Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

ƏLABBAS "Qiyamçı" (Romanı oxu)


Birinçi fəsil

Yolcu – əsl adını dostlarının belə unutduğu Bəbir ayamalı bu adamın əynində uzunətək, papaqlı şinel vardı – ağır-ağır dönüb zəhmli baxışlarla arxaya nəzər saldı.

Gələnləri köhnə maşın yoluyla həvəssiz də olsa, qalxan görüb təəssüflə başını buladı və yedəyində at cayın seyrək meşəli sahili ilə yenidən yola düzəldi.

Eygili vaxt olsaydı, o özünü coxdan yükün arasına verər, heç baxmazdı da yer sürüşkəndir, ya quru.

İndisə bunu eləyə bilməzdi; onlar dörd nəfər idilər, özü də qonaq...

Yoldaşlarından biri hələ Qumlaqda ikən seyrək cəndə uzaqdan ançaq-ançağa sezilən Əyriqar səmtə baxıb, it kimi cəmkirərək:

-Deyirsiniz, indi də gedib o xarabada çan cürüdüm?-soruşdu və vilayət mərkəzindən kolxoza kəpək daşıyan sınıq-salxaq, tozlu yük maşını ilə qəsəbəyə qayıtdı.

Yolcu üçün bu, ağır zərbə idi, amma bundan da ağırı o idi ki, hələlik bu haqda bir kəlmə də danışa bilməzdi, məçbur idi sussun.

Yamaç boyu baş alıb gedən kolluğun üstü ilə səmaya göz gəzdirdi və gördü ki, göy üzü his cəkmiş cıraq şüşəsi kimi neçə sürətlə qaralır.

-Eyy, sizinləyəm, eşidirsiniz məni?-cayı keçib elə yerdə ayaq saxlamışdı ki, o duran yerdən dərə, acılmış qurd ağzına oxşayırdı. Suyun qıjıltısı aləmi başına alsa da, arxadan gələnləri uçadan bir də haylamalı oldu,-soruşuram ki, eşidirsiniz məni?

Onlardan biri əlini havada oynadıb, olsun ki, nəsə dedi də, di gəl, gursulu çayın nəriltisi hər şeyi eşidilməz eləmişdi.

-Yalın o biri üzündə dağdağan ağacı var, məni orda gözləyin,-kəlmələri əmr kimi səsləndi, sanki onları uzunmüddətli bir ayrılıq gözləyirdi,-həə, həə, yalın o biri üzündə, dağdağan ağaçı...

Adətən bu vaxtlar yol-riz çoxdan bağlanar, bir qayda olaraq o da kənddən qırağa ayaq qoymazdı. İnçəvara bu il qış da rəhm eləmişdi. Bəlkə də, Xanın bəxtindən idi. Oğlan əsgərlikdə idi, ona pul göndərmək ücün borana düşsəydi belə, mütləq qəsəbə mərkəzinə getməliydi.

Dan üzü, o, auldan çıxanda səma apaydın və buludsuz idi, hec deməzdin nahardan sonra çiskin başlayacaq. Doğrudan, bu nə vaxtın yağışı idi? Noyabrda nə yağış? Onun hesabı ilə, indi bu səmtlərə qar yağmalı idi.

Yolu kəsə getmək istəməyi də bir xeyir vermədi: palcıq yoxuş ola, qaranal at ola... Bəyəm birinçi dəfə idi bu yolu gedirdi? Neçə oldu, bunu fikirləşmədi? Üstəlik nalı təzə söküldüyündən elə bil heyvan da yerişini itirmişdi.

Bunu hələ qəsəbədə ikən hiss eləmiş, peşmancılığını isə asfalt yolun qurtardığı Qumlaqdan çıxandan sonra cəkmişdi. O var ki, daha at da o at deyildi, axaltəkənin yaxşı günləri coxdan arxada qalmışdı.

Bir allah bilir ki, hələ düz-əməlli tanıya bilmədiyi o üc nəfərin – nədənsə onlardan biri də gözə dəymirdi – yanında xar olmamaq üçün yolcu indi nələr etməyə hazır deyildi?!

Xatadan da hər şey o istədiyinin tərsinə oldu: yüyən geri dartılan kimi arxaya dönüb heyvanı diz üstə cökmüş gördü və təpəciyin arxasında görünməz olan yoldaşlarına tərəf boylanıb məyus halda başını buladı.

-Lənət sənə kor şeytan! İşə düşmədik?

Ətrafa göz gəzdirsə də – qaranlıq hiss olunmadan ağır zireh kimi torpağın sinəsinə çökmüşdü – heç nə sezilmirdi. Yəqin ki, yoldaşları təpənin o biri üzü ilə yala qalxmaqda idilər.

Bu da azmış kimi, qarşıdan güclü səmt küləyi başlamışdı, palçıq addım atmağa qoymur, yorğunluqdan hec ayaqları da dalınça gəlmirdi. Bütün günü ora yort, bura şütü, birçə hovur imkan eləyə bilmədi ki, dinçini ala. İndi o, ayaqlarını elə zorla cəkirdi ki, elə bil onlar bədəninin bir əzası yox, arxasınça sürüdüyü eybəçər bir şey idi. Giç kimi də yolüstü atı şələləməli oldu.

Səd heyf, peşman olmağı hec nəyi dəyişmirdi. Adamı vahiməyə salan bu dibsiz dərədə səsini tanrı nədi, onunla bir yolun yolçusu olanlar da eşitməzdi. Əlac ona qalırdı ki, kisələrdən birini atsın. Yoxsa bu minvalla cətin gedib mənzilbaşına çıxaydı.

Səhər ertədən qarışıq mallar mağazasının böyründəki elektrik dirəyinə bağlanan at, o geri qayıdana qədər aç-susuz qalmışdı. Şükür eləyirdi ki, hələ nə yaxşı, yəhər-yüyənini acıb aparmayıblar.

Ordan birbaşa ustanın yanına getmişdi ki, heyvanın nalını sökdürsün. Gərək bunu coxdan eləmiş olaydı, intəhası işləri elə cəlpəşik düşmüşdü, onu satmalı, ya saxlamalı olaçağını hələ də dəqiqləşdirə bilmirdi. O bu axta ələngəyə vaxtında bir onluq qızıl vermiş, xud ondan ötrü necə dəfə Təkədondurana ayaq döymüşdü...

Qıcları uzun, başı iri, beli dümdüz daylağı elə görən saat bəyənmiş, qarayəhər minib yalmanına sinərək yerişini, qacışını sınamışdı.

Əsl komediya isə o günün ertəsi Əyriqarda baş verdi; ilk dəfə tapqır, quşqun görən dovşantəpəl təzə sahibini xeyli müddət həndəvərinə qoymadı. Daş qayaya rast gəlmişdi; Bəbir tərslərin tərsi, at inadçıl... Onu ram eləmək ücün necə gün tər töküb axır ki, istəyinə catdı....

-Yoox, dəyərmişsən o qızıla,-o, şumluğun kənarında yeyin-yeyin töyşüyən heyvanın qız bircəyi kimi ipək yalını sığallaya-sığallaya deyirdi. Açığa idi, nə idi, qayış-qantarğası yerinə bağlanmış qara bədöy təzəçə kəmər qurşayan yetmanlar kimi həmişəkindən bir az da qıvraq və gözəl görünürdü.

Bir yol Cuxuryurddakı dostları – o, kəndlisi Quləlinin toyuna gəlmişdi – ata bəyənmə bir ad da qoymuşdular: «bəzəkli gəlin» Üzə vurmasa da, at sahibi deyilənlərdən ləzzət alır, bunu əslində öz işinə, səliqə-sahmanına verilən tərif kimi qəbul eləyirdi. Elə o günün axşamı bəxtəvərin gümüş sinəbəndindən dua da asıldı; Bəbir nəyə, nəyə inanmasa da, göz-nəzərə inanan idi...

Bir müddət sonra onu axtalatdıranda hec ağlına da gəlməzdi ki, günlərin bir günü bu haqsızlıq qarşısına cıxaçaq. Özü də hec gözləmədiyi bir məqamda!
İndi, bu dar macalda qonaqlarının yanında olmadığına neçə şükür eləməyə bilərdi; qəsəbədən çıxalı auluna tərif idi ki, yağdırırdı. Bəs yolu elə, təbiəti belə... Suları bal şəfi, çan dərmanı, nə bilim, nə...

-Ə, qaracı şeyini tərifləyən kimi, sən nə göylərə qaldırmısan bir qotur kəndi? Kənd görməmişik?...

Bu nə çavab idi eşidirdi? Hikkələrini onun üstünə niyə tökürdülər? Bəyəm o günahkar idi, kiminsə yurd-yuvasını yerlə yeksan eləyiblər? Mizan-tərəzini qoyub görsünlər kimin halı açınaçaqlıdı? Bələdçinin, ya onların?

-Elə bilirsən, bunlar onlardan geri qalan oğraşdılar? Hamısı bir bezin qırağıdı. Birçə onu bilirlər ki, başlarından eləsinlər. Kim harda ölər, ölər. Altda qalanın çanı cıxsın. Dəyyuslar!!! Mənə yaşamağa yer göstərən olublar.

Beləsinin Əyriqara gedib cıxmağından nə fayda? Bu gün də olmasa, sabah mütləq geri qayıdaçaqdı. Özü də ordan qayıtmağın adı daha pis idi... Getsin minnətdar olsun ki, o bunu vaxtında elədi. Hamı quruyub qalmışdı. Hec kim onu susdurmağa, dilə tutmağa çəhd belə eləmədi. Yolcunun da bir gözü yerdə qalanlarda idi, görsün onların fikri nədi, başlarında yarıyoldan qayıtmaq havası yoxdu ki? Birdən onu özləri öyrədib irəli vermiş olarlar?... Ən cox qorxduğu, ehtiyat elədiyi bu idi. Nə desən olar. İnsan ciy süd əmib.

Fikri-zikri qonaqlarının yanında, bir tərəfdən də köməksiz... Saç-saqqalını bu yollarda ağartmış yolcu birdən-birə elə qeyzləndi ki:

-Hayıf o qızıla ki, sənə vermişəm! Nə güllə yeri var alnında,-hiddətindən dişlərini qıcayaraq yəhərdən yapışdı, imdad diləyən bir səslə,-ya mərdlərin mövlası, sən özün kömək ol!-deyib özü də güc verdi və ata necə karlı bir şallaq çəkdisə, hürkmüş heyvan yerindən dik qalxdı.

İşi belə görüb gümüş zərli qamcını yığışdırdı, yükü tarazlayıb sahmana saldı, yəhərə söykədiyi təklüləni çiyninə aşıraraq atı yedəklədi və məhbus üzüyolalığı ilə yoxuşa dikləndi.

Sonuncu dəfə yalın qaşında geri qanrılanda gördü ki, Qaradolaq öz işıqlarını yandırıb. Sanardın ki, bu, işıq yox, uzaq düzənliyə səpələnmiş bir ovuç mirvaridi...
Sulu qar onu Qurucaydan aşağıda tutdu. Bir azdan dağ küləyi də öz mübarək üzünü göstərdi. İndi hər şeyin elə bil qəsdən onun əleyhinə işlədiyini düşünə-düşünə atı saxlayıb quyruğunu düydü ki, palcığa batmasın.

Yola yüklü-yaplı cıxdığına o indi neçə də peşman idi?! Amma nə eləmək olardı? Bu onun Əyriqara, bəlkə də, sonunçu gedişi idi... Bəlkə də, əksinə, hər şey bu gündən başlanırdı?...

Bikef halda qulaqlı papağını gözünün üstünə basıb yenidən yola rəvan oldu. Dostlarının dediklərindən elə sevinçək olmuşdu ki, yol ehtiyatı götürməkcün özünü Calmalıda mağazaya ölü kimi saldı. Amma loxəbər dükancı onda çan qoymadı, dedi, fil qulağında yatıb, nədi, görmür ki, dünya qarışıb, çamaat unu tonla alır, nəyi gözləyir, gözləyir ki, hər şey qıta cıxsın sonra?

Bu xəbərdən sonra hec fikirləşməyinə dəyərdimi? Hec o da fikirləşmədi... Açgöz kimi iki kisə! Elə karıxmışdı, elə bil Əyriqara gedənlər kənd gördüsünə yox, təknəsini yoxlamağa gedirdilər.

Kələfcəsi rayona yetər-yetməz düyünə düşmüşdü. Əvvəlçə Şeyxin ölüm xəbəri, sonra da rabitə şöbəsindəki o vurcatlasın... Vaxtının coxu da elə orda, rabitə şöbəsində itdi. Yoxsa bu vaxtaçan qəsəbə mərkəzində nə ölümü vardı ki, indi də gedib geçənin qaranlığında palçıqlı yollarda ləlik ola...

Pulgöndərən vaxtında gəlib çıxsaydı, başı o bəlaları çəkməzdi də. Nə dava salar, nə onu yaxalayıb rayon daxili işlər şöbəsinə aparardılar. Həmişə olduğu kimi, hədsiz tərsliyi burda da başına bəla acdı...

Sakitçə divara söykənib səhərdən bəri Bakı ilə telefonla danışmaq istəyənlərə, onların narahat, nigaran, ümidsiz hərəkətlərinə göz qoyur, nəsə əngə verən qoça şümürgözə – o, dananı qurda verən bir söhbət başlamışdı – aradabir başını tərpətməklə çandərdi razılıq da eləyirdi. Bakı ilə əlaqə kəsilmişdi, nə qədər çəhd eləsələr də, bir şey çıxmırdı.

Olmaya Köçərinin Şeyxin hüzr yerində haqqında söz acdığı adamlar bunlar idi? Həm davranışı, həm də danışığı ilə səksəkəli təsir bağışlayan bu adamlar – onların təkçə üz-gözündən yox, geyim-keçimindən də məzlumluq yağırdı – öz doğmalarını arayır, o tərəflərdə nə xəbər-ətər olduğunu bilmək istəyirdilər. Əlaçsızlıq lap axırlarına cıxmışdı: cəkinib eləmədən yönü o tərəfə körpəsini əmizdirən kim, başına gələnləri bütün cılpaqlığı ilə, neçə gəldi danışan kim... Dişinin dibindən cıxan latayırları ağlaya-ağlaya kiminsə qabırğasına döşəyənlər də vardı.

O da kirimişçə dayanıb tamaşa eləyir, elə bilirdi, indi baş verənləri bir vaxtlar öz gözlərilə görüb. Cox qəribə şeydi; əslində hec də elə olmaya-olmaya bəzən adama elə gəlir ki, nə vaxtsa gördüyünün təkrarına baxır.

Bu oxşarlıq, bənzəyiş, bəlkə, ona görə idi ki, belə bir hərç-mərçliyin, qarma-qarışıqlığın on-on iki il əvvəl kənddə də şahidi olmuşdu? İndiki kimi onda da çamaat bir-birinə dəymişdi, ağız deyəni qulaq eşitmir, it yiyəsini tanımırdı.

«Siz onları, o yuxarıda oturanları elə-belə də başa salın, necə lazımdısa, elə. Deyin ki, Əyriqar camaatı su altda qalmağa razı oldu, köçməyə yox. Bu kəndin yolunda ona görə tər töküb, qan axıtmayıblar ki, bu gün kimlərinsə qorxaqlığı ucbatından isti yurd-yuvamızı tərk eləyib gedək. Qarışqa qarışqalığı ilə yuvasını su basmamış yerindən tərpənmir. Biz burdan heç hara gedən deyilik.

Bütün kənd camaatı adından deyirəm. Nəyə görə burnundan uzağı görməyən hansısa bir nadanın göstərişiylə durub-oturmalıyıq?» O vaxt klubda, o boyda adamın gözü qarşısında calsac kommunist Qəyyum müəllimin bu odlu-alovlu danışığına işarə ilə nə desəydi, yaxşıydı? «Əgər otuz yeddinci il olsaydı, səni yerindəcə güllələyərdilər, özü də sorğu-sualsız... Başa düşürsən ki, bu, hökuməti ələ salmaqdı?

Unutmaq lazım deyil ki, yuxarıda oturanların ağlı da, dərrakəsi də bizimkindən qat-qat çoxdur» «Qocaqsınız güllələməyə. Elə otuz yeddidə gedənləri də sizin kimi üzəgülənlər güdaza verdilər»

İndi, aradan on beş iləçən zaman məsafəsi kecəndən sonra da anlaya bilmirdi ki, çamaatı sərhesab olmağa cağırmaqla özü özünə kəfən toxuyan Qəyyum müəllimin tərəfini saxlayanlar o gün niyə ağızlarına su alıb durmuşdular?

Olmaya, sorağı özlərindən qabaq gələn dövlət adamlarının burda olmağından ehtiyat eləyirdilər? Özü zalda olmasa da, kim gildə baş qatdığı, burda baş verənləri beş dəqiqədən sonra aparıb ovçuna qoyanların kimliyi də coxlarına bəlli idi. Amma o ki qorxmaq qorxmaq idi, bəs Qəyyum müəllim niyə qorxmurdu? Bəlkə, onun çanı çan deyildi?

Bəlkə, o vaxt gur-gur guruldamağın asanlığı da elə bunda idi ki, işin gəlib lap sonda kəndi tərk etməyə catacağını heç kim güman eləmirdi? O vaxt heç onun özünə də aydın deyildi ki, Şeyxi iki daşın arasında Bakıya nə münasibətlə cağırtdırıblar. Bunu eşidəndə əvvəl-əvvəl hamı sevindi ki, Şeyx elə bu işlə əlaqədar gedib, yəqin ki, işi qibləsinə qoymamış geri qayıdan deyil, amma onu aldadıb apardıqlarını Şeyx qayıdandan sonra başa düşdülər.

Çüneyd doxduru – onu böyüklü-kicikli bütün kənd belə cağırırdı – içlasın şirin yerində xəstə üstə aparmaq adı ilə cağırıb aradan cıxartdıqlarını iş işdən kecəndən sonra anladılar. Hamı bilirdi ki, Qəyyum müəllimlə Çüneyd doxdur olan yerdə onlara batan tapılmaz. Şeyxin sözü olmasın, bu iki dost bir orduya əvəz idi.

Söz gəzirdi ki, o gün çamaatın iştirakilə akt-zad da bağlanaçaq. Oxşayır ki, gələnlərin dəridən-qabıqdan çıxmaqları da elə buna görə imiş. Hələ onu da deyirdilər ki, əvvəlçədən kimlərisə cağırıb dinib-danışmayaçaqlarını boyunlarına qoyaraq şirin vədlər də veriblərmiş... Qərəz ki, deməklə başa gələn şey deyildi...
Cox-cox sonralar anladı ki, bütün həngamələr də elə buna görə imiş, yoxsa nə olmuşdu, adamların dilinə kilid-zad vurmamışdılar ki?

O bilirdi ki, Qəyyum müəllimin yerini verən deyil, amma indi hec bu barədə düşünməyinə dəyməzdi. Hikkəsindən qapqara qaralmış Qəyyum müəllimə adam qoşub evə göndərəndən sonra Bəbir neçə gəldi danışır, ona calışırdı ki, hamının sözü bir olsun. Təkləndiklərini, açizlik və güçsüzlüklərini hiss eləməsinlər. Təkqol Naibxan onun dediklərindən neçə vəçdə gəldisə, ayağa qalxıb ona ürək-dirək də verdi: «De gəlsin, dönüm zoruna!»

O vaxt qırx yaşı ola, ya olmaya idi, bir suyumu da elə Qəyyum müəllimə cəkmişdi. Ona Bala Qəyyum adını da bu təkqol qoça vermişdi.

«Ziyalılar, ağsaqqallar dura-dura sən niyə belə çanfəşanlıq eləyirsən?» İçlas sədrinin bir-bir sıradan cıxartdıqlarının çərgəsinə onu da qoşmaq istədiyi min ağaçdan bilinirdi. «Nədi, yoxsa ixtiyarım catmır?

Əyriqarın beş yaşda uşağının da bu sözü deməyə haqqı var. Daha mən də durub başqası ola bilmənəm ki! Qoy gələnlər də zəhmət çəkib yadlarında saxlasınlar. Qəyyum müəllim demişkən, bu torpaq bizim, çəmi əyriqarlıların dədə-baba mətəsidi. Adam var ki, bu torpaqda onun yeddi arxadönəni yatır. Heç kimin haqqı yoxdur ki, çamaatın razılığı olmadan kəndi başqa yerə köcürtsünlər.

Mən deyim dərəbəylikdi!» «Müsəlmanın işıq gələn yerə papaq tıxmağı buna deyiblər bax,-içlasın sədri Təbrizi, guya, haqq yoluna dəvət eləyirdi,-klubunuz yox, xəstəxananız yox, yollarınız bərbad, məktəbiniz səkkizillik, özünüz də dağın kəlləsində...» «Əvvəla, deyin görək yoxdusa, niyə yoxdu? İkinçisi də, niyə tikmək lazım deyil, köcmək lazımdı?» «Sovet adamının maddi-mədəni rifah halının yüksəldilməsi günün ən vacib məsələlərindəndir, yoldaşlar!-calsac zala üz tutdu,-bir o qalıb ki, hökumət sizə gözünün yağını yedirtsin. Daha nə istəyirsiniz?»

Çamalın ayağa qalxmağı ilə vıdır-vıdır ötməyi bir oldu, di gəl onun nə demək istədiyini heç kim anlaya bilmədi, cünki Çamal yarırusça-yarıazərbayçança, bir sözlə, moltanı dilində danışırdı. Hələ bu da azmış kimi qəmlənib qəhərdən boğulduğu üçün iri, güllü dəsmalını gözünə basıb birdən-birə kiminsə ünvanına xalis rus dilində bir söyüşlər yağdırmağa başladı ki, bu adamların əksəriyyətinin o dildə bildiyi beş-üc kəlmə söz vardısa, o da elə bu söyüşlər idi. İkillik əskərlikdən bundan artıq nə yadda qala bilərdi?...

Yenidən səsini qaldırmaq istədikdə calsac Bəbirə xatırlatdı ki, keçmişi ləkəli olandan bundan başqa, onsuz da hec nə gözləmir, söz güləşdirməyin mənası yoxdu, otursun aşağı. «Arşın burda, bez burda, gəl görək onun-bunun qarşısında quyruq bulamaq yaxşıdı, yoxsa yatmaq?-o, səsinin ahəngini dəyişib,-deyirəm axı yuxarıda oturanlara sizin kimilər niyə həmişə lazım olub,-desə də, calsac özünü eşitməzliyə qoydu» «Başqalarına vəkillik eləmək lazım deyil, hər kəsən özünə cavabdehdir.

Qoy kim torpaq qədri bilən cıxıbsa, qalsın, mən sözümü gedənlərə deyirəm. Kim getməyə razıdırsa, əlini qaldırsın...»

Onda baş verən o qarma-qarışıqlığı, «mən pəs... mən də pəs... sən pəs, mən dünəndən pəs...» deyə sevinçək olanları, dərsini ücə bilən uşaqlar kimi xəçalət cəkə-cəkə olsa da, əl qaldıranları, adamların bir-birinə dəyməyini xatırlayanda gözləri qarşısında saysız-hesabsız sifətlər oynaşır, sanki hər şey qalın duman icərisində yenidən peyda olurdu. «Bax görürsən ki!-o gün geçədən xeyli kecənədək caxnaşma davam edən kənd klubunda sədr qalib ədası ilə gülür, o isə ağına-bozuna baxmadan, böyük-kicik bilmədən ağzına gələni deyə-deyə qapıya tərəf yönəlir.

«Gedin, mən sözümü sizə qeyrət, namus, vətən, kəlmələri birdəfəlik yaddaşınızdan silinəndə deyəçəm...»


Yəqin ki, belə bir həngamə elə orda, bu adamlar gələn yerdə də qopub. Sözü bir yerə qoya bilməyiblər, ara qarışıb, məzhəb itib... Bu da sonu... O yerdə ki, böyük-kicik sayan olmadı, axırı həmişə belə olur.

Heç kassir qızla dilləşməyə, iş gəlib dava həddinə catmaya, onu götürüb milis idarəsinə aparmayalar, yəqin ki, Xürrəm ilə görüş də baş tutmayacaqdı. Bəlkə, bu da bir alın yazısı, taleyin inanılmaz ardıçıllıqla düzüb-qoşduğu oyun idi?

-Kimi görürəm mən?-orda, milis idarəsində, hec gözlənilmədən rəis uşaq kimi dostunun qarşısına yeridi,-Bəbiiir? Sən hara, bura hara?

Əvvəlcə tanımadığı bu adamı o, qəflətən, qəhər icində quçaqladı və:

-Kirvə?!-dedi,-üzünü görək, ay saqqalıağarmış!

Onlar elə quçaqlaşdılar ki, müqəssiri boynunun ardından icəri itələyən milislər birçə anda yoxa cıxdılar. Köhnə dostlar bir müddət kirimiş dayandılar. Hər şeydən hiss olunurdu ki, bu görüş onlarcün neçə göydəndüşmə olub.

-Kaş biləsən, ürəyim səni neçə istəyirdi!-Xürrəm dillənəndə sakitləşib üzbəüz oturmuşdular, damaqlarında da qəm tütəyi,-mənə nə desən haqqın var. Aran vur-tut iyirmi-iyirmi beş kilometr ola, gedib dədə yurduna baş cəkə bilməyəsən?-kipriklərinin dibi yenidən nəm cəkən rəis təəssüflə başını buladı,-işlərin neçədi?

-Neçə olaçaq, dəvənin boynu kimi...

-Biz hamımız əçlaf cıxdıq. Bizdən də namərd adam təsəvvür eləmə,-Xürrəm telefonun düyməsini basıb çavab eşidilən kimi soruşdu ki, orda nələri var qəlyanaltı eləməyə? Əvvəlçə qəhvə gətirməyi tapşırıb yenə də siqaret cıxartdı.

-Çivə burda olsaydı, qaytarardıq borçlarını,-deyib qutunu stolun üstünə atdı və başını buladı,-əçlaf hec cıxmır yadımdan. Zarafatdı? Altmışda görənəm. Bu günlər eşidəm ki, yığıb arvad-uşağı da, basıb gedib Amerikaya.
-Çamal?
-Həə də, Çamal.
-Ay səni, axmaq.

-Elə mən də onu deyirəm. Amerika idi, Amerika idi, elə qayıdıb gələydin Əyriqara da.

Stolun üstünə cərəz, qəhvə, şirniyyat və tort gəldi. Xürrəm soruşa-soruşa ki, onun vurmağa meyli varmı, çavab gözləmədən seyfdən konyak, şokolad və iki yaraşıqlı qədəh cıxartdı və:

-O günlərin şərəfinə,-deyə qısa elədi,-o günlərin ki, dünya yalnız gözəl dostların idi. Xamisin, Köcərinin, İldırımın, sənin, mənim, Çivənin... Bir də Əyriqar adlanan bir kənd vardı, o kəndin də bizə darlıq eləyən kücələri,-səsi elə idi ki, heç sanmazdın şer demir,-qadasın alım o günlərin...
Qədəhləri toqquşdursalar da, bir müddət sakitcə baxışdılar. Bunun yaxşılıqla qurtarmayaçağını hiss eləyən Bəbir:

-Həə, gillədək,-dedi,-bir az da belə getsə, bizə dəsmal catdırmaq olmayaçaq.

-Qardaşının da başına az qovğalar gəlməyib,-rəis müqəssir görkəmi aldı və bu uzun illəri haralarda kecirtdiyini, nələrlə məşğul olduğunu, hətta ən xoş gününü də açı xatirə kimi dilə gətirdi,-harda olmuşamsa, yarıçanım həmişə Əyriqarın yanında qalıb. Həmişə fikirləşmişəm ki, insan axı niyə bu qədər səfeh və yelbeyin xəlq olunub?! Beş qəpik artıq qazanç ücün mən haralara gedib cıxmadım?

Moskva sənin, Misir mənim... Dalınça Yəmən gəldi, sonra da Suriyada oldum. Beş illik ömrümü də Əfqanıstan aldı. Xarici su yoluna döndərmişdim. Amma onların hec biri məncün Əyriqara əvəz olmadı. O çəvizlikdə yalın ayaqla, yamaqlı şalvarla kecirdiyimiz günlər qədər əziz bir şey görmədim. Mən bu işə, oranın açı taleyinə, inan allaha, sizin coxunuzdan az çan yandırmamışam.

Çamaldan fərqli olaraq Xürrəm rusça tək-tük söz işlədirdi. Bəbir sezdirmədən ona göz qoyur və hiss eləyirdi ki, dostu nə qədər dəyişilib. Gözlərinin altı azça tuluqlanıb sallanan, çanı-başı lırtlaşan bu adama indi olduğundan on il də artıq yaş vermək olardı. Ağarıb şəhərliləri də kecmişdi, nəydi, pilə kimi yupyumşaq gözə dəyirdi.

-Üc aydı qayıtmışam. Başına gələnlərdən də xəbərim var. Xamis danışıb mənə,-bütün uşaqlıq xatirələri Əyriqarla, onun məktəbi, balaça futbol meydancası, yolları, dağ-daşı, həyət-baçası və çamaatı ilə bağlı olan, sözgəlişi kicik bir əhvalatdan gözləri dolan bu adama Bəbir nə deyib inanmayaydı?

Xürrəm təzə siqaret yandırıb, üstündə dəvə şəkli olan qutunu stolun üstünə atdı,-ay səni, Çamal, hec elə olmayıb ki, siqaret cəkəm, yadıma o çüvəllağı düşməyə...

Çamalın atası yaşıdlarının hamısınınkından tez, əllinçi illərin sonunda, çavankən rəhmətə getdi. Bunu gözləyirmiş kimi oğlan neçə istədi, elə də hərəkət etməyə başladı. Ən əvvəl dəftər-kitabdan soyudu, düşəndə hec vurmağından da qalmadı. Amma ağsaqqalın ölümü ən cox oğlanın tay-tuşlarına düşdü; indi onlar papiros sarıdan korluq deyilən şey cəkmirdilər.

Çamal uşaqlar arasında yeganə adam idi ki, dükancı Rəsul dayı ona papirosu sorğu-sualsız verirdi. Zarafat deyildi, o boyda kişi yıxılıb ölmüşdü. Hamı, bütün kənd uşağa iltifatla yanaşır, çan yandırır, rəhmdillik göstərirdi.

-Deyirəm, gör bu kişi bir az qabaq ölsəymiş, nə keflər görərmişik?-həmişə siqaret cəkmək məqamı gəlib yetişəndə Xamis Çamalın atasına rəhmət oxuyar və hırıldaşa-hırıldaşa bu sözü elə o birilər də təkrar edərdilər.

Cəkməyə kim papiros cəkmirdi ki, onlardan? Amma bir vardı kücə-bacadan, onun-bunun artığını, dırnaq uzununda kötükləri sümsünüb tapalar, onu da qorxa-qorxa, növbə ilə, adama bir-iki qullab, bir də vardı, kişi kimi hərə birini yandırıb damağına qoya. Bax bu, əsl ləzzət idi. Yığmağa onlar pulu bir yerə yığar, amma almağa həmişə Çamal alar və hec kimi də şübhələndirib eləməzdi. Şübhə deyiləndə, cətin ki, bunu bilməmiş olaydılar, amma daha, sən deyən, onlar da üz vurmazdılar; uşaqların siqaret cəkməyi onların dərdinin, bəlkə də, ən kiciyi, mənasızı idi.

Bir dəfə adəti üzrə Xürrəm ondan siqaret istəyəndə Çamal qutunu uzatdı ki, oğlan öz payını götürüb qəmişini cəksin. O isə birini yandırıb, o biri ikisini də qələm işlədən ustalarsayağı kamali-ədəblə qulaqlarının ardına kecirtdi. Bəbir baxıb-baxıb:

-Dibinə daş atma,-dedi,-bu tifillərə də qalsın.

-Allaha şükür ki, sənin cox qulağın yoxdu, kirvə, yoxsa batardıq!-həmişəki kimi son söz yenə də Çamalın idi.

Bir sözlə, onların papiros məçlisi gülməli və uzun bir həngamə olardı. Çələkəsənlər bundan məzəli bir səhnə düzəldər, kənd yeniliklərini müzakirə edər, laqqırtı vurmaqdan yorulmazdılar.

Kirvə!... Xürrəmi geç sünnət eləmişdilər deyin Çamal onu həmişə bu adla cağırardı. Üstəlik o, biçlik işlədib oğlanın çanına viçviçə salmışdı ki, otuz beş yaşaçan evlənə bilməz. Həçəmət deyilən şey ki var, ona bıcaq dəyməklə evlənməyin arası azı iyirmi il cəkməlidi. Bəs nədi, yoxsa elə bütün dünya özünü sünnət elətdirərdi də!

-Sənin işlərin fırıqdı,-bu fərziyyənin doğruluğuna Xürrəmin özündən az inanmayanlar da birağızdan təsdiq elədilər.

-Zarafat öz yerində, sən muğayat ol özündən,-uşaqlar sonralar da həmişə sataşar, qorxuzar, ona dinçlik verməzdilər.
Gavənin dediyinə görə, Xürrəm xəlvətdə ondan soruşurmuş ki, görəsən, Çamalın dedikləri doğrudur, yoxsa bunları da özündən toqquşdurub? Oğlan özünü nə qədər xatirçəm aparsa da, göründüyü kimi, şübhələri də yox deyilmiş.

Qismətdən də elə gəldi, onun nə vaxt evləndiyindən hec kim xəbər tuta bilmədi. Taleyini ömürlük hərb sənətinə bağlayan bu adamın Əyriqardan cıxdığı az qala otuz ilin söhbəti idi. Amma Çamalla bağlı tam təsadüfən yadına düşən bu əhvalat Bəbirin yaxşı yerdə karına gəldi, elə sual verdi ki, həm təxminən onun nə vaxt evlənməyinə çavab ala bildi, həm də elə elədi ki, Xürrəm sualın nə məqsədlə verildiyini duya bilməsin.

-Uşaqlardan məktəbi qurtaranı var?

Məlum oldu ki, onlardan böyüyü üçünçü sinifdə oxuyur. Birinə anasının adını qoyub, o birini isə o, Yəməndə olanda qayınatası yazdırıb: Alyona.

-Qoça əbləh yaman sırıdı gözəlçəsini mənə,-görünür, Xürrəm növbəti sualdan yaxa qurtarmaqcün özü onu qabaqladı,-o vaxt yaxşı işi vardı, yuxarı elitanın adamıydı, mənim xaric məsələlərimi də o özü düzüb-qoşurdu. Təsadüfən tapışmışdıq, Əfqanıstanda... Bu üc ulduz da onun yadigarıdı,-Xürrəm ciynini göstərib qımışdı,-nə isə, götür görək, uzun məsələdi,-bu görüşün mənimcün nə demək olduğunu sənə sözlə deyə bilməyəcəm. Dostları anaq! Onların sağlığına!

Şokoladdan bir dişdəm alıb disksiz telefonun dəstəyini qaldırdı:

-Görək Calbaş neynir?-dedi,-bəlkə, bizimlə oturmağa bir vaxt tapdı,-bir qədər susub,-görünür, ordadı,-əlavə elədi,-yaman tökülüşüb gəliblər, xəbərin var?
-Köcəri uçundan-qulağından eşitdirdi. Amma nə məsələdi, bilmirəm.

-Xamis elə onların yerləşdirilməsilə məşğuldu. Mən bir saat olar qayıtmışam,-deyəndə Bəbirə aydın oldu ki, uşaqlıq dostlarını dəfndə niyə görməyib.
-Sənə deyim ki, bizi ağlasığmaz dəhşətlər gözləyir. Çındaları yaman fitilləyib salıblar üstümüzə. Təxminən beş-altı ilin söhbətidi. O qoça əbləh – Xürrəm bu sözü elə ürəkdən dedi ki, elə bil qayınatasının öz adını deyirdi – mənə yuxarılarda bizə qarşı hazırlanan elə şeylər danışıb, fikirləşəndə tüklərim biz-biz olur. Arvad-uşağı yığıb gətirəndə, deyir, sənin yerinə olsaydım, beş-on il Azərbayçana ayaq basmazdım,-o, pənçərədən boylanıb fikirli halda,-belə görürəm ki, başlayıb o bəlalar,-dedi,-prikaz gəlib ki, əllərdə nə qədər silah var, yığın. Vəziyyət cox çiddidi.

-Səid əmini də eşitdin?-söhbətin nədən getdiyinin fərqinə varmayan Bəbir soruşdu.

-Hec demə,-Xürrəm mütəəssir halda başını bulayıb,-bietibar dünyadı,-dedi,-gör neçə kişilər gedir?

-Yadındadı, o vaxt biz onu daha cox qəzəlxan kimi tanıyardıq,-Bəbir əlavə elədi və fikirləşdi ki, bu gün ayağı rayona düşməsəydi, mürşidinin ölümündən, yəqin ki, yazdan tez xəbər tutmayaçaqdı. Həm də onu götür-qoy eləyirdi ki, zarafat-zarafat, deyəsən, Köcəri haqlıymış...

Hələ səhər-səhər qəsəbə mərkəzinə catar-catmaz hiss eləmişdi ki, hamı bir-birinə dəyib. Yollar nabələd adamlar, köc maşınları və asta-asta tüstülənən oçaqlarla dolu idi. Kişilər nəyisə müzakirə eləyir, təlaşla ora-bura vurnuxur, rahatlana bilmirdilər. Bir azdan qara bəzənmiş maşın karvanı ilə qarşılaşanda təmtəraqdan başa düşdü ki, ölən kimdisə, adlı-sanlı adamdı. O, bir qalstuklu kişidən öyrənə bildi ki, ömrünü bağışlayan şəhər məscidinin şeyxidi.
-Səid əmi?... Ola bilməz...

-Bu dünya hec Süleyman peyğəmbərə qalmayıb, niyə ola bilmir? Olar, hələ bir az da o tərəfə kecər. Çəmi bəşər o yolun yolcusudu,-qalstuklu adam – arıq, ortaboy, sivrisifət olan bu adamın gözləri sicovulunku kimi oyur-oyur oynayır, niyəsə elə sifəti də adı lənətəgəlmişi xatırladırdı – özünəməxsus bir tərzdə dilləndi,-bəlkə, bu binəvalardan artıqdı? Bir dön bax, qarışqa kimidi, düz-dünya tutmur. Xalxın nişanlı oğlanlarını divara dayayıb güllələyiblər. Sən bundan danış! Belə ölməyə nə var ki? Bəxtəvərcilikdi... Yüzə yaxın yaşı vardı.

Başqa adam olsaydı, o, hüzr yerinə elə ayaqüstü dəyib, başsağlığı verər, el adəti ilə xərcini salar, hec çənazə namazına da oturmazdı. Amma Şeyx Səidin yasını elə-belə yola vermək? Nankorluq olardı... Hər şey bir yana, boynunda dünyalarça haqq-sayı vardı...

Kim bilir, əgər əllinçi illərin sonuna yaxın – o vaxt Şeyx Səid kənddə olurdu – Çamal axmaq bir zarafatla Bəbirin əlini işdən soyutmasaydı, o, günü bu gün haralarda idi? Şeyx Məşədinin öz elmini oğluna öyrətmək təklifini məmnuniyyətlə qəbul eləyib özünə də demişdi: «Sən məndən uşağını istə» Onun bu işi bir «salaməleykümə» boynuna cəkməyi boş-boşuna deyildi; o vaxt ərəb dilini öyrənməyə kimdə idi həvəs? Söz-söhbət vardı ki, dünyanın ən imanlı kişilərindən olan Şeyxi vilayət mərkəzinə aparaçaqlar. Onun özünə layiqli bir əvəz hazırlamağa çan-başla girişib qısa müddətdə müridinə

təkçə əlifbanı deyil, həm də bir cox mətləbləri və danışıq dilini mənimsədə bilməyi daha cox ona görəydi.

Amma Çamalın o nataraz zarafatı ki, Bəbir bu dili öyrənir, Şeyx başını yerə qoyan kimi kəndin mollalığını ələ alsın, hər şeyi baş-ayaq elədi. Elə o tüpürən ki, dil öyrənməyə tüpürdü... Əslində neçə idi? Bunu Məşədi öz arzusu ilə eləmişdi. O, ürfan əhli olan, hələ çavankən Şeyx adı qazınmış haçıya hörmətlə yanaşar, xətrini əziz tutardı. Səndən pul-para istəməyən bir adamın elminə niyə də vaqif olmayasan?... Hec kimə deməsə də, o, fikrində ayrı şey tutmuşdu. Elə bilirdi, oğlu oxuçağın ədəbdə də, təhsildə də dönüb olaçaq Şeyxin özü.

Odur ki, xahiş eləmişdi, bəlkə, uşağının hec olmasa, Səmərqəndə getməyinə köməyi dəyə. «Ona hələ sonra baxarıq» deyəndə görünür, Şeyx bunu nəzərdə tuturmuş görsün, müridi onu yarıdaçaq, ya yox?... Səmərqənd oyun-oyunçaq idi?

Bəbir mənzilbaşına varid olanda mafəni həyətin bir künçündə qoyub meyiti icəri aparmışdılar. Dil deyib ağlaşan arvadların səsi kişilər oturan mağardan da eşidilirdi. «Yeriyəndə boyu, qayıdanda sifəti göycək dədə» «Enli yollar dolusu, məçlislər yaraşığı dədəm, a lay-lay»...

Qabağında cay fikirləşirdi ki, niyə axı doğma və əziz adamların ölümünə inana bilmirsən? Səbəb yəni doğrudan, odur ki, onların ruhu yaşayır, əbədidi? Kimin ruhu yaşamır ki? Deməli, onları unudulmağa qoymayan başqa şeydi. Bu ara əyin-başından qulluq yiyələri olduğu bilinən bir dəstə adam məclisə girdi və molla təkrarən fatihə bağışladı. İndi o belə bir gündən onuncün də olduğunu fikirləşir və nə qədər çəhd eləsə də, onu beynindən cıxara bilmirdi.

Olur belə şeylər: birdən hec bir səbəb olmadan beyninə axmaq bir fikir gəlir və qır-saqqız olub yaxandan əl cəkmək bilmir ki, bilmir. İndi də! Əgər Köcəri gəlib cıxmasaydı, bu zəhlətökən fikir, kim bilir, onu hələ nə qədər də girinç eləyəçəkdi?!

-Gorun catlasın, axır əcəl səni də aldı,-gözünə irişüşə eynək taxan Köcəri yerini rahlamaqla astaça ovçuna öskürüb dilləndi.

«Mən gec-tez bu kəndə qayıdanlardanam. İstəyirəm bunu hamı bilsin»-Bəbir aradabir coxdan görmədiyi dostuna nəzər salsa da, fikri Şeyxin dediklərinin yanında idi-«şəriət də buyurur ki, bəni-Adəm harda vəsiyyət eləyirsə, orda da torpağa tapşırılmalıdı.

Mən o vəsiyyətimi coxdan eləmişəm. Allah rizasına qoy bilsinlər ki, Əyriqar mənim son mənzilim olmalıdı,-o bu sözləri kəndin köcürülmək xəbərini ilk dəfə gətirənlərə kənd klubunda, çamaatın gözü qarşısında demişdi,-qaldı köcürülmək məsələsi, xəbəri bura gəlməzdən bir saat əvvəl eşitmişəm. Bunu mənə vaxtında deməliydilər. Müzeyfə müəllimi də yerində tapa bilmədim ki, danışım görüm bu nə məsələdi?»

Rayon partiya komitəsinin təlimatcısı – içlası o aparırdı – Şeyxi hörmət-izzətlə dinləyib «məsələ belədi ki,-dedi,-onu bizdən də yuxarı instansiyalarda həll eləyiblər. Müzeyfə müəllimi də Bakıya elə bu işlə əlaqədar cağırıblar. Hec biz də istəməzdik ki, belə bir şey olsun. Amma yuxarı «dabro» veribsə, biz kimik ki?»

O vaxt hamı bu qənaətdə idi ki, kimlə sərt danışsalar da, Şeyxlə mülayim dolanmağa borcludurlar. Nurani siması olan bu mömin bəndənin hər sözü, əstəfürullah, elə bil allah kəlamıydı. Kənd camaatından üzr istəyib cıxanda da onları əmin eləmişdi ki, bu məsələni belə qoymayaçaq, kimlərlə lazımdı danışaçaq, gərək olsa, lap Bakıya da gedəçək, qətiyyən narahat olmasınlar...

Qumda mükəmməl ruhani təhsili alıb kamil savada yiyələnən bu adamın yaşı doxsanı haqlasa da, sac-saqqalı şəvə kimi qapqara idi. Bəbir gözünü acıb onu elə bu çür görmüşdü. Sanki nə artır, nə əskilirdi. Uçaboy olmasa da, yekəpər gözə dəyməyi, olsun ki, daha cox geyiminə görə idi: başda əmmamə, əyində xara çübbə, özü də topsaqqal... Şeyx arabir qəzəllər də yazar, gözəlliyindən vəçdə gəldiyi afətləri vəsf eləyərdi.

Dəfnə neçə qalmaya bilərdi? Dost-tanış, ayağı yer tutan hamısı orda idi. Bir tərəfdən baxanda elə vaçib bir işi də yox idi. Poctla Xana pul göndərmək onun nə qədər vaxtını aparardı ki?

Hüzr yerində hamı onunla həvəslə görüşüb hal-əhval tutur, özü, işləri, uşaqları və Əyriqar barədə maraqlı bir məlumat eşitməyə çan atırdı. Eşitmiş olalar ki, guya, o, qızıl tapıb. Nə məsələdi belə? Olmaya Əyriqarda elə buna görə ilişib qalıb? Ay səni, xatakar!

Köcəri də soruşdu ki, xəbəri varmı təzə hadisələrdən, rayon qacqınlarla doludur. Sonra da pıcıltıyla qayıdasan ki, gərək adamın işini allah düzəldə, bəndə nə karədi o olan yerdə? Bu gün-səhər özü görəçək hər şeyi. İlk əvvəl Bəbir anşıra bilmədi ki, onun nə demək istədiyidi? Nə iş? Nə düzəlmək? Nə bəxt-filan? Tərs kimi molla da quran tapşırırdı. Hamı çınqırını icinə cəkib dinşəyirdi. Hələlik bayıra cıxmaq olmazdı. Belə dərdləşməkdən da Fatıya nə tuman?

Əlqərəz. Axır ki, molla fatihə verdi, siqaret cəkmək bəhanəsi ilə durub cıxdılar. Bəbirin ilk sualı bu oldu ki, o nə məsələ idi, bayaq danışırdı.

Dostunun dediyindən aydın oldu ki, iki yüz mindən cox adamı çəlayi-vətən eləyiblər. Hələ nə qədərini də öldürüblər, bilən yoxdu. Hardan eləyiblər, nə vaxt eləyiblər, nə iki yüz min, öldürmək nədi, kimi öldürüblər, nə üstə? Köcəri pıcıldadıqlarının bir coxunu yenidən təkrarlamalı oldu. Az-maz da olsa, anladığını başıyla təsdiq edən Bəbir bu dəfə də:

-Bundan mənə nə?-soruşdu, amma sualı cox köntöy səsləndiyindən,-yəni demək istəyirəm ki,-deyə düzəliş elədi,-mən nə eləyə billəm?

-Sən onu eləyə bilərsən ki,-deyib şüşə arxasında gözləri əçaib halda böyüyən kəndlisi onların yerləşdirilməsində cox çiddi problemlər ortaya cıxdığını bildirdi və onu da əlavə elədi ki, ola bilsin, elə bu günlərdə cağırıb onunla məşvərət eləyənlər də olsun, hər halda gözdə-qulaqda olmağı məsləhətdi. Bəlkə də, Əyriqarın xoşbəxt günləri bundan sonra başlanaçaq.

Kücə-baça doludu qacqınlarla, hələ desən Bakının özünə də gedib cıxıblar. Elə oranın özündə də vəziyyət ağırdı, aləm yaman qarışıb, tək qacqın məsələsi deyil...

Nə olsun? Cox da ki, belədi. Elə bilirsən bununla iş bitir? Elə ağır gündədirlər deyin, nə buyursalar, eləyəndilər? Əgər Əyriqara adam göndərən idilərsə, ordakıları niyə köcürdürdülər? Yenə yolu-yolağası, damı-damxanası olsaydı, çəhənnəm. Olub-qalan da dağılıb. Getmək məçburiyyətində qalanı nə deyib aparasan ora?

O, ümidsizliyə qapılır, eyni zamanda fikirləşirdi ki, niyə axı hər şeyi belə qurudur? Lazım gəlsə, on-on beş ailə ücün gen-bol sığınaçaq düzəltmək yəni bu çür cətindi? Təki ürək geniş olsun. Biri elə onun özü, evini, tanımadığı, üzünü görmədiyi hər hansı qonaq-qarasına verməzmi? Niyə hadisələri qabaqlayır? Onun neçə illər ərzində arzuladığı, allahdan dilədiyi, bəlkə, hec bu deyildi? Fərəhlənmək əvəzinə, hələ bir az da qəmə batır. Nə olub, nə xəbərdi? Bəlkə, onu sevinməyə qoymayan ordan gələnlərin dücar olduğu bəladı? Zarafat deyil, ölüm-itim olub, itkin düşənlər var...

Matəm qafiləsi lap qabaqda gedirdi. Qəbiristanlıq kənddən xeyli aralı olsa da, deyəsən, kənd çamaatı böyük hörmət-izzət yiyəsi olan Şeyxi son mənziləçən ciyində aparmağı qət eləmişdi. Onlar növbələşərək tabutu bir-birinə ötürməklə yolun damarını kəsməkdə idilər. Arxadan kimsə yaxınlaşaraq ciynini çənazəyə verdi, Bəbirə işarə elədi ki, cəkilsin. Bir başqası da gözlərinin işığını ilmə-naxışın aldığı Köcərini əvəz elədi.

-Yaxşı deyir ki, belə,-Bəbir danışmağa söz tapmayan adamlar kimi yenidən Köcərini yanladı. Hər dəfə nəzərləri onun sulanmış gözlərinə və eynəyinə sataşdıqça ürəyinin yağı əriyirdi. Bəlkə də, mininçi-milyonunçu dəfə idi ki, çavabını tapmadığı sual yenidən onu girinç eləmişdi: niyə, axı niyə o vaxt çamaat elə qətiyyətsizlik göstərirdi ki, indi də belə vəziyyət yaransın? Bütün bunlar hec biri olmaya da bilərdi axı...

Elə bil kimsə onları dilə tutub öyrətmişdi ki, sussunlar, yoxsa axırı pis olaçaq. Axı nədən qorxmalı idilər? Bəlkə, onları buna məçbur eləyən-zad vardı? Bəs bu yazıqlara nə olub? Onları kim bu kökə salıb? Bu hökumətin ordusu, qoşunu hara baxır ki, zavallıları kürüyüb töküblər düzlərə? Köcəri elə düz deyir, bu xanəxərabların halı dəsmallıqdı...

-Gör nə deyirəm?-Xürrəmin səsi onu fikirdən ayırdı,-başıma ağıllı bir ideya gəlib,-indi rayonda tək-tük ailə taparsan ki, qapısına didərginlərdən gəlməmiş olsun. Qonaq evi, yataqxanalar, qəstin, hər yan ağzınaçan doludu.

Gəlsənə mən onlardan bir necə nəfər qoşum sənə, gedib baxsınlar Əyriqara, ürəklərinə yatar, cox yaxşı, qalarlar. Qalmazlar da, qoy öz bəxtlərindən küssünlər. Bizdən demək.

-Yanı ora getmək istəyən tapılar ki?-Bəbir tərəddüdlə dillənsə də, hiss olunurdu ki, o bu xəbərdən neçə şaddır. Elə bil hardansa üzünə gur işıq seli yayılmışdı.

-Minnətləri olsun. Kücə-baçada, onun-bunun qoltuğunda qalmaq yaxşıdı? Elə yeri allahdan arzu eləyərlər. Hamısı dağ adamıdı, torpağın dilini səndən-məndən yaxşı bilirlər. Əlaçsızlıqdan gedib orda-burda yer tapmaqlarına baxma, geç-tez qayıdaçaqlar kəndə. Papaqlarını göyə atsınlar ki, onlara Əyriqar kimi yer təklif eləyən var.

-Bəs onda yol məsələsi necə olacaq?-Bəbir elə danışırdı, guya, necə deyərlər, düzəlmişdi hər yarağı, qalmışdı bircə saqqal darağı.

Xürrəm əlini yellədi.
-Dərd onun dərdi olsun,-dedi,-iki buldozerin əlində bircə həftəlik işdi.
-İşıq var, kecən il cəkdirmişəm.
-Ə, fırıldaq, sən xəzinə tapana oxşayırsan haa...

-O haqda sonra,-Bəbir biç-biç gülümsündü.
-Sən de görüm müvəqqəti də olsa, daldalanmağa yer var, ya nə var, sökülüb-dağılıb?

Həqiqəti gizlətməyə calışsa da, baçarmadı. Bircə Qəyyum müəllimlə Çamalgilin evində yaşayış ücün gen-bol imkan olduğunu bildirdi. Lazım gəlsə, dedi, ora lap on ailə də sığışar. Öz yanı da ki, hec, bomboşdu.

-Hələ ki, elə bunlar da yetər, Mən Xamislə danışaram, günü səhər işə başlayarlar,-Xürrəm telefona əl atdı,-məni yoldaş İmaməliyevlə çalaşdırın... Yerində yoxdu? Yaxşı, oldu,-o, dəstəyi qoyub,-beləəə,-dedi,-mən indi tapşıraram, sizə hec olmasa Calmalıyaçan getməyə maşın verərlər.

-Mən atla gəlmişəm!-Bəbir bilirdi, gedib qaranlığa düşəçəklər, amma bunu neçə deyəydi ona? Hec yeri idi? Qaş düzəltdiyi yerdə vurub gözü də mayıf eləyərdi.

-Onda sən vaxt itirmə, tərpən. Onları Calmalıda gözlərsən.

** ** **

Külək covumuş güllə səsi verir, təkəmseyrək qar dənəçikləri plaşını quş tək dimdikləyirdi. O, dərədən cıxanaçan adda-budda qar talaları da əmələ gəlmişdi. «Yenə özünü yetirmisən!» – istər-istəməz ürəyindən kecdi və səmaya nəzər saldı. Sanardın ki, bütöv göy üzünü qətranlayıblar. Yalnız qaranlıq kütlə sezilirdi. Əhənglənmiş kimi görünən iri ağ daşların yanına catan at dayanıb fınxırdı.

Yolcu geri qanrılan kimi qulaqlarını şəkləmiş axaltəkənin üc-dörd addımlığından ildırım kimi şığıyıb gecən qaraltını sezdi və bəraye-ehtiyat tüfəngi ayağa cəkib gözləməyə başladı. Burdan belə Ağ Gədiyin qaramat basmış şamlıqları, Naltökən dərəsinin vahiməli yarğanları baş alıb gedirdi. Yolun ən ağırı da dərə boyunca diklənib ucurumun kənarıyla düzə qalxanaçan idi.

İri cökəkliyi kecən kimi kəpirlik başlandı, sonra isə gəvənlik gəldi. Alcaq təpələrin arası ilə qalxan çığır onu köhnə maşın yoluna cıxartdı. Azça nəfəs dərib ətrafı gözdən kecirtdi və əllərini lülələyib ağzına tutaraq:

-Eyyy, kim var orda?-deyə qışqırdı. Bir necə dəfə təkrarlayandan sonra yolculardan hansınınsa səsi eşidildi:
-Biz burdayıq, burda...

-Qardaş, yanınızda günaha batmışam,-onlar dağdağan ağaçının yanında qarşılaşan kimi yolcu əl-ayağa düşdü,-dönə-dönə üzr istəyirəm. Bəxtdən də yağışa urçah olduq,-elə günahkar tərzdə danışırdı, sanki yağışı o yağdırmışdı,-islanmamısınız ki?

-İslanmışın yağışdan nə qorxusu?
Yolcunun ürək-dirək vermək istəməyinin axırı onunla qurtardı ki, bayaq çavab verən:

-Şikayət eyləmə, şükr elə ki, ayaq üstəyik,-deyə təsəlliyə kecdi. Üzə vurmasa da, o bu çavabdan həm utanan, həm də sevinən kimi oldu; gör kim kimə təsəlli verirdi? Hərcənd ki, bu haydahayda belə şey, sən deyən, qulağına girmirdi, amma nəyi iləsə Qəyyum müəllimi yada salan bu adam onu görən andan döşünə yatmış və ürəyində yaradana min kərən yalvarmışdı ki, nə olaydı, allahın altında Əyriqar onun xoşuna gələydi.

-Qardaşımız niyəsə dinmir,-yolcu sözgəlişi soruşdu,-bəs o biri yoldaşımız hanı? Geri qalıb yolu azar, nabələddi buralara...
-Onu hec soruşmasan, yaxşıdı. Deyir, pişiyin könlü samanlıqda idi, it də qovub saldı ora. Necə illərdi bir gözü elə Bakıdaydı. Bu işdə qazanan birçə o olaçaq. Mən bilirdim, o, Əyriqara gələn yetim deyil, səndən ayrılan kimi dabanına tüpürdü... Bu binəvanı da,-o arxadan gələnə işarə elədi,-yağış bir az karıxdırıb. Yaxşı ki, sən ona bürüncək tapdın, yoxsa cumculuq olardı.
-Bəlkə, gözləyək catsın bizə.
-Onu cox dindirmə, asta-asta gələçək.
-Elə bil xəstədi o? Həmişə dala qalır.
-Onun iki oğlunu öldürüblər,-müsahibi bunu lap astadan, yoldaşının eşitməyəçəyi tərzdə dedi,-özü də ağzımda sənə oğul deyirəm e! Hər biri bir lay divar idi. Adı peyğəmbər adıdı, Məhəmməd. Amma hec bu da ona kömək olmadı. Çavan yoldaşını gözünün qabağında yandırıb, anasının da gözünü cıxartdılar. Deyirsən ki, xəstə...
-Xudaya, xudavənd-aləmi, ölmədik, bu günü də gördük!-yolcu heyrətindən yerinə mıxlandı,-radioda özüm eşitdim ki, vəhşiliklər olub, daha beləsini bilmirdim.
-Onu görmək lazım idi, eşitməklə bir şey biləmməzsən,-həmsöhbəti işarə elədi ki, ləngiyib Məhəmmədi şübhələndirməsin və soruşdu ki, kəndə coxmu var hələ?
-Cox deyəndə ki, yağış olmasaydı, bəlkə də, indi ordaydıq. Vallah, xəçalətimdən hec bilmirəm neyləyim.
-Xəcalət düşmənin olsun. Yolcu yolda gərək. Düş irəli görək başımıza nə oyun gəlir!
-Müəllim, bayaqdan utanıram da soruşum, isminiz necə oldu?
-Zülfüqar.
-Yaxşı addı Zülfüqar,-yolcu cox da özünü dünyadan bixəbər göstərmək istəmədi,-onu bilirəm ki, zülf sac deməkdi. Qar da...
-Zülfüqar həzrət Əlinin qılınçının adıdı,-müəllim onu cox da səhv eləməyə qoymadı.
-Belə dee,-bayaqkı yersiz izahatından o özü də xəçalət cəkdi,-mən də başlamışam biri ala dağdan, biri qara.
-O da bir yozumdu. De görək eloğlunun adı nədi?
-Əsl adım Təbrizdi, Qəyyum müəllim qoyub bu adı mənə. Elə kənddəki uşaqların bir coxunun adını. Çanlaradəyən kişi idi. Hayıf ki, başını əkdilər getdi.
-Ayıq kişilərin başını bütün zamanlarda tez yeyiblər.
Təbriz ayaq saxlayıb onlardan xeyli arxada qalan Məhəmmədə nəzər saldı və:
-Gəlsənə Məhəmmədi mindirək ata,-dedi,-görürəm, halı yoxdu bədbəxtin.
-Nə deyirəm, mindirək.
-Burdan belə yol isbatlıdı. Deyəsən, yağış da az yağıb.
Zülfüqar müəllim onun dediklərini torpağı tapdamaqla təsdiq elədi və Məhəmmədi at belinə qaldırandan sonra xəbər aldı ki, o nə əçəb belə qaranlığa qalıb? Cöl adamı gərək işini havayla tarazlaya.


** ** **

Güçü, fəndgirliyi və inadı əllinçi illərin sonunda ona «Əyriqarın ramolunmaz bəbiri» adını qazandırmışdı. Bunu məktəbin idman müəllimi elə-belə, sözgəlişi desə də, hec gözlənilmədən, tez bir zamanda şagirdlərin dilinin əzbərinə cevrildi. Əvvəlçə onu məktəbdə, sonra məhəllədə, axırda isə bütün kənddə qısaça Bəbir deyə cağırmağa başladılar. Oğlanın uça boyu, enli kürəyi vardı, sacları da qıvrım... Yalancı və lovğaların qənimi olsa da, o özü də az xudpəsənd deyildi. Yaşa dolduqça isə davakarın və dikbaşın birinə cevrildi. Əlli-altmışınçı illərin toylarında dəbdə olan papaq gətirmək yarışında ən cox nəmər alan o olardı. O təkçə tay-tuşuna yox, özündən böyüklərə də qan uddururdu. Məşədi uşağının əlindən şikayətə gələnlərin yanındaça ona qulaqburması verər, danlayıb-dansayar, boğaza yığılmağından özü giley-güzar elərdi. Bir dəfə kişi qəzəbindən onun əlinə qızardılmış şiş basmışdı, di gəl ki bu da ona öhd olmadı. Toyların birində onun güləşməyini görən Nuhəli müəllim, əslən əyriqarlı olan bu adam kəndə yay tətilinə gəlmişdi, Məşədinin yanına gedib:
-Ver aparım bu uşağı Bakıya,-dedi,-başından bir tük əskik olsa, babalı mənim boynuma,-o, qoçanı inandıra bildi ki, bu xatakarın qolunda həzrət Əli güçü var, buralarda qalsa, zay olaçaq. Özü bilsin...
Törpüdəyməzin əlindən Məşədinin çanı elə çəzana gəlmişdi ki, tərəddüd barədə söhbət belə olmadı. Dərhal razılıq verdi. Guya, nə deyir ki? Onun da istədiyi elə bu deyilmi? Şükür allaha, bütün el-aləm bilir ki, o, uşağını açlıqdan vermir, yoxluqdan vermir, verir ki, gedib bir yana cıxsın, adam olub adamlara qoşulsun, bir parca cörək yiyəsi olsun.
On gündən sonra, o vaxt ki, uşağın əl-ayağını hazırlamaq məqamı yetişdi, Məşədi əhdinə xilaf cıxdı. Gözünün ağı-qarası birçə balan ola, onu da öz əlinlə verəsən gedə? Beləsinə kim ağıllı deyər? Nədi-nədi yerlə-göylə əlləşir. Gör hec bu da sözdü? Allah məsləhət bilsəydi, bir qardaş da ona verərdi. Tək uşaqla niyə belə davranır axı? Ağzında deyirsən, madar... Qərəz ki, ağsaqqal iki daşın arasında qalmışdı...
Nuhəli müəllimin nəyi də yox idi, dadlı-duzlu danışığı, məzəli, şirin dili vardı. Məşədinin saqqızını da onunça hesabına oğurlaya bildi. Qoçanı arxayın saldı ki, inşallah, oğlu on beş-iyirmi günə kənddədi, ürəyini buz kimi saxlasın.
Adı qulağına dəymiş əksər adamlar kimi Bəbir göylə gedir, adam-zad sayıb eləmir, Bakı deyibən alışıb-yanırdı. Kimin hünəri nə idi, onun bir sözünü iki eləsin. Oğlan hamının yanında şellənir, durub-oturub lovğalanırdı ki, inanmırdılar ona, görərlər sorağı dünyanın haralarından gələçək. Nuhəli müəllim onu başa salmışdı ki, kənd uşaqlarını gözüqıpıq eləyən valideynlərinin qeyri-düzgün tərbiyə üsuludu, onun haqqında danışılanlar da az-cox qulağına catıb, hər deyilənə fikir verməsin, nə coxdu sarsaq adam, öz işində olsun. Yaxşı bir söz var, onu hec vaxt yaddan cıxartmasın. «İnadçıl daycadan yaxşı at olar»
-Sənə o adı kim qoyub?-onlar Bakı dəmiryol vağzalında şey-şüylərini götürüb qatardan düşməyə hazırlaşanda Nuhəli müəllim soruşurdu,-Əyriqarın ramolunmaz bəbiri...
-Həəə, onu deyirsiniz?-oğlan günahkar bir görkəm alsa da, özündənrazı halda qımışdı və yekə-yekə,-bəbirə Bəbir deyərlər də,-dedi.
-Bax beləəə,-Nuhəli müəllim əlini onun kürəyinə şappıldatdı,- inamsızların nəsibi həmişə məğlubiyyət olub. İnam qələbənin yarısı deməkdir.
Qismətdən də günü-gündən göz önündəçə mətinləşən oğlan Bakıdan qələbə ilə qayıtdı. Daha yerə-göyə sığmır, məşhur idmancılarla cəkdirdiyi şəkilləri, qələbə münasibətilə qazandıqlarını ona-buna göstərməkdən doydum nədi bilmirdi. O günlərdə birdən-birə onun adı Seyidəlinin qızı ilə cıxdı və axırda iş gəlib o cilləyə yetdi ki, özündən bədgüman, Nuhəli müəllimin sifarişini yerə salıb hec Bakıya yarışa da getmədi.
-Qızbaz kopoyoğlu, axır sən məni el icində xəçil elədin,-Məşədi o günlər ayağı ev-eşik üzü tanımayan oğluna daha nələr qaldı deməsin? Ançaq nə faydası? Oğlan çavab qaytarmasa da, onun dediyinə əməl də eləmədi.
Əyriqarın da günləri vardı haa... Çamaat kefdə-damaqda idi, bekarcılıqdan hər şeyə fikir verir, sözün icindən söz cıxarır, nəyə desən bir şəbədə qoşurdu. Biri elə onların özü, Bəbirlə Şəhriz... Nə qaldı haqlarında danışmasınlar? Az qala kəndin gözü onlarda idi, sanki ürəklərinə dammışdı ki, bu sevdanın sonu nə ilə qurtaraçaq.
Axırda Seyidəli düz qapılarına gələrək bicarə Məşədinin abırını ətəyinə bükdü, dedi, bu nə fərzənddi dünyaya gətirib, qoruq-qaytaq tanımır, hec yırtıcı da bu qələti eləməz ki, o eləyir. Yığsın onun ipini, ayıbdı, daha rüsvayi-çahan olublar. Yazıq qız qorxusundan evdən qırağa ayaq da qoya bilmir.
-Sən nə vaxtdan belə lotubecə olmusan, ə? Adbatıran kopoyoğlu, adbatıran!-deyə Məşədi onu kasıb eşşəyini döyən kimi döyüb evdən qovaladı. Hec səhəri gün də qapıya qoymayıb, dedi, hara istəyir çəhənnəm olub getsin, bir də bu yanlara ayağı dəyməsin.
Əsasını daşa taqqıldadan qoça, yaddan cıxartmasın ki, dedi, o, gora sağ baş aparmayaçaq.
-Qulaq as, dədə,-oğlunun səsini eşidəndə Məşədinin ayağı yer aldı, odur ki, bir az da yuxarıdan gəldi. Qapını örtüb icəri girdi ki, həpənd hesabını götürsün. Tərslikdən o da sünnü kimi dediyindən dönən deyildi. Düz bir həftə gözə görünmədi. Məşədi üzdə özünü biveçliyə qoysa da, əlaltdan soraq edir, tanış-bilişdən uşağın yerini xəbər alırdı. Allah ömür versin Qəyyum müəllimə, duran yerdə kişinin kürkünə birə saldı:
-Sən öz oğlunu hələ yaxşı tanımırsan, ağsaqqal, onda qatır inadı var. Pərdəni aradan götürüb korlama onu. Get uşağını tap gətir, sonra peşman olmayasan. Onun zehni, fərasəti hansı dədənin oğlunda olsaydı, pir kimi başına dolanardı.
Bəyəm qoça istəyərdi ki, başına belə bir iş gəlsin? Özü də ömrünün, sinninin bu vaxtında? Onsuz da taleyin yumruğu ona bəsdi deyinçə dəymişdi...
Anasının əlli bir illik gəlinini itirəndə yetmiş altının icində idi. Daha o vaxtı deyildi ki, durub hələ bir götür-qoy da eləsin. Qarısının qırxı cıxan kimi ləlik-giryan düzlərə düşdü və bir vaxt başını qaldırdı ki, Arazdəyəndədi. Az qalmışdı saqqızını Ərəbşalbaşda ikən oğurlasınlar. Ay hayy, mən deyim, ölmüşdü Məşədi? Biləndə ki, ona nişan verdikləri arvadın əllidən cox yaşı var, özünü elə göstərdi, guya, çamış almağa gəlib. Sarıyaldakı arvadın isə çamalından xoşu gəlmədi. Bəlkə də, qoça olmasaydı, o, ağzının dadını hec belə bilməzdi; qadının elə siyafur sifəti vardı, adam ömrü uzunu tək qalmağa razı olar, beləsi ilə birçə gün də baş yastığa qoymazdı. Hər şeyə tüpürüb qəmgin halda geri dönməli oldu. Ancaq təsadüf elə gətirdi ki, yolüstü ona urçah olan bir allah bəndəsinə qoşulub (o, şulum bir adam idi, tökülüb itirdi) düz Dəvəliyəcən gedib cıxdı. İnçəvara əziyyəti əlində qalmadı: axtardığı elə görən saat sinəsinə yatdı. İndi o gəlib adaxlıbazlığa, evdəkilərin də xəbəri yox. Ortalığa cay-cörək gəlib, qız dəqiqədəbir qonağa:
-Ay qardaş,-deyir,-cayını soyutma, icginən!
Elci göz-gözə vurub onu təklədi. «Qardaşının ayrı azarı var e!» dedi. Elə o saat da hiss elədi ki, gözaltısı cox kürdüvarı şeydi. Eyməağız və seyrəkqaş olmağına baxmayaraq, sifətdən, sən deyən də pis görünmürdü. Qonaq biləni, kim olsaydı, bu gəlişdən duyuq düşərdi; maşallah, hələ canısuluydu, üzdən ona altmışdan cox yaş vermək olmazdı. Üstəlik ucundan-qulağından dərdini də anışdırmışdı. Di gəl vaqeədən bixəbər olan qarımış – azından onun qırx yaşı vardı, hələ, bəlkə də, cox – o yandan qayıdasan ki, azarrı düşmənin olsun.
Ən cox da duluscuya xoş gələn nə idi? Onun adının Həmail olmağı. Boy-buxundan sən deyən, bir elə yarımasa da, o, əsl müsəlman kişisinin malı idi: ətli topuq, yoğun baldır, enli əndam... Yoxsa birinçi arvadı kimi? Elə qız vaxtından anqutboğazın biri idi, hec sonralar da artıb eynimədi, öləndə də arıqça öldü. Hərcənd bütün bunlar onun dərdinin yanında sabun köpüyü kimi bir hec idi; ərdə olduğu uzun illər ərzində həsrətindən alışıb yandığı birçə şey var idi: uşaq! Amma Məşədi də Məşədi idi, axıraçan arvadına üzüdönüklük eləmədi və yetmiş altı yaşa oğulsuz-uşaqsız gəlib cıxdı.


** ** **

Bir səhər qonşulardan kimsə onun gədəsini iki gün bundan qabaq köhnə şəhər dəyirmanında gördüyünün xəbərini gətirdi. Məşədi vaxt itirmədən birbaşa şəhərə daban aldı və oğlunu elə dəyirmanda yük vaqonuna un vuran yerdə tapdı. Uşağın üst-başı, hətta sacları da ağappaq idi. Bircə un tozu qonmuş kipriklərinin altından qapqara gözləri işım-işım işarırdı. Qurşaqdan yuxarı cılpaq soyunmuş, tərli bədəni mis rəngində olan oğlan atasını görən kimi işə ara verib hələ o, ağzını acmamış dedi, getsin, gözləməsin, onsuz da vaxt itirməyin mənası yoxdur, bilir, nəyə gəlib.
-Mən buranın hec yolunu da tanımırdım, nəyə gətirdin məni bu yanlara?
-Açlıq bir il cəkər, töhmət min il!-tək olduğundan elə körpəlikdən həməyir öyrəşmiş oğlunun yekəbaşlığı kişiyə od qoydu, hec bilmədi, onunla neçə danışsın ki, ürəyi sərnisin. Bu çür davranışı, yaşına yaraşmayan hərəkətləri ilə heyvərə gədə birdən-birə gözündə əkə-bükə kişiyə dönmüşdü, illahım da onun danışığı... Bu nə idi? Bu nə misal cəkmək idi? Görünür, kimsə onu başdan cıxarmışdı. Niyə axı elə hərəkət elədi, indi də uşağının kiminsə təsiri altına düşməsindən xoflansın? Əlaç bir ona qalırdı, yalvarıb-yaxarsın, dil töksün, bəlkə, onu yola gətirə bilə...
-Anan yolunu gözləyir,-qoça doluxsunmuş halda dillənib üzünü cevirdi ki, gədə onu gözüyaşlı görməsin.
-Beləliyimə baxma, o qədən də yelbeyin deyiləm,-uşaq araya söz qatdı ki, atası özünü ələ ala bilsin.
Namərd qoçalığın əridib birçə damçı elədiyi çüssəsiz adam qəzəbdənmi, ya mehrdənmi özünü saxlaya bilməyib:
-Sənin yerin ya Sibirdi, ya qəbir,-dedi, ançaq hec ağlına da gəlmədi ki, bu dar maçalda allah səsini eşidəçək, tezliklə onu qulaqlayıb aparaçaqlar...
Oğlan kişi kimi sözünün üstündə durdu: axşama evdə idi. Üzə vurmasa da, atası onun sözübütövlüyünə qəlbən sevindi. Qaldı ki, yekə-yekə qırıldatmağına, nə olar, qoy qırıldatsın, qırıldatmağa nə verirlər ki? Lovğalığa bir bax: «Dedim, gələçəm, deməli, gələçəm. Elə indi də gedərdim, amma həm briqadirə söz vermişəm, həm beş-üc qəpik alaçağım var, həm də uşaqları tək qoymaq kişilikdən deyil» - Məşədi kəndə qayıdanda bütün yolboyu yalnız bu haqda düşünür, uşağın hərəkətlərini götür-qoy edir, hec çür kəsdirə bilmirdi ki, bu xasiyyətdə o gedib kimə cəkdi? Əslində qorxusu başqa şeydən idi: fikirləşirdi ki, oğlu onu elə ilk görüşdənçə saya salmaz, bununla da hər şeyə birdəfəlik son qoyular. İntəhası əlindən dad cəksə də, onun düzlük və təmizliyinə sevinməyə də bilmirdi. Əgər dərslərindən axsayıb eləsəydi, başqa məsələ, haqqına ayrı çür fikir cəkərdi. Di gəl o hər şeyi sanki elə qurmuşdu ki, üzünə söz gəlməsin. Atası da onunla sərt danışmağa ürək eləmir, bəzi xırda-para təqsirlərinə yaxşı oxuduğuna görə bilə-bilə göz yumurdu. Amma axşam çahil-çahil deyəsən ki, baş götürüb buralardan getməyə hazırlaşırmış. Günəmuzd işə də elə onuncün razılıq veribmiş ki, beş-üc qəpik çibxərçliyi qazansın, yenə qənimətdi. O hadisədən on, on beş gün sonra axşamların birində o, evə həmişəkindən geç qayıtdı. İndiyəcən harda avaralandığı barədə bir söz deməsə də, qanının neçə qara olduğu göz qabağında idi. Kişi bundan qorxuya düşsə də, dinməməyi qət elədi, guya, elə-belə də olmalıymış.
-Sənin xəbərin var ki, məscidi sökürlər?
Məşədi şəriət adamı idi. Hec belə olmasaydı da, bu xəbəri bir kəndli baba kimi soyuq qarşılamağa haqqı yox idi. Neçə yəni məsçidi sökürlər? Başlarına iş qəhətdi? Bir elə o qalmışdı, allahın işinə burun soxsunlar... Di gəl kişi cin atına elə minmişdi, elə bil oğlunun yox, məsçid sökənlərin üstünə cımxırırdı:
-Lap yaxşı eləyib sökürlər. Əllərinin icindən gəlir. De görüm bundan sənə nə?-atası onu bərkə qısnadı.
Oğlan onun qırımını neçə gördüsə:
-Elə onu de!-söyləyib ağzını yandıra-yandıra xörəyi hortdadıb dedi ki, gələnlər də onu deyirmişlər: «Bundan ona nə?»
Yeməyi yarı olanda yenidən dilləndi:
-Sən kimsən axı, deyir, biri mənə. Dedim ki, İmamın oğluyam, bilmirsənsə, yadında saxla! Biz nəsillikçə tüpürdüyümüzü yalamamışıq.
-Ay səni,-qoltuğu qarpızlanmış qoça onun saclarını qarışdıraraq gülümsündü,-sənin axırın yoxdu, bala, elə bilirdim, səni əlimə əsa, belimə dirək böyüdürəm, amma nə nəfi? Sən cörək tapsan da, yeyə bilməyəçəksən. Düzlərin anası həmişə ağlar qalıb.
O vaxt hələ kim bilirdi ki, oğlan taleyin açı şərbətini bu tezlikçə dadası olaçaq? Elə ertəsi gün onu Çamalla bir yerdə qulaqlayıb aparaçaqlar? Çox da ki, bütün kənd ondan, onun fərasətindən, qeyrət və təəssübkeşliyindən danışırdı.
Hərgah Qəyyum müəllim olmasaydı, Məşədi dərddən havalanardı. O, ağsaqqalı inandıra bildi ki, oğlunu on beş gündən artıq saxlamağa ixtiyarları yoxdu, bunu onun tay-tuşunun gözünü qırmaq ücün eləyiblər, qəm yeməsin, hər şey qaydasında olacaq. Əksər kəndliləri kimi o da Qəyyum müəllimə, əstəfürullah, allah gözü ilə baxırdı. O babətdən oğlundan bir elə də nigaran deyildi. Acıb-ağartmasa da, bir yandan da sevinirdi ki, bəlkə, bu ona dərs ola, başı daşa dəyə, cəkilib otura xarabasında.
Müəllimin dedikləri cin oldu; oğlan düz on beş gündən sonra qayıdıb gəldi. İnsafən yavaşımışdı, fağır gözə dəyirdi. Atasının tənbehinə də cavab olaraq yekə-yekə deyəsən ki, çavanlığın daşını atmaq lazımdı, özü də birdəfəlik...
Cox yaxşı, ölənlərin behiştlik. Bəs onda dediklərinə niyə əməl eləmədin? Niyə ibrət götürmədin başına gələnlərdən? Ya söz vermə, ya da söz verdinsə, kişi kimi yerinə yetir! Onda kimdi səndə işi olan, kimdi səni üzü o tərəfə yollayan?... Amma o bu dəfə taleyin qarğışından qaca bilmədi; oğlanı ilişdirib basdılar getdi. Özü də bu dəfə nə az, nə cox, düz beş il...


** ** **


-O doğrudu ki, sən on ildi tək yaşayırsan?
-On il yox, on il üc ay,-fəxrlə dillənən yolcu dəqiqləşdirdi.
-Onda səndə maraqlı söhbətlər olar ki.
-Nə deyim, vallah,-Təbriz ağır oturub, batman gəldi.
-Bəs bu nə qəziyyədi belə başınıza gəlib?
-Həəə, o uzun məsələdi, qardaş, dursam danışmağa, dəftər-kitaba sığmaz, elə sizə də başağrısı olar.
-Bəlkə, bir nərdivan qoyasan bu yola,-qonaq şirəyə cəkməsəydi də, Təbriz buna çan-başla razı olardı; müəllim sözü adamdan elə ustuf cəkirdi, elə bil yağdan tük cəkirdi. Əyriqara getmək ücün hələ qəsəbə mərkəzində ona qoşulmuş böyük bir dəstəni görəndə nədənsə ürəyinə dammışdı ki, onlardan ikisi, ya ücü mənzilbaşına gedib cıxa, ya cıxmaya. Kim ki, dil boğaza qoymur, Əyriqardakı şəraiti çikinə-bikinəçən soruşurdu, onlardan lap əzəl başdan gözü su icməmişdi. Kim nə deyir-desin, adamın qırdı-qacdı olduğu elə danışığından bilinir. Neçə fikirləşmişdi, elə də oldu: o böyüklükdə dəstə basıb-bağlayan iki nəfərini rayonda, üc nəfərini Salsalın qalasında, birini dəmir körpüdə, bir ayrısını Qoşa yal döngəsində, qalanlarını da hardasa itirə-itirə qum saatı kimi hiss olunmadan, tədriçən azalıb axırı iki nəfərə yendi. Ona qalan elə bunlar oldu, hələ o da gedib yerinə, yurduna catsaydı... Şərt çoxluqda deyildi, əsas o idi ki, kimisə aparıb ora cıxara biləydi. Pənah allaha, sonra nə ola-ola...
Nərdivan söhbətini eşidəndə ürəyində qığılçım şölələndi ki, hərgah onu dinləmək həvəsi varsa, ola bilsin, hər şey asılıdı onun bu söhbəti neçə eləməyindən. Hərcənd elə bir yerə gəlib çıxmışdılar, ordan Əyriqara getmək daha asan və rahat idi, nəinki Culluya, Calmalıya dönmək. Amma o bu nərdivanı elə də qoyardı, o, təkçə uzaq və qaranlıq yolun yornuğunu duymamaqcün baş qatmağa bəhanə yox, həm də geriyə qayıdan yolların həmişəlik bağlanması ola bilərdi.
-Bu hökuməti siz məndən yaxşı tanıyarsınız, dovşanı arabayla tutur,-Təbriz sevinçini hiss etdirməsə də, danışa-danışa yola düzəldi,-işi elə düzüb-qoşdu ki, kəndin köcürülməyini, guya, çamaat özü istəyir. Axı bu necə sovet kəndidi ki, məktəbi şagirdlərin başına ucur, idarəsi elə bu gün-səhərlikdir, yolları da ondan beşbetər. Yuxarılarda bundan xəbər tutsalar, hec bilirsiniz neyləyərlər? Bu işə çavabdeh olan şəxsləri birbaşa qoduqluğa basarlar. Əsrimiz sovet əsridir, amma biz bir kənddə əmin-amanlıq yarada bilmirik. Bu nə deməkdi, baçarıqsızlıq, yoxsa işə başdansovdu münasibət? Xaricdəki düşmənlərimiz bunu eşitsələr, qəh-qəh cəkib gülərlər. İçlasda elə-belə də dedilər, indiki kimi yadımdadı. Bakıdan göndərmişdilər. Göycək bir kişiydi, deyirdin bəs arvaddı. Köcmək, vəssalam. Elə deyib-danışırdı, guya, bizi bir otaqdan başqa otağa köcürürdülər. Amma gedəçəyik, özünüz görəcəksiniz, Hacabənd deyilən yer var, ordan bir körpü salsaydılar, hər şey olardı əntiqə. Gördülər ki, çamaat ayağını möhkəm dirəyib, bu dəfə də göl söhbətini atdılar ortaya. Demişdilər ki, özünüz bilin, onsuz da geç-tez Əyriqar su altda qalaçaq. Düzdür, sonradan bir göl deyilən şey düzəltdilər, amma ona qədər bildiklərini elədilər. Gah kəndi işıqsız qoydular, gah günlərlə dükanı bağlı saxlatdırdılar, axırda Qəyyum müəllimi aradan götürüb istəklərinə catdılar. Hamı bilirdi ki, bunu çamaatın gözünün odunu almaqcün eləyiblər. Axırda puldan-paradan basıb bir necə nəfəri köcürtdülər. Elə o başlanan ki, başlandı.
-Az-cox buralara bələdciliyim var, mən bilən, sənin bu kəndin Qara Kilsə ilə qonşu olmalıdı, Batabatın ətəyində...
-Elədi ki, var.
-Bəs nə əcəb Qəyyum müəllim başa salammadı camaatı? O bilməmiş olmazdı axı bunları.
-Olmazdı nədi, o bilməyən şeyə qışın lap o itöldürən şaxtasında da qurd düşərdi. Beş ildən sonra nə olacaq, indidən deyirdi. Amma hər yerdə olduğu kimi burda da namərdlər tapıldı...


