Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

«Reuters»in jurnasliti İraqda necə həlak olub


Aprelin 5-da videonu ilk dəfə internetdə yerləşdirən WikiLeaks təşkilatı mətbuat konfransı keçirib. Bu təşkilat vəzifədən sui-istifadə hallarına qarşı mübarizə aparan OHT-dir.

VİDEONUN ŞOK MƏZMUNU

Videokadrlar hərbi əməliyyatı həyata keçirən “Apaçı” vertolyotundan çəkilib. Burada vertolyotla hərbi komandanlıq arasında gedən radiodanışığının səsi də var. Vertolyotun yedəyində olan əsgərlər havadan bir qrup adama atəş açır. Hücuma məruz qalanlar arasında Reuters agentliyinin iki müxbiri də var. Videoda bununla bağlı müvafiq redaktə aparılıb, yazı ilə hərəkət edən adamların kim olduğu qeyd edilir.

bu video müharibənin işıqlandırılmasının nə qədər təhlükəli olduğunu isbat edən çox faciəli bir nümunədir...

Eyni zamanda vertolyotla komandanlıq arasına gedən radiodanışığın mətni də titr halnda görüntülərin altında verilir.

WikiLeaks bildirir ki, video 2007-ci il iyulun 12-də Bağdad yaxınlığında çəkilib. Bu hadisə barədə əvvəllər də məlumat verilmişdi. Amma ilk dəfədir ki, hadisənin necə baş verdiyini göstərən videogörüntülər yayılır.

Vertolyotdan adamlara atəş açılandan bir qədər sonra hadisə yerinə bir mikroavtobus yaxınlaşır. Maşındakılar yaralılara yardım etməyə çalışarkən onlara da atəş açılır. Bu zaman vertolyotdakılar atəş açmaq üçün icazə istəyir və səbrsizliklə həmin icazənin verilməsini gözləyirlər:

- Tez edin, icazə verin, ataq!

Əsgərlərə atəş açmaq icazəsi veriləndən dərhal sonra mikroavtobus atəşə tutulur, yaralıları götürməyə çalışan adamlar da öldürlür.


VİDEOGÖRÜNTÜLƏRLƏ BAĞLI DEYİLƏNLƏR

Həlak olanların hamısı haqqında məlumat yoxdur. Amma WikiLeaks məlumatına görə, onlardan biri Reuters agentliyinin 22 yaşlı fotomüxbiri Namir Nur-Elden, ikincisi isə onun 40 yaşlı köməkçisi və sürücüsü Səid Çmağdır.

Hadisə yerində iki uşaq da yaralanıb.

WikiLeaks təşkilatının sözçüsü Culian Assange hesab edir ki, vertolyotda olan əsgərlər jurnalistin əlindəki kamerları silaha oxşadıb.

Bir an sonra bu insanlar atəşə tutulacaq


Vertolyotdan çəkilən videodakı danışıqda əsgərlər komandanlığa yerdə silahlı adamlar olduğunu deyirlər.

RƏSMİLƏR VİDEONUN HƏQİQİLİYİNİ TƏSDİQ EDİR

ABŞ Baş Qərargahın sözçüsü mayor Şavn Turner də bildirib ki, bu hadisə barədə məlumat əldə ediləndən dərhal sonra araşdırma başlayıb. Vertolyotda olan əsgərlər jurnalistlərin kamerlarını yuxarıdan raket atan qurğuya bənzədiblər: “Biz günahsız adamların ölümündən məyusuq və hadisə dərhal araşdırılıb. Onun ört-basdır edilməsinə heç bir cəhd olmayıb” – deyə Turner bildirib.

Maşında olan iki uşaq da yaralanır. Az sonra uşaqları əraziyə yaxınlaşan ABŞ hərbçiləri maşından çıxarırlar. “Apaçi”vertolyotları isə bu müddətdə yuxarıda dövrə vurur. İçəridəkilərdən biri deyir:

- Öz günahlarıdır, uşağı döyüş meydanına niyə gətiriblər!

Amma WikiLeaks təşkilatının sözçüsü Culian Assange hərbçilərin arqumenti ilə razı deyil:

“Mən əsgərlərin bu vəziyyətdə davranışını mövcud hərbi qaydalarla əsaslandımağı düzgün hesab etmirəm. Həmin qayda varsa belə, o qanunsuz qaydadır. Əsgərlər elə bil kompyuterdə hansısa oyun oynayırlar. Onlar özlərini daha çox hədəf öldürüb rəqib komandaya qalib gəlməyə tələsən kompyuter oyunçusu kimi aparırlar” – deyə Assange bildirib.

Reuters agentliyinin baş redaktoru da bildirib ki, bu video müharibənin işıqlandırılmasının nə qədər təhlükəli olduğunu isbat edən çox faciəli bir nümunədir.

PENTAQON DEYİR BİR İL ƏVVƏL VİDEONU REUTERSƏ TƏQDİM EDİB

Agentrlik bundan əvvəl də əməkdaşlarının qətlə yetirilməsinə görə ABŞ Müdafiə Nazirliyindən əhatəli və obyektiv araşdırma aparmağı tələb etmişdi. Vaxtilə Reuters Azadlıq Aktına istinadla Müdafiə Nazirliyindən hadisənin helikopterdən çəkilmiş videogörünütülərinin surətini istəmişdi.

Baş Qərargahdan bildirirlər ki, həmin qanunun tələblərinə görə videogörünütlər keçən il agentlıiyə təqdim edilib. Hərbçilər agentliyə hadisə yerində olduğunu guman etdiklıəri silah növlərinin də şəkillərini göndəriblər.

Hərbçilər mikroavtobusu da yaraqlıların maşını guman etdiklərini, onların öz yaralılarını ərazidən çıxarmağa cəhd etdiklərini düşündüklərini deyiblər.

XS
SM
MD
LG