Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Ermənistanda 50 yaşa qədər hamını orduya çağırırlar


Ermənistan ordusu təlimdə, 10 avqust 2004
Ermənistan ordusu təlimdə, 10 avqust 2004
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan AzadliqRadiosunun erməni xidmətinə bildirib ki, Ermənistanda 50 yaşına qədər bütün kişlər orduya çağırılır. Onlar bir həftə hərbi təlimlərə cəlb ediləcək, döyüş hazırlıqları yüksəldilir. Artıq çağırışlara da başlanıb.

Şahsuvaryan bildirir ki, onlar çalışırlar ki, hər bir erməni müharibə zamanı orduda hansı işi görəcəyini bəri başdan bilsin. Amma o, Azərbaycanda müharibə çağırışlarına görə Ermənistan ordusunun yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə xəbərləri təkzib edib.

Başqa bir təkzib də Qarabağdakı erməni qüvvələrinin rəhbərliyindən gəlib. Son vaxtlar Ermənistan mətbuatında kişilərin Qarabağdan kənara getməsinə qadağa qoyulması barədə məlumat yayılmışdı. Amma Qarabağdakı hərbçilərin rəhbərliyi bu xəbərin də yalan olduğunu bildirib.

YENİ MÜHARİBƏ EHTİMALI VARMI?


Şahsuvaryan son vaxtlar atəşkəsin tez-tez pozulması və Azərbaycanın sərhədlərdə möhkəmlənməsinin yeni bir müharibə ehtimalını artırması fikrini də inkar edib:

«Son illər vəziyyət bu şəkildə davam edir. Cəbhə xəttində dəyişiklik olduğunu, bu cür hadisələrin getdikcə artdığını söyləmək səhv olardı. Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin başlanma ehtimalı hazırda çox aşağıdır».

Nazirlik rəsmisi onu da bildirib ki, Ermənistan ordusu Azərbaycanın Qarabağı yenidən hərbi yolla alacağına dair fikirlərini çox ciddi nəzərdə keçirir. Ona görə də təmas xəttində istehkamlar möhkəmləndirlib:

ERMƏNİSTAN HAZIRDIR


Serj Sarkisyan Dağlıq Qarabağda hərbi təlimləri izləyir, 22 oktyabr 2009
«Mövqelərimiz möhkəmləndilib. İndi orada bizim bir neçə müdafiə xəttimiz var. Əsgərlərin döyüş hazırlığı, hərbi-vətənpərvərlik ruhu yüksəldilib. Hərbi texnika saz vəziyyətə gətirlib. Hazırda hər hansı hərbi hissədə bir dənə də xarab texnika tapmaq mümkün deyil».

Müdafiə Naziri Seyran Ohanyan da deyib ki, Ermənistan ordusu ikinci müharibəyə tam hazır vəziyyətdədir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu yaxınlarda açıqlayıb ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmir və bu halda yeni müharibənin başlanması ehtimalı çox yüksəkdir.

AZƏRBAYCANIN ÇIXIŞ YOLU...

«Azərbaycanın öz ərazilərini güc yolu ilə qaytarmaqdan başqa çıxış yolu qalmır».

Bu fikir prezident İlham Əliyevin də çıxışlarında tez-tez səslənir. İlham Əliyev Novruz bayramı münasibətilə çıxışında bir daha qeyd edib ki, Azərbaycan orduya xərcləri ildən-ilə artır və ordunu tapşırıqları qısa zamanda həll etmək vəziyyətinə gətiriblər. İlham Əliyev qeyd edir ki, sülh danışıqları fayda verməsə, Azərbaycan güc yoluna əl atmalı olacaq.

Ermənistanın prezidenti Serj Sarkisyan isə bugünlər Suriyada səfərdə olarkən yerli qəzetlərə müsahibəsində bildirib ki, Azərbaycanla gücdən istifadə etməmək barədə razılaşma imzalamağı təklif edirlər. Amma o, yenə də qeyd edib ki, Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb, regionun gələcəyini orada yaşayan ermənilər müəyyən etməlidirlər.
XS
SM
MD
LG