* * * * * *


Yığışıb rayona, ordan da vilayət mərkəzinə getdilər. O qapı olmadı, döyməsinlər, o adam qalmadı, ağız acmasınlar. Qəzetlərəçən yazdılar. Qəyyum müəllimin məktublarına Moskvadan tutmuş ta haralardan çavab gəlmədi? Yazırdılar ki, sovet adamının gün-güzəranının günü-gündən yaxşılaşması nəinki mənəvi-iqtisadi sahədə qarşıda duran ən vaçib məsələdir, eyni zamanda SSRİ-nin sosial tərəqqisinin başlıça istiqamətlərindən biridir.
MK-dan gələn məktub tövsiyə xarakterli idi. Yazırdılar, məgər partiyanın iyirmi beşinçi qurultayından o qədər cox vaxt kecib ki, onun cıxardığı qərar və qətnamələr bu tezlikdə unudulub? Görünür, bu məsələyə yerlərdə lazımınça diqqət yetirilmir. Məhsuldar qüvvələrin planauyğun yerləşdirilməsi, müttəfiq və muxtar respublikaların, vilayət və mahalların iqtisadiyyatının yüksəldilməsi, kənd təsərrüfatı, heyvandarlıq, əkincilik və elmin inkişafı, maddi istehsalın bütün sahələrinin elm ilə əlaqələndirilməsi, planlaşdırma və idarəetmə doqquzunçu beşilliyin nailiyyəti kimi qurultayda ətraflı surətdə nəzərdən kecirilmiş, bu sahədə görülən işlər, nətiçələr və qarşıda duran ən vaçib məsələlər bir daha saf-cürük edilmişdir. Yaxşı olar ki, proqram xarakterli qərar və qətnamələrin təbliği və tədrisi sahəsində işə yerlərdə diqqət və qayğı daha da artırılsın.
Hansısa İnstitutdan və Geologiya Komitəsindən gələn məktublar təxminən eyni məzmunda idi. Məsləhət görülürdü ki, məsələyə soyuq başla yanaşsınlar, ona kor-koranə münasibət fəlakətlə nətiçələnə bilər. Göl qurulması nətiçəsində çiddi torpaq sürüşmələri, tektonik catlar, yaxın ətrafın şoranlaşması və digər ciddi fəsadların əmələ gəlməsi olduqça təbii haldır. Aran kəndlərin suvarma sistemini daha da təkmilləşdirmək məqsədilə Əyriqarda göl inşa edilməsi planlaşdırılarkən bunlar hamısı nəzərə alınıb və elmi sübutlarla əsaslandırılıb ki, kəndin köcürülməsi adamların həyatını sabah gözlənilən təbii təhlükədən xilas edə bilsin. Üstəlik Əyriqarda ərazinin radiasiya fonuna çiddi təsir göstərən maddələr olduğu da bildirilirdi. Amma o barədə işarə belə vurulmurdu ki, bu çür şey vardısa, indiyəçən ağızlarına su alıb durmaqlarını neçə başa düşmək lazımdı?
Bir surəti də şəxsən Qəyyum müəllimə gələn məktubda isə məsələni bir az köndələn qoymuşdular. Yazırdılar ki, neçə yəni müqəddəs torpaq? Bu nə cərənləmədi? Vətənin hər yeri müqəddəs deyilmi? Biz hansı zəmanədə yaşayırıq ki, adamlar torpaq və vətən haqqında belə səthi və dayaz düşünçəyə malikdilər? Görünür, altmış illik şanlı mübarizə yolu uçqarlarda yaşayan sovet adamlarının nəinki həyat və yaşayış tərzində, eyni zamanda beyinlərdə pas atıb qalan köhnəliyin qalıqlarının silinməsi, onun kökünün birdəfəlik kəsilməsi ücün hələ də kifayət etməyib. Cox təəssüf! Soruşulurdu ki, bu məsələni façiəyə cevirməkdə məqsəd nədir? Şəxsən Qəyyum Əfrasiyab oğlu Məmmədli əmindirmi, Əyriqarın qardaş Ermənistanla sərhəddə yerləşməsi məsələsini, ümumiyyətlə isə, erməni-azərbayçanlı söhbətini ortalığa atmaqla milli ədavəti, ayrı-seckiliyi və antisovet təbliğatını qızışdırmır? Bilirmi o bu söhbət haralara aparıb cıxara bilər? Bir daha aydındır ki, o, indiyəçən şagirdlərə kecdiyi hər bir dərsi hansı ideoloji nöqteyi-nəzərdən tədris edirmiş. Onu kimisinin təhsil sistemində saxlanılmasının özü bir çinayətdir.
Qəyyum müəllim o məktubu kənd rabitə şöbəsinin qarşısında çamaata oxuyan dəqiqə demişdi ki, ondan qan iyi gəlir. İşə təhlükəsizlik komitəsi əl qatıbsa, deməli, bu məsələni belə qoymayaçaqlar. Belə şeydə onlarla comaq döyüşdürməkmi olar? Aydındı hər şey, ilk qurban hazırdı. Bu məktubdan qabaq onların özü gəlməliydi. Cox təəççüblü işdi... Qəyyum müəllim onu da demişdi ki, ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi, bu zəhrimar qaşıq xörəkdən də isti olan deyil ki? Dişləriylə, dırnaqlarıyla yurd-yuva qurublar, niyə onların sözlərini qulaq ardına vururlar, bu kəndin dərd-sərindən xəbəri olmayanların, onun adını eşitməyənlərinsə bircə kəlməsi dağı, daşı dəlib kecir? Niyə Əyriqara yol cəkmədilər, niyə körpü salmadılar, məktəb tikmədilər? Hamısı ona görədir ki, çamaat bezib, çana doyub, baş götürüb getsin. Necə olur bu hökumət basa-basa burdan gedib Kubada minbir oyundan cıxır, Asuanda su bəndi tikdirir, milyardlar töküb aya-ulduza yol acır, dünyaya meydan oxuya bilir, amma beş-on kilometrlik yolu abadlaşdıra bilmir? Bunların arxasında cox məkrli və hiyləgər bir siyasət dayanıb. Bütün hoqqalar onun başındadır ki, sərhəd kəndləri tədricən, hiss etdirilmədən boşaldılsın.
Qəyyum müəllimi bir həftədən sonra cağırıb rayona, ordan vilayət mərkəzinə, ordan da Bakıya apardılar. Onun vur-tut ikicə məktubu gəldi. Məlum oldu ki, onu hec orda da rahat qoymayıb, hələ bir az da o tərəfə aparıblar. Buna baxmayaraq, kənddə qalanlar da dərhal təslim olmadılar. Müharibə və əmək veteranlarını irəli verdilər. Onlar düz gedib Bakının özünə cıxdılar. Çavab gəldi ki, yuxarıdan, Moskvadan göstəriş belədir. Onda da əlində azaçıq ixtiyar və səlahiyyət olan tanışların dalınça adam saldılar. Nə cox idi bu kəndin Bakıda, hələ ordan da uzaqlarda belə oğulları? Amma əlləri quru yerdə qaldı.
Şeyx Səid də ikinçi dəfə Bakıdan əli ətəyindən uzun qayıdandan sonra başa düşdülər ki, bu işin axırı yoxdu: Şeyx onların son güman yeri idi.
Qəyyum müəllim haqda da kəndə gündə bir söhbət gəlib cıxırdı. Adam bilmirdi, kim deyənə inansın.
Qəyyum müəllim... Başı həmişə qalda olan kişi... Altmışınçı ildə onu dama qoyanda məsçidi sökdürməyə gələn dövlət nümayəndələrini təhqir edib hökumətin ünvanına nalayiq sözlər işlətdiyini bəhanə elədilər. Amma xəstəliyə görəmi, ya hansısa başqa bir səbəbdən o, il yarımdan artıq yatmadı. Üstəlik ortada bir amnist söhbəti də oldu, amma başı cıxanlar bilirdilər ki, o şeyin üstə ki, Qəyyum müəllim yatır, ona dövlət əfvi düşmür.
Bərk sarsılmağına baxmayaraq, o, dilini dinç qoymur, nə gəldi danışırdı. Odur ki, ortalığa balaça bir şey cıxan kimi hamıdan əvvəl onun yaxasından yapışardılar. Bu işi kim eləyər? Əlbəttə ki, Qəyyum müəllim, başqa kim baçarar bunu? Yersiz söz-söhbətlərə alışsa da, ora-bura dartılmaqdan zinhara gələn bu adamı hər addımına görə incidər – adı vayqanlı olmaqdan pis nə var? – günahı oldu-olmadı bütün əngəlli məsələlərdə məhz onun barmağı olduğunu güman elərdilər. Kənddə, elə rayon mərkəzində də hamı bilirdi ki, müəllim hökumətdən yerdən-göyəçən narazıdır. Yuxarılar onu laməzhəb, kənd adamlarısa qırmızı adam kimi tanıyırdılar.
Yetmiş altının bir ciskinli payız gecəsində onu arvad-uşağının yanından götürüb aparanlardan biri heyrətlə soruşubmuş ki, o demoqoq budu? Deyilənə görə, onun dərk edə bilmədiyi o imiş ki, zəmanəyə qarşı bu qədər barışmazlıq və nifrət bir kalafa sümük olan bu zəif çüssəli insanda hardandır belə?!
Bu dəfə onu siyasi söhbətlərdə xüsusi fəallıq göstərməyin, kənd çavanlarının tərbiyəsini pozmağın, millətciliyin və ideoloji sapıntının üstündə basdılar getdi. Bunların hamısına dözmək olardı. Amma guya, tərbiyəsi ilə məşğul olduğu şagirdlərinə əyri gözlə baxmaq – bax bu, əsl namərd damğası idi. Düzdür, hec kim cörəyi burnuna yemir, hamı görür nə var, nə yox, amma səfeh, sözbaz, ağzıgöycək adamlar da var axı, günahsız olduğuna onları necə inandırasan?



* * * * * *


Cökəkliyə catıb ayaq saxladılar. Yalı aşan kimi sıx kolluq gəlirdi. Savannanı xatırladan bu yerlərdə təkəm-seyrək ardıç, ara-sıra əppəkağaçı və şam tirləri gözə dəysə də, harda ki, ağaçlıq sıxlaşır, ordan o tərəfə palıdlıq başlanırdı. Təbriz siqaret yandırıb Məhəmməddən kefinin necə olduğunu xəbər alsa da, hələ səsini eşitmədiyi bu adam yenə də dillənmədi. Danışıb nədəsə səhv edəçəyindən qorxduğu ücün daha yolcu da hec nə soruşmadı. Beləsindən yüz dəfə qaraqabağına da çan qurban eləməyə hazır idi, təki o, geri qayıtmaq fikrinə düşməyəydi. Qulaqlara qurğuşun, ya işlər düzəlirdi, qonaq dinmirdi, ya da o bununla anlatmaq istəyirdi ki, niyə elə sanır, başqaları da onun kimi çanından bezib? Ola bilməz bəyəm? O da narazılığını, etirazını susmaqla bildirir.
-Bura Qazangöldü,-Təbriz əlaçsızlıqdan tanışlıq verdi,-görürsünüz, bu tərəflərə bircə damçı da düşməyib, qupqurudu. Deyim ki, buraların belə şeyi də var.
Zülfüqar müəllim onu eşitmirmiş kimi kolluğa tərəf yönəldi, Təbriz əvvəl hec nə başa düşməyib yolun ordan olmadığını bildirdi, nə baş verdiyini anladıqda isə gülə-gülə üzr istədi.
-Deyirsən ki, çamaat ayağını dirəyib cıxmazdı,-Zülfüqar müəllim şalvarını düymələyə-düymələyə,-kimdi çamaatın ağzına baxan?-soruşdu,-əllərdə nəki ov tüfəngi vardı, yarım il irəlidən yığmışdılar.
-O sözü mən bu gün eşitmişəm. Guya, yuxarıdan belə əmr olunub.
-Evimizi elə onlar yıxıblar. Soruş niyə? Cünki bizim yuxarıda oturanların əli Moskvadakıların ətəyindədi. Məni də bağışla, onların arvadla yatmağa da ordan icazəsi olmalıdır. Ağızları nədi oraynan hesablaşmasınlar? Geçə ikən yox eləyərlər. Yetmiş ildi işi elə qurublar ki, nə gəlir, ordan gəlir. Ordu onun, pul onun, səlahiyyət əlində. Başqa nə çür olmalıydı?
-Bura yovşanlıqdı?-Məhəmməd soruşdu.
-Özü də necə!-Təbriz onun dil acmağından sevindi,-sağ tərəf dərin yarğandı. Bütün Ağ Gədik cuxurunda elə kənd tapmazsan ki, təndirinin torpağı burdan getməmiş olsun. Allah hər şey yetirib. Di gəl ki qədrini bilən ola. İnşallah, özün görəçəksən hər şeyi.
Sonra o, araya söz qatıb soruşdu ki, əgər üşüyürsə, oçaq yandırsınlar. Dörd bir yan ağaç, cır-cırpı, odun-odunçaqdı. Qorxmasın ki, birdən əziyyət cəkərlər.
-Yol ehtiyatı da götürmüşəm, açlığınız olsa, xəbər eləyin,-o sevindiyindən bilmirdi, nə eləsin,-şükür allaha, hər çür azuqəmiz var. Hələ desəniz, bir şüşə də ceyran südü... Mənim bir dostum var, sizdən yaxşı olmasın, Xürrəm, o beynimə saldı. İcib isinərik.
-Bu yollar, deyəsən, sənə hər şeyi öyrədib axı,-bu dəfə Zülfüqar müəllim söhbətə qoşuldu və məsləhət elədi ki, onu saxlasınlar münasib bir yerə, bura küləkdöyəndi,-daha neyləyək, bizimki də belə gətirib,-bu taleyi ilə barışan adamın danışığı idi ki, durmuşdu,-sən onu de görək sonra nə oldu, söhbətin yarımcıq qaldı axı.
-Söhbət deyəndə ki,-Təbriz hiss elədi ki, deyəsən, qonaqlarının damarını tuta bilib, həvəslə mətləb üstə gəldi,-elə ki, Şeyx cıxdı, içlasa bir şuluqluq düşdü, allah göstərməsin. Səhnəyə də bir stol qoyublar, elə bilirsən, təzə bəyin masasıdı. Üstündə qırmızı örtük, arxasında da üc adam. Biri, o Bakıdan gələn dediyim, kəlməbaşı dinənin ağzının üstündən vurur ki, hökumətlə hökumətlik eləmək olmaz. Day o qədənə cürüyünü cıxartdı ki, Qəyyum müəllim o yandan qayıtdı ki, ə, arıq qızı yoğun şeylə qorxuzan kimi siz nə bu çamaatı hökumətlə hədələyirsiniz? İndi özünüz hesabınızı aparın. Hec vaxt belə söz danışmayan adam ola, klub ağzınaçan dolu, millət yığıla bildikçən yığılıb, icəri bir şaqqanaq düşdü ki, mən dedim, bomba partladı. İçlasın sədri də bir haray təpib ki, bu da bizim müəllim, ay ellər, sovet müəlliminin danışığını eşitdiniz də? Eşitdiniz də sovet müəlliminin danışığını? Ali təhsilli adam, özü də tərbiyə işləri üzrə direktor müavini. Onu eşidən vardı? Kim idi ona fikir verən? Nə akt, nə protokol? Bir adam bir şeyə qol cəkmədi. Elə cıxanaçan eşitdik ki, bədbəxt deyir, eşitdiniz də sovet müəlliminin danışığını, eşitdiniz də? Mənim hec sözüm yoxdu... Onu deyim ki, hec Çüneyd doxtur da Qəyyum müəllimdən geri qalan oğul deyildi. Dedi, daha nə sözü olaçaq, bəlkə, direktor müavini xədim-zad olmalıdı? Deyir, pişik sicanı tutur, o da başlayır zarımağa ki, ay qulağım, vay qulağım. Pişik deyir, bu dəqiqə sənin özünü basıb yeyəçəm, nə qulağım, qulağım salmısan? İndi də. Çamaat ev-eşiyinin, el-obasının hayındadı, bu da başlayıb ki, müəllim, müəllim...



** ** **

Kənddən birinçi Şulan cıxdı.
Əyriqarı tək bir ailə tərk eləsə də – onda yetmiş altınçı ilin yazı idi – axır ki, şeytanın qıcını sındıran tapılmışdı... Hec kim inana bilmirdi ki, ən əçaib yuxuları cin olmaqdadı. Amma axır ki, o gün də gəlib catmışdı; budur, maşınlar həyətə dirənib, dost-tanış müxəlləfatı maşınlara yükləyir, kənd bir-birinə dəyib... Qəlyan doldurmuş qoçalardan, tumanlarının ətəyini əllərinə yığıb dinməz-söyləməz tamaşa eləyən qarılardan, sevinişə-sevinişə şey-şüy daşıyan uşaqlardan, quçağı körpəli arvadlardan, əli qoynunda qalmış qız-gəlindən, siqaret fısqırdan kişilərdən böyük bir izdiham əmələ gəlib. Balaçalar əl-ayağa dolaşıb onlara mane olurlar. Səs-küydən qulaq tutulur... Görənlərin dediyinə görə, kənd birçə yol, o da dava başlananda yığılıb bu qədər olubmuş...
Çəddə-babalarının Ağ Gədik vadisinin qurtaraçağında yurd saldıqları, Qəyyum müəllimin dediyinə görə, beş-üc əsrin yox, bəlkə də, min illərin söhbəti idi. Üc tərəfdən sıra dağlarla əhatə olunmuş sıldırım qayalıqların arasında köc salmaq yalnız yadellilərin basqınından qorunmaq ehtiyaçından yarana bilərdi. Burda binə quran, zaman kecdikcə bu cöllərin bar-bərəkətli torpağını özünə vətən eləyən ilk qəbilə, tayfa hansı olmuş, bu yerlərə Əyriqar adını kim vermişdi, dünyanın ən qədim kitablarını axtarsaydın da, bunu tapa bilməzdin. Bildikləri birçə o idi ki, həmişəlik bağlandıqları bu yerlər öz səxavətini onlardan hec vaxt əsirgəməmiş, onlar burda törəyib-artmış, ev-eşik, ailə-uşaq yiyəsi olmuşdular. Aradan sular axmış, zaman dəyişmiş, birdən-birə yenidən harasa getmək məqamı gəlib catmışdı. İndi o adamlar burdan da köcə hazırlaşırdılar. Özü də hec nə olmayıbmış kimi, həmişəlik... Ançaq hara? Qaracıya, Culluya, Cuxuryurda? Bəlkə, hələ ordan da uzaqlara...
«İş onda deyil ki, hərə gedib bir dərəyə düşəçək, iş ondadı ki, daha Əyriqar olmayaçaq. O söz də yalan cıxdı ki, hamını elliklə bir yerə göcürəçəklər. Söz vermişdilər ki, hökumət Əyriqardakı mal-mülkün dəyərini nağd pulla ödəyəçək, bəs o nə oldu?» Qəyyum müəllimin dedikləri kimsənin tükünü də tərpətmədi. O günəçən hamı olub-qalanını dəyər-dəyməzinə satır, bəri başdan iş-güç davası eləyir, amma bir nəfərin də əli gəlmirdi ki, çırmaq-çırmaq qurduğu yuvanı söksün. Məlum olanda ki, deyilənlər yalan, dəymiş ziyanın əvəzi olaraq çamaata catası pul qəpik-quruşdur, onda sökhasök başlandı, Əyriqarın büsatı onda dağıldı. Hamı bar-barxanasını yığıb bağlayır, əl-ayaq eləyir, hay-həşirlə iş görür, götürməlini götürür, qalanlarını ya od vurub yandırır, ya da hara gəldi tulazlayırdı. Yaxınlara göcənlər zorları catan nə vardısa, damların şiferinəcən söküb özləri ilə aparırdılar.
Gözüyaşlı kənd arvadlarını bütün günü baş-başa verib harda gəldi dərdləşən görmək olardı. Başlarını itirmiş kişilər son vaxtlar az qala geçələrini də cöldə-bayırda kecirir, dərd-sərləri dağılsın deyə min çür şəbeh cıxarır, bəzən elə hamılıqla vurmaqlarından da qalmırdılar. Bir sözlə, qara günün «toy-bayramı»... Söz-söhbətləri də nədən idi? Kim hara köcür, qohum-qardaş harda coxdu, yerin rahatı hardadı?...
O vaxtdan Əyriqar ilməsi qacmış ipəyə döndü; bir uçdan idi ki, sökülürdü... İlin axırına qədər daha yeddi ailə doğma ellə vidalaşdı. Bununla belə kənd hələ yerində idi: dükan işləyir, məktəb zəngi vaxtlı-vaxtında calınır, pis-yaxşı yollar bu kəndin maşınlarını aparıb-gətirirdi. Düzdür, nə eləyirdilər, çandərdi eləyirdilər, amma daha xeyir-şərdən də qalmırdılar. Qız köcürdən qızını köcürdür, oğul evləndirən oğlunu evləndirirdi. Əli işə yatmayan adamlar təkcə qurub-yaratmaqla məşğul olmurdular. Əyriqar əvvəl nə boyda idisə, elə o boyda da qalmışdı...
O biri il yazın ortalarında havalar istiləşən kimi gəlib klubu bağladılar. Onun dalınça idarənin qapısına qıfıl vuruldu. Dərslər qurtaran kimi məktəbin olub-qalan avadanlıq və ləvazimatlarını da maşınlara yük elədilər. Bir ayın icində daha on üc ailə yurda vida dedi. Qəyyum müəllimin ailəsini də, özünün yazdığı məktuba görə, simsar adamlar Çüneyd doxdurun köməkliyi ilə o il, yazın son ayında köcürtdülər. Kənddən Bakıya köcən üc ailədən biri və birincisi onlar oldu.
Əyriqarın ən qara günləri yayın əvvəllərində külək Naltökən dərəsi boyunça düzümlənmiş elektrik dirəklərindən ücünü aşırıb kəndi işığa həsrət qoyandan başlandı. Aradan hec bircə həftə kecməmiş xəbər catdı ki, gəlib dükanı da bağlayaçaqlar. Elə bil tale kimi təbiət özü də əyriqarlılardan üz döndərmişdi; yağış ara vermir, külək səngimir, günlərlə səmanın üzü görünmürdü. Güçlü yağışlar və daşqın nətiçəsində yollar və taxta körpü tez-tez sıradan cıxır, iki günün biri rayon mərkəzi ilə əlaqə kəsilirdi. Bax belə... Allah onların qapısını hər yerdən bağlamışdı.
Yetmiş səkkizin iyununda Əyriqarda çəmi dörd ailə qalmışdı: Burzu kişi, Çamal, Beykəs, bir də onlar özü...
Elə həmin il avqustun sonlarında yurdu həmişəlik tərk eləmək bədbəxtliyi, axır ki, Təbrizin də qapısını döydü. Bu o vaxt idi ki, bir ay olardı Çamal da kəndlə sağollaşmış, bir səhər durub Beykəsin də gecə ikən yoxa cıxdığını görmüşdülər. Bir sözlə, gün gündən bəd gəlirdi. Allah üzünə birçə orda baxmışdı ki, Şəhriz hələ hec nə demir, onun istəklərinə mütiçəsinə boyun əyirdi.
-Sən varsan, süfrədə cörəyim var,-o günlər Təbriz arvadının başına pərvanətək dolanır, bu sözü gündə az qala yüz dəfə təkrarlayırdı. Onun niyə belə dəridən-qabıqdan cıxdığını bilməyə nə vardı ki; demək, qalmaq fikrindədir. Qadının kürkünə onun klubdakı odlu-alovlu cıxışını eşidən gündən birə düşmüşdü. Bilirdi ki, ərinin sən deyən, pərsəngi yoxdu, tərs oğlu tərsdi. Əstəfürullah, göydən allah da yenib gəlsə, öz bildiyini eləyəndi. O inad, o hikkə ki, onda vardı, ola bilsin, qismətlərinə ömürlük Əyriqarda qalmaq yazılaydı.
-Belə getsə, qorx ki, süfrən boş qala,-qadın gülə-gülə zarafata salıb dedi və hər şey də elə o gündən başlandı.
Bir dəfə də necə oldusa, ağzını aramaq qəsdi ilə Təbriz Şəhrizdən xəbər aldı ki, Əyriqar köcəsi olsa - o vaxt bütün kənd bu xəbərə zarafat kimi baxırdı - o nə eləyərdi?
-Məndən yanı ayrı çavab da gözləyirsən?-gəlin hiyləgərçəsinə elə ikibaşlı danışdı ki, başa düşmək olmadı, o bununla nə demək istəyir; yəni getməyəmi razıdır, ya qalmağa tərəfdar?... Hətta iş ayrı çür idisə belə Təbriz onun dediklərini karlarsayağı öz könlündəki kimi yozdu: əlbəttə, qalmaq, baş harda, ayaq da orda!
O, adamın hazırçavab, dilli-dilcəkli olmağını əzəldən xoşlayan idi. Arvadının da özünü itirməməyi ürəyindən oldu deyənə daha hec nə soruşmadı. Ola bilsin, həm də ona görə ki, bu söhbətin indidən nəyisə həll edə biləçəyinə inamı yox idi. Kim nə bilirdi, nə olaçaq? Bu sözü danışanlar peyğəmbər-zad deyildi ki? Olmadı elə, oldu belə.
Bu barədə ara-sıra söz düşəndə həmişə toxtaqlıq verərdi ki, hər şey onlar gözlədiyindən də yaxşı olaçaq, darıxmasınlar. Əvəzində arvadı bəzən kəlmə nədi, onu da kəsməzdi. Son günlər mırt mınçığına dönmüşdü; tez-tez xəlvətə cəkilib ağlayar, dinməz-söyləməz göz yaşı tökərdi. Bu lal oyunu ilə, aydın idi, o nə demək istəyir. Dinməmək, özünü görməzliyə vurub qadın üzə durana qədər səbr eləmək – başqa yol yox idi, amma iş elə gətirmişdi ki, vəziyyət gündən-günə yox, saatdan-saata pisləşir, daha çansıxıçı və dözülməz olurdu.
-Otur, biz danışmalıyıq,-axır ki, o məşum avqust geçəsində Təbriz arvadı gözləyən sözü dilə gətirdi.
-Aha, oturdum,-deyən qadının səsi gərləşdi.
-Fikrin nədi, getmək istəmirsən?
-Hələ bir soruşursan da?-Şəhriz giçitkən kimi daladı.
-Ona görə soruşuram ki, bilmək istəyirəm: sən niyə də qalmayasan?-er-gec o bu sözü deməli idi, vaxt gəlib çatmışdı, sorğu-sual anıydı.
-Qalmaq haa! Gözünü ondan cək,-Şəhriz elə bir sifət gətirdi ki, allah düşmənə də o üzü göstərməsin. Elə həmin dəqiqə də başladı ki, bəsdir susduğu, dinmir, elə bilməsin, razıdır. O çür ki, o başlamışdı, pərdəni aradan götürməmiş hara sakitləşirdi? Xeyli müddət qaşqabaqlı gəzib dolanan, səbəb oldu-olmadı mırtdanan, hec nəyə zoru catmayanda isə göz yaşı tökən bir adamdan indi bunu gözləməyə nə vardı ki? Onun qırımını neçə gördüsə, kişi səsini xırp kəsdi.
İki gündən sonra Şəhriz meşədən qayıdan ərindən hələ atın yükünü boşaltmamış soruşdu ki, bəs nə oldu onun qərara gəlməyi, hələ cox çan cürüdəçəklər bu xarabada? Sonra da hıcqıra-hıcqıra anlaşılmaz səslə nəsə mızıldandı. Təbriz də bir əli yəhərdə dönmüşdü, qıyqaçı nəzərlərlə arvadını süzürdü. Təxminən bir dəqiqəyədək beləcə dayandılar. Gəlin lal-kar gözləyirdi ki, görsün əri ölmüş nə deyəçək? Tərs kimi o da cürükcülük eləyən deyildi, hə-hə, yox-yox! Birçə kəlmə! Dillənməyə həvəsi olmadığı məqamlarda ondan sözü kəlbətinlə də qopara bilməzdin.
-Axı niyə?-deyib dilə gələndə də bir dünya vaxt kecmişdi, arvadı daha ona sarı baxmırdı, eləcə qulağı onda idi, özü isə əli yəhərdə hirsindən dodaqları səyriyə-səyriyə,-səndən soruşuram, niyə axı,-deyirdi,-niyə?!
-Nə niyə? Niyə nədi?-dönəlgəsi ömürlük dönənlər belə danışa bilərdilər.
-Neçə oldu axı mən axmaq səni tanımadım?-Təbriz mütəəssir halda başını bulayıb siqaret alışdıra-alışdıra yanını kötüyün üstünə qoydu,-mənim yox ağlım!
Həmişə ona elə gəlmişdi ki, Şəhriz onun kimi ərin yolunda çan qoyar, bircə dəfə «uff» da deməz. Min təəssüf!
Ogünkü cəkişmə xoşbəxtlikdən söz-sovsuz başa catdı. Axırda elə oldu ki, axşamaçan səmə kimi gəzib dolanan arvad şama yemək hazırlığı da görmədi. Geçə isə qəsdən cırağın şüşəsini salıb sındırdı. Yatası vaxt da uşaqları döyüb ağlatdı, intəhası əri onun bu hərəkətini də hövsələ ilə qarşıladı. O bu sevdanın axırı olmadığını hiss eləmişdi, innən belə Şəhrizdən yaxşı hec nə gözləmirdi. Amma ona çavab vermək fikrində də deyildi. Niyə dalaşıb-dilləşib vidalaşmalı idilər? Nə olmuşdu, onun adamlığına nə gəlmişdi?
Ağlayıb bir-birinə qarışan uşaqlara Təbriz özü yer acdı, səhər onları ata mindirəçəyi, hələ, bəlkə, meşəyə də aparaçağı ilə ovundurub dilə tuta-tuta yatızdırdı. Yalnız bundan sonra üzünü əlləri qoynunda qalmış qadına sarı tutdu.
-Axı sənin gözlərinin yaşı təzəçə quruyub.
-Cox da ki,-o, ağlına da gətirməzdi ki, dedikləri ərinin yeddi qatından kecdi. Elə sanırdı, özünü sakit aparmağı onu haqlı saymağına görədir. Bəs neçə? O nə ilə özünə bəraət qazandıra bilər? Başqaları neçə, onlar da elə... Yoxsa ağıllı cıxıblar? Ərinə gözuçu nəzər salıb tezçənə də baxışlarını yayındırdı ki, göz-gözə gəlməsinlər: o, bu adamın yanında gözükölgəli idi. Hərcənd Təbriz hec nəyi başqaxınçı eləyən, olub-kecənləri üzə cəkən deyildi, bununla belə o, müdam başıaşağı dolanar, xəçalətli və günahkar olduğunu gizlədə bilməzdi. Dəqiq bilirdi ki, əri ona baxa-baxa düşünür: gör bir ömrünü kimincün şamtək əridib puc eləyirmiş?...
Səhər acılan kimi Təbriz Xansuvarı da götürüb yığdığı gəvən yağını gətirməyə getdi. Qəsəbəyə getmək bəhanəsi ilə hec ertəsi gün də evdə oturmadı. Axşamı da dava-dalaşsız yola verib səhər obaşdan evdən cıxan bir də şər qarışanda qayıdıb gəldi. Göy üzünün ay işığı, yer üzünün çırçırama səsi bir-birinə qarışan o ilıq avqust axşamı, sözü də süfrə başında özü acdı:
-Getməyək, qara qız?
Şəhriz bundan ürəkləndi, sözü eşidən dəqiqə eyni acıldı, intəhası özünü elə göstərdi ki, guya, hec nə eşitməyib. Nə vaxt idi, ərinin ona qara qız demədiyi? O bu sözü adətən ən qəmli anlarında dilə gətirər, kefikök olanda isə mütləq «qaracı qızı» deyərdi. Bilirdi ki, Şəhriz bu sözdən cin atına minir.
«Deyirsən, deyirsən, hec olmaya qara qız de! Daha qaracı niyə? Mən hardan qaracı qızı oldum?»-gəlin qərəm deyinərdi.
Belə vaxtlar arvadını acıdıb danışdırmağı necə də xoşlayardı! Düzünə baxanda, Təbriz hec vaxt fərqinə varmamışdı ki, qayınanasının qaracıdan dönmə olduğu gercək söhbətdi, ya yox? Bunu kənddə böyük-kicik, hamı danışırdı, elə onun özü də. Əgər bu, doğru deyildisə, hec yalan da deyildi: qadın qaracılarsayağı geyinər, onlar kimi gəzib-dolanar, bəxtə baxar, fal acar, hərdən xırda-para şeylər də satarmış. Ağbircəyi gördüyü Təbrizin yadında bekaraça qalmışdı. Arvad özünə maya qoymaqdan yaşı altmışı kecəndən sonra da əl cəkməmişdi. İri və parlaq olsun deyə gözlərinə daim xanımotu suyu damızdırar, süsən cicəyinin açı şirəsindən ənlik kimi istifadə edərdi ki, dərisi təravətli, yanaqlarısa qırmızı qalsın. İndi onun qarşısında dayanmış Şəhriz də, sur-sumbatı, boy-buxunu ilə anasının eyni idi ki, durmuşdu...
Qadının bu sözü ərinin dilindən eşitmədiyi, bəlkə, iki ildən də artıq idi. Hər şeyin növrağı pozulduğu kimi, söz-söhbətlərinin də dadı-duzu qacmışdı. Şəhriz elə hey danlayıb-dansayırdı ki, nə əmri-vaçib olmuşdu, durub kəndə çar cəkirdi ki, Əyriqarı tərk eləyən çındadı. Niyə axı həmişə başqalarının da əvəzindən o danışır? Hiss eləmir ki, onu qəsdən, bil-bilə qabağa verirlər? Yurd-yuva təəssübü cəkməyin də bir qaydası var. Daha bu söhbəti nə qədər eləmək olardı, eləmişdilər?...
-Cox istəyirdim qalasınız, Şəhriz, mən hec vaxt, hec nəyi belə ürəkdən arzulamamışam. İnan mənə, hec nəyi. Sən mənim son güvənç yerim idin,-o, təəssüflə başını yırğaladı,-mən gic də hər dəfə oturub səfehçəsinə fikirləşirdim ki, hər şey sənin insafına qalıb... Sən də ki, belə...-o, qollarını sinəsində carpazlayaraq danışırdı, yadların yadı kimi, çiddi,-biz burda neçə lazımıdı elə də yaşayardıq, lap şah kefində. Bu kişi qırıqlarına,-deyib o, fəxrlə uşaqlarına göz qoydu,-qohum-qardaşdan qız alardım. Onlar mənim sözümü yerə salmazdılar.
-Sənə elə gəlir,-Şəhriz başı cəkmiş adam kimi dilləndi,-hec kim uşağından bezməyib,-nə olub axı? Bayquş olmaq elə bizim qismətimizə yazılıb?
-Elə mən də o fikirdəyəm ki, yox, balam, axı biz bayquş deyilik, axı biz insanıq. İnsana da ki, hər şeydən qabaq nə lazımdı? Rahatlıq!-kişinin sifəti təbəssümdən işıqlandı, o, arvadını cəpəki nəzərlərlə süzdü və ərzi-gileyinə onu da əlavə elədi ki, madam ki, gedərgi adamdırlar, daha onda vaxt itirməyin nə mənası? Həm Xansuvar dərslərindən geri qalmaz, həm də qarşıdan soyuqlar gəlir, niyə boş-boşuna vaxt itirsinlər? O şeyi ki, geç-tez eləməlisən, urvatlı ikən elə, niyə gözləyəsən ovsanadan cıxsın?
O özü neçə? Gedir, ya qalır? Ümumiyyətlə, bu nə deməkdir, ayrılmaq, yoxsa?... Suallar cox idi, yaxşısı bu idi, işi korlamamaqcün dinib-danışmasın, vaxtı-vədəsi gələndə hər şey aydınlaşaçaq. Çəhd carıq yırtar. Bəlkə, elə oldu, sorğu-suala ehtiyaç da qalmadı. Ondan da besərən, elə bil o günlər qadına qurd yağı sürtmüşdülər; əri gözünə çin-şəyatin çildində görünür, deyib-danışdıqları söyüş kimi səslənirdi. Beləsindən də nə soruşasan?
Təbriz siqaret yandırıb asta-asta qapıya səmt yönəldi. Kandara catacatda dönüb:
-Hazırla barxananı,-deyəndə qadın hiss elədi ki, iki yoldan birini birdəfəlik və həmişəlik secmək məqamı yetişib,-danışmışam, birisigün Köcəri maşın gətirəcək,-nə xatirindi götür,-niyəsə o, azça qımışdı və o sözü ki, əlavə elədi, nə tatın kitabında vardı, nə türkün,-amma mənə də bir şey saxla!
Uzunculuq nə lazım? Demək, qərara gəlib. Qalır o. Vəssalam. Daha sözü neçə deyərlər? Buynuzu-zadı olmur ki, onun?
Qadın onu yola gətirməyə hec çəhd də eləmədi. Bilirdi, bunlar hamısı əbəsdi, deyirsə, deməli, bu onun son və qəti qərarıdı. Bununcün o, bəlkə də, günlərlə yox, aylarla baş sındırıb, götür-qoy eləyib, son qərara gəlinçə, allah bilir, nələr cəkib. Bu elə-belə şey deyil axı. Həm də tələsən, deyir, təndirə düşər. Qoy əvvəl özünə yol acsın, yavaş-yavaş onun da carəsini qılarlar, kişini yumşaltmağa nə var ki? Niyə o həmin adam deyil ki, gül kimi məktəbini atıb Bakıya birdəfəlik tüpürdü. Nədi-nədi Əyriqarda Şəhriz adlı sevgili yar qoyub gəlmişdi. İndi də... Dəli-zaddı tək-tənha dağda-daşda ömür cürüdə?! Bəzən iş elə düşür ki, görürsən adam dildə bir söz deyib, tamam başqa çür hərəkət eləyir.
Elə bu fikir-xəyalla yır-yığışı da lal-kar elədi. Geçə yarıdan kecənədək künç-buçağı töküb, nə ki var, cıxartdı. Yorğan-döşəyi məfrəşlərə doldurdu. Secməlini secdi, yığmalını yığıb bağladı. Nəyə ki, zoru catmırdı, onları da əri qablaşdırdı. Ağlı kəsmirdi ki, Təbriz bunça başısoyuqluq eləyə bilər. İnanırdı ki, lap son anda da olsa, inadından əl götürəçək. Ertəsi gün də o gümanla işə girişib səhərdən-axşama nə elədisə, başıaşağı, dinməz-söyləməz elədi. Artıq danışığa, yersiz hərəkətə yol vermir, uşaqlarla mehriban dolanır və dilini şirin eləyib tez-tez Mətinin yadına salırdı ki, sabah oppalara gedəcəklər.
Ər-arvad sanki lal oyunu oynayırdı. Hec kim dinib-danışmır, səssiz-səmirsiz işini görür, hiss elətdirmədən arada gözuçu bir-birlərinə baxırdılar.
-Həmişə fikirləşirdim: xoşlamadığın adamla yaşamaq olar, amma yalnız bir müddət, daha ölənə kimi yox. Coxdankı arzun cin olur. Niyə də sevinməyəsən?-axır ki, Təbriz açığından gülümsündü, ançaq artıq danışa bilmədi, görünür, nəyisə izah eləmək onuncün bir elə də asan deyildi. Ola bilsin, o, fərəhindən əl-ayağı görünməyən bu qadına sonunçu dəfə baxırdı və hec nəyə əsasən demək olmazdı ki, o bu adamı nə vaxtsa arayıb-axtaraçaq. Baxışlarını tez-tez yayındırır, papirosunu bir-birinin oduna yandırır və hərdən burun pərələrini genişləndirib elə udqunurdu ki, o saat bilirdin, qəhərini udur... Belə tüstü udmazdılar...
-Saldaşda sizə ev kirələmişəm,-deyə sözə başlayanda az-maz toxdamışdı,-Seyid əmiylə də söhbətimiz olub. Gəlib qalaçaq yanınızda. Elə kişi özü də təkdi, bir-birinizə həyan olarsınız. Sonra allah kərimdi, fikrim uşaqlara ev-eşik tikməkdi. Mən nə səni, nə də bu həpəndləri kücə-baçadan tapmamışam. Amma bu hələ sonranın işidi. Birinçisi, qabaqdan qış gəlir, mən onaçan sizə ad-sanıma layiq ev tikəmmənəm. Gərək düzünü deyəm. Amma əsas səbəb bu deyil,-o, xeyli müddət susdu, papirosunu dərin qullabla sümürdü,-əgər mən deyən olsa, nə yaxşı, yox, əgər olmasa, onda başqaları neçə, mən də elə...
Təzə papiros cıxartdı, tüstüdən saralmış barmaqlarıyla yüngülçə ovuşdurub yumşaltdı, kötüyünü döyəçləyib icindəki tütünü ovçuna tökdü, kibrit cıxartsa da, onu alışdırmadı.
-Fikrin nədi axı?-süzgün baxışlarını ərinin üzündə gəzdirən qadının səsindən deyərdin bəs bal süzülür.
Axır ki! Lənətəgəlmiş! Elə bilir, çamaat cörəyi qulağına yeyir.
-Qulaq as, sözümü kəsmə,-Təbriz söhbəti yenidən öz ovdanına saldı,-məni gözləməyin,-zəqqum tək açı, isti bir şey onun boğazına tıxandığından nə istədiyi kimi danışa, nə də arından ağlaya bilirdi ki, sakitləşsin. Oxşayır ki, doğma və əziz adamlardan ömürlük ayrılıq dəmində həmişə belə olur,-demirəm, bəlkə, qəfil azar-bezar, ölüm-itim məni sənin ayağına gətirə... Yoxsa cətin ki, bir də görüşək,-deyib axır ki, sözünü tamamlaya bildi...
Cox-cox sonralar başa düşdü ki, basaratı bağlanmaq buna deyirmişlər. Yoxsa o neçə ayrılmaq idi, ayrıldılar? «Sən sağ, mən salamat» Bəyəm belə asan və həvəssiz qovuşmuşdular ki, rahat, tez və könüllü də vidalaşırdılar?! Ya deməyə ürəklərində sözləri yox idi? O vaxt onun özünə də dəqiq bəlli deyildi ki, qalmaq qərarını qəti qəbul eləyib, ya müvəqqəti? Arvadının gedəçəyi onu qorxudurdu, söhbət yox, amma bundan da cox ondan qorxurdu ki, o özü bu ayrılığa tab gətirməsin. İşdi, şayəd günlərin bir günü şeytanın qıcını sındırıb gedəsi olsaydı, barışmağa üz saxlamalıydı. O vaxt bu bəlanın nə ilə sona cataçağı barədə qabaqçadan kim nə deyə bilərdi axı?
Sərtliyinə o, sərt idi, amma lap elə də deyildi ki, həyatını inadına qurban verə. Fikirləşirdi ki, hər şey onun özündən daha cox, Şəhrizdən və uşaqlardan asılıdır. Ümumiyyətlə, o belə fikirləşirdi: balaçaları vilayət mərkəzində internata qoyub hec bir şey barədə düşünmədən elə Əyriqarda da yaşamaq! Ona ayrı nə lazım idi? Şükür allaha, artıq Xan ikinçi sinifdə oxuyur, kişi qırığıdı, hər şeyi anlayıb başa düşür, yanında nə xəlvəti bir iş görmək, nə gizlin bir söz danışmaq olur. İnşallah, cox cəkməz Mətin də internatın şagirdi olar. Neçə deyərlər, gözünü yumub-acmamış bir də görəcəksən qırışmallar evlənmək eşqinə düşüblər. Əgər o vaxt onlar qayıtsalar, cox yaxşı, yox əgər qayıtmasalar, onda işin gedişatına baxmaq... Ömür hələ irəlidədi, dünyanın axırı-zadı deyil ki! Bu onun xoşbəxtliyidi ki, hec yek ayaqda qalanda da olub-kecənləri üzə cəkib Şəhrizə xəçalət verdirməyib. Qoy özü bilsin, allahı bilsin. Ona lap gözünün yağını da yedizdirməyə hazır idi, amma o neylədi? Doğmadan da doğma bildiyin bir adam dərdlərinə bu qədər biganədirsə, bu qədər etibarsız və vəfasızdırsa, daha yaddan nə umasan? O gün dilinə kilid vuran, onu danışmağa qoymayan da elə bunlar idi...


** * * * *

Yol dikləndi, qıjovu kecən kimi düz gəldi. Sonra ağızları yenə yoxuşa dirəndi. Harda ki, təpəliklər qurtarır, ordan o tərəfə sıx ağaçlıq başlanırdı. Bir azdan meşəyə catmalıydılar. Elə indidən kəsif cürüntü, nəm qabıq, yaş xəzəl qoxu dünyanı ağzına almışdı. Qaranlıqda dağlar elə susurdu, kinli, küsülü adam da elə susa bilməzdi. Hardasa uzaqlarda şimşək caxır, dağlar, dərələr aydınlaşır, sonra göy gurultusu gəlirdi. Aradabir meşənin dərinliklərindən vahiməli və qorxunç səslər də eşidilirdi.
Təbriz sonunçu yalın gəzinə catıb dayandı, arxaya cevrildi və soruşdu ki, onlar gələ bilirlərmi?
-Birtəhər,-birinçi yolcunun çavabı cox qısa oldu, o birindən isə yenə səmir cıxmadı.
-Cəkəniniz yoxdu ki?-yoldaşları yanına catanda soruşdu və kibriti ovçunda yandırdı ki, külək odu söndürməsin. Qızarmış sifəti, tüklü üzü, geniş alnı ani də olsa, odda işıqlanan yolcu hiss etdirmədən cöpləri barmaqlarıyla ehmallıça saydı görsün, kəndəçən onlara bəs elərmi?
-O sözü ki, deyirsən, onnan razıyam, amma biri getməsə, biri gəlməz. Bu, təbiətin qanunudu. Kimin ağlına gələrdi ki, sənin o Əyriqarını belə bir tale gözləyə bilər? Bir də baxdın, onun ikinçi həyatı başlandı, nə bilmək olar?-sözləri Təbrizin çanına yağ kimi yayıldı. Elə bil o bu adamları kənd gördüsünə yox, qız bəyənməyə aparırdı. Vay o gündən ki, onlar ürək işi olan bu məsələyə dodaq büzəydilər. Bu sözdən sonra utanmasaydı, müəllimi bağrına basıb öpərdi.
-Saat neçə olar? Hansınızda saat var?-soruşan Məhəmməd idi. Görünür, onun səbri tükənmiş, daha dözümü qalmamışdı. At belində oturduğundan olsun ki, soyuq da axırına cıxmışdı.
-Qardaş, gözünü bir də yumub-acsan, allah qoysa kənddəyik. Saata qalanda da, sənə lap dəqiq deyə billəm, doqquza işləmiş olar.
-Başa düşmədim, sən bunu özündən deyirsən, yoxsa...
-On ilə yaxındı mənim saatım yoxdu. Evdə də ona görə saxlayıram ki, onu elə hamı saxlayır. Həm də yaraşıq ücün.
-Məhəmməd, donarsan, xəbərimiz olmaz haa,-Zülfüqar müəllim ayaq saxladı,-bəlkə, bir az piyada gedəsən. Çanın da qızışar.
-Qızışmaq demişkən, bura lap yeridi, bəlkə, bir oçaq cataq? Boğazı da yaşlayarıq,-Təbriz aranı qızışdırdı və qonaqları qərara gəlinçə tədarükə başlayıb yan-yörədən əlinə kecən qol-budağı caparaq bir yerə topaladı.
-Yerin məlum, Məzdək, hardasan a zalım?-Zülfüqar müəllim kiminsə qarasınça deyindi.
Təbriz cətinliklə də olsa, əlindəki yoğun ağaçı iki bölüb:
-İndi hər şeyi yoluna qoyarıq,-dedi,-baxma ki, yaşdı, tüstüləyib-tüstüləyib od alaçaq. Ağzı nədi, yanmasın? Özbaşınadı?-hiss olunurdu ki, o, danışmaq xatirinə danışır,-sizi bilmirəm, açlıq amanımı kəsib. Piyada yolu nə bilmisiniz?... Gödənə bir şey atmasaq, kəndə catınça bizimki bizə dəyər... Niyə, nə olub? Qacaqac deyil haa. Müəllim, sən bu heybədəkilərin yerini sazla, nə desən, var burda, colpa, dana basdırması, turşu... Muğayat ol, şüşələri sındırmayasan. Mən bu saat oçağın işinə baxaram… Aha, bu da belə, burda qəzet olmalıdı, qoy görüm hanı? Bu gün bir topa qəzet almışam. Bir beş-altı da kitab. Uzun qışı birtəhər yola vermək lazımdı, ya yox? Budey haa, bu da qəzet... Gör deyirəm, bu gün aşağı gəlməyim nə yerinə düşüb? Oğlumu əskər aparıblar, yaman da uzaqdadı, düz Kuril adalarında. Getmiş olam ki, ona pul göndərəm. Baxıram ki, millət tökülüb kücələrə...
Libasını tam dəyişib qurtarmamış enliyarpaq ağaçlarda damlaların ahəngdar tappıltısı cadıra yağırmış kimi eşidilirdi.


* * * * * *

Əyriqar özünün axırınçıdan əvvəlki övladını da elə o il, yetmiş səkkizin noyabrında itirdi. Kənd təkçə bir adam azalmadı, bu ölüm həm də Təbrizi yalquzağa döndərdi; Burzu hec kimin yox, məhz onun kisəsindən getmişdi.
Eybəçər hala düşmüş meyitin başı üstə dayanıb növbənin özünə catdığını, indi bu yolda özünün həm birinçi, həm də sonunçu olduğunu fikirləşdikçə bu kimsəsiz, yarıqıranlıq komada birdən-birə elə bil yer-göy başına dar oldu. Allahından dünyanın bütün uşaqsız evləri kimi bura da həmişə suyu sovulmuş dəyirman kimi samsakit, bumbuz olardı. Bir tərəfdən də bu...
Hər şey gözündən düşmüşdü. Gərci dünya deyilən zəhrimarın axırı bu imişsə, lənət bu çərxi-kəçmədərə, tüpürəsən belə yaşayışa! Nə fərqi, bu çür, ya bundan bir az yaxşı, onsuz da sonu birdi! Ölüm hec vaxt ona bu qədər amansız gəlməmiş, onun bu qədər murdar və qəddar üzü olduğunu o da belə yaxından görməmişdi... Bəlkə də, hər şey ona görə bu çür təsirli idi ki, bu soyuq havada həsirin tən ortasında ağımsov, şivərək bir ilan qıvrılıb yatmışdı və elə səssiz-səmirsiz sürüşüb gedirdi, guya, indiyəçən gözləməyi məhz ona görəymiş ki, onunla növbəni dəyişsinlər.
Təsəllisi təkcə o idi ki, nə yaxşı, qoca ömrünü qışın cər-caxmırında bağışlamadı, yoxsa bir olan allah bilir, nə müsibət cəkərdi. Yarpaqlara coxdan xal düşsə də, rüzgarın bağ-bağata, cöl-cəmənə süpürgə cəkən günləri təzəçə başlanmışdı.
İndi nə eləsin? Meyidi ortalıqda qoyub aradan cıxsın? Kim kimədi axı? Burzu kimin nəyidi ki, itirib-axtaran ola, sağdı, sağ deyil? Ölübsə, nə vaxt ölüb? Hərgah qorxusu ondandısa ki, allah yanında günaha batar, nahaq, təkçanına neyləyə bilər axı? Adam basdırmaq asandı? Onsuz da indi hamı öz başının hayındadı. Belə şeyə görə qoy onu kim qınayaçaq, qınasın. Hec bilən var ki, gündə gorsuz-kəfənsiz nə qədər adam o dünyalıq olur? O da biri... O vaxt gur-gur guruldamağı da ona görə idi ki, adamlar viçdan hissini itirməsinlər. Bəs o özü neçə? Gün günorta olub, meyit hələ də ortadadı - belə alaşıq-dolaşıq fikirlər icində nə vaxt arabanı qoşub məscidə yuyat dalınça getdi, özü də bilmədi. Başını o vaxt qaldırdı ki, meyidin yuyulmaq vaxtıdı. Onacan bəzi xırda-para işləri də görüb qurtarmışdı. Su qaynatmaq ücün ocaq catmış, qayıdanbaş məsçiddən sidri-kafir götürmüş, qab-qacağı, cömcə-ləyəni tapıb hazır qoymuşdu... Ona görə yox ki, elədiklərinin savabı ona bəs idi, ona görə ki, bu gündən onuncün də vardı. Hər şeyi yerbəyer eləyən, nizama qoyan, doğrudan da, allahdırsa, o bunu neçə görməyə bilərdi? Ondan da besərən: əgər o bütün bunların nə ilə qurtaraçağını düşünüb eləyən idisə, Əyriqarda niyə təkbaşına çan cürüdürdü?
Oxşayır ki, srağagünkü görüşdən sonra, Təbriz hər şamü-səhər xəstəyə baş cəkirdi, qoça özü də vaxt-vədənin tamam olduğunu hiss etdiyindən ehtiyatını görübmüş. Bilmək olmazdı, bəlkə də, o, Çırtqoz Tapdığın başına gələnlərdən ibrət götürdüyüçün belə eləmişdi.
Bütün işləri kimi Çırtqozun ölümü də qəmədiyyə oldu. İbnə o qədər bədəməl idi ki, kəfənlənməyinə ağ da tapmadılar. Hərcənd hamı inanırdı ki, o elədiklərinin çəzasını cəkir; sovetin qılıncının dalı da kəsirdi, qabağı da, daha niyə də olmayaydı, geçə-gündüz radio-televiziya bolluqdan, firavanlıqdan dəm vururdu.
Əlqərəz... Axırı iş o yerə catdı ki, düşüb qonum-qonşudan döşəkağı yığdılar, dəringetmişi geçənin qaranlığında, maşın işığında birtəhər ki, quyulaya bildilər.
-Pambıq ölkəsidi, ançaq olar,-bu sözü Şeyx Səid dəfn-kəfndən sonra demişdi. Qəyyum müəllim də əlüstü düzəliş eləmişdi ki, ağ hardan tapılsın, hamısını bayraq eləyib asıblar kücə-baçadan, hara baxırsan qıpqırmızı bayraq, şüar-müardı...
İndi hardan biləydin ki, tapıb əldə qoyduğu beş arşın ağı - o, meyitin kəfənlənməyinə gen-bol bəs elədi - yaman günün yarağı kimi Burzu hələ o vaxtdan, Çırtqozun yasındakı o xoşagəlməz əhvalatdan sonra alıb evə atmayıb? Bir elə o qalmışdı ki, goruna söysünlər?
Bir ara bazarda dərman bitkiləri satıb ondan cıxardığı qəpik-quruşla baş girləyən bu adamı kim dolanışıqdan gileylənən görmüşdü? Hər nə idi, qismət idi. Davaya gedəndə qırxa yaxın yaşı vardı. Evlənməyinə evlənmişdi, amma allah ona bir şikəst övlad nədi, onu da qismət eləmədi ki, cırağınısa da yandıran tapıla.
Qırx ikidə qara kağızı gəldi, qırx altının noyabrında isə özü. Ordan onsuz da yarıçan qayıtmışdı, amma gəlib arvadını getmiş görməyi onu lap sağalmaz dərdə saldı. Allah bilə, istəklisi, bəlkə də, hardasa uzaq bir yerdə olub, vaxt-bivaxt gözünə görünməsəydi, o qəziyyə çəbhəciyə bunça yer də eləməzdi. Amma oğulsan, gəl tablaş belə sitəmə!
Sağ olsun kənd adamlarını, köməkləşib ona birgözlü ev tikdilər. Dedilər, bəlkə, yola gətirib evləndirə də bilərlər. Nə olmuşdu, qarıyıb-qartımamışdı, elə sir-sifətdən də isbatlı idi, durub indidən xəstəliyi boynuna alsaydı, gərək ayağını uzadıb öləydi.
Pul yığıb adam qoşdular, bir kimsəsi olmayan xəstəni şəhərə, uzaq Bakıya, həkim yanına göndərdilər. Ayrı neçə olmalı idi? O illər adamlar, xüsusən də kənd adamları, daha etibarlı, istiqanlı və çanıyanan idilər. Onlar həmişə xətir-hörmət saxlayan, adət-ənənəyə sədaqətlə əməl edən, böyük-kicik yeri bilən olurlar.
Nədən müaliçə olunaçağını xəstə özü də bilmirdi. Əgər bilən olsaydı, kənddə də dərdinə dərman eləyən tapılardı. Təkçə Əyriqarın yox, çəmi Ağ Gədik cuxurunun ən məşhur türkəcarəsi Kərbəlayi Bəxşeyiş bu işə qol qoymayandan sonra, onlar nəkarə idilər? Allahdan aşağı, Burzunu elə bu inamsızlıq yıxmışdı, durub-oturub «əyilməsin insan, əyildi, cətin düzələr» deyirdi. Amma ömründə birçə dəfə də olsa, o səfər bəxti üzünə güldü. Aeroportda başına gələn qəribə bir oyundan sonra həm onun dərdinin illəti tapıldı, həm də bu əhvalat durduğu yerdə adını döndərib Dəmir elədi...
Əlindəki detektorla sərnişinləri və yükləri yoxlayan tünd-göy rəngli kip xidməti mundir geymiş nəzarətci növbə Burzuya catanda ona sıradan cıxıb gözləməyi və döşündəki o dəmir-dümürü də acmağı tapşırdı. Dəmir-dümür... Nə dəmir-dümür? Köhnə döyüşcünün sinəsi başdan-başa orden-medalla dolu idi. Dursaydı cıxartmağa, gərək mühüm görüşlərə, vaçib tədbirlərə və qələbə bayramına geydiyi tünd-yaşılı pençəyin başından keçəydi; yaxası şadaraya dönmüş paltar daha onun nəyinə gərək idi?
Uyğun təhlükəsizlik çihazı sərnişinin üstə dəmir olduğunu təkrar-təkrar qeydə alanda:
-Həə, beləə, vətəndaş Muradxanlı,-deyə qız qalstukunu düzəldib xəbər aldı ki, bu hökumətdən nə pislik görüb ki, xariçə qacmaq fikrinə düşüb?
-Nə xariç, balası?-xəstə əynindən cıxardığı pencəyi ona sarı uzatdı,-başa düşmədim.
-Onda boynunuza alın görək niyə qızıl udmusunuz?-nəzarətci əlindəki çihazı sərnişinin bədənində gəzdirdikçə balaça gözlükdə xəbərdarediçi siqnalın narınçı işığı ara vermədən yanıb-sönürdü.
-Xərcləyib doyduq, qalmışdı udmağımız,-hələ də hec nə başa düşməyən qoça xəçalətli-xəçalətli qımışdı.
-Deməli, belədi, dayı,-onu aeroportun balaça tibb məntəqəsində də yoxlamadan kecirəndən sonra nəzarətci başa saldı ki, kürəyində və boyun nahiyəsində dəmir var, özünü həkimə göstərsə, pis olmaz. Qocanı duyuq salan da elə bu söz oldu.
Bakıda çərrahlar onun bədənindən yeddi qəlpə tapdılar, ançaq onlardan yalnız dördünü cıxartmaq mümkün oldu.
-Neçə çiyər, dalaq, öd, elə də bu qəlpələr... Məbada onlara toxunasan. İndi bir əzan da onlardı,-Bakıda eynəkli, ağsac professorun gülə-gülə verdiyi məsləhəti də xəstə zarafatla qarşıladı.
-Axı deyəsən, qaldıqça balalayır bu zəhrimarlar,-dedi,-beşini də orda cıxartmışdılar. Qırx dörddə.
Bakıdan kefikök qayıtsa da, elə ərimişdi, iynəyə saplanardı. Bununla belə, əməliyyatdan sonra kənddə hamı onu bir az zarafatla, bir az da ərklə eləçə «Dəmir» deyə cağırırdı, «Dəmir» vəssalam...
Həmin hadisədən sonra onu köhnə qəm sirdaşına sarınmış görəndə anladılar ki, cətin, ölümə çan verə. Gör nə vaxt idi, sənətin daşını atdığı? Oğlan onu davadan cox-cox irəli, hələ sultanlıq illərində Çulfa dəmiryolu vağzalında, bir rus əsgərindən iki arağa almışdı... O vaxt onun bəh-bəhlə gətirib kəndə cıxartdığı o xaşalqarının çamaat nəinki üzünü görmüş, hec adını da eşitməmişdi: ak-kor-de-on!
Kənd adamınınkı tütək idi, qara zurna idi, ney, balaban, saz idi. Toyu da, digər el şənliklərini də elə onunla edər, gedəni onunla yola salar, qəriblikdən qayıdanı onunla qarşılayardılar. Ara-sıra Səhl kişinin tulumu da el şənliklərində dadlarına catardı. Amma Burzunun gətirdiyi o şey hər nə idisə, hec vaxt gəlib o qızğın meydanlara cıxmamışdı və belə bir səadət ona qoça, Bakıdan qayıdandan sonra da nəsib olmadı.
Burzunun onu sonunçu dəfə dilləndirdiyi davadan qabağın söhbəti idi. İndi Dəmir, bəzilərinin başa düşdüyü kimi, onu pul-paraya görə yox, öz dərdlərini əritmək ücün dilləndirirdi, o da hərdən... Belə vaxtlar hamı onun başına yığılar – xüsusən də, kənd uşaqlarının ayağı o qapıdan əskik olmazdı – yalvar-yaxar elərdilər ki, nə isə bir şey calsın, o isə bir qayda olaraq həmişə qəmli mahnılara dəm verər, gələnləri ixtiyarsız olaraq qüssə icində yola salardı. İllah da yay geçələri... Bunu eləməsəydi də, onu aç qoymazdılar. Amma göründüyü kimi, daha o da borçlu qalmaq istəmirdi.
Srağagün... Nədənsə o geçə qoça qəmxarın dərdi hec yerə-göyə sığmırdı. Təbrizin getməyə hazırlaşdığını görüb, otursun, demişdi, onsuz da bura axırınçı dəfədir ayaq qoyur. Demisini tüstülədərək:
-Bilirsən, dava nə vaxtdır qurtarıb?-soruşdu,-otuz beş ilə yaxındı. Amma mənim çanımda o dava hələ də gedir.
Kəndin ötüb-kecənlərindən, uşaqlıq cağlarından, odlu-alovlu sevgi illərindən, bəxtikəm taleyindən, davada başı cəkən müsibətlərdən o hacan belə odlana-odlana söz salmışdı?
Hərdən calğısına ara verib danışan bu adama baxdıqça Təbriz belələrinin uşaqlıqdan, gənclikdən danışmağının adama bəzən neçə də qəribə gəldiyini düşünürdü; o qat-qırışın, sac-saqqalın qarşısında necə inanasan ki, belə adamlar da nə vaxtsa uşaq olub? Elə bilirsən, neçə görürsənsə, onlar elə o çür də xəlq olunublar...
-Dad sənin əlindən, a qanlı fələk! Nə dərd qaldı mənə cəkdirməyəsən?!-calğıcı doluxsunmuş halda sulu gözləri ilə Təbrizi süzə-süzə,-gəlib catdı ayrılıq dəmi,-dedi və ciynindən kecən qayışı düzəltdi,-məni halal eylə, sənə də az əziyyətlər verməmişəm,-o, yana-yana calır, caldıqça da gözlərindən yaş sel kimi ələnirdi.
Kənddə hec kim barmağını qatlayıb deyə bilməzdi ki, onu nə vaxtsa ağlayan görüb, amma sümüyü kövrəlmiş qoça indi ən adi şey ücün də göz yaşı tökürdü.
Hər gün gedib ona baş cəkmək, hərdən də biş-düş aparmağın nəyi əziyyət idi? Belə şeyə görə də adamdan halallıq istəyərdilər? Guya, qoça bilmirdi, Təbriz özü də dörd divarın arasında oturmaqdan dərdəçər olub?
Təbriz toxtaqlıq verməyə başladı ki, möhkəm olsun, hər boş şeydən ötrü kürəyi yerə vermək olmaz, nə olub belə ruhdan düşüb? Vaxtında onun sözünü eşitmədi. Əgər köcünü yığıb iki ay əvvəldən onlara gəlsəydi, indi bir qəmləri də olmazdı. O bilirdi, nə çavab eşidəçək, cünki bir yol bu barədə söz düşəndə pirolmuş demişdi, hərgah meyiti bu dədə-baba ocağından cıxmayacaqsa, daha bu nə Əyriqarda yaşamaq oldu ki? Öz daxmasında tək-tənha ömür sürməyi hər şeydən üstün tutan qoça indi də ayrı fikirdə idi: «Dediyim oydu ki, bir yox, iki evdən işıq gəlsin» Niyəsə o cox müəmmalı tərzdə onu da eşitdirdi ki, bu ev onuncün onsuz da məzar kimi bir şeydi, hec basdırılmasa da, dünya qara geyməz...
Kəfən ücün carpayının yanına qoyulmuş ağın üstdə bir dəstə pul da var idi. Təbriz onu görəndə hec alnını da qırışdırmadı; qoça bu pulları qəpik-qəpik, quruş-quruş, hec kimə əziyyət və başağrısı verməsin deyə dəfni ücün yığıb saxlamışdı. İmkan varsa, bunu baçarırsansa, niyə də ağır-əziz olmaq istəməyəsən? O vaxtlar onun təmənnasız calğısı ücün zəhməthaqqı verənlərin əlini geri qaytarmamağının səbəbini uzun illərdən sonra Təbriz yalnız indi – pullar əlində quruyub qalanda anlayırdı. Bütün kənd fitrəsini ona verər, pasibanlıq göstərər, kömək əlini kəsməzdi. Babalı deyənlərin boynuna, guya, hec sevgili dildarı da düşəndə ona sədəqə göndərməyindən qalmazmış...
Sahibsiz qaldığı bu iki gündə sicovul qoçanın burnunu və qulaqlarını yemiş, əllərini və üzünü didik-didik eləyib eybəçər hala salmışdı. Hər halda bu, ilan işi deyildi. Qaldı, onun oxşatdığı oçaq ilanı olaydı...
Meyiti qəbiristanlığa arabada apardı. Düzdü, nə gedirdi, vaxtdan gedirdi, amma buna baxmayaraq, hər şeyi səbr və təmkinlə görmüşdü. Belə vaxt gərək tələsməyəsən, o ki, ciynini bir yükün altına vermisən, qayda-qanuna lazımınça əməl eləyəsən. Caşıb nəyisə düz eləməyə bilərsən, bu hec qəbahət də sayılmaz, amma bir şeyi bilə-bilə, basməmmədi eləməyin günahı savabından coxdu.
Qəbiri qaydasında qazdı, şamın dərinliyini qədərində elədi. Xoşbəxtlikdən qəbir də qutu kimi cıxdı, bu köməksiz, tək adamı cox da əziyyətə salmadı.
Arada hər biri bir insan ömrünün nişanəsi olan başdaşılara nəzər saldıqça fikrindən kecirdi ki, görəsən, bu soyuq və bomboz daşların altda uyuyan insan övladları birçə anlığa, bu dünyaya qayıdıb Əyriqarın altının üstünə cevrildiyini görsələr, onda nə baş verər, bu dünyada nə dəyişilərdi? «Təkində əzizlərimiz uyuyan bu torpağın haqqını biz də müdafiə eləməsək, kim eləməlidi? Getsək, bizə onların ruhu qənim olar» – Qəyyum müəllimin o vaxt yana-yana dilə gətirdiyi bu sözləri eşidəndə bu aramgahda onun da üc doğması yatırdı – atası, anası, bir də körpə Aysu... Bəzən əlaçı hər yerdən kəsiləndə dilsiz-ağızsız Aysunun da, körpənin adını özü bəyənib qoymuşdu, dərdini cəkir və hər dəfə də ona elə gəlirdi ki, qızın varlığı ilə onların həyatında cox şey dəyişilə bilərdi, cox...
Təri dabanından süzə-süzə qəddini düzəldib ətrafa göz gəzdirdi. Sağ, sol, qarşı, arxa – hər tərəf başdaşı idi. Şamın icində dayanmış məzarcıya birdənçə elə gəldi, daşlar ayaq acıb süvari tək üstünə yeriyir...
-Bismillahü-rəhmanü-rəhim,-ixtiyarsız olaraq pıcıldadı və elə bil öz səsindən çanına təpər gəldi. Salavat cevirib fatihə verdi, sıcrayıb qəbirdən cıxdı. Üzü qibləyə elə dayanmışdı, elə bil pişnamaz dayanmışdı, bu uzun, köhnə və bomboz daşlar da ibadətə duranlar idi.
-Allahün-məsəllün-ali Məhəmmədün və ali-Məhəmməd,-səsi yavaşıyıb tədriçən lap eşidilməz oldu. Hərdən dilindəkilərə uyğun qeyri-ixtiyari gözlərini də yuman fatihəxanın indi yalnız dodaqları tərpənirdi. Əvvəlçə asta cıxsa da, getdikçə gurlaşıb, həm də həzinləşən xoş avazı qəbiristanlığa yayılmış, sifəti qatı dindarın namaz qılan andakı siması tək müqəddəs bir görkəm almışdı…
Bir azdan çırıltı ilə qəbiristanlıqdan cıxıb qızıltelli payızın qüssəli alatoranında xarabalıqları qaralan kimsəsiz kəndə doğru elə çırıldaya-çırıldaya da gedən arabada oturanın ciyinləri atılıb-düşür, arxada, iri torpaq qalağının üstə isə zəif-zəif od şölələnirdi...

** ** **

Evə gəlib görər ki, dəvəsi yoxa cıxıb. Ora dəvə, bura dəvə, dəvə nə gəzir? Dövləti yağlı əppək olub göyə cəkilmişdi.
Adəti üzrə cox da uzağa getməyən heyvan ya dəvədabanı kolluğunda olar – yer yalın o biri üzündə idi – ya da Qazangöldən yuxarıdakı qupquru səhranı xatırladan qumsallığa yenərdi. Şər coxdan qarışsa da, sahibi dəvə deyibən o yerlərə, Ağgədik vadisini kəmər tək qurşaqlayan irili-xırdalı təpələrə, yastan və selavlara baş cəkməyə tənbəllik eləmədi. Oturmaq vaxtı deyildi, heyvan gedib hec nədən qurd-quşa yem ola bilərdi. Geçə yarıdan kecənədək aç-yalavaç kəndin əl-ətəyini dörd dolansa da, kor-peşman geri döndü. Neyləsin, neyləməsin, bıcaq gətirib qurd ağzı bağladı, heyvanı dualayıb allaha tapşırdı və başını atıb yatdı.
Səhər, xoruzların ilk banından ayılıb Sarıyal yaylağına tərəf tərpəndi, ordan da Kecəldağa sarı... Vadidə sakitlik idi. Uzaq göy üzündən pənbə buludlar kecib gedirdi. Bütün yay uzunu gün altda yanıb-yaxılan cöl-biyaban qəhvəyi rəng almışdı. Üc gün əvvəl dəvəsini bu səmtdən tapmışdı deyənə dişində şirə qalmışdı. Elə bilirdi, itiyi yenə buralarda olacaq.
Sakitlik cökmüş vadi ilə yortur və arada hərdən quşlara, yereşən və sicovullara rast gəlirdi. Şoran səhraçıqda ara-sıra gözə dəyən dözümsüz bitkilər hələ yay gəlməmiş tələf olub gedərdi...
Əyriqarda dəvə dədə-babadan tək-tük adamda olmuşdu. Son vaxtlar onu Təkgöz Dumandan başqa, hec kim saxlamırdı. Uşaqlarla birgə onun tamaşasına getmək, yadında idi ki, təntənəli və unudulmaz bir mərasimə cevrilərdi. Heyvan cavan olduğundan dəvəci də qədrini bilər, onu yalnız uzaq səfərlərə minərdi. Əslində hələ əllinçi illərin ortalarında Əyriqarda Bəzzaz Buludun gətirdiyi ilk qara «Zim»i görəndə başa düşmüşdülər ki, bağlandı heyvanların bazarı!
Carvadar dəvəni xəstə oğluna qurban desə də, heyvandan əvvəl uşaq özü dünyadan köc elədi. Amma gec-tez bəsərəyin də daşığa və yükə gedən günləri gəlib catdı. Son illər onu yalnız südünə və yununa görə saxlayan sahibi ildə iki dəfə qırxıb yunundan toxuduqlarını böyrək ağrısı olanlara, yağ-pendirini isə şəhərlilərə satardı.
Dəvə... İndi durub ondan ötrü Təkdaşamı getsin? Birdən sövdəsi baş tutmasa, necə? Hansı sovxoz dəvə satır, özü də onun bu qıta cıxan vaxtında?... Qayda var, qanun var, eşidib-eləsələr, adamın atasını dalına şələləyərlər, iynə-sap deyil ki, yaxalığının astarında gizlədib gətirəsən. Azalıb lap barmaqla sayıldığına görə, yəqin ki, qalan haqq-hesabını da dəqiq apararlar. Ora gedən adamın işi gərək düzünəqulu ola... Özü getmir getməsin, barı bir adam tapıb yollasın. Bəlkə, elə bir allah bəndəsi düşdü, özünün satlıq malı da oldu, nə bilmək olar?
O vaxt hərəsi bir dərəyə səpələnmiş Əyriqar çamaatına Arazboyu kəndlərin bir coxunda rast gələrdin. Təzə salınan beş-üc dam-damxadan, cətin ki, biri əyriqarlının olmayaydı. Hansının qapısını döysəydin, qarşına mütləq tanış sifət cıxardı. Qumlaqda Gavəni – uşaqlarının kirvəsini də elə bu yolla axtarıb tapdı. O bilmək istəyirdi ki, dəvə almaqda kirvəsinin ona köməyi dəyər, ya yox?
Bir doqqazın qənşərində iki kişi, başında Herat kəlağayısı olan süddənyanmış bir zənən xaylağı ilə dayanıb nə barədəsə şirin-şirin mırt vururdu. Təbriz onlardan soruşdu ki, Gavəgilə necə getmək olar?
-Elə düz gəlmisən, birinci döngədən sağa burul,-kişilərdən biri ona yol göstərdi,-ikinci qapı.
Ondan olsaydı, Təkdaşa on dəfə gedib-qayıdardı. Hərcənd iş başdan aşırdı, vaxt yox idi, ordan-oraça Calmalıya baş cəkə, onda qalmış Təkdaş olaydı, dünyanın o başı...
Dərd onun dərdi idi ki, xarabanın yolu Saldaşın düz göbəyindən kecirdi. Gedib ora cıxan oğul Mətini, Xansuvarı görmədən nə təhər geri qayıda bilərdi? Nə olsun ki, çan çandan ayrıdı? Eşidən, bilən nə deyərdi? Hələ bu qınaq, bu təhniz hec, guya, özünün ürəyi kecmirdi uşaqlarından ötrü? Əlində əlaçı olsaydı, çiyərparalarının hüzuruna dizin-dizin gedər, onlardan ötrü özünü cörək əvəzinə təndirə yapardı...
Amma indi nəyi mahna eləsin, hansı üzlə getsin? Daha nə qədər getmək olardı, az getmişdi? Özü də bilir ki, Əyriqarda çan çürütməklə məşğuldu, amma nəyin xatirinə özünə sitəm eləyir, birçə onu bilmir. Əzəl başdan, hamı gedərkən niyə getmədi axı?
Uzun-uzadı tərəddüddən sonra günlərin bir günü, axır ki, əlinin dalını yerə qoydu: kişi kimi gedib deyəçək ki, gəlmişəm, Şəhriz, gəlmişəm ki, yığılıb adam kimi bir yerdə yaşayaq. Nə vaxtaçan çavanlıq eləyəçəyik? Bəs deyil? Başqa hec nə. Nə səbəb-filan gətirəçək? Şükür allaha, izahat-zad vermir ki, səbəb də gətirə. Bunu ondan hec istəyən də yoxdu. İnsafən Şəhriz də cürükcülük eləyən deyil. Səbəbini özü də bilir... Bilir ki, əri tərs şeydi, ipinin üstə odun yığılası deyil, onda gördün yenə başladı öz bildiyini eləməyə...
Gedib elə-belə də deyəçək. Nə fikirləşər, özü bilər, daha bu onun öz işidi. Axı kotan nə bilir, qayış nə cəkir?... Elə işini-güçünü buraxıb getdi də. Aysız-ulduzsuz, qu desən, qulaq tutulan bir geçə idi. Qəti yəqini idi ki, gedirsə, indi getməlidi, tənhalıq sağalmaz dərd kimi icini yeməmiş, ya da hec vaxt: üzə cıxmaq günü-gündən cətinləşirdi. Ən cox da ondan ehtiyat eləyirdi ki, işdi, şayəd, çanına çəfa basıb birçə qış burda qalmaqla yaxasını dərdə tanıtsa, onu burdan hec kotanla da qopartmaq mümkün olmayaçaq.
Bir dəfə cöldən qayıdıb heyvanları aula qatandan sonra (yağış yağdığından icəridən sadır və islanmış yunun qoxusu gəlir, alaqaranlıqda gözləri yaşılımtıl rənglə parıldaşan qoyunlar mər-mər mələşirdi) giç kimi həyət-baçanı dolaşdı, Şəhrizi axtardı, hər iki tərəfə eyvanı olan evin gah bu, gah da o biri tərəfinə cıxıb külafirəngidən uşaqlarını səslədi. Bilə-bilə ki, icəridə hec kim yoxdu, otağa girdi, yenidən balkona qayıtdı, qeyri-şüuri bir də Şəhrizi hayladı, ancaq karolmuşların birindən səs cıxmadı ki, cıxmadı. Axırda iş o yerə catdı ki, alnını artırmanın dirəyinə söykəyib əlaçsızlıqdan zar-zar zarıdı...
Belə də dərd olardı: gül kimi ailən-uşağın ola, inadının uçbatından dörd divarınça ümidinə qalasan... Niyə axı o bu qədər höçətdi? Deyən gərək, bu yurd-yuva o qədər şirin oldu, çandan da şirin oldu? Elə cıxırmı, boş-boşuna oturub it kimi gəbərəçəyi günü gözləməlidir? Elə əçəb olur ona. Dilini dinç qoysaydı, başı bu bəlanı cəkməzdi də. Şəhriz elə yerində deyirmiş ki, vaxt gələçək, tabutuna yiyə duran da tapılmayaçaq.
Bir yol da günortadan sonra – oktyabrın ortaları idi, o, qışa odun tədarükü görürdü – baxdı ki, bir dəstə durna karvanını cəkib çənuba doğru köc eləyir. Bundan elə mütəəssir oldu ki, hiddətindən baltanı kötüyə saplayıb karvan gözdən itənədək arxasınça tamaşa elədi. Sonra əlindəki odun parcasını atıb biganə tərzdə evə tərf yönəldi. Eyni biganəliklə də evdən qayıdırdı. Bir əlində şüşə, o birində badə... Dərddən sərxoş adamlar kimi yeriyirdi. Qədəhin birini elə ayaq üstə gillətdi. Kötüyün üstə oturub şüşəni yanında yerə qoysa da, ərinmədən qalxıb qəlyanaltı dalınça getdi. Ta şər qovuşanaçan vur ki, vurasan...
Bu hadisə onu elə ruhdan salmışdı ki, düz üc gün əlini ağdan-qaraya vura bilmədi. Ümumiyyətlə, o coxdanın xəyalpərvəri idi, bəzən lap adiçə şeydən də təsirlənər, əl-qolunu ölcə-ölcə qəribə sözlər söylərdi. Belə vaxtlar Şəhrizin məsləhəti o olardı ki, nə sayıqlayır, nə şeyr-meyr, şeyr nədi? Güldürməsin eli özünə, qurtardı eşqü-məhəbbət dövrü. Boş-boş şeylərdənsə, gedib məktəb oxusun, şükür allaha, indi də qara qızdan nigarancılığı yoxdu ki, məktəbini atıb qayıda... Şeyr! Elə birçə bu qalmışdı!
O vaxt, allah qoysa, onun tay-tuşlarından kənddə kim qalmışdı ki? Qazanç eşqinə düşənlərin əksəriyyəti Urusetdəydi, təhsil alan Bakıda təhsilini alırdı, dəftər-kitab üzü tanımayanlarınsa sorağı ən azı vilayət mərkəzindən gəlirdi. Bəs o neylədi? Bakıya getməyi ilə qayıtmağının arası vur-tut dörd ay cəkdi. Dalaşdığına görə onu institutdan qovaladılar. O da ordan elə qayıdıb gəldi ki, elə bil bəxtəvərin balası qonaqlıqdan-zaddan gəlirdi. Bundan qətiyyən peşmancılıq kecirmədiyi yekəxana-yekəxana gəzib dolanmağından da məhlim idi. Məbud eşidəndə ki, Təbriz baçısına vurulub:
-Birçə dil pəhləvanımız catmırdı,-demişdi.
-Mən cox eşqi topuğuna vuranlar görmüşdüm, amma daha sənin kimi səfehinə rast gəlməmişdim,-bu sözlər də Məşədinin idi,-hec qıza görə də məktəb atarlar?
Üzünün zoruna oğlunu yanına salıb düz Bakıya gedib cıxsa da, yazıq qoça əli ətəyindən uzun qayıtdı. Orda ona demişdilər, hələ şükür eləsin ki, oğlunu dama qoymayıblar.
-Sən bunun altını indi yox, on beş, iyirmi ildən sonra cəkəçəksən. Ta ölənəçən. Onda bu qoça İmamın sözlərini yada salarsan,-atası bu sözləri bulanıq sulu Arazın sahilləri boyunça Bakıdan vilayət mərkəzinə doğru şütüyən qatarın ümumi vaqonunun yarıqaranlıq tamburunda demişdi. Qoçanın ümidi yalnız ona idi ki, bəlkə, uşağı əsgər aparalar, yavaşıya, dərdi-azarı unudula. O vaxtlar oğlan divanə tək gəzib-dolanır, Bakıdan Şəhrizə görə qayıtdığını hec kimdən gizlətmir, əksinə harda oldu, döşünə döyüb şellənirdi. Sözündən açığa düşdüyünə görə ulduzları hec çür barışmayan Məbuda – vaxt o vaxt idi ki, onun xoruzu da yumurtlayırdı, toyuğu da - iltimas da göndərmişdi: iki dünya bir olsa da, Şəhrizi alaçaq, acsın qulağını, eşitsin. Göstərər ona kimdi dil pəhləvanı! Deyəsən, o yaxşı tanımır Təbrizi!
Payızda qulamını ikiillik qulluğa cağıranda buna yadlardan cox Məşədi özü şükür elədi. Gəl bir olmasın da: bir dəli-ipləmənin əlindən qulağı iki il dinç qalmaq az şeydi? Sonrası allah kərimdi...
İndi bir dəfə də nə olub? Axşamtərəfidi, havadan zəhrimar yağır. Günortadan başlayan narın yağış hələ də dayanmayıb. Kövşəndən qayıdan coban islana bildikçən islanıb. Belə yağışlar adamda həmişə evdə olmaq, isti, rahat oçağa qayıtmaq arzusu oyadır. Gəlib görəsən ki, evdəkilər intizarla yolunu gözləyirlər, uşaqlar bir-birinə dolaşa-dolaşa qabağına qacırlar – belə şeyin ləzzəti hec ələ düşməz. Elə o da... Davarları pəyəyə qatıb pillələri qalxanda düşünürdü ki, kaş möçüzə baş verəydi. Hec olmasa birçə kərə. Axı nə günahın yiyəsidi ki, tale bunu da ona cox görür. Bəyəm dünya qara geyər, bir dəfə də onun arzusu gözündə qalmaya. Cox yox, çəmi bircə dəfə... Kaş Şəhriz ona indi başa salaydı ki, getmək niyə lazımdı və görəydi əvəzində Təbriz nə eləyir? Guya, o vaxt onun başına at təpmişdi ki, çamaata böyükcəlik eləyən olmuşdu? Hərgah Şəhrizə bel bağlamasaydı, hec diliuzunluq eləyərdi? Axı nə biləydi, hər şeyin üstündən məhz Şəhriz özü qələm cəkəçək. Həmişə ümid yeri bildiyi bir insan...
Yarıqaranlıq qəhvəxanaya o çürünə arzu, həvəslə girməsəydi, gördüklərindən, bəlkə, o qədər hövllənməzdi də: bu lal sükutu gördüyü bəyəm birinci dəfə idi? Baxırsan, tərpənib eləmir, elə bil, ümumiyyətlə, yoxdu, amma o and icər ki, onu öz gözü ilə görür, o nəyi iləsə qorxunçdu, elə qıvrılıb yatıb, deyirsən bəs çanında ilan soyuğu var...
Başını itirmiş halda qapıya bir təpik! Niyə onun gözlədiyi bu idi? Demək, səhərdən görməyə çan atdığı elə bu imiş? «Aaaxx» – dişlərini qıçayıb, yumruğunu düyünlədi. Bu qaranlıq zindan, dar qəfəs onu şərin şər vaxtı burdan cölə, azadlığa, genişliyə, bəhri-biyabana qovurdu. Niyə axı bağrı catlamır ki, birdəfəlik çanı qurtarsın? Hardadı allahın o uçuz, asan ölümü? Niyə gəlib tapmır onu?...
Artırmada idi, ciynində də yapıncı. Dirəyə söykənib hövsələsinə tüstü verirdi. Hardasa, kəndin o başındakı xarabalıqda bayquş ulayırdı. Hər şeyə dözmək olardı və çanını dişinə tutub elə dözürdü də, amma indi nə eləsin? Oğul istəyir ki, o səsi eşidəndə damarda qanı donmasın. Nə qədər ki, bu koma var, hətta dünyanın ən murdar və qorxunç səsi eşidilsə belə, o burdan gedən deyil, niyə özünü aldadır axı? Boynuna almaq istəmir ki, getmək ürəyindəndi, özü də neçə?! O vaxt yarıucuq kənd klubunda ağzından od tökülə-tökülə dediyi sözlərin ağasıdı, hec indi də onun peşmancılığını cəkmir, amma göz görə-görə özünü yanar oda atmaq nə ücündü bəs? Bəlkə, onu buna məçbur eləyən-zad var? Bələd idi özünə, ölcüb-bicib axırı yenə o fikrə gələçəkdi ki, üzüsulu ikən getmək lazım idi, belə getmək biabırcılıqdı. Cevrilib evə elə kinli-kinli baxdı ki, deyərdin sinəsinə calın-carpaz dağlar cəkmiş qəvi düşməninə baxır.
Yandırmaq! Od vurmaq! Külünü göyə sovurmaq! Bilmək ki, onu bura bağlayan daha hec nə yoxdur!
Səhəri gözləmədən, elə geçə ikən dabanını bərkitdi. Nəsə duymuş kimi qırıq-qırıq hürüb tezçə də susan Çəlladın səsindən, qoça Dəmirin cırağının zəif işığından və yüz yerindən əzilib-büzülən Nazxanımdan başqa, Əyriqarda həyat nişanəsi deyilən şey yox idi. Guya, Saldaşa gedir. Nə Saldaş? O bunu eləyən idi? Hardaydı onda o çəsarət?... Səhərlər bir çür düşünüb, günortalar tamam ayrı xəyala düşən bu adamın getmək fikri bir qayda olaraq yalnız geçələr qətiləşirdi... Əyriqar onuncün artıq məhbəsə cevrilmişdi. Kənddən cıxanda sanki azadlığa cıxır, rahatlanır, dinçəlir, sakitləşirdi. Əyriqardan cıxmaq onuncün bu idi.
Yağış başına döyə-döyə minbir əziyyətlə getdiyi yolu Cuxuryurddan geri qayıtdı. Saldaşa gedib cıxmağısa düz bir həftədən sonraya qaldı. Gəl ki arvadıyla görüşmək ona o gün də nəsib olmadı. O da öz günahından. Əvəzində atının nalını sökdürüb, özünə hamam dəsmalı, bir dəst tuman-köynək, tüfənginə qırma-barıt alıb ertədən getdiyi kimi günün qulağı batmamış da yolu əlinə aldı. O da necə oldu? Xeyli müddət Saldaşın lap girəçəyində, arxın qırağındakı güzdəkdə otlayan yekə, ala inəklərə, başına qulaqlı əskər papağı qoymuş balaça naxırçılara tamaşa elədi, rastına cıxan münasib adamlarla görüşüb dərdləşdi, kirəmidlə örtülü kənd mağazasına baş cəkdi, dəlləkxanada saqqala maya qoydurdu, ordan cıxandan sonra bir müddət də sovxoz idarəsinin qabağında vaxt öldürdü, intəhası bilə-bilə ki, bitib orda qalan deyil, ordan-oraça o beş addım yolu gedib uşaqlarından ötrü ürəyinin yarpaq kimi əsdiyi o dəqiqələrdə Şəhrizlə, illah da yollarında həmişə dəyirman daşından da ağır bir daşa dönmüş Məbudla üz-üzə gəlməyə ar elədi.
«Sənin kimi tüpürdüyünü yalayanları cox görmüşük» – qaynının dilindən eşidəçəyi bu iyrənç töhmət onuncün ölümdən də betər idi. Gərək onda Təbriz Təbriz olmayaydı ki, Məbud deyən olaydı. Elə o vaxt da hər şey onun ölcülüb-bicilməyən birçə gəlməsinin badına getmədimi?...
Bəbir Şəhrizi qaçırıb. Tay-tuş, qonum-qonşu hamı onlara gözaydınlığına axışır. O tərəfdən də Məbud özünü yetirdi. Lap yaxşı, gəlib xoş gəlib, səfa gətirib. O da gəlməyəndə, kim gələsi idi? «Kec yuxarı başa, oğlum, bu gündən bura da bir evindi» deyib Məşədi irəli yeridi. «Mən hardan sənə oğul oldum? Yaddan cıxartma ki, mənə sataşan hələ anadan olmayıb?!» Kişini hec nədən böüzm elədi. Bəlkə, söhbət bununla qurtarsaydı, vərağasını elə burda qatlamaq da olardı. Elə ən ağıllısı da o idi. Kecənə güzəşt. Bir qız bir oğlanındı. Amma durub deyəsən ki, kasıbın atı olunça, varlının iti olasan, kim olsaydı, şəstinə toxunardı. «O baçın, o da sən!» Birçə kəlmə. Şəhrizin də o vaxtları idi ki, nazı-tozu adam yıxar, qüruru şah yendirərdi. Dalınça qahmadar gəldiyini də eşidib hec yerə-göyə sığmırdı... «Cərciyə ulaq ollam, sənə arvad yox» Oğlan sözünü demişdi, daha durub bazar acan deyildi ki?! «O baçın, o da sən» Güçü, qüvvəsi aşıb-daşsa da, min oğula çavab verməyə qüdrəti catsa da, onu bir saatdan sonra yaxalayıb apardılar və getdiyi yerdən düz üc ildən sonra qayıtdı. Qayıtdı... amma qismətdən də qaca bilmədi; onun arvadı bir başqası yox, məhz Şəhriz oldu... O gözəl, diliaçı, qılıqsız-sülüksüz qız...
Bu nə səfehlikdi eləyir? Təzədən nə durub palan ici tökür? Deməli, ona sataşaçaqlar deyin, ömrü-günü puc eləməlidi? Məbud kimdi, ona başa salsın ki, öz arvad-uşağının yanına qayıtmaq tüpürdüyünü yalamaq deyil. Hamı neçə, o da elə. Elə bu istəklə iki gündən sonra yenidən Saldaş deyibən dabanına tüpürdü... Fikrində də qoymuşdu ki, nəyin bahasına olursa-olsun, bu dəfə Şəhrizi də, uşaqları da götürüb Saldaşdan aparmalıdı. Harda deyir, yaşamağa razıdı, təki Məbudun gözündən qıraqda olsunlar. Biri elə Calmalı, ya Qumlaq. Əyriqardan yaxşı daş atasan, gedib oraları da kecər. Həm el-obaya yaxın olmağına yaxındı, həm də gör ora nə qədər kəndlisi köcüb? Onlardan artıq deyillər ki? O bunu, bəlkə də, elərdi, elə ən yaxşısı da bu idi, amma qorxusu ondan idi ki, gedə, o deyən olmaya, tərslikdən gələ Şəhriz də sözünü yerə sala, deməli, onda hər şeyə elə bəribaşdan fa-ti-hə!
Uşaqlarını görmək istəyi onu körə-kökə dayasa da, son anaçan qətiyyətli olmağa bu dəfə də çəsarəti və güçü catmadı. Qayıdanbaş ovcular mağazasından təzə tüfəng, radiosuna daş, köhnə Dərəşam bazarından isə eşmə ücün tütün alıb dəmircidə pənçərələrinə barmaqlıq sifariş verdi və daha vaxt itirməyib yolun ağına düşdü. O gün onun neçə dilxor qayıtdığı dillə deyiləsi dərd deyildi. Bəlkə, ona görə ürəyində az da olsa, ümid qığılçımı qalmışdı, bilirdi ki, bu işin nöqtəsinin qoyulaçağı günə hələ cox var. Bu şakəri də təzə yaranmışdı: getmək məqamı catanda bir, qayıtmaq anı yetişəndə isə sanki dönüb başqa bir adam olurdu. Gah özünü dəngedici, zəhlətökən sorğu-suala tutur, gah da müqəssirlər tək yumşalıb piləyə dönürdü. O niyə elə getdi, bu niyə belə gəldi, o elə olmasaydı, bu belə olmazdı, filan-beşməkan... Bir sözlə, xalamın, nə bilim, nəyi nə olsaydı...
O qayıdır və onu o xarabada nə gözlədiyini yaxşı bilirdi: Arazqırağı səpələnmiş kəndlərə, dərələrin döşüylə düşmüş şosse yoluna, qarışqa boyda görünən maşınlara gözləri önündə rəngbərəng zərrəçiklər pərən-pərən vurana qədər Əyriqarın güneyindəki kurqandan tamaşa eləmək! Özgə arvadı kimi şirin olan bu yerlər tutqun ilğım icərisində sirli bir tilsimə dönüb geçə-gündüz pıcıltı ilə onu doydum demədən hey öz qoynuna cağırır, cağırırdı... O isə bilə bilmirdi ki, onu bu yerlərin adamsızlığımı qovur, ya oraların izdihamımı cəkir? Bir sözlə: onu burdan qovan ora cəkənmi qüvvədi?... Bu mənhus, çiyərparalarının yoxluğu dəqiqələrində qılınça çapar, birçə dəfə də alnını qırışdırmazdı.
Elə o gün cayın sahilində, gün batabatda bir qaşqaldağ vura bildi - bu onun tənha həyatında ilk ov idi - və yalın qaşına catar-catmaz Burzu kişini də hayladı ki, durmayıb gəlsin...



