Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

«Dəli» top


Futbol azarkeşinin saç düzümü, 7 iyun 2010
Futbol azarkeşinin saç düzümü, 7 iyun 2010
İyunun 11-i başlanan Dünya Kuboku yarışlarına sahiblik edən Cənubi Afrika futbolda, sən demə, yeni sima deyilmiş.

Cənubi afrikalılar iddia edirlər ki, dünyada ilk futbol matçı 1862-ci ildə məhz Cənubi Afrikada olub.

Kuboka iddialı olan 32 yığmanın 64 oyununa 30 milyon bilet gündə 5 min bilet sürətilə satılıb. FİFA-nın baş katibi Cerom Valke bilet satışından olduqca razıdır. O əmindir ki, Kubok oyunlarında tamaşaçı problemi tamamilə həll olunub:

«Mən demirəm ki, biletlərin hamısı satılıb, qurtaracaq ancaq satış möhtəşəmdir».

Bilet satışı FİFA üçün ciddi məsələdir. Çünki oyunların göstərilməsini satın alan televiziya şirkətlərinin əsas tələbi odur ki, tribunalarda boşluq çox olmamalıdır.

TƏHLÜKƏSİZLİK

İyunun 6-da Nigeriya ilə Cənubi Koreyanın Kubok qabağı yoldaşlıq görüşündə tamaşaçılar arasında iğtişaş düşdü və 16 adam yaralandı.

Bundan sonra FİFA-nın prezidenti Cozef Blatter məcbur olub bəyanat verdi ki, belə dava Kubok oyunlarında baş verə bilməz.

Ancaq o, bütün məsuliyyəti Cənubi Afrikada görür.:

«Futbol Federasiyasının polisi və ordusu yoxdur ki, təhlükəsizliyi təmin etsin. Təhlükəsizlik yarışın keçirildiyi dövlətin işidir».

TERROR TƏHLÜKƏSİ

Yanvar ayında Anqola ilə oyundan sonra vətənə dönən Toqo yığmasının avtobusu hücuma məruz qalandan sonra terror təhlükəsi də ciddi
Heç kim Zinəddin Zidanla Marko Materazzinin insidenti kimi hadisənin təkrar olunmasını istəmir
qəbul olunur.

Cənubi Afrikanın özü Kubok yarışı vaxtı hər hansı terroru istisna edir. Yarışların təhlükəsizliyinə 40 min polis qüvvəsi cəlb olunub.

Lazım gəlsə, göyə qaldırılmağa vertolyotlar, iğtişaş olsa, kütləni dağıtmağa su maşınları hazır vəziyyətdədir.

HAKİMLİK

Dünya Kuboku qabağı ən çox diqqət yetirilən məsələ həm də hakimlikdir. Heç kim keçən Kubokun finalında Zinəddin Zidanla Marko Materazzinin insidenti kimi hadisənin təkrar olunmasını istəmir.

O vaxt italiyalı müdafiəçiyə kəllə vuran Zidanı qovdular. Ancaq sonra məlum oldu ki, Zidanı müdafiəçi provokasiyaya çəkib.

Fransalı Tiyerri Anrinin Kubokun seçmə oyunlarında etdiyinin də təkrar olunmasını istəmirlər. O həlledici oyunda əllə oynadı və vurulan qol İrlandiyanı Dünya Kubokundan qıraqda saxladı.
İrlandiya tələb edirdi ki, oyun yenidən oynansın, ancaq FİFA razı olmadı. Ancaq hakimlik problemi Anri qalmaqalından sonra yenidən aktuallaşdı.

Ancaq hakimlərin müdafiəsinə FİFA-nın prezidenti Blatterin özü qalxıb: «Səhv hər yerdə olur».

O deyir: «FİFA keçən ay qərara aldı ki, meydançada bir hakimin, kənarda isə maksimum iki köməkçinin olduğu indiki hakimlik sistemi saxlansın».

Blatterin fikrincə, «səhvsiz hakim konsepsiyası düzgün deyil. Əgər biz fikirləşsək ki, hakim səhv edə bilməz, onda bütün hakimlik sistemi sual altına düşür».

Buffon topu pisləyir
Blatter dördüncü rəsminin olması haqda isə deyib ki, o, oyuna o biri üç hakim kimi müdaxilə edə bilmir.

TOP

Builki Kubok yarışlarında ən böyük mübahisəni isə top doğurur. «Adidas» şirkətinin bu topunu dünyanın ən məşhur qapıçıları - italiyalı Buffon, braziliyalı Julio Sezar və başqaları pisləyiblər.

Julio Sezar bu topu supermarketdə satılan top adlandırır.

Qapıçılar topun necə uçmağından narazıdırlar.

Amerika yığmasının qapıçısı Tim Hovard Avstraliya ilə yoldaşlıq görüşündən sonra Dünya Kubokunda oynanılacaq bu topu «dəli» adlandırıb və deyib ki, Cənubi Afrikada azarkeşlər bu topun səfeh hərəkətlərini görəcəklər.

Əvvəllər topdan yalnız qapıçılar şikayətlənirdi, bu yarışlar qabağı isə narazılığını həm də meydanda oynayanlar bildirir. Onların fikrincə, yeni top «çox çevikdir», «onu ram etməyə alışmaq lazımdır».

FİFA prezidenti Blatter isə hesab edir ki, bütün əyər-əskiklər üç günə yaddan çıxacaq və milyardlarla insanın əhvalını Cənubi Afrikada baş verənlər müəyyən edəcək.

Onun fikrincə, ən böyük hadisə odur ki, Afrika ayağa durub, dünyanın ən böyük tədbirini keçirməyə qadir olduğunu göstərdi.
XS
SM
MD
LG