Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:53

«Arzu edirik ki, aksiyalara icazə verilsin»


«Arzu edirik ki, siyasi partiyaların sərbəst toplaşma azadlığı müsbət qarşılansın, aksiyalara icazə verilsin».

Bunu aprelin 28-də ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel jurnalistlərin müxalifətin iki aksiyasının dağıdılmasıyla bağlı sualını cavablandırarkən deyib.

Bilgə Cankorel hesab edir ki, Azərbaycanda sərbəst toplaşma azadlığıyla bağlı normal qanunvericilik var, amma bunun tətbiqi üzrə fəaliyyət göstərilməsi lazımdır:

«Biz istəyirik ki, siyasi partiyalar, seçki kampaniyalarına daha aktiv qatıla bilsinlər. Bu, siyasi partiyaların xalqla ünsiyyəti məsələsidir».

Bilgə Cankorel deyir ki, Avropa ölkələrindəki kimi şəhərin mərkəzinə yaxın yerlər ayrılmalı və siyasi partiyaların xalqla ünsiyyətinə imkan yaradılmalıdır. O, hakimiyyətin siyasi partiyaların aksiyalarına tolerant yanaşacağını güman edir.
XS
SM
MD
LG