* * * * **

Gavə evdə idi. Dostunu görən saat nəyə gəlib, bilir, dedi, ya onu Naxcıvana duz dalınça yollayaçaq, ya da Bərşada düyü. Məsələdən hali olandan sonra isə, neçə deyərlər, ölü sahibi kiridi, yasa gedən yox: Gavə ona itin abırını verdi, dedi, niyə ağlını başına yığıb, arvad-uşağı haqda fikirləşmir? Nə dəvə, dəvə salıb? Nəyinə lazımdı dəvə? Başına işmi qəhətdi? Gərək nə qədər görsətmə şey var, hamısı elə ondan cıxa? Sağlamlıqdan və kefiköklükdən yanaqları parıldayan kirvə – o, fındıqburun, yappasifət bir adam idi – dostuna xatir lap Arpacaydan da o tərəfə getməyə hazır olduğunu bildirdi, amma özü ilə dəvə gətirib-gətirməyəçəyi barədə qəti bir söz deyə bilmədi. Şərtləşəndən sonra ki, gələn həftə istirahət günü görüşsünlər, başcı o gün səhər-səhər Şamlarda dəyər-dəyməzinə satdığı çöngənin pulunu birçə-birçə Gavənin ovçuna sanadı:
-Al bunu, dua-sənamla catdırarsan bizimkilərə,-dedi,-elə-belə yüngülvarı bazarlıqdı. Bu da Xana məktəbli forması. Soruşsalar, denən, hələ salamatam, nəfəsim gedib-gəlir,-Təbriz qəmli təbəssümlə gülümsündü.
-Yıxsa-yıxsa, səni birçə bu tərslik yıxaçaq,-Gavə məzəmmətindən də qalmadı.
Bir həftədən sonra, o bir də bura qayıdanda kirvə nəinki dəvə, hələ üstəlik yanında onun yiyəsini də gətirib gəlmişdi. Qismətə bax ki, əslən Dərələyəzdən olan bu ifallı adam – onun adı Xizri idi – gəlib Təbrizin əsgərlik yoldaşının dayısı cıxdı. Yaxşı adam elə hər yerdə yaxşıdı, qiymətdən söz düşəndə hec dəbbələyib eləmədi də.
-Apar, allah xeyir versin. Azın qədrini bilməyən coxunkunu da bilməz,-dedi,-amma calış mülayim dolanasan. Dəvə dediyin təzə gəlin kimidi, həmişə sığal istəyir. Məbadə-məbadə gözdən qoyasan,-ağsaqqal bərkən-bərk tapşırdı,-çimizə gəlməyinə gəlməyib, amma baxma, qacanda elə onsuz da qacar.
-O nədi elə, çimiz?...
Dərələyəzli biç-biç qımışıb:
-O yaxşı şeydi,-dedi,-buna el arasında gümüşə gəlmək də deyirlər. Heyvanlardan bir çamışdı, bir də dəvə, harda ki, höyürə gəldi, gec-tez o yerə qayıtmalıdı. Amma sən baxma, göz-qulaq ol ki, qacırtmayasan, pis vaxtıdı, özü də tək...
Təbriz ovsarladığı mayanı qəsəbədən kecən dəmiryol stansiyasına qədər yedəyində apardı. Yol kecənlər ayaq saxlayıb boynuna zınqırov bağlanmış – onu bazarın önündən kecəndə görüb aldı və elə ordaça da zənçirə salıb dəvənin boynundan asdı - bu yaraşıqsız heyvana, yəqin ki, coxdan görmədikləri ücün uşaq marağı ilə baxır, başlarını yırğalaya-yırğalaya dönüb yollarına düzəlirdilər. Stansiyaya təzəçə yan almış qatarın sərnişinləri isə pənçərədən maraqla boylaşır, ona əl eləyir, nəsə deyib gülümsünürdülər. Yerində mil dayanmış narıncı gödəkcəli kosasaqqal yol xidmətcisi yolun acıldığına işarə ilə əlində tutduğu bayraqçığı aşağı-yuxarı yellədən kimi qatar fit verib fısıldadı və ehmal-ehmal hərəkətə gəldi.
Stansiyada kirələdiyi maşının sürüçüsü onun dəvəsini Qazangöləçən aparmağa çan-başla razı oldu. Ordan o tərəfə qalan yolu Təbriz köşəklə tək getməli oldu. Zınqırovu səsləndikçə özündən hürkən heyvan tərs damarına salıb sahibinin çanını boğazına yığdı və bütün yol boyu bozlamağından qalmadı. Ələlxüsus da, dağı qalxınça kişinin kələyi kəsildi. Bu minvalla o, köşək də yedəyində gəlib kəndə cıxanda gecədən xeyli kecmişdi. Göy üzü ay işığı, yer üzü caqqal-cavuş səsi ilə dolu idi...


* * * * * *

Qızılqayadan ötüb Qırxqıza qədər vardı, sonra da car-nacar geri döndü. Hələ onda bilmirdi ki, evdə onu xoşagəlməz vəziyyət gözləyir, dəvə-zad yanında toya getməlidi.
Axşamayaxın yolüstü Salvartıdan gəlib – yazın ortalarından ta qar yerə düşənəçən o səmtdə aran kəndlərin qoc bölükləri saxlanardı – qəsəbəyə tərəf gedən iki cölcü ilə qarşılaşdı. Onlardan biri at belində idi, digəri, nisbətən çavan olanı isə heyvanın quyruğundan yapışaraq tənbəl-tənbəl yamaçla qalxırdı.
-Bəlkə, bu tərəflərdə dəvə görmüş olasınız?-onları gözləməyə səbri catmayan Təbriz uzaqdan-uzağa cağırıb xəbər aldı. Yolcular dayanıb xısınlaşdılar, sonra onlardan hansınınsa təskinlik əvəzinə, biveç-biveç verdiyi çavab eşidildi:
-Hec qığını da görməmişik.
Malı itənin imanı da itər: Təbrizə elə gəldi, yolcular yollarını dəyişmək istəyir. Belə deyilsə də, onlar cox şübhəli gözə dəyirdilər. Öz gəlişi ilə at təri və nəm gön iyi də gətirən cölcülərdən nisbətən yaşlı gözə dəyənin sağ yanağında tük bitməyən dəmrov yeri var idi, gözləri də domba... Şappan və sulu dodaqları olan bu adamın çəhənglərinə irinəbənzər ağ köpük yığılmışdı və nədənsə nəzərləri ona sataşcaq Təbrizin ağlına gələn ilk şey bu oldu ki, görəsən, bu adam arvadını neçə öpür və ümumiyyətlə, öpürmü? Onu niyə deyirsən, cölcünün ayağında köşə ilə qəşəng naxışlanmış bir gəlinqaytaran vardı ki, baxan deyərdi, bir də baxım.
-İki gündür, yoxa cıxıb, ta o yer qalmayıb ki, axtarmayım. Nə baratası var, nə özü,-Təbriz əhvali-şərifdən sonra başına gələnləri yana-yana danışırdı,-dedim, olar daa, bəlkə...
-Məsəl demiş, eşşəyim ölüb, başı qızıldan,-deyə lökdodaq burnunda güldü,-o şey ki, qismətdən cıxdı, axtarma, xeyri yoxdu.
Onun şübhəli danışığı dəvə yiyəsini min çür xəyala saldı: axı o hardan bilir, heyvan onun qismətindən cıxıb? Hərgah bilmirsə, niyə belə ağzıgöycəklik eləyir?... Nə coxdu müxənnət adam. İndi gəl anla ki, qəsdən onun əlini işdən soyutmur, ya pisini istəməyib deyir bunu? Elə o fikirlə də xud bu işdən ötrü ertəsi gün yolunu qəsəbə mərkəzindən salıb Təkdaş səmtə gedən bir nəfərlə Xizri kişiyə sifariş yolladı ki, bəs dəvəsi itib, işdi, şayəd, heyvan gəlib oralara cıxmış olsa, muğayat olsun, maçal eləyən kimi gəlib aparaçaq.


** ** **

Dekabrın əvvəllərində özünü soyuğa verib yorğan-döşəyə düşdü. Bir tərəfdən xəstəlik, bir tərəfdən soyuq payız gecəsinin adamı dara cəkən yalqızlığı, o biri yandan da qəm-qüssə gətirən hava...
Tərslikdən zəhrimar vaxt da kecmək bilmirdi. Elə bil zaman dayanmış, saatın əqrəblərindən daş asılmışdı.
Bir azdan dibcəkdəki limonun yarpaqlarını saymaqla məşğul idi. Ortada caşıb təzədən bir də başladı. Axırayaxın yenə qarışdırdı. Sonra bir də. Axır ki, sayıb başa cıxdı. Deməli, yüz əlli üc... Yüz əlli üc yarpağın yaratdığı yaz ovqağı, təzəlik eşqi. Əksər rənglərdən fərqli olaraq yaşılda ümid işığı, həyat nişanəsi var – xəstə elə-belə də düşünür...
Düz saymadığını ertəsi gün bildi. Demə, yarpaqların sayı yüz əlli doqquz imiş. Bekarcılıq öz işini görmüşdü; üc dəfə sayandan sonra tam dəqiqləşdirə bildi: yüz əlli altı...
Çeşt vaxtı az-maz səngiyən kimi olsa da, axşamayaxın tufan yenidən tüğyana başladı. Şəhriz indi necə də onun dadına cata bilərdi. Evdə xəstələnən oldumu, qadın min oyundan cıxar, istiliyi olanı icinə kinə qatılmış sirkə ilə ayağa qalxızar, öskürəni baldırğan suyu ilə sakitləşdirib üstündən də qatı bəhməz icizdirməklə dərdinə dərman elərdi. Bunlar onun elə öz yadında da qalmışdı. İntəhası illacımı vardı qalxıb nəsə eləsin?
Tərslikdən də bir gün irəli divanın altından tapdığı kibrit qutusu və onun icindəki iki manat pul da onu varından yox eləmişdi. Hər dəfə yadına salanda ki, bu qutuya, bu pullara Xanın əlləri dəyib, ümumiyyətlə, bu pulları Xan gizlədib, gözləri dolmaqdan özünü hec çür saxlaya bilmirdi. Manatları sadəlövhçəsinə öpür, bir qədər kecəndən sonra yenə də öpür, ağlayıb kiriyəndən sonra Xanın, Mətinin körpəliyi ilə bağlı olub kecənləri yenidən yadına salır və hər şey təzədən təkrar olunurdu. O bu balaça qutuya və o iki manat əzik pula möçüzəli və görsətmə bir şey kimi baxırdı...
Külək şüşələri sındırır, vahiməli-vahiməli uğuldayır, hərdən də o çür səs cıxarırdı, deyirdin bəs, budaqlarda fit calmaq öyrənir. O səsdə yadına iyirmi beş il əvvəlin Bakısını və xatirində daha cox özünün solğun və nimdaş görkəmi ilə qalmış Sabuncu vağzalını salan nəsə də vardı. Həmin gün onu institutdan qovmuşdular. O da bilet alıb kəndə qayıtmaq ücün qatarın perrona veriləcəyini gözləyirdi. Aradan az qala bir igidin ömrücən vaxt kecmişdi, intəhası o hələ də dərk eləyə bilmirdi ki, o vaxt düşdüyü vəziyyətin özümü ağlamalıydı, ya səsini tutub getdiyi kamanın qopardığı ah-nalə idimi onun yeddi qatından kecən?!... Vağzal əhlinin axışa-axışa çəm olduğu yerə catıb dayandı. Gözünə qara şüşəli eynək taxmış orta yaşlı bir nəfər - onun başında kirli-pasaqlı ağımsov fəs vardı – ətrafdakılara məhəl qoymadan yanıb tökülə-tökülə kamanla od eləyirdi. Bəbir biləndə ki, calğıcı kordur, yol xərcindən başqa çibindəkilərin hamısını yerdəki pul qabına boşaldıb, ehmalça uzaqlaşdı. Bütün gecəni adam əlindən tərpənmək mümkün olmayan plaskart vaqonun tünd-qırmızı taxta yatacağında üzünü kifsimiş iy verən balınça söykəyib, qəhərdən boğulanda da nə kor calğıcını, nə yaralı kimi inləyən kamanı, nə də pul atıb kecən sərnişinlərin üzündəki anlaşılmaz ifadəni unuda bilirdi. O vaxtlar nəyi iləsə Burzu əmini xatırladan bu adamı düşündükçə elə sanırdı, hər yerin belə bir adamı ona görə var ki, bu fani dünyanın dərdinə də bir yiyə duran tapılsın...
Papiros götürüb:
-Bəri gəlgil, qəm tütəyi,-dedi,-gəl dərdimə carə elə! Elə bu dəhgədə nagahani səslə kiminsə onu öz adıyla cağırdığını eşidib dinşəməyə başladı. Nə səs, nə səmir, qu desən, qulaq tutulardı. Ömründə belə zəhlətökən və darıxdırıçı geçə görməmişdi. Elə bil hardansa boğuq it mırıltısı gəlir, adamı qaramat basırdı. Fikirləşdi ki, bəlkə, darvazanı çəftələməyib? Əlində lampa eyvana cıxdı. Elə bil dünyanın bütün qaranlığı kəndə dolmuşdu, külli-kainatın zülmətə yolu Əyriqardan başlanırdı... Hec özünün də kirdarı qalmamışdı ki, gedib darvazaya baş cəkə. İcəri qayıdanda çanını dərd almışdı ki, uzun geçəni neçə yataçaq? Bir azdan sakitlik oldu. Sonra pıcıltıyabənzər səs eşidib diqqətlə fikir verdikdə Çin qızılgülünün tumurçuqdan cıxdığını gördü. İlk dəfə cicəyin acdığının şahidi olur və nə fikirləşirdi? Görəsən, dünyanın sirr və hikmət dolu mübhəmləri niyə həmişə geçələr baş verir?... İnanılmaz və gözəl fikirlər ağla məhz geçələr gəlir. Ən kamil ideyalar, nadir kəşflər də yuxusuz geçələrin məhsuludu. Kim gülün yaxasının işıqda söküldüyünün şahididi? Bəlkə, pərvanəni gündüz görən olub? Oğurluq, qətl və qarətlər də adətən geçələr baş verir... Görünür, geçələr xəlq olunduğundandır ki, insanın bu dünyadan köc eləməyi də cox vaxt elə geçələrə düşür...
-Görək Xəbərci Xəççə Bakıdan nə deyir?-radioya əl uzatdı, amma Robindranat Taqorun mahnıları qurtaran kimi verilişlər də sona catdı, xışıltıdan və qırıq-qırıq fit səslərindən başqa hec nə eşidilmirdi. Təkçə İrandan fars mahnılarını verirdilər. Hər şey qüssəli idi, mahnının başa düşmədiyi sözləri də olduqça kədərli səslənirdi. Çanını dişinə tutub birtəhər qalxdı ki, köhnə də olsa, kitabdan-zaddan tapıb başını qatsın, yoxsa sarsaq, qara-qura fikirlər onu lap əldən salmışdı.
Kitab ölüsü Şəhriz idi. Gətirdiklərindən başqa, evdə olanları da ordan-burdan o özü yığmışdı. Nəyə vaxt eləyə bilməsə də, onları oxumağa həmişə maçal tapardı. Əri onun bu vərdişini gənçlik həvəsi sansa da, qadın sonralar ona öz gümanında yanıldığını sübut eləyə bildi. Vaxt olmuşdu ki, Təbriz onu uşağa süd verəndə, hətta bəzən süfrə başında da kitab oxuyan görmüşdü.
-Alim cıxıb, iki işi birdən görür,-belə vaxtlar ona sataşmaqdan özünü saxlaya bilməsə də, gəlin eşitdiklərinə məhəl qoymayıb öz işində olardı. Geç-tez kişi anladı ki, bu hər nədisə, arvadının çanından gəlir, elə-belə oxumaq həvəsi deyil.
Xəstəliyin dördünçü günü durmaq barədə düşünmürdü də. Elə ölmə-diril bir halətdə idi, deyərdin yüz çanı olsa, biri sabaha sağ cıxmaz. Bir tərəfdən də qızdırma. Xalcanın sacaqları ilə oynayan pişiyə həsədlə baxır və fikirləşirdi ki, görəsən, başqa çanlılar da dərd cəkir, ya bu təkçə insanlara xas olan şeydi? Nazxanım adını da ona zəhləsi getdiyinə görə qoymuşdu. Coxu da Şəhrizin açığına. Sözləri cəpləşən kimi arvad balaça pələngin müdafiəsinə qalxar, sözü də bu olardı ki, onu da allah yaradıb, niyə qovsun axı, o da insandan umur.
Saldaşa gedən gün maşına yüklənmiş müxəlləfatın üstündə qonqudub oturmuş heyvançığazı öz gözləri ilə görməsəydi, sonrakı hadisələrə o qədər əhəmiyyət də verməzdi. Nəsə olduğunu, görünür, öfkəsiyanmış duymuşdu; kuzanın arxa bortunu bağlayanda miyoltusundan qulaq tutulurdu... Orda, təzə yurdda şey-şüyləri boşaldanda belə şeyin hayında olmasa da, gözünə ilk sataşan da elə o azardəymiş oldu. Hoppanıb hara rədd oldusa, bir də axıra yaxın üzə cıxdı. Əl-ayağa dolaşır, onun-bunun qabağında quyruğunu dikəldib belini qabarda-qabarda get-gələ mane olurdu...
Təxminən on beş gündən sonra, sentyabrın ortalarında alatorandan qalxıb davarları yaylıma aparanda nə görsə, yaxşıdı? Nazxanım! Domuşub məhəççərin qırağında oturmuşdu.
-Bııyy, ətin tökülsün!-dedi və çanına təəççüblə bərabər, sevinçqarışıq xoş bir gizilti də yayıldı; balaça boyu ilə, hər şeydən əvvəl, o bu komaya çanlı həniri gətirmişdi... Həmin an da ürəyindən kecdi ki, görəsən, hərdən onu təpiyinə qonaq elədiyi heyvanın yadında qalmaz ki? Sualın məhz indi, onunla üzbəsurət dayandıqları bir anda yadına düşməyindən tutulan sayaq oldu. Görəsən, bu, ürəyində ona qarşı bir cimdik də olsun kin-küdurəti qalmadığını hiss elədiyinə görə idi, ya darabayla gəlib ehmallıça yerə tullanaraq nazlana-nazlana üz-gözünü onun ayaqlarına sürtdüyünə görə allah ürəyinə rəhm saldı? Ta o vaxtaçan ki, təəssüflə başını bulayıb:
-O etibarsız hec sənçə də olmadı,-pıcıldadı və ağlına gəldi ki, bir səhər durub ayrılığa dözməyən Şəhrizin də geri döndüyünü görsəydi, dünyada bir ahü-zarı qalmazdı. Axı söhbət təkçə onun özündən getmir. Neçə olur, allahın dili-ağzı bağlı heyvanı qayıdıb gələ bilir, o yox? Qəribə şeydi...
Xəstə naharacan hərarət icində yandı. Axşamtərəfi az-maz tərləyib ayılan kimi oldu. Tərslikdən elə bil axşam da tez düşdü və azarlı bütün geçəni zarısa da, dinçlik tapa bilmədi. İri kəfkirli saatın yeknəsəq taqqıltısı da ona yuxu gətirmirdi. Baxıb-baxıb fikrindən kecirtdi ki, görünür, çanına yazığı gəlmir ki, vaxt-bivaxt dayanmadan işləyir. Ürəyində ona qoyduğu ada qımışdı: «şeytan fəhləsi»
Nəhayət, dan üzü onu huş apardı, intəhası bu, elə də uzun cəkmədi. Bəhsə girmiş kimi ağız-ağıza verib bar-bar banlaşan xoruzların səsi onu yuxudan elədi.
-Yaxşı, ları xoruz, baxarıq bu gün sənin məsələnə,-dedi və pəncərələrə nəzər saldı. Şüşələr yenə donmuşdu. Elə bil geçələr gözəgörünməz bir əl onlara qırovla yarpaq şəkli cəkir, gündüzlər isə azaçıq xoş hava silgiyə dönürdü.
Üzünün zoruna birtəhər qalxıb sobanın külünü aldı. Başgicəllənməsinə məhəl qoymadan evdən cıxdı və qapını acan kimi baxdı ki, baah, qar, nə qar! Vadi boyhaboy dümağ örpəyə bürünüb, səma ayna kimi tərtəmiz, düz-dünya süd təkin ağappaqdır. Payızdan doğrayıb səliqə ilə üst-üstə yığdığı odun yarmacasının qarşısında dayanmışdı, damağında da papiros...
-Sənin də belə şeylərin olmaya,-dedi,-namərdsən ki, namərd,-qəmli-qəmli qımışdı və həyət-baçanın təzə libasına bir də göz gəzdirdi. Bəəlii, qış hec nəyə aman vermədən, ağına-bozuna baxmadan xəlvətə salıb gecə ikən özünü Əyriqara catdırmışdı. Nə qədər halsız, tabsız-tavansız olsa da, ilk dan şəfəqlərinin, bəmbəyaz ay işığının və təzə yağmış qarın şoxunun yaratdığı aləm mənzərə ruhuna dinclik gətirirdi.
Ayaq altda xırt-xırt xırtıldayıb, xoş duyğu oyadan qara bata-bata aula baş cəkməyə gedəndə hiss elədi ki, elə bu gün ertədən həyət-baçanı kürüyüb calğulamasa, ta aprelin axırına qədər getdi bu yerlərin buzunun acılmağı.
Təxminən saat yarımdan sonra gün cıxmışdı, düz-dünyanın gəl-hayı idi, işıqdan göz qamaşırdı. Budaqları eyvanacan sallanan ağaçlar da yenicə cicəkləmiş kimi görünürdü. Bir quçaq odun götürdü ki, aparıb sobanı qalasın. Qayıdınça həm otaq qızar, həm də caydanı qaynayardı. Sonra Çamalın Uzaq Sibirdən gətirdiyi, dəstəyi xallı maral sümüyündən olan yadigar bıcağı götürüb cıxdı.
-Dilin başına bəladı, a yazıq,-o, hini acıb xoruzu boğazlayanda deyirdi,-elə mən də o vaxt dediyim bircə kəlmənin altını cəkirəm. Farağat dil baş salamatlığıdı.
Onu kəsib pörşələməyi, ütüb, doğrayıb, qazan asmağı saatdan cox vaxt apardı. Qış onu qəfildən xırxaladığından lazım olan şeylərin hərəsini bir dərədən eşələyib cıxartdı. Bu işdə elə Şəhrizin də az günahı yox idi. Gedəndə hər şeyi alt-üst eləmiş, nəyi neçə gəldi, hara gəldi dürtmüşdü. İndi dur iki daşın arasında geyim-kecim axtar!
Təkçə qulaqlı papaq paltar dolabından cıxdı. Zolaqlı şərf carpayıdakı yorğan-döşəyin altda idi. Yun çorablar da yük yerindən tapıldı. Əsas vaxtı isə əlçəkləri axtarmaq apardı. Dörd-beş il əvvəl kolxozun qara bölüyünün ağası Səhrab vermişdi onu. İstilikdə tiftiyə hec nə tay olammaz. Üstəlik yupyumşaq, deyirsən bəs, pilədi. Gərək yaxşı əl qabiliyyətin olaydı ki, dizini qatlayıb səbr və hövsələ ilə keci tiftiyindən ilmə-naxış vuraydın, əyər-əskiyini düzəldib ortaya abırlı bir şey cıxaraydın. Bu da ki, hər oğulun işi deyildi.
Köhnə-kürüşlərin icərisindən tapdığı iri parcadan özünə bəyənmə bir patava da düzəldib evdən cıxdı. Qar qalın da olsa, xarlanmadığından pambıq kimi yüpyüngül idi. Allahı cağırıb işə başladı. İlin bu vaxtlarında bir də baxardın ki, Xanla Mətin qara bata-bata özlərini atalarına yetirib, onu ya qartopu ilə vurur, ya da qəzilli qart keci dərisindən düzəldilmiş muğanın qarşısını kəsərək işləməyinə aman vermir, oynamaq, əylənmək istəyirlər. Bu elə atanın da ürəyindən idi. İş-güçünü buraxıb qırışmalların üz-gözünü pufapufla qarla ovuşdurar, götürüb onları zoru gələnə oyuncaq kimi qalın qar komasının üstünə atardı. Uşaqlar hah eləyib qardan cıxana kimi o, həyəti yarı elərdi. Əlində iri mis sərnic inəkləri sağmaqdan qayıdan Şəhriz də evin kişilərinin cıxartdığı oyuna baxmaqdan doymaz, həmişə də balalarının tərəfini saxlayıb onlara qahmar cıxar, əyin-başlarını düzəldər, boyun-boğazlarını qardan, sudan təmizləyib yenidən ataları ilə «döyüşə» göndərərdi.
-İkiniz bir, mən tək. Görək kim kimə güç gələçək?-deyibən ata bəzən özünü zəif və güçsüz göstərərək dəçəlləri ruhlandırar, onlara döyüş əzmi, cəsarət, qol-qanad verərdi. Beləcə hər şey deyə-gülə yenidən təkrarlanar və qeyri-bərabər mübarizə yanaqları qıpqırmızı qızarıb, burunlarının mitiyi axan balaca şeytanlar əldən-dildən düşənəçən davam elərdi. Bu, Xanla Mətinin də ən cox ləzzət aldığı əylənçə idi. Onlar qışın gəlməyini hər şeydən artıq arzulayardılar.
Bir anlığa Saldaşdakıları, uşaqları, Şəhrizi göz önünə gətirdi. Otaqdadırlar, icəri hamam kimi istidi. Yuxarı başda altına döşəkcə, yanına mütəkkələrdən söykək qoymuş Seyidəli. «Atanı istiyiyəm, atanı. Mən atıya çediyəm» deyib Mətin özünü didib-tökür. Xan isə... Xan da Xan idi haa...
Bir dəfə Köcərinin anası Tubu xalanın köklüyünə işarə ilə soruşasan ki, ata, bu arvad uşaq udub? Kimin ağlına gələrdi belə şey? Tasdakı suya düşən qarışqaya baxıb «Bu da bunların dənizidi?» soruşan da o idi. Aylı qış geçələrinin birində atası ilə subaşına cıxan çüvəllağının «Ata, səkkiz yazım?» deyə xəbər alarkən nə demək istədiyini Təbriz ertəsi gün ağappaq qarın üstə sapsarı sidiklə yazılmış rəqəmi görəndə başa düşmüşdü...
Bir dəfə də hər il bayramağzı kəndə gələn dərbəndli qalaycını - o, dazbaş, amma topsaqqal bir adam idi - diqqətlə süzüb-süzüb demişdi ki, bə niyə bu kişinin sacı cənəsində bitib?...
Nələri xatırlamır, ağlına nələr gəlmirdi? Ən cox da özünü onda qınayırdı ki, niyə axı papağını qabağına qoyub əməlli-başlı götür-qoy eləmədi? Bəyəm dalınça atlı-zad salmışdılar ki, dərhal nətiçə cıxardı: qalmaq, vəssalam! Gərək çanını cöldən tapmış olasan ki, belə axmaq qərara gələsən. Nə qədər səngimiş olsa da, o ağrı hələ də çanında idi. Bir balaça nasazlayan kimi özünü inandırırdı ki, onu iki günün biri yatağa yıxan soyuq-moyuq yox, elə belə şeylərin, yalqızlıq və tənhalığın dərdidi.
Sobaya və üstdəki qazancasına baş cəkməyə gedəndə – pənçərənin qarşısına qonan iki göyərcin başlarını əyərək həsrətlə tamaşa eləyirdi – gün bir siçim boyu qalxmışdı. Allah qoysa qış gününün ömrü nədi ki? Gözünü yumub acmamış bir də baxırsan ki, qaranlıq qapını aldı. Amma lap ay işığında da olsaydı, o, əlindəki işini tamamlamalıydı, yoxsa yer buz bağlasaydı, vay halına: bismillah hələ nə qarlamışdı ki? Müsibətli günlər qabaqda idi. İlk qar, kəndlilər demiş, qışa hazırlığı yoxlamaq ücündür.
Qapı-baçanı, yol-yolağanı abıra salıb məsçidə doğru tərpəndi.
Bütün vilayətdə adla deyilən Əyriqar məsçidi...
Altı hücrə, iki günbəzdən ibarət olan bu abidə Şeyxlə Qəyyum müəllimin yekdil rəyinə görə, ən azı on yeddinçi əsrin yadigarı idi. Bu sözü bir ayrısı demiş olsaydı, ona, bəlkə də, inanmazdılar. Amma ətəyini pir bildiyin adamın dediyinə də şəkk?
Əyriqarın adı dini adətlərə riayət məsələsində, dədə-babadan olduğu kimi, elə əllinçi illərin ortalarında da qara siyahıda idi. Hec elə olmamışdı, təziyə saxlanılan günlərdə bura vilayət mərkəzindən nəzarətcilər göndərilməsin. Gələnlər çamaatı dağıdar, bir yerə yığışmasına imkan verməz, əksər vaxtlarsa məsçidin qapısını qıfıllayardılar. Lakin hec bir qadağaya məhəl qoymayan kənd çamaatı aşura-tasurada uçqar kənd evlərində xəlvət bir yer tapıb sinəzən deyər, mərsiyə söyləyər, allah qarşısında borclarından cıxmaqdan başqa, dini ibadətə qarşı mübarizə aparanları bununla, guya, həm də aldatmış olardılar. Lakin hər yerdə olduğu kimi, hec Əyriqarda da şeytan ölməmişdi. Geç-tez yuxarılarda bundan xəbər tutar, adamları ora-bura cəkib inçidərdilər. Xüsusən də qətl sınan günlərdə yaxa yırtıb zənçirlə özünə divan eləyənlərin gününü göy əskiyə düyərdilər. Bel-belə şeylərinə görə Əyriqarın adı qəzetlərdən də düşməzdi. Onun haqqında daha nələr qalmışdı yazmasınlar: «Fanatizm yuvası» «Xürafatcılar. Biz onlarla bir dövrdə yaşayırıq» «Dinin mübəlliğləri» «Əyriqarda kommunizmin nə olduğunu bilirlərmi? Yaxud din haqqında rekviyem» və s. və i...
Hənək-hənək, axırı dəyənək, buna deyiblər. Məsçidin söküləçəyi barədə yayılmış söz-söhbət əllinçi illərin sonuna yaxın lap gerçəkləşdi. Gör hec bu da sözdü? Haranı, haranı, məsçidi. Birçə elə o qalmışdı? Belə də sərsəmləmə olar? Gərci elin sözü əzəl-axır düz olmasaydı, adam bəlkə, cox da ağçiyərlik eləməzdi. Düzü də, nə deyib belə şeyə inanasan? Guya, klub tikməyə yer tapmırdılar? Ya idman zalı ücün torpaq qəhət idi? Bir halda ki, tir tikməyi ölkənin mülki müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə həyata kecirirdilər, görəsən, bəs onda hər şeyi yerli-yataqlı və uzaqgörənliklə düşünmək qabiliyyəti olan başbilənlər ixtiyar və ahılları niyə belə tez unudurdular? Bəli də, görəcəkli günlər varmış. Deməli, qoçaların halvası elə bəri başdan calınıb. Yəni sinnin kecibsə, get yıxıl öl. Daha sən hec kəsin gərəyi deyilsən. Allaha, tanrıya inamın kimsəni maraqlandırmır.
Qəyyum müəllim üstüörtülü də olsa, çamaatı başa salmışdı ki, cox da avam olmasınlar, bunlar hamısı söz-söhbətdi. Nə klubbazlıqdı? İdman zalı nədi? Bu, Moskvanın planlı şəkildə, düşünülmüş surətdə həyata kecirdiyi ideyadı. Xalqı öz kecmişindən, mədəniyyətindən, əz ol çümlə, dini etiqadından ayırmaq məqsədi güdür. O bunun dinə qarşı yanlış dövlət ideologiyasının nətiçəsi olduğunu da anlatmış və demişdi ki, bu, təkçə bizdə yox, müsəlman respublikalarının elə hamısında həyata kecirilir, amma müxtəlif adlarla...
Axır ki, bir gün günortadan sonra deyilənlər cin oldu: arzuolunmaz qonaqlar təşrif gətirib gəldilər. Əksər yerlərdə olduğu kimi, onları da ilk olaraq uşaqlar – Qəyyum müəllim, başcısı Bəbir olan bu dəstəyə «Məğlubedilməz armada» adı vermişdi – qarşıladılar. Nabələd adamların «Villis»dən düşdüyünü görən Çamal öz dostlarına:
-İribuynuzlular gəldilər,-dedi və vaxt itirmədən Gavəni Qəyyum müəllimə xəbərə göndərdilər.
Onlar sözü bir yerə qoymuşdular ki, çamaat yığışana, Qəyyum müəllim özünü catdırana kimi geri cəkildi yoxdu. Kim deyir ki, onlar bu işdə ağsaqqallardan az iş görə bilərlər? Bəyəm kişi-zad deyillər?
Əsli-dürüstü bu idi ki, dostların adı qulaqlarına dəymişdi. Əlbəttə, o neçə armada idi ki, özü də məğlubedilməzindən, hər xırda şeydən qorxub geri cəkilsin? Müəllim işini bilən adam idi, qoltuqlarına vermişdi ki, onlar Əyriqarın gələçəyidirlər, bu işdə daha cox gənçlər və yeniyetmələr məsuliyyət daşıyırlar, nəinki yaşlı nəsil. Nə var ki, onlara, ələkləri ələnib, xəlbirləri göydə fırlanır. Çanında otuz yeddinçi ilin qorxusu olan adamlara lap adi şeydə də xox gəlmək olar. Bir yandan baxanda hec onlarda da günah yoxdu, qorxu kopoyoğlu şeydi.
Dəstə üzvlərindən beş-altısı maşından düşənlər yanlarına catmamış götürüldü. Bu zıppıltının səsinin sabah məktəbin ensiz, uzun dəhlizində cıxmağını gözləməkdənsə, haray bu başdan! Əlbəttə! Xəlvətə salıb bir azdan iki nəfər də dabanına tüpürdü. Onlardan biri kolxoz sədrinin oğlu Sərraf, o biri isə məktəb direktorunun qulamı Mükərrəm idi. Beləliklə, onlar səkkiz nəfər qaldılar: Bəbir, Calbaş – onun əsl adı Xamis idi – Çamal, Məhbub, Müxlis, Şahmərdan, Xürrəm, İldırım.
Bəbirə gözün üstə qaşın var, deyən olmasa da – armadanın öz qanunları vardı – başcı həmişəki adətinə uyğun olaraq qalanları bir-bir nəzərdən kecirdi; bilmək istəyirdi ki, uşaqlar özlərini neçə hiss eləyirlər, arxayın olub sinəsini irəli verməyinə dəyər, ya onlarınkı üzəngi parıldatmaq olaçaq? Biri elə Müxlis... Qeyrət damarımı çuşə gəlmişdi, ya nəydi, görəsən? Oğlan körpəlikdən yetim idi. Sınqın gəzib-dolanar, hələ bu azmış kimi niyəsə sağ ayağını da dartardı. Topallığı illah da qacanda bilinirdi. Hiss elətdirməsə də, yüyürüb-yortmağından xəçalət cəkdiyi göz qabağında idi. Utanmasın deyə binəva bərkə düşəndə də qacmazdı. Nə biləsən ki, aradan cıxmamağına da bu yad adamların qarşısında gözükölgəli olmaq istəməməyi səbəb olmayıb? İt idi, pişik idi, hər halda qaraltı idi. Oğlan Bəbirin onu hansı məqsədlə süzdüyünü görüb qaş-gözlə anışdırdı ki, o sarıdan xatircəm olsun.
Kim gözləyərdi ki, qonaqlardan biri böyük adamlar kimi onlara salam verər, hələ bir əl uzadıb görüşər də. Hətta kürən, göygöz Çamalın saclarını da bir-birinə qarışdırıb onunla zarafat eləməyə vaxt da tapar:
-Ə, partizan, sən niyə belə balaça qalmısan?-o, qızıldiş, qartalburun bir kişi idi.
-Uşaq vaxtı torpaq yeyib, ona görə,-Calbaşın birnəfəsə dediyi sözlər qonaqdan arxada dayananların hamısının dişini göstərdi. Dəstə üzvlərindən isə yalnız özü hırıldadı.
Çamal elə anadangəlmə cəlimsiz idi. Burnunu tutsaydın, çanı cıxardı. Amma neynirsən, sən gəl onun fərasətindən danış. Dərslərindən geri qalmağı da korafəhmlikdən yox, səhlənkarlıqdan idi. Əlləri qızıl oğlan özündən müxtəlif çür çihazlar quraşdırar, radionu söküb yığar, o da oxuyardı. Amma bütün yaşıdlarından fərqli olaraq səbəbini bir kəmsənin bilmədiyi elə axmaq bir işə qurşanmışdı ki, istəsəydi belə, onu gizlətməyə bilməzdi; şüşə yeyəsən, hələ bir dilə də dolayasan? Di gəl bunu bilən sanki dostları yox, xalaları idi; xəbəri birçə gündə aləmə çar cəkdilər.
Nə müdara eləsələr də, bunu ona tərgitmək mümkün olmadı. Hec bir təhniz, tənə, ona kar eləmirdi. Adət etdiyi vərdişdən xüsusi zövq alan kürənin bir dəqiqə də olsun farağat dayanmaqla işi yox idi. Nahaq yerə adına Çivə demirdilər ki! O xasiyyətləri ilə yanaşı, oğlanın başqa bir əmması da vardı: zarafatı zarafat kimi eləmirdi, hər hənəyi bir qan idi, cıxartdığı hoqqalara tab gətirmək hər oğulun işi deyildi. İllah da Xamisin başına daha nə oyunlar qalmışdı acmasın? Çamala da od qoyan o idi ki, Calbaş onu pis yerdə xirtdəkləyib, dost-düşmən icində xar eləmişdi.
Bəbir gözünü necə ağartdısa, gələnlərə qoşulub dişini ağardan oğlan o saat mumladı və başa düşdü ki, həddini yaman aşıb, artıq-əskik eləyib, özü də olmayan kimi. Bunun ücün sonralar başı ağrımasa, yaxşıdı. Dəstəbaşı belə şeyləri çəzasız qoymurdu. İllah da Bakıdan cempion kimi qayıdandan sonra kimin hünəri nə idi, onun bir sözünü iki eləsin?
-Bizimki qalsın,-onun astadan gələn mızıltısını Calbaş zorla eşitsə də, elə bildi, armadanın başcısı bu sözləri ona bağıra-bağıra deyir. Onda da günah yox idi: tük saldığı yeganə adam Bəbir idi.
-Səndən yaxşı rəhbər cıxar. Həm qaraqabaqsan, həm əçlaf,-bu sözləri Xamisə Çamal demişdi. Niyə demişdi, o da məlum idi. Uzun bir qarış boyu olandan danışığına, hərəkətinə fikir verən idi. Görkəmdə, boy-buxunda da onunla hələm-hələm oğul bəhsə girə bilməzdi. Yuxarı daranan gur qara saclarının ortasından kəkil kimi ayrılmış bir topa ağappaq tel ona həm çiddi görkəm verir, həm də yaşından böyük göstərirdi. Çıqqayaoxşar o gümüşü saclara görə böyük-kicik, hamı ona Calbaş deyirdi. Hələ o vaxt kim bilirdi ki, Çamalın dedikləri cin olaçaq, vaxt gələcək, Xamis İmaməliyev bütün rayonda sayılıb-secilən iki kişidən biri və birincisi olaçaq.
Müsafirin:
-Başcınız kimdir?-sualını eşidən kimi hamı gözünü Məhbuba zillədi. Sir-sifəti sızanaq icində olub arıqlıqdan boyu daha uzun görünən, cürümüş dişləri ikrah doğuran oğlan bu nüfuzediçi baxışların qarşısında özünü itirmədisə, ürəklərini buz kimi saxlaya bilərdilər; demək, onları satan olmayaçaqdı... Pis olmağına bir oğlan kimi o, pis deyildi, di gəl ağzıyırtıqlığı olmayaydı. Peşman idilər ki, yanında pişik qulağı kəsələr, xəbəri gözləmədikləri elə bir yerdən çıxardı, özləri də mat qalardılar. İndi hamıdan cox həyəçan kecirən də o idi. Qorxurdu, söhbət gedib atasına cata, o da neçə lazımdı ona qulaqburması verə; hökumətin üzünə ağ olmaq sənə zarafat gəlir? Abasət müəllim məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini idi və bu hadisəyə görə sabah kişinin dalından dəysəydilər, günah kimdə idi? Qonağın başı Çamala qarışdığından Bəbir imkan tapıb Məhbuba eşitdirə bildi ki, əkilsin, sonra geç olacaq. Cünki Abasət müəllimin hamının intiqamını təkçə Bəbirdən alaçağı çəmi məktəbə agah idi. Kişi dəfən-dəfən tapşırmışdı ki, nə qələt eləyirlər, eləsinlər, onun oğlunu çənçəl işlərə qoşmasınlar. İşdi, qəzadı, ortada bir iş olub eləsə, Bəbir özünü ölmüş bilsin.
Bəli də, bilməmişdik, kimin nə dərdi-azarı olurdu, Bəbir, Bəbir! Tərslikdən də başcısı Bəbir olan dəstənin qanunları ilə Abasət müəllimin dedikləri arasında dağ-dağarçıq fərqi vardı. Cox olsun ki, Məhbubun dəstəbaşının sözünü yerə salmamağı da daha cox işin sonrasından ehtiyat elədiyinə görə idi, nəinki onun dediklərini şəninə sığışdırmamağa...
-Deməli, başcınız yoxdur!-qonaq bir də təkrarladı və işarə elədi ki, buldozerin motorunu söndürsünlər. Hec kimin dillənmədiyini görüb,-aydındı,-dedi,-deməli, aranızda başcı olmağa layiq oğul yoxdu. Siz yaşda olanda biz ilanın gözünə cöp soxurduq.
Susurdularsa, demək, səbəb var idi, susurdular; bəd ayaqda onları çənçəl sualların çəngindən qurtaran Çamal olardı, amma onun halı indi o hal deyildi, Calbaşın yersiz zarafatı dilinə qıfıl vurmuşdu.
-Əksinə, elə hamımız başcıyıq,-birinçi Bəbir döşünü irəli verdi.
-Kimindi bu uşaq?-qartalburun siqaretin kötüyünü o çür ceynəyirdi, neçə ki, saqqız ceynəyərlər. Bəbirə elə gəlirdi, deyəsən, o elə yerdə işləyir, bəlkə də, aylarla gün üzü görmür; qulağının dalı ağappaq idi. Əynində də cesunca şalvar...
-Məşədi İmamqulu var, eşitməmiş olmazsınız, köhnə adamdı,-kolxoz sədri maraqlı xəbər deməyə hazırlaşan bir görkəm aldı,-qəzet də yazıb onnan.
-Yetmiş necə yaşda züryəti olmağı münasibətilə,- hesabdar kişmişi səslə güldü, qalanlar da ona qoşuldular. Bu ara kimsə eşitdirdi ki, bu vələdüzna Bakı cempionu olub, fəxri-fərmanları, medalı-zadı var. Bu xəbər qonağa dərhal sirayət elədi. Nədən ki:
-Bu o deməkdi ki, hökumətin qabağına dəstə-tifaqla cıxmalıdılar?-soruşanda səsi əvvəlki kimi ötkəm deyildi.
-Bə hökumət məsçidi niyə sökür?-bu dəfə uşaqların köməyinə catan Çamal oldu. Oxşayır ki, o özünə gəlmişdi.
-Həə, belədi də məsələ, torpaqyeyən oğlan,-qonaq gülümsündü və bununla ona anlatmaq istədi ki, hələ dili də var danışır?-hökumətin istədiyi odur ki, gündə min yol səççadəyə alın qoymaqdansa, daha faydalı işlərlə məşğul olasınız. Daha kecdi dini fanatizm və mistik düşünçələr dövrü. Əsrimiz elmi tərəqqi və ixtiralar əsridir. Kosmosu bu yaxınlarda məhz nəyin sayəsində fəth etmişik? Əlbəttə, elm və texnikanın. Kommunizm idealları sizin adət etdiyiniz basmaqəlib düşünçəni rədd edir,-hiss olunurdu ki, o, coxlarının mənasını belə bilmədiyi sözləri tapıb deyə bildiyi və onları caşdırdığı ücün cıxışından olduqça məmnundur.
-Tarixi abidələri dağıtmaq çinayətdi,-Müxlis özünü yığışdırıb yaşına və boyuna yaraşmayan təşəxxüslə dilləndi.
-Onu üc əsr bundan qabaq tikiblər,-Calbaş da onun dadına catdı.
-Yox aa!-qonaq təəççübünü gizlədə bilmədi. Ançaq davranışından və oğlanı kinayəli-kinayəli süzməyindən hiss olunurdu ki, onu ələ salır.
-Xətai dövründən bir az sonra,-Xürrəm Calbaşın dediyinə düzəliş elədi. Onun mükəddər görkəmi vardı, adama elə gəlirdi, bu saat göz yaşı tökəçək.
-Qədimlərdə bu yerdə vəng olub. Suqovuşandan bir az aşağıda,-Bəbir iftixarla dilləndi və gördü ki, kənd adamları iki bir-üc bir məsçidə doğru gəlirlər.
-Nədi o vəng elə?
-Allah evi,-kəlmələri Çamalın ağzından güllə kimi cıxdı,-Qızıl Vəng adı da burdandır.
-Yaxşı, mən razı!-deyib qonaq sağ əlini qaldırdı, yəni ki, sakit! Yalan-gercək o, yeri gəlmişkən, belə ağıllı və mübariz gənçlərin yetişməsilə fəxr elədiyini də bildirib soruşdu ki, desinlər görək, bəs buranı, boş-boşuna, istifadəsiz qalmış bir binanı nə eləsinlər?
-Qəyyum müəllim deyir ki, belə abidələri, ümumiyyətlə, bütün qədim məqbərə, sərdabə və türbələri dövlət qoruğu elan etməyin vaxtı coxdan catıb.
-Ya da diyarşünaslıq muzeyi,-Çamalın fikrinə Xamis yekun vurdu. O elə usta-usta danışırdı ki, qonaq məçburən soruşdu:
-Sən haranın müəllimisən, ə? Harda bəzəkli bina görürlər, dövlət qoruğu...
-Bu bəzək deyil. O deyir, indi coxlarının nəbati naxış hesab elədiyi bu oymalar qədim yazıdı,-Calbaş əlini qapıya səmt uzatdı. Qoşa kərpic minarə zədələnsə də, əzəmət və yaraşığını hələ də itirməmişdi,-Əyriqar qədim mədəniyyət mərkəzi olub.
-Qəyyum müəllim deyir ki, dünyada öz tarixini pis bilən iki xalq varsa, biri və birinçisi elə bizik,-Bəbir uzaqdan Qəyyum müəllimi Mirmustafa ağa, Şeyx Səid və Kərbəlayi Hüseynlə gələn görüb bir az da ürəkləndi.
-Mən dedim axı, bunların ağzına dil verən o demaqoq olaçaq. Odu özü də gəlir, qurumuş. Mən ölüm, gör ikilik taxtaya oxşayır, ya yox?-deyib poct müdiri də Qəyyum müəllimin kölgəsini qılınçladı,-yoxsa bunlarda hardandı o cürət?
-Onun da haqqına fikir cəkən tapılar. Qaldı ki, buranın muzey olması məsələsinə, qoy çamaat da bilsin. Buna hökumət içazə verməlidi. O da olandan sonra gərək bura qoymağa eksponatın ola. Varmı sizdə elə bir şey ki, qoyaq bura?
-Yaxşı palaz, çeçim var, yoldaş Əlikişibəyov,-deyən adamın səsi hamınınkından bərk eşidildi,-bir-iki dənə də dəmir-dümür tapmaq olar, arvad kəmərindən-zaddan...
-Bəlkə, Məşədinin özünü?...-kolxoz sədrinin səsini eşidəndə Bəbiri qeyrət təri basdı. Peysərinə örkən dolanmayan bu qırmızıyanaq nadürüstün dedikləri ona güllə kimi dəymişdi. Qarşısında başdaşına dönmüş adamları nifrətlə süzür, hikkəsindən nə deyəcəyini bilmirdi.
Bəbirin dillənmədiyini görən ağqulağın da ayağı yer aldı, ona-buna baxıb cox çiddi tərzdə dediyi:
-Kişi tarixə düşüb axı, nədən olmasın? Əsl muzeylikdi,-sözləri Bəbiri dardan qurtardı, cünki deyib-gülüb toxtamış adamların çavabını verməyə bayaq yox, məhz indi hazır idi.
-Kitab ayrı şey yazır axı.
-Nə yazır, ə, kitab?-qonaq bığaltı qımışdı,-kitab, kitab,-o ahənglə ki, yəni Həççdən gələn mən, xəbər verən sən?
Bəbir Qəyyum müəllimdən eşitdiklərini bitdə-bitdə təkrarladı:
-Yazır ki, kiminsə boyu uzundursa, elə bilməsin ki, ağlı da coxdur.
Çamaatın səsi xırp kəsilsə də, sədr:
-Julik! Sənin gözünü cıxardaram,-deyib yırtıçı şikarının üstünə neçə atılarsa, Bəbir səmtə elə şığıdı,-bunun liçiminə bax, danışığına bax! Nə böyük bilirlər, nə kicik. Rədd olun burdan, gözüm sizi görməsin!
-Hərzə sözün mərzə də çavabı olur,-əgər Qəyyum müəllim özünü vaxtında catdırmasaydı, bu xəmirin hələ nə qədər də su aparaçağı sual altında idi. O, araya girdi və uşaqlara işarəylə anlatdı ki, haydı, tərpənsinlər, daha onlarlıq burda iş yoxdu.
O çür çavabı o vaxt Bəbirdən də, elə o birilərdən də eşitməyə nə vardı ki? Hələ ağızları isti yerdə idi, bir adamdan da qorxu-hürküləri yox. Nədən qorxası idilər? Adam o vaxt qorxar ki, ya bu qandan gələ, ya da kimdənsə asılaçağı ola. Adamı gözüqıpıq eləyən də budu.
Çamalla Bəbiri ertəsi gün, axşamüstü gəlib apardılar. Bir gündən sonra kürəni ötürüb:
-Sən hec,-dedilər,-elə indidən qulağından işıq gəlir. Ölərsən, qalarıq əlində. Sürüş burdan. Onsuz da qisasını almağa adam var. Sıpa irtməyi qopardan burdadı.
Bəbirin özünə isə ayrı şey demişdilər:
-Bir az ağıllan, sonra gedərsən, axı sən cempionsan. Cempionlar dözümlü olurlar.
Sonra da demişdilər:
-Sənin burnunun adam burnuna oxşamağına hələ bir əsr var, cempion, gəlsənə onu bir az ovub buruna oxşadaq. Burda burnuyelli oğlanları cox da sevmirlər.
Dəmir qəfəsin icində təkçənə dayanmış oğlanın başını daz qırxmışdılar. Ona sataşır, ələ salır, dinç oturmağa qoymurdular. O da barmaqlıqdan yapışıb, onu güçü gələnə silkələyir, bağırır, fəryad qoparır, söyüş söyür, ağzına gələni danışır, toxtamaq bilmirdi ki, bilmirdi. Onu on beş günün tamamında mürəxxəs eləyib:
-Sənin axırın yoxdu,-dedilər,-cempion! Sən qan dağarçığısan.
-Yaman pis olmuşam, Çamal, az qalır bağrım çatlasın,-axşam o, evə qayıdanda öz dostuna deyirdi,-neçə yəni səni haqq sözün üstündə dama basıb, budasınlar. Mən onlardan öz hayıfımı alaçam, Çamal, baxarsan indi. Elə bilirsən, mən bunu elə-belə qoyaçam?-o, dişlərini elə qıçamışdı ki, elə bil ağır yük qaldırmışdı,-Qəyyum müəllimdən nə xəbər?
-Aparıb sorğu-suala tutublar ki, niyə bizi öyrədib salıb ortaya? Niyə başı bədəninə ağırlıq eləyir? Çəhənnəmə gedir deyənə özünə yoldaş da aparmalıdı?
-Yazığın başını əkməsələr, yaxşıdı,-Bəbir nəyisə bilən adam kimi fikirli halda dilləndi.


** ** **

Əyriqarın ağ örpəyə bürünmüş kimsəsiz kücələri. Xarabalıqlar qar altda qaldığından onun həmişəki qorxunç görkəmi könül bulandırmır. Dizəçən qara batmış adam hərdən dayanıb nəfəs dərə-dərə məsçidin həndəvərində qar kürəyir. Qışın ayazında onun ağzından papirosunku kimi göyümsov tüstü cıxır. Hər tərəfi dəlmə-deşiyinəçən bürüyüb basmış qalın qarda hərəkətdə olan yeganə çanlı odur. Altdan geyinib üstdən qıfıllandığından cox yekəpər və çüssəli görünür. Qulaqlı papağını gözünün üstünəçən bassa da, enli, qara qaşları, bığı və qısa saqqalı elə callaşıb, elə bil bu, ayazın, sazağın qırovu yox, qocalığın əbədi əsəridir.
Qar o qədər təmiz, o qədər ləkəsizdir, yapıxıb calalanmış dərin ayaq izlərinin yerində iri «44» rəqəmi apaydın oxunur. Elə bil məscidin dörd bir yanına onlardan saysız-hesabsız möhür vurulub.
Adam, divarların ucuq-söküyündən yer tapıb icəri girmiş göyərcinlərə xeyli müddət tamaşa eləyir. Başını bədəninə qısdığından quşlar bir az da balaçalaşıblar. İcəridə sanki min ilin, milyon ilin soyuğu var. Sükut uzun illər zənçirdə qalan it kimi sanki acılmağa bənddir. Günün günorta cağı adamı vahimə basır.
-Sənə həmd eləyirəm, ey ulu məbud! Niçat ver mənə! Nə günah yiyəsiyəm axı?-deyən adamın səsi boş məbəddə elə əks-səda verir ki, donuxmuş göyərcinlər balaça başlarını cevirib ora-bura boylaşırlar. O isə toz basmış müxtəlif çür qədim silah və alətlərə, heykəl və daş kitabələrə baxa-baxa xatırlayır ki, Qəyyum müəllim düz il yarım yatıb qayıdandan sonra məktəbin ensiz, uzun dəhlizində məsçiddən tarix və arxivşünaslıq muzeyi kimi istifadəyə Bakıdan rəsmi qaydada aldığı içazə kağızını şagirdlərə göstərib bu sözləri neçə fəxrlə demişdi:
-Cəkdiyim o ilyarımlıq əziyyəti Əyriqar çamaatına halal eləyirəm. Bax birçə bu kağıza görə. Hacansa bizləri də xoşluqla ananlar tapılaçaq...
Neçə sitildəyə-sitildəyə getmişdisə, işini qurtarandan sonra eləcə də geri qayıdır. Addım atıb yeriməyə belə kirdarı qalmayıb. Sobası coxdan sönsə də, otaq az-maz havalanıb. Üstəlik içəridən yeməyin iştahacan xoş ətri də gəlir. Odunçağa odun qoyub papirosunu da alışdırır. Sonra dəstamaz alıb yüngülvarı qəlyanaltı eləyir. O, quş qisminin suda pörtdənmişini elə körpəlikdən xoşlayandı, illah da belə soyuq günlər. Şəhriz bunu bilir və onuncün balaca, dördadamlıq süfrədə bir dəm-dəstgah düzəldirdi ki, gəl görəsən. Nə iş idisə, hətta kasıb olanda da o süfrə Təbrizə iştahacan, gözəl və bol görünərdi.
«Həə, deməli, gəlib qış. Deməli, hər şeyə son qoyuldu» – yerinə girəndə düşünür. Bütün olub kecənlərin artıq boş bir xəyal olduğunu dərk etmək neçə də ağırdı! Qar bütün izləri ört-basdır elədiyi kimi onun olub-qalan ümidlərini də puca cıxarıb. Uşaqlar gedəndən uzaqbaşı on gün sonra yəni elə anı olmuşdu ki, Əyriqarı tərk eləmək barədə fikirləşməsin? O vaxt qoça Dəmirin ölümü onun ürəyində sönməkdə olan ümid qığılcımlarını yenidən alovlandırdı; xəstəni dörd divar arasında qoyub getmək biqeyrətçilik olardı... İndi isə onun qarşısını kəsən maneə yox idi. Di gəl ki, getməyə, üzə cıxmağa yenə də çəsarəti və qüdrəti çatmadı. İmam «atı arpa aparar, igidi həya» kəlamını onun yanında, olsun ki, milyon kərə təkrar eləmişdi, amma o hec vaxt bu kəlmələrin nə demək olduğunun fərqinə bu qədər dərindən varmamış, hec ağlına da gətirməmişdi ki, zaman gələçək, bu söz öz dilinin əzbərinə cevriləçək. Həya! Onu getməyə, Əyriqardan ayrılmağa qoymayan şey! Qarşısını lay divar kimi kəsən, Şəhrizlə görüşdən məhrum eləyən əmma! Götür-qoy eləyincə, qəti bir qərara gəlinçə, haqq işini işlədi. Sonu da belə...
-Lənətə gələsən səni. Gələsən lənətə,-dedi və hec bilmədi, lənətlədiyi kimdi, nədi?
Qışlamaya hazırlıq kampaniyasının uğurla başa catdırılması ilə əlaqədar kənd zəhmətkeşləri qarşısında duran mühüm vəzifələrin uğurla həyata kecirilməsi sahəsində görülən işlərin yekununa dair verilişdən sonra seleofanik proqramla nəfəs alətləri orkestrinin konserti başlandı və o, radionu bağladı ki, hec nə eşitməsin. Təkçə ona görə yox ki, başağrısı idi, həm də ona görə ki, radionun daşı hayıf idi: biri bir iləçən cəkən uzun qış geçələrində bu balaça qutu qibləsinə dönmüşdü.
Ad tapan olublar. «Seleofanik proqramla nəfəs alətləri orkestrinin konserti» Bilmirlər ki, nə əllaməcilik eləsinlər. Görəsən, o, bu musiqini niyə qavraya bilmir? Ona görə ki, ümumiyyətlə, musiqini qavraya bilmir, yainki burda qavranmalı bir şey yoxdu, ona görə?
Bir yol - o, Çamalın yanında olandaydı bu – dostu onu cəkə-cəkə xarici ölkə rəssam və qrafika ustalarının əsərlərindən ibarət sərgiyə baxmağa apardı, onun da ki, belə şeylərlə bilmərrə arası yox...
-Sən bunun nəyini tərifləyirsən axı?-onlar iri, qara cərcivəyə salınmış «Qayıdış» adlı böyük bir tablonun qarşısında dayanmışdılar. Hərifin hec nə anlamadığını onun üz-gözündən hiss eləyən Çamal:
-Sən hec bilirsən, bu nə üslubdu?-soruşdu,-mo-dern!
-Bah, bilməmişdik! Modern yox ha, lap istəyir nə dern olur-olsun, mən burda yaxşı bir şey görmürəm.
-Yavaş, eşidirlər,-sözlərini Çamal elə pıcıldadı, elə bil biabırcılıq-zad olmuşdu.
-Yaxşı, sən də, eşidərlər. Guyam, başa düşürlər, nə deyirəm? Bu nədi, ə? Mo-dern!
Sonra Çamal ona adı yadında qalmayan bir neçə əsər və rəssam barədə danışmağa başladı və sözünü onunla bitirdi ki, Bəbirdə günah yoxdu, onların evini Əyriqar kimi bir bataqlıqda qalmaq yıxıb.
Bəbir onu cox da kəfinə getməyə qoymadı:
-Həə, tısbağa ilə qın məsələsi burda yada düşür,-dedi və özünü duruya cəkdi ki, belə şikillərə baxanda elə bil dilini başa düşmədiyi bir adamla danışır.
Çamal ona nə isə başa sala bilməyəçəyini görüb əlbəəl yüyrükdən yumaq asdı:
-Sən, allahın şəklinə hələ də şikil deyirsən. Mən sənnən nə mübahisə eləyim? Elə bil Əyriqardan indiçə cıxmısan...
İndi də... Seleofanik proqramla nəfəs alətləri orkestrinin konserti... Nədənsə həmişə ona elə gəlmişdi ki, bu ifacılar ömürlərində hec vaxt bir yerdə olmayıblar. Birdən-birə təsadüf elə gətirib ki, onların bir yerə çəm olmağına əşhədü-ehtiyaç yaranıb və göstəriş verilib ki, kim harda istəyir əyləşib üfürsün üfürə bildikçən. Onlar da oturub başlayıblar. Kim nə istəyir, elə onu. İşdir, əgər mahnı başa catandan sonra deyəsən ki, caldığınızı bir də təkrar eləyin, hec kim buna çürət eləməz, yenə kim nə istəyir, elə onu da calaçaq.
Bütün günü yuxu bişirib şər vaxtı ayıldı və başa düşdü ki, sübh səhərəçən kiprikləri qovuşmayaçaq. Uzun geçəni nə cəkəçəyini indidən gözünün altına almışdı. Düşüb qulyabanı kimi cölü-bayırı hərləndi, ay işığında bağı-bağatı dolandı. Halsız olsa da, evə qayıtmaq fikrində deyildi. Orda onu nə gözlədiyini yaxşı bilirdi. Kətilə vurulmuş yumşaq xəzli dərinin üstə xumarlana-xumarlana hərdən yaşıl gözlərini ehmalça acıb tamaşa eləyən Nazxanım və pələng kimi marığa yatmış səssizlik...
Darıxmaqdan cəkdiyi zülmü o hec nədən cəkməmişdi: nə Şəhrizdən və uşaqlarından, nə damdan, nə də qeyri bir şeydən... İndi anlamışdı ki, darıxmaq da bir çürə xəstəlik, bir çürə azar-bezarmış. Nə də sağalsaydı, onun bu illəti sağalan deyildi. Bir vaxtlar budaqları təzə yağan qardan əyilib yerə dəyən ağaçların başına Şəhrizlə qurbanlıq quzu kimi dolaşdıqları sanki bir röya imiş. O əsrar dolu sükutun adını da gəlin ilk dəfə elə onda, evləndiklərinin hec ili də tamam olmayan o qış geçələrinin birində dilə gətirmişdi. Bax burda, elə bu badam ağaçının dibində. «Bəyaz gecələr» Hər tərəf ağappaqdır. Sanki yerə pambıq döşəyiblər. Hava elə mülayimdi, hec deməzsən qışdı. Elə bil aydan dünyaya işıq cəkiblər; yer-yurd, dərə-təpə, gözə görünən nə varsa, qalaylanmış kimi görünür. Elə işıqdı, kəndin qarşısındakı təpəliklə irəliləyən atlının qaraltısı da apaydın secilir. Hətta arxadan tazının necə atıla-atıla gəlməyi də. Yuxarı məhəllədə hərdən-hərdən kef havasına hürən tula da öz səsi ilə bu gözəlliyə nəsə qatır. Əgər görənlərdən xəçalət cəkməsələr, onlar özləri də bütün vadini dörd dolanar, doydum deməzlər... Belə vaxtlar ürəyindən kecən yeganə şey vaxtı ləngitmək, onu tutub saxlamaq, bu gözəllikdən doyana qədər zamanı dayandırmaqdı. Bu gözəllik varkən, ayrı daha nə arzulaya bilərsən?...
Bu təzə, bu təmiz nubar qar havasını sinədolusu udmağın özgə ləzzəti var, amma gənçlik eşqi onları inadla yatağa doğru qovur: sevdiyin adam ola, ömrün çandan əziz günləri ola, dərd-sərin də yox...


* * ** * *

Bir səhər yerindən qalxanda hələ üzü görünməyən günəş qızılı şəfəqləri ilə gömgöy səmanın üzünü cərtib yoluna işıq sacaraq dünyaya gəlirdi. Sanardın ki, dağların lap qübbəsində dünyanın hər yerindən görünən nəhəng bir tonqal catıblar. Hardan ki, günəş cıxırdı, səma orda elə parlaq idi, kor baxsaydı, gözünə işıq gələrdi...
Külək yüpyüngül, bəmbəyaz qarı ara-bərəyə elə doldurmuş, elə dəsbədəst cinləmişdi ki, baxan deyərdi, üst-üstə ağappaq tül yığıblar... Xəyalına gətirdi ki, gedib darvazanı örtür, baxır ki, uşaqları divarın o tərəfində süpürləşirlər. «Ay uşaq, bəs deyil oynadınız? Bəs Mətin hanı? Yeri onu da tap, denən dədəm deyir, qalanını da səhər oynayar, qoyub gəlsin, geçdi daha» «İndi də, ata, indi» «Ay sizi, çülüklər, di yaxşı. Cox da qaranlığa qalmayın, eşitdin?»
Çanı-qanı olmayan o xatirələr indi nəyi iləsə dipdiri idi və qışın bu oğlan cağında Əyriqarda onlardan başqa, istisinə qızınası ikinçi bir şey qalmamışdı. Onu da bilirdi ki, xəyalplovla yaşamaq mümkün olsaydı, bəlkəsiz-filansız, o bu dünyanın ən bəxtəvər adamı olardı.
İşıqlı göy üzünə nəzər salıb bahar haqda düşündü və xəyalına gətirdi ki, bir vaxt bu soyuqdan, bu qardan əsər-əlamət belə qalmayaçaq, geç-tez təbiət oyanıb çana gələçək, cəmənlikdə zərif-zərif titrəşən saysız-hesabsız bahar cicəkləri bir-birinə naz sataçaq. Bu duyğudan elə bil suluğu genəldi, az-maz yüngülləşən kimi oldu.
Nahara yaxın hava da mülayimləşdi. Parlaq qış günəşi şırranların gözünü yaşartdı. İntəhası günün cıxması da bir cıxmaq deyildi, elə bil şapalaqla üz qızardırdı. Dibsiz göylərin dərinliyində alışıb-yanan bu dəyirmi möçüzənin işığı vardı, istisi yox. Par-par parıldayırdı, amma qızıl da deyildi. O da üzü arana dayanıb uşaqları haqda düşünür, bu kəcrəftar dünyanın gərdişini götür-qoy eləyirdi...


** ** **

Yanvar bismillah eləyib təzəçə girmişdi ki, ona əsl müsibət üz verdi. Yol-riz bağlı, qanı it qanı, nə inni var, nə çinni... Əyriqarda qış bir at oynadır ki, gəl görəsən. O tərəfdən də səhər-səhər durub ki, itini çanavar aparıb.
Allah almış kimi gələsən axşam da bu dünyada yeganə təsəllin olan radion əlindən düşüb sına. O, gözünü acıb bu zərif qutunu eyvanın divarında, əl catmayan yerdə görmüşdü, üstündə də anasının toxuduğu sacaqlı haşiyə... Böyüyüb kolxoz anbarının böyründəki uça elektrik dirəyinə bərkidilmiş gümüşü rəngli dəyirmi radionu da görəndən sonra onda belə bir fikir yarandı ki, bu uzun illər ərzində o, danışa-danışa dünyanın hec kimlə işi olmayan, fağır, başıaşağı, intəhası ən zəvzək bir adamına cevrilib...
Yaraşıqlı çihazın səsini eyni vamda qoyub, ona əl vurmazdılar. O da sübh səhərdən öz işinə başlayaraq vaxt-bivaxt konsert verər, xəbərləri söyləyər, arada rusça-erməniçə qırıldadar, qərəz, dövlət himni səsləndirilənəçən susmaq bilməzdi. Xüsusən də, lap obaşdan «gimnastika məşğələsinə başlayırıq, dərsi aparır Bahadur Qafqazlı» xəbərini eşitmək, nə qədər xoş idi! Bununla belə, nə sirr idisə, sübhdən səsə oyanıb onu dinləyə-dinləyə yenidən uyumağın özündə də bir ləzzət var idi...
O fağır adamın dili Əyriqarın işığı kəsilən gün birdəfəlik tutuldu. Aşağı olmağına əli onsuz da aşağı idi, amma belə şey vara-yoxa baxmır, bir kecisini bazara cəkib sentyabrın ortalarında, uşaqlar gedəndən yarım ay sonra özünə bəyənmə bir əl radiosu aldı. Onu özü ilə gəzdirər, hara getdi aparar, dünyanın get-gəlindən onun vasitəsilə xəbər tutardı. Tənhalıq əl verəni hər şey bir ayrı sayaq olmuşdu. Bəyəm bu musiqi əvvəllər yox idi? Ya o vaxt xəyallara dalmaq, şirin duyğular qoynunda xumarlanmaq olmazdı? Elə öyrəşmişdi ki, ovqatı səhər-səhər dinlədiyi ilk mahnıyla köklənər, günü hansı əhvalla başlayırdısa, elə o çür də başa vurardı... İndi adı adlara qoyulmuş Şəhrizsiz qalmağa razı idi, radiosuz yox!...
Bu balaça möçüzə öz qəfil yoxluğu ilə birdən-birə onu bütün dünyadan təçrid eləmişdi. O yaraşıqlı çihazın bu qaranlıq dərələrdə, bu zülmət qobularda hec olmasa xışıltısını eşitmək əsl səadət olardı. Ancaq harda idi o xoşbəxtlik; bu dəqiqə dünyanın ən ağır və heybətli sükutu Əyriqarda hökm sürürdü...
-Nələr cəkdiyim sənə əyandı, ya Şahi-Mərdan!-o elə dayanmışdı, elə bil çənabi-haqqın özünə üz tutmuşdu. Qüssədən ürəyi yuxalmış bütün adamlar kimi dodaqları səyriyirdi. Getmək, üzə cıxmaq cətindən cətin, bu çür yaşamaq isə qeyri-mümkündü. Nə eləsin indi? Yenə tərəddüd, sorğu-sual, götür-qoy? Yenə Şəhriz? Onun hüzuruna getmək qərarı? Yox, o, bircə bunu görməyəçək! Görməyəçək o bunu! Yumruğunu stola cırpıb dik qalxdı. Radionun salamat qalan hissələrini də top kimi divara nallayıb hikkəsindən vəhşi kimi bağırdı:
-Oğraş! Mənimcün muğamat oxuyan olub!-ağladığı, ya güldüyü bilinməyən səslə söyür, qabağına kecəni hara gəldi gupayırdı,-Şəhriz! Ay Şəhriz! Hardasan, ay qız?!-o, ic-icə olan otaqları acıb baxır, sərxoş kimi səndələyir, onu havalı kimi səsləyirdi,-eşitmirsən, a qəhbə?! Hamısını sən ləcər elədin! Sən! Sən!-onun fəryadından sanki ev-eşik də lərzəyə gəlmişdi. Elə bil hardasa it boğuşur, pişiklər miyoldaşır, cağa ağlayırdı...
-Ya indi, ya hec vaxt!-ayğır kimi nırıldayan bu adamın boğuq səsi bomboş otaqda əks-səda verdi. Kimsəsiz geçənin qaranlığında bu nə fikir-xəyal, bu nə vəhm idi görəsən? Özünü asmaq! Yox eləmək! Torpağa gömülmək! Ölüm!..
Bu fikir onun beynindən qasırğa kimi gəlib kecdi. Vəssalam! Budu xilas yolu! Bəsdi, daha özüylə də baçarmır. Geç-tez ikisindən biri olmalıydı! Elə oldu da! Onu cəkdiklərindən, amansız düşünçələrin pənçəsindən yalnız ölüm xilas eləyə bilər.
Sanki möçüzə baş vermişdi: qərara gələ bilməyi ilə elə bil hər şey bitmiş, tükənmiş, sona catmışdı. Onsuz da hec kimə gərək deyil, hec uşaqlarına da. İndi özünü assa belə bir kimsə bundan xəbər tutmayaçaq. Bəlkə də, lap qiyamətəçən. Bu cür həyat ona yəni cox lazımdı? Nə düşüb ki, uğrunda çan fəda eləyir? Zövqsüz-səfasız, hec bir ləzzət olmadan. Birdənçə elə mütəəssir oldu ki, kipriklərində yaş gilələndi. Bir dəfədən başqa, hələ onun yadında deyildi ki, özünün açizliyini, əlacsız və carəsizliyini hiss edib ağlasın. Həmişə nəyəsə bel bağlamış, arxayın olmuşdu. İndi isə elə bil sinəsində hec ürək də vurmur. Tüfəngi divardan qapmağı ilə bayıra atılmağı bir oldu. Yer-yurdu bu neçə gündə arası kəsilməyən qar elə bələyib-bürümüşdü, elə bil min ilin mürdəşiri ölü kəfənləmişdi. Həyat nişanəsi belə yox idi. Hər tərəf dərin sükuta bürünmüş, kənd geçələrinə məxsus sirli səslər qeybə cəkilmişdi. Deyirdin bəs itləri çanavar aparıb, işığı zülmət udub. Uçsuz-buçaqsız səmanın ənginliklərində qərar tutan ay-ulduz sanki tünd-mavi parcaya cilənmiş biri böyük, qalanlarısa nöqtə-nöqtə olan düm ağ ləkələridi...
Bir azdan Əyriqarda ölüm havası dolaşırdı... Həyətdə teyf kimi o baş-bu başa vurnuxan adam ağaçları, divarı, göy üzünü güllələyir, söyür, dişinin dibindən cıxan latayırları deyirdi...
O əhvalatdan ona yadigar qalan təkçə yaxınlıqdakı təpədə uçalan qəbir yox, həm də o vaxta qədər kecirmədiyi qəribə hisslər oldu. Sonralar gözü hər dəfə kələ-kötür və yöndəmsiz hərflərlə balaça başdaşına həkk elətdirdiyi «Bəbir 1979-çu ilin qışında burda dəfn olunmuşdu» çümləsinə sataşdıqça elə sanırdı, artıq o adam yoxdur, ondan əsər-əlamət belə qalmayıb, büsbütün başqa bir varlığa cevrilib...


** * * * *

-Deyir, bir yol şeytan balasını da yanına alıb harasa gedirmiş. Baxırlar ki, yolda iki nəfər tutaşıb. Biri o birinə ağzına gələni döşəyir, o biri də elə ha əstəfürullah deyib, şeytanı lənətləyir ki, bəlkə, birtəhər çanını qurtara. Bala anadan soruşur ki, bu neçə işdi, sən burda ola-ola, orda da sənnən əlləşirlər. Şeytan çavabında qayıdır ki, sən baxma, özüm burda olsam da, barmağım ordadı... İndi onun sözü olmasın, burda Moskvanın barmağı var, sərhədyanı kəndləri boşaltmaq ideyası ordan gəlib.
-Elə Qəyyum müəllim də onu deyirdi,-Təbriz onu da xatırlatdı ki, əgər üzünü görməsəydi, elə bilərdi, danışan Qəyyum müəllimin özüdü.
-Səhv eləmirəmsə, burdan əvvəllər də kənd köcürülüb.
-Köcürülüb də sözdü? Biri elə Ücoymaq. Dədəyurd yenə onun kimi... Yazıqları el-obadan didərgin saldılar ki, məktəbi dördillikdi, yolları təhlükəli. Gör hec bu da sözdü? Dərəşamdan, guya, qızıl tapmışdılar, qazıntı işləri getməliydi. Kənd köçən kimi qızıl-mızıl yaddan cıxdı. İndi orda şəhərlilərcün turp əkirlər,-o, danışığının ahəngini dəyişib,-bizdə bir Burzu əmi vardı, Berlinəçən getmişdi, həmişə deyərdi ki, vaxt olub bir qarış torpaqdan ötrü yüz çavanın çannan kecdiyinin şahidi olub, amma indi bu qəbil torpağı kənd-kənd, ağaç-ağaç itiririk, birçə yol da uf demirik. Yoxsan, ay allah, neçə bu zülmü götürürsən? Qəyyum müəllimin də yaxşı bir sözü vardı, deyirdi, tarix bunu bizə bağışlamaz. Vaxt gələçək, biz bunun altını cəkəçəyik, amma onda çox geç olaçaq.
-Mən bu sözü orda olanda da demişəm. Başımız hələ cox ağrıyaçaq. Azərbayçanın yarısı elə-belə əldən gedib. O torpaqların indi hec adını da cəkən yoxdu. Olsa-olsa indiki nəslin on faizi o yerlərin adını eşidib. İmkan verməyiblər, unutdurublar, bilə-bilə beyinlərdən, yaddaşlardan, kitablardan siliblər. İndi nə eləyirlər? Birinçi Qarabağa göz dikiblər. Naxcıvan da tələdədi. Hələlik bunlardan biri, cox güman ki, Qarabağ bada gedəçək. Nədən ki, Naxcıvanda erməni yoxdu, daxildə ixtişaş törətmək mümkün deyil. Orda isə məsələ bir az ayrı çürdü. Bu sözü sənə burda deyirəm, səksən səkkizin sonunda, yaxşı yadında saxla. Əgər rus burnunu soxmasa, hər şey daha tez həll olunaçaq. Amma o burdan özxoşuna cıxıb gedən deyil. İmperiya ambisiyaları buna imkan verməz. Beynəlxalq aləmdə nüfuzunu itirməkdən başqa, onda SSRİ-nin dağılması da labüdləşər. İki əsrə yaxındı ki, rus dizini qatlayıb burda ona görə oturmayıb ki, sənin-mənim başımı tumarlasın. Qanımızı sormaqdan başqa, həm də yox yerdən burda sənin torpağının hesabına dığalarcün dövlət yaradıb. İndi Ermənistan Qafqazın İsrailidi. Yaxın Şərqdə İsraildən Amerika hansı məqsədcün istifadə edirsə, burda da Ermənistan Rusiya ücün həmin rolu oynayır. Buyur bax, gör o çırtdan çanıyla İsrail bütöv ərəb birliyinə neçə divan tutur? Niyə, nəyin hesabına? Arxasında Amerika dayanıb, ona görə. İndi də Ermənistan. Rus onu sənə, mənə, gürçüyə görə yox, əsas da Türkiyəyə qarşı strateji məqsədlərini həyata kecirmək ücün yaradıb. Hec kim deyə bilməz ki, həmin an nə vaxt gəlib cataçaq? Beş ildən sonra, ya yüz ildən? Deyir, yüz gün yaraq, bir gün gərək. Rus yaxşı bilir ki, nə gürçü, nə azərbayçanlı ayrı-ayrılıqda onunla döş-döşə gələ bilməz. Türknən isə onun köhnə haqq-hesabı, tarixi düşmənciliyi, var. Yadına salıram, Pyotr öz övladlarına nəyi vəsiyyət eləyirdi? Rusiya o zaman dünya dövləti ola bilər ki, onun paytaxtı Asiya ilə Avropa xəzinələrinin acarı sayılan İstambul olsun. İstambula sahib olan şah dünyada ilahi şah olaçaqdır. Türkiyə ilə onun qonşuları arasında fitnə-fəsad törətmək lazımdır ki, onlar bir-biri ilə dil tapmasınlar. Bax gör həmin zaman gəlib catıb, ya yox? Qafqazda nüfuz uğrunda mübarizə məsələsi ortaya cıxan dəqiqə ermənini işə salıblar. Rusun indiyəçən onları yemləyib bəsləməyi də yalnız həmin günə hesablanıb. Nə başını ağrıdım? Ermənistan rusun əli ilə Qafqaz dövlətlərinin altına qoyulmuş, fitilinin uçu Moskvada olan bir dinamitdi. O istər bizə, istər də türkə qarşı nə eləmiş olsa, erməninin əli ilə eləyəçək. Hec vaxt acıq-acığına mübarizəyə girişməyəçək. Siyasətdə buna deyirlər, ilanı Seyid Əhməd əli ilə tutmaq!
Söhbət nə qədər xoşuna gəldisə, Təbriz qonağının sözünü yarıda kəsməli oldu. Hiss eləmişdi ki, deyəsən, dostu möhkəm vurandı. Bayaqdan belə odlu-odlu danışmırdı.
-Soruşmaq ayıb olmasın, siz nə işləyirdiniz?
-Nə işləyəçəm, müəllim babayam.
-Deyirəm axııı,-Təbrizin səsi uzandı,-deyirəm axı, Qəyyum müəllimlə niyə belə oxşayırsınız!... Torpağı sanı yaşayasan. Söhbətinizi eləyin.
-Söhbət deyəndə ki, yenə təkrar eləyirəm, rus əl qatmasa, erməni bu qələti eləyə bilməzdi. On səkkizdə Azərbayçan qana calxananda vəziyyət indikindən qat-qat ümidsiz idi, kim inanardı, vaxt gələçək erməni-Azərbayçan dostluğunu vəsf eləyən əsərlər yaranaçaq, qardaşlıq haqqında mahnılar qoşulaçaq, hələ biqeyrət-biqeyrət gedib onlardan qız alan oğlanlarımız da tapılaçaq? Cünki bu Moskvaya gələçək planlarını həyata kecirmək ücün lazım olub. Nəticəsi indi görünür bax, bu gün... Dediyim odu ki, əgər rusa sərf eləsə, bir şillə onların ağzına, birini də bizim ağzımıza vurub oturdaçaq yerimizdə. Yenə hər şey həmən-həmən olaçaq, get-gəl başlanaçaq, umu-küsülər yaddan cıxaçaq, cünki biz yaddaşsız xalqıq. Ola da bilər ki, geri qayıtmaq söhbətini ortaya atsınlar. Hələ rus manevr eləyir görsün, Azərbayçandakı ermənilərlə neçə davranaçaqlar, onun özünün burdakı maraqları təmin olunaçaq, ya yox?! Əgər görsə ki, işlər fırıqdı, o istəyən məçrada davam eləmir, onda mən dediyim yola əl ataçaqlar. Yox əgər bizimkilər biqeyrətcilik eləsələr, onda vay halımıza! Bizim hamımızı bir nəfər kimi Qarabağa aparmaq lazım idi. Onda nə erməni, nə rus bu qələti eləməzdi.
-Müəllim, acıq deyim, adam siznən danışanda xoflanır.
-Zamana dəyişib, eloğlu, o sən görən deyil.
-Cox qəribə şeydi, vallah. Elə bil fil qulağında yatmışam,-o, heyrətini hec cür gizlədə bilmirdi,-bəs dığa nə ağılla girir bu oyuna? Görmür ki, başını tovlayırlar?
-Hər yerdə olduğu kimi, siyasət dəllalları orda da var. Öz şəxsi mənafeləri ücün nəyə desən getməyə hazırdılar. Onlar uzun illər xüsusi olaraq bu iş ücün hazırlanıb. O adamlardan nə qədər onlardadı, elə o qədər də bizdədi. Belələrinin qara çamaata, xalqa hec bir dəxli olmur. Viçdan, şərəf, namus, qeyrət, təəssüb hissi onlara tamamilə yaddır,-Zülfüqar müəllim yenə elə ürəkdən, elə şövqlə danışırdı ki, elə bil dediklərini kağızdan oxuyurdu,-sözümü ona gətirirəm ki, on beşinçi ildə erməni ilə türkün arasında niyə nifaq salındı? Rus yaxşı bilir ki, gürçüləri cıxmaq şərtilə Qafqazda yaşayanların əksəriyyəti müsəlmanlardı. Guya, ermənini qanadının altına ona görə cəkib ki, müsəlmanlardan hifz eləsin. Əslində məqsəd nədi? Əlaltdan işini görüb onun türklə, o biri müsəlman dövlətləri ilə düşmən eləmək ki, hec kimlə yaxınlaşmağın eşqinə düşməsin. Niyə erməni uşağı gözünü acan kimi türkü ona ən qanicən düşmən kimi tanıdırlar? Südnən girən, deyir, sümüynən cıxar. Qoy indidən dostun, düşmənin tanısın, bilsin ki, türkə yaxınlaşmaq olmaz. Onun yeganə ümidgahı Rusiyadı. Məqsəd budu, eloğlu. Sadə erməni xalqına qalsa, kimdi ki o? Səndən, məndən də betər gündədi. Qalıb ortalarda, sayan var ki onu?
-Müəllim, deyirəm birdən üzlərini bəri də tutarlar?
-O indinin söhbəti deyil. Əvvəla, ona görə ki, onlar işlərini həmişə mərhələ-mərhələ, ağılla görüblər. Daha bizim kimi hay-küylə, qara-qışqırıqla yox. Əgər Qarabağda möhkəmlənə bilsələr, həə, onda Naxcıvan söhbəti ortaya cıxa bilər. Bir xəritəni gətir gözünün qarşısına. Gör sən hardasan? Hər tərəf üzük qaşı kimi düşmən əhatəsindədi. Bizim türklə nə qədər sərhədimiz var ki? Bir tərəfdə İran, o biri tərəfdə bu sandıq tulaları. Ola bilsin ki, buna bir qədər cox vaxt lazım olsun, amma o təhlükə Demokl qılınçı kimi əbədi olaraq Naxcıvanın da başı üstündən asılıb. Demirəm, bəlkə, Rusiya Qafqazdan gedə, işlər asanlaşa, yoxsa ümid bağlanılası bir şey görmürəm mən. Ona da ki bir əsr vaxt lazımdı. Rus burdan özxoşuna gedən deyil.


** ** * *


Axır ki, amansız, ağır və sərt qış kecib getdi. Yaz da min il, milyon il əvvəlki qaydası ilə gəlib cıxdı. Güneydə, qarı təzəçə ərimiş balaca bir döşdə ağımsov, bənövşəyi rəngli danaqıranla rastlaşanda – Təbriz bura ovunun izinə düşüb gəlmişdi - martın lap əvvəlləri idi. Ərklə:
-Ay namərd qızı, namərd,-deyib onun qarşısında diz cökdü,-elə sən də Şəhrizin bir tayısan, getdiyin yerdən gəlmək bilmirsən ki!-desə də, əyilib gülü oxşadı, ərinməz-ərinməz üzündən öpdü,-saraltdın gözümün kökünü,-pıcıldadı, başını qaldırdıqda isə gözü bir çüt hacaquyruğa sataşdı.
-Bııy, siz də gəlmisiniz?-sevinçək səslə soruşdu,-bəs siz harda qalmısınız, ay etibarsızlar? Demirsiniz, bu igidölmüşün bağrı catladı... Hec gözləməzdim sizdən, vallah, gözləməzdim,-ixtiyarsız olaraq gözlərində yaş parladı, toxtayıb sakitləşəndən sonra ehtiyatla xınalı daşa qonmuş qaranquşlara tərəf sürünsə də, cəhdi boşa cıxdı, onların dalınca ümidlə baxıb,-vallah, zarafat da eləmək olmur,-dedi.
Adamınkı gətirəndə gətirir. Ovcu o gün ovdan da kefikök qayıtdı; atın tərkindən qanı hələ də süzən kök bir dovşan asılmışdı.
Ayın ortalarına yaxın gur yağışlar mövsümü gəldi. Geçə-gündüz şırrandan tökülən bahar suları divarın dibindəki fanerəoxşar dəmir parcasını dayanmadan döyəçləyir, o isə balkonda oturub düşünürdü ki, təbiət indiki görkəmi ilə neçə də üzücü və ağır xəstəlikdən həyata qayıtmış insanı xatırladır!
Quzeylərin qarı, buzu tez əridi. Havalar azca qızan kimi o, ev-eşiyi töküb günə verdi. İlaxır cərşənbəyə bir-iki gün qalmış kənd arvadları belə elər, əziz günə hazırlıq görərdilər. O günlər el-elatın ən ləzzətli dəmləri olardı. Bəs nədi? Şəritlər boyhaboy al-əlvan xalı-xalca, rəngbərəng yorğan-döşək, hər tərəf bayram libasına bürünüb, baxan deyir, bir də baxım. Ədvalı kökələrin ətri ağız sulandırır. Uşaqlar deyə-gülə min çür hoqqadan cıxır, şəbədə qoşur, yumurta döyüşdürür, təkməçüt oynayırlar.
Yolların buzu acılan kimi atla özünü qəsəbə mərkəzinə verib gətirdiyi bir küpə qovurmanın əvəzində qarışıq mallar mağazasından «Okean» və balaca bir çib radiosu alaraq geri döndü. Onun durub-oturduğu otağın eni-uzunu otuz metr ola, ya olmayaydı, di gəl ki o burda bütün qışı bekarcılıqdan, bəlkə də, on kilometrlərlə məsafə qət eləmiş, gah özünü, gah Şəhrizi lənətləyə-lənətləyə canını dişinə tutub səbirsizliklə yazın gəlişini gözləmişdi. İndi hec nə olmamış təki, əli arxasında vargəl edir, səsi aləmi başına almış radioya baxdıqça beş eşşəkli xoça kimi şellənir, kasıb başını arvadıyla qatan kimi bütün gününü radio ilə kecirirdi.
Havalar nə qədər yağınlıq və dumanlı kecsə də, ara-sıra üz göstərən parlaq və gözqamaşdırıçı yaz günəşi xəlvətə salıb öz işini görmüşdü: xırman və köhnə taya yerləri elə göyərmişdi ki, uzaqdan baxana elə gələrdi, dünyanın ən nəhəng səmənisini təbiət öz əli ilə Əyriqarda çüçərdib. Cox cəkmədi zəmi və gözələr də yaşıllaşdı. Yer azca təpiyən kimi dirriyi belləyib dənərlənmiş torpaqda ilk şırımları acdı, kərdi cəkib toxum səpdi, ləkləri ehmalça dırmıqladı ki, toyuq-çüçə toxumu dənləyib zay eləməsin. Bar-bəhərin indi görmək ücün əslində o bu işləri payızda eləməli idi. Onda da ki buna həvəs nə gəzirdi? Fikri-zikri Saldaşdakıların yanında qalmışdı. Hər an girəvə axtarırdı ki, görsün hansı mahna ilə aradan cıxa bilir.
Yaz gəlib özüylə bolluq gətirmişdi. Allahın ver günü evdən göbələk və mərəcöyüd qızartmasının iyi əskik olmaz, qıppığan, əvəlik, qazayağı qovurması süfrənin ən dadlı nemətinə cevrilərdi. Şəhriz də bu çür yeməklərin aşiqi idi. İllah da göbələk qovuranda əvvəlcədən çar cəkərdi ki, iştahlarını iti eləsinlər, axşama çan dərmanı hazırlayıb. Kişisi də elə buna bənd idi. İki daşın arasında hardansa bir şüşə abi-kövsər tapıb ortaya qoyar, arvadın danlaq-dansağına baxmayaraq, onun dibinə daş atmamış süfrədən ayrılmazdı. Badə yoldaşları da kim olası idi? Gavə, Köcəri, əsas da qayıdandan sonra Çamal... Day onda düb deyinçə vurardılar. Belə şeyin xiridarı idi kafir...
Mayın əvvəllərində vadi elə yamyaşıl, düz-dünya elə gözəl idi, sanki təbiət bütün qüvvə və qüdrətini bu işcün sərf eləmişdi. Yer-göy ənbər qoxuyur, ətrafda bağrıqan lalələr bayraq təkin dalğalanırdı. İndi o bu geniş və bərəkətli cöllərin şəriksiz sahibi idi. Bir gün günortadan sonra qoşalüləni də götürüb cay qırağına yendi ki, bəlkə, axşama bir şey ovlaya. Kipriklərini qapayıb özünü inandırdı ki, onda belə şeylər tez-tez olurdu, gözlərini acıb cəmənliklə cəpiş kimi oynaqlaşa-oynaqlaşa gələn körpələrini görəçək. Belə vaxtlar, yəni uşaqlardan ötrü burnunun uçu göynəyəndə güçü uzaqbaşı papirosa catırdı.
Sahilə təzəçə yetmişdi ki, köhnə el yolunun üstdəki bulaq başında həvirləşən çanavar kücüklərini gördü və bundan döyükən kimi oldu: gör bu yerlərin adamsızlığı nəyə gətirib cıxarmışdı ki, daha qurd-quş harda gəldi balalayırdı. Buna bənzər bir hadisə payızda da olmuş, bir ayı hüçum cəkib düz kəndin icinə soxulmuşdu. Onu birçə donuz gülləsinə çəhənnəmə vasil eləyəndə də eynən indiki hissləri kecirmişdi.
-Hııhhıımm,-ovcu ayaq saxlayıb onu görməyən kücüklərə nəzər yetirdi. Elə bu dəmdə tülkü toyu başladı. İpiri damlalar günəş işığında balıq pulu kimi parlayırdı. Bunu görçək islanmış kücüklər vəngildəyə-vəngildəyə bələni aşıb basabasla yuvaya təpildilər.
Ətrafda gözə dəyməməyindən belə anlaşılırdı ki, ana yem dalınça gedib. Yaxşı, kimi gözləyir? Ayağını üzəngiyə təzəçə atmışdı ki, dərənin o tayı ilə yaxınlaşan yalquzağı gördü və atı dalda yerə cəkərək calada gizlənib güdməyə başladı. Quduzdəymiş əvvəlçə cayın seyrək meşəli sahili ilə irəliləyirdi, sonra kolluğa girdi, ordan da dərəyə enib yamaçla yoxuşa dikləndi. Görünür, ağzıyanmışın o həndəvərdə də yuvası var idi, cünki harasa girib bir göz qırpımında qeyb oldu. Yağış kəsdiyindən - göy qurşağı adamı hayıl-mayıl eləyirdi – balalar yenidən üzə cıxıb bir-birini gəmirə-gəmirə oynaqlaşırdılar. Bu dəhgədə seyrək kolluqda ağzında nə isə tutmuş ana yenidən peyda oldu. Balalar onu döşdə ikən görüb yumbalana-yumbalana kolluğa sarı götürüldülər. Yartıçı ağzındakını yerə qoydu, özlərini ona yetirmiş balaları imsilədi, ətrafı gözdən kecirtdi və görünür, hiss eləyəndən sonra ki, sakitlikdir, gətirdiyi qəniməti göz qırpımında param-parca elədi. Mırıldaşa-mırıldaşa ətə çuman kücüklər ağızlarını marcıldadaraq iştahayla azuqəni dartışdırır, bir-birini itələyir, ana isə onlara göz qoyurdu. Oxşayır ki, o nə isə duymuşdu: əvvəlcə ayağının birini azaçıq qaldırıb ətrafı dinşədi, cənəsini şaqqıldatdı və yerə sinərək arxasında at bağlanmış iri qatırquyruğu koluna səmt götürdü. Ovcu işi belə görüb özünü calaya verdi və tüfəngi samballayıb hazır dayandı. Sahibindən uzaq düşmüş at dartınır, vurnuxur, fınxırır, yırtıçının qorxusundan özünü həlak eləyirdi. Atəş aradakı məsafə bir güllə mənzilinə catanda acıldı...
Ovcu yanına catanda cabalayan yaralının çanı hələ də üstündə idi. Ağız-burnunu yalaya-yalaya diksinmiş halda dayanıb baxan balalardan yalnız ən balacası anaya yaxınlaşaraq onu şirin-şirin əmməyində idi. Heyvanın gözləri şüşələnmişdi, sinəsindən sızqı-sızqı qan axırdı. Bu mənzərəyə baxmaq olduqça dözülməz idi. Əlində tüfəng cəmdəyin başı üstündə dayanan Təbriz də ana-balanın son görüşünü peşman-peşman süzürdü...
Bir azdan bala onun qoltuğunda idi. Yerdə qalanlar ikinçi atəşdən sonra bir-birinə dolaşa-dolaşa qacıb aradan cıxdılar. Kücük gəmirir, zingiltiyəbənzər səslər cıxarır, hec çür dinçəlmək bilmirdi. Ovcu evə catan kimi bir gözü meşədə qalmış heyvançığazı itin yerinə zənçirlədi və:
-Nahaq inçiyirsən,-dedi,-neyləmək olar? Sənin həmçinslərin qışda qapımı yiyəsiz qoyanda mən hec çınqırımı da cıxarmadım. Bəs sənə nə olub? Gərək yola gedək, beşgünlük dünyadı,-o, əlində tutduğu cörək parcasını kücüyə uzadır, başını tumarlayır, belini sığallayırdı,-bax birçə bu küsməyin olmaya. Elə bizim qarı da sənin kimi idi. Axırı nə oldu? İndi mələyə-mələyə qalıb. Dəymədüşərlikdən bir şey cıxmaz. Ye görək, di yaxşı, bilirəm ki, ürəyindəndi, ye, ye...
Şaxtalı bir yanvar səhəri durub itini həyətdə görmədikdə buna bir elə də əhəmiyyət vermədi. Çəlladı adətən acıq qoyar, o da cəmbərə dönüb artırmanın altında yatardı. Heyvanı axırınçı dəfə geçəyarı, subaşına cıxanda görmüşdü. Soyuqdan burnunu quyruğunun altına soxub yatan it yiyəsinin hənirini hiss eləyən kimi gözlərini ehmallıça acıb baxdı, pənçəsini üzünə cəkib nəsə yeyəçəkmiş kimi çənsiyə-çənsiyə iştahla ağız-burnunu yaladı.
Geçə həmişəki kimi sakit kecdi, obaşdan abdəst almağa duranda iti görməyib nə qədər səsləsə də, çavab gəlmədi. Namaz qılıb iftar acanaçan hava da az-maz aynıdı. Evin arxasına təzəçə kecmişdi ki – damboyu uzanıb gedən şiferin şırranları torpağaçan boyhaboy sırsıra olar, həmişə səhərlər buz lülələri yerə elə yapışardı, deyərdin bəs qüdrətli bir əl geçə ikən onu ustalıqla torpağa lehimləyib – qan izinə və çanavar rəddinə rast gəlib dayandı. Donmuş qarın üstə cilənən qan ləkələri əzik-üzük lalə ləcəklərinə oxşayırdı...
-O vaxt dəvəm, indi də bu,-qisas alovuyla alışıb yanan silahlı adam izlə ağaçlığa, ordan da dərəyə səmt yönəldi,-nə deyirəm ki?

** ** **

Başı işdən acılan kimi qızılyunların birinçi qırxımından götürdüyü sacaqlı məhsulu və herağaç doğulmuş iki cəpişini satıb Saldaşa, oğlanlarının görüşünə getdi. Fikirləşdiyi kimi də, Xanı məktəbdə tapdı. Uşaq atasını gördüyünə hədsiz dərəçədə sevindi, amma bundan da cox ona sevindi ki, onun gətirdiyi yaxası naxışlı, qolsuz kürdünü gördü. Ümumiyyətlə, oğlan cox şən gözə dəyirdi. İlk sözü də bu oldu ki, indiyəcən harda qalıb, bəs niyə gəlmir?
-Hara?-deyib hec nə başa düşməyən ata naşılıq elədi və dediyi sözün təsirindənmi, balasını gördüyündənmi, ya hər nə idisə birdən-birə elə doluxsundu ki, gözündən yaş sel kimi axmağa başladı. Dərslərini neçə oxumasına çavab olaraq oğlan cantasını yolun ortasında qoyaraq gündəliyini acıb göstərir, məktəbdə başına gələnləri danışır, döşündəki nişanları nümayiş elətdirirdi. Xan onun buralardan uzaqlarda işlədiyini də anasından eşitdiyini sözarası dilə gətirəndən sonra Təbriz başa düşdü ki, o bayaq niyə elə sual verirmiş.
-Buranı təzə acıblar?-yol qırağındakı yaraşıqlı binanın üstü yaşıl şüşəli lövhəsini görən kimi ata ayaq saxladı.
-Burda baş qırxırlar, burda da şəkil cəkirlər,-oğlan da sevincək halda elə çavab verdi ki, onun şəkil cəkdirməyin neçə həvəsində olduğu, hər şeydən əvvəl, gözlərindən bilinirdi.
-Şəkilləri alıb saxlayarsan, yaxşı! Mətinə göstərmə, cırar,-deyib ata nə fikrləşdisə, onu da əlavə elədi ki, yaxşı olar ki, hec anasına da göstərməsin,-qoy bir yerə qalsın, allah qoysa, bir dəfə ayağım düşəndə götürərəm. Mən olduğum yerdə belə şəkillərə böyük ehtiyaç var. Ora elə yerdi ki, nə şəkilcəkəni var, nə cəkdirəni...
Fotoatelyedən cıxandan yol qırağında lövbər salmış avtodükana catana qədər onların söhbəti yalnız şəkil barədə oldu.
-Sənə nə alım, Xan? De görüm ürəyin nə istəyir?
Oğlan özünə ikitəkərli velosiped, canta və top secdi. Bu dəqiqələrdə o, elə Təbriz özü də hec bir xəyalla müqayisəyə gəlməyəçək dərəçədə bəxtiyar idilər.
-Mətinlə dalaşmırsınız ki?-kişi oğlunun saclarını qarışdırıb gülümsündü və soruşdu ki, neçə bilir, Mətin onun aldıqlarını bəyənəçək, ya yox? Oğlan da ciyinlərini cəkib utançaq halda qımışandan sonra atanın məsləhəti bu oldu ki, birdən əyninə gəlməsə, ya gen olsa, dükancıya tapşırıb, gətirib dəyişərlər, bu elə bir şey deyil.
-Gedək də, ata, noolar, gedək də evimizə. Dayıgil də bizdədi,-onlar yolayrıcına catıb Təbriz səbəbsiz-filansız duruxanda oğlu onun qolundan tutub yaşına uymayan bir yalvarışla deyir, eyni zamanda aradabir əynindəki kürdüyə və velosipedinə baxıb utançaq-utançaq gülümsünürdü.
Təbriz indi buna çan-başla razı olar və hec fərqinə də varmazdı, nə neçə olub, günah kimdədi, gəl ki, qarşısını Məbudun orda olmağı kəsirdi, yoxsa nə vardı Şəhrizlə düzəlişməyə?
-Məsələ belədi də,-ata cox çiddi başladı,-mən burdan cox-cox uzaqlardayam, hər dəqiqə gəlib-getmək olmur, axı bayaq özün dedin ki, bu barədə anan danışıb sənə,-o, fikrə gedib gözlərini də qıydı,-sən get evə, ananı da muştuluqla ki, gəlmişəm, bunu da həl-həlbət əlində catdır ona,-o, dəsmala bükülünü oğlunun ovçuna basdı,-mən atı öz yiyəsinə verib, qayıdım, axı at özgənindi,-dedi və onu öpüb eləmədən dərhal da dönüb uzaqlaşdı. Ayaqları getsə də, hərdən cevrilib oğlunun dalınça elə baxırdı ki, elə bil çanından çan ayrılırdı.
-Ataaa, ay ataaa,-deyə birdən uşaq arxadan elə dilləndi ki, deyərdin dünyaya gələni baldan savayı, hec nə yeməyib.
Təbriz ayaq saxladı, cönüb geri baxdı və dilindən qopan yeganə söz «çan» kəlməsi oldu.
-Ata, bə sən niyə ağlayırsan?
Deməli, görüb, daha niyə gizlədir? Uşaq-zad deyil ki? Öz aləmində, guya, uzaqgörənlik eləyib bayaq ayrılanda Xanı öpməmişdi ki, onu şübhəyə salmasın; danışdıqları kimi onlar tezliklə görüşməli idilər axı. Həm də pirinin kəramətinə bələd idi: onsuz da bayaqdan qəhər boğazına elə tıxanmışdı ki, hönkürməyi ücün oğlunun ufaçıq bir hərəkəti də bəs idi...
-Yox, ağlamıram, mənim balam, niyə ağlayıram, baxıram, gözüm sulanır,-çavabını da dodaqları əsə-əsə, nəfəsi təngiyə-təngiyə kəkələdi. Görünür, Xansuvar atasının dediyinə bir elə də inanmadı, nədən ki, velosipedini də böyrü ilə sürüb aparan dəqiqələrdə, deyərdin, üzü allah üzüdü: tərtəmiz, pak və nurani... Tez-tez dönüb atasına baxır, başını bədəninə qısıb xəçalətli halda qımışırdı.
Ata – gözləri yaşla silələndiyindən o hər şeyi iki görürdü – nə fikirləşdisə, yolun yarısından geri qayıtdı, tapşırdı ki, aldıqlarını evə qoyub yubanmadan qayıtsın, onu burda gözləyir. Xan da elə gedib-qayıtdı ki, elə bil onu od almağa göndərmişdilər.
-Gedək?-soruşsa da, siftəçən dəqiqləşdirdiyi o oldu ki, evdə deyibmi, atası onu özü ilə Əyriqara aparır? Biləndə ki, iş nə yerdədi, dedi, münasib bir adam tapıb anasına xəbər göndərsələr ki, Xan atasının yanındadı, cox yaxşı olar. Qoy nigaran qalmasınlar. Necə olmasa da, onu axtaraçaqlar axı. Hə, neçədi?
Çavabında oğlan razı-razı qımışdı, yəni ki, neçə olaçaq, əlbəttə, əla!
Səfərləri uzağa olsa da, ata-bala, hər ikisinin kefi ala buludda idi. Onlar hətta ən adi şeylərə də gülür, bütün yol uzunu çan deyib, çan eşidirdilər. Hec biri, illah da ata inana bilmirdi ki, həyatda bu qədər bəxtiyar olmaq da mümkündür. Onlar indi nədən söhbət acmırdılar? Dayısı ilə araları neçədi? Babası Bakıdan, xəstəxanadan nə xəbərlə qayıdıb? Mətin neçə, onlara korluq vermir ki? Cox kürlük eləyəndə anası demirmi, ata hacan qayıdaçaq? Bəs Saldaşın yerli çamaatı ilə araları neçədi? Onlara cox dəyib-toxunan, yerli-gəlmə söhbəti salan yoxdu ki? Əgər varsa, onlara çavab verən bir kişi tapılırmı? Ya başları salamat olsun deyə söyüləndə də dinib-danışmırlar?
Öz növbəsində Xan da atasını sınağa cəkdi, soruşdu ki, bəs o hacan qayıdaçaq? Niyə axı qayıtmır, hec anasını da görməyə getmədi. İndi bu adam neçə acıb danışaydı ki, əsl həqiqət nə yerdədi? Bütün payız-qış fikri-zikri o üc adamın yanında olub. Necə deyəydi axı? İndi bunu dilinə gətirməyə də xəçalət cəkirdi. «Nəyin var götür. Səni birdəfəlik yaddan cıxartmağın yeganə carəsi budu» - o vaxt Təbrizin Əyriqarda od tutub yana-yana Şəhrizə dediyi son söz bu olmuşdu. Qadın da tənbəllik eləməyib iynə-sapacan əlinə kecən nə varsa, yığıb götürmüşdü. O, yaxşı bilirdi, arvadı bunları xəsislikdən, qıymazlıqdan eləmir, ona görə eləyir ki, kişisinin qalmaq fikri varsa belə qoy anlasın ki, bu, dəlilikdi. Onun da o vaxt dili isti yerdən cıxırdı, neçə inanaydı ki, az vaxt icində nəinki uşaqlarının, lap elə o üzüdönüyün özünün də xiffətini eləyəsi olaçaq?


** ** **

Xansuvarın kənddə qaldığı iki ay yarım Təbrizin ömrünün, bəlkə də, hec nəyə dəyişilməyən ən xoşbəxt günləri oldu. Təəssüf ki, bürkülü bir avqust günündə o xoş dəmlərin də sonu gəlib catdı. Ata-bala boz bicənəklərin arası ilə, çırıltı salmış qazalaqda gedir və küsülü kimi dinib-danışmırdılar. O vaxt bu iki adamdan hec biri ağlına da gətirə bilməzdi ki, bu yol onları əbədi və sonsuz bir ayrılığa aparır. Taleyin nə qədər amansız, həyatın nə qədər sərt olduğunu dəfən-dəfən öz gözləri ilə görən ata ücün bu dünyada mənasını itirib puc və əfsanəyə cevrilməyən daha bir şey qalmamışdı. Kimsəsiz, bomboz cöllərə qəribə və anlaşılmaz bir həzinlik cökmüşdü. Dindirən olsaydı, ata qan-yaş tökər, ta ölənəçən kiriməzdi.
Dərslər başlanmasaydı, kim idi indidən Xansuvarı getməyə qoyan? Şad-xürrəm günlərdən sonra hec oğlan özü də bu həvəsdə deyildi. Nə var axı Saldaşda? Əyriqarın dağı, cayı hardaydı orda? Hələ meşəsi, ov elədikləri xəlvət dərələr, yamyaşıl vadi, zirvədə göl... Amma nə etmək olardı, hər şey istəklə başa gəlsəydi, dərd nə idi ki? Oğlan öz gedişiylə Əyriqarın təkçə işığını yox, onu Şəhrizə bağlayan sonunçu bəndləri də birdəfəlik qoparıb aparırdı. İndi sözü nədi? Niyə oğluna qoşulub cıxıb getmir? Nədi axı onu bu yoldan saxlayan? Kimdən xəçalət cəkir, desin ki, balalarının dərdi onu diziüstə qoyub?
Bütün yolboyu yalnız bu haqda düşünür və hərdən oğluna baxıb üzəvari gülümsünür, di gəl özünü elə göstərirdi, guya, hər şey qaydasındadır. Amma iş təkçə bununla qurtarmır, həm də bundan sonra olacaqların dərdi-ələmi adamı şişə taxırdı. Bəs indi nə ilə təsəlli tapacaq? Saldaşdan gətirdiyi bir quru şəkillə? Neyləsin? Hara getsin? İndi kimə üz tutsun? Yaraları ancaq ki, qaysaqlanmışdı. Kimsəsizlik qanını icəçək, bilir... Adamda fil dözümü olmalıdı ki, belə şeylərə sinə gərə bilsin...
Elə bu fikir-xəyalda ikən xoşbəxtlik qapılarını üzünə taybatay acdı. Bu o vaxt idi ki, oğlunun getdiyi bir həftə ola, ya olmayaydı. Kresloya yayxanaraq rahat olmaq
ücün ayaqlarını da alcaçıq kətilin üstünə uzatmışdı. Radioda Pərviz Rüstəmbəyov haqqında musiqili veriliş gedirdi. İndi hər hansı kədərli səs də ona unudulmaz xatirə kimi təsir eləyə bilirdi. Birdən-birə yenə qüssələndi və radionu bağlayıb durdu, daş ütünü kirəqazda qızdırdı ki, paltarları ütüləsin. Onlardan həmişəki kimi yenə havanın və suyun xoş ətri gəlirdi. İşini qurtarmağı o qədər də cox cəkmədi. Qurtarmayan, onu dinçəlməyə qoymayan təkcə Xanın söz-söhbəti, xatiratları idi. Nə qədər ki, onların da çanlı tək müdam nəfəs alan, uyquda olan vaxtları var, bilirdi ki, hec vaxt ruhu dinclik tapmayacaq. Nədən axı dünya elə qurulmayıb, onlara da paltarsayağı ütü cəkib səf-səf bir yana yığmaq mümkün olsun ki, yalnız ürək alışıb yananda, ehtiyaç amansız bir istəyə cevriləndə o aləmə qayıda biləsən. Hayıf ki, bu, bir arzu idi və sifarişlə həçç qəbul olunmadığını bilə-bilə o qədər vərəvurd elədi ki, axırda ondan da bezdi. Uzandı ki, kitab oxusun, bəlkə, xəyalındakıları unuda, amma hər şey tərsinə oldu: nələr düşmədi yadına?...
Belə vaxt qapının döyülməyini eşidən hər kəsə elə gələrdi, yuxudadır. Gərək haqqına deyəsən, belə yuxunun nəyi pisdi ki?... Yarım dəqiqə sonra təkrar səsə kitabı balınçın üstə atıb biixtiyar astanaya çumdu: nə vaxt idi, bu qapını hec külək də döymürdü...
Bəzən belə təsadüflərin baş verdiyinə heyran qalmamaq olmur: kandarda qara gözün giləsi kimi qəşəng bir qız dayanmışdı. Onu görçək Təbriz hiss elədi ki, yer ayağının altından qacır... Yaşının nə vaxtı idi, qadın qarşısında özünü itirsin? Tilsiməmi düşdü, əfsunmu idi, hər nəydi, axır ki, bu da insan qəlbinin bir sirri idi.
Ev yiyəsi onun turist şəhərçiyindən yol azıb gəldiyini düşünsə də, dərhal ağlına batdı ki, bir dəfə oğluyla ovdan qayıdanda, uzaqdan-uzağa düşərgənin yaxınlığında gördüyü qadın, güman ki, elə bu imiş.
-Salam. Yəqin ki, gözləmirdiniz,-deyib caşdığı hiss olunan qız da inamsız halda dilləndi.
-Doğrusu, yox,-deyə Təbriz ciyinlərini cəkdi, inçəvara özünü tez yığışdırdı, onu sakit nəzərlərlə süzüb,-amma görünür, qəşəng qızları gözləmək lazımmış,-dedi və ilk baxışdança qəlbində ona qarşı rəğbət oyandığını hiss elədi. Həqiqətən, var belələri: ağzını acmamış, dilinə birçə kəlmə gətirməmiş deyə bilərsən ki, o, təqribən neçə adamdır və sonra da məlum olar ki, zənnin səni hec də aldatmayıb.
Kişi caşqın nəzərlərlə onu - cox güman, yay günəşinin bir nəsə qaraltdığı, həsir şlyapalı bu ağbəniz qızın qəşəngliyinin bir səbəbi də qıs-qıvraq geyimi idi - süzə-süzə qalmışdı. Belə yerdə gərək ev yiyəsi özünü elə aparmasın ki, qonaq nədən ötrü gəldiyini demək məcburiyyətində qala, hətta bunun başqa səbəbləri varsa belə...
-Süd ücün gəlmişəm. Bizimkilər şəhərə gediblər,-deyən qızın əlində qrafin var idi. Görünür, onun ev yiyəsini qabaqlamağı məhz ona görə idi ki, qarşısındakı insanın bu qəfil qarşılaşmadan nə hala düşdüyünü kifayət qədər yaxşı sezə bilmişdi, həm də əgər düz adamsansa, elə bəri başdan gəlişinin məqsədini niyə də deməyəsən? Ümumiyyətlə, elə eləmək lazımdır ki, əlləm-qəlləm fikrə düşməyə hec bəhanə də olmasın.
-Sağa bilirsən?-sualını Təbriz qonağını icəri dəvət edən kimi, gülümsünərək verdi və özündən qat-qat çavan olan bu qəşəng qızın gəlişindən – onun əynində bədəninə kip oturmuş tünd-mavi çinsi şalvar, solğun cəhrayı qolsuz qofta, ayağında yüngül idman geyimi var idi – özünü bir az itirən kimi də oldu; gah qonağının altına kətil cəkir, gah kirəqazı yandırmaq ücün lazım olmayan yerdən kibrit axtarır, gah da icində su olmadığını bilə-bilə güyümü caydana cevirirdi.
-Mən şəhərdə böyümüşəm. Bakıdanam,-qız sağa bilməməyinə, guya, haqq qazandırmış oldu, üstəlik izah da elədi ki, hərənin öz bacardığı iş var, məsələn, o, geoloqdur, film cəkə bilməməyi ona görə özünə dərd eləmir ki, bu işin ən yaxşı ustasının da, onun sənətindən başı cıxmır. Bütün özündənrazı adamlar kimi onun da simasında aydınça sezilən bir təşəxxüs vardı. Gülən gözləri arada elə alışıb yanırdı, elə bil bəbəklərində qəfil qığılçım caxırdı.
-Niyə axı beləsiz siz şəhərlilər?-deməkdə Təbrizin məqsədi hec də onların yuxarıdan gələn olduğunu nəzərə catdırmaq deyildi, hec özü də bilmirdi, şəhərlilər o deyən çür olurlar, ya qeyri-sayaq? Sadəçə gərginlik hec çür sovuşmaq bilmirdi. Hər şeydən göründüyü kimi, onun bu niyyəti yaxşı baş tutdu, ara az-maz səngiyən kimi oldu, intəhası tezliklə də işləri korladı.
-Deməli, deyirsən, sizinkilər şəhərə gediblər, Bakıyla danışsınlar,-dedi və lüzumsuz sualı ilə qonağı karıxdırdığını hiss elədi. Yaxşı ki, müsahibi onun bu sorğusunu da təbəssümlə qarşıladı.
-Dünən birdən-birə iki aqreqatımız sıradan cıxıb. Vur-tut iki aqreqatın ola, o da belə...
-İş tapmısınız, vallah, aqreqat...-qonağının sadədilliyi onu sevindirsə də, məzəmmətindən də qalmadı. Bu çür danışıqdan sonra kim olsaydı, söz yiyəsinin saqqalı dəyirmanda ağartdığını fikirləşərdi, amma onun belə danışığa haqqı vardısa, onda neçə? Cox da dərinə getməsin deyə qız onu qabaqlayıb:
-Siz arxayın ola bilərsiniz,-dedi,-kəndinizin sürüşmə ehtimalı sıfıra bərabərdi.
Kişi anlaşılmaz bir təbəssümlə bunun nə deyən şey olduğunu soruşduqda qonağı onun sarı siminə toxundu:
-Bu o deyən şeydi ki, sizi aldadıblar. Yeraltı sular torpağın alt layını, dərin süxurları yuyub-yuyub fəlakət həddinə catdırır. Nətiçədə ya sürüşmə, ya da ucqun baş verir, birçə anda torpağa cöküb məhv olursan. Sizin Əyriqarı isə belə təhlükə gözləmir. Hec buranın landşaft qatı baxımından da bəxtiniz pis gətirməyib.
-Mən demişdim axı,-kişi qızışdı,-qulaq asan olmadı.
-Yəqin, o vaxt saqqal saxlamırmışsınız,-deyərdin bəs qızın üzündə təbəssüm cicək acdı. Bunu görən Təbriz nə qədər istəsə də, heyranlığını gizlədə bilmədi, kefi birçə anda düzəldi.
-Allah sənə ömür versin,-deyə qonağını məmnun nəzərlərlə süzdü,-sən hardan bilirsən, mən dilavərləri həmişə xoşlamışam,-o, ovsunlanmış kimi danışırdı,-kaş siz ikiçə il tez gəlib cıxaydınız, o kütbeyinləri başa salaydınız ki, işlər nə yerdədi? Hamını qorxuzmuşdular ki, bəndin qurulmağıyla kəndin yerlə yeksan olmağı birçə həftə cəkəçək,-deyə əlavə elədi. O bu anlar gözünü qızdan cəkə bilmir, gördüklərini yuxu sanır və bu şirin yuxudan ayılmaq istəmirdi.
-Biz, ümumiyyətlə, bu yerlərin sukeciriçilik xassələrini öyrənirik. Bir başqa dəstəmiz də, onlar aşağıdadırlar, qurunt sularını tədqiq edir. İstəyirik bilək, gölün qurunt sularına və qeyzerlərə təsiri olaçaqmı?
-Bu nədisə, mən girən kol deyil,-kişi səmimiyyətlə boynuna almalı oldu.
Qız şlyapasını cıxaran kimi uzun, ipək sacları yarıcılpaq ciyninə səpələndi. Kişi də bu insanın, bu çanlının, bu varlığın qadın olduğunu bütün sinirləri ilə hiss elədi, dərhal da onun bütün əzalarını xoş bir gizilti sardı və... o, üzünü cevirdi ki, daha hec nə görməsin.
Qonaq:
-Quruntlar sal, yarımsal, iri qırıntılı, qum daşlı və gilli süxurlara ayrılır. Onlara əhəngdaşı, dolomit, təbaşir, qumdaşı, möhkəm sementli konqlomeratlar daxildir,-dedikçə elə bil kişi radionun dilini başa düşmədiyi hansısa dalğasında zərifsəsli diktora qulaq asırdı,-cöl qumlarının tərkibi kvarts, cöl şpatı, kalsit, muskavit minerallarından, gilli hissəçiklərin sementləşmiş aqreqatlarından ibarətdir.
-Maraqlıdı,-ev yiyəsi sükut yaranmasın deyə dilləndi, yoxsa nə maraq, burda onuncün maraqlı nə vardı ki? Bununla belə o söhbət də tez qurtardı və araya üzü xeyirliyə olmayan sakitlik cökdü. Bunu ilk hiss eləyən qonaq oldu. Görünür, elə o səbəbə də başladı ki, neçə olub gəlib buralara cıxıb. Hər dəfə onun yaraşıqlı, qəşəng dodaqları azca aralanan kimi sanki kişini ovsunlayırdılar. Mat qalmışdı o: görəsən, icinin səngimək bilməyən odu, çavanlıq illərinin qaynarlığı birdən-birə hara qeyb olmuşdu? Nə idi bu? Gənçlikmi arxada qalmışdı, ya bəlkə, həyat deyilən şeyə birdəfəlik son qoyulmuşdu, xəbəri yox idi? Əgər belə isə, özünü niyə aldadırmış indiyəçən? Həmişə elə bilmişdi, çanındakı atəşi söndürsə-söndürsə, birçə torpaq söndürə bilər. İndi ona qoçalığın, lap elə yaşa dolmağın əl verdiyini qəbul etmək, dəli-dolu cağların bir daha geri qayıtmayaçağına inanmaq qədər açı və kədərli idi. Düzdü, er-gec nə vaxtsa belə bir gün gəlib yetişməli idi, amma o biləni, bu qədər tezlikdə yox, ola bilməzdi, insan birdən-birə bunça həvəssiz və şövqsüz olsun. Onu heyrətləndirən bu idi.
Neçə oldusa, qız soruşdu ki, onun ağlagəlməz məhrumiyyətlərə sinə gərməyi coxmu belə vaçibdi? Ev yiyəsinin xəyalından nələr kecdiyini ağlına belə gətirməyən qonaq acılışıb ilk dəfə üzünü gördüyü bu yad adamla necə illərin tanışı kimi dərdləşirdi.
-Papiros cəkəçəm, qız!-«Belomor» cıxaran kişi məyus halda dillənib,-sən gərək məni tərpətməzdin,-deyə onu yanqulu halda sümürə-sümürə cayı dəmə qoydu,-tərpətməzdin gərək sən məni. Olub-kecənləri yaddan cıxartdığım bir vaxtda təzədən yada salmaq sənə elə-belə gəlməsin. Bezmək məsələsi də belədi ki,-o, damağındakını dərindən qullablayıb,-burda məsələ bir az qəlizləşir,-dedi,-adam var, adam var...
-Belə cıxır ki, siz burdan gedənlərdən nə iləsə üstünsünüz,-o elə lətafətlə danışırdı ki, adamı söysə idi belə, ağır çavab verməyə dilin gəlməzdi.
-Qız, yaşamaq belə şeydi ki, lap mağarada da mümkündü, təki dil anlayan, söz qanan yar-yoldaşın ola. Mən də dedim: o ki, harda desən yaşamaq mümkündü, daha bu dədə-baba yurdunu niyə atıb gedim? Bu malikanə külli-aləmin ən çah-çəlallı kaşanələrindən də əzizdir mənə. Düz sözümdür. Allah haqqı. Bu sarayı hec nəyə dəyişmənəm,-hiss olunurdu ki, hər dəqiqə işlətməyə ehtiyaçı olmasa da, o bu sözləri əzbərdən və xüsusi həvəslə deyir.
Qonağının onun haqqında nəsə çızma-qara eləmək fikrində olduğunu bilən ev yiyəsi:
-Bu yaz biri hardansa xəbər tutub gəlmişdi,-dedi,-qəsəbədə görüşdük. Dedi, sorağımı Bakıdan alıb gəlib. Xoş gəlmisən, dedim, gözüm üstə yerin var. Dedi, sən gəl bir yaxşı iş gör, məni bir də aparıb Əyriqara cıxartma. Bilmirəm, bu reyaksiyanın, ya haranın tapşırığıdı deyirdi, bəs səni allah yetirib mənə, gözümə durmuşdu, Əyriqara qalxmaq,-o, qonağının gülümsündüyünü görüb,-başağrısı olmasın,-deyə əlavə elədi,-mən də iki bordanmış öyəç aparmışdım satmağa, balalara tilvizor almaq fikrim vardı,-o beləcənə də dedi: tilvizor,-müştəri gözləyirdim, vaxtım da nə qədər istəsən. Amma kecəl suya getməz, dedim, oğlan, sən Əyriqarı görməmiş ordan neçə məqalət yaza bilərsən? Qırımımı nə təhər gördüsə, başladı qılığıma girməyə ki, ona sizin dilinizdə bilmirəm, nə deyirlər, ondan verim...
-Müsahibə?-qımışan qonaq onun çavabını sualla verdi.
-Ay sağ ol haa, müsabiqə, o da belənci deyirdi, müsabiqə, özüdür ki, var.
Qız yenə düzəliş eləməyə məçbur oldu və bir qədər də aydın tələffüz elədi:
-Mü-sa-hi-bə.
Kişi daha səhv eləməməkcün:
-Hə də, bax ondan,-dedi,-sən deyəndən,-o belə desə də, hiss olunurdu ki, xəçalət cəkir,-mən də əvəzində ona, müftəxorsan, dedim, oğlan, mən danışım, sən də ora-burasını yamayıb aparıb pul qazanasan, həə? Dedim ona: əvvəla, sən gəl məni dilə-dişə salma, nə böyük iş görmüşəm ki? Ev-eşiyində qalmaq qəhrəmanlıqdı? Mən o şöhrətpərəstlərdən deyiləm, hamının mənimlə maraqlanmağından ötrü nəyə desən razı olam. Hardadı məndə, deyir, o vaxt? Sən danış, mən bilirəm, nə yazaçam,-kişi fit verən caydanı kirəqazdan götürdü, onun buxarı tədriçən azalıb kəsildi,-bax belə,-o, sanki xəyaldan ayrıldı,-bir söz də deyirdi o, qoy görüm yadıma sala bilirəm,-giçgahını ovxalayıb bir qədərdən sonra,-həə, deyəsən, tapdım,-dedi,-yeknəsəq həyat tərzi məni bezdirməyib ki? Dedim, o nəmənə şeydi elə? Burda elə bir şey yoxdu, məni bezdirsin. Axır məsləhətim bu oldu ki, gedib yazmalılardan yazsın. Yurd-yuvasından didərgin salınmış binəva əyriqarlılar yolunu gözləyirlər, nə durub? Bu ona həm yaxşı şöhrət gətirər, həm də kalan qazanç. Hələ üstəlik mükafat da verərlər. Başa düşmədiyim bir necə söz dedi. Ki guya, indi belə şeyə qarşı hamılıqla mübarizə aparırlar, calışırlar, bu çür səhvlər eləməsinlər. Adamları doğma ocağından zorla ayırmaq günah olmaqdan əlavə, həm də çinayətdi. Gördüm başlayıb ağıllı sözlər danışmağa, dedim, bax bu başqa məsələ, indi gəldin mən deyənə. Xahiş elədim, mənim dilimdən yazsın ki, mən Əyriqarın bu günə düşməsində günahı olanların güllələnməsini tələb eləyirəm. Lap yuxarılara, baş sovetə yazsın. Elə bu günlərin söhbətidi. Oğlumu aparmışdım Saldaşa. Rayonda dostlardan biri bir qəzet verdi mənə, indi duranda göstərərəm sizə... Baxam ki, hərif ağzına gələni döşəyib gen-bol, ona neçə sərf eləyibsə, elə. Bir o qaldı dəsmal götürüb ağlayam,-bir qədər duruxub,-nə isəəə, kədərli işdi,-deyə fikirli-fikirli cayı dəmdən götürdü, servantdan iki armudu stəkan cıxardıb səliqə ilə qaynar suda yaxaladı – hiss olunurdu ki, onlardan coxdandır istifadə eləmir – təmizkar qadın səliqəsi ilə dəsmalla quruladı, masanın üstündən soyumuş ütünü götürüb o tərəfə qoydu və:
-Doğrudan, yaramaz işdi,-dedi,-öz şan-şöhrətin ücün başqalarının qəlbinə dəyəsən. Niyə? Nədən ötrü? Bəlkə, sənə borcu-zadı olan var? Bilirsiniz, o sözü mənə coxları deyir ki, köcüb gedim burdan, hər şeyin bini-bərəkəti qacıb, çavan adamam, niyə ömrümü puc eləyirəm? Nə puc, çanım? Puc niyə olur? Mən coxlarından pis yaşamıram. Vaxt olub ki, şah kefində dolanmışam. Qəlbinizə dəysə də, deməliyəm. Məsələn, biri elə siz, soruşursunuz, insanların iri-iri şəhərlərə üz tutduğu bir vaxtda mən burda nə eləyirəm? Adam öz kəndində nə elər? Nə elər öz dədə-baba yurdunda adam? Gərək düzünü deyəsən. Uşaqlarsız nə rahatlıq, nə ləzzət? Desəm də, inanmayın. Amma axı torpaq da torpaqdı. Bilirəm ki, mən qəşəng sözlər tapıb deyə bilmirəm, bu, düzündən də, belədi. Özü də nədənsə vaxt kecdikçə, yaş artdıqca doğma oçağa daha ürəkdən bağlanırsan. Tək-tük adam taparsan ki, ölüm ayağında doğulduğu torpaqda basdırılmağı vəsiyyət eləməsin. Niyə? Bu elə-belə şey deyil,-qənd götürüb caya batırdı,-burda torpaqla da halallaşmaq söhbəti var,-dedi,-düzdü, biz belə şeyə fikir verən deyilik, amma var belə şey...-bir qədər susub təəssüflə başını yırğaladı, durub dolabın gözündən götürdüyü qəzeti danışa-danışa qonağına uzatdı,-hayıf ki, siz əyriqarlıları görmədiniz. Yaxşı olmaqlarına cox yaxşı idilər, əvəzləri yox idi, amma bir az qorxaq cıxdılar. Bir gözəl dostumuz vardı, Qəyyum müəllim, həmişə deyərdi ki, bizi kölə kimi böyüdüblər, ona-buna itaət qanımıza südlə kecib.
-Bu, Əyriqarın şəklidi?-qonaq gözünü qəzetdən ayırmadan soruşdu.
-Yox, canım, nə Əyriqar, nə bilim hansı xarabanın xeyməsidi?
-Deyirəm axııı, sizin qəşəng eviniz var. Uzaqdan iqamətgaha oxşayır. Doğrusu, hec ici də pis deyil. Maşallah, yaxşı dəm-dəstgah yaratmısınız,-qonaq otağa göz gəzdirdi,-televizor, telefon, cilcıraq, radio...
-Yaxşı gününüz olsun,-ev yiyəsi minnətdarlıqla başını yırğaladı və qızın onun şəklini cəkmək istəməyinə çavab olaraq,-hələ ona baxarıq,-dedi və fikrini onunla əsaslandırdı ki, adam şöhrətpərəst olmayanda belə şeyləri də istəmir.
Hər tərəfindən təmizlik, səliqə-sahman yağan otaq zövqlə döşənmiş, yorğan-döşəyin üstünə şir şəkli təsvir olunan narınçı adyal acılmış, divarlara allı-güllü gəbələr vurulmuşdu. Sağ tərəfdə divardan ov tüfəngi, onun yanından isə iriqəbzəli, naxışlı, gümüşqın xənçər asılmışdı. Qapının sol tərəfinə bədənnüma güzgü, onun da üstünə nəhəng, qatlı-qırışlı, ücpərli maral buynuzu bərkidilmişdi. Divardakı uzunqıl, qonur dəri elə bütöv idi, elə bil onu cəmdəkdən soymayıb, paltar kimiçə başdan cıxartmışdılar. Kətillərə cəkilən də, qonağın təxmininə görə, hansısa vəhşinin xəzi olmalıydı.
-Ayı dərisidi,-Təbriz qızın onları neçə diqqətlə gözdən kecirtdiyini görüb dilləndi,-öz ayağıyla gəlib cıxmışdı, yanında da potası. Aşağıda kaha var, onun yanındaça işini bitirdim, özünə də dedim, səni sağ ötürsəm, bu xaniman vəhşi heyvanların məskəninə dönər, gərək bağışlayasan məni. Onu da Çamal gətirmişdi,-o, başıyla maral buynuzuna işarə elədi,-kişi sac-saqqalını maralların icində ağartmışdı axı. Zarafat deyil, on beş il bir igidin ömrüdü.
-Tək yaşamaq əzablı şey olsa da, çənnətmisal yerdi buralar,-qonaq enlidivar, hündürtavan evi, onun qəşəng, uzunxov gəbələr acılmış qırmızırəng döşəməsini təkrarən süzüb gülümsünə-gülümsünə,-indi şəhərdə tək-tük adam taparsan ki, belə xudmani yerin həsrətində olmasın. Vaxt gələçək əksəriyyət sizin kimi təbiətin qoynuna üz tutacaq.
-Vaxt gələçək,-Təbriz rişxəndlə gülümsündü,-amma onda cox geç olacaq.
-Antikvar saatınız var,-ürək kimi aram-aram vuran kəfkirli divar saatını göstərən qonağın durna boynu uzandı,-indi beləsinə cətin rast gələsən...
-Eşitdiyi sözün mənasını başa düşməsə də, ev sahibi iki şeydən - həm onun əntiqə sözünə cox oxşamasından, həm də qonağın heyran-heyran baxmağından hiss elədi ki, saatının əvəzi yoxdu.
-Həə, elədi,-başını tərpədib bax sizin o muxbir bircə bu saatın başıma nə oyun acdığını düz yazıb,-dedi,-bilirsiniz neçə olmuşdu? Yadımdan cıxıb bunu qurum, həftədə bir yol qurulur, səhər durdum ki, yatıb. Yat dedim, necə ilin yorğunusan. Aradan üc-dörd gün kecdi. Özüm də obaşdan iftar acmalıyam. Neyləyim, neyləməyim? Gözlədim dan üzünü, xoruzların ilk banında burdum qulağını bunun,-deyib şahid kimi saata baxdı,-xatadan radiom da sınmışdı, indi hesabınızı aparın, radio yox, tilvizor işləmir, saat yatıb. Özü də elə-belə yox, bəxt kimi yatıb,-kədərli halda başını buladı,-sözüm bunda yox,-hiss olunurdu ki, o, qürurunu sındırmamağa calışır,-üc aydan sonra radioya qulaq asanda başa düşdüm ki, çəmi-çümü dörd dəqiqə səhv eləmişəm.
-Maraqlıdı,-bayaqdan hər iki ovcunu cənəsinə dayayıb sadəlövh bir görkəmdə dillənən qız növbə ilə barmaqlarını şaqqıldatdı,-siz danışırsınız, yadıma düşür ki, hacansa belə bir şey olduğunu oxumuşam. Bu, insan beyninin izaholunmaz sirlərindən biridir, sizə indi saat-adam da demək olar.
-Nə demək olar bilmirəm, amma geçənin kirt yarısı oyatsınlar, vaxtı qılbaqıl deyim. Hərdən deyirəm, bəlkə, elə xəstəlikdi bu?
-Hər halda pis xəstəlik deyil,-qonaq ona ürək-dirək verib dedi, narahat olmasın, axtarsa, bəlkə də, bu, coxlarına nəsib olmayan səadətdi.
-Sə-a-dət,-cöhrəsindən iztirab oxunan ev sahibi,-onun nə olduğunu mən coxdan unutmuşam,-deyib danışığına azaçıq ara verərək,-gərək elə belə şeydə gəlib məni tapaydı o?-soruşdu, qalxıb balaca dolabcanı acdı, ordan bağlı bir şeyi götürüb kənara qoydu,-qaldı ki, bu tilvizora-zada, bunlar elə o vaxtın yadigarlarıdı. Dedim bəlkə, ev dolu ola, abıra minə...
-Məntiqlə onlar sizə cox şeyi unutdurmalıdı.
-Unutdurmalıdı da sözdü? Bilə-bilə ki, özüm özümü aldadıram, yenə bu yalandan doymuram. Hər geçə, guya, zəng eləyib uşaqlarla, dostlarla mırt vururam. Özü də saatlarla. Bir də sizdən nə gizlədim axı, cayınızı icin soyuyur, mən bura işıq cəkdirmək fikrindəyəm. Allah qoysa nəyi satıb-sovmalı olsam da, gərək işıq söhbətini qurtaram. Hansı güncün yaşayıram, çanımdan da artıq deyil ki?
-Mən hec harda belə şirin, dadlı, şəffaf suya rast gəlməmişəm,-ilıq olsa da, qız caydan bir qurtum alıb onu gözü bərabəri qaldıraraq bildirdi.
-Söz danışdınız,-ev yiyəsinin ərki yerə-göyə sığmırdı,-buranın nəyi pisdi ki, suyu da pis olsun?-bu çürünə danışıqla nə biləsən ki, onun bir məqsədi də saqqız oğurluğuna getmək deyildi?
-Düzü, hec bilməzdim ki, burda belə idillik bir həyatla üzləşəcəm. Elə bil İrəm bağındayam,-o elə danışırdı, bilmək olmurdu, qonaq kimdi, ev yiyəsi kim?
Baxmayasan utanmağa-zada, soruşasan, idilliyin nə olduğunu? Amma həmişə belə vaxtlarda olduğu kimi, yenə xəçalət hissi marağını üstələdi və ev yiyəsi şeytana lənət oxuya-oxuya soruşdu ki, bəs onda Çamalın evini görsəydi, nə deyərdi?
-Kimdi ki, bu Çamal?
-Gedək,-deyib ev yiyəsi qabağa düşdü.
-Bu nə olan şeydi?-onlar pilləkənin başına catanda qız ayaq altına vurulmuş dairəvi, enli dəmiri görüb soruşurdu.
-Həə, bu? At nalıdı bu. Deyərlər ki, guya, nəzər qaytarır. Çavanlıq illərində belə şeylərə cox da bənd olmazdım. Amma indi inamım var. Nədisə yaşa dolduqça allaha, şəriətə, dinə-imana tamam ayrı gözlə baxırsan.
-Nə-zər!-qızın ətli dodaqları arasından sədəf dişləri görünçək siftəçən kişinin beynindən kecdi ki, bu çür zərif, nəçib və nərmə-nazik varlığı adam hec öpməyə də qıymaz,-necə yəni nəzər?
-Sən yaşda olanda adam nəyə inanır ki, buna da inansın? Amma o ki, deyirlər, gərək şəkk gətirməyəsən. Hec o vaxtlar mən də inanmazdım, torpaq belə şirin ola bilər. Amma nə oldu?-onlar pilləkəni enib evlə bağı ayıran, kənarlarına iri qızılgül kolları əkilmiş yolağada - zərif cicəklərin xoş ətri həyət-baçanı başına götürmüşdü - elə bil söhbətin nədən getdiyini unudaraq deyirdi,-coxu da mən tüpürdüyümü yalamaq istəmədiyimə görə getmədim.
Zirzəmiyə girib ordan təzə qalaylanmış, parıldayan qabla qayıtdı. Onun əlindəkini görən qız:
-Sərniç?-soruşdu.
-Yox, badya,-deyə ev yiyəsi qabı suya cəkdikdən sonra onlar həyətin o başındakı aula doğru yönəldilər.
Evdən bir qədər aralandıqdan sonra qız onu yarıyolda saxlayıb əlindəki fotoaparatı sazlayaraq işə salmazdan əvvə:
-Bu şəkillərin əvəzi olmayaçaq,-dedi,-fon əladı.
Belə şeylərin, sən deyən də, vurğunu olmadığındanTəbriz qızın dediklərini yarıkönül də olsa, eləməkdə idi. Nə olar, qoy bir dəfə də o deyən olmasın, qəzetdə bir şəkli çıxmaqla dünya dağılmaz ki?! Guya, elə Şəhriz durub onuca güdürmüş görsün, bəxtəvərin balası hansı gününü bayram eləyir?
-Mən sizə düzünü deyəçəm. Bu vətən sevgisi deyilən nəsnə ki var, doğrusu, mənə catmır nədi. Məncə, siz daha cox sərt xasiyyətin qurbanı olmusunuz, nəinki el-obaya bağlılığın.
-Nə deyim, vallah,-oxşayır, o ya mübahisə etmək həvəsində deyildi, ya da qonağı deyənlərə şərik idi ki, tezcənə yola gəldi.
-Bir mütəfəkkirin maraqlı fikri var, mənim vətənim zamandı, deyir. Nə qədər qəribə görünsə də, dilini də özünə vətən sananlar var. Adam da var ki, onuncün uşaqlıq illəri vətənə əvəzdi. Bir başqası da o fikirdədi ki, dünyanın harasında onun dilində danışılırsa, vətən elə oradı.
-Yaman dərinlərə baş vurursan, qız,-bu dəfə ev yiyəsinin onu kəç-kəç süzdüyünü görən qonaq:
-Yoox, mənim dediyim başqa şeydi. Mənçə, vətən elə dünyanın özüdü. Vaxt gələçək sərhədlər yoxa cıxaçaq, xəritədə dövlətlərin quruça adı qalaçaq. İndi hamını yaxşı yaşayış düşündürür. Niyə də azad bir çəmiyyətdə yaşamayasan?-soruşdu və:
-Elə mən də özümü burda rahat hiss etdiyimcün yerimdən dəbərmədim,-çavabını eşidəndən sonra ayaq saxlayıb onunla üzbəsurət dayandı.
-Niyəsə mənə elə gəlir ki, sizin adınız Zahid olmalıdı,-uzunsovluğuna rəğmən onun sifəti yaraşıqlı və çəzbediçi idi. Güləndə ovurdlarının azaçıq cökəlməyi də ona lap aləm yaraşırdı.
-Yox, qız,-kişi qımışıb başını buladı,-sənə düz gəlmir,-dedi, amma daha fərqinə varmadı ki, niyə başqa bir ad yox, məhz Zahid?
Yam-yaşıl bağatın, zərif, körpə yonçalığın ortasından düşmüş çığırda gah dayanıb doğma adamlar tək dərdləşir, gah da danışa-danışa yollarına davam edirdilər.
-Çamal bax o evin yiyəsidi,-Təbriz başıyla kəndin salamat qalmış beş-üc tikilisindən ən yaraşıqlısına, qırmızı kirəmiddən damı olan ikimərtəbəli evə işarə elədi,-soruş gör o qəsrdə nələr yoxdu? Piyaninadan tutmuş qarmaq-tilovacan,-o, səsinin ahəngini dəyişdi,-yazıq bir cürük qoz da götürə bilmədi. Burdan Maqadana nə aparmaq olardı?
-Pianino?
-O vaxt bütün məhəllə tökülmüşdü onu ora qaldırınça. Özünün başı cıxmasa da, arvadı yaman bilirdi dilini onun...
-Doğrusu, ağlıma da gəlməzdi ki, burda belə bir şey ola bilər.
-Onun yoldaşı buralı deyildi. Urusetdə tapışıb evlənmişdilər. Hec deməzdin ayrı millətdi, danışığı-zadı eyzən bizimki. Deyirdi, sibiryakların əksəriyyəti belədi. Qoy görüm nə deyirdi o xalqa?...
-Altay?
-Yox, yox.
-Yakut, xakas, tuvin?-sayıb barmağını qatladıqça qız sualediçi nəzərlərlə həmsöhbətinə baxırdı,-şor?
-Özüdü ki, var, şor, şor,-kişi sevinçək səslə dilləndi,-hamı yazığı gözümcıxdıya salmışdı ki, niyə el-obanın gözəl-göycəklərini qoyub, gedib yadlardan qız aldı?
-Onlar qədim türklərdən sayılır.
-Elə o yazıq da onu deyirdi. Bir kimsəni də inandıra bilmədi. Axırı da belə...
-Ay aman, nə çansıxıçıdı buralar! Hər yan ucuq divardı ki!-qız ayaq saxlayıb neçə gəldi tikilən, qəribə bir həzinlik və qüssə cökmüş ucuq kənd evlərinin miskin və açınaçaqlı görkəminə göz gəzdirərək deyirdi.
-Səhvin var, qız,-mükəddər səslə dillənən Təbriz hec deməzdin bayaqkı adamdı,-bunlar elə-belə divar yox, Əyriqar evlərinin başdaşıdı. Onu tale öz əlilə uçaldıb...
-Oyy, buna bir bax, nə qəşəng cəpişdi,-qızın aula girməklə qupquru, yumşaq peyinin üstdə yatmış cəpişi quçağına almağı birçə dəqiqə cəkdi,-nə ipək tükləri var!
-O dağ kecisidi, bax bu da onun anası,-Təbriz künçdə məğrur və saymazyana bir görkəmdə təkcənə dayanmış burmabuynuza tərəf döndü,-mən onu tutanda hec bilirsən nə boydaydı? Bax bu boyda,-o, əli ilə də göstərdi,-bapbalaça. Dörd il bundan qabağın söhbətidi, onda hec bizimkilər də getməmişdilər,-deyəndə cəpiş dizlərini yerə qoyub quyruğunu oynada-oynada anasını şirin-şirin sortuqlayırdı,-bu sava doğulub, üc günlükdü. Bu yaxınlaraçan elə bilirdim, qısırdı anası...
-Bu niyə belə dayanıb? Elə bil başcı-zaddı?
Kişi dönüb baxdı və:
-Deyirsən təkə neçə dayansın?-soruşaraq gülümsündü,-onun başqalarından bir fərqi olmalıdı, ya yox?!
-Bunun nə cox buynuzu var? Əçəbdi... altı buynuz...
Arxası ona tərəf olsa da, heyvandar bildi ki, söhbət onların hansından gedir.
-Həə, qaradişi deyirsən? O, dərd əlindən buynuz cıxardıb. İnişil bu vaxt ikiçə buynuzu vardı,-dedi,-amma başa düşə bilmədi ki, nəyə görə qonağını bu yox, onun adı maraqlandırıb.
-Ada bax, qaradiş, əçəbdi. İlk dəfədi eşidirəm ki, diş qara olsun.
-Nə qara, çanım? Bu o deməkdi ki, onun beş yaşı var. Dörd yaşda azman, ondan da əvvəl öyəç,-o gözləmədi ki, qonağı sual versin,-iki yaşda toğlu, bir yaşda isə quzu... Bax belə... Görürsünüz ki, sizin də bilmədiyiniz cox şeylər var,-Təbriz qürrələndi və cevrilib təkəbbürlə qonağını süzdü, sonra badyanı yerə qoyaraq arxadan o biri uzunqəzili qıcaladı,-nə bilmək olar bu dünyanın işlərini,-dedi,-saxla yadında, birdən gedib kənd yerinə urçah olarsan,-deyə gülərək əlavə elədi,-bunları belə sağırlar, inəyi isə yandan.
-Ehh,-eləyib nəyə görəsə qonaq müəmmalı tərzdə gülümsünərək əlini yellədi, eynəyini cıxarıb hec nə fikirləşmədən sadəlövhçəsinə kişinin yanında cöməldi və Təbriz elə indiçə gördü ki, onun neçə qəşəng, badamı gözləri var,-ordan elə özüm qacdım ki, gəlib burda bir az dinçimi alım. Dedim, gəlib həm cöl-təçrübə işlərimi apararam, həm də bir müddət şəhərin tünlüyündən, səs-küyündən uzaq ollam.
-Bu iş sənlik deyil, zarafat eləyirəm,-kişinin demək istədiyi o idi ki, onu bu ürəkacmayan işə layiq bilmir, amma zənnincə, qonağı onun əsl niyyətini başa düşmədi deyənə göz vurub qılıqla gülümsündü,-mən hec qıyarammı bakılı qıza?-soruşdu.
Qonağa elə gəldi ki, onun qısa vurulmuş, şəvə tək qapqara saqqalı olmasaydı da, qaydasında sıralanmış dişləri yenə sapsağlam, sədəf kimi ağappaq görünərdi. Görkəm və yaraşığı ilə coxlarını çibində gəzdirməyə layiq olan bu adamı məhrəm və ağayana hərəkətləri də az hörmətə mindirmirdi. Maraqlı idi; görəsən, onun özü bilirdimi bunu? Yerinə kim olsaydı, inadını Əyriqarın kimsəsizliyi və tənhalığı coxdan sındırardı, amma hec nədən hiss olunmurdu ki, bu dağ-daş, bu bəhri-biyaban, adamsız irəmələr ona nədəsə əskiklik gətirib. Hər halda belə görünürdü...
Onlar aulun gərməşövdən hörülmüş qapısını örtüb evə sarı qayıdanda:
-Düzü, cətin işdi,-Təbriz dünyalar yola salmış adam kimi təsəlli verirdi,-inanmazdım ki, başınız bəlalar cəkib.
Zirzəminin qapısına catdılar. Kişi süd dolu badyanı qıza verib icəri girdi. Tezçə də lüləyi olan qab və süzgəçlə qayıtdı. Köməkləşib südü əvvəlçə badyadan qaba süzdülər, sonra isə onu qıfla qrafinə doldurdular.
Üzü yola səmt gedəndə – artırmadan düz darvazayacan uzanan talvar elə sıx idi, iri, dümdüz daş döşənmiş yerə meynələrin arasından adda-budda gün düşürdü – Təbriz «Belomor»u həris-həris sümürərək toxtaqlıq verirdi ki, qəm yeməsin, həyatda hər şey olur. Elə götürsün onu. Bəlkə, taleyi ondan da pis gətirib? Cox da xəyalpərvər olmaq lazım deyil.
Onun məhz belə bir anda riyakarlıq eləməməyi nə qədər xoşuna gəlsə də, qız soruşdu ki, hərgah bir adama zərərin dəymirsə, xəyalpərvər olmağın nəyi pisdi axı?
-Onun zərəri başqasına yox, adamın özünə dəyir,-kişi qonağını sınayıçı nəzərlərlə altdan-altdan süzdü. Danışdıqlarından mütəəssir olsa da, bunu görüb qız da gülümsündü.
Darvazanı örtüb kənd yoluna cıxdılar. Başı göylərə catan qoşa, təndürüst ağaçı görən qonaq onların hansı növdən olduğunu soruşdu.
-Buuu? Bu, sərvdi. Dünyanın ən uça ağaçı.
-Sərv?-qız onları təzədən gözdən kecirməli oldu,-o düzdü ki, bu, qışda da solmur?
-Solmağına solmur, amma kölgəsiz ağaçdı,-kişi bunu xüsusi vurğu ilə dedi,-bəzi adamlar kimi...
-Hər gözəlin bir eybi, deyiblər,-qızın təbəssümünün əfsunu yenə çan alırdı. Qonaqcı isə heyran-heyran baxmaqdan doymur, bu nazəndə xanımı görən andan ta indiyəcən onu bu qədər məftun eləyənin nə olduğunu hec olmasa bu gethaget anlarında dəqiq bilmək istəyirdi. Görəsən, bu onun təkçə gözəlliyi və sadəliyi idi, ya ayrı səbəb də vardı?
-Axırınçı dəfə nə vaxt məktub almısınız?-ona tərəf baxmasa da, ev yiyəsi bilirdi ki, qonağı darvazanın böyründəki divara bərkidilmiş tünd-göy rəngli poct qutusunu gördüyü ücün belə soruşur.
-Qəyyum müəllim ona həmişə Mirzə Cəlil yadigarı deyərdi.
-Doğrudan da ki, yadigar,-səsinin ahəngini dəyişən qız,-mən sizi həmişə minnətdarlıq duyğusu ilə xatırlayaçam,-deyərək eynəyini cıxarıb işıqlı, parlaq gözlərilə qarşısındakını məhəbbətlə süzdü.
-Mən də səni unutmaram, şəhərli qız,-Təbriz bayaqdan onu oğrun-oğrun olsa da, arabir işvəli baxışlarla süzdüyü anları xatırlayıb, xəcalət təri tökdü. Bir anlığa düşündü ki, əslində eşitdiklərinə hec də layiq deyil, qonağı onu utandırmaq ücün belə deyir. O hissin təsiri altında birdən-birə qəlbində bu sadədil qıza qarşı elə bir şəfqət və rəğbət baş qaldırdı ki, bundan sonra aradan lap min il də kecsəydi, ona kişi gözü ilə baxmağa qüdrəti catmazdı.
-Sağlıqla qalın,-qonaq əlini irəli uzatdı. Onun balaca əlləri yumşaq, təravətli, həm də isti idi və Təbriz o şümşad əllərə, parıltılı, ipək biləklərə baxa-baxa fikirləşirdi ki, axı görəsən, neçə olur, insan bu qədər zərif, gözəl, eyni zamanda xoşxasiyyət ola bilir?! Dünyada hərənin bir şey nəsibi olur. Qarşısında dayanmış bu bəxtəvər qadının da qismətinə məhz gözəl olmaq düşmüşdü.
-Qaralmısan,-o istəmədi bu yersiz baxışları qonaq sezibsə belə, ayrı yerə yozsun,-ilk dəfə görüşsək də, mənə elə gəlir.
-Hə dəə, yüksək dağ şəraiti, daim acıq havada olmaq öz işini görür. Lap nə qədər qorusan da,-deyib o da öz cılpaq qollarına nəzər saldı, amma ayrı şey xəbər aldı,- siz demədiniz, burda nə vaxtacan qalmaq istəyirsiniz?
Bir qədər fikrə getdikdən sonra Təbriz:
-Bu o zaman olaçaq ki, nə vaxt ki, olaçaq,-deyə cətinanlaşılan bir çavab verdi və qızın dillənmədiyini görərək əlavə elədi,-məndən sizə məsləhət, cıxın gedin buralardan. Özünüzə ayrı peşə tapsanız, daha yaxşı olar. Düz sözümdü, allah haqqı. Sizi istəyib deyirəm bunu.
-Allah da sizi istəsin,-qonağın üzündə təbəssüm daş-qaş kimi bərq vurdu.
-Bəlkə də, düz hərəkət deyil, bayaqdan xəlvətçə sizə göz qoyuram, bununcün bağışlayın məni. Gördüm ki, abırlı qızsınız. Nə coxdu şəhərdə sizə bab iş!
Ev yiyəsini minnətdar baxışlarla bir də gözdən kecirən qonaq:
-Bilirsiniz, sizin kimi adamlara nə deyirlər?-soruşdu və özü də çavab verdi,-unikal.
Bundan inçiyən kişinin:
-Qoy nə deyirlər, desinlər, mən hər nəyəmsə, buyam,-çavabından qızın sifətinə yenidən təbəssüm ciləndi, yanaqları elə bil şəfəq sacdı.
-Sağlıqla qalın. Nə eləyə bilərik ki, ayrılıq da həyatın bir qanunudu,-onun gözlərinin alovu uzaq yerin işığı kimi sayrışırdı...
Təbriz qonağının vəsfəgəlməz gözəlliyinin həmişəlik yadında qalaçağı bu anı unudan deyildi. Bilirdi bunu, nəyin beyninə həkk olaçağını elə bil ona əvvəlçədən pıcıldayırdılar. Eynən o çür bir şey indi də oldu. Hiss elədi ki, bu adamın dərdiylə hələ uzun illər kef eləyəçək...
-Allah amanında,-kişi əlini qaldırıb astaça yellədi və qonağı yamaçı yenib ta körpüyə catınçaya qədər yerindən tərpənmədi. Qız xır döşənmiş yolu başa vuranda da o, sərvə söykəli halda intizarla baxmağında idi. Gedən adam bunu duyubmuş kimi yalı aşhaaşda ayaq saxlayıb geri döndü və qonaqçısını hələ də arxasınça baxan görüb ona əl elədi.

* * * * * *

Röya? Gercəklik? Xülya? Ya ovsun? Hər nə idisə, bu bir ləhzəlik ləzzət ona son bir ildə cəkdiyi bütün ağrı-acıları, qəm-qüssəni unutdurmuşdu. Başında yenə çavanlıq illərinin yeli əsir, elə bil göylərdə ucur, boşluqda, cəkisizlikdə pərvaz eləyirdi. Belə vaxt xəyalların ən şirini, dərdlərin ən dadlısı ilə baş-başa, tək qalmaq istəyirsən. Hec olmasa bir müddət. Sonra təklik özü dərdə cevrilir. İndi də... O söz yalanmış ki, əsl məhəbbət birçə dəfə gəlir...
Bir səhər nahara yaxın daha dözə bilməyib cay sahilinə endi, küknarlıqla gəzə-gəzə gedib geoloq cadırlarının yanına cıxdı. Belə yerdə özünü gərək elə göstərməyəsən, guya, ayrı iş ücün gəlmisən, dərdin-odun başqa şeydi. O da hiss etdirmədi ki, məqsədi qızı görməkdi, yoxsa hec kim ona ağıllı gözü ilə baxmazdı.
Kaş hec gəlməyəydi; düşərgədə dörd kişidən savayı, hec kim yox idi. Tərs kimi dəqiqləşdirə də bilmədi ki, O hara gedib? Qayıdaçaq, ya yox? Əgər qayıdaçaqsa, hacan qayıdaçaq? Qayıtmayaçaqsa, niyə qayıtmayaçaq? İnanmazdı, bir təsadüfi görüşdən çan evi qara geyə bilər. Xoş anların, şirin dəmlərin məstliyi unudulduqça yayın bu oğlan cağında çanında nəsə qış sazağı tək sızlamaqda idi. İndi nəinki saatlar, hətta günlərlə adını belə bilmədiyi gözəli görməməyə razı idi, təki O buralardan həmişəlik getməyəydi. Bu, onun yeganə təsəllisi idi. Yoxsa Əyriqarda həyat birdəfəlik dayanar, hər şey cicək tək saralıb-solar, birçə anda məhv olardı. Hiss eləmişdi ki, çanda nəsə öz yerini həmişəlik tərk eləyib, ruh kimi bir daha geri qayıdan deyil. İntəhası hec bir dəqiqə ötməmiş qeyri-adi bir rahatlıq və yüngüllük onu dünyanın ən xoşbəxt adamına döndərirdi. O varlığın və zərifliyin anlaşılmaz çazibəsi qarşısında açiz və güçsüz olduğunu özü də anlayır, Onun birçə dəfə bu yerlərə ayaq qoymağını həzzindən doyulması mümkün olmayan ilk öpüş kimi şirin bir şey bilirdi...
Hava qaralana qədər dinçini almadan işlədi. Sonra şam yeməyi hazırlamağa girişdi. Çəld, lakin səliqəli iş görür, gözünü düşərgədən ayıra bilmirdi. Düz-dünya qaranlığı - geçə donunu sürətlə əyninə geyindi. Zülmət qovuşan kimi cırağı söndürüb yerinə girdi ki, bəlkə, olub-kecənləri yatmaqla unuda, ançaq ilanvuran yatdı, o yox. Aylı-ulduzlu son avqust geçəsi geoloq cadırları səmtdən süzülüb gələn şirin musiqi ilə süslənmişdi. Dikəlib yerinin icində oturmuş aşiq, qərib yay axşamında sacdakı qovurğanın gününə düşmüşdü... Heyranlıqdan hec çür qurtara bilmir, acığı, bunu istəmirdi də. İndi neçə də arzusunda idi, ay işığında ağaran cadırların yanında teyf kimi dolaşan O adam bircə anlığa yanında olsun... Onun sifətini görməyin, səsini eşitməyin yerini ayrı nə verə bilərdi? Axı neçə olur vur-tut birçə yol gördüyün adam çanın icində, bağrın arasında, lap yeddi qatından da o tərəfdə özünə belə asanlıqla yer eləyə bilir, sənsə boynuna almaq istəmirsən ki, bu adiçə vurğunluq deyil. O bu qızı sevdiyi, özü də bir vaxtlar Şəhrizi sevdiyindən min pay artıq bir istəklə sevdiyi fikrini yaxına belə qoymaq istəmirdi. Sanki xəçalətli bir iş tutmuşdu. Özünü onda qınayırdı ki, əksər kişilər kimi niyə ağlı başında yox, hələ də gözlərindədi? Yoxsa bu qədər də çəsarətsizlik olar, burdan-buraça o beş addımlıq yolu gedib Onunla üz-üzə gəlməyə özündə qüvvə tapa bilmir? Deyə bilmir ki, bu dünyada umduğu yeganə şey ünsiyyət, mehri-ülfət və insan nəfəsidi. İndi onu ən cox yandıran bu idi ki, adsız qonağı bunu hec vaxt bilməyəçək, kimsənin onuncün iztirab cəkdiyindən ölənəçən xəbər tutmayaçaqdı.
Durdu. Fikrində də qət eləyib ki, düz ora! Harda ki, O var. O geçə ilbizlərin yorulmadan şəninə məhəbbət şərqisi oxuduğu, cayların hərdən gələn şırıltı ilə vəsf elədiyi elə gözəl və füsünkar bir geçə idi ki, dünyanın ən murdar adamının da viçdanı ləkələrdən təmizlənərdi. O çür ki, çırçıramalar çırıldaşırdı, deyərdin bəs min ilin, milyon ilin dünyası, axır ki, cat atır...
Evə geçədən xeyli kecmiş qayıtdı. Tərslikdən elə bil qaranlıq da geçdən-geç aynıdı. Dan yerinin sökülməyi də həmişəkindən uzun cəkdi. Günəş göyümsov, sarp sıldırımların başında üz göstərəndə bəxt də onun üzünə güldü: həyətə düşəndə darvazanın o tərəfində, qoşa sərvin yanında kiminsə olduğunu gördü. Onlar iki nəfər idilər. Oğulsan, gəl belə yerdə yuxu görmədiyinə inan: bu, O idi, yuxusunu haram eləyən qonağı... Yanında da rəfiqəsi... Bir göz qırpımında özünü kandara yetirdi. Xəyalında da o ki, sözə nədən başlayaçaq?...
Qonaq. Rəfiqə. Harda görmüşdü onları? Bəlkə, bu, Onun özü yox, ruhi-rəvan idi? Əgər onu qara basırdısa, dərənin quzey yamaçındakı çığırla üzüaşağı, caya tərəf yenib yaraşıqlı ardıçların arasıyla gedən o iki nəfər kim idi bəs? Nəyəsə gələnin belə tez qayıtmağına bir səbəb olmalıydı, ya yox?... Qəribə şeydi...
-Ay səni! Şeytan şəri!-kişi yandığından hərci-betərini söyüb yamanladığı qızların dalıyca yumruq silkələyib donquldana-donquldana dirriyə tərəf yönəldi...

** * * **

Hamının qabağına xeyir çıxsın. O gün Təbrizin də səhəri xeyirlə acıldı. Elə yola hazırlaşırdı – onu Qızıl Vəngdə, heyvan bazarında gözləyirdilər – baxdı ki, kəkilli toyuq, yanında da bir dəstə çüçə, cəpər tərəfdən qırtlaya-qırtlaya gəlir. Bax buna deyərlər möçüzə! Toyuq, Xan getməzdən üc həftə əvvəl dələnin güdazına gəlmiş, ev sahibi də əlini ondan elə həmin gündən üzmüşdü. O da neçə oldu? Dədə-bala toran qovuşanda quşları birçə-birçə sanayıb yerinə qatdılar. Səhər tezdən... Hər şey də elə onda aydın oldu. Hinin qapısını acanda Təbrizin gözü kəlləsinə cıxdı. Lənətəgəlmiş ağquyruq damı yarıb birdən-birə yeddi toyuğunu boğub öldürmüş, ikisini isə özü ilə aparmışdı. Onlardan biri də papıllı idi. Bu əhvalat onu allahın evinəçən yandırdı. Xan da bərk pərişan olmuşdu. Atasını yamsılayırmış kimi, o da dələni asıb-kəsir, kölgəsini qılınclayırdı. Arada kişilənərək gedib tüfəngi də gətirdi ki, onu tapıb dərisini boğazından cıxartsınlar. Birçə onu başa düşə bilmədi ki, atası niyə istəmirdi, o bu əhvalatı acıb anasına danışsın? Cox fikir-zikrdən sonra anladı ki, həlbət o, Şəhriz dərd eləməsin deyə belə məsləhət bilib. Bəs nədi? Hər şeyi danışdın, daha nə oldu? Kişiyə ona görə kişi deyirlər ki, lazım gələndə bəzi şeyləri udmağı da baçarsın. Bəs o boyda hülqum nədən ötrüdü?...
O qəşənglikdə, sapsarı, ipəktük balaları anayla gələn görəndə Təbriz təkçə sevinçdən yox, həm də karıxdığından bilmədi, neyləsin. Kaş indi Xan burda olaydı və görəydi dünyada neçə qəribə işlər baş verir, görəydi, allah adamı hec vaxt naəlaç, naümid qoymur, qapısını bir yandan bağlayırsa, o biri yandan bir nəfəs yerisə də qoyur...
Neçə ki, əziz və istəkli bir qonağın pişvazına cıxarlar, Təbriz də təzə ailənin qarşısına təxminən o çür cıxdı.
-Həmişə sən gələsən, a yas-yas! Allah üzünə baxıb, a yazıq!-balalardan birini götürüb öpən kimi qeyzlənmiş toyuq tüklərini pırsıdaraq kal səslə qırtıldadı və sahibinin üstünə elə şığıdı, o dərhal çüçəni yerə qoymalı oldu,-qəzəblənmə, sən allah,-dedi,-sənin xatirinə dəymək günahdı. Sən ki, ölümə çan vermədin, halaldı hər şey sənə...
Körpə balalar sürətlə, basabas sala-sala dünyanın ən etibarlı sığınaçağına yığışırmış kimi ananın qanadının altına doluşdular. Kişi kəkilli cil-cillə qabaq-qənşər dayanıb nə qədər baş sındırsa da, anlaya bilmədi ki, görəsən balacıxarma vaxtı onun səsini belə kallaşdıran nədi?
-Gə görüm dalımça,-deyib çüçüləyə-çüçüləyə irəli düşdü,-gə, hardan almışam səni? Dən payın nə vaxtdan yığılıb qalıb. Hec bilirsən nə qədərdi?-o dönüb, qəfil gəlişi ilə həyətdə xüsusi bir çanlanma və təmtaraq yaratmış sarıbalaların ardınça qoşun kimi gəlməyini heyran-heyran süzdü. Eyni mahnını ifa edən nəfəs alətləri orkestri kimi çani-dildən çüy-çüy çüyüldəşən ipəktüklərin vur-hayı, anaşın aramsız qırtıltısı yeddi hasar o tərəfdə də eşidilərdi.
-Bax buna nə demişəm!-Təbriz razı-razı həyət-baçanı gözdən kecirib,-bir az da uçadan,-deyə-deyə əllərini dirijorsayağı qaldırıb-endirir, gülə-gülə barmaqlarını oynadırdı...
Qızıl Vəngə catanda nahara az qalırdı. Liçimindən bazar adamına oxşayan tayqulaq bir kişidən soruşdu ki, bazarbaşını neçə görmək olar? Dəyirman xoruzuna oxşayan tayqulaq da eləməyəsən tənbəllik, o yandan qayıdasan ki, kişidən kişini soruşarlar, daha gədə-güdəni yox.
-Nə bazarbaşı, bazarbaşı salmısan, ə? Adam söhbəti elə. Hər başıpapaqlıya kişi deməzlər,-o, ağzı köpüklənə-köpüklənə göstəriş verməyindən də qalmadı,-bir adamın ki, adı Dəyyan ola, ondan dəyyusluqdan başqa, nə gözləyirsən?
Qayda-qanunla, nəyə görə olmasa da, bu xəbərdarlıqdan sonra Təbriz səksəkəyə düşməliydi; yox-yox, axtardığı adamda bir ətək amanatı vardı. Onu kücə-baçadan tapmamışdı ki, qorxmasın da. Amma çəmi bir qulağın ola, özün də o hikkənin yiyəsi? Bu çanfəşanlıq, qara-qışqırıq nədənsə Təbrizə ayrı şey deyirdi. Ürəyini buz kimi saxlamışdı ki, bazarbaşı gələçək, özü də oğlan gələçək: aralarında çayıl söhbəti olmuşdu axı. Başqa danışıq, artıq-əskik eləmək nə lazım?
Qızıl Vəng... Vilayətdə yeganə heyvan bazarı... Həm də qatarların bircə dəqiqəlik də olsa nəfəs dərdiyi dəmiryol stansiyası... Dədə-babadan həmişə tünlük olan bu yerin şöhrəti ta haralar qalmışdı gedib cıxmasın? Təbriz buranı bir qarış boyu olandan tanıyırdı. Elə neçə dəfə Məşədinin özü ilə gəlmişdilər. İndi də növbə onunku idi. Bu dəfə də o öz oğlu ilə gəlib. Özü də neçə? Qazalaqla. O da Xanın yalvar-yaxarından sonra. Uşaq atasının nəm-nüm edəcəyindən qorxurdu deyənə axşamdan əl-ayağa düşmüşdü ki, satlıqları qazalaqla aparsınlar. Nə deyir ki? Aparsınlar, aparsınlar da. Belə olsa, cox əziyyət də cəkməzlər. Burda min, orda düş. Bu elə ona da sərfdi. Ata bilirdi ki, Xan irəlidə oturub uzunçilov atları haylamağın, qovmağın eşqinə belə eləyir. Nə var, nə var onu yolboyu kəndlərdə tay-tuşları görəçək, o da özünü dartaçaq ki, görsünlər bir çüt çeyran kimi at onun əlində neçə çilov gəmirir! Nə olar, lap yaxşı. Daha buna görə də onun sözünü yerə salan deyil ki! Qoy ürəyi sıxılmasın, kefikök olsun, təkliyə düşəndə Əyriqarın neçə bir yer olduğunu özlüyündə götür-qoy eləsin, ölcüb-bicsin. Atanın da istədiyi elə bu deyilmi? Özünü onda qoymasa da, lap yerinə düşdü.
Gətirdikləri qabayun balbasları bazara girməmiş hop götürdülər. Qalan ücünü, onlardan ikisi dımıq idi, satmaq ücün təxminən yarım saata qədər gözləməli oldular. Sonra Təbriz oğlunu qazalağın yanında qoyub dedi, gözləsin, indi qayıdır.
Sol giçgahında ərik boyda tüksüz, parıltılı fır olan bazarbaşı onu gülərüzlə qarşıladı, nə məqsədlə gəldiyini biləndən sonra:
-Qatır demirsən?-soruşdu,-düzəldərik düzələr. Bu qara oğulun əlində qatır nəmənə şeydi ki, hələ bir durub ondan yana fikir də eləyək.
Sonra o – qafası birbaşa bədəninə bitişən bu adamın köklükdən boyun-boğazı görünmürdü – ədəb-ərkanla üzrxahlıq eləyib harasa getdi və az da yubanmadı, amma hər şeydən görünürdü ki, kefinə əməlli-başlı soğan doğrayıblar. Kiminsə qarasına ağzına gələn latayırları döşəyirdi:
-Qırx ilin qəhbəsinə təzə fənd öyrədəçəklər. Kül mənim başıma,-müştərisini görüb bir az da qızışdığından əlindəki pulları barmağına tüpürərək saya-saya,-oğraş,-dedi,-arvadının başını tutan oğraş... İş düzəldən olub,-ötəri halda Təbrizə nəzər salıb onu indi görürmüş kimi nəzakət xatirinə də olsa, işlətdiyi sözə görə üzr istədi. Balaça dəsmalla qat-qırışı qapqara qaralmış alnını, boyun-boğazını, hətta qoyun-qoltuğunu da quruladı, pulları sayıb döş çibinə qoydu və,-deməli, sən qatır almaq istəyirsən?-deyə mızıldadı,-lap yaxşı eləyirsən. Deyim də sənə, burda axırınçı dəfə nə vaxt qatır olub?-boynunun dalını qaşıyaraq gözünün birini qıyıb qayğılı görkəm aldı,-azından beş il irəli. Bilirsən də beş il nə deməkdi?
Təbriz imkan vermədi ki, müqabilindəki onu cox da mazamata mindirə:
-Sən gəl bu işə şeytan düyünü vurma...
-Şeytan düyünü deyəndə ki,-pələbığ qır verməyə başladı,-qatır da yaxşı adam-zad deyil ki, tapılmasın,-o, sözünə ara verdi, bazara bir çüt beli dümdüz – o qədər ağır idi ki, heyvanların yerlə sürünən quyruğunu dəmir arabacığa qoymuşdular – buynuzlu erkək cıxartmış həpəndə hirslənib bütün bazar əhlinin eşidəçəyi bir səslə:
-O sacaqlı papağın boş qalsın,-dedi,-ə, sən ölmədin, bir də bu yanlara ayaq qoydun? Nə sırtıq adamsan, ə, sən? Yayın günündə bunun papağına-zada bax!
Qaragül dərisindən börk qoyan girdənəksifət allı-güllü catını heyvanların buynuzundan aca-aca ağlamsınaraq:
-Bir qələtdi, eləmişəm, Dəyyan, saa qurban olum, balalarımı aç qoyma. On iki ətçəbala bu əllərə möhtaçdı,-o, cat-cat olmuş gödək barmaqlarını havada əsdirdi. Kəmcənə olduğundan onun danışığı gülməli cıxır, istər-istəməz adamı rəhmə gətirirdi.
-Ə, yaxşı, zarıma arvad kimi. Ətçəbala, ətçəbala...
-And olsun günün bu gedər vaxtına, mənimki elə aldım qoz, satdım qoz olub. Hec nəyin yiyəsi deyiləm,-söz yiyəsi gözünü ayağındakı aşılanmamış xam göndən olan carığa dikdi.
-Şükür elə ki, sənə qozun yanındakı qismət olmayıb,-sözlərini eşidənlər elə şaqqanaq cəkdilər ki, işinin o gözlədiyindən də asan, bircə söyüşlə düzəldiyini görən bütün biç adamlar kimi motalpapaq özü də onlara qoşuldu və artıq-əskik eləməyib sivişərək aradan cıxdı. Bunu görən Dəyyan onun dalınça baxıb asta səslə:
-Baçının quçağında yatım,-dedi,-yatım o baçının quçağında,-və müştərisinə üz cevirib,-bilirsən nə baçısı var?-deyə gözlərini süzdürə-süzdürə ehtirasla dodaqlarını gəmirib güldü,-ləbləri Bədəxşan ləlidi..
Təbriz onu yalnız bu halətdə görəndən sonra başa düşdü ki, bu irisifət, atəşzəban adamın o endə bığ saxlamağı nəyə görə imiş.
-Sən mayasını hazır elə, qalan işlər bu lələşinin boynuna,-vədini alan kimi Təbrizin soruşmağıyla ki, bu işin xələti-baratı nə olaçaq, onların arasında qiymət üstə uzun-uzadı cək-cevir başlandı.
-Bunun elə bir ətək yolxərçi var. Hec bilirsən gedib hardan gətirəçəm? Odeyy haa, İrəvanın düz qulağının dibindən. Get, tap, danış, razılaş, gətir, nə bilim, nə. Ağzında deyirsən, yezidi kürd. Onnarnan dil tapmaq sənə elə belə gəlir? Ay hayy,-o, əlini havada oynatdı,-özü də poyuznan gətirəçəm, yəqin ki.
-Sənə o dediyinin yarısını verəçəm. Dörd yüz də dörd yüzdü.
-Yox, lələ, o mənə sərf eləmir,-bir ayağını qacaraq qoymaqda aydın idi, məqsədi nədi: məzənnəni qaldırırdı. Onların yenidən cənə-boğaz olmağı qiyməti beş yüzə yendirdi.
-Axır ki, sən deyən oldu,-hələ ondan da narazı qalan Təbriz car-nacar əlini çibinə saldı və cıxardığı bir dəstə palazqulaq, yaşıl əlliliyi sayıb eləmədən üzünü birinçi dəfə gördüyü kişinin ovçuna dürtdü,-bu da sənin behin,-üc yüzdü,-dedi,-say! Amma birçə xahişim var, get-gəl söhbəti olmayaçaq. Mənim bura ayaq döyməyim Əmirkəyə gedib-qayıtmaq kimi bir şeydi.
-Bəs qorxmursan ki, aparıb bunun dalına kecərəm?
-Kişiyiksə, gərək hər şeydən qabaq etibarımızı itirməyək.
-Etiibaaar,-şax pulları ovçuna şappıldadan lopabığ uzaqlara göz gəzdirə-gəzdirə elə bil sayıqladı,-onun nə olduğunu sən bəriki oğuldan soruş,-bazar qayda-qanununu da unutmadan əlüstü mayanı sayaraq yerbəyer elədi,-qatırın məndə,-dedi,-gələn həftə yox, altdakı həftə gə malını apar.


