Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

3 kənddə 120 baş inək, 300 baş qoyun-keçi subasmaya qurban olub


Mayın 12-ə olan məlumata görə, Sabirabad rayonunun su altında qalan yalnız üç kəndində 120 baş inək, 300 başa qədər də qoyun-keçi məhv olub.

Bu barədə AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyininin mətbuat xidmətindən məlumat verilib.

Xidmətin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, Sabirabad və Salyan rayonlarında ümumilikdə 15 mindən artıq toyuq-cücə tələf olub.

Hələlik su altında qalan kəndlərdə bir nəfərin ölməsi haqda məlumat təsdiqlənib.

Ölkə üzrə 49 min hektara yaxın əkin sahəsi su altında qalıb.

Mayın 7-i səhər saatlarında Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətdən bəndin dağılması nəticəsində Sabirabad rayonun bir neçə kəndi su altında qalıb. Sonrakı günlərədə də qoruyucu bəndlər bir neçə yerdən dağıldığından daha bir nəçə kənd su altında qalıb.

Dağılan ilk qoruyucu bənd bağlansa da, Sabirabadın Mürsəlli, Şıxlar, Ulacalı kəndləri istiqamətində dağılan bəndi hələ də bağlamaq mümkün olmayıb. Su rayonun Qaralar, Məmişlər kəndləri istiqamətində əkin sahələrinə axmaqdadır. Bundan başqa, Saatlı rayonunun Araz çayı boyunca olan kəndlərinin də su altında qalmaq təhlükəsi var.

Hazırda ən gərgin vəziyyət Saatlı rayonu ilə İmişli arasındakı Sarısu gölü ətrafındadır. Rayonun Hacıqasımlı kəndi istiqamətindən dağılan bəndi bağlamaq mümkün olmadığından ətrafdakı 5-6 kənddə su basma təhlükəsi yaranıb. Kənd sakinlərindən aldığımız məlumata görə, əhali ötən gündən kəndləri tərk ediblər.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG