Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:51

İsraildə saxlanan Azərbaycan vətəndaşları Bakıya qayıdıblar


Mayın 30-da baş verən insidentdə iki Azərbaycan vətəndaşı da İsrail hərbçiləri tərəfindən saxlanmışdı
Mayın 30-da baş verən insidentdə iki Azərbaycan vətəndaşı da İsrail hərbçiləri tərəfindən saxlanmışdı
Fələstinin Qəzza zolağına humanitar yardım aparan «Azadlıq donanması»ndakı gəmilərdən birində olan və İsrail hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşları iyunun 6-da Bakıya dönüblər.

APA-nın məlumatına görə, Cəbrayıl sakini Qaraoğlan Quliyev jurnalistlərə açıqlama verməsə də, Beyləqan sakini Məhərrəm Orucov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərlə qısa söhbət edib. 3 ildir, Türkiyədə şəxsi «Dəfnə» gəmisində işlədiyini deyən M. Orucovun sözlərinə görə, onlar Qəzzaya humanitar yardım apararkən İsrail hərbçiləri tərəfindən saxlanılıblar:

«Gəmimizi Qəzzaya girmək istəyərkən saxladılar. Gəmiyə heç bir silahlı hücum olmadı, sadəcə, bildirdilər ki, Qəzzaya girmək üçün icazəmiz yoxdur. Bizim gəmidəkilər də İsrail hərbçilərinə heç bir müqavimət göstərmədilər».

M. Orucov gəmlərində hər hansı silah və silahlı şəxs olmadığını bildirib. İsrail hərbçiləri əvvəlcə onları Aşdot, oradan isə Tel-Əvivə gətiriblər. M.Orucov Tel-Əvivdə normal şəraitdə saxlanıldıqlarını da sözlərinə əlavə edib.

Azərbaycan vətəndaşları İsraildən Bakıya Tel-Əviv-Bakı birbaşa təyyarə reysi ilə yola salınıblar.

HƏMÇİNİN OXU:

Qəzza sahilində həbs olunanlar arasında 2 Azərbaycan vətəndaşı var

MÖVZUNU BURADAN ŞƏRH EDİN
XS
SM
MD
LG