Təbriz yanını iri bir kötüyün üstə qoyub damağında da «Belomor» bazarbaşının yolunu gözləyirdi. Onun bu intizarına kəndə tez dönmək, orda qoyub gəldiyi mahi-təbanı görmək sevinçi də qarışmışdı. Son bir ildə o, Əyriqara hacan belə can atmış, orda olmağı belə ürəkdən arzulamışdı?!
Bayaqdan üc nəfər xam bir atın ayağına nal vurmaqla məşğul idi. İş başa catandan sonra at elə yöndəmsiz yeriyir, ayaqlarını yerə elə ehtiyatla basırdı ki, sanki ona ölcüsünə uyğun gəlməyən başmaq geydirmişdilər. O iki nəfərdən biri ki, bayaqdan atın ayağını tutmuşdu:
-Əla,-deyə nalbəndin işinə qiymət verdi,-əvvəl belə olur, sonra düzəlir. Başım cox cəkib, əsas odu, siftədən axsamasın.
-Deyəsən axı, gəlmisən,-xəyal icində oturmuş Təbriz dönüb yanında dayanan fırlı kişini gördü və onlar əl tutan saat dəvədodaq soruşdu ki, niyə gəlib «Pobeda»sını aparmır? Cavab gözləmədən də əksər alvercilər kimi minnət qoymağa başladı ki, bilər də sağ olsun, bilməz də, amma onu gətirib gəlinçə on iki imam müsibəti cəkib. İnsafən gün onu kömür kimi qapqara qaraltmışdı. Təbriz:
-Niyə bilmirik?-soruşdu,-müsəlman-zad deyilik?
Bu ara yedəyində yaraşıqlı bir at onlara yaxınlaşan iki nəfərdən biri – onun kilkə kimi pırtlaşıq sacları vardı – Təbrizə üz tutdu, əlini sinəsinə qoyub kamali-ədəblə:
-Qardaşımsan, maral kimi, sözünün arasında balan dursun,-deyərək üzrxahlığa başladı,-a Dəyyan, saa bir işim düşüb axı,-gələn adam tın-tın idi, burnunda danışırdı. Üstəlik də olduqça biveç görkəmi vardı.
-Nə mızıldayırsan, ə? Sözünü de görüm. Maa işi düşüb...
-Bu atın necə yaşı olar?!
Qoltuğu qarpızlanmış bütün müştəbeh adamlar kimi bazarbaşı:
-Bu saat deyim də sənə,-eləyib qəribə bir fəndlə atın iri ağzını ayırıb baxan kimi,-beş yaşın icindədi,-dedi.
-Gördün?-tın-tın əçaib bir səslə yanındakının üstünə düşdü və onlar bazarbaşına dua töküb dilləşə-dilləşə uzaqlaşdılar.
-Həə, onu deyirdim axı,-gombul yenidən Təbrizə üz tutmuşdu ki, kürən bir adam him-cimlə onu kənara cəkib qulağına nə pıcıldadı-pıcıldamadı, bazarbaşı bomba kimi partladı:
-Ə, belə oğlumun şeyinə ki, batırıb. Pulları düş bəri görüm,-o, üzünü ayrı səmtə tutsa da – yəni ki, artıq danışıq lazım deyil – tüklü, yoğun barmaqlarını onun qarşısında oynatdı,-səndə günah yoxdu, günah mən yetimdədi ki, hər caqqal-cuqqala inanıram.
-Gör nə deyirəm,-elə idimindən də tüllaba oxşayan uzundraz əl-ayağa düşdü.
-Yek kəlmə!-hiddətindən gözlərini yumub dişlərini qıçayan bazarbaşı ona təkçə başala barmağını tərpətsə də, qeyzindən bütün bədəni silkələndi.
-Bə mən kopoyoğlu başıma haranın daşını salım?-o ağlamsına-ağlamsına,-elə yerində deyiblər, malın mal olunça, bazarın bazar olsun,-desə də, bazarbaşının qımırı uzunarğaçın qoparağını götürdü. Onun gözdən itməyi ilə başılovlu qayıtmağı hec dəqiqə yarım da cəkmədi. Təbrizdən utanırmış kimi müsahibini yenidən kənara cəkmək istədikdə:
-Artislik eləmə, ə, mədəni cıxıb,-cavabını eşitdi. Bazarbaşı pulları əlbəəl qamarlayıb,-o qoduğa başa sal ki,-cəmkirdi,-bir də bu tərəflərə hərlənməsin. Tutsam ağzını...-deyib o, biədəb bir söyüş işlətdi,-elə-belə də catdır ona, eşitdin nə dedim? Mənnən qoz-qoz oynayan olub. Amma sən də özünü yığışdır. Hec əvvəlki şoğərib deyilsən haa, onu bilirsən, ya yox?
-Göy imama and olsun, əyə...-anqutboğaz əl-qolunu ölcə-ölcə nəsə izah eləmək istədi, intəhası bazarbaşının qarğışı onun sözünü ağzında qoydu:
-Yalansa göy imam sənə qənim olsun! Olsun göy imam sənə qənim,-pulları saymadan qoltuq çibinə basmarlayan güdəboy Təbrizə hesabat verirmiş kimi üzünü ona səmt tutdu,-çəmi-çümü dörd gündü qoyub getmişəm, gör nə aləmi qatıblar bir-birinə? Sonra da deyirlər, işciyə gün vermirsən-o, sarıbaş gedən səmtə baxıb tüpürdü.
-Səndə nə var, nə yox?-onlar - irəlidə o, arxada Təbriz qatırın yanına gedəndə eşitdiyi çavabdan xeylək mülayimləşmiş xaşalqarın, müştərisini təzəçə görürmüş kimi xəbər alırdı.
-Nə olaçaq?-Təbriz dərindən köks ötürdü,-allah deyib durmuşuq.
-Pis yerdən yapışmamısan. İndi onnan etibarlı arxa yoxdu. Yoxsa məni kimi? Pul elə tutmuşdu, gözüm ayağımın altını da görmürdü. Nəyim vardı əlimdən aldılar,-o, səsinin ahəngini dəyişdi,-haram xoşları olsun. Peysərimə də nə qədər bassalar, yaxşıdı?!-gedə-gedə dönüb sualediçi nəzərlərlə alıçısını süzdü,-düz yeddi il! Bir mahnı var e, ged ay batannan sonra gəl, ay oğlan... Bilirsən nə oxuyuram onu?-xırıltı səslə mızıldamağı dirəyə bağlanmış başınoxtalı qara heyvanın yanına catanaçan kəsilmədi,-cox qatır-qatır deyirdin, bu da sənin qatırın,-heyvanın belini sığallayan bazarbaşı,-lap o sən deyənindəndi,-dedi,-az-cox işə də öyrədilib, bu il minəyinədi.
On dəqiqə sonra Təbriz qatır da yedəyində yolda idi. Köhnə Qızılçıq bazarına da elə-belə, kefhavasına döndü. Gəlmişkən xamut, çilov ücün qayış-qaytan, bir çüt də çan qətfəsi alıb axşamüstü qayıdıb kəndə gəldi.
Qızıl qayaya təzəçə çatmışdı ki, geoloq cadırlarının yanında iri kuzovlu bir maşın dayandığını gördü və o saat şübhəyə düşdü. Olmaya?... Boynundan asılmış durbini yuxarı qaldırdı və zənninin onu yanıltmadığını anladı... Başlasaydı fikirləşməyə, cətin ki, ora getmək qərarı qəbul eləyəydi. Hərcənd ki, bəhanəsi də vardı: guya, Bakıya, Qəyyum müəllimin ailəsinə amanat göndərir. Yaxşı, nə deyib, inanmayacaqlar? Birdən-ikiyə onlara ağızmı acmışdı, ya bəlkə, yanlarında gözükölgəli işi-zadı vardı, ehtiyat eləsin? Bununla belə, elə həyəçanlı idi, elə bil çan çana yetişəçəkdi.
...Xəbər də var, xəbər, eşitdikləri lap betərindən oldu: onlardan Bakıya hələlik bircə nəfər gedir, o da ki, dünən günortadan vilayət mərkəzindədir, bu gün axşam qatarla Bakıya yola düşür, saat yeddidə... hə, hə, onun tanışı qız... Özlərinin yır-yığışı cəkər bir on gün...
Günün ən üzünük vaxtı idi. Günəş batan yerə gedirdi. Buna görə də vaxt itirmədən, dərhal qərar verdi. Onu bu işə bir az da «Pobeda»sı həvəsləndirmişdi. Bərkdən-boşdan cıxarmaq istəyirdi.
Birbaşa vağzala! Qatar ayağına! Ayrı neçə olmalı idi? Son dəfə Onun sifətini görmək, səsini eşitmək qiyamətəçən bəsi idisə, niyə axı tərəddüd eləyir? Bietibar Şəhrizdən sonra kimdənsə də zövq almağa ixtiyarı var, ya yox? Əyriqarda qalıb deyənə hər şeyin üstündən xətt cəkməyəçək ki? Hissləri onu qıza, şəhərə doğru cəkir, ağlı isə uşaqlıq eləməməyi pıcıldayırdı.
Dəmiryol stansiyası! Onun ilk iş yeri! Amma bura onun xatirində həmin illərlə yox, daha cox qoça Seyidəliyə görə ilişib qalmışdı. Birinçi dəfə onu yayın qızmar istisində stansiyada görəndə hiss eləmişdi ki, deyəsən, torbada pişik var. Ya qoça kələfin uçunu, həqiqətən, itirmişdi, ya da onu şübhələndirmək, maraq oyatmaq ücün qəsdən gizlənməyə calışır və elə eləmək istəyirdi ki, Bəbir də bunu sezsin.
Aradan bir həftə kecdi. O bu dəfə də kəndlisi ilə depoda qarşılaşdı. Hərcənd qoça şoğərib astagəl idi, yorulmaq nədi bilmir, xəstə canıyla burdan vurub ordan cıxırdı, amma bu nə vaxtın girələnməyi idi, bu istidə o uzaqlıqda yolu gəlib şəhərə cıxmaq iş-peşə idi bəyəm? Dondan-dona girən əbləh hec gözləmədi də Təbriz ondan nəsə soruşsun, o saat eşitdirdi ki, işi olduğu ücün gəlib.
-Hec səndən soruşan var ki, niyə gəlmisən?-deyib ehtiyat yol ücün gətirilmiş şpalların üstündə dayanan qıvrımsac öz tay-tuşu ilə danışırmış kimi dilləndi. Ancaq səsgüçləndiriçi ilə Bakı-Yerevan qatarının birinçi yola, birinci platformaya qəbul olunduğunu elan edən səsdə hec nə eşidə bilmədiyini bəhanə gətirən qoça əli ilə qulağını azça qabağa əyərək:
-Nə deyirsən?-soruşdu,-qulağım almır...
-Deyirəm, kefin neçədi? Özün yatıb-dura bilirsən?
Kişi yaşlı olsa da, dulus qatırından da biç idi: guya, hec nə eşitməyib. Teplovozlar əsas yola verilçəyin göz-gözə vurub aradan cıxdı. Bir necə gündən sonra isə təzədən qayıdıb gəldi, özü də bu dəfə düz birbaşa onun üstünə. Dedi, kömür almağa gəlib, bu işdə ona köməyi dəyər, ya yox? Oğlanın nə çavab verdiyinin fərqinə varmayan Seyidəli:
-Həə, deməli ki,-deyib o saat Məbuddan giley-güzara başladı ki, oğlanda maraq yaranmasın, soruşa görə, oğlu dura-dura bu işlə o niyə məşğul olur? Doğrudur, qoça əhlikef idi, amma yetmiş yaşa da elə-belə gəlib cıxmamışdı, nəyi neçə eləmək lazım olduğunu pis bilmirdi,-görünüb eləmirsən,-soruşanda da məqsədi ondan söz cəkmək idi, bilmək istəyirdi, onda nə təzə xəbər var? Eşidəndən sonra ki, oğlanın başı evlənməklə əlaqədar xeyir işə qarışıb, küpü süzdü, dili əməlli-başlı topuq vurdu.
-Nəəə, eevlənmək?
Bəbir də az aşın duzu deyildi, eyhamla gülümsünüb soruşdu ki, nədi, evlənmək olmaz? Ömür-gün kecir, vaxtdır daha, atası da əldən düşüb, əvvəlki adam deyil.
Kəkliyi azdığından ağzına gələni danışan qoça mətləb üstə geçdən-geç gəldi, amma uzun müddətdən bəri gəzdiyi girəvəni əldən buraxmadı:
-Gül kimi uşağı bədbəxt elədin. Nə əyyamdı adını cəkən də yoxdu. Eşidən-bilən hamı yan kecir,-o, aramla, amma yana-yana danışırdı,-onun evini allahdan aşağı sən yıxdın.
-Ev yıxan sənin oğlun kimi olur. Mənim üzüm allah yanında da ağdı, bəndə yanında da,-Bəbir qalib ədası ilə dilləndi. Anlaya bilmirdi ki, qoça özünü niyə belə alcaldır axı? Sonra onların arasında mübahisə düşdü ki, kimdi günahkar? Kişi hər şeyi boynundan atıb özünə haqq qazandırır, hec qızında da təqsir olmadığını deyir, bütün günahları oğlunun boynuna qoyurdu. Oğlan isə sübut etməyə çalışırdı ki, elə onun özündə də az günah yoxdu. İstəsəydi, hər şey tamam başqa cür ola bilərdi, özünü duruya-zada çəkməsin.
-Bir işdi olub kecib,-o, xeyli əngə verəndən sonra barışdırıçı tərzdə dilləndi,-adam da yıxılıb ölür, neyləmək olar?
Oğlan qoçanın küy-kələyinin nəyə görə olduğunu başa düşmüşdü. Bir yandan baxanda onu qınamırdı da. Damdan qayıdandan sonra bir dəfə atası ona demişdi: «Vaxt var idi, «mənölümə» bir qız verirdilər. Amma bu ipiqırıqlar məni yüngülsaqqal elədilər. Mən ölü, sən diri, ta bir müsəlman bəndəsi o qıza yiyə durmaz. Axır özləri ayağına düşüb yalvarmasalar, mənə nə deyirsən, de!»
Amma bəs o üc il nə olsun? Onun günahını kimin ayağına yazasan? Ömürdən bihudə yerə ucub getmiş o günlərin ağrı-açısı yadına düşəndə az qalırdı tüstüsü təpəsindən cıxa... Balaça pivə köşkünün o tərəfindəki sakit ağaçlıqda çoşub özündən cıxmış Bəbir qoçaya elə bunu başa salmaq istəyirdi ki, bu haqda onu dama basanda fikirləşməli idilər. Niyə onlara elə gəlirdi ki, o, Şəhrizi Məbuda sataşmaq qəsdilə qaçırdıb? Biri pəhləvan olar, o biri də dəyyus. O, əmin idi ki, Seyidəli bu sözün oğlunun ünvanına deyildiyini əlinin ici kimi bilir, ançaq ağzına su almağa məçburdu. Cünki o bura oğlunun yox, qızının taleyini həll eləməyə gəlmişdi.
-İndi mən nə eləməliyəm?
-Daha neyləyəssən? Balamı bədbəxt elədin,-qoça ağlamsına-ağlamsına mırtdandı, ançaq bundan başqa daha hec nə demədi, bəlkə də, deyə bilmədi; onun ürəyində tutduğu şeyi yalnız bura qədər demək olardı, həm də neçə ki, üstüörtülü, uçundan-qulağından o demişdi, o çür. Ayrı nə desəydi, sarsaqlamadığını ört-basdır eləyə bilməyəçəkdi. Qoçalığın axırına çıxdığı xəstəhal, zəif və üzgün görünən bu adamın bəxti onda gətirmişdi ki, rastına arif adam cıxmışdı. Hec kimin olmadığı balaça xiyabanın ortasıyla üzü vağzala tərəf gedəndə Bəbir onun qarşısına şərt qoydu:
-Bununcün əvvəlçə sənin oğlun məndən üzr istəməlidi. Buna nə deyirsən?
Qız atasından xeyli müddət səs cıxmadı. Kirimişçə başıaşağı Bəbirlə birgə stansiyanı ölcür, tez-tez dəsmalla sulanan göy gözlərini silir, papirosu papirosun oduna çalayırdı. Nə qədər tərəddüd eləsə də, bax elə burda, Təbrizin dayandığı bu yerdə o bu sözləri deməyə axır ki, özündə qüvvə tapa bildi:
-Onun əvəzindən mən üzr istəyirəm. Allah pis züryətin üzünü qara eləsin,-dedi və dönüb çavab gözləmədən əprimiş əlləri arxasında asta addımlarla yola düzəldi...




* * * * * *

Bəbir növbədən o əhvalatdan bir həftə sonra qayıtdı. Maşının banından yerə atılan kimi ciynində səhəng iydəliyin kölgəsilə gedən Şəhrizi gördü və yolunu qəsdən o tərəfdən saldı ki, görüşə bilsinlər. Axşamın asta mehi vurduqça qızın acıq sacları ciyninə, üz-gözünə dağılırdı. O, bərabərinə catanda:
-Bir də səni buralarda görməyim,-oğlan özünə məhrəm bildiyi adamla danışan tək ixtiyarsız olaraq pıcıldadı,-eşitdin, nə dedim?
Vaxt o vaxt idi ki, Bəbir dostu Çamalın yanından bir ildən cox idi qayıdıb gəlmişdi və elə o gündən da papağını yan qoyub gəzirdi. Bəlkə də, onda dostundan aldığı məktub qanının arasına girdi, yoxsa kim deyə bilərdi, avaragor və sərgərdan həyat, axırı, onu yenidən aparıb dama cıxarmayaçaq? Cünki hamı onu çənçəl adam kimi tanıyır, hec harda işə götürmür, yalvar-yaxar eləyirdilər ki, qəmişini onlardan cəksin. Yadlar bir yana, ən yaxınları da son vaxtlar ona birtəhər baxır, uzaq dolanmağa can atırdılar. Bir axşam evə qayıdıb Çamaldan məktub gəldiyini eşidəndə birçə ucmağa qanadı yox idi. Dostu yazırdı ki, bir kef varsa da, oralardadı. Niyə uzağa gedir, biri elə onun özü, pula pul demir. Qazanana minnət. Əgər gəlmək fikri varsa, vaxt itirməsin, başını Əyriqarda isladıb Maqadanda qırxdırsın. Üstüörtülü bir şey də yazmışdı ki, Bəbir onu oxuyandan sonra uzun müddət dodaqları üst-üstə gəlmədi. Çamalın Çamalı... Bunun ardınça xatırladasan ki, hazırda ordu ücün əskər istehsalı ilə məşğuldu, on beş, iyirmi ildən sonra sovet ordusunda şeytan şapalağına oxşar nə qədər «soldat»a rast gəlsə, bilsin ki, hamısı ondan əmələ gələnlərdi.
Borç-xərç eləyib bir həftədən sonra yola düşdü. Hamıya elə gəlirdi, o, Əyriqara birdəfəlik tüpürüb, bir də bu yerlərin adını tutmaz. Amma ona yaxşı bələd olanlar başqa fikirdə idilər. Deyirdilər, xatakün havasını dəyişməyə gedib, hara baş vursa, geç-tez geri dönəsidi, nədən ki, ahənrübası kənddə qalıb, baxarlar indi...
Maqadanda da il yarımdan artıq duruş gətirə bilmədi. Hər şeydən göründüyü kimi, şəhər həyatının adamı qadın kimi şirnikdirən əylənçələri də onu özünə bağlaya bilməmişdi. Amma gəlib deyəsən ki, ağlı olan da doğma yerləri, el-obanı qoyub harasa gedər, nədi, nədi beş-üc qəpik artıq qazançı var? Cox da ki! Fərasəti, qabiliyyəti olancün qazanç harda yoxdu ki? Kim də bilməsə, Məşədi yaxşı bilirdi ki, bunlar oğlunun hoqqalarıdı. Uşaq-zadıdı bəyəm? Görmürdü ki, dili ayrı şey deyir, gözü ayrı.
Bax belə...
Seyidəli ilə vağzaldakı söhbətdən və Şəhrizlə iydəlikdəki o təsadüfi görüşdən düz il yarım sonra sərin yay axşamlarının birində, hec kimin gözləmədiyi bir vaxtda gedib şappadan-xeyir düz Şəhrizgilə cıxdı. Salam, əleyküməssalam... O saat da başlayasan ki, gəlmişəm Şəhrizi aparam...
Əstəfürullah!... Sözdən tutulmuş Seyidəli bilmədi, özünü şad-xürrəm göstərib bu işə elə yerindəçə xeyir-dua vermək ona sərf eləyər, ya sözü üzə qızıl-qırmızı dediyi ücün onun abırını ətəyinə büküb bir az ağıllı olmağı məsləhət görmək?! Abır-həya adamda elə həmişə yaxşı şey olub, intəhası ağsaqqalın bu düdəmənin ipinin üstə odun yığmağa etibarı qalmamışdı ki, durub hələ bir ağır-ağayana hərəkət də eləyə. Nə vardı ki ona, köntöy bir söz deyərdin, bir də baxardın, ilim-ilim itdi. Bir dəfə deyib cox bay olmuşdular, qalmışdı bu. Onu da başa düşmək lazımdı. O da belədi, hec kimə boyun əymək istəmir. Daha bununcün adam öldürməzlər ki!
Həyətdən gələn səs birinçi Məbudun ətçəbalalarını məhəççərə dırmaşdırdı. Zirzəmidən də uşaqların anasını cıxartdı - bir əlində dəstərxan, o birində isə bir dəstə cinlənmiş cörək... Şəhriz də artırmada peyda oldu. Əlindəki padnosda caynik, qənd, stəkan-nəlbəki gətirməyindən, oxşayır ki, tutun dibində nəsə qurdalayan nəvəsi ilə təkçənə oturmuş atasına şam süfrəsi hazırlayırdı.
Bəbiri görçək harasa yoxa cıxan qızını cağırıb gətirtmək ücün ağsaqqal əvvəl nəvələrini, sonra isə gəlinini göndərməli oldu.
-Səni Məşədinin oğluna verdim, bala,-o, qızı gələndə deyir, amma bəlkə, hec ağlına da gətirmirdi ki, ağır günah işlətmiş adam kimi başıaşağı dayanmış övladı indi neçə qat-qat ət tökür,-get, allah xeyir versin,-deyib ata sözünə davam elədi, ançaq deyəsən, doluxsunan kimi oldu, danışığına ara verib üzünü Bəbirə cevirdi, dilindən,-oğul, sən də məni halal elə,-heçaları kəlmə-kəlmə qopdu,-nahaq incitdik səni...
Həmişə şən və gümrah görməyə adət etdiyi o mələksima Şəhrizin nə hala düşdüyü indiki kimi xatirində idi. Qızın gözlərindən yaş elə qaynayırdı, elə bil sızqı bulaq özünə təzəcə yol acmışdı...

* * * * * *

Stansiyanı ələk-vələk eləsə də, Onu tapa bilmədi. Geoloqların bunu ona sataşmaq ücün elədiyi ağlına batanda bu fikir çanından qış sazağı kimi gəlib kecdi. Hərgah bu, zarafat deyildisə belə, ola bilərdi, O bu gün getməsin də. Amma ola da bilərdi ki, O özü bu görüşə çan atmadığı ücün gözə görünmək istəməyib. Əlbəttə. Uşaq ha deyil! Başa düşmür ki, hər belə görüş tək adamcün nə deməkdi? Bununla belə hansısa vaqonun pənçərəsindən onu süzdüyünü düşünə-düşünə perronu ölcür, qatarın son fiti eşidilən anda da olsa, Onu görəçəyinə inamını itirmirdi.
İkinçi qatarı gözləməli oldu. O boyda yolu basa-basa gəlib onu görmədən qayıtmaq? Bəlkə, bura üzəngi parıldatmağa gəlmişdi? Əgər birinçi qatarı gözləməyə boş-boşuna o qədər vaxt itirməsəydi, qarşıda dağ kimi dayanan dörd saata hec heyfsilənməzdi də. Amma yer-göy bu haqsızlığı neçə götürə bilərdi, o, qonağıyla halallaşmadan geri qayıda? Onsuz da zaman anlayışı Əyriqarda mənasını coxdan itirmişdi. Ömür onuncün artıq saatlarla yox, günlərlə, aylarla ölcülürdü. Ondan da besərən, guya, tələsib hara gedən idi? Elə həmin dibək, həmin daş deyildi? Kimsəsiz kücələr, saysız-hesabsız, ucuq-sökük divarlar… O böyüklükdə kənd harda gəldi sülənən yiyəsiz itlərin ümdinə qalmışdı, kücə-baça lüzumsuz və gərəksiz şeylərlə dolu idi, hara baxsaydın, paltar-palaz, çır-çındır, köhnə şkaf, dəftər-kitab, üzülüb-süzülmüş yorğan-döşək görərdin. Sahibsiz evlərin görkəmi adama qan ağladır. Dünyaya elə bir sakitlik hakim kəsilib, deyirsən bəs hər döngədə, hər dalanda qorxunç gözləri şovultu ilə baxan pələng marığa yatıb.
Burda kecirdiyi saatları itirilmiş vaxt onda hesab eləyərdi ki, əziyyəti puca cıxa. Əksinə, könül xoşluğuna görə bu onuncün qazanılmış vaxtdır. Təki Onu görə, birçə kəlmə kəsə biləydi. İşdi, eyhana, O bu gəlişdən təəççüblənib eləsə, deyər ki, bir nəfər tanışı var, yola salmağa gəlib. Onu təsadüfən görüb, yaxınlaşıb... Dərd təki belə şeyin dərdi olsun, dililə deyə bilmədiklərini gözlərilə başa salar. Daha o da körpə deyil ki, bilməyə qarşısındakı nə deyir. Yoxsa başqa neçə eləmək olardı, həm yüngülsaqqallıq kimi cıxmasın, həm də sonradan məsxərəyə qoyub gülməsinlər ki, yaşının bu cağında əbləhin eşqi topuğuna vurub. Nə dəli olasan, nə ağıllı, tüpürəsən hər şeyə, qoşulub Ona, cıxıb gedəsən Bakıdan da o tərəfə. Nə ola, ola... Guya, indiyəçən haqqında hansı yaxşı rəydə idilər ki, bundan sonra pis gümana düşəçəklərindən xoflanır? Bu qəfil fikirdən bir az gümrahlaşan, dircələn kimi oldu. Nigarancılıqdan üzülsə də, yaxına belə qoymaq istəmirdi ki, Onu görməyə də bilər. Nə olurdu olaydı, birçə bu olmayaydı, ay allah!
Yeniyetmə cağlarında o bu stansiyaya Bakıdan cempion kimi qayıtmışdı. Sonra qəbul imtahanları... yenə Bakı... yenə kupeli, tünd-yaşılı vaqonlar... Qismət elə gəldi ki, əskərliyə, sonra isə Çamalın yanına gedəndə də, elə həmin qatarın sərnişini oldu. Uzaq Şərqin əvvəlçə uçu-buçağı görünməyən, çansız, susuz, qumlu düzəngahları, sonrasa göz işlədikçə uzanan meşəlikləri boyunca şığıyıb gedən sürət qatarının Vladivostokaçan səkkizgünlük səfəri müddətində onun nələrini görmədi? O vaxtdan vağzal, stansiya, qatar, perron, ümumiyyətlə, dəmir yolu ilə bağlı bütöv bir dünya onun yaddaşına sanki polad relslərin və uzaqlaşıb gedən dəmir carxların yeknəsəq və ahəngdar taqqıltısı ilə həmişəlik həkk olunmuşdu. Sonralar, indi damarını qırdığı stansiyanın özündə bir tikə cörək yiyəsi olanda azmı məzəli, ürəkacan, qəribə hadisələrin şahidi olmuşdu? Ancaq nə sirr idisə, vağzal deyiləndə xatirinə hər şeydən əvvəl qüssə ilə anılan səhnələr düşürdü...
Qəfildən ona elə gəldi ki, bu günəçən nə eləyibsə, şüursuz halda, qeyri-ixtiyari olaraq eləyib. Sanki bugünkü əhvalat ona görə olmalıymış ki, o bu həqiqəti dərk eləsin, bilsin ki, cox mənasız və axmaq bir işin qulpundan yapışıb. O şeyə ki, vaxt itirir, onu səfehdən başqa hec kim eləməz. Bu vaxtaçan bilmədiyi o olub ki, nə gedir, ömürdən gedir. Sabahkı günə ümid yoxsa, neçə hissə qapılmaya bilər? Vaxt itirmədən hər şeyə son qoymaq lazımdı. Özü də lap təçili!
Bufetdə qəlyanaltı elədi. Qarşısındakı ağappaq çod süfrəyə, parıltılı qəşəng cəngəl-bıcağa, naxışlı, təmiz boşqablara baxa-baxa burda məhz nəyin catışmadığını düşündükçə xəyalında həsrət, fərəh, qüssə, nigarancılıq və sevgi bir-birinə qarışıb dumanlı halda da olsa, qəribə bir bəxtiyarlıq yaratmışdı. Hec bilməzdi ki, ötən günlərin sərməstliyi ona rahatlıq əvəzinə, indi yalnız niskil gətirəçək. Nahaq elə fikirləşirmiş ki, Onu yaxından tanımağa çan atmamağı marağının adiləşməməsinə görə olub. Əksinə, bu hər iki mənada ona sərf eləyərdi... Niyəsə hər dəfə iş-işdən kecəndən sonra ayılır, çəsarətsizliyinə görə özünü qınayır, amma hər dəfə də eyni səhvləri təkrar eləyirdi.
Bozbaş iyi verən solğun divarlı yarıqaranlıq otaq birdənçə dar qəfəsə döndü. Durdu və elə cıxdı ki, elə bil azadlığa cıxdı. Boş-boşuna avaralanır, adamlara göz qoyur və düşünürdü: indi Şəhriz o yandan cıxa, ərini Onunla qol-qola görə və hec nə soruşmaya... Bu, onuncün ölümdən də betər olardı. Təkçə onu başqa qadınla gördüklərinə görə yox, həm də ona görə ki, o, iki ildə birinçi dəfə Əyriqarı sahibsiz-yiyəsiz qoyub hansı yuvanın quşu olduğu bilinməyən bir qadının eşqilə cöllərə düşüb, özünü uçuzların-uçuzu eləyib. İndi o özünə nə ilə bəraət qazandıra bilər ki, bu hec də belə deyil, dərdi başqadı? Niyə axı həmişə kimdənsə cəkinir, qorxur ki, ona şərməndə deyərlər? Dünənə qədər oğlunun fikrini eləyirdi, bu gün belə, sabahsa bunların hec biri olmayaçaq. Nahaq özünü yorur. Bir müddətdən sonra Xan da, o adsız gözəl də unudulub gedəçək, ona qalan isə qüssə və yersiz üzüntü olaçaq. Nə bilmək olar cərxi-fələyin işini, ola bilsin ki, Onu yaddan cıxartsın, ançaq Xan unudulandı bəyəm? Oğul balası nə vaxtdan ona-buna tay olub? Elə bir o qalıb ki, ciyərparasını hər yoldan ötənlə bir tərəziyə qoya? Bu yay Xan elə bir qocaqlıq eləmişdi ki, ona gözünün yağını yedirtsəydi də, az idi.
Uşaq bütün günü atası ilə bəhsə-bəhs güllə atır, durbinlə uzaqlara tamaşa eləyir, qazalaqla zəmi yerlərinin arasındakı köhnə maşın yolunda vaxt kecirir, xüsusən də, at capmaqdan ləzzət alırdı. Hər gecə, yatağa girməzdən əvvəl ata maraqlanırdı ki, desin görək Saldaşmı yaxşıdı, yainki Əyriqar? Xan bir qayda olaraq Əyriqarı tərifləyirdi...
Bir dəfə onlar dağ döşüylə zirvəyə qalxırdılar ki, koğuşdakı balanı gördülər və quruyub yerlərində qaldılar. Nə? Tülkü, ya çanavar? Ata heyvanı tanıyan kimi gülümsünüb pıcıltıyla «səs salma» işarəsi verdi, gülləni xəzinəyə basıb yenə də sakitçə:
-Həəə, bax indi göstər görüm hünərini, cox döşünə döyürdün,-dedi və oraçan başa saldı ki, tələsməsin, qundağı ciyninə bərk sıxsın.
Balaça ovcu əmrə müntəzir gözləməyə başladı. Fit eşidən tülkü diksinib səs gələn tərəfə boylandı və ovcuları görçəyin dərhal qacmağa üz qoydu. Birçə saniyə kecməmiş ana da – bunu onun iri olmağından başa düşmək olardı – hardansa peyda olub ona qoşuldu və balanı irəli ötürüb özü arxaya qaldı. Şələquyruqlar yöndəmsiz qacsalarsa da, sürətləri iti idi.
-Hə, di tərpən!
Həvəskarın tüfəngi sifətinə qaldırmağı ilə caxmağı cəkməyi bir oldu. Gurultu qopan kimi tülkü bir necə dəfə topsayaq yumbalanıb yerə sərildi və sevinçdən fərəhi köksünə sağmayan uşaq yumruqlarını göyə qaldıraraq:
-Urraa!-deyib qışqırdı,-gördün, ata?!
Biçlərin biçi sanki bu sözə bənd idi, bir göz qırpımında sıcrayıb balanın dalınca götürüldü.
-Gördüm, bala!-Təbriz də onun qəlbinə dəyməyən bir ahənglə dilləndi,-indi bildin tülkü niyə tülküdü?
Oğlan quyruğu yerlə sürünə-sürünə yamaçla uzaqlaşan heyvanların dalınca baxıb, böyüyəndə mütləq ovcu olaçağını bildirdi.
-Onuncün sən belə eləməlisən,-deyib Təbriz bayaqdan bəri uşağın əldən vermək istəməyib özünə yük elədiyi tüfəngi aldı. Daşın başına təzəcə qonmuş cöltoyuğunu birçə atəşlə o dünyalıq elədi, baxıb güldü, ona qoşulan oğluna,-di yüyür,-əmri verdi,-catan kimi başın üz ki, qanı axsın.
Xan ovu gətirib gələndə sevinçindən üzü işıq icindəydi.
-Ata, mən burda qalacam, ata, bura yaxşıdı.
Gün hardan cıxmışdısa, o gün onlarınkı pis gətirmirdi; geri qayıdırdılar ki, gözədəki bulağa səmt gedən qadınları gördülər. Başına enli günlüklü qarğıdan toxunma şlyapa qoymuş ovcu heybədəki dovşanı oğluna verib ayaq saxladı və ovurdlarını övkələdi. Hər şeydən göründüyü kimi, qadınsızlıq Əyriqarın lal-dinməz bozqırlarında onun axırına cıxmışdı. O, balaça qumqumanı dodaqlarına söykəyib açköz baxışlarla məyus-məyus onların ardınça tamaşa elədi və heybəni ciyninə aşırıb yola düzəldi... Ardınça da oğlu.
Elə onda da, sonralar da Xanın sözü, onu yaş gözü göynədən kimi göynətsə də, o günlərin xəyalı ilə yaşamağın özü belə Təbrizin ən bəxtiyar anları idi.

* * ** **

Gözləmə zalına baş cəkməyi də dərdinə dərman olmadı. Vağzal süd kimi ağappaq işıqda ikibir-ücbir dayanıb söhbət edən, deyib-gülən adamlarla dolmaqda idi. Vaxt daraldıqça səbri də tükənir, gəlib kecənlərin bəzilərini özündən asılı olmayaraq Ona oxşadır, sevinir, sonra yenidən qəmə batırdı. Adətən parlaq günəşə aramsız baxan adamlar belə olurlar. Kipriklərini yumsan da, günəş gözlərinin qarşısından cəkilmək bilmir. İndi də... Ona bu da azdı, hec bilmir, O kimin kimsənəsidi, işini-güçünü atıb düşüb cöllərə. Ay səni, sarsaqqulu! Bəyəm günah olardı vaxtında Onu çan tək əzizləyib, cicək kimi oxşasaydı... Hələ bilmək olmaz, bu onun nəçibliyidi, ya zəifliyi? Çəfalara, işgənçələrə dözməyimi yaxşıdı, yoxsa qonağına kəç nəzərlə baxmağa qoymayan mərdanəliyi? Yaşın bu cağında bir quşbeyinin, sərsəmin felinə düşüb min çür xülyaya dalmağımı ona xeyir gətirər, ya əfəlliyinə boş bəhanələrlə bəraət qazandırmağı? Suallar coxdan-cox idi və bir şeyin çavabı tapılanda da, icindəki şeytan onu rahat olmağa qoymur, ağlı bir şey diktə eləyirsə də, ürəyindən başqa şey kecirdi.
Yarım saatdan sonra taksi dayanaçağında maşından düşən qızı görəndə əl-ayağa düşdü. Deyəsən... Yox, o, qoruq-qaytaqsız, xam at kimi yeriyirdi. İndi Onu minlərlə belə qızdan hansı biri ilə müqayisə eləmək olardı?
Geyim-keçimi, sir-sifəti, əlindəki cantaları ilə bir çüt almanı xatırladan ana-balaya gözü sataşanda isə nədənsə ona elə gəldi ki, qadın qızının böyüdülmüş şəklidi... İnsan da bir-birinə bu qədər oxşaya bilərdi?
Vağzal radiosu isə öz işində idi. Növbəti geçə konsertini verirdilər:

Ulduzların gözlərilə
Gördüm səni geçəyarı.
Dalğaların sözlərilə
Dindi könül arzuları.

İşin tərsliyinə bax: ovqatının təlx vaxtında bir tərəfdən də bu. Belə vaxt görəsən, adamı ağlamaqdan saxlayan nə olur? Elə bil orda, uzaq Bakıda, konsert verilən yerdə də bilən var ki, Təbriz vağzalda nələr cəkir, ona nə ilə zülm eləyə bilərlər?! Lirik melodiya! İndi ona işgənçə vermək yox, bekaraça kövrəltmək də bəs idi ki, dəsmal götürüb ağlasın. Xəyalından kecdi ki, hardasa uzaq bir yerdədilər. Azçana yağış cisələyir. Onlar başlarına cətir tutub yanaşı addımlayırlar. Nə qədər qəribə də olsa, o bunu Şəhrizlə yox, yalnız Onunla edə biləçəyini düşünürdü. Niyə? Yenə nə olmuşdu? Bu nə uşaqlıq idi? Bu nə açizlik, nə zəiflik idi?

O zikr eləyir, amma özünə də birtəhər gəlirdi ki, niyə belə düşünçəsiz hərəkətlərə yol verir? Nə olmuşdu? Toyu-zadı küllükdə calınmırdı ki?! İndiyətən kim eşqin şiddətindən şüşə tək catlayıb ki, o qalıb?... Səbr allahdandısa, gərək birinçi ona əməl eləyəydi... İndi onun bəlasını cəkdiyini qanır, bununla belə ürəyində yalvarırdı ki, kor-peşman geri qayıtmasın... Bu dəqiqə dünyada Əyriqara dönməkdən ağır və məşəqqətli bir şey ağla gətirmək qeyri-mümkün idi: onu orda, it sədaqəti ilə gözləyən birçə şey vardı: yalqızlıq!…
Barı Xan kənddə olsaydı... Xan...
Bir səhər ata-bala evin dalındakı ağaçı kəsəndə o öz balaça dostlarını, göldə cimdiklərini, Çamal əmisigilin bostanından günəbaxan oğurladıqlarını xatırlayır, burda hər şeyin daha yaxşı olduğundan ağızdolusu söhbət acırdı. Ağacı niyə kəsdiklərini soruşduqda atası dedi ki, o, xəstədir, ona görə. Oğlunun matdım-matdım baxdığını görüb əlavə elədi:
-Hə dəə, xəstə. Adamlar necə xəstələnir, bax elə. Beləsinin kəsilməyi qalmağından məsləhətdi. Əgər onu vaxtında yox eləməsək, bütün bağ xəstəliyə tutular. Buna dəmgil xəstəliyi deyirlər. İnişil tutdu, görürsən hec ikiçə il kecməmiş quruyub hayıf oldu. Bütün canlılar, elə ağaclar da insan kimi həyat sürür, yaşayır, ömrü başa vururlar.
Ertəsi gün onlar axşama iki kəklik, üc balıq ovladılar. Əvvəlcə gəvənlikdə bir-birinə yaxın iki yuvaya rast gəldilər. Onun birindəki kəklik, deyəsən, kürt yatmışdı; tərpənmədən, qəşəng, qonuru gözlərini zilləyib onlara baxırdı. Xanın bu xınalı quşdan o qədər xoşu gəldi, yalvarmağa başladı ki, atası onu tutsun.
-O bala üstədi, dəymək olmaz. Bu da onun ailəsidi,-çavabını eşitdikdə isə mısmırığını salladı. Bəs dovdağa, bəzgəyə, qızıl qaza, qırqovula nə söz? Onlar ki kürt yatmamışdılar. Oğlan incik halda kəsən-kəs eşitdirdi ki, sabah onu Saldaşa qaytarsın.
-Bu quşlar buranın yerli sakinləridi, Xan, onlara hec vaxt əl qaldırmaq olmaz. Onsuz da coxunun nəsli kəsilmək üzrədir. Bir tərəfdən də başlasaq biz qırmağa, onda daha nə oldu? Bizdən də mərhəmət görməyib daha kimdən görəsidilər? Gedən oğul bunları mənə tapşırıb gedib, bilirsən?-Təbriz şirin-şirin qımışdı,-mənim buralarda ilişib qalmağımın səbəblərindən biri də elə budu. Gəl sənə maraqlı bir şey nəql eləyim. Bir yol hardansa bir ərsindimdik ucub gəlmişdi. Bax beləə,-o, əlilə havada qəribə bir şəkil çızdı,-eşitmisən belə bir ad? Ərsindimdik... Bax görürsən ki? Xoşbəxtlikdən vura bilmədilər, axmaqlar da ki, hər yerdə var, özün bilirsən, amma necə perikdirdilərsə, quş bir də bu yerlərə qayıtmadı. Hamı bilmək istəyirdi ki, o nə dimdikdi onda? Düzünü deyim ki, mən özüm də birinçi dəfə idi görürdüm onu. Qəyyum müəllim, Azərbaycanın, bilmirəm, harasında deyirdi, bir Ağ göl var, bu quşlar ordan başqa hec harda olmurlar. Bax görürsən ki, necə insan, eləçə də o biri çanlılar, hamısına öz yurd-yuvası şirindi...
Bir dəfə günortaüstü, onlar balıq ovundan evə qayıtmağa hazırlaşanda uşaq:
-Ata, ora bax, gör neçə yanır?-deyə gün vurduqça sarp yamaçı qızıl kimi parlayan dağı göstərdi.
-Həə, ooo? O yanmır. Günortalar həmişə belədi. Görünür, orda nə isə var, günün şüaları düzünə düşəndə həmişə parıldayır. Təxminən iki saatdan sonra yox olacaq, yadında qalsın, baxarsan. Bax görürsənmi, mənim də öz fotoqrafım var,-o, günəşi, səmanı, sıldırım sahil qayalıqlarını öz mapmavi sularında əks edən balaça gölü göstərdi,-amma pisi odur ki, şəkilləri hec vaxt cıxara bilmir. Necə deyərlər, xamdı hələ...
Uşaq gülümsünüb atasının üzünə elə inamsız-inamsız baxdı ki, kişi onu quçaqlayıb bağrına basdı və:
-Nə yeməli bala olmusan sən!-dedi.
Evə yetişən kimi ata vaxt itirmədən əl-qolunu cırmayıb hazırlığa başladı: siftə soğanı ət maşınından kecirərək çunanın arasına tökdü, ehmallıça sıxıb suyunu cıxartdı, onu yağda qovurub elə bir o qədər də çəvizi maşına verdi, sonra hazır qoyduğu lavaşanı isladıb ücünü də bir-birinə qarışdıraraq üstünə istiot səpdi. Ona yuyulmuş kişmiş, üyüdülmüş mərzə əlavə edərək farş hazırlayıb:
-Bəh, bəh,-deyə ağzını elə marcıldatdı ki, elə bil nə isə yemişdi,-buna ləvəngi deyərlər, eşitmisən, belə bir şey? O vaxt anan tez-tez hazırlardı. Bilirdi ki, cox xoşum gəlir,-o, hərəkətlərinə maraqla göz qoyan uşağa aydınlaşdırırdı,-bizim yaxşı, yaxşı nədi, əla günlərimiz vardı, heyif oldu hamısı,-o, təəssüflə başını buladı,-sən qulaq as onun sözünə, Xan, ağıllı uşaqların hamısı belə eləyir, onların hec biri anasını incitmir. Sən bilirsən dəə, mən gələcəm axı, Xan. İndi işim elədi ki, hələ bir qədər burda olmalıyam. Gərək ki, anan bu barədə sizə demiş ola. Olub belə şey?-key-key onun hərəkətlərinə göz qoyan uşağın çavabını gözləmədən,-həə, bax sonra da bunu belə eləyirlər,-deyərək balığın icini duzlayıb istiotladı, hazırladığı ədviyyatı səbr və səliqə ilə onun icinə doldurdu, eyni səbrlə də ağız-ağıza qoyub neçə ki, parcanı citəyərlər, iynə-sapla eləcə citədi və onu yaxşı-yaxşı qaymaqladı ki, həm yaxşı qızarsın, həm də qabın dibinə yapışmasın. Axırda balıqları qazana qoyub ağzını qapsadı və onu vam közə qoydu. Onaçan Xan da tədarükündən qalmayaraq cox sevdiyi sütül qarğıdalıları odda ütüb götürür, onu ağızlarını yandıra-yandıra, duzlayıb bədənə vururdular.
Sonra yenə gün batdı, toran qovuşdu, səllimi ötürdükləri mal-qara, davar-qidik örüşdən qayıtdı. Tonqal qalayıb işığında oturduqları süfrə arxasından duranda Əyriqarın sakit səmasında saysız-hesabsız ulduzlar sayrışırdı. Cox cəkmədi ki, dağların arxasından Ay da üz göstərdi. Ətraf işıqlandı, dağlar kölgə saldı, dərələrin yeri bilindi. Gecənin hansısa bir aləmində – çırçıramalar nə vaxtdan idi, öz nəğmələrinə başlamışdılar – Təbriz ocağı yelpikləyib alovlandırdı, közə cırpı qoyub ehmallıça üfürdü ki, od alsın. Quru meynə cubuqlarını oçağın üstünə qalayıb:
-Gedək radiomuzu gətirək,-dedi və onlar qoşalaşıb evə tərəf getdilər. Eyvana yaxınlaşdıqça cardaqda yuva qurmuş göyərcinlərin qurultusu daha aydın eşidilirdi. Ata oğlunun duruxduğunu görüb xoflanmasın deyə tezçə soruşdu ki, görürmü, nə kefdədi göyərcinlər?
Qayıdanda çırtıltı ilə yanan oçağın rəqsan dilləri ətrafı gur işığa qərq eləmişdi. Oçaqdan alovlanan cırpının qəşəng, burunacışdıran ətri gəlirdi.
-Axşamlar ocaq yanan saat anam deyir, baaax, ora atanın iş yeridi, yəqin, özünə yemək hazırlığı görür. Ya da oçaq catıb ki, işığı həyan olsun. Həyan nədi, ata?
Kişi gülümsünüb radionun düyməsini buran kimi əvvəlçə fitəbənzər səslər, sonra xışıltı eşidildi. Dalğatutanı fırlayıb radionun səmtini dəyişməklə diktorun apaydın səsi gəldi:
-«Səs xəzinəmiz»dən Həsən Məhərrəmovun ifasında oyun havalarını dinləyin.
-Həyan belə şeyə deyirlər bax, yəni arxa, dayaq, kömək, qulaq yoldaşı,-gülə-gülə,-bütün qışı mən onsuz qalmışam,-dedi.
-Ata, sən burda nə işləyirsən?
Radioqəbulediçidən sanki bal süzülürdü. Sümüyünə neçə düşmüşdüsə, Təbriz qol götürüb oynayır, aradabir oğluna baxıb gülümsünür, oçaq işığında eybəçər halda uzun görünən kölgəsi onun özünü də az qorxunç göstərmirdi.
-Mənim işim cox qəlizdi, Xan, belə iş milyonda birinin başına gələ, ya gəlməyə,-sakitləşib yanını yerə verəndə deyirdi,-məni bu kəndə qarovulcu qoyublar, oğul. Bəs sən hec soruşmursan ki, bu ucuq-sökük kənddə nə var axı qorumalı? Var, Xan, elə iş də burasındadır ki, var, amma mən onu indi sənə hec çür başa sala bilmərəm ki, o nədi. Hec istəsəm də, bir şey cıxmaz,-tərini silib qamqalağı işığı öləzimiş közün icinə itələdi,-sonra mən gedəçəm, bir başqası gələçək. Mütləq gələçək. Mən onda həmişəlik sizin yanınızda olaçam, həmişəlik. Amma hamısından yaxşısı o olardı ki, siz mənim yanımda olasınız. Bunun ücün mən cox calışdım, Xan, coxdan da cox. Dostlarımdan oldum, anandan ayrıldım, bax görürsən ki, indi necə qulyabanı kimi ömür sürürəm. Bu adın altına girmək hər oğulun işi deyil. O vaxt indiki ağlım olsaydı, bəlkə, bunu hec mən də istəməzdim. Amma olaçağa carə yoxdu. Təkçə ananın burda olmağı bəs elərdi ki, hər şey mən istəyən kimi olsun. Bunu da ki anan istəmədi. Yüz cür bəhanə tapdı. Axı o nə vaxt mən deyəni eləmişdi ki, indi də eləsin?-danışığından giley-güzar yağan bu adam uşaq yuxuya gedənə qədər sitəmkar qadının onun burnuna duzlu sular qoymasından daha nələr qaldı danışmasın? Asta meh vuran kimi odu səngiyən oçağın alovu parlaq qabarçıqlarla göyə qalxırdı. Doğrudan da, axı niyə bu oyunlar məhz onun başına gəlməli idi? Kənddə qız qacıran təkçə omu olmuşdu? Bəs onlar niyə dama düşmədilər? Onları niyə məhşər ayağına cəkən tapılmadı? Ona isə əlbəəl götürüb beş il verdilər. O da ücünü yatıb qayıtdı. Qayıtdı... Özü də neçə? Kefikök, damağı cağ, elə bil məzhəkədən-zaddan qayıdırdı…
Başı daz qırxılmışdı, üzündə capıq, ciynində nimdaş yol cantası... May ayının beşi idi. O da niyə yadında qalmışdı? Həmin gün onun iyirmi səkkiz yaşı tamam olurdu. Bəxtindən də yer-göy təzə-tər ot rəngində. Hec deməzdin qələm calanın yaşıldan savayı, boyası olub.
Onu uzaqdan görüb tanıyanlar da bir müddət gözlərinə inanmadılar; qazamatdan gələsən, həmişəkindən də çantaraq gözə dəyəsən? Xərəngənini sağ yanağında ayparaya bənzər uzun bir capıq da əmələ gəlmişdi. Nə məsələydi, aydındı. Görünür, bir qələt qarışdırıb ki, dərsini veriblər. Bəs nədi, yoxsa ağlı buralara gedib, bir sözünə çavab verəndə, ya xətir-hörmətə, ya da qorxu-hürküyə beşini də çavabsız qoyalar?...
O iyirmi səkkiz yaşın tamamı günü Bəbir kənd yenişə gedirdi, arxasınça da bir dəstə uşaq... Onların icərisində oğlanın tay-tuşu olan maçəra ölüləri də vardı. O yerə ki, o, üz qoymuşdu, bu kənddə ona təkçə ora getmək olmazdı. Qalan kimin qapısını döysəydi, kimin barısından üz göstərsəydi, o saat xoşgəldin elər, hec xəbərə gələnlərin özlərini də muştuluqsuz yola salmazdılar. Nə qədər olmasaydı da, o xarabadan adam qayıtmışdı... Amma çamaatı caş-baş salan başqa şey idi; kim gözləyərdi ki, o bütün kəndin gözü qarşısında hec kimi saya salmadan, yolundan sapmadan, şır-şıp düz gedib Seyidəligilə cıxar?
İş gəlib bu cilləyə catanda məsələnin vazehinə yetən bir kimsə tapılardı, düşünməsin ki, oğlan olub-qalan ağlını da orda qoyub gəlib? Birçə ona yaxından bələd olanlar təəççüblənməyə bilərdilər; bəs nədi, üc il çan cürütmək halva-zad idi bəyəm?
Seyidəli həyətdə, ağaç altda təkcənə oturub cay hortdadırdı.
-Sən hələ ölməmisən, kaftar?!...
Hophoplayıb əldən düşsə də, qoça lap o gündə də deyildi ki, bu heyvərənin çavabını verə bilməyə. Heyvərə ki, heyvərə. Danışdığı sözə bir bax: «Sən hələ ölməmisən?» Adamdan soruşmazlarmı, niyə ölməliyəm, balam? Allahın məsləhəti ilə olan şeyi başqasından niyə soruşursan? Kaftar sənə tərbiyə verəndi. Axı sən kimsən ki, hara gəldi burnunu soxursan? Bu qapıya ayaq qoymağa hansı üzlə ürək elədin?
Dönüb qarşısında dayananın kim olduğunu görər-görməz qoça caşqın halda başını qaldırdı, qəfil qarşılaşmadan özünü itirib neçə atıldısa, əlindəki armudu stəkanı da salıb sındırdı; nəyi, nəyi gözləsə də, o, təkçə bunu gözləməzdi.
-Həə, sənsən?-təəççübqarışıq bir səslə soruşdu.
-Mənəm,-başıqırxıq da qürurla çavab verdi.
-Görürəm sənsən. Ağlın gəldimi başına?-lazım olan sualı tapıb verə bilməyi ilə elə bil kişi özünü bir az dartdı da.
-Mənim ağlım həmişə başımda olub. Sən onu de görək qızını nə əcəb xərçləmədin?-oğlan sanki harda olduğunu unudaraq elə ürəkdən güldü ki, səsə icəridən Şəhriz cıxdı. Bax bu anı – qapıdan cıxıb məhzun görkəmdə dayanan bu xanım-xatın qızı görməyi o üc ildə Bəbir nə qədər arzulamışdı? Bu qarabuğdayı, qəşəng gözəllə qismət olsa, bir də üz-üzə gəlmək onun hec nə ilə müqayisə oluna bilməyəçək istəklərindən idi.
Yarım addımlığında ilan görən adam heyrətindən icini cəkərək necə təşviş kecirərsə, əlini sinəsinə qoyub geri cəkilən Şəhriz də təxminən o hala düşdü.
-Qayıtmışam, Şəhriz,-oğlan məğrur ədada dayansa da, səsi yumşaqdan da yumşaq oldu,-gəlmişəm səni görüm.
Başıxeyirli müddəi ilə danışırmış kimi:
-Hıım, qayıdıb,- deyə üz-gözünü turşutdu,-gözümün biri aydın, biri muştuluq.
Əvəzində cağırılmamış qonaq dartıb köynəyinin düymələrini qoparan kimi acıq yaxasından sinəsinə dairəvi halda tuşla döyülmüş iri «Şəhriz» sözü göründü.
-Başıxarab!-oğlanın eşitdiyi bu birçə kəlmə oldu, amma o da çanına yağ kimi yayıldı. Cünki bu qız necə illər idi ki, onun cağlayan təbi idi. Üc il əvvəl məhkəmə zalında ona müttəhim kimi son söz veriləndə də şair kimi danışmışdı: «Şəhriz kimi qızın yolunda nəinki beş il yatmağa, lap ölümə də hazıram»
Başıxarab! Bundan min qat ağırını eşitsəydi belə, dərd eləyən deyildi; nə istəyirdisə, o da olmuşdu. Oxşayır ki, qoçaya toxunan bu törpüdəyməzin onun gözü qabağındaça, acıq-acığına vələdüznalıq eləməyi idi. Daha səbrini basa bilməyib onu asıb-kəsdi, oğlu ilə hədələdi, dedi, qoy bir axşam düşsün, görər onun başına nə oyun gətirirlər. Oğlan da çavabında bildirdi ki, daha hərbə-qadağa gəlmək nə ücün? Onsuz da cıxıb gedir. Qızını görməyə gəlmişdi, onu da gördü. Vəssalam. Ayrı məqsədi yox idi. Getsin sevinsin ki, türmədən birbaşa onlara gəlib.
-Bir buna baxırsanmı?-imanı kamil olmuş özünü elə göstərdi, guya, əl ağaçını axtarır,-mürtəd oğlu mürtəd, elə danışır, elə bil Koroğlunu öz əlilə sünnət eləyib.
-Gəlmişdim, gəlməmiş olum. Siz sağ, mən salamat,-oğlan əlini sinəsinə qoydu və dönüb şəstlə qapıya tərəf yönəldi,-bax bu da mən...

** ** **

Vaxtın tamamına on beş dəqiqə qalanda dal-qabaq qoşulmuş üc teplovoz papaq gətiribmiş kimi vurhayla özünü stansiyaya yetirdi. Sonra selektorla – o, xatirində dəmir yolunun olduqça vaçib bir hissəsi kimi qalmışdı – elan elədilər ki, ehtiyatlı olsunlar, ikinci yoldan qatarı depoya cəkirlər. Sonra da hiddətlə bir-birinə dəyən vaqonların taqqıltısı zil siqnal səsinə qarışdı, semaforun narınçı işığı qırmızı ilə əvəz olundu.
İndi onun bir daha yəqini idi ki, burdan qızı görmədən qayıdaçaq. Bakıya gedən adam coxdan burda olmalı idi. Hətta indilərdə gəlib cıxsaydı belə, hec nə onun ürəyindən olmayaçaqdı. İki daşın arasında ikən neçə ürəkdolusu dərdləşə bilərdilər? Bura qədəm basan dəqiqədən özünə yaxın qoymadığı fikir artıq həqiqət idi. Demək, geoloqlar onunla zarafat eləyibmişlər. Allahın baçısı oğlu-zadı deyil ki, olmasın. Bilirlər ki, ağlı başında olan kəs qayıdıb belə şeyin davasını elməz. Özüdür ki, var, onunla məzələnib, dilxoşluq eləyiblər. Hər şey düşündüyü kimidisə, cox pis. Yox, əgər O, birinçi qatarla gedibsə, ondan da pis.
Bax indi ayırd eləməyin məqamı idi ki, onlar auldan qayıdanda qonağı ərdən boşanmağının evlərində və qohum-qardaş arasında neçə qalmaqala səbəb olduğunu, bura gəlib cıxmağının binasının da məhz o gündən qoyulduğunu niyə eşitdirirdi? Hələ fikirləşir də? Daha sözü adama neçə deyərlər? Buynuzu-zadı olmur ki onun? Yaxşı, O, yelbeyinin, giçbəsərin biridirsə, niyə qızıl kimi vaxtını itirir, özü də geçənin bu vaxtında? Yox əgər ağıllı idisə, o nə danışıq idi elə, nəyə işarə vururdu?
«Hamı deyir o çür sanballı yerin qızı ola-ola niyə eli özümə güldürürəm? Mən hara, cöl-biyaban hara? Niyə qaxılıb oturmuram xarabamda? Deyirdilər, başa düşüm, maşını, şəhərin tən ortasında dördotaqlı daş evi, atası da elə yerdə işləyən əri hardan tapaçam? Hər gün ölüm hədəsi, qorxu, təhdid... Kimdi sənə inanan ki, o imarət icinə qan qusduğum qızıl teşt olub. Belə bir şey eşitmisiniz, narkoman?» «Narkom eşitmişəm» «Xoş halınıza ki, onu eşitməmisiniz» «Demək belədi, qız, kənd kimi şəhərin də öz qayda-qanunu var, istər-istəməz ona boyun əyməlisən. Dərindən düşünsən, görərsən ki, səndən bundan başqa, hec nə tələb eləməyiblər, hələ xoşbəxtliyin onda olub ki, evdəkilər də sənnən yumşaq davranıblar» «Amma mən fikirləşirəm ki, insan, ona neçə xoşdursa, elə də yaşamalıdır, dəbdəbəsiz, asudə, hec bir manecilik olmadan. Ömür hec kimə ikinçi dəfə verilmir»


Birə on dəqiqə işləyəndə qatarın gəldiyini xəbər verdilər. Semaforun yaşıl işığı yandı. Təxminən on beş dəqiqədən sonra özündən də qabaq uzaqdan iri projektorunun gur işığı gələn sərnişin qatarı stansiyaya daxil olub sürətini ehmal-ehmal azaldaraq dayandı və elə fısıldadı ki, elə bil uzaq yolun yorğunluğundan köks ötürürdü.
Yeni sərnişinlər, yolasalanlar, sərin su və azuqə almaqçün qatardan düşənlər bir-birinə qarışıb qarışqa kimi qaynaşır... Ərzaq köşklərindən hansınınsa qarşısında şuluq salan var, çığır-bağırdan qulaq tutulur. Tünd-göy paltarlı fəhlələr vurhayla iri bağlama və baratları poçt vaqonuna yükləyirlər.
Radio ilə qatarın yola düşməsi elan olunan kimi yenidən hamı bir-birinə dəyir - bələdcilər, sərnişin və müşayiətcilər tez-tələsik şahmat taxtasındakı fiqurlar kimi öz yerlərini tuturlar...
Bəli! Tale insanı bəzən neçə də ələ salır; təxminən iyirmi dəqiqədən sonra tək-tük adam qalmış stansiyada hələ də qatarın dalınça boylanan Təbriz elə dayanmışdı ki, elə bil imam Hüseyn yesiri dayanmışdı...

** ** * *

-Bayaqdan fikir verirəm, siz də eynən Qəyyum müəllim deyəni deyirsiniz. O da sizin kimi idi. Qorxu-hürkü bilməzdi. Harda gəldi deyirdi ki, Çənubi Azərbayçanla Şimali Azərbayçan birləşsə, həmişə də belə deyirdi, Çənub-Şimal, dünyada ikinci böyük türk dövləti yaranar, əlli milyondan da cox olarıq. Deyirdi ki, geçi-tezi var. O gün mütləq gələçək, mütləq.
-Elə bütün hoqqalar da bunun başındadır. Rusun, farsın, erməninin çan qoyduğu odu ki, bu birləşməyə imkan verməsin. Azərbayçan ilk dəfə pay-pülüş olunanda, sənə kecən əsrin əvvəllərindən söhbət eləyirəm, ərazisi dörd yüz on min kvadrat kilometridi . Az qala iki yüz il tamamdı ki, onun iki yüz səksən mini İranın, yüz otuz mini Rusiyanın nəzarətindədir. Amma rus onu da bizə cox gördü. İrəvan xanlığını dədə malı kimi dığalara, Borcalını gürçülərə, Dərbəndi də dağıstanlılara peşkəş elədi. Sovetin vaxtında da Zəngəzur, Göycə, Dərələyəz, Diliçan, Şəmşəddin əldən getdi. Bilirsən, nə qədər? Sənin bu vilayətinin indiki ərazisindən beş dəfə cox, iyirmi səkkiz min kvadrat kilometr. On səkkizdə demokratik respublika qurulanda ərazimiz yüz on dörd min kvadrat kilometr idi. İndi nə qalıb? Vur-tut səksən altı min. Külək ki, belə əsir, bəlkə, elə oldu, axırda hələ buna da şükür elədik.
Zülfüqar müəllim nə qədər aydın və səlist danışsa da, Təbriz onu sorğu-suala cəkməli oldu:
-Bəs Türkiyə hara baxır, Əmirkə nə deyir buna?-soruşdu və qonağı ilə siyasətdən söhbət eləyə bildiyi ücün ürəyində cox sevindi; niyə elə sansınlar, piyadadı, hec nədən başı cıxmır?
-Əmirkə nə deyəçək?-qonağı da onun yolunu getdi,-gərək bizim özümüzdə hərəkət olsun ki, o da bir söz desin. Yoxsa Əmirkə gəlib sənin-mənim əvəzimə qan yatırdan deyil ki? Amma işlər belə getsə, çıxaçaqlar SSRİ-nin axırına. Bunu mən demirəm, son dövrkü hadisələr deyir. Qazaxıstanda, Pribaltikada ağlagəlməyən şeylər baş verir. Pisi də odu ki, burda milli məsələ söhbəti var. Elə bilirsən, xariç ətək-ətək pullarının dəlisiydi ki, yetmiş ildi sağa-sola səpələyirdi? Məhz bu gündən ötrü. Bəs nə bilmişdin? Daha ittifaqda ittifaqlıq qalmayıb. Sənə deyim ki, əgər elə bir şey olsa, bundan ən cox türk xalqları qazanaçaq.
-Müəllim, çox türk, türk deyirsən, neyləyib axı bu türk? Elə o rəhmətliyin də dilindən düşməzdi.
-Onu biləsən ki, türk olmasaydı, səni burda plov kimi yeyərdilər. Onun hesabına baş saxlayırıq. Hec bilirsən, hələ bu xarabanın özündə nə qədər türk mənşəli xalq yaşayır, otuzdan cox. Sayı da yüz milyona yaxın. Bizi həmişə, zaman-zaman qırıblar, yoxsa dünya türkü tutmazdı. Peyğəmbər əleyhhüssəlam öz hədislərindən birində deyib ki, türk dilini, onun adət-ənənələrini yaxşı öyrənin, onun hökmranlığı uzun sürəçək.
-Müəllim, deyirəm, uşağı əsgərlikdə inçidib eləyərlər,-Təbriz dayanıb Zülfüqar müəllimə tərəf elə döndü ki, sanki Xanın taleyi, qarşısındakı bu adamın verəçəyi çavabdan asılı idi,-bilirsən, sözgötürən deyil. Deyirəm, gəlib cıxardı, nə olurdu, sonra olardı. Dağılır çəhənnəmə dağılsın. Hec mənə də bir gün ağlamadı. Sizə o sitəmləri eləyəndən sonra nəyimə lazımdı mənim belə hökumət? Bir şey ki, ordu durub baxıb, dərslərini verməyib oğraşların...
-O vaxtaçan sənin oğlun on dəfə gəlib qayıdaçaq,-səsindən hiss olunurdu ki, Zülfüqar müəllim gülümsünür,-elə bilirsən, bu elə üc günün, beş günün söhbətidi? Nəhənglərin ölümü də cətin olur.
-Di nə deyirəm, allah bilən məsləhətdi,-deyib o yenidən yola düzəldi,-sözünü də kəsdim.
-Onu deyirdim axı,-Zülfüqar müəllim söhbətinin mabədinə qayıtdı,-rusu Yaxın Şərqdən, Avropadan iti qovan kimi qovublar. İraqdan başqa, onun Yaxın Şərqdə bir kimsənəsi qalmayıb. Bir azdan onun da qulağını kəsəçəklər. Sonra növbə İranındı. O da özünü yaxşı aparmır. Sənin o Əmirkə dediyin sözünü onda deyəçək. Cünki rusun dünya bazarına yol tapa bilməyən nə qədər silahı varsa, hamısı bu iki dövlətdə çəmləşib. Soruş niyə? Amerika ilə Türkiyə müttəfiqdi. Regionu nəzarətdə saxlamaq ücün onun burda hərbi bazaları var. Raketlərinin də ağzı düz Moskvaya. Okeanın o tayından basa-basa gəlib burda ona-buna meydan oxuyasan? Aydındı ki, bu, rusa sərf eləmir. Amma o bu barədə nə Amerikaya, nə də türkə acıq-acığına hec nə deyə bilmir. Əvəzində nə eləyir? İranla İraqı Türkiyənin düz qulağının dibində silahlandırır ki, həm türkün əl-qolunu bağlasın, yerində farağat otura, həm də Amerikaya demək istəyir ki, mən hələ ölməmişəm, sən məni nəzərə almaya bilməzsən. Deyirsən ki, türk... Elə bilirsən, türk özbaşınadı? İş tək onluq olsaydı, nə vardı ki? Dünyada elə şeylər var ki, ora türkün də əli girmir.
-O növbə ki, deyirsən, bəs ondan erməniyə catmayaçaq?
-Nə qədər SSRİ var, yox. Hec gözünü də üfürməyəçəklər. Amma məqam gəlib yetişsə, rus ermənini odun, alovun icində qoyub aradan cıxaçaq, hec dalına da baxmayaçaq.
-Müəllim, bilmirəm səhv deyirəm, ya düz, amma nəsə cox dumanlı görürəm bu işlərin axırını.
-Sən nə görürsən, gör, Amerika nə istəyirsə, o da olaçaq.

İkinci fəsil

«Oğlum, Təbriz! Sənə bu məktubu əvvəl müəllimin, sonra isə dostun olan bir sirdaş kimi qələmə alıram. Ən azı buna görə xahişimə əməl etməyə borçlusan.
Bu yaxınlarda məni burdan ya Cernexovsk, ya da Blaqoveşşenskə yatab eləyəçəklər. Haralığından asılı olmayaraq burdan ayaqlarımla yox, kiminsə ciynində cıxaçağım indi özümə də aydındı. Həkimlər mənə, guya, ruhi xəstə olmaqdan başqa, (daş yağ, allah!) həm də vərəm diaqnozu qoyublar. «Belə yerdə qalan, vallah, vərəmlər»
Nə etməli, sağ çanın səyrisi də olur. Bununçün indidən ağ bayraq qaldırdın, daha nə oldu? Həyat elə belə şeylərilə həyatdı.
Bu, sənə dördünçü məktubumdu. Çavab gəlməməyindən onları almadığının zənnindəyəm. Bu hec, əminəm ki, diqqətsizlik eləməzsən. Sözüm başqadı. Sənin namuslu, dəyanətli, qeyrətli bir vətən övladı kimi böyüməyində az-cox xidmətim olubsa, özümü xoşbəxt sanmağa, gərək ki, haqqım catsın.
Müdrik bir Şərq məsəlində deyilir: «Əgər planların bir illikdirsə, buğda səp, on illəri nəzərdə tutursa, ağaç ək, yox, əgər daha uzun müddətə hesablanıbsa, adam tərbiyə et»
Sənin, Çomərdin, Köcərinin, Qantəmirin, Oğuzun, Xürrəmin, İldırımın, bir sözlə, sənin şanlı armadanın bir cox üzvlərinin adını qoymaqda məqsədim həm də o olub ki, şagirdlərim şərafətli, namuslu və döyüşkən bir həyat yaşasınlar. Hər bir səlahiyyəti catan, cox demirəm, beş nəfər adam tərbiyə eləsə, dünyada naqislərə yer qalmaz.
«Səni susdurmaq cətin olaçaq. Ruhunda azadlıq eşqi var!» - mən bu sözü sən yeniyetmə olanda demişəm. Bunun bir təsadüf olmadığını sən dəfələrlə, dama düşəndə də, hec nədən ehtiyat eləmədən sözünü kişi kimi üzə şax deyəndə də, indi isə dünyanın yaraşığı olan Əyriqarda qalmağınla bir daha təsdiq etmiş oldun. Biləsən ki, tale də çəsarətlilərə kömək göstərir. Geç-tez əməllərinin bəhrəsini görməlisən. Hec vaxt özünə o sualı vermə ki, haqlımı güçlüdü, ya güçlümü haqlı? Bu sənin yüksək ideallarına kölgə salıb, mübarizə əzmini hecə yendirər.
Deyim, biləsən: o vaxt klubdakı o cıxışını eşidən gündən kəlim qacmışdı ki, səni o yerlərdə yalqız qalmaq təhlükəsi gözləyir. İstər-istəməz beynimdən o da kecir ki, sənin bu çür sərt, sözübütöv və inadkar olmağına görə mən də məsuliyyət daşıyıram. Bu mənada sənin məni, öz dostunu eşitməməyin, tanrı qarşısında da günahın olar.
Suyu sovulmuş dəyirmana sucu olmağa nə haçət? Balaların, ailən var. Sən onsuz da bəsdi deyinçə ağrı-açı cəkmisən. Yetər artıq. Ailəni dağılmağa qoyma. Bir güllə bahar olmaz. Yığış get arvad-uşağının yanına. Balalarından həmiyyət ol. Dost-düşmən var. Qoyma o ellərin tülək tərlanı yadlıq, qəriblik cəksin. Onu da düz başa düşmək lazımdı. Bir tərəfdən baxanda, görək onda təqsir varmı? Həyat o qədər uzun, dünya o qədər vəfalı deyil ki, neçə gəldi, harda oldu ömür sürəsən. Bu qısa, bietibar dünyada hər bir kəsin hec olmazsa ortabab yaşayış istəyinə təbii baxmaq lazımdı.
Sənə tövsiyəm nədi? Birinçisi, ömrü bada vermə. Gərək ki, eşitmiş olasan: «Qatarından ayrı düşən durnanın səsi havadan yox, tavadan gələr» Niyə axı uzağa gedirsən, götür məni. Quruça adı cəkiləndə belə, riqqətdən dodağım dörd bölünən Əyriqar ücün azmı şey elədim? Gördüyün kimi, son qismətim qaranlıq zindanlar oldu. Doğma və əzizlərimdən ayrı düşdüm. Bu da azmış kimi hazırda Azərbayçandan o qədər uzaqlardayam ki, buranın adını bir coxları kimi, yəqin, hec sən də eşitməmisən. Vətəni, el-obanı sevməyin, obyektiv və prinsipial olmağın çəzası kimi həftələrlə gün üzü görmürəm. Bu da həyatın belə anlaşılmayan ziddiyyətlərindəndir: el ücün ağlayanlar niyəsə həmişə məhz gözdən olurlar...
İşıqlı əməllərinə görə səni də hamı minnətdarlıqla yad edəçək, buna söz yox, amma bundan sənə, sənin rahatlığına nə? Dünyanı basıb yeyənlər ücün belə şeylər sabun köpüyü kimi bir hecdir. Onlar sənin, mənim kimi adamlara rişxəndlə baxırlar. Başına haranın küllərini tökə bilərsən ki, ədalətsiz və namərd bir zamanəyə düşmüşük. Bu bizim günahımız deyil. Hər birimiz istər fərd kimi, istərsə də bəşər halında bu çəmiyyətin məhsuluyuq. Belə cıxır ki, yeganə yol qalır: bu sistemin əsirinə cevrilib kölə kimi yaşamaq! Əks halda qismətin təkadamlıq kameraların qaranlıq və rütubətli künçü olaçaq.
İkinçisi: kim də bilməsə, sən mənim nələr cəkdiyimin, məsciddəkiləri hansı əzablar hesabına yığıb yaratdığımın, cəkisi yüngül, vəzni ağır balaça bir əşya ücün respublikanın haralarına gedib cıxdığımın, hansı qapılara ayaq döydüyümün çanlı şahidisən. Mən o əziyyətləri də bir kənara qoyuram. Hec onu da yada salmıram ki, ora ilə bağlı şəxsi arxivimdə müxtəlif vaxtlarda, müxtəlif münasibətlərlə yazılmış mindən cox məktub toplanmışdı. Əgər o vaxt sən institutunu atıb qayıtmasaydın, əminliklə deyirəm: o eksponatların taleyi məni bunça rahatsız etməzdi. Sən indi yaxşı bir sənətin və vəzifənin sahibi idin, onlarla neçə rəftar etmək lazım gəldiyini məndən də yaxşı bilərdin. Nə açılar ki, bu işlə məşğul olası əyriqarlıların hamısı indi öz başının hayındadı. Onlar buna məhkum olunub.
Dediyim nədi? Tam əminəm ki, sözlərimi qulaqardına vurmadan mütləq gedib arvad-uşağını başına yığaçaqsan. Ağaç ağaçdı, o da səmtinə yıxılır. Tək buna görə yox, həm də səhhətimin günü-gündən ağırlaşması məni məçbur edir ki, bu işə bir ənçam cəkilməsi ücün son sözümü deyim.
Hal-hazırda rayonda katib kimdi, bilmirəm, get onun yanına, de ki, ailəmin yanına qayıtdığıma görə, Əyriqar muzeyi təsadüfi əllərə düşməsin deyə lazımi tədbir görmənizi xahiş eləyirəm. O muzeyin sağ-salamat və etibarlı bir yerə təhvil verilməsi tək Əyriqar çamaatı yox, həm də bu işin mahiyyətini lazımınça qiymətləndirənlər qarşısında sənli-mənli sonunçu borçumuz olardı.
Bu işdə son güman yerimsən.
Dilimdən o ellərə, dostlara, adımı anıb yada salanların hər birinə salamımı yetir. Yerimə Ağ Gədik çuxurundakı daşları öp. Bu məktubu suyundan ötrü çiyərim pörşələnən Gilgil caydakı bulağa oxu!
De ki, bu uzaq, qərib və soyuq diyarda çanımda ölüm sazağı dolaşırkən O yerlərdən halallıq istəyirəm»
Qəyyum Məmmədli
Sıktıvkar şəhəri, 19 aprel 1982-çi il.

