, Kolumbiya, Kuba, Şimali Koreya, Konqo, İran, İraq, İsrail və işğal olunmuş Fələstin torpaqları, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Somali, Şri Lanka, Sudan, Suriya, Türkmənistan, Özbəkistan, Vyetnam və Zimbabve.

200 səhifəlik hesabatda Azərbaycanın adı ancaq 3 dəfə, 3 cümlədə xatırlanır. Bir dəfə Avropa Birliyi ilə Şərq Tərəfdaşlıq planına qoşulduğu bildirilir.

İkinci dəfə Azərbaycanda iki gənc fəalın - Emin Milli və Adnan Hacızadənin xuliqanlıq ittihamıyla həbsiylə bağlı Avropa Birliyinin narahatlıq ifadə etməsi xatırlanır.

Üçüncü dəfə isə 2009-cu ildə Cənubi Qafqazda söz və mətbuat azadlığının vəziyyətinin pisləşməsindən, jurnalistlərin sıxışdırılmasının ümumi hal olmasından söz açılır. Vurğulanır ki, «Azərbaycanda 5 jurnalistin Cinayət Məcəlləsinin böhtan ittihamıyla həbs edilməsi ifadə azadlığı və ədalətli məhkəmə hüququnun pozulması kimi qiymətləndirilir».

Britaniyanın Xarici İşlər naziri Devid Milibend sənədi təqdim edərkən deyib ki, bu illik hesabat Britaniya hökuməti və vətəndaş cəmiyyəti qurumlarının konkret hallar və ölkələrlə bağlı siyasətinin formalaşmasında mühüm rol oynayır.
XS
SM
MD
LG