Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Ekspert: «…Əks halda Kürün qarşısını almaq çətinləşəcək»


Sabirabadda daşqın
Sabirabadda daşqın
Kürün deltasının lildən təmizlənməsi üçün azı bir ay vaxt lazımdır.

Bunu «İşdən sonra» pqoqramında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib. Onun sözlərinə görə, işlər sürətlənməlidir, əks halda Kürün qarşısını almaq çətinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Kür çayında suyun səviyyəsinin hələ azalmayacağını bildirib. Bu əsasən yağan yağıntılarla bağlıdır.

Verilişə Şirvandan qoşulan sakin Kazım Kazımlı Kürətrafi rayonlarda vəziyyətin hələ də acınacaqlı şəkildə olduğunu bildirib. Onun sözlərinə görə, təbii fəlakətdən əziyyət çəkən sakinlərə yardımlar qeydiyyat olmadan pərakəndə şəkildə verilir.

Sabirabad sakini Hacağa Qafarov isə mayın 19-dan rayonun Azadakənd və daha iki kəndinin boşaldıldığını xəbər verib:

- Sakinlər köçürülüb. Kəndləri su basıb.

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədov isə Kürətrafı rayonlarda vəziyyətin acınacaqlı halda olduğunu bir daha diqqətə çatdırıb.



HƏMÇİNİN OXU

ƏN BÖYÜK ZİYAN TORPAĞA DƏYİB

KÜR ÇAYI HAQDA BUNLARI BİLMƏK MARAQLIDIR
XS
SM
MD
LG