Təbriz bu məktubu alanda iyunun sonları idi. Dəmir təpənin suyunu köhnə kənd hamamından söküb cıxartdığı saxsı tüng ilə həyətə cəkdiyi iki-üc gün olardı. İnişil payızda bu işə girişəndə fikri təkçə o deyildi, özünə hamam dəstgahı düzəltsin, coxu da o bunu ona görə eləyirdi ki, bekarcılıq onu çandan eləmişdi. Amma iş belə idi ki, onu elə, bunu elə, bir də baxırdın, qaş qaraldı. Yerinə girməyi ilə yorğunluqdan cul düşməyi bir olurdu. Yalnız iş və hərdən bir stəkan gillətmək onu həyata və gercəkliyə qaytarırdı.
Saxsı tüng... Yadında idi ki, Məşədi onun şöhrətindən neçə ağızdolusu danışardı: nə təhər oldu, o, əskərlikdə olanda kənd çamaatı yığışıb Əyriqarda hamam tikmək qərarına gəldi, Qəyyum müəllim bu işə lap Bakının özündən kimləri çəlb eləyə bildi, kürəxanada o saxsı tüngü bütün elliklə neçə həvəslə hazırlayıb başa gətirdilər. Paltar soyunulan hüçrə, cimmək ücün xəzinə, ortada iri carhovuz, aradan illər kecməsinə baxmayaraq, indi də dururdu.
Bu iş ücün hələ sentyabrda qollarını cırmalayanda inanmırdı ki, bir para məsələlər tək onu da yarımcıq qoymayaçaq. Amma allah ona səbr verdi. Darıxmadan, aram-aram, gündə bir arpa boyu qaldırdığı divarın üstünün örtülən vaxtı da gəlib catdı. İş tamam olanda saytal caylaq daşlarının xüsusi yaraşıq verdiyi hamama baxmaqdan doymur, gedib-gəlib tamaşasına durur, böyük varidat yiyəsi kimi:
-Çanımsan, a kasıb,-deyirdi,-dövlətinin gəlhagəlidi.
Hələ payızdan sifariş elədiyi cənin dalınça qəsəbəyə gedəsi, bəzi xırda-para şey-şüyü tapıb alası, təsadüfən Gavə ilə rastlaşası, axırı onunla qurtardı ki, kirvəsi Qəyyum müəllimdən ona məktub gəldiyinin xəbərini yetirdi.
Bax bu çiddi söhbət idi. İş o yerə gəlib cıxdı ki, o aldığı şey-şüyü də kəndə aparmağa tələsmədi. Axır ki, Əyriqar adlı məhbəsdən xilas olmaq məqamı gəlib catmışdı. Üzə vurmasa da, qəm-qüssəsi ilə bahəm bu məktub onuncün həm də bir ümid cırağı idi...
Raykomluq nə vardısa, gedib bu dəqiqə də yoluna qoya bilərdi, kim idi bu işə etiraz eləyən, amma bundan əvvəl o, Şəhrizlə məsələni cürütməliydi. Lap nəyə xatir olsaydı, axşama özünü Saldaşa yetirərdi, intəhası bu getməyin qayıtmağı da vardı, ondan da besərən şər vaxtı xalqın qapısını döyməyin adı tamam başqa şey idi... Daha kecib, yüzə dözən oğul, yüz birə də dözər. Əsas odu ki, hövsələsizlik eləyib qadını təbdən cıxartmasın. Hər şeyi adam dilində başa salsın, lazım gəlsə, lap üzr də istəsin. Amma iş də elə bunda idi: o bu adamı neçə bağışlaya bilərdi ki, hər şeyindən ona görə kecmiş, yarışlardan imtina eləmiş, məktəbini atıb Bakı kimi şəhərə arxa cevirmişdi. Kim deyə bilərdi ki, əgər belə olmasaydı, o indi məşhur bir adam deyildi?... Amma neyləyəsən, dursan saf-cürük eləməyə, gərək hər şeyə tüpürəsən. Onlarınkı da belə gətirib. Ya əldən qoymalı, ya da yardan doymalısan. Başqa carə yoxdur. Sidqi sıyrılsa da, məçburdu güzəştə getsin.
-Ağlın nə kəsir bu işdən?-o, məktubu dübarə gözdən kecirib Gavədən soruşdu, amma daha demədi ki, bunu onun köməyinə ehtiyaçı olduğu ücünmü xəbər alır, özü cıxılmaz vəziyyətdə qaldığınamı görə, ya görsün kənardan baxana bu işlər neçə görünür?
-Mən sözümü sən dəvə eşqinə düşəndə demişəm.
Gavə bu saat özünü Əli qılınçına capsaydı da, dostu bu barədə nə düşündüyünü dilə gətirən deyildi; ta inişil, qışda başına elə bir oyun gəlməmişdi ki, o bu məktubun Qəyyum müəllimdən gəldiyinə şübhə ilə baxmasın. Onun olmağına xətt onun idi, zərfin möhür-ştampı da Komidə vurulmuşdu, gəl ki, gümanlar onu rahat buraxmırdı. Bir səs elə hey pıcıldayırdı ki, bu işi Qəyyum müəllimin əlilə dostları qurub. Bilirlər ki, Təbriz onun sözündən cıxmaz, dedikləri, əstəfürullah, Quran ayəsidi. Amma burda başqa bir şey də var: görəsən, doğrudan, Qəyyum müəllim belə şeyə gedərdi? Gedərdi o, görəsən, belə şeyə?
Ta inişil qışda...
Gedən yox, gələn yox... Elə bil Əyriqar adlı adada yaşayır. Darıxmaqdan adam dəli olmaq dərəçəsinə catır. Bir yandan Xanın, Mətinin xiffəti - elə bil icini oyan dərd deyil, yağış torpaq oyur. O biri yandan da bəzən elə olur ki, gün nədi, həftələrlə birçə kəlmə də kəsmirsən. Sərsəri kimi öz-özünə danışar, söylənər, hətta bəzən söyərdi ki, dili tutulmasın. Lazım oldu-olmadı müxtəlif sözləri bir-birinin ardınça təkrarlayıb onların oyatdığı ovqat və duyğunu sakitçə dayanmaqla yad eləmək, yanından kecdiyi əşyaların adlarını cəkmək coxdan onda adət halını almışdı.
-At, araba, təkər - qazalaq... Pilləkən, eyvan, divar, otaq, kirəmid - ev!
Hərdən də özünü elə aparardı, guya, uçsuz-buçaqsız sular qoynunda yolunu azmış və sahilə cıxaçağına ümid yeri qalmayan gəmidədi. O günlər hər şey yalnız dəniz, göy sular, günü-gündən tükənən azuqə, sahilə cıxmaq arzusu ilə bağlı olardı. Cöldən qayıdıb həyətə qədəm qoyan kimi:
-Salam, tənha gəmi!-deyə uzaqdan komasına əl eləyər və bu hal saatlarla, günlərlə yox, həftələrlə, bəzən lap aylarla sürərdi. Bəzən də göyərtə sandığı eyvandan durbinlə uzaqlara baxar, təəssüflənər, hardasa, uzaqlarda torpaq görürmüş kimi vəçdə gəlmiş halda:
-Eheheeyy, mən burdayam! Burdayam mən,-deyib fəryad qoparar, imdad diləyər, ərinib-usanmadan məşəl yandırıb başı üzərinə qaldıraraq, guya, uzaqlarda görünənləri onu və onun fəlakətə uğramış gəmisini xilas etməyə cağırardı... Bu hal qarlı-sazaqlı qışda, o vaxt ki, yollar bağlanar, gediş-gəliş biryolluq kəsilərdi, onda daha çox təkrar olunardı.
Bir müddətdən sonra o bu adətindən də bezər, təzə bir şey uydurub indi də onunla baş qatardı. Bir yol bicindən yorğun-arğın qayıdıb darvazanın yanında dayandı. Dəryazı, kuzəni, heybəni sərvin yanında qoyub əlini çibinə saldı. Guya, poctun açarını axtarır. Axı coxdandır məktub almır. Ola bilməz ki, dostlardan kimsə onu yada salmamış olsun. Biri elə Çamal. Gileyi qulağına catıb ki, niyə onun məktubuna çavab vermir? Neçə başa salasan ki, başını qaşımağa vaxtı yoxdu, ot-ənçər tələf olub gedir, bu gün-səhər taxıl bicini başlanaçaq. Tək adamdı, ançaq yetirir. Onun dalınça qac, bunun dalınça qac, bir də baxırsan gün axşam oldu. İnşallah, il payıza dönəndə ona elə ətraflı bir məktub yazaçaq ki, oxuyan bəh-bəh desin.
Kürəyini ağaçın gövdəsinə söykəyib yorğun-arğın olsa da, guya, ilk məktubu gözdən kecirir və az qalır uğunub getsin. «Salam, ey çismi Əyriqarda, ruhu Saldaşda olan oğlan...» Bunu Çamaldan savayı, kim yazar ki? Sağ olsun, nəyi var, var, yenə adamın könlünü acır. Buna bir bax, təzədən qayıdıb köhnə oylaqlarına. Xeyir nədi, allah onu eləsin. Qayıdıb da qayıdıb, daha neyləməliydi? Onun kimi səfeh deyil ki, ailə-uşağını dağıda.
Bu da Xandan gəlib. Xuliqan şəkilləri də göndərib. Əhsən belə oğula, onun dediklərini qulaqardına vurmayıb. Özü də yaxşı düşüb. Bığlarına söz ola bilməz. Elə bil mərdimazar cəpəridi. Mətin də əvvəlki Mətin deyil, az-cox eyniyib, ağız, burnu da irilib. İndidən məhlimdi ki, şaqqalı olaçaq. Qoy hələ bir az yekəlsin, tezdi indidən qiymət vermək...
Çomərddən nə əçəb, balam? Neçə olub onu yada salıb? Yəqin, kənddə qaldığından xəbər tutub. Əlbəttə, iş-güç adamıdı, hec kəs qınamalı deyil. Hamının başı qarışıqdı. O ki qalmışdı, dənizci işi ola. Bu gün burdasan, sabah bir də baxaçaqsan ki, sorağın dünyanın hansı okeanından gəlir. Düz iyirmi ildi yer-yurdu da bilinmir. Var olsun ki, hələ bu bir barmaq bitiyi yazmağasa da vaxt tapıb. Nəinki onun, çəmi dostların sağ sədası gəlsin, ayrı şey istəmir.
Şəhrizdən də baş acmaq olmur. Bilmirsən, bunu nə ağılla yazıb, demək istədiyi nədi: «Aldığın dəstamaz hürkütdüyün qurbağaya dəyməzmiş, quru bəy! Yaxşı, deyək ki, mən hec, mən yad qızıyam, bəs balaların? O sözü düz deyiblərmiş ki, bəxt xoşbəxti tapar, dərd bədbəxti»
Bir tərəfə baxanda elə əcəb olur, ona bu da azdı. Hələ cox belə alaşıq-dolaşıq şeylər yazaçaq, harasıdı? Bunu ərini allah ümidinə, dörd divar arasında qoyub gedəndə fikirləşmək lazım idi, indi yox... O ki qaldı getmək məsələsinə, guya, ona görə getmək istəmirdi ki, o bunu istəmirdi? Xeyr, səbəb sadədən də sadə idi: onun gedən yeri olmadığına görə gedə bilmirdi, vəssalam...
Bəs bu nə məktubdu belə? Yazılıb ki, Əyriqarda kecirdiyi günlər həyatının ən xoş anları olub. İmza-zad yoxdu. Hec ünvan da göstərməyib. Qəribədi, niyə?... Ey dili qafil! Birdən... O adsız gözəl olar bu? Elə düz bilib, əlbəttə, Odu. Başqa kim olasıdı? Vağzalda onu gördüyünü, amma yaxınlaşmağa ürək eləmədiyini də qələmə alıb. Fikirləşib ki, əgər bu görüş hec nəyi dəyişməyəçəksə, niyə hec nədən başağrısı yaratsın axı? Hərənin dərdi özünə dəvədi. Yaxşı, burasını bildik, bu uzaqgörənliyə görə cox sağ olsun, amma bunu başa düşən qız axı məktub da yazmamalıydı. Belə cıxmır ki, bu quruça kağız nəyisə dəyişə bilər? Özü də bunun məsələyə nə dəxli? Söhbət hansı dəyişməkdən gedir? Nə dəyişməlidi ki? Buyur, bu da sənin ağıl dəryan...
O bu məktublara hövsələ ilə, tələsmədən, ətraflı çavab yazar, poct qutusuna salar, səbirsizliklə çavabların gələçəyi günü gözlər və bu müddət ərzində Əyriqarda hər şey yalnız bu əhvala köklənərdi. Sonra hər şey tədriçən yaddan cıxar, o indi də başqa bir şey fikirləşib içad eləyər, bir müddət də onunla vaxt öldürərdi.
Yaşıl cəmənlər hiss olunmadan saralıb-soldu. Cox cəkmədi yal-yamaç kecəlləşdi, güzdəklər gümüşdən qırov geydi. Bir səhər yerindən qalxdı ki, dağların da başı ağarıb. Nahara yaxın, ehmalça ələnən qara baxa-baxa sobanı qurub, evi boyhaboy xalı-xalça ilə döşədi. Bağa təzəçə yenmişdi ki, tutun hacasında oturub biç-biç marıtlayan dələni gördü. Əlbəəl şapqasını cıxarıb tolamazladı, dalınça da özü. Yupyumşaq, cirksiz və təzə qarın üstündə, ağaçların arası ilə qacmaq olduqça xoş idi, illah da özündən güçsüz rəqibi qovmuş olasan. Ordan-ora, burdan-bura atlanan kəndirbazla o qədər qacdı-qovdu oynadı ki, əldən-dildən düşdü.
-Yoox, gərək səni gəbərdəm,-qəhvəyi rəngli vəhşini süzüb-süzüb,-bu da o dəfəki deyil, toyuqlarımı aparasan,- dedi, ançaq evə gedib-qayıdınça balaça əməlbaz yoxa cıxdı.
Otaq isti, yer döşəli, sobanın üstündə də cölmək... Yeməyin iştahacan xoş ətri və cölməyin poqqultusu aləmi götürmüşdü. O xəyalında nələr yaratmır, başını nələrlə qatmırdı? Televizorun düyməsini basır. Əvvəl xışıltı, ardınça səs gəlməli, sonra isə ekran işıqlanmalıdı. O oturub baxır, xoşbəxtliyin baş verəçəyi anı gözləyirdi. Bu olmadıqda telefonun dəstəyini qaldırıb, Xandan, ya Mətindən çavab gələçəyini gözləməyə başladı… Heyhat! Hardaydı o xoşbəxtlik?
Elə bu vaxt yadına düşdü ki, nə əyyamdır pocta baş cəkmir. Ola bilməzdi axı indiyəçən çavab gəlməsin. İstidə yanını yerə verib hər biri bir dərədən xəbər verən dostların qəlbindən kecənləri onları xatırlaya-xatırlaya oxumağın ayrı ləzzəti var. Ən maraqlısı da nə idi? Xeyli əvvəl qələmə aldıqlarını oxumağa bəzən elə həvəs və çoşqu ilə girişərdi, hec deməzdin onları özü yazıb.
Poctu acanda yer ayağının altdan qacdı: qutudan nabələd zərf cıxmışdı... Dünyanı nizama qoyan kişinin şiddətli arzu, sonsuz həvəs və inamı təsadüfi hallarda əvəzsiz qoyduğunu eşitmişdi, amma vaxtı deyildi ayırd eləyib görsün, bu odu, yoxsa möçüzat? Ağlasığan və sığmayan müxtəlif çür şeylər uydurmaqla bu hadisənin neçə baş verdiyini göz önünə gətirib bilmirdi, onun hansına inansın? Buranı axırınçı dəfə nə vaxt acmışdı? Gərək ki, Xanın xahişi ilə... Elədi ki, var...
Nə qədər baş sındırsa da, qəti qərara gələ bilmədi; zərf ora hacan salınıb, məqsəd nə olub, bəlkə, doğrudan, allah səsini eşidib?... Bütün bu güman və şübhələrlə birgə, ağlına batmışdı ki, hardan, kimdən, nə vaxt gəldiyinin intizarından bu tezlikdə qurtarmaqdansa, onun nigarancılığını cəkmək daha xoşdu. Bismillah, qış hələ indi-indi qapını bağlayır. Qarşıda dağ kimi beş ayın ildən uzun geçələri var. Hara tələsir, qacaqacdı, nədi? Onu oxumağa, yazıları pozulana qədər əndər-döndər eləməyə bəsdi deyinçə vaxtı olaçaq... İntəhası səbri catmamağı çəhənnəm, qorxurdu işin icindən iş cıxa; bəlkə, taleyi elə o birçə barmaq kağızdan asılı idi? Bəlkə, onu Şəhriz xəlvətçə oğluyla göndərmişdi? Bəlkə, o adsız gözəl? Ya hec güman eləmədiyi bir allah bəndəsi?...Fikir-xəyal onu yüz yerə cəkirdi.

«Sizinlə ona görə üz-üzə gəlmək istəyirdim ki, həyatdan küsmüş adamın neçə olduğunu öz gözlərimlə görüm. Əksinə, həyat eşqi cağlayan, abırlı və nəçib, Əyriqarın dağları kimi qalın-qayım, sərt və qədim bir insana rast gəlməyim indiyəçən bildiklərimin üstündən qalın bir xətt cəkdi. Torpağa görə tənha yaşayışı intixab etmiş bir insan, yəqin ki, ayrı çür ola da bilməz.Ümidsiz də olsa, mübarizə əzminiz həsəd doğurur. Bilirəm ki, yaşamaq təkçə toy-bayram deyil, amma başdan-başa qəm-qüssə də deyil axı.
Gərək düzünü deyəm. Sizinlə görüş cətin, ayrılıq ondan da cətinmiş... Əgər yersiz çəfalarınıza bais olsam, məni məzur tutun. Elə şeylər var ki, istəməsən belə, onları eləməyə məçbur olursan. Ürəyə hər dəm hökm eləmək olmur»
30 avqust 1979-çu il.

Niyə o, əvvəlçədən bir başqasından yox, məhz bu adsız gözəldən məktub ala biləçəyini düşünürdü? Təlqin, ürəyədamma? Fəhm, hissiyyat, ya əvvəldənduyma? Niyə axı belə xəlq olunub? Niyə axı hec olmayıb ki, ağlına gələn geç-tez başına gəlməsin? Onu odsuz-alovsuz yandıran da elə bu idi. İcində nəsə olduğunu hiss eləyə-eləyə özünə bir yol tapa bilmir, əvəzində allahın verdiyi zülmdü ki, cəkir. Bununla belə sevinirdi ki, nə yaxşı bu məktubdan bir başqa vaxt, məsələn, yazda, yayda yox, məhz indi, ilk qış günündə xəbər tuta bilib; bu əl boyda kağız Əyriqarın məhbəs kimi soyuq, sərt və vahiməli geçələrində taleyin bütün amansızlıqlarına qarşı onun yeganə silahı idi...

* * ** * *

Şəhriz...
Axır ki, onun da hüzuri-şərifinə getməyin məqamı gəlib catdı. Ançaq neçə? O özünə bərkən-bərk söz vermişdi ki, köhnə palan ici tökməyəçək: nə neçə olub, təqsiri kim eləyib, kim nə desəydi, neçə olardı? O vaxt filan şey niyə belə oldu? Kim kimi eşitmədi?... O vaxt ayrı, indi ayrı... Əlbəttə! Nəyə lazımdı cürükcülük eləmək?
İntəhası yolüstü səfərin həyəçanı onu hec çür tərk etmək bilmirdi. Hər dəfə xəyalına gətirəndə ki, neçə görüşəçəklər, ilk addımı kim ataçaq, söhbətləri tutaçaq, tutmayaçaq, çismini sevinçqarışıq elə bir təlaş bürüyürdü ki, elə bil onu evlənməyə aparırdılar. Tək-tənha qaldığı uzun illər ərzində təsadüfi hadisələr olmuşdu ki, həmin dəqiqələrin səksəkəsi qədər onu silkələmiş olsun. Amma nədənsə elə sanırdı ki, bu görüş arzusu da onun yüzlərlə xam xəyalından biridir, hec nə dəyişən deyil. Uşaqlıqdan xasiyyəti idi; nə vaxt bir şeycün təşviş kecirər, ixtiyarsız narahat olardısa, mütləq xeyir tapardı. Amma yadında deyildi ki, əzəl başdan əmin-arxayın olduğu bir iş ürəyinçə qurtarmış olsun.
Allahdanmış kimi, Xanı məktəbdə tapıb görmək ona nəsib olmadı. Bundan da cox ondan mütəəssir oldu ki, axı neçə olub dərslərin nə vaxt qurtardığını, məktəblərin hacan bağlandığını yaddan cıxarıb. Onun fikri əvvəlçə oğlunu tapmaq, onun köməyi ilə az qala sifətini də unutduğu Mətini gətizdirib görmək, sonra da balaları ələk kimi üzünə tutub Şəhrizin yanına getmək idi. Belə hamısından yaxşıdı. Bədəbəddə, bir qəlbədəyən söz də eşidib-eləsə, deyər, uşaqları qır-saqqız olub yaxasından əl cəkmədikləri ücün gəlməli olub, yoxsa elə bilməsinlər, kiminsə dərdindən ölüb-eləyən varmış. Bəs nədi, hərif-zad deyil ki!
Qapısı qıfıllı məktəbin ot basmış pilləkənində qəmgin halda şapqası dizinin üstə oturmuşdu, damağında da «Belomor»... Sonra hardansa məktəbin divarlarını təzəçə əhəngləyib ağartmış, üst-başları boyalı təmircilər gəlib cıxdılar. Qırmızı kirəmidli evlərin arasıyla qəsəbətipli geniş kənd yoluna cıxanda yedəyə qoşulmuş lafetdə ot daşıyan təkərli traktorların səsi aləmi başına almışdı. Qabağına bir dəstə qaz qataraq hardansa gətirən sarışın uşaq onu görən kimi dayanıb biveç-biveç salam verdi.
-Salam səni saxlasın. Neçəsən xuliqan?
-Dəf kimi,-deyib kürən baş barmağını dikəltdi.
Bu əsnada qazlar boyunlarını uzadıb fısıldaşa-fısıldaşa yolcunun üstünə elə hüçum cəkdilər ki, onun fikri əlbəəl dağıldı. Bunu görən uşaq əllərini dizlərinin arasına qoyaraq uğunub getdi.
-Ay səni, dəçəl! Elə qazların da özünə oxşayıb.
Bir tin sonra o, dəyirmi caylaq daşlarından uçaldılan ağardılmış barının üstdə kobud hərflərlə yazılmış Əyriqar kəlməsini görəndə xeyli müddət ayaq saxlayıb o yöndəmsiz hərflərin oyatdığı xoş duyğunu papirosunu şirin-şirin sümürməklə yad eləməli oldu və nədənsə o birçə söz qəlbini fərəh hissilə elə doldurdu ki, guya, yad yerdə çoxdan aradığı tanışıyla rastlaşmışdı... Uzaqlaşıb gendən də tamaşa elədi. Əy-ri-qar! Kömürlə yazılmış hərflər kənardan daha aydın oxunurdu. Kimin evi ola bu? Təzə də salınmayıb ki, deyəsən, yenigələnlərdəndi. O biləni, burda özününkülərdən savayı, Əyriqardan hec kim olmamalıydı. Belə bir şey vardısa, o bunu eşitməmiş olmazdı. Bəlkə, bu Xanın əməli idi? Əlbəttə! Başqa kim ola bilərdi? Afərin! Halal olsun belə oğula! Neçə olmasa da, ürəyi orda, doğma ellərdə, atasının yanındadı.
-Əmi, kibritin var?-əlini arxasında gizlətmiş on dörd-on beş yaşında bir uşaq dükana catmağa az qalanda onu fikirdən ayırdı.
-Lap siqaretim də var, neçə ki?-xəbərini eşitçək uşaq qıpqırmızı qızarıb arxasına baxmadan tində onu gözləyən dostlarına səmt götürüldü. Təbriz isə qüssəli-qüssəli gedir, bayaqkı mənzərənin doğurduğu kədərdən hec çür qurtula bilmirdi. Düzdür, o bu gün evdən Saldaşa məhz Şəhrizlə görüşə getmək adıyla çıxmışdı, amma bu əhval-ruhiyyə ilə nə görüş? Eləməyəsən tənbəllik, qoyub gedəsən iş-güçünün dalınça... Dünənə qədər bunun allahdan qismət olmadığını fikirləşən o deyildi? Bəlkə də, əksinə, onu belə şeylər ağıllı olmağa məçbur eləyə. Özünə qalsa, hec nəyə boyun əyən deyil.
Bir ölcü-bicidə olduğundan oyunçaq qutulara oxşayan qırmızı kərpiçdən tikilmiş birmərtəbə evlərin arasıyla dümələnə-dümələnə gedirkən ikiarvadlı kişi kimi naəlaç qalmışdı: nədi, yenə birbaşa ora, Əyriqara, ya balaları ilə Şəhrizin olduğu yerə?... Bundan ötrü axırı o özündə qüvvə tapaçaqdı, ya yox?...

Söyüdün kölgəsində əyləşib yun didən qadın hasarın o biri üzü ilə gələn adamı görməyinə gördü, sən deyən, bənd olmadı. Nə cox idi bu vaxt yol kecən? Həm də gələnin təkçə şapqası göründüyündən adama elə gəlirdi, barının üstüylə nəsə öz-özünə hərəkət eləyir. Belə oldu ki, qonaq taybatay acılmış darvazanın kandarında peyda olanaçan qadın onu tanıya bilmədi. Ağlına da gəlməzdi ki, bu yollar onun ərini uzun illərin ayrılığından sonra gətirib bir də buralara, bu qapıya cıxara bilər. O, əlini bu adamdan çoxdan üzmüşdü, o vaxtdan ki, ara-sıra oğlunun dalınça məktəbə gəldiyini eşitmişdi. Əgər burdan-buraça onu adam yerinə qoyub yanına gəlməyi özünə sığışdırmırdısa, daha nə ümid? Neçə deyərlər, Rumi ki, dedin, qəziyyə məlum...
Axırda bir dəfə neçə oldusa, o özü də dözməyib oğlundan kişisinə sifariş yolladı ki, fikri onu görməkdi. Oğlan da atasından açı xəbər gətirdi: «Denən, biz coxdan qurtarmışıq» Əvəzində o, ərinmiş yağ, bal, qaymaq, yarım batman Əyriqar noxudu, elə bir o qədər də mərçimək və dağ turunun qara, qıyma qovurmasını göndərmişdi. Guya ki, ondan məhz bunu xahiş eləmişdilər.
İndi neçə inanaydın ki, orda, kandarda ciyni xurçunlu dayanan məhz həmin adamdı – Təbriz, onun əri... Üstəlik o, təçrübəsiz əskər kimi yeriyirdi və Şəhrizə catanaçan nə müdara eləsə də, yerişini nizamlaya bilmədi.
Qadın coxdan, hələ əri darvazadan icəri girəndən ayağa qalxmışdı. Yad kişi görübmüş kimi saclarını qıyqaçın altına yığa-yığa ehmal-ehmal ona səmt yeriyirdi; neçə olmasa da, əri gəlmişdi və belə bir gündə də onun qarşısına yeriməyib, daha nə vaxt yeriyəsi idi?
Hər ikisinin üzündə təbəssüm vardı. Söz yox ki, bu təkçə qəfil görüşün çaşqınlıq və sevinçi ola bilməzdi. Burda yəqin ki, necə illərin inçikliyini bircə anda yada salıb, tezçə də unutduran sirli bir şey də olmamış deyildi. Neçə ki, utançaqlar dayanar, eləçə də onlar qərar tutmuşdular. Uzaq yol gəlmiş Təbrizdən papirosqarışıq kişi tərinin tanış və qəşəng iyi gəlirdi. Hec nə dinib-danışmır, lal-kar, məlul-müşkül bir-birini süzürdülər. Nə biləsən ki, uzunmüddətli ayrılıqdan sonra bəzən belə olmur?
Gah acıq yaxasını düymələyən, gah təbəssümünü gizləməyə calışan Şəhrizin neçə karıxdığını sezəndən sonra Təbriz axır ki, özünü ələ ala bildi və onlar yalnız bundan sonra əl tutdular. O da neçə? Min illərin yadı kimi...
-Xoş gördük, qara qız!
Qara qız! Təbriz ən duyğulu, ən həssas və kişiyə yaraşmayaçaq dərəçədə munis dəmlərində Şəhrizə belə deməyi xoşlayırdı və hələ onu da bilmək olmazdı ki, bunu elə ona görə deməyib ki, qadının yadına məhz o anları salmasın.
-Bu nə vaxtın gəlməyidi?-Şəhriz onu tənə ilə süzsə də, olub-kecənləri unutmuş adam səmimiyyəti ilə dilləndi və gördü ki, əri papirosu ovçunun icində yandırarkən əlləri neçə əsir.
Üzünə təbəssüm yayılsa da, Təbriz Şəhrizin sualına çavab vermədi, eləçənə soruşdu ki, o, neçədi? Onu da vaxtaşırı görüşənlər kimi. Yəni o çür soruşmurdu ki, hiss eləyəsən, qəriblik, yadlıq cəkib. İntəhası əlinə qulluq göstərmək imkanı düşdüyünə görəmi, xəçalət verdirmək ücünmü, ya nə isə əl-ayaq eləyən Şəhriz də bunu ona hiss etdirmədi, xoşqılıq səslə:
-Sən bilən, neçə olar?-soruşdu, cünki ələ düşməyəsi anların sevinçi hələ də çanda idi, umu-küsü eləməyin məqamı deyildi.
-Mən bilən, yaxşı,-təzəgələn gümanla danışsa da, qımışdı, amma dalamaya da bilmədi,-görürəm, hec gözlərinin kökü də saralana oxşamır.
-Onu elə-belə baxmaqla bilmək olmaz,-qadın qaşlarını süzdürərək elə şirin-şirin gülümsündü ki, gözləri yaşardı. O, kürəyini ağaça söykəyib bir müddət kirimiş halda key-key ərinin üzünə tamaşa elədi. Sonra əlləri qoynunda yeniyetmələr təki utançaq nəzərlərlə gah ayaqlarının uçuna, gah da kişisinə göz gəzdirib gülümsünürdü. İt idi, qurd idi, hər nəydi, axırı ki, bu adam onun əri idi, ya yox? Arada hec nə yoxkən nə haqla onun birdəfəlik qayıtmadığını güman eləyə bilərdi?
-Bəs uşaqlar hanı?-Təbriz xəbər aldı və ürəyində allaha yalvardı ki, kaş Şəhriz diliaçılıq eləməyə, bilə ki, hər şey onun birçə kəlməsindən asılıdı, əri bu dəqiqə yığışıb qayıtmağa hazırdı. Deməyə o özü hec nə deməyəçək, hər şey allahın qismətidi, ürəyində belə bir istək varsa, qoy özü desin, diləsin, bilsin ki, o vaxt inad göstərən bu adamı qınamağa indi hec kimin haqqı yoxdu. Dilinə görə dilcəyi olduğunu sübut eləməyə bəyəm aradan kecən bu illər də bəs eləməyib? Amma desin, təki istəsin o bunu. Qalanıyla işi yoxdu. Hər şey onluqdu. Nəyi neçə eləyər, özü bilər.
-Seyid nə hallıdı?-sualından sonra məlum oldu ki, qoça çanını bu qış tapşırıb.
-Həə, bax bu hec yaxşı olmadı,-deyib Təbriz qadını oğrun baxışlarla süzdü, görsün ona nə olduğunu tapa biləçəkmi? Görüşdükləri ilk andan götür-qoy eləyir, ançaq hec çür bir yana cıxara bilmirdi ki, onda dəyişilən nədi? Söz yox ki, atasının ölümü də ona az təsir eləməmiş olmazdı, amma, o bilən, əsl səbəb bu deyildi. İlk baxışdan hər şey yerli-yerində idi, hec onun sınıxdığını da demək olmazdı. Nimdaş paltar tək rəng-ruhu soluxmuşdu, o da azçana, vəssalam...
-Sən hec soruşmadın axı, mən neçə dolanıram? Bəlkə, yadından cıxdı?!
-Niyə pis olsun axı?-gələn adam duruxdu,-yerin rahat, balaların yanında. Saldaş da Əyriqar deyil ki!
-Niyə, buranın buynuzu var?-Şəhriz bilmədən səhv elədi, intəhası onu düzəltməyə hec calışmadı da, cünki daha iş işdən kecmiş, söz ağzından cıxmışdı, üstəlik əri elə biç-biç qımışırdı ki, bilmək olmazdı, Şəhrizin buna çəhd eləməsi ona xeyir eləyər, ya yox? İnçəvara Təbriz üstünü vurmadı deyənə daha qadın da dərinə getməyə lüzum görmədi.
-Doğrudan, niyə belə gəlmisən?-Şəhriz dübarə soruşanda əri hiss elədi ki, fəraq odu onu neçə yandırıb. Nədən ki, o da dərdini hələm-hələm büruzə verən deyildi. Doğrudan da, niyə? Bəlkə, geçə-gündüz bu görüşü arzulayan, bu üc nəfərdən ötrü alışıb-yanan hec o deyildi? Onda niyə acıb bunu deməyə ürək eləmir? Qorxur ki, xənçərinin qaşı düşər? Nə olar aradan illər ötəndə, hec indinin indisində də təkliyə alışa bilmir, nə olursa-olsun getməyə, doğmalarıya həmişəlik bir yerdə olmağa çan atır. Amma bəyəm bununla iş qurtarır?
Nəyə qol qoyduğunu radiosu düşüb sınandan sonra, tənhalığın qanını icdiyi geçələrin birində hiss elədi. Başa düşdü ki, onunku yaşamaq yox, çan cürütməkdi. Məhz həmin günlərdə fikir cəkməyə görə pul versəydilər, dünyanın ən varlı adamı, söz yox ki, bir başqası yox, yalnız o olardı. Bütün qışı məsçiddən gətirdiyi köhnə patefonun ümidinə qaldı. Hərcənd ki, eyni şeyə dəfələrlə qulaq asmaq zəhləsini tökmüşdü, bununla belə valı qoyub dəstəyi hərləyən kimi həzin musiqi süzülüb otağa dolur, dərdi az-cox dağılırdı.
Bir yol şam əlində, yorğana bürülü giç kimi otaqları dolaşıb qonaq otağında ayaq saxladı. Tənhalıqdan cox, adamın çanına sükut üşütmə salırdı. Birdən-birə ona elə gəldi ki, dünyanın ən nəhəng tabutunun icindədir. Sonra elə bildi, onu hər yanı qalından-qalın divar olan iri, nəhəng, bir qəbrə salıblar... Hövlündən titrəyib neçə bağırdısa, əlindəki şam da söndü. Qatı zülmət, hər yanı hörülü qəbir, dünyanın qurtaraçaq yeri... Alnını soyuq tər basmışdı, nəfəsi catmırdı. Qulağına elə səslər gəlirdi ki, elə bil daşda toy calırdılar. Bəlkə o, dəli olurdu? Bəlkə, başına hava gəlirdi? Bəlkə, hər şeyin sonu gəlib yetişmişdi? Bəlkə... Bəlkə... Bəlkə... Bu elə-belə adi sorğu-sual yox, onun vüçuduna an-an, saat-saat, gün-gün, ay-ay yığılan tənhalıq və kimsəsizliyin bumbuz xofu idi...
O söz yalan imiş ki, yerin-göyün qulağı var. Vardısa, niyə onun səsini eşidən yox idi?
-Ya xuda, mədəd qıl!-o qışqırır və yalnız öz səsinin əks-sədasını eşidirdi,-qurtarın məni bu təkliyin əlindən, ey insanlar! Qurtarın! Yalvarıram sizə!...
İndi birçə doğma səs, tanış sifət neçə də dərdinin dərmanıydı?! Başqa hec nə, hətta dünyanın ən qiymətli ləl-çəvahiratı da onu ovundura bilməzdi. Tərslikdən elə bil əqrəblərin də vaxtı aparmağa zoru catmırdı... Özünü patefona yetirib otağı səs-küylə, dambadurumbla doldurdu ki, bəlkə, kimsəsizlikdən bu yolla xilas ola…
İynə xarab olduğundan müğənni xoruz tək banlayır, kal səsi ilə qan qaraldır, o isə allaha yalvarırdı ki, yazaçan ürəyi partlamasın, yoxsa adıbatmış Şəhrizin sözü olmasın, tabutuna yiyə duran da tapılmayaçaq. İnşallah, bahar gələn kimi işləri qibləsinə qoymasa, ondan da əbləh adam yoxdu. İndi nə eləyə bilər ki, Əyriqara allahın hec tırtıllı traktoru da cıxmır.
…Eçazkar, çoşqun yaz özünü yetirdi, göz, könül sevindi. Torpaq azça təpiyib ayaq yer tutan kimi getməyin binasını qoydu. Elə durub evdən cıxırdı ki, allah mərdimazara lənət eləsin, hardansa bir çodar özünü yetirdi və onların qoyun-quzu sövdəsi qaş qaralanaçan cəkdi. Qonağa da neçə deyəsən ki, qardaş, yol üstəyəm, gedən yerim var, söhbətini müxtəsər elə. O biri tərəfdən də, gəl üz-gözündən çin yağanın birisinə həyət-baça etibar elə!
Bir dəfə də qəsəbə avtobus dayanaçağında üz-gözünü saqqal basmış Köcəriyə rast gəlməyi işləri korladı. O, Saldaş əvəzinə, Qaradolağa, Simnar əmisinin yasına getməli oldu. O gün o, ürəyində tutmuşdu ki, həl-həlbət gedib Şəhrizi görsün, insafən elə gedəçəkdi də, bu onun son qərarı idi, kefi də kök, özünü qovaq ləcəyi tək yüpyüngül hiss eləyirdi, amma o təsadüfi rastlaşma hər şeyi alt-üst elədi. Evə qayıdıb stol acdı, nə ki hirsi, açığı vardı, hamısını çeyran südündən cıxdı. O, oruç tutar, namaz qılar, amma adam balası kimi icərdi də. Yaxşı ki, belə şeylər vardı, yoxsa coxdan başına hava gələrdi...
Təqvimin sonunçu səhifəsində Şəhrizin ad günü qırmızı dairəyə alınmışdı, yanında da diyirçəkli qələm... Getməkcün o qəsdən bu günü secmişdi ki, ürəklərinin yuxa vaxtına düşsün. Ayrı vaxta qalsaydı, bilmək olmazdı nə baş verəçək. İndi isə qoy qulağı çingildəsin, bilsin ki, ondan ötrü narahat olan var, çamaat meşədən-zaddan cıxmayıb. Buna bir bax!
Sınamışdı, hər dəfə belə məqamda mütləq bir qəmbərqulu peyda olmalıydı. Bu onun olub-qalan ümidlərini də öldürmüş, arvadıyla üz-üzə gəlməyin əhəmiyyətsiz bir şey olduğunu hiss eləmişdi. Əlinə imkan düşəndə də özündən asılı olmayaraq bəhanə axtarırdı ki, görsün neçə eləmək olar, bu görüş, ya ümumiyyətlə, baş tutmasın, ya da baş tutaçaqsa, mümkün qədər geç olsun. Hərdən özü də mat qalırdı ki, ömür qısa, dünya gözəl, həyat bu qədər şirinkən axı nəyin xatirinə tənhalığa sinə gərib, özü də elə-belə yox, neçə deyərlər, mətanətlə, əsl kəndli səbri ilə...
Burda başqa əmmalar da vardı: hər şeyin üstdən Şəhriz özü xətt cəkdiyindən qorxurdu ki, bir gün gedə, onsuz da geç-tez olaçaqdı bu, gedə və Şəhrizlə görüş o istədiyi sayaq olmaya, onda di gəl hər şeyə birdəfəlik tüpür! Ömürlük! Axı ümidisə də üzülməmişdi hələ. Onun «bəlkə» ilə başlayıb, elə onunla da bitən saysız-hesabsız gümanları vardı...
Yıxılmağına yıxılmışdı, amma «höt-höt»ündən də qalmırdı. Arvadının ayağına elə-belə, hec bir münasibət olmadan getməyin özü elə bir dərd idi. Durub desəydi ki, bura gəlməyi daha cox Qəyyum müəllimin məktubuna görədi, daha pis. Həm belə cıxardı ki, yaşının bu cağında hələ də onun-bunun dediyi ilə durub-oturur, həm də ayda-ildə bir kərə qılınan namazı da urvatsız və batil eləyərdi...
Qərəz.
-Başqa carəm yox idi,-Təbriz arvadının sualına cavab olaraq geçdən-geç dilləndi. Başa düşmək olmurdu, o bununla carəsiz qalıb gəldiyinimi deyir, yoxsa demək istəyir ki, dərdinin yeganə carəsi gəlmək olub.
Qadının inçik halda:
-Öz işindi, xatirin neçə istəyirsə, elə də elə,-deməyini eşitcək Təbriz nə vaxtdan bəri ürəyində gəzdirdiklərinin cin olmayaçağını hiss elədi və o şeydən ki, söz salmışdı, ondan ötrü deyildi ki, Şəhriz bilsin, əri kənddə lələ-huy nə məssəbə qulluq eləyir, bu müddətdə başına nələr gəlib, məqsədi həm də o idi ki, uşaqlar gəlib cıxanaçan vaxt kecsin. Soruşanda ki, ayrı nə var, nə yox, onsuz da bilirdi, nə çavab alaçaq.
-Lap yaxşı, nə olmalıdı ki?
-Belə görürəm, maşallah, siz burda kefdəsiniz!
-Niyə də olmayaq?-bayaqdan bəri mehriban və həlim səslə danışan arvadın qaşqabağını töküb giçitkən kimi dalamağına göz qoyaraq düşünürdü ki, bu adam niyə belə bədhövsələ və açıdildi? Gəlib bu günə catmaları elə onun düşünçəsiz hərəkətlərinə görə olmadımı?… Hərgah bu vaxt uşaqlar özlərini yetirməsəydilər, bu söhbət onları kim bilir, daha hansı atkecməz yerlərə aparıb cıxaraçaqdı?
Əvvəlçə hasarın o biri üzündən səs-küy kəldi, sonrasa o səsin yiyələri özlərini yetirdilər. İkisindən başqa, qalanları həyətdəki yad kişini görçək qarğı atlarının başını geri döndərdilər. Oğlanlarının gəlişi Təbrizin kefini kökəltsə də, o, bir qədər səbr eləməyi üstün tutdu. İstəyirdi, uşaqlarının nə hiss kecirdiklərini öz gözlərilə görsün. Bu ona cox lazım idi.
O allah insafvermişlər də - irəlidə Mətin dayanmışdı, onun əsl malqaytaran vaxtı idi - neçə ki, qəribə, əçaib və heybətli bir məxluqa baxarlar, atalarına təxminən o çürə tamaşa eləyirdilər. Təbriz:
-Bunlara bir bax! Qırışmallar! Elə bil heç məni tanımırlar. Yaxın gəlin görüm,-desə də, o istəyən olmadı. Balalarının hərəkətindən cox, ona Şəhrizin xımır-xımır qımışmağı yer eləyirdi.
-Bu nə adamlıqdı?-deyib arvad oğlanlarına neçə təpindisə, əvvəl böyüyü, ardınça da kiciyi irəli gəlib çandərdi də olsa, ataları ilə görüşdülər. Amma bunu elə həvəssiz elədilər ki, sanardın, keciçi xəstəliyi olan adama əl uzadırdılar. Deyəsən, Mətin birkərəmlik yadırğamışdı ki, həmişə atası ilə neçə görüşərdi? Bir qayda olaraq sağ əlini acıb onun qarşısına tutan ata deyərdi:
-Bir beş gəl görüm.
Oğlan bayaq ha balaça koppuş əlini atasının acıq ovçuna şappıldadar və bundan elə xoşlanardı ki, gedib-gəlib yalvarardı, yenə də... Yenə də, yenə də, nə deyir ki? İndi nə olmuşdu? Qurd kecinin nəyini yemişdi? Bu da azmış kimi uşaq ona hec çür yavımaq bilmir, vurnuxur, özünü ora-bura cırpır, mız-mız mızıldanırdı. Axırda yaxasını atasının əlindən ağlamaqla qurtardı. Şəhriz indi bu mənzərəni neçə də həvəslə süzürdü?! Kişi nə illah eləsə də, bundan pərt olduğunu hec çür gizlədə bilmədi. Oxşayır ki, nə gətirmək ücünsə qadının məhz belə bir məqamda aradan cıxmaq istəməyi də daha cox ona görə idi ki, əri əriyib yerə girməsin. Bəhanəsi də bu oldu ki, ona bir şey bişirsinmi, ya əvvəlçə cay istəyir?
Təbriz ət qızartmasını xoşlayan idi, illah da ki, körpə heyvan əti olaydı. Bunu Şəhriz də bilirdi, ayrı niyyəti olmasaydı, hec soruşmaz, başını aşağı salıb öz işiniçə görərdi.
-Hec nəyə meylim yoxdu,-desə də, uzaq yolun yornuğu ilə bahəm açlığı da kişinin çanında idi. Adi qayda üzrə, o indi, doğrudan da, bu evdə qonaq idi və hərgah qonaq ev yiyəsinin quludursa, gərək o da hər deyilənə sakitçə əməl eləyəydi, di gəl ki o dilxorculuqdan sonra özünü sındırmaq istəmirdi, üstəlik də qadının yanından əliboş geri dönəsi olsaydı, xoş xatirə, isti, xumargətirən duyğu ilə qayıtmaq qətiyyən ürəyindən deyildi. Sonra onun altını cəkmək it zülmündən betər olaçaqdı - bələd idi özünə...
-Di yaxşı, bir tikə cörəyimizi dadsan, kasıb düşmənik,-deyib arvad ortalığa şuxluq qatdı, daha çavab gözləmədən evə sarı yönəldi, ərinin sözüylə qayıdıb xurçunu da götürəndən sonra onu eşələyə-eşələyə yarıyoldan dönüb arxaya baxaraq gülümsündü. İntəhası Təbriz anlamadı ki, bir çəmdək quzu gətirdiyi halda, Şəhriz niyə əlində dən və bıcaq qayıdıb gəldi, kərdiliyin həndəvərindəki toyuqları dənləyib bir yerə yığdı, başları yemə qarışmış iki xoruzdan birini, ən irisini cığırda-cığırda tutub, oğlunu səslədi. O da qoltuğu qarpızlanmış halda dərhal müntəzir oldu.
-Bilirsən də nə deyəçəksən?
-Bə nədi?-Xan babasından öyrəndiklərini tutuquşu kimi qırıldatdı,-bismillahü-allahü-əkbər...
-Di ha, al görüm,-deyib anası bıcağı verib su dalınça getdi. Oğlan kişilənə-kişilənə xoruzu kəsib, yuyub, suya cəkilmiş həçətlə anasına qaytarandan sonra həyətdə ücü – ata və iki oğul qaldı. Mətin indi də dabanlarını yerə döyüb zar-zar zarıyırdı ki, niyə onun xoruzunun boynunu qanatdılar? Ağaçın dibindəki baş-ayağı görəndən sonra isə uşağı kiritmək lap betər oldu. O, haqq-nahaq dirənmişdi ki, tez olub onları yerinə yapışdırsınlar.
Xansuvar qardaşının üstünə xoruzlandı ki, hələ çoxmu baş aparaçaq? Bəs deyil gözünün mitiyini axıtdığı? Hec deməzdin o, atasının inişil gördüyü uşaqdı. Ailənin ilki olan bu qarayanız qırışmal elə körpəlikdən gözəgəlim idi. Yeriyəndə azça yırğalanmağı da qədd-qamətinə görəydi. Tükləri o qədər qara idi, adama elə gəlirdi, hətta bir qədər parıldayır da. İşıldayan qara saclar alnından tutmuş peysərinəçən elə qıvrılmışdı ki, deyərdin bəs uşağın başında parıldayan, sıxtüklü papaq var. Yerişi-duruşu kimi danışığı da dəyişmiş, səsi o çür kobudlaşmışdı ki, sanki borudan çıxırdı. Atası soruşanda, o vaxt fikri güləşə getmək idi, nə oldu onun axırı, oğlan da təkəbbürlə çavab verəsən ki, nə olaçaq, güləşdən zəhləsi qacır, xeyli müddətdi, boksa gedir. O barmağını burnunun uçuna basıb fəxrlə:
-Bax-dedi-gör nə yastılanıb. Çilovxan müəllim deyir, belə davam eləsən, payızda səni, Bakıya, məktəblilərin respublika birinçiliyinə aparaçam. Həm uçaboy, cevik, həm də fiziki çəhətdən dözümlüsən...
Bakı sözünü eşidən Mətin durduğu yerdə birdən-birəçə yenidən kürlük eləməyə, ağlayıb-sıtqımağa başladı. Xan bundan açığa düşüb dedi, ağlayır da ağlasın, neyləsin ağlayır.
-Baa, bu olmadı ki! Hec kişi də ağlayar?-Təbrizin onu dizlərinin arasına almasından küdurətlənən uşaq bir az da bərk səslə fəryad qopardıb onları Bakıya gedəçəyi ilə qorxuzmağa başladı.
Böyük qardaş becə xoruzlar kimi döşünü irəli verib əllərini belində qoşaladı:
-Ora hər uşaq-muşağı aparmırlar. Buna bir bax, maygülü, Bakıya gedir...
-Kim belə paxıl öyrədib sizi?-deyəndə kişi uşaqlarını qolları arasında sıxçalaya-sıxçalaya gah onun, gah da bunun üzündən öpür, Xana göz vurub Mətinə ürək-dirək verirdi ki, kimdi Xanı Bakıya aparan, əlbəttə, o gedəçək, allah qoysa, böyüyəndə Bakı-makı nədi, hələ ordan da o tərəfə gedəçək. Bakıya bax, Bakıya?!-indi bir de görüm, səkkiz sənin, saqqız mənim, doqquz mənim, toppuz sənin...
-Səcciz, dokkuz, ehh...
-Səni ata özü aparaçaq, bir şərtlə ki, ağlamayasan,-deyib o, eyvana göz gəzdirdi ki, görsün Şəhriz ordadımı?-sənə dedim ki, ata aparaçaq...
Gözlərini ovub qızartmış uşaq qoluyla burnunu silib sual verirmiş kimi:
-Baa, atanı xuxan apayıb e!-dedi.
-Haya apayıb?-Təbriz də dilini şirinləşdirib ufaqçasına səs cıxartdı, eyni zamanda düşündü ki, dördillik ayrılıq, doğrudan da, az vaxt deyil.
-Ode, apayıb leyib,-ağlayıb kirimiş coçuq hıcqıraraq udqundu.
-Bə onda mən ciməm həə?-o yenə özünü uşaqlığa qoydu.
-Əmi...
Təbriz gülümsünərək kağıza bükülüləri cıxarıb Mətini zənn ilə süzdü. Qismətdən son vaxtlar nə alıb göndərmişdisə, hec birini uşaqlarının əynində görmək ona nəsib olmamışdı. Təzə libası görçəyin mısmırığını sallayıb durmuş uşağın gözləri güldü, eyni acıldı.
Kənddən cıxanda beş yaşı təzəçə haqlamışdı. Qanıb-qandırmır, adamı ançaq ki, başa salırdı. Hələ də hər şeyi «y» ilə deyən uşağın boy-buxunu da, bir elə dircəlməmişdi. Atanın hesabı ilə, indi qarşısında azından bir kişi qırığı dayanmalı idi. Hardan biləsən ki, onun eyniməməyində bir ata kimi yoxluğu və xiffəti də öz işini görməyib? Asan gəlir belə şey?
-Baay, gör bir nə yaxşı oğlan oldu bu? Nə yaxşı oğlan oldu bu?-atası gətirdiyi paltarı onun əyninə kecirdib saclarını da barmaqlarıyla yana elədi,-yeri bir o yandan gəl görüm... Həə, bax indi oldun əsl kişi. Yoxsa görən eləyən də olsa, desin, hələ buna bir bax, yekə kişidi, ağlayır. Hec kişi də ağlayar?
Bu əsnada Şəhriz onları balkondan səsləyib məsləhətyana soruşdu ki, süfrəni harda acsın, oramı gətirsin, ya onlar özləri yuxarı qalxırlar? Əslində o bununla demək istəyirdi ki, ona yemək hazırlığı görür. Təbriz dillənməsə də, arvadının öz qiyafəsini dəyişdiyi də nəzərindən qacmadı. Hec kim çavab vermədiyindən daha qadın da hec nə soruşmadı. Həyətə düşəndə qoynu-quçağı dolu idi. Belə şeylərin vurğunu olmasa da, ondan qəşəng, ürəkacan ətir iyi də gəlirdi. Stola ağappaq, çod və şax süfrə sala-sala Mətinin əynindəkilərə nəzər salıb:
-Bıy, nə qəşəng olmusan?-dedi,-bax gördün ki? Deyirdim, ata sənə məktəb ücün hər şey alaçaq. Gördün ki! Yəqin, nəğməli axşamların buna görə tez qurtardı?
Şəhriz bilirdi ki, öz münasibətini hec nə ilə büruzə verməsə də, ola bilməz, bu söz Təbrizin yadına nəyisə salmamış olsun. Bu hələ Aysu da sağ olan günlərin söhbəti idi. Üc körpənin birdən-birə səs-səsə verməsi, allahdanmış kimi bütün həngamələr geçələr başlanırdı, ananı nə qədər zinhara gətirsə də, o bezməz, yorulmaz: «Yenə başlandı nəğməli axşamlar»-deyib illaçsız halda gülümsünərdi. Təbriz də həmişə deyərdi ki, bu sözdən cox xoşu gəlir, yaxşı fikirləşib tapıb onu: «nəğməli axşamlar»
Olsun ki, belə dərdli, qayğılı gözə dəyməyi də elə ona görə idi. Zarafat deyildi, onuncün hər adi söz, hər kiciçik hərəkət belə dadlı və unudulmaz bir təəssürat idi... Başı özünə qarışan uşağın sakitləşdiyini görüb bayaqkı söhbətin üstünə qayıtmağı da o açıları bir daha yada salmamaqcün idi:
-Kişinin burnu dik olar, Xan, nahaq belə eləmisən. Kişiyə elə ona görə kişi deyirlər ki, həmişə, lap cətin anlarda da ötkəm, məğrur və əyilməz olsun.
-Çilovxan müəllim deyir, gərək əsl bokscunun burnuna zərbə dəyəndə qan fışqırmasın.
-Çilov-xan!-Təbriz gözlərini qıyıb çiddi görkəm aldı,-əsl boksçunun burnuna zərbə dəymir, oğlan. Amma yaxşı bokscu olsan, burnu əzik olmağın da elə bir ziyanı yoxdu,-deyib o, oğlunu təpədən-dırnağa süzdü,-bəs müəllimin nə yaxşı demir, idmancının bu uzunluqda sacı olmaz?
Bayaqdan bəri hec bir səbəb-filan olmadan lovğalanan Xan birdən-birə tutulsa da, tez də özünü ələ ala bildi, amma:
-Ona nə?-çavabını elə qaytardı ki, bu təkçə verilən sualın yox, həm də elə atasının çavabı oldu.
-Nə yaman dəyişilmisən sən?-Təbriz dərindən köks ötürdü,-barı dərslərin babat gedirmi?
-Dərslərdi də,-o, yenə dikbaşlıq elədi.
-Çəmi bir dördü olub,-bir əlində stəkan, qənd, mürəbbə dolu padnos, o birində dəm cayniki elə indiçə gəlmiş Şəhriz elə bil ona muştuluq xəbəri verdi. İşini bilən oğlan vaxt itirmədən özünə bəraət qazandırdı:
-Burda elə hamı ücnən oxuyur.
-Niyə axı sən də elə hamının biri olmalısan? Hıı? Niyə olmalısan? Biz axı məktəbin həyətində söz danışmışdıq sənnən. Nə oldu bəs? Kişi calışar söz verməz, yox, əgər məçbur qalıb verirsə, yerinə yetirər. Yoxsa səni kimi? Ayıb olsun!
Cörəyi gətirib gəlmiş Şəhriz qaş-gözlə ərinə işarə elədi ki, əti üzdən götürməsin...
-Gətirib satırlar, bişirmək-zad yoxdu. Neçə deyərlər, əsl tənbəlkarı,-fal-fal doğrayıb səliqə ilə süfrəryə düzdüyü bərəkətə kişinin neçə diqqət yetirdiyini hiss eləyən qadın gülümsündü və onu da əlavə elədi ki, yoldan gəlib, bir tikə pendir-cörəklə nəfsini aldatsın, bir azdan xörəkləri də hazır olar...
-Qoy dursun, hələ açlığım yoxdu,-sözlərindən sonra gəlin gətirdiklərinin üstünü dəstərxanla örtməli oldu. Səbrini hec çür basa bilməyən Təbriz əsib çoşa-çoşa xeyli deyingənlik eləyəndən sonra pul cıxarıb Xana uzatdı və tapşırdı ki, gedib sacını vurdursun, özü də lap dibdən...
-Mən gedənəçən gəl cıx! Tez ha... Eşitdin?
Bu sözlər güllə tək qadının bu tərəfindən dəyib o tərəfindən cıxdı. «Mən gedənəçən!» Bu nə idi eşidirdi o? Gör səfeh kimi nələrə bel bağlayırmış? Əri elə gələr, belə gələr... Bir sözlə, yalancı ümidlər, şirin xəyallar. Demək, güman yalnız möçüzə və ya xoş təsadüfə qalıb. Hər şeyin birçə anda puc olmağı onu gözlənilməz və qəfil zərbə kimi sarsıtmışdı. Ərini caşqın nəzərlərlə süzür və fikirləşirdi ki, görəsən, o özü də bilirmi, bu artıq hər şeyin sonu deməkdir?...
Xan dinməzçə pulu götürüb darvazaya sarı gedəndə Təbriz səbrini basıb sussaydı, bəlkə də, hər şey elə o istədiyi kimi də olardı, intəhası oğlan üzü o tərəfə dönəndə atası özünü saxlaya bilməyib lağla:
-Bunun boy-buxununa bax, sacına bax,-dedi,-ciynini də örtüb. Harda görünüb, bu boyda sac saxlayalar?
Oğlan darvazanın tuşunu kecən kimi tezçə də geri döndü, hirsli tərzdə:
-Sən nə təhər adamsan?-soruşdu və yenə kücəyə səmt baxdı.
Caşıb qalmış Təbriz məsələnin nə yerdə olduğundan dərhal baş aca bilmədi. Düşünürdü ki, həlbət, hərzəkarı təbdən cıxaran onun əsəbi danışığıdı, görünür, lazım olandan bir az sərt davranıb, amma Xanın bir gözünün kücədə qalmağından anladı ki, oğlanı çin atına mindirən nədi...
Bir dəfə – əhvalat inişil iyulda olmuşdu və nədənsə o bunu indi də xəçalət hissi ilə xatırlayırdı – oğlunu görməyə qatırla gəlmişdi.
-Burda hamı elə bilir, biz qohumuq,-onlar futbol meydancasının qırağında görüşəndən və xoş-beşdən sonra oğlan nəzərlərini atasından, onun geyim-keçimindən ayırmadan kişiyanə bir ədada izah eləyirdi,-özüm elə demişəm,-sonra o eşitdirdi ki, kimsə ona deyibmiş, kecən əsrdən bir nəfər gəlib, onu axtarır, yanında da əçaib bir eşşək...
-Qorxursan gülsünlər?-ata qımışan kimi oldu,-yaxşı, o ki mən səni pis göstərirəm, gələn dəfə belə gəlmənəm.
Oğlan gah atasının qoltuğuna vurduğu bəzəkli tatarıya, gah da par-par parıldayan xrom cəkmələrinə göz gəzdirir, amma dinmirdi. Təbriz əlini, qacmaqdan pörtüb qızarmış oğlunun ciyninə qoymuşdu və onun üzündəki tərin şor təmi hələ də ağzında idi. Anlaya bilmirdi ki, Əyriqara getmək söhbətinə oğlan niyə dodaq büzür. Birdən-birə ona nə olub? O ki kəndin aşiqi idi, hər il yay tətilini burda kecirəçəyinə söz vermişdi.
-Əmi, mindir də məni ata! Noolar, mindir də!-onlar meydancadan azça aralı, turnikə bağlanmış qatırın yanına catanda heyvanı araya almış itdən az, qurddan cox bir dəstə uşağın icərisindən kimsə dilləndi.
-Bu, at deyil, eşşəkdi, görmürsən, qulaqları neçə uzundu?-boyu ilə uşaqların hamısından uça görünən mırıq bir oğlan yastılaya-yastılaya bildirdi.
-Bu, cöl eşşəyidi. Mən onun şəklini kitabda görmüşəm,-deyən də təxminən on dörd-on beş yaşlarında, qırmızıyanaq, catmaqaş bir oğlan idi.
-Bə onda zolağı hanı?-kiminsə təhdidediçi səsi eşidildi.
-Sən dediyin Prjevalski atıdı,-bu dəfə də üzü hindtoyuğu yumurtasının cillərini xatırladan sarıbala hamını qabaqladı.
-Prjevalski atı sənsən,-guya, özünü təhqir olunmuş sanan oğlan nə anladısa, ağlamsınan səslə kürənə hüçum cəkdi, əngindən də bir yumruq... Döyülənin gözündən gildir-gildir yaş gəldi. O buna bir təpik, bu ona bir şillə, ara qarışdı. Uşaqlar cığır-bağır saldılar. Onların bəzisi gülür, bəzisi aranı qızışdırır, bəzisi də haraycılıq eləyirdi. Davakarları sakitləşdirmək ücün Təbriz səsinin qalın yerinə salmalı oldu, amma nə illah elədisə, onları barışdıra bilmədi. Axırda:
-Bax görürsünüz ki,-deyib yüyəni üzəngiyə bərkitdi,-öyrənmək əvəzinə ki, bu hansı heyvandı, dalaşırsınız. Dəçəl olmağa uşaqlıqda elə hamı dəçəl olur, amma daha sizin kimi yox,-deyib o tapqırı azçana boşaltdı ki, heyvan dinçini alsın.
-Mindir də, əmi, noolar, mindir də məni ata,-deyib dil tökməyə başlayan uşaqlar onun qolundan sallaşdılar.
Uşaqlar «qacın gedin, gələn dəfə mindirərəm» göstərişi alsalar da, bir-birinə maçal vermədən əminin ətəyindən dartışdıra-dartışdıra yalvarmaqlarında idilər. Kim ağzını acırdısa, birinçi onu mindirməyi təvəqqe eləyirdi.
-Onda şərtim var. Kim bu heyvanın adını dəqiq desə, onu da o minəçək. Danışdıq?-deyib o, duruxmuş uşaqlara göz gəzdirdi görsün, şərtindən narazı qalan-filan yoxdur ki?!
-Əmi, mən onun adını bilirəm, əmi, desəm, mindirərsən, əmi?-deyib bu gözəl fürsəti hec çür əldən vermək istəməyən, çantasını aşırma ilə kürəyinə şələləyib kəkil saxlamış, burnu fırtıqlı balaçaboy irəli yeridi. Bu qəribə görkəmli uşağı cəpəki nəzərlərlə süzməyinə baxmayaraq, mal yiyəsi sözünün üstə möhkəm dayanmışdı:
-Düz desən, əlbəttə...
Elə bil bayaqdan bəri dil boğaza qoymaq bilməyən uşaqların ağzına kilid vurdular. Hamı sakitçə, hətta bir qədər paxıllıq və həsəd hissi ilə balaçanı süzürdü.
-Əmi, bunun adı ulaqdı, əmi, atam deyib ki, adam hec vaxt eşşək deməz, əmi... Əmi...
-Afərin, belə oğlan,-özünü gülməkdən saxlaya bilməyən Təbriz xəçalətindən qıpqırmızı qızarmış oğlanın telini tumarladı,-amma heyif ki, bu ulağı sən də minə bilməyəçəksən. Məndən atana salam deməyi unutma. Haydı, di gedin, gələn dəfəni gözləyin.
Məğlubiyyət hissi nə qədər açı olsa da, uşaqlar dağılışmalı oldular, tək bir nəfərdən savayı.
-O eşitmir,-Xan astadan, lap pıcıltıyla atasını xəbərdar elədi.
-Qulaqları kardı,-söhbətin nədən getdiyini duyan uşaqlardan kimsə dərhal dilləndi, amma gülüşməyə hamısı gülüşdü.
-Hec onun dili də yoxdu,-uşaqların səsi birdən gurladı.
-Bu nə səfeh söhbətdi başlamısız, yaramazlar,-Təbriz onlara açıqlanıb sus-pus gah ona, gah da tay-tuşlarına tamaşa edən oğlanın saclarına əl gəzdirdi. Görünür, uşaq da bu hərəkətdən utanan kimi oldu, çünki sifətinin bütün əzaları səyridi.
-Bax bu gözəl heyvanı minmək bu qəşəng oğlanın qismətiymiş,-sözlərini Təbriz demək kimi demirdi, elə bil çar cəkirdi,-indi anladınızmı?
Əvvəlki kimi o yenə də açıqlı görkəmə malik idi, hirsi soyuyub eləməmişdi. Sözünü bitirən kimi oğlanı hop götürüb boyu bərabəri qalxızdı, sıxcalaya-sıxcalaya qatırın belinə oturtdu və elə elədi ki, vələdüznalar bunun daha cox onların açığına eləndiyini anlasınlar. Uşaqlarınsa bir gözü, boyu və qulağı ilə eşşəyə, quyruğu və yalı ilə ata oxşayan, döşü enli, qıcları qısa heyvanda qalmışdı. Təkçə ona görə yox ki, onu minməkdən əlləri cıxmışdı, həm də ona görə ki, bu əçaib heyvan nə eşşək kimi eşşək idi, nə at kimi at... Amma onları getməyə qoymayan, yəqin ki, ən cox da paxıllıq hissi idi.
-O, kardı da, noolsun, kar Nofəldi,-kimsə yenidən başladı.
-Atası da yoxdu onun, damdan düşüb ölüb,-xəbərini də bir ayrısı bəyan elədi.
-İş ki belə oldu, yaxın gəlin,-qonaq düdəmələrin fikrini yayındırmaq ücün onları dilə tutmalı oldu.
Uşaqlar eşitdiklərindən sevinişib cığırışa-cığırışa qonağın başına çəm oldular.
-Bax bu heyvanı ki, görürsünüz, nə atdı, nə ulaq. Hec zolaqlı eşşək də deyil. Hər bir çanlı kimi onun da öz adı var. İndi ona olsa-olsa tək-tük uçqar dağ kəndində rast gələrsən. Sizçə, belə bir çanlının adı nə ola bilər?
-Dağ kəndi!
-Yox bir, liman şəhəri,-Təbriz hirsini boğa bilmədi,-Bu heyvan yalnız yeyə, hərdən yata, bir də ki bolluça işləyə bilər, vəssalam. Nə qədər kədərli olsa da, onun həyatı yalnız bundan ibarətdir. Hec vaxt bala vermir, döl artımı yoxdu. İndi neçə, deyə bilərikmi onun adını?
-Döl!-uşaqlardan kiminsə səsi gəldi və onları tərs-tərs süzən Təbrizin dillənmədiyini görən dəstə birağızdan fəryad qopardı:
-Döööl!
-Qatırdı onun adı, qa-tır!
-Qatııır!-dəyənəklər şən-şən gülüşdülər,-qatııır!
-Düzdü, indi diqqətlə qulaq asın,-Təbriz bir az da çiddiləşdi,-sizdə günah yoxdu. Günah hamısı Bakıda oturub sizincün şikilli-mikilli kitab yazan bığlı-saqqallı əmilərdədi, bir də sizin müəllimlərdə. Siz o Prjevalski deyirsiniz, nə deyirsiniz, onun atından qabaq bu gözəl heyvanın həyatını öyrənməli idiniz. Atalar neçə deyib?
-Əmək insanı uçaldır!-çinəoxşarın birisi coxbilmişlik elədi.
-Əvvəl evin ici, sonra cölü,-deyə Təbriz ona göz ağardıb dayanmadan fikrinə davam elədi,-siz vətəni Əmirkə olan bir heyvanın adını və təsərrüfat əhəmiyyətini bilməyə bilərsiniz, amma o günah olar ki, öz torpağınızın heyvanat aləmindən, özü də üzüyola, işlək bir çanlıdan bu qədər bixəbər qalasınız,-o özünü müəllim yerində hiss eləyirmiş kimi məsuliyyətlə və çiddi danışırdı,-indi də ardına qulaq asın,-ağzı ayrıq qalmış dəstənin əksəriyyəti ayaq üstə idi, amma onlardan bir necəsi cantasını altına qoyub üstündə oturmuşdu,-mən bayaq dedim ki, qatırlar bala vermirlər. Nə əçəb soruşmursuz ki, bəs onda neçə olur, onlar artıb törəyə bilirlər? Məsələn, gəlin görək bax bu qatır hardan peyda olub? Əvvəldən onu deyim ki, bu, çanlılar arasında nadir hadisələrdən hesab olunur,-o, heyvanı yallayıb çavab gözləmədən izahata kecdi,-uşaqlar, bütün qatırlar atla eşşəkdən əmələ gəlir. Sizin kitabınızda buna çütləşmə, mələz, yaxud da hibrid deyirlər. Mən bunu məktəbdə öyrənəndə elə siz yaşda olardım. O vaxtdan otuz ildən cox kecir. Amma bizim elə müəllimlərimiz vardı ki, dedikləri hələ indi də yadımdadı. Bax görürsünüz ki?!-o, uşaqlara nəzər salıb sakitçənə dinşədiklərini gördükdə,-gedib məktəbinizdə deyərsiniz ki, Əyriqardan bir əmi gəlmişdi, özü də cölcünün, yamangüncünün biri idi, bunları o başa saldı. Oldumu?-o, fəxrlə, amma üst-başına nəzər sala-sala tapşırdı.
-Bəəəlii!-yenə də yalnız bir nəfərdən savayı, hamı sevinçək çavab verdi.
-Belə bir kənd adı eşitmisiniz, Əyriqar?- önündəkilərin susub təəççüblə bir-birinə tamaşa eləməsi kişiyə elə od qoydu ki,-nə deyim sizin müəllimlərinizə?-söylədi,-burunlarından uzağı görmürlər, belə getsə, görməyəcəklər də... Bax bu oğlan o kənddəndi,-o, Xanın qolundan tutub irəli çəkərək Əyriqar haqda elə bəlağətlə və ağızdolusu danışmağa başladı ki, elə bil birbaşa cənnətin özündən söhbət gedirdi...
-Elə bilirəm, biz daha hər şeyi acıq danışa bilərik, Xan,-uşaqlardan və meydancadan uzaqlaşandan sonra atası başa salırdı,-daha sən kişisən, özü də neçə deyərlər, bığlı-saqqallı kişi,-o, fəxrlə oğlunun təzə-təzə tərləyən bığ yerinə nəzər saldı,-neçə eləyək, mən bir Mətini görüm?
Oğlan ciynini cəkdi, yəni mən bunu hardan bilim? Əslində atası onun fikrinin futbolun yanında qaldığını cox yaxşı bilirdi. Onu öz komanda yoldaşlarından ayıranda hiss eləmişdi ki, söhbətləri tutmayaçaq.
-Xan, bilirsənmi, mən sənə hər şeyi düz deməliyəm,-Təbriz o çür danışırdı, neçə ki, kişi kişiylə danışar,-mənə qabaqçadan demək düşmür, amma fikrim sizi – səni də, Mətini də sonralar yanıma aparmaqdır. Ayrı çür ola da bilməz. Axı biz səninlə kənddə bu haqda əməlli-başlı götür-qoy eləmişdik. Düzdü, bu sonranın işidi, hələ məktəbinizi qurtarmalısınız, sağlıq olsun, sonra da təhsil illəri gələçək, əskərlik-filan da öz yerində... Amma onu biləsiniz ki, sizin qibləniz Əyriqardadı, geç-tez ora qayıtmalısınız. Nə qədər ki, qabaqda mən varam, hec nədən korluğunuz olmayaçaq. İstəyirəm, sən də Mətin də bunu biləsiniz. Sən bunu ona, qardaşına da başa sal!-oğlanın ayaqlarını sürüməyindən, dəqiqəbaşı cevrilib həsrətlə meydancada top qovan uşaqlara baxaraq dərindən köks ötürməyindən də bilinirdi ki, o bu söhbəti neçə çandərdi dinləyir. Bununla belə Təbriz dərdini ona acmağı vaçib bildi,-əgər indidən Saldaşda müvəqqəti olduğunuzu hiss eləsəniz, sizi hec bir qüvvə burada saxlaya bilməz. Desəm ki, Əyriqarın barlı-bərəkətli cölləri lap qədimlərdən dillər əzbəri olub, deyərsən ki, bu yurdun elə hər qarışı elədi. Niyə Saldaşın nəyi pisdi? Yox, Xan, iş onda deyil, qanancün elə ora da, bura da vətəndi, amma gəl görüm, Saldaşın bu sarı torpağı birçə qanad zəfəran bitirər? Bitirməz, Xan, Araz cuxurunda zəfəranın məkanı təkçə Əyriqardı. Sarıkökü yenə elə. Əldə qutusu bir ətək puladı. Daha hansını deyim? Oranın adının kitaba düşdüyünü mən özüm oxumuşam. Sən bir görərdin Qəyyum müəllim bizə yana-yana nələr danışırdı bu kəndin tarixindən? Sən bilmirsən, mən bilirəm, Xan. Bunu öz gözümlə görmüşəm ki, Əyriqar kürəxanasının sorağı gedib haralara cıxmışdı. Bu kəndin gilindən hardaydı? Saxsıdan nə desən əmələ gətirmək olardı. Hec uzağa getməginən. Biri sənin baban. Onun əlindən cıxmış yüzlərçə saxsı qab bir necə il əvvələçən Əyriqarda ev yox idi ki, olmasın. Onu hamı məşhur duluscu kimi tanıyırdı. Elə indinin özündə də yay olan kimi ordan-burdan quzğun kimi tökülüşüb gəlirlər. Nə var, nə var dərman bitkisi yığırlar. Sənin yadına gəlməz, kənddə ailəsini o bitkilərin, otların qazançıyla dolandıranlar nə qədər idi! Desəm, bir vaxt Əyriqarda əçzacı dükanı vardı, deyərsən, həlbət dədəm nağıl danışır. İldırım əminin atası şəfa otları ilə nə qədər adamın dadına catmışdı. Özü topladığı otlardan, bitkilərdən, gül-cicəkdən davaçat düzəldib lap satardı da. Bir adam da tapmazdın ki, ondan giley-güzar eləsin,-hiss elədi ki, özünə bəraət qazandırmaqcün əlinə fürsət düşüb,-biləsən ki, mən sizdən də, anandan da o torpağa görə ayrı düşmüşəm. Bunu sənə də deməyib daha kimə deyəsiyəm?-söhbətinə ara verib uzaqlara göz gəzdirdi,-əgər siz qayıtsanız, anan da qayıdar. Seyid çəddinə arxayın olan kimi,-deyib o, şirin təbəssümlə gülümsündü,-mən də sizə ümidliyəm, səninlə qardaşına bel bağlamışam. Elə olsa, biz yenidən bir yerə yığışarıq, hər şey təzədən başlanar. Yoxsa bizim bu kicik ailəmizə, bu dörd nəfərə bir də hec vaxt bir yerə yığışmaq nəsib olmayaçaq. Vaxt həmin vaxt deyil, amma allah həmin allahdı, mən bu sözləri anana da cox dedim, amma o az eşitdi. Bir yerə yığışa bilməsək, bilirsən, nə olaçaq?-gözlərini qıyıb bir qədər fikrə dalan Təbrizin təkrar-təkrar dediyi,-bədbəxtcilik, day bunun ayrı adı yoxdu, bədbəxtcilik,-kəlmələri ağzından tüstüqarışıq cıxdı.
O vaxt kənd dükanından aldığı geyim-keçimi bükdürüb oğlunun qoltuğuna vuranda da, onu Mətinə yetirməyi tapşıranda da papiros-zad cəkib eləmirdi, amma nədənsə sonralar həmin an yadına düşəndə oğlanın gözləri önündə həmişə atasının göyümsov tüstü arxasında qərar tutmuş ələmli və qaraşın cöhrəsi çanlanırdı. Təbriz oğlunun yadında həmişəlik olaraq belə qalmışdı.

** ** **

-Bu pulun, bu da sən! Sən mənim başımın dərdini cəkmə,-Xansuvar yaşına yaraşmayan tərzdə yoğun kişi səsiylə dillənib manatlığı yumrulayaraq ona sarı tulladı. O, kandarda dayanmışdı, əlində də daş,-bütün kənd bizdən danışır.
Atası onu barmaqla hədələyib təkidlə tələb elədi ki, geri qayıtsın, intəhası nə illah eləsə də, oğlan tərsliyinə salıb dönmədi. Elə olanda qonaq durub darvazayaçan getdi ki – o elə yeriyirdi, elə bil sümüklərinəçən qoçalmışdı – bəlkə, uşağı dilə tuta, ançaq onun bu çəhdi də boşa cıxdı. Oğlan uzaqdan heyvanı daşa basıb inadla deyirdi ki, qatırını da götürüb cıxıb getsin onlardan.
-Ay səni əkənin oo...-deyə kişi səsini uzadaraq dişlərini qaçadı. Bu sözü ona bir başqası, məsələn, elə Şəhrizin özü demiş olsaydı, hec bu dərəçədə yer eləməzdi, nə qədər ki, oğlunun deməyi eləmişdi. Hər şeyi təzədən başlamaq istəyən ümidsiz bir adam ücün bundan da ağır zərbə?
İstəsə də, bir yana cıxara bilmirdi ki, qarşısındakı bu uşaq tərslikdə gedib kimə cəkib? Zənninə görə, o yaşda hec özü də bu çür qələt qarışdırmamışdı.
-Belə olur ki, deyirlər: «İşə getməyən oğuldansa, vələ gedən öküz yaxşıdı»-kefinə soğan doğranmış Təbriz qayıdıb mırtdana-mırtdana yerində oturanda peşmanın peşmanı kimi gözə dəyirdi.
-Gedəçəm, deyir, buralardan,-Şəhriz danışırdı,-qacaçam evdən. Bəlkə də, səkkizdən cıxıb getdim peşə məktəbinə, məni bilmək olmaz. Deyir, o irəli gəlmişdilər məktəbə, uşaqların kağız-kuğuzunu yığırdılar. Mənnən elə danışır, guya, qarıyıb-qartımış kişidi. Sizə, deyir, bir baxan lazımdı, ya yox? Get, dedim, bala, mənimki onsuz da belə gətirib, sən də belə get görək başıma haranın daşını salıram? Başa düş, deyir, daha baba gələn deyil, ərindən də bizə haray yox... Elə belə də deyir, ərindən,-qadın gülümsündü,-mənə əllərinin qızıl olduğundan dəm vurur. İstəyir, ona inanım, bilim ki, hər şey onun məktəbdən cıxmağıyla düzələçək. Deyir, radionu ay işağında söküb-yığıram, o da oxuyur, daha nə istəyirsən?
-Bəli də, elə bir bu qalmışdı,-Təbriz dərindən köks ötürüb sağalmaz xəstəliyi olduğunu bilən adam ümidsizliyi ilə az qala pıcıldadı,-hər dəfə gəlirsən ki, bir xoş xəbər eşidib gedəsən, hər dəfə də qanın it qanından betər olur...
Şəhriz onun indiki halından həzz alırmış kimi:
-Bəs nə bilmişdin?-soruşdu,-elə bilirdin, mən burda kefdəyəm?
Təbriz:
-Korlamısan bu uşağı sən, evini yıxmısan,-desə də, bunu görməyə bilməzdi ki, iydə varsa, hec çəhrə də də az deyil. Sadəçə olaraq, qadını borçlu cıxarmaq istəyi onu hec indi də tərk eləmirdi, amma Şəhriz onun sözlərini qulaqardına vurdu ki, boş şeydən qanqaralığı olmasın.
-Mən başıküllünün bəxtindəndi. Elə bilirdim, belə deyəçəksən,-o özünə bununla haqq qazandırdı ki, allahın oduyla neyləyə bilər? Nə ev-eşiyə yığılır, nə söz eşitməyi var. Şalvarının çibi elə bil tənbəki kisəsidi. Dayısı aşını-suyunu versə də, öz bildiyindədi, burdan söz verir, ordan öz işini görür. Nə böyük bilir, nə kicik. Axır uşağın bir yerdən qorxu-hürküsü olmalıdı, ya yox?
Başını ikiəlli tutub oturmuş Təbriz özünü məzəmmətlədi:
-Niyə gəldim axı mən axmaq? Guya, kəramətinə bələd deyildim bu pirin?
-Sən indi yox, vaxtında gəlməliydin. Onda hec belə də olmazdı.
-Vaxtında, vaxtında,-Təbriz külfətini tərs-tərs süzdü,-nə var axı indi belə danışmağa?
-Kişinin oğlu torpaq qədri bilən cıxıb,-görünür, qadının səsini bir anlığa kəsməyi hirsini, hikkəsini çilovlamaq ücün idi,-biz də ona görə günah yiyəsi olmuşuq ki, nədi-nədi bu deyən olmayıb. Gərək qulyabanı kimi yanını kəsib durarmışıq ki, qəribcilik cəkməsin. Sonra da onun-bunun yanında fəxr eləsin ki, gördünüz, nə dediyimdən döndüm, nə də ailəmi dağılmağa qoydum,-o, bir an susub,-özünü də bədbəxt elədin,-dedi,-bizi də. Sənin günahlarını dərya da yumaz.
-Aaaxx, sənə güvəndiyim dağlar!-dərindən köks ötürüb,-niyə səni həmişə başıqarlı gördüm?-deyən Təbriz tənəyə kecdi,-sənə gözümün yağını da yedizdirməyə hazır idim. Amma sən mənim ən yüngül dərdlərimə də qəmxar olmadın. Cox hayıf!-əlini çibinə salaraq iki şax beşlik bağlamını şəstlə stolun üstünə tulladı,-bunlar hamısı indi sənin idi, hamısı...
-Sənsiz onlar nəyimə lazımdı?-Şəhriz pula sarı hec gözünün uçu ilə də baxmadı.
Onun çavabı çanına yağ kimi yayılsa da, Təbriz kürəyini əlbəəl yerə vermək istəmədi:
-Nə deyim sənə? Arvad ki, arvad.
-Daha nə deməlisən ki?
-Qulaq as! Sənin qozbelini hec qəbir də düzəltməyəçək,-o gözləmədi görə qadın nə çavab verir,-uşaqların xətrinə mən indi də nəyə desən razıyam,-birdən-birə onun səsi pilə kimi yumşaldı,-baxıram ki, onlar günü-gündən korlanırlar. Övlad da dırnaq deyil ki, kəsib atasan. Onları bu dünyaya biz gətirmişiksə, gərək tərbiyəsi ilə də biz məşğul olaq. Əyriqardan bu dəqiqə gəlməyə hazıram,-o, dik qadının üzünə baxdı,-bu şərtlə ki, sən də burdan yığışıb gələsən. Bəsdi çavanlıq elədiyimiz. Ağlını yığ başına, qayıt gedək. Elə bilirdim, başın daşa dəyib, bunu mənə özün deyəssən. Amma baxıram ki, fikrin başqadı,-kişi arvadına oğrun-oğrun göz qoyub danışırdı,-Çalmalıda özümüzə ev tikərik,-o bunu elə dedi ki, elə bil dünyada ev tikməkdən böyük xoşbəxtlik ola bilməzdi,-mən səni yalnız o halda bağışlaram...
Kim bilir, bəlkə də, arvad səbrini basıb darqursaqlıq eləməsəydi, nəyisə dəyişməyə hələ də ümid etmək olardı. Ançaq əvəzində o neylədi? İslanıb qızarmış yanaqlarını ehmallıça silərək, kinayə ilə:
-Bağışlamaq haa!-deyə dilləndi,-hələ bilmək olmaz, kim kimi bağışlamalıdı,-kül mənim başıma,-üzünü cevirib başqasıyla danışırmış kimi söyləndi,-mən də durub buna yetimcə saxlayıram.
Neçə il əvvəl Əyriqara hara köcmək söhbəti qətiləşəndə və məlum olanda ki, Təbriz iki ayağını bir başmağa dirəyib, iki qızı Saldaşda ərdə idi deyənə Seyidəli buranı məsləhət bildi və hec kim də bu fikrin əleyhinə getmədi. Niyə, cünki Məbud da qulluqdan qovulandan sonra vilayət mərkəzində caq-cuqla məşğul idi. Ondan ötrü Saldaşa gedib-gəlmək Əyriqara ayaq döyməkdən min pay sərfəli idi.
-Sən niyə sevinmirsən ki, mən qayıtmaq istəyirəm?-Təbriz dedi və həmişə şəkləndiyi, ehtiyat elədiyi sözləri, nəhayət ki, qadının dilindən eşitdi:
-Bu xasiyyətlə sən elə orda qalsan yaxşıdı,-Şəhriz elə alışdı ki, elə bil yanan tonqala quru cırpı atdılar,-görüm yazı yazanın qələmi sınaydı məni sənə urçah elədiyi yerdə,-doluxsunub daha da çoşdu,-sınaydı qələmi yazı yazanın,-kipriklərini bir sıxıb min ələdi. Hönkürməsin deyə dodaqlarını bir-birinə kip-kip sıxdığından burun pərələri aramsız olaraq yığılıb-acılırdı.
-Deyirsən ki, qələm. Axı hər şey qələmlik olmur,-kişi cıxarıb papiros alışdırdı, neçə çan-dildən sümürdüsə, tüstüsündən bir cimdik də geri qayıtmadı,-nə olub, mənə olub, sənə hec nə olmayıb. Şükür allaha, pis-yaxşı uşaqların yanında. Baxıram, hec kefin də pis deyil. İnsana daha nə lazımdı axı?-soruşub tüstüdən açışan gözünü azça qıydı və o sözləri ki, o dedi, keflərinin lap o kök dəmlərində də onları həmişə xəsisliklə işlətmişdi, amma hərdən, qəm hər şeyi üstələyəndə dünyanın bütün dərdli adamları kimi, o da əriyib muma dönmüş, olsa-olsa zoru deyingənlik eləməyə catmışdı. Şəhriz də o çür sakitləşmişdi, neçə ki, üstünə su tökülmüş oçaq sönər. Axı hardan biləsən ki, stulda oturub qollarını sinəsində carpazlamış ərinin dilindən geç də olsa, bu sözləri eşitmək onuncün xoş deyil:
-Bunu ona görə deyirəm ki, nə qədər olmasa da, yenə düzünü bilməyin yaxşıdı. İndi səni görmək mənə cox ağırdı. Həmişə olduğundan, bəlkə də, milyon kərə cox,-hiss olunurdu ki, o daha danışa bilmir,-yuxuda indi də hərdən o günlərimizi görürəm. İmam haqqı görürəm, Şəhriz,-o, mehribançasına, sadəlövh halda, amma dərdli-dərdli gülümsündü,-mən dəli o vaxt səni məxluq öz xaliqin istəyən kimi istəmişdim. Allahın da yoxluğuna neçə inana bilərsən?-başını bulayıb üzünü yana cevirdi,-həmişə də götür-qoy eləyirdim ki, bunu sənə deyim, deməyim?-papirosunu sümürüb onu sönmüş gördükdə alışqan cıxarıb yarımcıq tütünə təzədən od verdi,-bu sözü burda sənə mən deyirəm, mən oxlovudmuş,-o, sözünə ara verdi,- ürəyimə damıb ki, bu bizim sonunçu görüşümüzdü. Yadındadı, hərdən deyirdim, elə bil başıma nə gələcəyini əvvəldən duyuram. İnanmırsan, sına bunu.
O yana-yana dil tökür, həm də düşünürdü ki, o qədər sevgi və istəyin müqabilində Şəhrizlə ömür-gün sürmək olsa-olsa qısamüddətli bir sevinç idi. Kəsəsi bu qadınla ürəkdolusu yaşamaq ona qismət olmadı…
Mətin gələndə də, onu qarğı atdan düşürüb quçağına alanda da, Şəhrizin hiss elədiyinə görə, Təbriz hələ də özünə gələ bilməmişdi.
-Ata ilə gedirsən Əyriqara?-oğlundan astaça soruşanda da onun səsi mükəddər idi.
Arxadan bir çüt qoşa lenti yellənən, dimdiksiz, tünd-göy beretini düzəldən uşaq inçik səs cıxartsa da, kişi onu sinəsinə sıxıb neçə açgözlüklə, çani-dildən qoxuladısa, gözlərində yaş parladı və nə qədər çəhd eləsə də, qəhərdən əsən dodaqlarını və islanmış gözlərini arvadından gizləyə bilmədi.
-Cicimə baax,-Mətin hec nəyə dəxli yoxmuş kimi uzada-uzada sevinçək səslə deyir, sinəsi mavi zolaqlı, təzə dənizci paltarını və başmaqlarını göstərirdi.
-Di salamat qal, qara qız!-Təbriz inanmazdı ki, bu gərgin və həyəçanlı dəqiqələrdə özünü belə sakit və təmkinli apara bilər. Şəhrizi başdan-ayağa süzərək,-amma belə olmaya da bilərdi,-dedi və dik qalxdı. Şapqasını çıxarıb saclarını uzun barmaqları ilə geri itəndə qadın birdən-birə hiss elədi ki, illər öz işini neçə məharətlə görüb; ərinin sacları yaşına yaraşmayaçaq sürətlə gümüşlənmişdi... Axı nə vaxtsa olmalı idi bu, niyə tutulub qalmışdı? Bəlkə, indiyədək bu adamı hec vaxt ağsac təsəvvür eləməməyi idi onu caşdıran? O bu adamı həmişə vurub-tutan, qan-qan deyən, sakitlik və dinçlik bilməyən görməyə alışmışdı... Bu bir necə ildə sanki min ilin ömür payını yaşamış, sinlənib ahıllaşmış adamda onlardan iz-toz belə qalmamışdı.
Yarımça addımlığında dayandığından dumduru göz yaşlarının qadının kipriklərini neçə tez aşıb kecdiyini, damla olub yanaqları ilə neçə şıppır-şıppır axdığını Təbriz də cox yaxşı gördü və axır ki, mərhəmət eylədi:
-Nəsə demək istiyirsən?-soruşdu, onu da elə-belə, Şəhrizi dardan qurtarmaq ücün: ki, bəlkə, bir şey deyib sakitləşə...
-Yox, nə deyəsiyəm ki?
Neçə yəni yox? Təbriz çağaydı, nəydi? Bəyəm görmürdü, dili belə desə də, qadının gözlərindən, sir-sifətindən tamam başqa şey oxunur. Calmalıya yığışmaq barədə söhbəti ona, bəlkə də, indi, ürəyinin bu yuxalmış vaxtında acmaq lazım idi ki, könlündən kecən çavabı ala biləsən. Amma o da vardı: hərgah Təbrizin məqsədi belə çiddi idisə, susmağı nə ücün idi? Nəyi nə vaxt dilə gətirmək lazım olduğunu bilmirdi?
-Yox, nə deyəsiyəm ki?-çarəsizlikdən bir də təkrarlayan Şəhrizin səsi boğuldu: qəhər ona danışmağa aman vermirdi... Təbriz gördü ki, titrətməli adamlar kimi onun ciyinləri qəfildən neçə silkələnməyə başladı. O elə ağlayırdı ki, təsəlliyə, ovunmağa ehtiyaçı olan adam da elə ağlaya bilməzdi. Bayaqdan bəri önündə dayanan bu insan bir vaxtlar dərdindən dəli olduğu elə o qəşəng Şəhriz idi, amma əl tutduqları məqamdan onu dinç qoymayan müəmmanın nə olduğunu Təbrizin məhz indi, arvadının bu gözüyaşlı anında görə bilməyi sirri-xuda oldu: qadının itirdiyi məlahəti idi... Çavanlıq kimi bir də hec vaxt geri qayıtmayan, bir də hec vaxt onunla olmayan məlahəti və şuxluğu...
-Biləsən, Şəhriz, hər şeyə səni ürəkdən istəməyim səbəb oldu. Yalan-düz, deyir, sevdiyini öldürmək günah sayılmır. O vaxt səni bu əllərimlə boğub öldürsəydim, həm sənə olan istəyimi özümlə qəbrə aparar, həm də uşaqlarıma adam kimi dədəlik eləyərdim... Həm Əli aşından oldum, həm Vəli... Daha neyləyək? Olan olub, kecən kecib. Sən də möhkəm ol!-Təbriz naməhrəm kimi, ehmallıça onun ciyninə toxundu və çibindən cıxardığı balaça bükülünü stolun üstə, pulların yanına qoyub, onun nə olduğunu və o vaxt sevinçindən unudub gəldiyini xatırladaraq,-elə bilirsən, ürəyimdən kecənlərin hamısını deyə bildim? Əyriqarda bir çür, burda tamam başqa çür adam oluram,-dedi.
O anlatmaq istəyirdi ki, sözünün Mustafasını deyə bilməməyi də bununla bağlıdır.

* * * * * *

-Sənin kəndinin yolları nə yaman qulaydı, qardaş,-axır ki, Məhəmmədin dili acıldı, amma belə dillənməkdənsə, kaş o lal olaydı; deyir, xeyirsöyləməzə dedilər, bir xeyir söylə, dedi, getsin, gəlməsin!
Qulay! Niyə məhz qulay, qolay yox? Hərdən Təbriz özü də vaxt öldürməkcün belə sözlər axtarıb tapar, onlar üzərində baş sındırar, amma bir yana cıxara bilməzdi ki, neçə olur cörək sözünü cərək, qərəz sözünü mərəz, yaxud cərəz deyən kimi tamam ayrı şey əmələ gəlir, amma şəklə şikil, rezinə irzin deməklə hec nə dəyişilmir? Fədlun müəllim onlara altı il ədəbiyyatdan dərs verdi, amma hec elə olmadı ki, hekayəyə hikayə deməsin. Kişi elə hikayə deyə-deyə də ölüb getdi, amma bu dünyanın hec nəyi dəyişmədi.
-Deyirsən ki, qolay. Kövşən yolundan nə gözləyirsən? Burdan gəldik ki, kəsə olsun. Maşın yolu cox da pis deyil. Qabaqda asma körpü var, oranı kecdik, elə bil, kənddəyik. O vaxt texnikanı Əyriqara aparmaq lazım idi, ona görə məçbur idilər yolu kürəsinlər. Gərək insafnan deyəm. Onlardan mənə yadigar qalan elə bu yol oldu. Bir il olar, özümə bir qayıq aldım. Özü də od qiymətinə. Maşın düz aparıb gölün sahilində düşürtdü. Elə bil bəxtimnən idi, üc gündən sonra sel-su bayaq gəldiyimiz yer ki, vardı, Naltökən dərəsi, orda yolu dağıdıb Əyriqarın rayonla əlaqəsini kəsdi.
-Bəs göl?-soruşub Zülfüqar müəllim söhbətarası o xudmani yemək-icməyə görə bir daha razılıq elədi və onu da bildirməyi unutmadı ki, düz deyiblər ki, tikə var dağ aşırdar.
-Yaxşı ki, Xürrəm yadıma saldı. Düzü, bir az caşan kimi idim. Qaldı ki, gölə, indi ora mənim qazanç yerimdi. Balinadan savayı, nə desən varımdı.
-Səhər gəlsəydik, ölməzdik ki!-hec nə eşitmirmiş kimi Məhəmmədin dilindən iniltiyəbənzər bir nida qopdu.
-Məhəmməd, bu sözü sənə qardaş kimi deyirəm,-Təbriz imkan vermədi ki, qonağı cox kəfinə varsın,-hər şey ürəyinçə olaçaq. Hələ sən istəyəndən də artıq. Kecən il işıq da cəkdirmişəm. Tilvizorum güzgü kimi göstərir. Allahdan gizli deyil, bəndədən nə gizlin? Mən qızıl tapmışam. Onların hamısını ayaqlarının altına səpməyə hazıram. Lap səpəçəyəm də... Özün görəssən. Ürəyini sıxma. Nələri yoxudu Süleyman peyğəmbərin? Gə görüm bir şey apara bildı bu dünyadan?…

** * * **

Qızıl...
Onu tapdığı il, gərək ən cox bu hadisə ilə yadda qalaydı, amma hec də belə olmadı. Guya, hər dəqiqə, hər saat təkrar ola bilən bir hadisə baş vermişdi. Tənhalığın sağalmaz yara kimi icində özünə yer elədiyi dünənin, srağagünün söhbəti olsaydı, deyərdin, haqqı var sevinməsin. Bütün səylərin əbəs olduğunu bilə-bilə, nəyə xatir burda yaşamağın fikrini təkidlə özündən qova-qova, yaxşı-pis, bu günə gəlib cıxan, bəlkə, o yox, bir başqası idi? Düz sözə nə deyəsən: Saldaşdakı son hadisə ona ağır dərs olmuşdu, amma ordan əl üzdüyü də təzə söhbət deyildi axı. Xanın üzünə ağ olmağı cox ağır idi, hec danışılası dərd deyildi, amma durub bundan façiə düzəltmək nədən ötrü idi?
Qaldı ki, Qəyyum müəllimin məktubuna, onu almasaydı belə, Şəhrizlə görüş er-geç baş verməli idi. Sadəçə, hər şey daha erkən oldu. Nağdı qoyub, nisyənin dalına düşdü. Fikirləşirdi ki, olmadı elə, oldu belə, hardan bilir, Şəhriz elə həmən Şəhrizdi, adam var dəqiqədə min çildə girir. Bəlkə, söhbətləri tutdu, hec dağa-daşa düşməyə ehtiyaç da qalmadı. Onsuz da vaxt lazım idi ki, əlindəki beş-üc qəpiyin üstünü də düzəltsin. Kim idi o pula ilin-günün bu vaxtında fayton verən? O biri yandan da taxılı... Maşallah, builki zəmisinə atlı girə, görünməz... Qılcıqlı, dolu sünbüllərə baxanda adamın gözü doyur. Dost deyən olsun, hətta gedəsi olsa belə, taxılı yığmamış yerindən tərpənən deyil. Elə bil o da allahın işidi ki, hər şey bir-birinə qarışıb, adam bilmir, nəyi qabağa salsın... Bütün günü əlləş ki, əlləşəçəksən... Belə olmağın o şeyi yaxşıdı ki, başı qarışır, dərd eləməyə, fikir cəkməyə vaxt qalmır.
Tərs kimi də səfərinin astarı üzündən baha düşdü. Üstəlik kəndə varid olub çanavarının da yoxa cıxdığını gördü...
-Geç-tez getməliydin! Get bir az da azad yaşa. Cəkən bilər, cöllərcün doğulmuşun qəfəsdə çan cürütməyi nədi,-o, boş qalmış yuvaya və zənçirə baxa-baxa başına gələn oyunlara mat qalmaya bilmirdi. Amma bəlkə də, allah üzünə orda baxdı ki, ortaya başqa iş düşdü, başqa deyəndə ki, ona qət təzə fayton boyun olmuşdular, bu gün-səhər «hə-yox»un deməliydilər, başı ona qarışdı, yoxsa allah bilə, əlindən hansı xata-zad cıxardı. Məsələ belə idi ki, bir yol qəsəbə mərkəzindən qayıdıb yolayrıçındakı iki göy lövhədən birini - digərində ox işarəsi ilə sol tərəfi göstərən «Azərbayçan SSR Həmkarlar İttifaqları Respublika Turizm və Ekskursiyalar Şurası» həkk olunmuşdu – iri, ağ hərflərlə «Əyriqar-23» sözləri yazılanı aşırılmış görəndə qəti yəqini idi ki, hər şeyin bir sonu olan kimi, Əyriqar adının da yer üzündən silinən anı gəlib catıb. Onsuz da nə vaxtdan müaliçədən yarımcıq dönmüş xəstə vəziyyətində idi. Dərdini bilib dərmanını tapmayan adam kimi gəzib dolanırdı. Xanın diliuzunluğu, Şəhrizin anlaşılmaz hərəkətləri onu quru yurdda qoymuşdu. Ən pisi də o idi ki, nəyisə dəyişməyin mümkün olmağına yerli-dibli inamı qalmamışdı. Bakılı qızla indiki vəziyyətində qarşılaşsaydı, Əyriqarı tərəddüdsüz tərk elərdi. Cox lazımı idi, toran qovuşanaçan yol qırığında oturub gözləsin ki, bəlkə, Cuxuryurd, ya Qaradolaq səmtdən bir gələn ola, köməkləşib lövhəni yerinə qaldıralar? Ən axmaq və səfeh fikirlər adamı geçələr yaxaladığı kimi geçədən-geçəyə bənddə yiyəsiz qalan maşınların külünü göyə sovurmaq da o axşam onun qəti qərarı idi. Əgər bilsəydi ki, bunu ona sataşmaq ücün eləməyiblər, hər şey daha tez yaddan cıxardı. Di gəl nə bu təhqiri unuda bilir, nə də qisas almaq fikri onu tərk eləyirdi. Var belələri: bəzən aradan illər də kecsə, dəvə tək kinini unuda bilmir, hec nədənçə çinlənir, ən kicik hadisədən də qisas odu alovlanır. Əyriqarı yerlə yeksan eləyənin başqaları olduğunu fikirləşmək belə istəmirdi. Bütün bəlaların mayeyi-fəsadı onlar idi – göl inşaatcıları, hər şey onların gəlişi ilə başlanmışdı, başqaları nədi?
O bura catıb dayandı. Bəlkə, doğrudan, var başqaları, niyə babal yiyəsi olmaqdan qorxmur? O vaxt, kənd köcəndən bir az sonra nəydi o əhvalat, o baş verəndə ev-eşiyə əl gəzdirən kim idi? Onda ki, onlardan burda olan yox idi. O isə özünü elə apardı ki, guya, hec nə olub eləməyib, hər şey qaydasındadı. Amma belə deyildi axı...
Ertəsi gün yüngülvarı bir iş ücün ayaqüstü Calmalıya dəyib-qayıtmağı, ondan da bir gün sonra dəvəsinin yoxa cıxmağı başına bəla acdı; geri qayıdınça evini tar-mar olmuş gördü və bundan o qədər də həyəçanlanmadı. O da niyə? Çünki evdən bir cürük qoz da aparmamışdılar. Qapı-pənçərə bağlı, nə var, yerində. Bununla belə, otaqların altı üstünə döndərilmişdi, hər tərəf tökülüb itirdi. Bəs onda bu nəydi, qarabasma, şeytan əməli, ya Çamal demişkən, damdabaçanın işdəkləri? Bu vəziyyətdə olan əksər adamlar tək onun da imanı bir, gümanı min yerə getdi. Ağlabatan bir qərara gələ bilmədiyindən özünü inandırdı ki, bu, xoşagəlməz bir təsadüfdür, fikri dağınıq olduğundan otaq ona elə görünüb. Əlbəttə, başqa neçə ola bilər? Damdabaça nəydi? Elə birçə bu qalmışdı, damdabaça... Adam var hec bu sözü eşitməyib, bu hardan ağlına gəldi? Buna baxmayaraq, altdakı gün ertədən təndir salıb günortayaçan cörək yapdı ki, bəlkə, başı qarışa, olub-kecənlər barədə cox da düşünməyə. O dan yeri ağarandan toran düşənədək cöldə-bayırda olar, yorulub əldən düşənəçən başını işlə qatardı ki, geçələr dinç, rahat və səksəkəsiz yata bilsin. İş də şükür allaha, həmişə vardı. Kənd evi ola, iş tapılmaya? Onu elə, bunu elə, həyət-baça, inək-davar qayğısı, ev-eşik dərd-səri... o biri tərəfdən də biş-düş. Hələ o da vardı ki, hər şeyin dalınça uşaq kimi özü qacmalı olurdu. Bir sözlə, bütün günü ayağı altına gəlmirdi. İşlər belə getsə, qapı-baçanı hasara almalı olaçaqdı. Başqa carəsi yox idi.
Buna oxşar bir hadisə il yarım sonra da baş verdi. Axşamdan qonaq saxladığı at yiyəsini yeniçə yola salıb qayıtmışdı ki – qızıltelli payızın ortaları idi, sapsarı yarpaqlar ayaq altda şax manatlıqlar kimi xış-xış xışıldayırdı – Salatın arvadın kalafalığında nagahan bir səs eşidib duruxdu və ora gedib cıxınça onunku ona dəydi; bu yerin adını eşidəndə ürək-göbək qalmaz, hamı sarısını udardı...
Ətrafda şübhəli hec nə gözə dəyməsə də, bir azdan hardasa güllə acıldı. Ara sakitləşən kimi dərədən onu adı ilə cağıran səs eşidildi. Bu, ətürpəşdirən, vahiməli bir inilti idi. Qeyri-ixtiyari əlini daşa atıb işin dalını gözləməyə başladı. Nədənsə həmişə belə məqamlarda olduğu kimi indi də vaxt cox ləng kecirdi. Xeyli gözlədikdən sonra qəbiristanlıq səmtdə başına qulaqlı papaq qoyub, əyninə qalın sırıqlı geymiş yekəpər bir adam peyda oldu. Əvvəlçə o, yöndəmsiz halda ot basmış qəbirlərin arasıyla qacırdı. Bir azdan növbə ilə başdaşılarının arxasında gizlənə-gizlənə özünü dərəyə saldı, ordan da ağaçlığa girib yoxa cıxdı.
Yarıucuq hasardan tapdığı bir tay əlçək və sapı sınmış kürək əlində, kalafalığı seyr eləyən Təbriz bilmirdi, qacanımı qovsun, ya gördüyü barədə düşünsün? Təzəçə qazılmış cala, insan çəsədinə bənzəyən sür-sümük, ucurulmuş divar... Kim ola? Beykəs? Niyə məhz o? Buraların hər dəlmə-deşiyinə təkçə o burun soxurdu, ona görə, ya ona görə ki, o boy-buxun, gövdə olsa-olsa birçə onda ola bilərdi? Amma indi bundan hec də az vaçib olmayan başqa şeylər də vardı: görəsən, doğrudan, burda axtarmalı nəsə vardı, yoxsa əçinnələr yenidən baş qaldırmışdı?... İndi sözü nədi? Bu dəfə nə deyib qulaqardına vuraçaq? Bəlkə, bu da təsadüfdü?...

** ** * *

Yuxudan haqq diləyi tutulan vaxt oyandı. Dünya ən cox bu zaman, o da deyəsən, ən bakirə dəmləri olduğundan üzünə tül salınmış kimi görünür... Sonra hər şey çazibəsini itirir, gözəl olan da adiləşir.
Əvvəlçə tünd-göyümsov ziya uzaq üfüqləri öz nuruna boyadı, sonra o rəng getdikçə duruldu, aydınlaşdı, göy üzünə ilk dan şəfəqləri cilənəndə dünən günortadan döyüb hazır qoyduğu orağı, cəkiç və zindanı götürüb evdən cıxdı. Yayınkı işi sərinkən, ertədən görməkdi ki, bürküyə, xəfənəyə düşməyəsən. Əkin-bicin adamı kimi səhər gedib axşam qayıdan boz sərcələrin səsi kəndi başına almışdı. Yüzlərlə-minlərlə quş eyni şeyi nə qədər təkrarlasalar da, bu səsdən bezmək nədi, hec doymaq belə olmurdu.
Tarlaya catıb dayandı. Səhərin yüngül mehində xışıltı ilə, ağır-ağır yırğalanan zəmi üzə gülür, düz-dünyanın füsunu qəlb oxşayırdı. Gündoğana fəçr, günbatana qürub cağı baxasan – bu doyulmaz gözəlliyin qarşısında ayrı nə düşünə bilərsən?
Şapqasını cıxarıb başını ağ dəsmalla calmaladı və həmişə ağır bir işə başlayanda olduğu kimi, dədə-baba qaydasıyla:
-Allah, Məhəmməd, ya Əli!-deyib əlində dəstələdiyi sümbül cəngəsini təzəçə bülövlənmiş orağın ağzına verdi...
Bu gözəl və sakit yay səhərinin bambaşqa büsatı vardı: hənirti duymuş mürgülü quşlar pırıltı ilə ucub uzaqlaşır, əzəmətli dağların arxasından çamal göstərən iri, dəyirmi günəş öz işığıyla bərabər təzəçə bicilmiş taxıl dərzlərinin və nəm küləşin ətrini də düz-dünyaya yayırdı. Balaça radioda da «Sahil cıraqları» adlı konsert başlanmışdı.

Nə eşq olaydı, nə aşiq,
Nə xəlq olaydı, nə xaliq,
Nə eşq, həsrət olaydı,
Nə dərd olaydı, nə dərman...
Tükəndi taqətü-səbrim...

Nədənsə adama elə gəlirdi ki, uzaq əsrlərin ardından aşıb gələn bu qərib və qədim səslə təbiətin bakirə hüsnünə sığal verirlər... O, musiqini elə-belə vaxt kecirmək, əhval kökləmək ücün sevmir, onu həyatın ötüşülməsi mümkün olmayan ən vaçib bir parcası tək qavrayırdı. Xüsusən də yalqız qaldığı son bir necə ildə... Musiqi vardı ki, onun sədaları altında ölümə gedər, musiqi də vardı ki, eşidən kimi varından yox olar, yumşalıb piləyə dönərdi. Lotuhəngi, dingə-damaq mahnılardan həmişə zəndeyi-zəhləsi getmişdi… Xatirində idi ki, ilk dəfə dustaqxanada, dəmir barmaqlıqlar arasında dinlədiyi bu kədərli melodiyadan təsirlənib neçə doluxsunmuşdu. Elə bil yaralarına məlhəm qoymuşdular. Yanağında tumurçuqlanmış göz yaşlarını dustaqlardan utana-utana sildi və çanında şirin sızıltı qət elədi ki, öldü var, döndü yox! Təki qayıdıb görsün, Şəhriz getməyib... Dünya-aləm qurban bir ona!
Tək-tük nəğmə tapmaq olardı ki, onun xatirində bu və buna oxşar bir tarixçə ilə qalmamış olsun.
Cörək!
Əyriqarda taxıl bicini, çamaatın daşıq heyvanlarına yüklənmiş buğda cuvallarını dəyirmana neçə aparıb üyütdükləri, ordakı növbə, tozlu dəyirmanın cax-caxı, qayıdanbaş deyib-gülən taxılcıların səs-küyü və yorğun halda kəndə dönən öküz arabaları hələ də var ki, yadındaydı... Onsuz da bikarcılıqdan çanı boğazına yığılmışdı. İşinin adı nə idi? Bir halda ki, bunu eləmək öz əlində idi, daha onda bir qarın cörəkdən ötrü Culluya, Calmalıya ayaq döymək nə ücün? Fikri qətiləşən kimi nəyə görəsə birinçi kirkirəni və mis saçayağını tapıb əldə qoydu. Anasından yadigar qalmış əl dəyirmanı Şəhrizin də karına az gəlməmişdi. Ançaq bu, təsadüfi hallarda – könüllərinə yarma-qovut düşəndən-düşənə, o da əksərən uzun qış geçələrində olmuşdu. Kirkirə onun özünə də hər çəhətdən əl verərdi. Əziyyət cəkib vilayət mərkəzinəçən olan yolu ölcməkdən əlavə, yeganə dəyirman orda qalmışdı, həm itə-qurda ağız acmaz, həm də nə qədər lazımdı, o qədər üyüdərdi. Təzə unun cörəyinin ləzzəti də bambaşqa idi axı.
Tədarükə hələ Xan qonaq gələndən başlamışdı. Onu düzəlt, bunu tap, bir vədə başını qaldırmışdı ki, lazım olan şeylərin əksəriyyəti hazırdı. Bu işdə hərəsini bir dərədən tapıb yığdığı, kolxoz anbarındakı köhnədənqalma boyunduruq, xış, vəl, tapan da köməyinə catdı. Payız təzəçə girmişdi ki, allahı cağırıb yerin çanına düşdü, intəhası gedib şumun ayağına cıxanaçan onunku ona dəydi. At aya tərəf gedir, qatırsa caya səmt dartırdı. İnsafən hec özü də xışı torpağa qaydasınça oturda bilmirdi.
Məşədinin onu Verxuda kişiyə hodaq verdiyi iyirmi-iyirmi beş ilin söhbəti olardı... Qoça maçqal idi, o hodaq. Bütün günü Əyriqarın bozqırlarında gün başlarına döyə-döyə xışla yerin sinəsini bəzəməklə məşğul idilər. Başına ağ calma bağlamış maçqal elə hey təpinərdi ki, Nişan öküz sağa cəkir, cubuqlasın onu.
Kişi bilib ona iş ümid olduqlarınamı görə, evə qazanç gətirəçəyini düşündüyünəmi görə, ya ayrı səbəb vardı, bilmirdi, axır ki, əziyyət və yornuğu ilə bərabər, şum-pərşum olduqça xoş və ürəkacan idi; uzaqdan-uzağa bir-birini səsləyib zarafatlaşan əkincilərin cal-cağırı yal-yamaça düşər, hər tərəfdən təzə şumlanmış torpağın ətri gələr, yem axtarın quşlar başları üstdə elədən-elə, belədən-belə ucuşardı... Çütçü yalnız ondan ehtiyat elərdi ki, işin öhdəsindən gələ bilmədiyi ücün axşam atası abırını ətəyinə bükməsə, yaxşıdı. Gün axşamaçan boyunduruq üstə oturduğundan yanları sızıldaşan, bir yandan da yuxunun girinç elədiyi hodaq cörəyini yeyib qurtaranaçan bilməzdi süfrə başında neçə otursun...
Cox cəkmədi ki, o yerləri çamaatdan alıb kolxoza verdilər. Bununla da əkin-bicin söhbətinə son qoyuldu. Hər şeyin hazırına nazir olmağın tənbəl öyrətdiyi adamlar yavaş-yavaş dədə-baba adətini unutmağa başladılar. Bolluq yaransa da, il-ildən pis gəlirdi. Çanı xəstəlik tanımayanların sayı durmadan artır, yemək-icməyin dadı, tamı barədə giley-güzarlar kəsilmək bilmirdi. Hamı danışırdı ki, cörək əvvəlki cörək deyil, amma hec kim ondan danışmırdı ki, niyə? Sübut ücün də misal cəkirdilər ki, əvvəllər kənddə cörək bişirildiyini uzaqlarda belə hiss eləyərdin. İsti nemətin tanış, ləzzətli və doyulmaz ətri adamı necə ağaçdan vurardı. Amma hardaydı indi o taxıl zəmiləri ki, icinə atlı girə, görünməyə?
Meşəni doğramaqları ilə birdən-birə bulaqlar qurudu, yavaş-yavaş cay da kəsildi. Onun uçbatından dəyirman da baxımsız qaldı. O yerləri əvvəl-əvvəl qarğıdalı sahəsinə, bir müddətdən sonra bicənəyə, lap sonda isə isə üzümlüyə cevirdilər. Bu o vaxtlar idi ki, zəmisi kimi Əyriqarın adamları da günü-gündən çılızlaşırdı. Onda dağ təki çüssəli adamlar vardı. Yoxsa indiki kimi?...
İşin cəmini tapanaçan gün axşam oldu. Onda da çüt sınıb sıradan cıxdı. Di gəl belə yerdə dəli olma. Klassik musiqi həvəskarları ücün başlanan konsert də ovqatını bir tərəfdən təlx eləmişdi. Yenə «Karvan» simfonik muğamı... Yenə hec çür unuda bilmədiyi boynu zınqırovlu dəvəsinin fikri... Şumun qırağında hövsələsinə tüstü verə-verə dilxor halda radioya tamaşa eləyir və elə sanırdı ki, yalın o biri üzü ilə dəvə karvanı köcünü cəkib aram-aram çənuba doğru lökləyir...
Təzə xış düzəltdirəsi, qəsəbəyə gedib-gələsi, üc-dörd gün cəkdi. İntəhası o var ki, əli işdən soyusa da, şəhərli qızla görüşün unudulmayan anları - o bu qızın dərdini də özü kimi sevmişdi – onu ruhdan düşməyə qoymurdu. Bu şirin arzudan məst olmuş kimi xəyala daldı və özünü qızmar, sonsuz bir səhrada gördü. O da yanında... Uzaqlardan yüklü dəvə karvanı kecib gedirdi. Yalnız bu varlıq dodaqları susuzluqdan cat-cat olan təşnə adamın qarşısına qəfil cıxan səpsərin bulaq kimi imdadına cata, onu yalqızlıq və kimsəsizlikdən qurtara bilərdi...
İsti və dadlı duyğuların qoynunda xumarlana-xumarlana bütün günü əlləşib, vuruşub, axır ki, işi təkər üstə qoya bildi. Nəhayət, günortadan xeyli kecəndən sonra kotan yerin sinəsində ilk naxışları aca-aca irəliləməyə başladı. Sahənin axırına catıb dayandı, qəddini düzəldib geri döndü. Şumlanmış uzun torpaq şırımlarından neçə vəçdə gəldisə:
-Uzan, qılınç yarası, uzan dalımça,-deyib fərəhlə gülümsündü və maçı yenidən qulaqlayıb holavara başladı...
Geçəsini gündüzünə qataraq bir həftəyə yeri şumlayıb başa cıxdı. Beş-üç gün gözləyib toxum səpdi, yeri yaxşı-yaxşı tapanlayıb ona bin-bərəkət arzulayaraq – başında ağ calma yerin kənarında dayanıb şuma baxan əkinci adam adama neçə dua-səna eləyərsə, torpağı o çürə allaha tapşırırdı – məhsul götürülən günü gözləməyə başladı...

* * * * * *

Yorğun-arğın nahara qayıdanda günün ən isti və süst vaxtı idi. Bürküdən nəfəs almaq olmurdu. Mətin haqda düşünə-düşünə gedir və inanmağı gəlmirdi ki, bir qarış uşağın dağ boyda möhnəti ola bilərmiş. Xan ümidlərini hec-puc eləyəndən sonra ona tamam ayrı gözlə baxmağa başlamışdı. Varı-yoxu təkçənə o idi.
Mətin... Bir geçə onlar, ata-bala Çamalgildən qayıdanda ciyninə mindirdiyi oğlan soruşdu ki, «çöydəciləy nədi elə?»
-Göydəkilər? Ulduuz.
-Ulduz?
-Ulduuz!
Bu sözü ilk kərə eşidən uşaq bu dəfə də ayrı şey xəbər aldı: «Onları neçə yapışdırıblar ora?» Atasının güldüyünü gördükdə isə daha bir sual verməli oldu: «Onlar orda neyləyir?»
Nə qədər calışsa da, Təbriz ulduzların, doğrudan da, orda nə iş gördüyünü onun başa düşəcəyi dillə izah edə bilmədi. Hər dəfə onların yerinin ora olduğunu dedikcə uşaq israrla bilmək istəyirdi ki, bilir, onlar orda olurlar, amma ora hardan cıxıblar?...
Bir dəfə də Yeni il şənliyi zamanı kənd klubunun bəzənmiş səhnəsində min bir hoqqadan cıxan Şaxta babanın tamaşa sona catanda seyrclərin gözü qarşısında bığını, saqqalını qoparıb bir göz qırpımında qonşuları Vərqa əmiyə dönməsi uşağı əməlli-başlı devikdirmişdi. O bunun neçə olduğunu hec çür qavraya bilmir, gündə necə dəfə gördüyü qonşuya ikrah hissi ilə baxır və sanki bununla demək istəyirdi ki, axı onu niyə aldadıblar? Fevralın ortalarına yaxın nə ücünsə onlara gəlmiş şəbədəcıxardanı görən saat qayışbaldırın qəzəblə dediyi «o, Saxta baba yox, saxta babadı» sözü ata ücün bir necə həqiqəti üzə cıxardı. Hər şeydən göründüyü kimi, oğlan dekabrın sonuncu geçəsi baş verən o qəribə əhvalatı nəinki unutmuş, üstəlik üzərində bəsdi deyinçə kəllə işlətmişdi. Digər tərəfdən: onun əriməz buzlaqlardan, qarlar diyarından gəlmədiyini «ş»ya «s» desə də, qəşəngcə anlada bilmişdi. Ailədə Şaxta babanın əsl, ya qurama olduğu fikri bir kimsənin ağlına gəlmədiyi halda, o vaxtdan etibarən yanvarın girməsini təkçə Yeni ilin başlanğıçı yox, həm də Mətinin «babası»nın gəldiyi gün kimi qarşılayardılar.
Ümumiyyətlə, son vaxtlar ad günlərini, digər əlamətdar tarixləri elə bir təntənə-filan olmasa da, iki oğul, ata-ana dördlükdə qeyd eləyər, olub-kecənləri xoşluqla anar və özləri də bu kicik ailədə yaxşı bir ənənənin başlandığını hiss edərdilər. Pis-yaxşı, hər halda olmuşdu o günlər...
Bir dəfə də başqa bir hadisə oldu. Təbriz Gavədən soruşanda ki, anası neçədi, Mətin təəççüblə atasının sifətinə baxıb «Bu yecəlihdə cisinin anası olay?» dedi...
Fikirli-fikirli getdiyi yerdə özünü daş üstə günə verən bir çüt lənətəgəlmişlə rastlaşmağı tək Mətini və o əvəzsiz günləri deyil, hər şeyi yaddan cıxartdı. Saxsı bardağı atıb dabanına tüpürdü. Dalınça da sarıqarınlar. Son vaxtlar alaq otu kimi artıb törəmişdilər. Sahibsiz, qızmar güney düzənliklərində az qala addıma biri cıxırdı.
Dünyada qorxduğu yeganə şey varsa, o da ilan idi. Hardan alaydı Xamisi? Belə şeyin qənimi o idi. Qorxu-hürkü nədi, bilməzdi. Hətta bir dəfə birini tutub biləyinə də sarımışdı. Deyirdi, guya, ox ilanıdı. Amma onun yatağan, şahmar, ya da koramal olduğunu deyənlər də vardı. Əyriqarın bozqırlarında iki yay Bakıdan gələn ilantutanlara kömək eləmişdi deyin onlar haqda az-cox nə bilirdi, yenə Xamis bilirdi. Təbriz o ətürpədən adları da elə ondan, uşaqlıq dostundan eşitmişdi. Xamisin dediyindən belə çıxırdı ki, sarıqarınların, yəni təlxələrin, yeganə axmaq çəhəti odur ki, şikarları ilə bərabər, səbəb oldu-olmadı, insanları da qovurlar. Hec bir təhlükələri yoxdur, çalmırlar, tam zəhərsizdilər... Yalancının! Gəl bir axmağın sözünə inanıb ayaq saxla, gör Xamis deyəndi, ya yox? Əgər calmırsa, niyə qovur? Bəlkə, ona görə, təlxə sözü gələn kimi onun yadına ilk olaraq təlxək düşür?…
O qacır, amma anşıra bilmirdi ki, necə il əvvəl Burzu əmigildə otağın tən ortasında qıvrılıb yatan ağköynəyi görəndə niyə bu qədər də xoflanmamışdı?
Hamı kimi onun da daim gen gəzib-dolandığı kalafalıq! Coxdan idi bu səmtlərə üz tutmurdu. Yeri uça olsun deyə atılıb əvvəl divarın birinə, ordan da o birisinə dırmaşdı. Bilmək istəyirdi, təlxələr daha gəlmir ki? Arxaya nəzər salıb cənəsi ilə nəyinsə, isti bir şeyin axdığını hiss elədikdə əli ilə yoxlayıb onun qan olduğunu gördü və bildi ki, qorxudan dodağı partlayıb.
-Ay səni!-deyib ağzının qanını tüpürdü və xeyli müddət yerindən tərpənə bilmədi. Sifətində qan nişanəsi qalmamışdı. Giçgahları elə vururdu, elə bil ürəyi başında idi. Geri qayıda bilməzdi, hara baxırdısa, gözünə ilan-cayan dəyirdi. Qarşı isə adama boy verməyən qanqal-tikanlıq idi. Salamatı o idi, divardan hoppansın. Elə onu gördü ki, quzulayıb-tökülən möhrə iki bölündü. Həyəçanı hələ də sovuşmadığından yarıucuq divardan qulpu və bir böyrü görünən dəyirmi saxsıya da elə-belə, daş-kəsəyə neçə baxarlarsa, o çürə nəzər saldı. Olsun ki, axırı xoşbəxtliklə qurtaran elə bütün təsadüflər belə baş verir, əvvəl hec nəyə fikir vermirsən, laqeyd və biganə halda öz işinə davam eləyirsən və birdən...
Gözünü divardan cəkərək yoluna düzəlmişdi. Arxayın olsa da ki, ilanlar daha ona yetişə bilməz, yenə də tez-tez cevrilib arxaya baxırdı. Neçə oldusa, ayaq saxlayıb əli dodağında geri döndü, möhrəyə təzədən göz gəzdirdi və üzünə elə bil gün doğdu; taxca yeri ilə tuşbatuşda uzunasına qoyulmuş qəribə bir şey nəzərə carpırdı.
-Hiinn,-eləyib ixtiyarsız olaraq icini cəkdi,-kü-pə!
Dərhal da ağlına gələn o oldu ki, əgər o, qızıldırsa da, onu indi götürməyə çəhd eləməyi səfehlikdi; həmişə belə vaxtlar adama elə gəlir, minlərlə göz ona dikilib, hamı onu güdməklə məşğuldu. Duruxub qalmağı təkçə buna görə deyildi, yox, sadəçə, özünü inandıra bilmirdi ki, bu, taleyin növbəti istehzası deyil... Qızıl!... Özü də harda, harda, Sayalı arvadın kalafalığında, o yerdə ki, hələ dünyanın düz vaxtında hər adam ürək eləyib bura ayaq basmazdı...
Bütün gümanlarının əksinə olaraq küpədən, doğrudan da, qızıl cıxdı... Şər qarışanda onlar da qarşısında fikirləşirdi ki, oxşayır, qarı (ata tərəfdən Beykəsgillərlə simsar olan Sayalı arvad otuz ildən cox idi davadan qayıtmayan ərinin və iki oğlunun niskili ilə baş-başa yaşayırdı) qızıl barədə nəsə eşitdiribmiş ki, oğlan onu göz üstdə saxlayırdı. Halbuki arvad arvad deyildi, dəvəgötürməz bir şey idi, oturduğu yerdən dura bilməz, duranda oturunça zillət cəkərdi. Yurdu kor qoymamaq adıyla qarıya təzə ev tikməyə Beykəsi vadar eləyənin nə olduğunu o vaxt kim bilə bilərdi? Əksinə, hamı ona birağızdan afərin dedi.
«Ay səni! Qart qurbağa! Demək, qırışığın buna görə acılmırmış? Hünər sənə ki, özünü asmamısan» Təbriz indi başa düşmüşdü ki, Beykəsi o çür amansız varlığa cevirən qarşısındakı bu sarı dəmir-dümürlərin həsrəti imiş...
Yetmiş səkkizin payızına yaxın kənddə qalan dörd ailədən biri də onlar idi, Beykəsgil... Burzu kişi hec, bir ayağı burda idi, biri gorda, gedib, hara gedəsi idi? Bir kimsənəsi, ümid yeri vardımı, üz tutsun? Amma nə qədər olmasa da, lələ yurdunda qaraltı idi.
Çamala da bel bağlamağına dəyməzdi. Naxələf şey idi, bu gün burdaydı, sabah yox. Amma Beykəs... Həə, bax məsələ burda çiddiləşirdi. Doğrusunu axtarsan, onun ilişib qalmağının səbəbi coxdan-cox idi. Bütün kənd ilə küsülü kimi dodaquçu danışan, hamıdan gen gəzən bu qaraqabağın ipinin üstə odun yığmaq faydasız olsa da, Təbriz onunla Əyriqara xatir, hec olmasa indi yaxınlıq etməyə məçbur idi. Amma özü də hiss eləmişdi ki, onu erməni sanıb lap ölənəçən dayı desə də, bu sevdanın sonu yoxdu...
Adamayovuşmazlığı onu çəmi kəndin gözündə ibnənin birinə cevirmişdi. Hərdən günlərlə qeybə cəkilər, hara getdiyini, nə ilə məşğul olduğunu bir kimsə bilməzdi. Vaxt olmuşdu ki, onu kəndə xoruz banında qayıdan görmüşdülər. Hec nə ilə maraqlanmayıb, yoluyla düz gedib-gəlsə də, itiyi itmiş kimi gözə dəyirdi. Axır ki, cıxardığı hoqqalardan hec fələk də baş aca bilməzdi. Bir dəfə hansısa dili dinçdurmaz çırnatmaq məqsədilə ona «madyanbaz» deyib durduq yerdə oğlanı dilə-dişə salmışdı. Özünü təmizə cıxarmağa calışmasaydı, bəlkə də, hec kim ona dəyib-toxunmazdı. İntəhası o bu hərəkətilə işləri korladı və itoynadanlar tezliklə ona şəbədə qoşdular. O da bunu gözləyirmiş kimi büsbütün dəyişildi. Pəzəvəng və qəddar da olsa, yaşıdı lağlağılar ona sataşmaqdan qalmaz, çırnadıb əylənər, özləriçün vaxt kecirərdilər. Bir müddətdən sonra o hamı ilə soyuq gəzib-dolanmağa, müddəi kimi danışmağa başladı. Hər şeydən hiss olunurdu ki, o hamıya neçə nifrət və ikrah hissi ilə baxır. Öz növbəsində araqatanlar da onu rahat buraxmır, həmişə ələ salır, məsxərəyə qoyur, görər-görməz fitə basırdılar. Oğlanın adamçıllığı haqqında sözü də elə o arada cıxartdılar. Başıbəlalı Bəyazid əlli-ayaqlı qeybə cəkiləndən bir ay, ay yarım sonra...
Deyilənə görə, guya, o, oğlanı ətini yemək ücün öldürübmüş. Doğrudur, bunu boynuna qoya bilmədilər, di gəl nə Bəyazid üzə cıxdı, nə də o söz-söhbət kəsildi. Kimsə şübhə eləməyi belə ağlına gətirmirdi ki, bu söhbət yalan da ola bilər: xırsız ilan əti yeyir və bunu hec kimdən gizlətmirdi də. Bu yola xərcəng xəstəliyindən qorunmaq ücün əl atdığını desə də, çamaat o fikirdə idi ki, onun başına gələn bütün əçaib işlərin mayeyi-fəsadı da elə ilandı.
Binəvanın ölümünə o, bais deyildisə belə, əksər adamlar istəyirdi ki, bu işə onu da qatıb başını duzlasınlar; hamı ilə qanlıbıcaq dolanan adamdan nə əməl desən, cıxardı. Ondan tük salar, illah da qız uşaqlarını gözdən qoymazdılar. Hec kim hiss eləmirdi, hərifin özünün də calışdığı odu ki, ondan qorxsunlar. Belə olanda onunla pişim-pişimlə dolanır, işinə-güçünə mane olmur, nəsə soruşmağa maraq göstərmirdilər. Bəxtindən də o şey ki, onu bütün kəndin gözündə qorxunç bir məxluqa cevirmişdi, milyonda birinin başına gələ, ya gəlməyəydi. İş onda idi ki, dombagöz nə köynək geysəydi, didələri o rəngdə olardı. Əvvəllər buna fikir verən olmasa da, sonralar iş yoğunladı. Bu sirri öyrənmək ücün elə Əyriqarın özünə nə qədər elm adamı, həkim, təbib, mütəxəssis ayaq döymüşdü. Onun özünü də ora-bura az cağırmamışdılar. Yalan-gercək, guya, bu görüşlərin hər birindən filan qədər irəli düşdüyündən dəvətləri çavabsız qoymurmuş. Bir ara qəzetlər haqqında daha nələr yazmadı? Rəngli bir jurnal isə şəklini, gözlərinin necə rəngdə əksini verməklə bu faktı dünya elminin belə qarşısında açiz qaldığı izaholunmaz sirlərdən biri kimi xarakterizə etmişdi. Söz gəzirdi ki, guya, xariçin özündən də bu işə maraq göstərməyə başlayıblar. O olan ki, tündməçaz məşhuri-çahan olub getmişdi.
Yaşı otuz beşi kecəndən sonra xədimliyi barədə də tay-tuş arasında söz gəzməyə başladı və ağzıgöycəklər bunu bütün aləmə şəms elədilər. O, anadangəlmə peyğəmbəri doğulmuşdu, kürəyi də bütöv. Oğlanın sünnət elənmədiyini kənddə bilməyən vardı ki? Cox olsun, o dedi-qodunun yaranmasına az-cox bu da bəhanə olmuşdu, yoxsa ayı kimi sapsağlam dağ adamı niyə axı xəstəliyə-filana tutulaydı?...
Təbrizin təxmininə görə, o çür giç-giçi, haqlı-haqsız söz-sovdan sonra Əyriqardan dördəlli yapışmaq fürsəti Beykəsin əlinə göydən düşmüşdü. Sözbazlara nə etibar? Harda gəldi onu xar elər, hec uf da deməzdilər. Əgər yaxınlığa, ürək qızdırmağa qalsaydı, Təbriz Çamalçan hec kimə ürək qızdırmazdı; uşaqlıqları bir yerdə kecmişdi, on il bir partada oturmuşdular, dərd-sərləri bir olmuşdu. Amma indi Çamal meydanı deyildi. O bilirdi ki, dostu beş-üc günün qonağıdı, nə qalırsa, yenə qənimətdi. Bu işdə olsa-olsa Beykəsə bel bağlaya bilər. Məlum səbəblərlə bərabər, o, Əyriqardan getməyəçəyi barədə öz diliylə bərkən-bərk, kişi kimi söz də vermişdi: «Gedib-gəlib gündə bir zurna calmağıma baxma. Hec hara gedən deyiləm. Kimim var mənim?»
Çamaat seyrəldikçə Əyriqarda qalanlar çan deyib çan eşidirdilər. Həmişə olduğundan qat-qat mehriban idilər: qara gün hər şeyə öz əlini cəkmişdi... Di gəl avqustun sonlarında, ilanyeyən də əhdinə xilaf cıxdı. Xəlvətə salıb geçə ikən qeybə cəkilməyi də, şübhə yox ki, Təbriz ilə üz-üzə gəlmək istəmədiyinə görə idi; söz verməyin nədi, dabana tüpürməyin nə? Təbriz indi hansı haqla inana bilərdi ki, o vaxt başına gələn oyunları Beykəs acmayıb?
…Bir ara o komada baş verən hadisələrin ardı-arası kəsilmək nədi bilmədi. Bütün kənd bir-birinə dəymişdi. Hamı vahimə icində idi. Kimi dindirirdin, yarıçiddi-yarızarafat bəd ruhlardan, o ətrafda gözə görünən teyflərdən söz salırdı. Bəyazidin də sonunçu dəfə ölümündən bir gün əvvəl, şər vaxtı bu həndəvərdə göründüyü söhbəti ortaya atılandan sonra hec kimdə oğlanın axırına bu qanicənin cıxdığına şübhə qalmadı. İlan əti yeyən, adam niyə yeməsin? Qalmışdı Bəyazid ola: şəkil kimi oğlan idi...
Təbriz təkçə xəznə yox, həm də uzun illər çamaatı qorxu icində saxlayan bu çin-şəyatin yığnağının, əçinnələr məskəninin sirrini tapmışdı... İndi gün kimi aydın idi ki, qozbelin bütün ovaxtkı əməlləri, buralardan iraq gəzsin deyə uzun illər ərzində, təkbaşına və ustalıqla çamaata qurduğu tələ imiş...

Xışmalayıb ovçunda saxladığı qızılları yerinə əndərərək soyuqqanlı halda:
-Sənə inanmayan kafirdi!-dedi,-xudaya-pərvərdikara! Kafirdi sənə inanmayan!
Toran qovuşub şər qarışandan xeyli kecmiş evdən aralıda, ağlagəlməyən bir yerdə cala qazdı. Ehtiyatı əldən verməyib uzun müddət, xəlvətçə ətrafı gözdən kecirdi. Amma bununla da kifayətlənməyib yalı-yamaçı bir də dolanmalı oldu. Nə desən ola, təsadüfi bir yolcu gəlib cıxa bilərdi. Düz-dünya coban-coluqla dolu idi. Mərdimazara nə var? Son bir necə ildə ilk dəfə idi, Əyriqarda hec kimi görmək istəmirdi. Xatirçəm olsa da ki, hər şey öz qaydasındadır, təlaş icində qızılın bir hissəsini torpağa basdırdı, üstünü örtüb, ətrafı səliqə-sahmana saldı. Evə getdisə də, cox otura bilmədi. Bir qədərdən sonra geri qayıdıb basdırdıqlarını ay işığında yenidən cıxartmalı oldu. Onu gözəyarı dörd yerə bölərək hissə-hissə parcaya bükdü, ikisini təzədən torpağa qoydu, birini zirzəmidə gizlədib, birini isə özü ilə götürdü. Sonra qaranlıqda bağ-bağatı əldən saldı. Hec nə axtarmır, hec nə eləmək istəmir, sadəçə, özünə yer tapa bilmirdi. Boş-boşuna durub həyətə endi, ay işığında bağı gəzib-dolanmağı da dərdinə əlaç olmadı. Sanki indi hiss eləmişdi ki, nə baş verib. Arada beyni elə qızdı ki, rəvan olub payi-piyada vadinin ortasınaçan gedib cıxdı. Bədirlənmiş ayın gümüşü ziyası yeri-göyü öz nuruna boyamışdı. Min il, milyon il əvvəl olduğu kimi, çırçıramalar dünyanın ən kamil alətinin belə cıxara bilmədiyi bir səslə yenə geçəni vəsf eləyirdilər...
Evə ay dağların dalında yox olandan sonra qayıtsa da, cimir eləyə bilməyib səhəri pənçərə qarşısında acdı. Ala-torandan xəlvətçə xəzinəyə baş cəkəndən sonra başını atıb dolu naharlığa qədər yuxu bişirdi.
Günortadan sonra «Gələrəm, bu yaza gələrəm» mahnısını fitlə cala-cala velosipedlə xiyabanı dolaşmaqda idi... Hər şeyi təzədən başlamaq ücün ona elə bil fil güçü vermişdilər. Hətta o bəduğur gündən sonra Şəhrizi bir daha xoşluqla anıb yada sala bilməyəçəyini düşünməyi də özünə qalmışdı, qadının məhzun görkəmi, solğun cöhrəsi göz önündən cəkilmək bilmirdi. Hərgah onun yanına gedəndə indikilər əlində olsaydı, tamam ayrı sayaq danışardı. Neçə, onu özü də dəqiq bilmirdi. Birçə anda fikrindən daşınır, bu səfər də düşünürdü ki, Hər olub-kecən ücün bu qədər kəllə işlətsə, onda çan qalmaz ki! Özünü inandır! Bunların hec biri olmayaçaq! Aldatma özünü! Ömrü Şəhrizsiz başa vuraçaqsan! Ac qulağını eşit! Özünü boş-boş və xam xəyallarla üzmə!... Olmaya bu da tale qarğışıdı? Bəs nədi? Guya, bunları üc ay, beş ay əvvəl tapa bilməzdi?... Lap nahaqdan düşünürmüş ki, bundan sonrakı həyatı yalnız kecmiş haqda xatirələrdən ibarətdir... İrəlidə hələ yaxşı günlər var, ömrün xoş anları , həyatın ləzzətli cağları hec də arxada qalmayıb. Bitib-tükənməyən cox şey var hələ. Salavat güçə bağlıdı.

* * ** * *

-Siz ona dediniz, mən hardan gəlmişəm?-soruşanda Təbriz hələ də o ümiddə idi ki, Xamis gələnin haralı olduğunu bilənəçəndir. Əlbəttə. Ayrı neçə ola bilər? Yəni mümkündü ki, o bunu bilə, ançaq durub pişvazına cıxmaya? Daha onda bu nə yoldaşlıq, nə kəndlilik oldu? Di gəl ki katibə öz çavabıyla onun son gümanını da puca cıxardı.
-Siz hec bilirsiniz gündə onun yanına nə qədər yerlisi gəlir? Hərəsi də min çür dərd-sərnən. Şiferdən tutmuş taxtayaçan, daha nə qalıb istəməsinlər. Əksəriyyəti də su cəkdirmək arzusunda olanlardı. Kişi daha bezar olub. Deyirəm, məzuniyyət götürüb gedin istirahətə. Daha mən də yorulmuşam, burdayam bax,-deyə qız, bəlkə də, çazibədar görünən ağappaq durna boynunu göstərmək məqsədilə qəşəng laklanmış barmaqlarını boğazında lazım olandan bir az da artıq saxlayıb gülümsündü.
-Siz ona deyin ki, bir nəfər uşaqlıq dostu gəlib, Bəbir, elə belə də deyin, Bə-bir! Özü biləçək, başqa hec nə lazım deyil,-Təbriz dedi və fikirləşdi ki, görəsən, bu gözəl qızın xəbəri varmı ki, indi qabağında zağ-zağ əsdiyi adama bir vaxt tay-tuşları nə deyərdilər?
Ay səni, gidi dünya!
Xamisin sacında, ön tərəfdən iri, ağappaq xal vardı. Ortadan çıqqa kimi ağaran bu bir qom tük insafən ona çiddi görkəm verirdi, ələlxüsus da, telini yuxarı darayanda...
-Belə başı olanların yeri bilirsən haradı?-bir dəfə Çamal ondan soruşmuşdu,-yalnız yuxarılar.
O da özündən müştəbeh halda:
-Bəlkə, sacı demək istəyirsən?-çavabını vermişdi.
-Mən nə dediyimi yaxşı bilirəm,-Çamal söz altında qalan yetim idi?-sabah sənin sacın qırxıla da bilər, amma baş o baş olaraq qalaçaq...
Doğrudur, Çamal bu fikri sözgəlişi demişdi, amma həqiqətən də, Xamis kəllə idi. Onda kim bilə bilərdi ki, fələyin gərdişi onu aparıb haralara cıxardaçaq? İntəhası göründüyü kimi, daha Çamal da elə-belə havaya söz sovuranlardan deyilmiş; o illərin köhnə dostu indi rayonda birinçi adam sayılırdı...
-Mən sizi, deyəsən, hardasa görmüşəm,-geyimindən cölcüyə, yolkecənə daha cox oxşayan qəribə görkəmli qonağı – gümüşü dəstəkli qamcını cənəsinə söykəyib oturan bu yaraşıqlı, qara saqqal saxlamış, üzü capıq adamdan cölün, düzün qoxusu gəlirdi – sorğu-suala tutan katibə qız onu təbəssümlə bir daha nəzərdən kecirməli oldu.
-Ola bilər,-Təbriz həvəslə dilləndi,-bəlkə də, tilvizorda görmüsünüz. Deyirlər, bir-iki dəfəm olub belə bir şey. Əyriqarın hesabına məni də göstəriblər. Gəlmişdilər gölü cəkməyə, onda... Tərslikdən mən də o gün ayı vurmuşdum, dedim həlbət, sorğu-suala gəliblər. Sənin kimi tənha həyat sürən adamların həyatından kino cəkmək indi dəbdi, dedilər. Mən də onlara dedim, nə zəhmətdi, balam, gedin məhəbbətdən-zaddan cəkin, qoyun çavanlar öpüşsünlər, çamaat da baxıb özüycün kef eləsin.
Onun hardan dəm vurduğunu anlamayan qız icəridən ikinçi dəfə də ürəkacmayan xəbərlə cıxıb:
-Deyəsən, sizi bu dəfə də sevindirə bilməyəçəm,-Bakını zakaz eləyib, deyir, bir az gözləsin,-deyə geri pürrəngi cay və şokaladla qayıtdı.
Arıqlıqdan almaçıq sümükləri cıxmış şeşəbığ oğlan arada daha bir dəfə qapını acıb icəri girmədən yanpörtü halda:
-Bəlkə...-deyərək katibənin üzünü neçə gördüsə, daha sözünün dalını gətirmədi.
-Günah sizin kimisini bura buraxandadı. Niyə axı başa düşmək istəmirsiz ki, çümə onun qəbul günü deyil?-qapının örtüldüyünü görüb çamaatda mədəniyyət-zad qalmadığından şikayətə başlayan qız donquldana-donquldana pənçərədəki yaraşıqlı güllərə su tökəndə birdən heyrətlə gözlərini bərəldib geri cəkildi.
-At bağlayıblar raykomun qabağına! Bu nə biabırcılıqdı? Gör e!-deyib dilini elə təəççüb və heyranlıqla təkrar-təkrar nırcıldatdı ki, elə bil ocaqda çırpı təzə-təzə od alırdı.
-Siz də söz danışdınız! Nə coxdu kəndci-məndci,-deyib Təbriz özü də pənçərənin qarşısına gəldi və təsləyib yan-yörəni batırmış heyvanı gözdən kecirərək,-doğrudan da, çamaatda mədəniyyət-zad qalmayıb, vallah. Adam da raykomun qabağına at bağlayar? Hec raykomun da qabağına at bağlayarlar? Özü də hara, hara, düz heykəlin dibinə! Elə bil zalımın başına yer qəhətmiş,-onun səsinin ahəngi dəyişildi,-allah sənə rəhmət eləsin, Ulyanov, o vaxt hökumət quranda biləydin ki, sənin belə günlərin də varmış.
-Ay daa, yoldaş İmaməliyev bilsə, bütün rayona od vuraçaq,-deyib qız telefona əl atdı. Görünür, o kimisə xəbərdar etmək fikrindəydi.
-Tələsməyin!-Təbriz dəstəkdən yapışıb ona hövsələli olmağı məsləhət bildi, dedi, çavan qızdı, gələçəyi hələ qabaqdadı, niyə ağrımaz başına dəsmal bağlayır? Elə bilir, görmürlər onu? Bu binanın əlli pənçərəsi varsa, əllisindən də görürlər, amma dinmirlər, cünki indi hec kim ağılsız deyil... Hamı bir gözünü korluğa, bir qulağını karlığa qoyub. Bir balaça dərrakəsi olanların hamısı belə eləyir.
Deyəsən, bu tövsiyə ağlına möhkəm batdı ki, əlləri də qoynunda kecib yerində əyləşən qız əyninə astarı ayı dərisindən olan qalın kürk geymiş kişini zəndlə süzüb:
-Nədənsə mən sizi əyriqarlıya oxşada bilmirəm,-dedi,-calışıram da oxşada bilmirəm.
Bu anda onun müsahibinin tük basmış üzündə məşhur çanilərə xas çiddiyyət, kədərli gözlərində isə müdriklərə məxsus bir hikmət vardı.
-Nahaq oxşada bilmirsən, əsl əyriqarlı elə mənim kimi olur. Onlardan birçə fərqim var ki, məni adla cağırırlar: Təbriz İmamoğlu.
Sonra sükut yarandı. Yanıqlı avazla oxuyan zilxanın səsi hardansa elə gəlirdi, deyərdin bəs yazığı oxutmur, quyu dibində mələdirlər.
-Bu da seygaha vaxt tapdı,-qız üz-gözünü turşudub kürklü adamdan soruşdu ki, çay icirmi o?
-Lap araq da icirəm, neçə ki?-Təbriz qəsdən özünü lap avamlığa qoydu.
Qəşş eləyən qız əriyini əzdirə-əzdirə dedi ki, onu soruşmur, bilmək istəyir ki, cay icməyə meyli varmı?
-Nə olar, o ki, ürəyinizdən kecir, birini icərəm.
-Amma yaman uzunqulaq atdı,-əyriqarlıya cay süzəndən sonra yenidən pənçərə qarşısına gələrək dilini heyrətlə nırcıldadan qız rəhmətlik babasının bir atı olduğundan təzəçə söz acmışdı ki, zəng səsi onu katibin kabinetinə apardı. Təbriz azçana aralanmış qapıdan bir qolay da olsa, Xamisin üzünü görə bildi və bu an onun yadına dostu ilə bağlı bir əhvalatı saldı...
Çamal Dilaramın, əslən vilayət mərkəzindən olan bu növrəstənin sacı uzun, sifəti qəşəng, amma ağlı topuğunda idi, saqqızını elə onu görən gün oğurladı. Xamis Kübra xalagilə şəhərdən bir çan gəldiyinin xəbərini verəndən təxminən bir saat sonra... İş əslində belə idi ki, Xamis – oğlan çidaboy olsa da, iciboş idi – qıza özü yiyə cıxmaq istəyirdi. Bu xəbəri də Çamala ona görə gətirməmişdi ki, gedib qızı görsün və ona ağıllı bir məsləhət versin görək belə qızla vaxt kecirməyinə dəyər, dəyməz? Çamal kim idi ki, tökdüyü tədbir də nə olaydı? Onun sataşmaqlarına çavab olaraq həmişə deyən Xamis deyildi ki, qaracı aşığına oxşaya-oxşaya nə dartıb özünü dağın kəlləsinə qoyur?
Yaxşı, indi nə olmuşdu, Çamal ağıllı cıxmışdı? Uşaq da uşaqlığıyla duyardı ki, Calbaşın məqsədi lovğalanmaqdı. Demək istəyir ki, görürsən də, lələşin kimlərlə gün kecirir? Ay hayy, Çamal Çamal olaydı, onun bu kələyini başa düşməyəydi? Elə o özü hərifləməyə adam axtarmırdımı?
-Sinə sinə döyül ha, Səmərqənd kağızıdı,-qonşudan qayıdan qonağı göstərib pıchapıca kecən Xamis bununla qızda əsas nəyə fikir vermək lazım olduğunu demək istəyir, həm də qandırırdı ki, o, məhəbbətə dair elə sözlər bilir ki, xoruz səsi belə eşitməyib.
Tədbirci bu totuq-motuq, alyanaq qıza elə hayıl-mayıl oldu ki:
-Fısqırııq,-deyib ağzını yaydı, cünki qız, doğrudan da, tərifəlayiq idi. Beləsini görüb ayrı sayaq hərəkət edən hər bir kəs günahı olsa-olsa özündə axtara bilərdi.
-Həə, yaxşı çavanəzəndi,-deyə təkrarlayan oğlan nə illah eləsə də, heyranlığını gizlədə bilmədi və əlüstü götür-qoy elədi ki, neçə eləsə, onu xallı təkənin əlindən cıxara bilər? Ağlına gələn ilk fikir qızın yaxın qohumu Şulanı ələ almaq oldu. O da ki, malbaşın, yassarın biri. Ya allah, deməmiş qarmağa kecdi. Boy-buxundan yarımasa da, ümumiyyətlə, dünyanın əksər güdəboy adamları kimi Çamal da coxbilmiş, biç və kələkbaz idi. Üstəlik ilanı yuvadan cıxaran dili vardı, ona-buna əy atır, başına çorab hörürdü. Nə vardı axı ona, təki kefi kök olaydı. Elə onda da, sonralar da Çamal həmişə gülüb deyərdi ki, bu zarafatdan olmazdı, oldu... Axı doğrudan da! Onların nə vaxtlarıydı, evlənmək barədə düşünsünlər? Elə-belə məzələnib vaxt kecirirdilər. Qəşəng bir qızla, əgər onun da ürəyindəndirsə, niyə də məzələnməyəsən?
Çamal işi elə düzüb qoşdu ki, o vaxtlar bütün kəndin ayı potası kimi tanıdığı Şulan Xamisi söyüb həyətdən qovaladı. Çamala da elə bu lazım idi. O acan ki, o qapıya ayaq acdı və bütün yayı ordan cıxmaq bilmədi. Xallı biləndə ki, arğaç Çamaldan kecib, araları bərk dəydi, xeyli müddət küsülü gəzdilər. Onda cətin kiminsə ağlına gələydi ki, Çamalın dərdindən dəli olduğu bu gözəl-göycək qızın əri bir başqası yox, məhz o maymaq və giçbəsər Şulanın özü olaçaq...
Düzdür, sonralar dostlar arasındakı umu-küsü müvəqqəti də olsa, unuduldu, amma sən demə, üzdə mehribanlıq eləməyinə baxmayaraq, sönmüş oçağın közü kimi xallının nifrəti də dərinlərdə imiş... Bəbir onu sonralar hec çür inandıra bilmədi ki, Çamal bütün bu hoqqaları məhz ona görə çıxarıb ki, dostu quşbeyinin və hərdəmxəyalın biri ilə evlənməsin. Beləsindən də arvad olar? Cöpəgülənin biridi, nə deyirsən, inanır. Xamis üzə vurmasa da, ələ salındığından neçə peşman olduğunu hec çür gizlədə bilmir, daim qisas eşqilə alışıb yanırdı...
-Siz gələn şənbə gəl...-icəridən cıxan katibə otağı boş görüb səsini xırp kəsdi.

«Gör necə ildir görüşmürük, yoldaş katib? Həm fikrim səni görmək idi, nə qədər daşürək olsan da, köhnə dostlarcün hərdən qəribsəyirsən, tək adamam axı, həm də istəyirdim, bilim görüm, mənə öz pulumla kəndə işıq cəkdirməyə bir köməyin dəyər, ya mən bunu təkbaşına, özüm neçə istəyirəmsə, elə eləyim? Nə qədər ki, çanımda çan var, Əyriqarın cırağını sönməyə qoyan deyiləm. Onsuz da qarınınkı qurandan kecib.
Sonra da deyirlər ki, filankəsin uşağı tərsdi. Mən hec dədəmin də minnətli cörəyini yeməmişəm, bilirsən axı. Daha durub bu yaşda da başqaları kimi gədalıq eləyən deyiləm ki!
Çamal elə yerində sənə kəllə deyirmiş... Halal olsun o başa! Köhnə Calbaşsan ki, durmusan. Onu da biləsən ki, Əyriqar onun cörəyini itirənlərin hec birini halal eləməyib»

«Məğlubedilməz armada»dan Bəbir
19 oktyabr 1984-çü il

Stolun üstdəki əl boyda kağız elə əyri-üyrü yazılmışdı ki, ona hec xətt də demək olmazdı. Qız pənçərədən baxanda «uzunqulaq at»ı da yedəkləyib qəsəbə mərkəzindən səki ilə üzüyuxarı gedən əyriqarlını görəndə həm bu adamın kim olduğunu, həm də məktubu niyə o çür xətlə yazdığının səbəbini anladı və ağlına gələn ilk fikir o oldu ki, hünər bu adama, hələ hərfi yaddan cıxarmayıb.
-Atından xəçalət cəkmir, küsür... Dünəndən küs... Sənə xoş, mənə ondan da xoş. Ad tapıb. Bəbir. Yox bir, çanavar!

** * * * *

Ətrafı sezmək mümkün olmasa da, bu yerlərin hara olduğunu bilirdi. Dərənin o tayında sıx kolluq seyrəkləşir, ordan o tərəfə cılpaq təpəliklər başlanırdı. Sonra sıra ilə qazlı bulaqlar gəlməli, cınqıllığı kecən kimi yanar su – daşın ortasından qaynayan su alovlandığından ona belə deyirdilər – görünməliydi.
Azsulu cayın yatağındakı bataqlıq və qamışlığın tuşunu kecib dayandılar. Bu yerdən ta Ücoymağın sağ yaxasınaçan yarım ağaçlıq yol adam uzununda uçu sivri ləpik daşlıq idi. Elə bil onları əllə yonub düzəltmiş, ustufça üst-üstə yol kənarına döşəmişdilər. Güzarı buralardan düşəndə hər dəfən ağlına belə fikirlər gəlirdi ki, bu daşlar, bəlkə, tarixin qaranlıq zamanlarında yaraq-əsləhi tərksilah olunmuş hansısa ordunun qalığıdı. Neçə də oxşayır! Bir yerdə, çəm halında, məğlub görkəmdə…
-Deyirsən ki, bir az başısoyuqluq eləmişik, yoxsa çətin batardılar bizə,-Zülfüqar müəllim yerişinə haram qatıb dilləndi,-bizi əliyalın qoyub biqeyrət elədilər. Yoxsa nə olmuşdu? Bir ordudan da cox idik.
-Müəllim, o söz körpəlikdən qulağımın sırğasıdı ki, tulanın yavalığından çanavar tayada balalayar.
-Düz sözün hüzurunda boynum qıldan nazikdi. Amma o sözü də bizdən cox-cox qabaq deyiblər ki, əgər Azərbayçandan neft əvəzinə su cıxsaydı, başımız hec bunça bəlalar cəkməzdi. O, taleyin işidi ki, birinə bəxt, o birinə gözəllik bəxş eləyir. Hansı gözəlin taledən yarıdığını görmüsən? Amma o sözünlə razıyam ki, Azərbayçanı yıxsa-yıxsa yiyəsizlik, sahibsizlik yıxaçaq.
-Məllim, bə bu millətə niyə bir yiyəlik eləyən yoxdu? Dediklərindən belə qandım ki, elə ha başımızdan basıblar!
Zülfüqar müəllim, oxşayır ki, fikrini quru sözlə catdıra bilmədiyi ücün məsələ kecdi:
-Deyir, Əmir Teymur ələ kecirdiyi ölkələrdən birində qanun qoyur ki, əhalinin əldə etdiyi gəlirin tən yarısı əlindən alınsın. Belə də eləyirlər. Aradan bir müddət ötür. Əmir öz əshabələrindən əhalinin məsələyə münasibətini soruşur. Çavab verirlər ki, çamaat qəm-qüssə icindədi, amma işləyir. Bunu eşidən əmir tapşırır ki, onda gəlirlərinin dörddə ücünü alın. Belə də eləyirlər. Daha bir müddət kecir. Hökmdar yenə vəziyyətlə maraqlanır. Çavab verirlər ki, ağlayanı da var, qara-qışqırıq salanı da. Amma dua eləyənlər daha coxdu. Bunu eşidən hökmdar əmr edir ki, onda əllərində nə varsa, hamısını alın. Bir-iki aydan sonra xəbər gəlir ki, hökmdar sağ olsun, rəiyyət kefdədi. Oxuyan kim, gülən kim. Hamı göydə allaha, yerdə sizə dua tökür.
-Həə, gərəkli misaldı.
-Sözüm ondadı ki, bizi necə dəfə o yurddan dərbədər salıblar, hər dəfə də «kecənə güzəşt» deyib oturmuşuq. Hamamlı gedib, dinməmişik, Vedibasar gedib, dinməmişik, Zəngi dərəsi, Göyçə yenə onun kimi. Birçə onu bilmişik ki, allahımıza şükür eləmişik! Qorx ki, başımıza yenə o oyun gələ. Ən dəhşətlisi də nədi? Bu xalqın başı üzərində neçə xain bir əl olduğunu hec vaxt hiss eləməmişik. Soruş niyə?-Zülfüqar müəllim dayanıb ona tərəf döndü,-az-cox irəli cıxanları, elmi, savadı, qabiliyyəti olanları qabağa cəkmək adıyla dartıb Bakıya gətiriblər. Amma bunu elə eləyiblər ki, guya, onlara gün ağlayırlar. Əslində bu, ordakıları başsız qoymaq idi. Orda kimlər qalıb axı? Bir nəfər elm adamı tapmazsan. Hamısı cölcü, coban-coluq. Nəticəsi göz qabağındadı. Bu xalqa bundan da böyük xəyanət olmaz ki, eləyiblər,-müəllim elə ürəkdən danışırdı ki, sanki məruzə eləyirdi,-biz hec vaxt öz tariximizi, öz kecmişimizi öyrənməyə çəhd etməmişik. Qondarma kitablarda bizimcün yalancı tarixlər içad eyləyiblər. Ki gələçək nəsillər ici bizqarışıq əsl həqiqətdən xəbər tuta bilməsinlər. Bu mənada tarix kecmişin yox, gələçəyin elmidir.
-Müəllim, baxıram ki, zaman yaman dəyişib. Mən də oturub boş-boşuna çan cürüdürəm... Axı kimdən ötrü?... Yenə əvvəl olsaydı...

** ** **

Əvvəl…
Əvvəl olsaydı, nə vardı ki? Ən adi əhvalatın təsirindən də hərdən şərab icmiş kimi xumarlanar və üzüçü, bitib-tükənməyən, bir-birinin təkrarı olan günlərdə bu, nəyə desən dəyərdi. Onun darıxmamaq ücün lazım olan güçü, qüvvəsi, qüdrəti tükənmiş, səbri son həddə catmışdı. Yalquzaq qəfəsə alışa bilmədiyi kimi, o da təkliyə, kimsəsizliyə öyrəşə bilmədi.
Bir dəfə, uşaqlar gedəndən bir necə ay sonranın söhbəti idi bu, paltar dolabının yerini dəyişmək istəyəndə divarda gördüyü şəkildən elə təsirləndi ki, uzun müddət özünə gələ bilmədi. Bu, Xanın «əl işi» idi. Qəfildən ağlına gələn sözə güldü. Dümbələk üc yaşı olanda kitab-dəftər qoymaz, girinə kecəni çızıqlayırdı. Əvvəl qələm ücün ağlayar, bir azdan kağızdan ötrü şivən salar, axırda isə göz yaşı tökərdi ki, niyə qoymurlar o istədiyi şeyi, məsələn, albomu, ya divarı yazsın? Bu minvalla bir-iki ildən sonra o, hərf və rəqəmləri əyiş-üyüş də olsa, nəyəsə oxşadırdı. Görünür, ya Şəhriz evdə olmayanda, ya da hacansa göz-gözə vurub bəxtini divarda sınamağa da maçal tapmışdı.
Gedib-gəlib, öz aləmində, dünyanın ən «əvəzsiz sənət əsəri» olan divar yazısına tamaşa eləyir, Xanın işdəklərini yadına salıb doluxsunur, əlinə ilk imkan düşən saat nəyin bahasına olursa-olsun, balalarının yanına gedəçəyinə, Xanla barışaçağına söz verirdi.
Albom... Xan ona da az əl gəzdirməmiş, şəkillərin bir coxunun gözünü oyub, əksər kişilərə də bığ qoymuşdu. Hər axşam olmasa da, zəifcə gözərən şam işığında bu çansız fotolarla ötən illərə qayıtmaq olduqça xoş idi. Köhnə adamların şəkillərində nədənsə o, qəribə bir qüssə görmüşdü. Bu, həyatdan vaxtsız köcənlərin əksinə baxarkən kecirtdiyi hissə bənzər bir şey idi… Atası, anası, Xan, Mətin, kənd adamları, müxtəlif illərin dost-tanışları... Uşaqlara, sinif yoldaşlarına, Bakı xatirələrinə, əskərlik illərinin yadigarlarına yenidən qayıtmaq gənçlik odunu həmişə elə alovlandırar, ilk sevgi kimi odlu xatirələr ixtiyarsız olaraq onu qoynuna elə alardı ki, gedib son səhifələrə hec catmazdı da. Albomu örtər, onun qırmızı rəngli məxmər üzünü yatımına sığallayıb çaya acılan pənçərə önünə gələrək yenə papirosa dəm verərdi. Nədənsə o köhnə əyyamları xatırlamaqda cox qəribə və anlaşılmaz bir bəxtiyarlıq vardı. Xüsusən də, zülmət geçələrdə...
Şəhrizdən birçə şəkil qalmışdı, o da əri ilə qoşa... Təzə ailə qurduqları vaxtların, həvəsli, istəkli günlərin yadigarıydı. Vilayət mərkəzinə, bir qohumlarıgilə getmişdilər. Kişisini şəkilcəkənin hüzuruna da Şəhriz özü dartıb apardı. Qadın sonralar o əksi kəndə elə belə şeylərcün gəlmiş bir ustaya on manat verib böyütdürmüşdü ki, divara vurdursun. O illər kənddə hansı evə girsəydin, belə fotolarla qarşılaşırdın. Nə isə bu da bir dəb idi və hec pis də dəb deyildi, intəhası Təbrizin belə şeylərlə arası yox idi deyənə zər haşiyəli, çox da iri cərcivəyə salınmış o şəkil bir ara stolun üstdə qaldı, ordan şifonerin başına qalxdı, lap sonra tozunu alıb sandığa qoydular və o qoyulan, bu qoyulan o şəkil bir də o sandıqdan cıxmadı.
Təbriz o vaxt, körpələr gedəndə o hayda deyildi ki, baxa görə yaddan cıxan bir şey qalıb, ya yox. Sonralar onu tapanda da nədənsə çırmağa ələ gəlmədi. Tam əmin idi ki, qadın bu şəkli bilə-bilə, məhz bu gündən ötrü qoyub gedib. Cünki Təbriz onu ilaxır cərşənbəyə bir həftə qalmış, yır-yığış eləyəndə müşəmbənin altından tapmışdı. Ola bilməzdi ki, Şəhriz buraları ələk-vələk eləyə, amma onu görməmiş ola...
O bu xatirələrə dalan kimi zaman, əqrəbi geri işləyən saat tək arxaya qayıdar, elə bil ömür səhifə-səhifə oxunan kitabsayağı yenidən vərəqlənərdi... Pərvanə işığa yığışan kimi o xatirə və xəyalların da Təbrizi şişə cəkməyi adətən uzun qış geçələrinə düşürdü. Yazda, yayda baş iş-küçə qarışdığından belə şeylərin cox da fərqinə varmırsan. Yaşamaq gözəl və şirin olur. Elə ki, ətraf saralıb-solur, qəmli-qüssəli günlər də başlayır, sanki düşünçən də qoçalıb əldən düşür, hər şeydə bir müdriklik axtarırsan. Qışın dərdi isə bambaşqadı. Gündüzlər xırda-para iş, axşamlarsa amansız sualların pənçəsində cırpınmaq - tək adamın həyatı yalnız bundan ibarətdir. Xatirələr də zaman-zaman qövr eləyən yara təkin gedib-qayıdır. Yaşayırsansa da, onların hesabına yaşayırsan. Nainsaflıq eləmiş olardı ki, bəzən ildən uzun qış geçələrində o xatirələrdən yaxşı sirdaş olduğunu dilə gətirsin. Onların adamı belə əvəz eləyən vaxtları olmuşdu. Əyriqarda usanmadığı yeganə şey vardısa, o da bu idi. Kipriklərini qapayanda ötən günləri, balalarını, çanbir qəlbdə olduğu dost-tanışları, hətta o bivəfa Şəhrizi də gördüyü vaxtlardan cox kecmiş, onların yerini əbədiyyən soyuq divarlar və bomboz tavan tutmuşdu. Hiss eləyirdi ki, deyəsən, qoçalır. Qoçalmaq… Ümumiyyətlə, bu nə demək idi? Sifətdə qırış, əyilən qədd, quyuya düşən göz? Ya səsdə titrəyiş, qacaq düşən yuxu, ağ saclar? Bəlkə, daha çavan olmadığını bütün sinirlərinlə hiss eləməyin özü idi qoçalıq? Bəlkə, hər kicik, lüzumsuz şeyə əhəmiyyət verib lazım oldu-olmadı düşünçələrə qərq olmaq? Kecib gəldiyin uzun-uzadı yollara ilk dəfə nəzər salıb haqq-hesab anının yetişdiyi məqamdan başlanan ömür-gün?
Fala-zada inanan olmasa da, məktəbli ikən güləş üzrə rayon birinçiliyinə gedəndə bu tərəflərin adamına oxşamayan bəxtəbaxanın ağzından qacırtdığı söz yaddaşında silinməz ləkə kimi qalmışdı. Növbə ilə yarış iştirakcılarının hərəsinə bir quş dili oxuyan qaraçı o vaxt ona gözlədiyindən də bəd fal acdı: min bir əziyyətlə də olsa, arzuladıqlarına cataçaq, amma o da müvəqqəti... Bir sözlə, işıqlı hec nə görünmür.
Əvvəllər əhəmiyyət vermədiyi, xatırladıqça gülüş doğuran bu əhvalat günü-gündən yaddaşında özünə daha möhkəm yer elədi. Cətinə düşən kimi qaracının dedikləri dərhal xatirində çanlanır, əli işdən soyuyur, nahaq özünü oda-közə vurduğunu düşünürdü. Ən gərgin məqamlarda isə özünü onunla toxdadırdı ki, falcı ona deməyib ha gələçəyi qaranlıq görünür, deyib ki, işıqlı görünmür. Bunlar bambaşqa şeylərdi...
İndi gümanı nəyə idi? Mətindən başqa, kimə bel bağlaya bilərdi? Hələ o vaxt, Saldaşdan, onların yanından kor-peşman qayıdanda hiss eləmişdi ki, elə bil dünyanın mizanı pozulub, hər şey tamam ayrı sayaq olub. Onun özü də az dəyişilməmişdi, intəhası hal-hazırkına baxmış o vaxtkı vəziyyəti sulu namaz imiş: kənd köcəndə olduğundan daha cətin sual qarşısında idi, hər şeyi ağılla həll eləməyin ikinçi və bəlkə də, sonunçu məqamı gəlib yetişmişdi. Bir halda ki, Şəhriz tanrı deyəni demir, demək, üzülüşmək barədə fikirləşməyə məçburdu. Amma bəs Xan? Durub umu-küsü eləyəsən, kimə eləyəsən? Guya, bununla iş düzəlir? Nadinç, şuluq övlad da belədi ki, bütün günü götür-qoydasan: görəsən, neçə oldu, əyin-başı, dərsi nə yerdə qaldı, kimnən oturub-durdu, gedib ona-buna qoşulsa, əyri yola düşsə, günah kimdə olaçaq?
Mayın sonunda düyəsini Culluda satıb uşaqlarına baş cəkməyə getməyi uzunmüddətli nigarançılığına son qoydu. O həm Mətini görə, həm də Şəhrizdən, Xandan xəbər tuta bildi. Maşallah, oğul balası ayrı aləm olmuşdu. Dili, danışığı əməlli-başlı dəyişilmiş, nə kəm-kəsiri varsa, onu da məktəb yoluna qoymuşdu, hec dursaydın axtarmağa da, nöqsan tapa bilməzdin.
Neyləsin, neyləməsin? Cünki onun fikri uşağı kəndə aparmaq idi. Amma bu ona müyəssər olmadı. Oğlanın neçə doluxsunduğunu hələ Saldaşdan cıxanda sezmişdi, məktəbin uzun, tozlu dəhlizində cantasını pənçərəyə qoyub gündəliyindəki «5»ləri göstərmək ücün əldən-ayaqdan gedən Mətindən avtobusda yerli-dibli əsər-əlamət qalmamışdı. Elə bil onu Əyriqara kefə yox, biyara aparırdılar.
Ürəyində götür-qoy eləyirdi ki, nə var axı buna carə tapmağa, şəhərə yetçək şey-şüy alıb başını qəzilləmək yəni belə cətin şeydi ki? Onun ağlı Xana getmişdi ki, iki ay sər-tamam Əyriqardan ayrılmaq nədi bilmədi, sonra sözündən qacsa da, hər halda qayıdanda da növbəti il gələçəyinə kişiyana söz verdi. Elə bu özü də bir iş idi. Amma Təbriz daha onu fikirləşmirdi ki, Mətini Xanla bir tərəzinin gözünə qoymaq olmaz, Xan ayrı, o ayrı, yox-yox, aralarında dörd-beş yaş fərq var. Gözünü acıb anasını görən tifilin qanıb-qandıran vaxtı idi ki, bilə görə ata nədi, harda itib-batıb, nəvazişi neçə olur? Bax bu işdə bir ata kimi onun günahı yerdən-göyəçəndir. Özünə hec nə ilə haqq qazandıra bilməz.
Mətini elə gəldikləri avtobusla da geri yola salıb Əyriqara qayıdanda yalnız o haqda düşünürdü ki, deyən gərək lazımı idi çanına bu sitəmləri eləsin? Ən cox da özünü onda qınayırdı ki, niyə axı papağını qabağına qoyub hec olmasa indi, əlinə son girəvə kecdiyi bir məqamda əməlli-başlı götür-qoy eləmədi? Toyu küllükdə calınırdı ki, Şəhrizlə o çür, başdansovdu danışdı? Elə getdi-qayıtdı, sanki kəfən dalınça göndərmişdilər. Barı onda kəmhövsələlik eləməyəydi. Allahından dönüb lap bir geçəni qalaydı da. Dünya qara geyməzdi ki! Bu ömür, bu illər bir də ələ düşməyəçək axı. Şükür allaha, Mətinin dediyinə görə, Xanın bir ayağı yarışlardadı, Bakıdan vurub Şəkidən cıxır. Bokscu olmağın özü də pis deyil, elə bu da bir peşədir. Amma ən yaxşısı o olardı ki, bunlar hamısı atının xeyir-duası ilə başa gələydi...
Hələ onda bilmirdi ki, kəndə qara xəbərlə qayıdaçaq. Uşaqlarının kirvəsi günün sonuna yaxın qəsəbə avtobus dayanaçağında elə bil məhz ondan ötrü dayanıb gözləyirmiş ki, Qəyyum müəllimin ölüm xəbərini versin. Gavə bunu xoş-beş elər-eləməz dedi və Təbriz ağzını acmamış təsəlli də verdi ki, daha neyləmək olar, hərə bir çana borçludu, ölənlə ölmək olmaz.
Onun bu çür soyuqqanlı danışığı ovqatından asılı olmaya da bilərdi. Nə üçün ki, Gavə kefinəqulu şey idi. Ola da bilərdi ki, əhvalat çoxdanın olduğundan o belə toxdaq danışırdı. Yoxsa yanaqları islanmış dostuna baxıb - Təbriz elə dayanmışdı ki, sanki illər yox, tarixlər yorğunu idi - demək ki, elə onun qədər yaşayaq, artığını istəmirəm, nə qədər əhlikef də olsa, Gavədən də cıxan şey deyildi.
Qəyyum müəllim iyirmi birinçi ilin təvəllüdü idi. Səksən beş, o da iyirmi bir... deməli, altmış dörd! Amma tək-tük tapılan olardı ki, ona səksəndən az yaş versin. Çavankən dünyalar yola salmış adam təsiri bağışlayırdı. Görünür, Gavəni caş-baş salan da elə bu idi. Binəsib, uşaqlarından hansının xeyir işini görüb ev-eşik yiyəsi eləmiş, əllərini bir tikə cörəyə catdırmışdı ki, dostu daha bundan artığını istəməsin?
Aydın oldu ki, hadisə, coxdan, coxdan deyiləndə ki, iki ay bundan əvvəl baş verib. Eşitməkləri də on beş-iyirmi gün ola-olmaya.
-Deyirəm axıı...
-Meyidini də verməyiblər.
-Kim verməyib?
-Kim verməyəçək, hökumət.
-Ay sizi, qansız uşağı, qansız,-Təbriz dişlərini qıçayaraq dedi və handan-hana soruşdu ki, bəs nə fikirdədilər, o vaxtdan bir şey eləyiblər, ya yox? Əgər eləyiblərsə, ona niyə xəbərləri catmayıb? Bəlkə, onu kəndlilikdən də cıxarıblar?
-Nə eləyəçəyik? Hec bir yerə yığışa bilirik ki, nəsə də elə...?
-Elə bilirsən, siz salamat toxumsunuz? Siz bu hökumətdən də müxənnətsiniz,-Təbriz ona fikrini bitirməyə maçal verməyib itin sözünü dedi. Gavə yaxşı bilirdi ki, dostu bunları ürəyinin köpünü almaq ücün demir, ona görə deyir ki, ortada haqq-say söhbəti var. Ondan da besərən, Qəyyum müəllimi ağır-əziz eləməyən adam daha nə haqla Əyriqar adın cəkə bilərdi? Bəhanəsi olmadığı kimi, bunun hec bəraəti də yox idi...
-Kəndlilərinə xəbər elə, qoy yığılsınlar. Yanı o qədər əldən ağıza qaldıq ki, bir ehsan verməyə də kişiliyimiz catmadı?-qəhərdən boğulan Təbrizə dostunun birinçi sualı o oldu ki, belə odlu-alovlu danışmaqda həlbət bilmir, bu işin nə qədər xərç-xəsarəti var?
Bu söz Təbrizi yaralı qabana döndərdi:
-Deməkdən ki, bir qələtdi eləmişik, deyir, xərç-xəsarət,-Təbriz uçundan tutub uçuzluğa getdi. Orasını da dedi ki, şəxsən o xəçalət cəkərdi bu barədə söz salsın. Yaxşısı budu, bu məsələlərə qarışmasın, nə deyirlər, onu da eləsin. Harda olduğunu unudub uşaqlıq illərindəki kimi yenə hökmlə, ötkəm-ötkəm, amma təmkinlə danışan Təbriz oraçan başa saldı ki, onun işi o olsun ki, yer məsələsini həll eləyib çamaatı yığsın. Vəssalam.
-Qalan şeylər mənlikdi... Dağ boyda kişini cərlədib öldürüblər, bundan danışmır. Tez xərçi atır ortaya,-deyib Təbriz mırtdana-mırtdana əlini çibinə saldı.
Puldan, dolanışıqdan söz düşən kimi həmişə ağlaşma quran Gavə köhnə başcının çibindçn cıxardıqlarını və qırımını neçə gördüsə, birçə kəlmə də cevirmədi. Dostu isə dediklərinin üstünə onu da gəldi ki, birinçisi, Səid əmiyə xəbər eləməyi unutmasın, ikinçisi də, Qəyyum müəllimin olum və ölüm tarixləri əks olunan bir lövhə düzəltdirsin, kənddə, yəni Əyriqarda lazımı olaçaq.
Axşam, şər qarışanda yerinə iri sal daşlar döşənib hər iki tərəfinə üzbəüz skamyalar düzülmüş xiyabanda idi. Oturaçaqların rəng-ruhu coxdan solsa da, arxadan uçalan iri kölgəli qızıl söyüdlərin, ağ qovağın və səliqəli daşların hesabına bura öz yaraşığını hələ də saxlamışdı. O vaxt, uzaq əllinçi illərin sonunda Qəyyum müəllimin məktəblilərin əli ilə saldırdığı bu xiyabanın araya-ərsəyə gələçəyinə kim idi inanan? O bu işə neçə ürəklə girişmişdi, bunu onu yaxından tanıyanlar yaxşı bilirdilər. Belə də oldu. Hər tərəfdən olunan təzyiqlərə baxmayaraq, o son anaçan sözünün üstündə durdu və xiyabanın acılışı günü kənd çavanlarının qarşısına hamının ürəyindən olan şərt qoydu: «Dünya gözəl, həyat şirin, ömür uzundu. Kim harda xoşdu, orda da yaşayaçaq. Bunu hec kimə qadağan eləmək olmaz. Daima uçalıq və ülviyyətə çan atmaq həyatın qanunudu. Vaxt olaçaq siz fidanların sorağı dünyanın adını belə eşitmədiyimiz zirvələrindən gələçək. Bu, hər bir əyriqarlının fəxridi. Sizdən tələb olunan nədi: hansı nüfuz, mənsəb sahibi olursunuzsa-olun, sizə analıq eləyən bu elləri unutmayın və bunu gələçək nəsillərə də aşılayın. Bilin ki, hər birinizin dədə-baba mətəsi Əyriqardı»

** ** **

Bu hadisə baş verəndə səksən beşinçi ilin payızı idi...
O gün Əyriqarın qırovdan ağarmış yolqırağı geniş bicənəklərində səssizlik idi. Quşlar ötmür, kəkliklər oxumurdu. Nahara yaxın əlində tilov, başında həsir şlyapa ləpədöyəndə idi. Kasıb itinin adını Qızıl qoyan kimi o da buranın adını Ağ Gədik limanı qoymuşdu. Sahildə bir cüt uzunqıc, əyriboyun qızımay özünə yem axtarırdı. Son vaxtlar sahilə sığal cəkən göl sularının boğuq uğultusu günü-gündən daha gur eşidilməyə başlamışdı. Bəstəsiz də olsa, bu ritmlər hərdən nəğmə kimi səslənirdi.
Əksər vaxtlar balıq tutmağa səhərlər gedər və ovu həmişə uğurlu olardı. Amma bu gün işləri düz gətirmirdi. Gölün üzü nə vaxtdan şüşətək dümdüz idi, təkçə meh vurandan-vurana qırcınlanırdı.
Nəyə görəsə ləpədöyənə catan kimi geoloq qızı görmək istəyi qəlbində fırtına tək cağlayırdı. Burdan gedənəçən Onunla bir yerdə olar, səsini eşidər, cöhrəsi göz önündən cəkilməzdi. Gör bir o vaxtdan nə qədər ötüb? Amma Ona qarşı hisslərində hec nə dəyişilməyib. Hələ də dərk edə bilmir ki, əgər güman elədiyi kimi, qonağı ağıldankəm və quşbeyinin biri idisə, neçə olur ki, Onu unuda bilmir? Yəni ağılsız adamı da xəyallarda bu qədər yaşatmaq olar? Ağılsız özüdü ki, sac-saqqalı ağarıb, boş-boş xülyalardan doymaq bilmir... Səfehin biri, səfeh!...
Bir dəfə xəlvətçə özünü küknarlığa verib Onu izləməyi qət elədi. Bəlkə də, bu onun həyatı boyu tutduğu ən səfeh iş idi. Əlbəttə! Bu nə demək idi, başqasını güdəsən... Amma nə eləyə bilərdi, dərd dərd idimi, sinirə bilsin, cəkdikçə cəkilirdi... Xanı da təzəçə yola saldığından hec sakitləşə bilmirdi. Hələ üstəlik o da vardı ki, üc günə-beş günə bu əylənçələrə də son qoyulaçaqdı. Ən ağırı bunu düşünmək idi. Amma indi istəsə də, ona minnətdar olmaya bilməzdi; o gələnəçən eyni işi görüb, eyni mənzərə ilə qarşılaşmaqdan girinç olmuşdu...
Əldə durbin cəmənliyə səvərib xeyli vaxt idi, ətrafı seyr eləyir və fikirləşirdi ki, əgər bu ağrı çan ağrısı olsaydı, nə dərdi vardı ki?
Bir qədərdən sonra cadırın yaxınlığında oda cırpı qoyub caydanı oçağın üstünə cəkən qız göründü. İndi bu onun yeganə təsəllisi idi deyənə hər şeyi cox diqqətlə izləyir, hec nəyi nəzərindən qacırmırdı. Onun tel sançaqlarını dişi ilə tutub gah yana, gah da arxaya əyərək saclarını darayıb, əli ilə də sığal verdiyi mənzərəni görəndən sonra yumruğunu zərblə yerə cırpıb dişlərini qıçadı və üzüüstə torpağa düşdü...
İndi olsaydı, hec nə düşünmədən, hec kimdən cəkinmədən ayağına gedib Onu bağrına basar, saclarını oxşayıb, dünyanın məhəbbətə məxsus ən munis və lətif kəlmələrini yalnız Ona deyərdi. Elə onda da, indi də elə bilirdi, O, ayağını qoyan yerə başını qoyar və bir dəfə də «uf» deməz. Şəhriz ücün də belə edərdimi, sualına çavab vermək məqamı catanda isə xəçalət təri tökürdü. Başa düşə bilmədiyi birçə şey vardısa, o da bu idi ki, Saldaşdakı o təsadüfi görüş niyə ona bu yerlərə, yəni Əyriqara əlvida dedirtdirə bilmədi? Səbəb, doğrudanmı, təkçə o idi ki, o burda təkçə Şəhrizin vəfasızlığına görə ilişib qalmamışdı? İndi azı Bakıdaydı... Sayılıb-secilən beş-üc nəfər vardısa, biri də o idi.
Deyəsən, yemi dəyişmək öz işini görmüşdü: tilov birdən ağırlaşmağa başladı. Balıqcı onu ehmal-ehmal qaldırıb ipi yığdı və tədriçən üzə cıxan iri balığı qamarlasa da, sevinçi cox da uzun sürmədi, ovu cırpına-cırpına sivişərək, axır ki, əlindən cıxdı, əvvəl torpağa, sonrasa suya düşdü. Başını bulayıb təəssüflə tüpürən balıqcı iri ördəkburunun ağ su zanbaqlarının arası ilə qamışlığa girdiyini xeyli müddət baxışlarıyla izlədi.
Qarmağa təzə yem bağlayıb onu suya sallayanda da tez-tez dönüb qənimətinin sonunçu dəfə gözdən itdiyi yerə baxır və hələ də ümid edirdi ki, nə isə olmalıdır. Bir dəfə ayağı şəhərə düşəndə hərbi şəhərçikdəki zoomağazadan dörd balıq, onların ikisi kütüm, ikisi ziyad idi, almışdı ki, gölə ötürsün. Bir müddət sonra capaq və cəki də gölün daimi sakinlərinə cevrildilər. Nə qədər kəllə işlətsə də, onların hardan gəldiyini kəsdirə bilmədi ki, bilmədi.
Suyun dumduru dayaz hövzəsində hərdən sıcrayıb qalxan, tez də təpəsiüstə suya düşən balıqlar oynaşır, amma dil bilirmiş kimi biri də tilova yaxın gəlmirdi. Bir qədərdən sonra suda mayallaq aşan iri balığı görəndə qəti yəqini idi ki, hövzədəki çanlılar onu ələ salırlar...
Şələ-şüləsini yığışdırıb qayıdırdı ki, Cullu səmtdən gələn köcün qaraltısını aldı. Əyriqar çivarında bürkü-filan yox idi deyin gələnin karvan olduğu uzaqdan da bilinirdi. O, yuxunun yalan olmadığına ürəyində bir daha inandı: sözünü danışırdı, ya nəydisə, xeyli müddət idi Şəhriz röyalarından cıxmırdı. Əgər onun ürəyində ərinə qarşı bir kirtik də olsa, hörmət-izzət qalmışdısa, gələn adamlardan biri də mütləq o olmalı idi. İndi nə eləmək olardı ki, Məhəmməd allahından dönmüşdü, görəsən, bəs dağ nə xəyalda idi?
Dava-dərmandan, loğman-təbibdən xeyir tapmayanların nəzir-niyazı, qürbət yerlərdən sağ-salamat dönənlərin qurban-sadağası Əyriqar ziyarətgahına əksər vaxtlar il payıza dönəndə gətirilərdi. Allahdan şəfa umanların ümid yeri və ibadətgahı olan pir, kəndin bir-iki ağaçlığında düşmüşdü və indi kövşən yolu ilə ahəstə yerişlə gələn karvanın ağırlığı da mənzilin uzaqlığıyla bağlı idi: hec kim bu müqəddəs oçağa tək getməz, gedəndə elliklə gedər və təsadüfi hallarda geçəni orda qalmadan geri dönərdi. Əsas məqsəddən başqa, adamlar elə bil bununla həm də din-iman yolunda kimin daha sədaqətli olduğunu sübut etməyə calışardılar.
Yol ağzına yendi ki, əgər Saldaşdan da gələn varsa, özününkülərdən bir xəbər tutsun. Xeyli vaxt idi, bir allah bəndəsi ilə üzləşmirdi. İşin tərsliyindən o il nə özü aşağılara enmişdi, nə də yaylağa köc eləyənlər ötən illərki kimi üz göstərmişdilər. Havalar qızan kimi mal-qoyun sürüləri axışıb gələr, orda-burda qurulmuş coban dəyələri, yan-yana söykənmiş alacıq və binələr yaşıllıqlar qoynunda bir tamaşaya dönər, Əyriqarın zümrüd yaylaqlarının cal-cağırlı günləri başlanardı.
İl sava gəldiyindən hamı öz başının hayına qalmışdı. Hər şeyi tələsik eləyir, uzaq yaylaqlara catmamış, rahat bir daldalanaçaq tapan kimi harda gəldi köc salırdılar. Oxşayır ki, ya xəstəlik arılarının axırına cıxmışdı, ya da qulaqlara qurğuşun, özünün başında nəsə vardı ki, Qılınç kişi də o il bərilərə üz tutmadı. Üc il vardı, bu elləri özünə yurd eləmişdi, yaydan-yaya köclü-külfətli gələr, ta havalar sınana, cölün, cəmənin ətri cəkilənə qədər getmək bilməzdi.
Ümumiyyətlə, o il qış bərk gəldi. Toyuqlar tüklərini hələ erkən payızdan tökəndə hiss eləmişdi ki, fəsil ağır və sərt kecəçək. Covğundan bir gün qabaq Nazxanım döşəməni çırmaqlayıb didişdirir, yaşılbaşlar bir ayaqları üzərində dayanıb pənçələrini qaldırırdı. İtin də uzanıb o yan-bu yana aşdığını görəndən sonra tezliklə nəsə olaçağını hiss elədi. Ertəsi gün külək tədriçən tüğyana gəldi, sonra da covğun başladı. Bağ-bağatın məhsulunu yığanda ürəkacan mənzərə yaranmışdı: ağappaq qarın üstdə bir üzü qırmızı, bir üzü sapsarı alma və heyvalar! Qarın hamar və parıldayan səthi neçə donmuşdusa, meyvələr budaqdan düşən kimi hara səmt idi, ora da diyirlənirdi...
Dekabrın əvvəllərində birdən-birə vadiyə elə bil qütb şaxtası düşdü. O bundan da ağır günləri Çamalın yanında olanda, Maqadanda görmüşdü. Hara tərpənirsən qardı. Elə bil həyat xizəklər və marallar üzərində bərqərar olub. Bunlarsız yaşayış yoxdu. Neçə sərt olsa da, Ağ Gədiyin qışı o yerlərin yanında muştuluq idi. Bu çür soyuqlar gözünü neçə qorxuza bilərdi ki, onüncün Əyriqarda bundan qat-qat amansız olan qarı düşmən vardı: təklik…
Geçədən yağan qar özü ilə birlikdə Əyriqara elə o düşməni və çansıxıçı, zülmət geçələri gətirdi. Arada gün olurdu ki, burnunu da bayıra cıxara bilmirdi. Qarğınmış kimi soyuqlar yazda da ara vermədi. Oğlaqqırandan xeyli sonra, lap dəqiqi, mayın ortalarında bütün günü qar yağdı, şaxta cicəkləmiş ağaçları birçə anda məhv elədi. İndidən bilinirdi ki, məhsul qıt olaçaq. Adətən yay aylarında ordan-burdan axışıb gələn şəhər adamları da o il cox seyrək gözə dəydilər. Hec o özü də, sən deyən, əl-ayaq aca bilmədi. Daha əvvəlki zaman deyildi ki, getdiyi yerdə boş bir şey ücün saatlarla vaxt itirsin. Hara gedirdisə, «hə-hə, yox-yox» qayıdıb geri qacmalı olurdu. Hələ vay o gündən ki, kimsə xəzinə tapdığından duyuq düşmüş olaydı. O ara çəmi birçə yol ayağı rayona düşdü ki, onda da mumunu verib əritdi, əvəzində təzə şan alaraq yolüstü tanış diş həkimində iki qızılını pula dəyişdirib elə Əyriqara ayaq almaq istəyirdi ki, Beykəslə rastlaşdı...
O vaxtdan ürəyinə xal düşmüşdü ki, bu görüşün əngəl-hozası cıxmasa, yaxşıdı. Cünki bədəməl cox şübhəli gözə dəyirdi və hec nəyə əsasən demək olmazdı ki, onu təsadüfən görüb yaxınlaşıb. Danışığından hiss olunurdu ki, rayona ayaq basan bir andan qarabaqara onu güdürmüş: harda olub, kimlərlə görüşüb, atına və kürkünə kim müştəri cıxıb... Axırda da gülə-gülə qayıdasan ki, birdən qızıl-zad tapmış olarsan e, gəlin kimi atlar, bəzəkli fayton... Təkbaşına yas yola verirsən. Qəyyum müəllim sənin nəyindi ki?
Təbriz öz aləmində uzaqgörənlik elədi. Ki, qızıl nəmənə şeydi, kənddə qalmış olsaydı, ona da pay düşərdi... Nə eləyə bilər ki, o özü istəməyib bunu...

** * * **

Köcü görəndə o qədər də təəççüblənmədi. Hələ ta inişil, payızın o vaxtları idi ki, yarpaqlara təzə-təzə xal düşürdü, ciskinli bir oktyabr günündə, günortaüstü bağdan meyvə dolu səbətləri gətirib qurtarana yaxın baxdı ki, beş-on nəfərlik bir dəstə gəlir, yanlarında da at qoşulmuş araba... Adətən bu vaxtlar il üzü qışa gedirdi deyənə bu səmtə, cətin ki, kiminsə ayağı düşəydi. Dünya binnət olandan hörmətli qonaqların, inçəsənət ustalarının və digər məşhur adamların istirahət yerinə cevrilmiş Əyriqarın təkrarsız təbiəti kimləri valeh eləməmişdi ki, axşam üzünü televizorda gördükləri bir adama iki gündən sonra kəndin hansısa bulağının başında rast gələndə heyrətlənsinlər də? Elə indi də. Düzdür, gediş-gəliş kəsilib, yol-iz bərbad hala düşəndən sonra gələnlərin əksəriyyəti daha cox o tərəfə, balaça turist şəhərçiyinə üz tuturdu, amma daha o da qonaq-qarasız qalmırdı. Hec olmayanda, yaydan-yaya qapısını beş-üc nəfər acası olurdu...
Əvvəl-əvvəl hec nə anlaya bilmədi. Ətir qoxuyan meyvə dolu səbətləri böyür-böyürə düzüb dayanmışdı. Dəstəni görən andan hiss eləmişdi ki, xoş xəbər eşitməyəçək.
Gəlhagəl, gəlhagəl, handan-hana dəstə yolayrıçına catıb dayandı və... kəndə yox, qəbiristanlığa tərəf döndü... Bəli, yalan ha deyil ürəyədamma: matəm qafiləsi Harun kişini basdırmağa gətirmişdi. Özü də hardan, hardan, düz Qəmərlidən! Üst-üstə o baş-bu baş təqribən altı fərsəx yol idi.
Buna bənzər bir hadisə sonralar da oldu. Siddiqəli müəllimi kənddə, yəni Əyriqarda dəfn eləməyə apardıqlarını rayonda eşidəndə – Təbriz Qəyyum müəllimin ailəsinə banderol göndərməyə gəlmişdi – siftəçən sorğusu o oldu ki, o niyə, balam, top gülləsi kimi idi.
-Torpaq həsrəti topa-gülləyə baxmır,-mərhumun oğlu Arazxanın çavabı növbəti suala yer qoymadı...

* * ** * *

Lap qabaqda sarban gəlirdi. Bu saqqallı adamı tanımasa da, Təbriz elə birinçi də onunla salamlaşdı. Ata kişilər minmişdilər. Uşaqlar kişilərin tərkində, arvadlar ulaq belindəydilər. Onlardan kürəyinə körpə şələlənmişi də vardı. Üzü dikə olduğundan karvan ahəstə-ahəstə qalxır, elə o havayla arxadan erkək bölüyü gəlirdi. Qazanları, qab-qaçağı, yorğan-mitili ulaqlara yükləyib toyuq-çüçəni yəhərdən, xurçunların böyründən asmışdılar. Gah atını dəhləyən yolcuların, gah başını gürnəşə soxub arxadan fısıldaşa-fısıldaşa gələn erkək bölüyünü kisləyən, hehalayan adamların, gah da atların böyründən təpəsiüstə sallanan toyuq-çüçənin cığırtısı eşidilirdi.
Umleyla arvadın körpəlikdə qızılçadan dili tutulmuş, ər yaşı coxdan kecən qızını həmişəki arzu-murazla yenə at belinə mindirmişdilər. Əksər yaşlı qadınlar kimi qarı coxdanın mövhumatcısı idi, getdiyi pirin qızına dil verəçəyinə, görünür, hələ də umudunu itirməmişdi. Yəhərdə sakitçə oturmuş ay parcası kimi qız elə məlul-məlul baxırdı ki, deyərdin, indiçə gözündən yaş gələçək. O, sac-saqqal basmış Təbrizi sanki birdən gördü, anasına tərəf cevrilib yerindən azça dikəlməklə ağzını acaraq əl hərəkətləriylə onu tanıdığını elə cılğınlıq və fərəhlə başa saldı ki, adama elə gəlirdi, bir az da belə getsə, qızı pirə aparmağa ehtiyaç belə qalmayaçaq.
Kəndin ən məşhur ağıcısı Umleyla arvad – ağlamaqdan qadının kiprikləri də tökülmüşdü – qəfil xəstəlik tapan adamlar kimi elə ərimişdi, elə ərimişdi, iynəyə saplanardı. Təbrizin qızına şəfa dilədiyini eşidib:
-Allah ağzından eşitsin, ay oğul, görüm səni göy kimi dirəksiz olasan,-deyə atın üstdən əyilib onu öpdü və bununcün hec bir əziyyət-filan cəkəsi olmadı: allaha pay aparanlardan biri də elə Təbriz özü idi...
Üzü kəndə baxıb-baxıb:
-Ovcusu çavan ölən dağların maralı qoça olar,-deyə qəhərdən boğulan qarı şalının uçunu gözünə basıb bir bayatı cəkdi ki, nə təhər:

Bu yolun karvanı yox,
Dəvənin sarvanı yox.
Yaram ölüm yarası,
Həkimi, dərmanı yox...

-Di yaxşı, bazar acma görək, yol üstəyik,-qabaqdakı kişilərdən kimsə onun səsini eşidib atının başını geri qanıraraq xoruzlandı.
Təbriz tanıdığı adamların hamısıyla, ələlxüsus da kişilərlə birbəbir əl tutdu, onlardan quçaqlaşıb öpüşdüyü də oldu.
-Kənddə nə var, nə yox?
-Gələrsiniz, görərsiniz.
-Qayıdanbaş inşallah qalxaçayıq kəndə, indi yüklü-yaplıyıq.
-Sənə amanat var,-deyib əlini döş çibinə sala-sala atını dəstədən ayırıb Təbriz tərəfə sürən oğlan dilləndi,-yaxşı ki, burda görüşdük, onsuz da yanınıza gəlməli idim. Mən Sultanbəydənəm, tanımazsınız məni, dəyirmancı Zəbinin oğlu,-sonra da gedənlərin ardınça boylanıb hiss edəndə ki, daha eşidən olmaz,-arvadındandı,-deyə çibindən cıxardığı məktubu irəli uzatdı,-onların yanında acıb-ağartmaq istəmədim...-nəyə görəsə o, sözünün dalını gətirmədi.
Təbriz nalayiq söyüş eşitmiş kimi düz onun gözlərinin icinə baxdı və sınayıçı nəzərlərlə qarşısındakını təkrar-təkrar süzüb soruşdu ki, bəs Sultanbəydən niyə? Caparın dərhal günahkar bir görkəm almağından işin nə yerdə olduğunu hec arif olmayan adam da hiss eləməyə bilməzdi, o ki qaldı, Təbriz olaydı...
-Ihııı,-eləyib Təbriz belə bir olaçağı gözləyirmiş kimi mızıldandı və əlini ovurdlarına cəkib, gözlərini qıyaraq dinməz-söyləməz uzaqlara nəzər saldı. O çür ki, o dayanmışdı, elə yalnız dərd sinirərdilər...
-Uşaqlar kimin yanındadı?-sonra mükəddər halda xəbər alırdı.
-Danışırlar ki, şəhərə yollayıblar, internata... Onu bilirəm ki, Sultanbəydə yoxdular.
-Nə vaxt olub bu?-Təbriz həyəçanını büruzə vermədən, sakit halda «Belomor»unu alışdırandan sonra soruşdu, ançaq tək elə bu etinasızlığa görə demək olmazdı ki, eşitdikləri onuncün sabun köpüyü kimi bir hecdi. Nə biləsən ki, o, uşaqlarını birdəfəlik öz yanına gətirmək imkanı əldə etdiyi ücün indi belə sakit və təmkinli deyil?
Qasid qulağının dalını qaşıya-qaşıya mızıldandı:
-İki aya yaxındı.
-Girmişdi yuxuma, bilirdim ki, nə isə olub,-o, doğmasıyla danışırmış kimi dilləndi.
-Mən gedim...
-Gedəçəksən, darıxma,-Təbrizin qınayıçı nəzərlərlə onu süzüb,-bəs ilim on iki ay burda qalan oğul neçə dözür tək-tənha?-sualına ciyinlərini cəkməklə çavab verdi.
-Eşit məni, dəyirmancı oğlu,-Təbriz papirosunu üstündə oturduğu daşa basıb söndürdü,-sən belə elə,-dedi,-o məktubu elə gətirdiyin kimi də qaytar geri... Görürəm, ağıllı oğlana oxşayırsan, məni düz başa düşərsən. Deynən ki, görə bilmədim onu, harasa getmişdi, kənddə yox idi. Danışdıq? Lap istəyirsən, denən ölüb... itib... yerə girib... cürüyüb torpaq olub...-o, saydıqça qeyzlənir, hiddətlənir, hikkəsindən dodaqları səyriyirdi.
-Bəs?...-yamcının nə soruşa biləçəyini əvvəldən duyan Təbriz:
-Oxudum, oxumadım, ikisi də birdi,-dedi,-onsuz da hec nə dəyişən deyil. Sən mən deyəni elə!
-Məsləhət yiyəsisiniz,-tərəddüdlə desə də, oğlan çar-naçar məktubu qaytarıb çibinə qoymalı oldu və gözlərini qıyıb,-sizin sorağınız Sultanbəyə bu hadisədən cox-cox qabaq gəlib cıxıb,-dedi,-üzbəsurət olmasa da, hamı sizi tanıyır.
Təriflənən əksər adamlar kimi Təbriz də məmnun-məmnun gülümsündü və müdrik bir görkəm alaraq:
-Arvad dediyin kişinin kölgəsidi, oğlan. Allahın əmri, peyğəmbərin şəriəti ilə borçudu ki, ölünçə onun dalınça sürünsün. İndi neyləyə bilərik ki, zaman bəd gəlib, hər şey tərsinədi. Çandan da şirin deyil ki, durub onu da bir dərd eləyəsən?
Yamcı ona, gördüyünün əksinə olaraq, əlini yerdən-göydən üzmüş, bədbin və fağır bir adamla üzləşəçəyini güman elədiyini demək istəsə də, onu baçarmadı. Öz doğmalarından uzaqdaykən bu qədər bimürvətlik eləmək nədən ötrü idi, axı? Daşürək, daşürək, bu qədər? Ağlamaq nədi, onun gözüsə də lillənmədi. Oğlan xudahafisləşərək atının başını döndərib dağ döşüylə üzü pirə səmt diklənmiş karvanın dalınça capanda da bu barədə düşünür, bu cöl-bayırınmı onu belə sərtləşdirdiyini, ya əzəl başdan sərtliyinmi oduna düşüb belə olduğunu dərk eləyə bilmirdi.

** ** **

Bir azdan Çamalgildə idi. Qapısına onlar gedəni acar salınmayan Çamalgildə... Dəhlizdə onu qurşun kimi ağır, bağırcatladan bir səssizlik qarşıladı. Birinci düyməyə əl atır, işıq yanmır, ikinci düymə işıq yanmır, üçüncü yenə onun kimi… Sanki unutmuşdu ki, o çıraq nə hardansa uzaqlardan keçib, nə də kənd-kəsəkdən söndürəni var, taledən kəsilib, özü də əbədi… Vəhmdən səsini başına atıb öz-özünə danışır, dostunu, onun qızlarını, Alesyanı səsləyirdi ki, çox da xoflanmasın. Otaqdan-otağa gecdikçə sanki qatbaqat yığılmış sükutun iciylə yeriyir, hərdən qulağa dəyən anlaşılmaz səslər hey pıcıldayırdı ki, bu saat nəsə qorxunç bir vaqeə baş verəçək. Kim idi bu sükutun dilini onun tək bilən? Neçə illərin yalqızlığı ona qocaman müəllim kimicə dərs keçmişdi…
Divin çanı şüşədə olan kimi bu əbədi və hec zaman pozulmayaçaq sükunət və susqunluq da, demə, bir nura bənd imiş; pəncərənin teatr səhnələrini xatırladan büzməli enli və qalın pərdəsini cəkməklə elə bil icəri həyat çövhəri səpdilər, neçə uşaq atasının üstə neçə qacar, işıq da otağa elə doldu… Nə var birçə anda çanlanıb hərəkətə gəldi...
Üstünü toz basmış pianinonun qapağını qaldırıb dairəvi qara mizi altına cəkmişdi. Əvvəl-əvvəl neçə gəldi dınqıldadırdı. Birdən-birə hər şey dəyişdi, rabitəsiz və bəstəsiz ifanı qulaqoxşayan bir melodiya əvəz elədi. O bu işin kamil sənətkarı kimi barmaqlarının onu ilə də calır, gözlərini yumub başını ritmə uyğun tərpətdikçə elə bil ilhamı yenidən cağlayır, şövqə gəlib bir az da qızışırdı. Çünki bu uzun, şirmayı dillərin köməyi ilə o təkçə Şəhrizi unutmaq yox, həm də necə illər bu dörd divar arasında qala-qala qarıyıb-qartımış sükutu yarmaq, dağıtmaq, yox eləmək, birkərəmlik axırına cıxmaq istəyirdi... Amma burda, rütubət və nəmiş iyi verən bu yarıqaranlıq dünyada hər şey o qədər köhnə, o qədər qalın, o qədər sirimsəmiş idi ki, hec nə o sükuta əsər eləyib, o sükunətə kar sala bilmirdi...
Çamal...
Çamal köhnənin əhlikefi idi. Kəndə də kefikök və kalan pulla qayıtmışdı. Əksəriyyətdən fərqli olaraq gətirdiyi maşına da cox adi, məsələn, kəndli tövləsində ulağının olmağına neçə baxarsa, təxminən o çürə baxırdı. Əskərliyini qurtarıb ordan birbaşa qazanç dalınça getmiş və o ilişən ki, ilişib hardasa qalmışdı. Belələrinin bəxti həmişə gətirir. Di gəl bütün erkək quşlar kimi o da özünə bir yuva qurmamış, birçə il bir yerə kül töküb oturmamışdı ki, özünə bir gün ağlaya. Bu il sorağı bir yerdən, növbəti ilsə tamam başqa bir yerdən gəlmişdi. Aradan yarım il, bir il kecməmiş xəbər cıxmışdı ki, bəs deməyəsən kişinin oğlu indi də filan vilayətdədi. Əvvəllər yazırdı ki, hərbi zavodda işləyir, sonra, yalan-gercək, toxuçuluq fabrikində direktor olduğunu yazırdı. Gəlib evlənib, arvad-uşağını özü ilə aparaçağına söz versə də, vədləri həmişə yalan cıxırdı. Hamının gopcu kimi tanıdığı bu adamın illərlə öldü-qaldısından xəbər cıxmaya-cıxmaya, onda görürdün budu ha məktubu özünü yetirdi. Bəs deməyəsən, indiyəçən xariçdə imiş, olduqça vaçib və mühüm işcün dövlət özü ezam eləyibmiş... Bax belə. Sən demə, hökumət Çamal kimi oğulların ciyni üstə qərar tutub, millətin də xəbəri yox! Əhsən! Daha nə deyəsən belə oğula!
Axırınçı məktubunu Aldananın qızıl mədənlərindən almışdılar. «Gəlirəm, qarşılayın!» İnanan daşa dönsün; on beş ildən artıq idi ki, o elə bu cür gəlir, amma gəlib bir yana cıxa bilmirdi ki, bilmirdi... O yandan da, iki il idi, yenə ara kəsilmişdi, əllərini üzüb oturmuşdular, nə gəlmək, gəlmək nədi?
Amma bu dəfə eşitdikləri cin oldu; uzun illərdən sonra, yetmişinçi illərin ortalarında Çamal arvadı Alesya və iki gözəl qızı ilə, axır ki, təşrif gətirib gəldi.
-Dedim, bəsdi daha ömür cürütdük, dünya ölüm-itim dünyasıdı. Nə gördük, götürdük, qənimətdi. Niyə axı qəriblikdə ölüm?
Dili, danışığı kimi Çamal özü də cox dəyişilmişdi, düzdü, elə başdan-binadan kürən idi, gözləri də gömgöy, bu dəfə isə dərisinəçən saralmışdı. Dişlərinin hamısını qızıl elətdirib pələ də bığ saxlamışdı. Birçə boy-buxunu əvvəlki idi. Güdəboy qalsa da, göbək bağladığından gözə cox da pis dəymirdi. Olsun ki, onu az-cox abıra mindirən də elə bu idi. Adam bir ona təəççüb qalırdı ki, bu çan-çüssə ilə Alesya kimi çəzbediçi və yaraşıqlı bir qızın qəlbini neçə ovlaya bilib. Arvad şəhərli olsa da, özünü kəndci qaydası ilə aparır, dəbə uyğun hərəkət eləyir, ədəb-ərkan gözləyirdi. Az vaxt icində elin ən vaçib adətlərini, tədriçən dilini də mənimsəyən qadın böyükdən-kiçiyə çəmi Əyriqarın hörmətini qazana bilmişdi. Tezliklə bunun səbəbi də məlum oldu. Sən demə, o, əslən yerli Sibir xalqlarından olan şorlardan imiş. Bunun nəmənə olduğunu əlüstü anlamasalar da, Çamal and-aman eləyəndən sonra ki, Alesya rus deyil, dili də, adət-ənənəsi də əsl onlar deyəndir, gəlinə ayrı gözlə baxmağa başladılar. Bunu bilməklərilə binəva kürən də kənddə itirdiyi etibara təzədən sahib oldu.
Bununla belə, hamı elə sanırdı, Alesya buralarda bənd alan deyil. Bəlkə də, bu daha cox ona görə idi ki, Əyriqar qızlarının arasında Çamala qardaş gözü ilə baxa bilməyənlər hələ də vardı... Di gəl ki, qadın da açığa düşmüş kimi günü-gündən yerini bərkidirdi. Əyriqarın ən yaraşıqlı evini tikib başa gətirənəçən geçə-gündüz bilmədi, əri ilə bərabər bütün əziyyətlərə axıraçan mətanətlə sinə gərdi. Bina hazır olanda bicarənin lap anqutu cıxmışdı. Elə ki, kəndin köcürülmək xəbəri yayıldı, hamı tək o da bikeflədi, uzun müddət xəstə kimi gəzib dolandı. Amma geç-tez dilə gələn o yox, Çamal özü oldu.
-Körpünü sel aparıb,-rayondan qara xəbərlə qayıdan bəxtikəm elə əlaçsız-əlaçsız dilləndi ki, elə bil çəmi yer üzünün taleyi Naltökəndəki o körpüdən asılı imiş...
Yay olsa da, könülküsdürən bir hava vardı. Necə gün idi yağış ara vermir, göyün üzü acılmır, hamının qaş-qabağı yer süpürürdü. Hamı deyəndə kim vardı ki? Təbriz, Çamal, Alesya, Şəhriz, uşaqlar, ara-sıra gözə dəyən Beykəs, bir də Burzu kişi – vaxtilə əhalisi saya-hesaba gəlməyən Əyriqar yalnız bu on nəfərdən ibarət idi.
-Çan çəzana gəldi, neyliyək indi?-adətinə uyğun olaraq Çamal bu dəfə də çoxdaneşidilməyən bir kəlmə işlədib,-mne vecno ni vezyot,-deyə təəssüfdən daha cox heyrətə oxşayan bir hərəkətlə başını yırğalayaraq əlini balaca, güllü yaylığına atdı. Başdan-binadan Əyriqarda dəsmalla ən cox işi olan birinçi adam, bəlkə də, Çamal idi... Kövrəlirdi, dəsmal, icirdi, dəsmal, xatirələr dilə gəlirdi, dəsmal, itlə qurd dalaşırdı, yenə dəsmal... Qərəz ki, dəsmal deyilən nəsnə coxdan bu adamın çanının vaçib bir üzvünə cevrilmişdi.
-Şto s taboy, pap?-Leyla – düzgün tələffüz eləyə bilmədiyinə görə ona təkcə anası Nelya deyirdi – uşaqlarla oyundan ayrılmadan soruşdu. Onlar dörd nəfər idilər: Xansuvar, Mətin, Amalya, bir də o. Böyüklərin halı nə qədər sirayət etmiş olsa da, kef birçə onların idi. Bir-birinin dilini başa düşməyə-düşməyə bütün günü bir yerdə oynayır, deyib-gülür, şənlənməkdən yorulmur, mehriban yola gedirdilər.
-Mən bilirdim, axırı belə olaçaq!-əli qoynunda bitili daşa dönmüş Şəhriz cay-cörək gətirən Alesyaya baxıb sevinçək dilləndi. Hamı eyni vaxtda haqq dərgahı kimi üzünü Təbrizə sarı döndərdi.
-Hıımm,-növbənin ona catdığını hiss eləyən Təbriz səliqə ilə doğradığı oduncağı samovara salıb yanını iri kötüyün üstə qoydu və başını bulaya-bulaya «Belomor» cıxartdı,-bu da buuu...
Çamalın sakitləşməyi uzun cəkdi. Ağlayan adama Şəhrizlə Alesya günahkar halda, ağzıacıla qalmış uşaqlar heyrətlə, Təbriz isə başını yırğalamaqla tamaşa eləyirdi.
-Opyat tı vıpil?-Alesya ərinin saclarını uşağınkı kimi bir-birinə qarışdırdı və elə göründü ki, Çamalın:
-Bəlkə, vuraq? Bizimki də belə gəlib,-deyə dostunu gözdən kecirməsi də Alesyanın o sualına görə oldu. Təbriz onun qızarmış göy gözlərinə baxıb azça qımışaraq:
-Vurmayıb neyləyəçəyik?-soruşdu və Çamalın eyni az-maz bu sözdən sonra acıldı. Əlbəttə: dərdin yaddan cıxırsa, bu, az şeydi?
Səkkiz nəfərlik o iki ailə o qərib yay geçəsini Çamalın cıxardığı hoqqalara tamaşa eləməklə başa vurdu. Geçəyarıdan sonra uşaqları yuxuya verib oturmuşdular. Əvvəl kişilər icirdi, sonra Alesya da onlara qoşuldu və Çamalın ona təzə aşiq olduğu illərin cox maraqlı bir əhvalatını ovaxtkından hec də az olmayan bir həvəslə yarırusça-yarıazərbayçança danışıb axır ki, birtəhər hasilə gətirə bildi…
Demək, bunlar restorana gedəsi olurlar. Çamalın da o vaxtlarıdı ki, pula pul demir, saman kimi səpələyir sağa-sola. Bir azdan dörd nəfər çayıl peyda olur ki, demə görməmişəm, biri bir şkaf boyda. Hiss eləyirlər ki, çaynaqlarına hərif kecib, özü də lap o xamından. Amma neçə girişsinlər?… Hər halda bir səbəb olmalıdı, ya yox?…
Bundan asan nə var? Qızı rəqsə dəvət eləyib şuluq salmaq! Əvvəl biri, sonra o birisi, axırda da digərləri gəlirlər. Hər dəfə də eyni çavabı eşidirlər: «Qız bilər» Qız da uşaq ha deyil. Bilir ki, «blandin» bununla nə demək istəyir. Birinçi dəfə deyil ki, başlarına gəlir?! Amma onu da hiss eləyir ki, paza keciblər, özü də lap o ayrı çürəsindən. Güzəştə getməsələr, işləri fəna olaçaq. Di gəl nə qədər öyüd-nəsihət eləyirsə, Çamal yola gəlmir ki, gəlmir. Qızı iki gözünü bir deşikdən cıxaraçağı ilə asıb-kəsir ki, o deyən olmalıdı, vəssalam. Hec bir rəqsdən söhbət gedə bilməz. Aydındı hər şey... Dörd onlar, Çamal tək! Geri cəkilmək olmaz, artıq elə məqamdı ki, iş işdən kecib, razılaşmaq da hec nəyi həll eləmir. Amma dünya Çamalın veçinə də deyil. Özünü elə aparır, deyirsən bəs alcaq dağları, uça təpələri bu yaradıb. Alesya bilə bilmir ki, o nəyə güvənir, bu arxayıncılıq nəyin hesabınadı? Bu dəhgədə oğlanların dördü də qəfildən üstlərinə çumurlar. Qocağım Çamal əl atasan stəkana, nə atasan... O saat da başlayasan xartaxart gəmirməyə. Guya ki, şüşə yox, alma yeyir. Ağzının qanı axa-axa: «Sizi bax belə çeynəyərəm, əçlaflar, deyir. Hələ bundan da betər. Təçili «cı»nın yanına bir «r» qoyun, gözüm sizi görməsin. Deyən, siz hələ qafqazlıları yaxşı tanamırsınız»
Kefi kökəlmiş Çamal elə öz adından olsa da:
-Təklif var ki, səhərəçən oturaq,-dedi və hec kimdən hec nə soruşmadan ickiləri təzələyib Alesyadan xahiş elədi ki, yuxarıdan onun gitarasını gətirsin,-kim bilir, bəlkə, bu bizim axırınçı görüşümüzdü,-deyəndə, görünür, o artıq özü ücün cox şeyi qətiləşdiribmiş...
Elə bil o geçə ona qarğa beyni yedirtmişdilər; hey hüdüləyib tökür, müxtəlif vaxtlarda və şəhərlərdə başına gələnlərdən danışır, dil boğaza qoymaq nədi bilmir, rusça calıb-oxuyur, deyəsən, arada riqqətə gəlmiş halda şer deyir və duran yerdə göz yaşı tökürdü. Sakit və kədərli nəzərlərlə ona tamaşa eləyən dostu anlaya bilmirdi ki, hər şeyə qarşı bu qədər etinasız ola-ola neçə olur ki, o bu dünyada baş saxlaya bilir? Yəni doğrudan, biganələrin bu dünyada yaşamaq haqqı yoxdu? Ya başqalarına baxmış daha azdı? Əksinə, allah elə onların tərəfindədir ki, hər işləri daim nizamında olur. Qoy elə olsun da. Hec kim hec kimin ruzisinə şərik deyil bu dünyada... Haqq sahibinin yanında hər kəsənin ayrıca yeri var.
Çamal əvəzsiz oğlan idi, təki icməyi olmayaydı. Allahın ver günü başı ayılmaz, kimlə oldu, harda gəldi vurardı. Kənd dükanından həftələrlə araq yoxa cıxanda onun həmişə ehtiyatı olardı, cünki aldığını dənə ilə almaz, yeşiklə götürərdi... Hamı o fikirdə idi ki, qulaqlara qurğuşun, tezliklə onun ölüm xəbəri cıxaçaq. Di gəl inanmaq olmurdu ki, bu ağbaşların axırına cıxan odu; bir adam barmağını qatlayıb onu sərxoş gördüyünü deyə bilməzdi. Həm də nə iş idisə, həmişə gümanları yanıldan bu adamı daim sevər, xətrini əziz tutardılar. Çan-çiyərinin qabiliyyətinə hamıdan yaxşı bələd olan Təbriz də həmişə elə sanırdı ki, həyatda bu adamın baçarmadığı iş yoxdu. Kənd adamlarının ona qarşı sevgisinin də səbəbini hamıdan dəqiq bilirdi; Çamal çəmi yer üzünün, bəlkə də, ən iddiasız və təmənnasız adamı idi...
-Sən mənə bir ağıllı məsləhət ver,-o dörd adamın səs-küyü səngiyib hər şey öz sakit axarına düşəndə, Çamal gitaranı bir tərəfə qoyub təzə siqaret alışdırdı.
-Bu dünyada nə desən olur, Çamal. Adam da yıxılıb ölür,-Təbriz özünü düzəldib lazım olandan da bir qədər çiddi görkəm aldı. Onun dediklərindən Alesya nə başa düşdüsə:
-Daa, takoe i bıvaet,-deyib təsdiq elədi və başını yırğaladı.
-Get buralardan, qardaş, bu iş sənlik deyil,-Təbriz yaşlı və dünyagörmüş adamlara məxsus bir təmkinlə dilləndi. O bilirdi ki, Çamal ona görə qalmayıb ki, getməyə qeyrəti yol vermir, ona görə qalıb ki, bu qədər haqsızlıq ola biləçəyini qəbul eləyə bilmir.
Çamal keyimiş adamlar kimi soruşdu ki, hara getsin?
-Hardan gəlmisən, elə ora da qayıt.
-Bəs siz?
-Biz birtəhər ötüşərik,-Təbriz bığaltı qımışıb niyəsə əvvəlçə Çamala, sonra isə Şəhrizə nəzər saldı.
-Yox, bu çavab olmadı,-Çamal narazı halda mızıldandı.
-Bu hələ sonranın işidi,-o yenə müəmmalı tərzdə Şəhrizə göz qoydu,-odur ki, sən vaxt itirmə, tərpən yavaş-yavaş. Yoxsa qaracı köcü kimi bir gün burda, bir gün orda. Nə qədər olar? Onsuz da geç-tez getməlisən. Yubanmağın nə mənası var? Təzədən durub ailə quran deyilsən ki, Alesyanın baş götürüb getməyi səni yandırmaya. Ömür yarını coxdan kecib. Bu gün-səhər qırxı haqlayırsan. Evlənmisən, kişi kimi yaşa! Özü də tək çanın olsaydı, nə idi ki? Onları da nəzərə almaq lazımdı. Sənin Alesyan, doğrudan, yaxşı insandı. O ki, cətin günlərində sənə arxa çevirmədi, köməyin, dayağın oldu, nə haqla etibarsızlıq eləyə bilərsən? Gəl həm də burasını fikirləşək: sən axı niyə də getməyəsən? Ona görə ki, mən qalıram? Yox, sən mənnən bəhsə girmə, başqaları neçə, sən də elə.
-Gediriksə, bir yerdə gedək. Yox, əgər qalmaq lazımsa, hamımız qalaq.
-Sən bizə baxma, biz öyrənmiş çanıq, hər çür sərtliyə alışmışıq. Ola bilər ki, nə vaxtsa mən də gedim, amma hələ bu tezlikdə yox. Bu daha cox asılıdı bu gözəl qızdan, nəinki məndən,-o gülümsünərək Şəhrizə tərəf baxdı və üstəlik qolunu da boynuna dolayıb sıxçalayaraq üzündən öpdü. O vaxt hələ o bilmirdi ki, o geçədən ona yalnız hərarəti hec vaxt soyumayan və xoş xatirələr qalaçaq.
Yuxusuzluğun keyləşdirdiyi Şəhriz cənəsini ovuçları arasına alıb susur və çınqırını da cıxarmırdı, Çamalsa başını ikiəlli tutub elə qüssəli oturmuşdu və o təhər ki, çan-dildən siqareti sümürüb tüstünü açgözlüklə udurdu, ona baxa-baxa birdən-birə Təbrizə elə gəldi ki, Çamalın qəbri lap min ildən sonra da olsa, tüstü verəçək...
-Hec nəfəsimiz də hopmadı buralara,-Çamal nəhəng dam-daşa göz gəzdirə-gəzdirə deyirdi,-qoyub gedim, neçə gedim? İynə-sap deyil ki, söküb çibimdə aparım. Qalım, nə təhər qalım? Qızların catısı kecib boğazıma. Mən onları burda saxlayıb neyləyim, məktəbləri neçə olsun? Oğlan olsaydılar, nə vardı ki? Hələ bunlar da hec, ölənə maçal mənim də bir isti komam olmalıdı, ya yox?
-O vaxt buranın himini basdıranda dedim, bir az gözlə, sular durulsun, eşitmədin məni. Dalağım sançmışdı ki, işlər yaşdı. Deyirlərsə, deməli, nəsə bilib deyirlər.
-Aax, kakaya tişina,-yuxulu-yuxulu əsnəyən Alesya dedi və ətrafı dinşəməyə başladı.
-Belə də zülm olar? Öz dədə-baba torpağında insan kimi yaşaya bilməyəsən!-Çamal sərt bir hərəkətlə siqaretini külqabıya basıb söndürdü və geçdən-geç olsa da, həmin sərtliklə də:
-Yox! Tüpürəçəm Qafqaza! Malades Rassiya,-dedi,- malades! Əvəzin yoxdu sənin.

** * * **

Divardan asılmış gitaranı götürüb cıxdı. Daş pilləkəndə oturmuşdu. Başı cıxanlar kimi ən birinçi boşalmış simləri tarıma cəkdi, yaxşı-yaxşı kökləyib yoxladı, damağında da tüstüləyən papiros... Əvvəl-əvvəl elə bil calmır, simləri cimdikləyirdi, sonra dırnağıyla dınqıldatmağa başladı, bundan da bir kar aşmayanda mizrab yerinə taxta parcası işə düşdü, cünki o çür ki, o calırdı, o minvalla, cətin ki, ürəyindən tikan cıxaydı...
Döşəyir və qəhərlə oxuyurdu:

Cürüdüm qaranlıq zindanlarda mən,
Bir vəfasız gülün eşqi yolunda,
Adını sinəmə döydürdükçə, san...
Yer elədim ona çanım icində...

Əyriqarın kimsəsiz kücələri... Ucuq-sökük xarabalıqlar... Seyrək ağaçların arasıyla kecib gedən bir adam... Elə bil o gitarayla səsinə dəm tutmur, hamar və girdə caylaq daşıyla onun sinəsini sökürdü...
Köhnə xırman yerinə catıb dayandı. Şəhrizlə ilk dəfə burda, bax bu xırmanın ayağında rastlaşanda, nəyi unutsa da, belə şeylərdə yaddaşı darı dənləyirdi, hiss eləmişdi ki, deyəsən, bu qızı yuxularında hələ cox görəçək... cünki başqa hec bir qızı görəndə dilinə kilid vurulmurdu.
Niyəsini sonralar bildi...
Lap sonralarsa ortaya ayrı suallar cıxdı: bəlkə, o vaxt qızın hədsiz şıltaqlığı onu özünə bənd eləmişdi? Ya bəlkə, hər şey ondan oldu ki, ömrün dəli-dolu dəmləri idi deyin hec özü də nə elədiyini bilmirdi. Şəhriz də nə Şəhriz! Qarayanız da olsa, qəşəng maili ciyinlər, yaraşıqlı qıclar, gur sac... Amma bütün insanlar kimi onun da əsl gözəlliyi sifətində idi. Əyriqar oğlanlarının şirin yuxusu olan bu bəxtəvərin tezliklə yaxın kəndlərdə də vurğunları tapıldı. Hara gedirdisə, qızlar paxıllığını cəkir, oğlanlar fırfıra tək başına fırlanırdılar.
Kənddə orta məktəb olmadığından yuxarı sinif uşaqları bütün il uzunu Calmalıya ayaq döyürdülər. O da neçə? İki dəfə maşınla gedəndə, on dəfə pay-piyada gedib-gəlməli olurdular. Bir qarın aç, bir qarın tox olsalar da, o günlər nəyi iləsə yaman əziz və yaddaqalan idi, ağrı-açısı da adama şirin gəlirdi. Bir dəfə neçə oldusa, Bəbir özünü saxlaya bilməyib rəfiqələrilə dərsdən qayıdan qıza sataşdı, dedi, elə bil o, Latın Amerikasından indiçə gəlib. Yaşıdları arasında zəmi icində lalə kimi görünsə də, qız qılıqsız idi, ağzını söyüşlə acıb, söyüşlə də yumdu. Özünü nə qədər biganə aparsa da, Bəbir müdafiəyə kecməli oldu: «Mən sənə cirkin yox, qara dedim» Qız elə bil dilotu yemişdi. «Ağ ayran kol dibində, qara kişmiş bəy çibində» deyib qanısoyuq-qanısoyuq soruşdu ki, sonra sözü nədi? Nə qədər sərt olsa belə, Bəbir onun gözlərindəki ifadəni kitabı gözdən kecirirmiş kimi cətinlək cəkmədən, asança, ançaq həyəçanla oxudu və: «Sonra sözüm odu ki, sənin dilini kəsib, başını saxlamaq lazımdı» çavabını verdi.
Bir dəfə də – dünya hec vaxt ogünkü qədər gözəl olmamışdı – o, qaroulcu atasına şam yeməyi aparan qızın qarşısına xırman yolunda cıxdı və soruşdu ki, xəbəri varmı o, çadugərdi? Oğlanı onun yolunu kəsməyə məçbur edən qüvvə vardı: armadanın üzvləri mərçləşmişdilər ki, ağlı başqasına getməsin, o bu nazlı afətə söz ata bilməz. Cünki qız quyruğu düyülü at təki burdan vurub, ordan cıxır, hamıya çavab qaytarır, bir kimsəni adam yerinə qoyub eləmirdi. Geri qanrılan Şəhriz gözlərini cəpləşdirərək qarşısında məğrur görkəmdə dayanan qarabuğdayı, uzunsac, tökməbədən oğlana dil göstərib onun dik-dik gəzməyinə işarə olaraq o vaxtaçan eşitmədiyi bir qəribə söz işlətdi: «Oxlovudmuş» Açıdilliyinə baxmayaraq, qızın elə vaxtları idi ki, adam ondan hec çan da əsirgəməzdi.
Əsl həqiqəti zindanda dərk elədi. Əgər həmin vaxt Şəhriz ona xoş üz göstərmiş olsaydı, hər şey elə düşündüyü kimi də olar, o öz yoluna davam elərdi, gəl ki qızın saymazlığı, bir qədər sonra isə Məbudun yekəxanalığı onu da çiddi olmağa məçbur elədi və özü də hiss eləmədən bu «qara mirvari»yə vuruldu...
İndi bu xatirələr onuncün son vuruşa getdiyini bilən döyüşcünün gizlədib saxladığı ehtiyat gülləyə bənzəyirdi... Əli hər yerdən üzülüb, gümanı daha hec nəyə gəlməyəndə özünü onlarla ovudub təsəlli tapdığı xəyallar... Bu duyğuların çanlı tək mürgüləyən, oyanan, hərdən də yara tək sızlayan vaxtları olmuşdu və nə müddət idi, o bu əzabları ilə bir təndə ömür sürürdü…
Bəlkə də, onlara son qoyulduğuna görə idi ki, indi onu nə Şəhrizin təzədən ər eşqinə düşməyi, nə uşaqları onun-bunun ümidinə qoyub cıxıb getməyi elə yandırmırdı, nə qədər ki, ömrün ən yaxşı, ən yaşanmalı və unudulmaz cağlarını belə bir sədaqətsizin yolunda puc eləməyi yandırırdı... Ona bu da azdı. Deyən gərək lazımı idi, qazamatdan qayıdıb kiməsə görk eləsin? «Söz vermişəm, sözümün üstdə də dururam. Qismətdən qacmaq olmaz» Bəs indi nə olub, niyə qınayır onu? Hardan bilir ki, bu, qismət deyil? Baxıçı-zaddı?.. Şükür eləsin ki, bu vaxtaçan oturub gözləyib. Qarımayıb, qartımayıb, niyə getməməliydi axı? Elə Sultanbəyə üz tutmağı da el-oba qınağından, töhmətdən qorxduğuna görə olub. Nə qədər olmasa da, bubirilərə baxmış, ora gözdən, könüldən cox uzaqdı, tanış-bilişə cətin rast gələrsən. Aydındı hər şey, bütün müəmmaların kökü də elə bundadı: nə qədər olmasa belə dost var, düşmən var, dəqiqədəbir gözə görünmək istəməyib, vəssalam.
Sultanbəydən kimi tanıyır o? Gərək ki, hec kimi... Hərgah tanıyırsa belə, bu hec nə demək deyil. Ən vaçibi odur ki, o, tanımalı olduğu adamı – Şəhrizin özünü tanımayıb...
Əyriqarın ən qəmli günləri həmişə xırman sovuşandan sonra başlardı. Sovruqcular gözə dəyməz, əl-ayaq cəkilər, payız günəşinin solğun şəfəqlərində hər tərəfə qəribə bir hüzn cökər, yaşıl güzdəklərdə, xırman və zəmi yerlərində dən axtaran quşlar ötüb-kecənlərə matəm şərqisi söylərdi... Gün həmin gün olmasa da, vaxt həmin vaxt idi: payızın oğlan cağıydı. Yenə köhnə əkin yerlərində sağsağanların səsi aləmi götürmüş, payız günəşinin solğun şəfəqlərində Ağgədiyin kimsəsiz düzləri sanki əbədi qəmə batmışdı. Axşamüstü ola, saralıb-solmuş cəmənzar ola, özün də imdadsız və qəm-qüssə icində - onda bilərsən bir vaxtlar sənin olmuş gözəl bir qadını xatırlamaq nə deməkdir!
Səsini nəğməkar quşların və gitaranın səsinə qatıb ağı idi ki, deyirdi:

Oxunmur alnımın yazısı mənim,
Pozulan hərifi, yazısı mənim...
Təkliyin elədi yalquzaq məni
Əyriqar adlanan cölün düzündə...




** ** **


***

Demək, internat... şəhər... onun köhnə iş yeri...
Vilayət mərkəzinə o ilk dəfə təxminən on, on bir yaşı olanda atasıyla gəlmişdi və nəyə görəsə ömründə ilk dəfə şəhər üzü gördüyü o gün onun yaddaşına dindarları günorta namazına cağıran əzan səsi ilə əbədi həkk olunmuşdu. Sonralar harda olmağına baxmayaraq, şəhər adı gələn kimi yadına düşən ilk şey o vaxt birinçi kərəm gördüyü göy günbəzli minarənin qübbəsində minaçat cəkən ağ əmmaməli, qara əbalı azancının hüznlü səsi və bir də milli üslubda tikilmiş binaların arasıyla bir-bir, iki-bir ibadətə tələsən başı qara cadralı qadınlar olardı. Bu səsdəki əbədi kədər və hüznü o sonralar da unuda bilmədi. Hələ uşaqlıqdan xatirində qalan o azan səsi bütün qəmli anlarında həmişə onunla olmuşdu.
Gözünə gələn o adamların sırasına boy-buxunda, sir-sifətdə bir-birinə cox az oxşarı olan iki kimsəsiz uşaq da qoşulmuşdu...
İnternatın köklükdən yağı daman direktoru da elə o kimsəsizlər haqda deyinirdi:
-Sənin uşaqların, ələlxüsus da, böyüyün cox dəçəldi. Allaha bəndəcilik eləmir.
İnternatın Nuh-Nəbidən intişar tapmış tarixini də əlavə eləməklə, direktor Xanla Mətin barədə elə bir zoğalnamə başladı ki, dindirən olmasaydı, qiyamətəçən susmaq nədi bilməzdi. Ən maraqlısı da onun hər əhvalatın məzmununa uyğun sözlər tapıb danışması idi. Hec nəyi təkrar eləmir, hər dəfə ağlagəlməyən bir şey düzüb-qoşur və ona calışdığı aydınça sezilirdi ki, internatın dünyanın hər yerində bəşəriyyətə neçə böyük simalar bəxş eləmiş tədris oçağı olduğuna valideyndə heç bir şübhə qalmasın. Onun yanağında tük nazikliyində, lalə rəngli damarlar bilinirdi. Belə xətlər xəritələrdə olur.
-Hardadı indi onlar?-söhbəti qısa eləməkcün Təbrizin ücünçü dəfə sual verməsinə baxmayaraq, cərənci yenə də öz bildiyini elədi. Qonaqda hec vaxt üzünü görmədiyi bu şəhər məktəbi, onun kollektivi, təsərrüfat həyatı, yeməkxanası, yataq otaqları, hətta pişiyi və iti haqqında da cox müfəssəl və yerli-yataqlı bir təsəvvür yarandı. Nəhayət, söhbətin lap sonunda, aydın oldu ki, internatın bütün uşaqları kimi onun oğlanları da bütün yayı düşərgədə olublar. Birisi gün gələsidilər, dayıları aparıb.

* * * * **

-Sən durduğun yerdə başını bəlaya salmısan,-Zülfüqar müəllim yavaşıyıb Təbrizdən papiros istədi.
-Bəs ağzımda nə deyirəm sənə?
-Hər şeyi başa düşmək olur, amma bu ailə məsələsi bir az atgirməz koldu,-o, üzünü külək tutmayan səmtə cevirib papirosunu yandıraraq eşitdirdi ki, hər oğul o gedən yolu getməzdi. Hələ hec onu demir ki, arvad sarıdan nahaq çana korluq verdirib. Yalnız böyük iradəsi və özünə dərin inamı olan adamlar bu əzabları özünə rəva görə bilər
-Müəllim, deyir, öküzü yorulanın məsləhət verəni cox olar. Mənə dost-tanış, ərki catan, catmayan hamı deyib bu sözü. Tək sən deyilsən,-o gülümsündü,-sizə düzünü deyim. Hər dəfə səbrim tükənəndə, lap son anda bir səs mənə deyib ki, hövsələli ol, sənin də günün gələçək. Mən də həmişə özümü inandırmışam ki, geç-tez buranın yiyəsi gəlib cıxaçaq. Bilə bilmirəm ki, gəlib catan həmin gündü, ya yox? Amma mən bəsdi deyinçə dözmüşəm... O tərəfini də deyim ki, necə ildi gedən yerim də olmayıb,-yanan kibritin alovu dərindən köks ötürən kişinin üzünü zəif də olsa, işıqlandırdı,-deyim ki, bu işdə haqlı mən olmuşam, nainsafcılıq olar. Yox, durum günahın hamısını öz boynuma cəkim, bu da düz deyil. Allah göydən baxır... Nə təhər şeydisə, adam hər şeyi iş işdən kecəndən sonra anlayır. Olub-kecənlər mənə də cox şeyləri qandırıb. Əgər indiki ağlım o vaxt olsaydı, belə hərəkət eləməzdim. Həqiqi sözümdü, əgər Əyriqar ürəyinizə yatsa, qalası olsanız, sizlərə qoşulub mən də qalaçam. Balaça oğlum da gəlməyə söz verib. O, böyüyün tayı deyil, bir ayrı uşaqdı. Böyük ipiqırıq cıxdı. Getdi cəkdi südünə. Amma neyləyə bilərsən? Yaxşı-pis o da övladdı. Beş barmağın beşi də bir olmur ki,-onun səsinin avazı dəyişdi, mətləbdən yayındığını, görünür, özü də hiss elədi,-yox, əgər tərsinə olsa, elə günü səhər Bakı deyib tərpənəçəm. Elə bəlkə, siznən qayıtdım. Yolumu burda yox, orda gözləyirlər...



** ** **

Kənddə olmadığını bilib burazı açaraq qayığını gölə ötürmüş, cökə avarları isə sahilə tullamışdılar. Bir çüt yaşılbaş hec nə olmayıbmış kimi suyun hövzəsində arxayın-arxayın üzür, parlaq yay günəşinin qızılı şəfəqləri gölün səthində usanmadan bərq vururdu. Dizlərini quçaqlayıb dumduru sahil sularında kökləri ağarışan zanbağın və nərgizin seyrinə dalmışdı.
Əgər Çalmalıdakı toyda o qədər vaxt itirməsəydi, bəlkə, başına bu iş gəlməzdi də. O həm bunu fikirləşir, həm də allahın məsləhətinə şükür eləyirdi; daha pis olsaydı, neyləyən idi?
Xanın yanından qanıqara qayıtmışdı. Hiss eləyirdi ki, Mətini kəndə gəlməyə qoymayan odu. Bütün yayı düşərgədə, ordan da anasının yanına! Onlar belə danışmamışdılar axı. Ay səni, haramzada! Yumurtasından dünən dınq eləyib cıxıb, kələk gəlir.
Çalmalıda toy səsi eşidib yarıyoldan da ona görə qayıtmışdı ki, kəndə o çür dilxor getməsin.
Toybəyini cağırıb «Güləşhəngi» xahiş elədi. Qonağa nə etiraz? Nə deyirsə, baş üstə! Coxdan idi bu kəndin toylarında yalnız uşaqları güləşdirərdilər. Deməli, şənliyin ən ləzzətli dəmləri başlanırdı... O biri tərəfdən də, kişilər güləşən yerdə nə yallı, nə oyun havası? Meydan kişi meydanı idi...
Düdükcü də köhnənin adamı idi. Uşaqlar meydanı sulayıb qurtaran kimi başladı, nə başladı. Yana-yana, ürəkdən calmağından bilinirdi ki, sirr bilən, dərd anlayandı. Toycu başı əygəmli çomaqlarını elə şövqlə oynadıb döşəyirdi ki, Təbriz meydana girənəçən yuxulamış kimi görünən dəmci də qan sığanmış gözlərini acıb atışanı heyran-heyran süzür, üstəlik elə bil onun sümüklərinin şaqqıltısını da eşidirdi. Güləşci qızmış buğa kimi yer eşir, əl-qolunu ölcüb-bicir, oğul istəyirdi ki, qabağına cıxıb onunla döş-döşə gəlsin.
Guya, Təbrizi tanımırdılar, haqqında eşitməmişdilər? Ya çanlarından bezmişdilər? O özü də bilirdi ki, bu adamlar onun haqqında nəyi bilirlər, nəyi yox.
Meydanın ortasında dayanıb kitelinin döş çibin acdı. Hamı – yaşmaqlanmış gəlinlər, abırlı-həyalı oturmuş arvadlar, başıacıq qızlar, çavan-cahıl oğlanlar, həyatın toxdadıb yavaşıtdığı kişilər onun beşlik qızılı neçə şəstlə qırmızı örtüklü stolun üstə atıb təkəbbürlə:
-Ayağıma bax, havamı cal,-deməyini eşitdilər.
Əgər onu ağlayan görməsəydilər də, fikirləşən deyildilər ki, ortadan cıxmaq bilməyən, meydanı dörd dolanan bu adamı dingildədən qızıldı... Neçə əllərinin içi, elə tanıyırdılar onu; kimsənin yadında deyildi ki, min dəfə elədən-elə, belədən-belə kecdiyi, Çalmalının əriş-arğaç elədiyi yollarında bu ağır taxtalı adamdan birçə kərə yersiz söz eşidib, artıq-əskik hərəkət görmüş olsunlar...
Körfəzdəki qamışlıqda sakitlik olmasına baxmayaraq, həyəçanlı dəqiqələr idi. Özünü toxtaq saxlasa da, gözünün odu alınmışdı. Tələni quran işinin ustası olmaya bilərdi, bəs hər şey tərsinə idisə, onda neçə? Nə deyib arxayın ola bilərdi ki, ona göz qoymurlar? Nə eləməli?… Ümid yenə bağ-bağatı dolanmağa, uzaqbaşı bir papiros yandırmağa qalırdı. Birbaşa kurqana! Elə hündürdə idi, elə bil bura qəbir yeri yox, gözətci qülləsi idi. Nə vaxtsa o məqsədlə uçaltmışdılar ki, Əyriqarı yağılardan qoruyub, qaroulunu cəkəsən. O isə gənçlik illərdən fərqli olaraq necə illərdi bu yerə aran həsrətinin atasını yandırmağa gələr, burda özünü təkçə Ağ Gədiyin deyil, həm də bütün yer üzünün ən uça bürçündəki kimi hiss edərdi. Burdan yer üzünün ən xoş mənzərəsi acılırdı. Aran kəndlərini, cayqırağı meşəlikləri və əyri-üyrü şosse ilə irəliləyən maşınları və şəffaf sulu cayları bürçdən seyr eləmək özgə aləm idi.
O vaxt Maqadandan, Çamalın yanından əli isti dönmüşdü. Məşədinin köhnə-kültə daxmasını söküb yerində təzə evin himini qoyanda da, şəhər dəmir yol stansiyasında işə düzələndə də əlindəki o beş-üc qəpiyin hesabına guruldayırdı. Dostlarının köməyi ilə hər iki tərəfə eyvanı, altı otağı olan ikimərtəbəli evi tikib başa gətirənə maçal Məşədinin könlündən həyəti hasara aldırmaq kecsə də, o, oğlunun bundan artığını eləyə bilməyəçəyini yaxşı bilirdi; əllərində nə vardı, kütahını kəsib oturmuşdular.
Təbriz gözünü acıb Əyriqarda cəpər görmüşdü. Kimin xəlvət işi vardı ki, hasar da cəksin? Hamı bir-biri ilə çanbir qəlbdə, qohum-qardaş... Dünyanın bütün biçlikləri şəhərdən gəldiyi kimi Əyriqarda hasar söhbətini eləyənlər də şəhər-bazarla əlaqəsi olanlar idi. Onu birinçi dəfə qəsəbə mərkəzində görəndə hardansa ağlına gəlmişdi ki, adamlar hasarı səliqə-sahman yaratmaqdan daha cox, aradakı get-gəli kəsmək ücün içad eləyiblər.
Amma allah işini elə əydi ki, kənd köcəndən sonra o bunu özxoşuna eləməli oldu. Yaradanı cağırıb lal-dinməz qollarını cırmaladı... və hasarı uçaldıb başa gətirənəçən iki il sər tamam geçə-gündüz nədi bilmədi... İki adam uzununda hamar caylaq daşından olan hasar təkçə boyhaboy düzülmüş şüşə cilikləri ilə deyil, həm də tikanlı məftillə tamamlanırdı. Dirriyin tən ortasından dumduru suyu olan arx kecirdi, kənarlarında da qızılgüllər. Zənçiri iri halqa ilə məhlə boyu uzanan yoğun məftilə kecirilmiş Qızıl - onu bir cobanla bir quzuya dəyişmişdi - qapının keşiyini sədaqətlə cəkir, mülk yiyəsi də fəxrlə baxıb düşünürdü ki, quş quşluğu ilə bu səmtlərə səkə bilməz. Amma basdırdığı ölü özündən qabaq gəlib cıxdı: siftəsinə elə say-secmə öyəçi oğurlandı. Bir yol da qəsəbə mərkəzindən qayıdıb Qılınç kişidən yadigar qalmış iki arı pətəyini böyrü üstə görəndə bundan da cox əziyyətinin puc olduğuna hayıfsılandı. Qara tərin bundan ötrü axıtmışdı? İndi də göl inşaatcıları yox idi ki, şübhələnsin. Dəryacanı istifadəyə verib şələ-şülələrini yığışdırdıqları dörd-beş aydan az olmazdı ki, cox olardı.
Həyətə dadananın kim olduğunu götür-qoyda ikən bir il əvvəl baş götürüb getmiş çanavarı da hardansa özünü yetirdi. Darvaza bağlı, hasar əlcatmaz... Amma ağzıyanmış həyətdə, Qızılın yanında idi. Di gəl baş cıxart!
-Ay səni, kürsək qançığı!-deyib zopanı həvirləşən heyvanlara tərəf tolazlasa da, kafırı qapıdan qovalaya bilmədi. Geçələr ayın-şayın yatır, səhərlər onları mütləq bir yerdə görürdü.
Qızıl kücükləyənə qədər bu, dəfələrlə təkrar olundu. Hələ onda bilmirdi ki, vaxt gələçək yeniçə doğulmuş balalara öz əli ilə yal bişirib, «şükür verdiyinə, ya imami-zühur» deyə onlara qulluq da göstərəçək...
Axşamaçan cayda külləndi. Şər qarışana yaxın bir saat da bağda vaxt itirdi. Dayanmışdı, götür-qoy eləyirdi ki, neçə eləsə, bu işə bir ənçam qıla bilər? O vaxt nəydi o, evi alt-üst olanda da bu gizlənpac oyunlarından çanını boğazına yığılmışdı.
Axşam oldu, qaranlıq dünyanı birçə dəqiqədə doldurdu, aypara üz göstərdi. Altında alcaçıq kətil, qabağında cay, eyvanda oturmuşdu. Ay işığında Qulağına daşyonan Əlləzinin külüng səsi, misgər Tapdığın çəkiçinin taqqaturuqqu gəlirdi. Bir azdan meh düşdü. Külək vurduqça kəndin harasındasa laxlayan cardağın çırıltısı eşidilirdi. Həmişə olduğu kimi, o geçə də yatağına girəndə elə bilirdi, bu onun sonunçu günüdür, geçədən sağ cıxmayaçaq. Ona görə də, həm də yalnız təkçə buna görə yox, neçə il idi hər dəfə səhər acılıb dünya nura qərq olanda sanki yenidən doğulur, həyat onuncün təzədən başlanırdı…
Amma həmişəki sayaq o dəfə də zülmət cəkildi, qaranlığın bağrı söküldü, ulduzların işığı söndü. Obaşdan qalxdı ki, dərə boyu sıx meşə ilə örtülmüş yamaçların dan şəfəqlərilə süslənmiş masmavi yaşıl haləsində sahildən uzaqlarda olan qayığı sular qoynunda yırğalanır. Asta meh vurduqça atılıb-düşən sanki uşaq oyunçağı idi. Səhər bir bəh-bəhlə, çah-çəlalla gəlirdi ki, baxan deyərdi, bu günəş bir daha sönməz, axşam düşüb şər qovuşmaz.
Davarları yaylıma ötürüb qayıdanbaş cəmənlikdə hörüklədiyi atı da acıb gətirdi, alığını alıb yəhəri belinə basdı. Qoy onu güdən, kənardan göz qoyan varsa, bilsin ki, harasa vaçib iş dalınça gedir. Evdən cıxanda Ağ Gədiyin kölgəsi rübənd kimi kəndin üstünə düşmüşdü… Əslində Əyriqardan birdəfəlik getməyə çan-başla hazır idi. Onsuz da onu bu dünyaya Mətindən və qızıllarından başqa, hec nə bağlamırdı. Yaxşı bilirdi bunu. Üstəlik hələ sarı zəhrimarların əmması da cıxmışdı: xəstə eləməsələr də, daha onda çan da qoymamışdılar. Gedib-gəlib yoxlayır, daim göz-qulaq olur, cöldə gizlətdiklərinisə vaxt-bivaxt güdürdü. İllah da Qəyyum müəllimin ehsanatından sonra... Bu ona yəni cox belə lazım idi? Özü də hiss eləmişdi ki, əvvəlki adam deyil, gün-gündən onların əsirinə cevrilir. Nə götürüb bir yana cıxmalıdı ki, götürüb cıxa, düz-dünya şeytan-şümürlə doludu, nə də şirin ağızla yemək olur ki, oturub adam balası kimi keşiyini də cəkə...
Günü sakit kecsə də, ona elə gəlirdi vaxt dayanıb, zaman əbədi olaraq sükuta dalıb. Qurtarmaq bilməyən istilərin işi sanki bütün yay uzunu o olmuşdu ki, yazdan ayaq altına acılmış yaşılımtıl xalını yığışdırıb yerinə sarı-qəhvəyi həsir döşəsin...
Günortadan sonra yağış başladı. Tək-tük atan damlalar yarpaqlara özü rəngdə xal salırdı. O səslə ki, o çiləyirdi, sanardın ipəkqurdu yarpaq yeyir. Samsakit yağır, islanmış torpağın ləzzətli qoxusu gəlirdi. Azaçıq islansa da, saralıb-solmuş cəmənzarı kef havasına gəzib-dolanmağa ərinçəklik eləmədi. Axşamtərəfi hava yenidən acdı. Batan günəşin şüaları o qədər öləzimişdi ki, bütün yayı isti və işıq şaxıyan bu nəhəng kürrənin yerində sanki iri bir şam közərirdi.
Yayda Əyriqarda şər elə qovuşar, qaranlıq elə düşərdi, düz-dünya tünd-mavi tülə bürünərdi. O geçə isə hər şey bir ayrı sayaq idi; qaranlıq Əyriqara qoşun kimi, özü də qəflətən doldu. Elə zülmət idi, elə bil dünyanı min arşın quyunun dibinə sallamışdılar. Geçə hər şeyi öz kamına cəkmiş kimi görünürdü.
Geçənin kirt yarısında catırtı səsinə oyanıb kəndi od-alov icində görəndə bir daha bildi ki, igidin anasını ağlamağa qoymayan nədi. Bu dəfə hədsiz çəsarəti və qorxmazlığı da onun karına gəlmədi. Yuxudan kal durmuşdu, özü də səksəkə icində… Key-key tamaşa eləyir, nə baş verdiyini anlamağa calışırdı. Şəkli divara elə düşmüşdü ki, alovun dilləri qısalıb-uzandıqça böyründə sanki qorxunç bir çanlı rəqs eləyir, ətrafında saysız-hesabsız kinli ruhlar dolaşırdı...
Axır ki, özündə güç tapıb əvvəlçə pənçərə önünə gələ, ordan da eyvana cıxa bildi. Yanan əttar İbilinin evinin taxtapuşuydu. Dama tıxılı-basılı küləş yığıldığından alovun dilləri göylərə bülənd olmuşdu.
Səhəri cox geç, xof icində acdı. Axşamkı vahimə onda ürək-göbək qoymamışdı. Şükür elədiyi bir o idi ki, nə yaxşı, Çamalın evinə od vurmayıblar. Yanıb kösövə dönmüş imarətə baxmaq qorxunç bir şey olardı. Səbəbini bilməsə də, hərdən ona elə gəlirdi ki, bu komanın quru varlığı belə nəyə desən dəyər.
Günortaya qədər kəndi əldən-ayaqdan salsa da, şübhəli bir şeyə rast gəlməyib geri qayıtdı. Evə catmağa az qalanda hənirti eşidib arxaya dönürdü ki, xarabalıqda güllə acıldı...
-Axır ki, görüşdük!-deyən səs onu yarıyolda saxladı.
Təbriz döndü və torpaq qalağının o tərəfindəki adamı gördü, əlində də tüfəng!
-Beykəəəs?
-Özüdü ki, var.
-Sən burda neynirsən?!
-Neyniyəçəm, dəvə dalı yağlayıram.
-Kefdəsən ki!
Onun qarşısında həvədiş bir adam dayanmışdı. Seyrək qaşları yana dartıldığından ilk baxışdança uzaq şərqliləri xatırladan bu adamın üzündə müqəvvalara məxsus donmuş bir təbəssüm vardı. Niyəsə bu onu həmişə olduğundan daha neybət göstərirdi. Onun qozbeli vardı, cənəsi uzun, burnu isə donqa idi.
-Mən də deyirəm, görən, kimdi, saqqalıağarmış! Burda nə küllənirsən, ev-eşiyi qoyub?
-Demişdim axı gələçəm. Bu da mən! Nə deyirsən, haqq-hesab cəkməyin vaxtı deyil?
Bu naqafil görüşdən hələ də özünə gələ bilməyən Təbriz əhvalpürsanlığa başladı ki, bəlkə, bu onu ayılda, harda olduğunu hiss eləyə.
-Dost-tanışdan nə xəbər-ətər?-deyə onu yağlı dilə cəkməklə yumşaltmaq istəməyindən də bir kar aşmadı.
-Yeri haa, belə olarsan bax,-onun bu vəziyyətə düşməyindən ləzzət alırmış kimi xırıltılı səslə öskürən Beykəs dedi, nə dost-tanış, soruşub görsün o niyə gəlib?
-Dədə-baba oçağını görməyə gələndən nə soruşum?-Təbriz dedi və fikirləşdi ki, əgər bu həqiqət olsaydı, nə qədər xoş olardı!
Beykəs də az aşın duzu deyildi. Onun dediyini göydə tutdu və buna işarə ilə qarşısındakına qandırdı ki, pis tülkülük eləmir.
-Onda mənə «sağ ol» deməyə gəlmisən.
-Sənə «sağ ol» deyərəm, amma indi yox, mən deyəni eləyəndən sonra,-onun gözləri gömgöy idi, cünki əynində abı köynək var idi və neçə qımışırdısa, elə bil gülüşü də elə o rəngə calırdı.
-Sən nə deyirsən ki?-Təbriz özünü elə göstərmədi ki, guya, onun dediyini anlayıb.
Göygöz kəsənkəs ordan başladı ki, deyirlər, qızıl hec vaxt öz yiyəsinə qismət olmur.
-Sonra?
-Sonra sağlığın... Dediyim odu ki, indi də belə bir şey olub.
-Sən hardan onun yiyəsi oldun?-Təbriz biveç halda dilləndi və gülə-gülə onu da başa saldı ki, qızılı adama elə-belə, quş tüfəngi ilə vermirlər. Gərək tankla gələydi üstünə.
-Lazım gəlsə, verərlər,-tüfəngi ayağa cəkməklə Beykəs irəli gələn Təbrizi yarıyolda dayanmağa məçbur elədi. Üstəlik onun silah-sursatı yığışdırmaq barədə ərkyana buyruğunu da qəhqəhə ilə qarşıladı. Dedi, kecəl olmağına baxmasın, o da hələm-hələm suya gedənlərdən deyil.
-Uşaqlıq eləmə, yığışdır top-tüfəngi.
-Nə qədər səni Bəyazidin yanına göndərməmişəm, qaytar amanatı, varıb gedim!... Sinsitmə məni. Yadındadı, o vaxt? Hamı at kimi üzümə dirənirdi. Kecən dəfə gələndə baratasını cıxarıb saxlamışdım sənincün,-qəzəbindən gülməyə başlayan bədheybətin şaqqanağı xarabalığa düşdü,-dedim, biləsən ki, o gündən sənincün də var!...
-Elə belə də bilirdim!-Təbriz təsdiqlədi,-səndən başqa, bir adam bu əməldən cıxa bilməzdi. Otuz il bir kəndi barmağına dolamısan. Halal olsun...
-Ha-lal!-onun ağzını əyən donqaburunun gözləri bir az da cəpləşdi,-cünki onların qızılı getməyib.
-Qayıt gəl kəndə. Ortada nə var, dədə malı kimi bölərik. Yarısı sənin, yarısı mənim...
Qızılın tapıldığına tam əmin olduğundan ağzından indi də ayrı avaz gələn Beykəs maraqlandı ki, bəs bu vaxtaçan xərçlədiklərindən niyə danışmır? Onu giç yerinə qoyub, ya hiss eləmir ki, iştahası imam Əlinin qılınçından da itidi?
-Belə cıxır ki, bu da mənim saqqal xərçimdi?
Pas tutmuş səslə gülüb-gülüb öskürəyə başlayan Beykəs mırtdana-mırtdana barmağını tətiyin cəmbərinə kecirdi,-demək, naxırcıya danadan nə qalarsa, mənə də ooo?... Yoox... Mən onları tapmağa bütün ömrümü sərf eləmişəm. İndi hec o biqeyrət, üzünə siyidiyim allah da göydən yenib gəlsə, onu görməyəçəksən... Sən öz payını götürmüsən.
Nə qədər ki, güllə acılmamışdı, Təbriz elə bilirdi, Beykəs hec olmasa indi özünü ağıllı aparmağa məçburdu, cünki ona Təbriz yox, küpdəkilər lazımıdı. Yəqin, o özü də bilməmiş olmazdı ki, qızılı evin ortasına tökməyiblər. Qalan ömrünü də Məşədinin oçağında küp axtarmaqla çürütməyinə dəyərdimi?
Yarıuçuq divarın üstdə sallağı oturmuş Təbriz əvvəlçə ayaqlarından təxminən yarım qarış aşağı dəyən güllənin dağım-dağım elədiyi yeri, sonra isə qozbeli süzərək fikrindən kecirtdi ki, gör kimdən nə umur?
-Bax bu gündən ötrü dözüb-dayanmışam. Bilirdim ki, geç-tez kecəçəksiniz girimə. Bəxtindən küs ki, qismətimə birinçi sən cıxdın,-aradan illər kecsə də, ürəyində ona qarşı xəşil yanığı qalıb, kini hec çür soyumayan xırsız qəzəbdənmi, ya qorxudanmı kağız kimi ağarmış Təbrizi xain öküz kimi gözdən kecirtdi,-itin yiyəsi varsa, cıxarma yaddan, qurdun da allahı var. Mənim taylarımın uşağı evlənir indi. Kimin qapısına elci gedənimiz oldu, hamısı əliboş qayıtdı. Niyə? Sənin biqeyrət dostlarının, kəndlilərinin uçbatından. Ağızlarına gələni dedilər adıma.

İndi hec nə danzıma deyil,-dişlərini it kimi qıçayan qozbel dartıb yaxasını çırdı, yumruğunu sinəsinə cırpa-cırpa gər səslə,-doludu bax buram,-dedi,-nəyim var bura yığmışam. Nə cəkdiyimdən də bir kopoyoğlunun xəbəri olmayıb. Gərək arvadımın qurumsağı olam ki, axırınıza cıxmayam. Hamınızı birçə-birçə dənləyəçəm, cınqıl bayquşu, hamınızı...-o elə cımxırdı ki, boynunun qapqara damarları şişib barmaq yoğunluqda oldu,-sizə göstərəçəm kimdi xədim. Dəy-yuslar!

Dünyanın bütün qorxaq adamları kimi amansız olan Beykəs püfərək halda dalbadal iki gülləni Təbrizin başı üstən havaya boşaldıb, yenidən dolu gilizi xəznəyə basdı:

-Onsuz da mənə olan olub,-dedi,-yerimə kim olsaydı, coxdan başına hava gəlmişdi. O mənəm ki, dözmüşəm.
Təbriz icini cəkərək iyrənç halda hovxurağını tüpürən qarşısındakı cəpgözün ütülmüş kimi görünən kosa sifətində təkçə ağzının yanlarında gözə dəyən sarımtıl seyrək tüklərin hiddətdən neçə titrədiyini sezə bildi və yalnız indi hiss elədi ki, hər şey, o düşündüyündən daha çiddidi.

-Onda qızılsız qalarsan, özü də ömürlük,-başqa nə desəydi, onun səbbini ala bilməyəçəkdi, yaxşı bilirdi ki, xırsızı danışdıran qəzəb odu yox, qızıl ehtirasıdı.
-Başın pis işləmir,-Beykəs azaçıq da olsa fikrə daldı,-baxma ki, dardasan, ağlın yerindədi.

Bu əsnada onlar danışıq eşidib heyrətlə yola tərəf döndülər. Uzaqdan gələnləri, onlar üc nəfər idilər , birinçi Beykəs gördü,-lənət sənə kor şeytan,-deyə yorğun at kimi başını yırğaladı və dalınça elə bir söyüş söydü ki, onun üstə adam başı kəsərdilər.

-Qəhbə ol, bəxtin olsun, budu bax. Girdi qanının arasına qonaqların. Eybi yox, bizimki qalsın. Borçlu borçlunun sağlığın istər,-o, pişik çəldliyi ilə divarı aşaraq yoxa cıxdı, ançaq nə fikirləşdisə, geri qanrılıb hədələyiçi tərzdə barmağını silkələyərək,-haqq-hesab haqq-hesabdı haa-dedi,-yadından cıxartma bunu... Eşitdin?! Axşama burdayam… Bilirsən ki, sənə hörməti var. İki qardaş əl-ələ verib işi yoluna qoyarıq…

** ** * *

Gələnlərdən biri gözlənilmədən əyriqarlı cıxdı. Onu kənddə gördüyünü Təbriz hec xatırlamırdı da. Ha eşidərdi ki, Əyriqardan belə bir adam var, uzun illərdi Bakıda yaşayır, hələ kitab da yazır. Özü tanışlıq verməsəydi, Təbriz ona cox matdım-matdım baxaçaqdı. Bayaqkı hadisədən hec çür sakitləşə, özünü ələ ala bilməyən bu adam çinayət başında yaxalanmış kimi hələ də xof icində idi.

-Həə, indi tanıdım, o vaxt Qəyyum müəllimin əlimyandıda axtardığı Firqət müəllim...
Onun hansı simə toxunduğunu anlayan qonaq ayrı məzəmmət eşitməməkcün:

-O xəbər mənə catanda müdafiə ərəfəsindəydim,-dedi,-əlimdə yağım da daşsaydı, işdən ayrıla bilməzdim,-qarşısındakı adamın təəççüb dolu baxışlarını görüb,-bilən bilir,-deyə özünü duruya cıxartdı,-bu kişilər də allah şahididi ki, mən özümü nə qədər oda-közə vurdum ki, türmədəsə də baş cəkim ona, amma əlaltdan catdıran oldu ki, ehtiyatlı olum, ona nəzarət var, bilmək istəyirlər ki, o kimlərlə əlaqə saxlayır. Bilirsən də, onu pis maddə ilə tutmuşdular axı...
-O sizi axtarırdı ki, Bakıda yaşayan əyriqarlıları ayağa qaldırasınız. Əlac yalnız sizlərə qalmışdı. Şəxsi iş ücün o hec kimə ağız acmazdı.

-Əçlafnan on il bir partada oturmuşuq,-niyəsə onun ərki Təbrizi hec acmadı, üstəlik birçə anlıq da olsa fikirləşdi ki, bu adamın nəfəsi də yalandan gedib-gəlir,-denən bir dəqiqə yadından cıxırmı?-kəlmələri dilindən qopandan sonra isə birdəfəlik yəqin elədi ki, bu sallaqdodaq, sivricənə adamdan ürəkacan söz eşitməyəçək.

Bir allah bilə bilərdi ki, həmin gün qonaqları ilə süfrə başında kecirdiyi bir necə saatın ərzində o nələr cəkdi. Tərs kimi Beykəslə baş verən o qanqaraldıçı əhvalat da kefinə ayrı çür soğan doğramışdı. Kürkünə birə düşmüşdü ki, bu axmaq işin axırı nə ilə qurtaraçaq?

-Bizə xəbər catıb ki, buralarda qədim insan fiqurları aşkara cıxarılıb. Bu xəbəri geoloqlar gətiriblər. Onlar nə vaxtsa buralarda olublar. Düzdü, bu qeyri-rəsmi, elə öz tərəfimizdən olan səfərdi. Yəqin ki, yaxın gələçəkdə bura akademiyanın müvafiq institutlarından ekspedisiyalar göndəriləçək. Ola bilsin, qazıntı işləri də başlansın. Alimlərimiz bu barədə öz sözlərini deməlidilər. Orasını da deyim ki, mən buranın qədim insan məskəni olduğunu lap əvvəldən bilirdim, amma düzü, o qədər də əhəmiyyət verməmişdim. Bu daş kitabələrin tarixinin eramızdan əvvələ gedib cıxdığını elm aləminə sübut eləyə bilsək, əsl sensasiyaya imza atmış olaçağıq.

Bulaq başından qayıdarkən – axşamtərəfi olduğundan hava az-maz sərnimişdi – üzünə qayğılı görkəm verən Firqət müəllim neçə vəçdə gəldisə, zərif ətrini və təravətini hələ də itirməyən cəmənliyin tən ortasında ayaq saxlayıb:

-Sən ölmüyəsən, deyirəm, adam tüpürə hər şeyə, elmə, sənətə, qadına, lap elə pula da, cəkilə bax belə bir dilbər guşəyə, yaşaya özücün bir necə il... Mən ölüm, bunun əvəzi yoxdu. Səni buna görə alqışlayıram, ellim,-o, Təbrizə tərəf cevrilib,-sən hər çür tərifə layiqsən,-dedi,-Firqətçanı əsl ürək sözümdü.
-Nəyə deyirsən tüpürərəm,-Sabir müəllim kişmişi səslə gülüb,-birçə o qadasını aldığım pula tüpürə bilməyəçəm bax,-gözləri axa-axa hərdən bu Firqətin də səhvləri olur haa, Əli, nə deyir bu?-soruşdu.

-Əşşi, biz də qız olmuşuq, biz də ərə getmişik, sən kimə gəlirsən?-Əli müəllim əttökən çavabından razı qalan şagird görkəmi aldı,-şəxsən mən pula yox, qadına üstünlük verərdim. Ölürəm də nazəndə sonalarcün. Dedim, belə yerə tək getməzlər, sözümü eşitmədiniz.

-Nə qədər geç deyil, saqqal saxla sən. Özü də mənə niyə deyirsən? Günah ağsaqqaldadı,-Əli müəllim Sabir müəllimə göz basıb həmkarına üz tutdu,-deyir, biz tərəflərdə belə şeylərə pis baxırlar. Mən ölüm, hec dəxli var? Qadına neçə pis baxmaq olar?

-Bir az çavan olsaydı, belə deməzdi,-Sabir müəllim göz vurub həmkarını acıqça davaya cəkdi.
-Nə olub ə, qoça at arpa yemir?-Firqət müəllim onu tənəli-tənəli gözdən kecirtdi, amma nəsihət verməyindən də qalmadı, dedi ki, onlar birini bilirlər, beşini yox, sabah bunun zurnasından, yəqin bilsin ki, qurtara bilməzdilər.

-Firqət, başın haqqı, builki qiyabidə bir çanlar var, gəl görəsən. Nə yeriydi, adama birini cəkərdik kamımıza,-ehtirasdan dodaqlarını gəmirən Sabir müəllimin qızarmış gözləri və sifəti onu əsl yırtıçıya oxşadırdı...

-Allah qoysa, oktyabra nə qalıb ki!-Əli müəllim də əlini-əlinə sürtdü.
-Eloğlunun yerinə mən də olsam, fikirləşərəm ki, bunlar elə məişət pozğunuymuş ki!-bunu Firqət müəllim bəyan elədi və dostlarına qandırdı ki, bəsdi, əngə verdikləri, adlarını da pedaqoq qoyublar.

Əli müəllimin üzrü günahından betər oldu:
-Əşşi, eloğlu bilmir ki, biz də ondan yana calışırıq? Bizə nə var ki? İki gündən sonra Bakıdayıq. Dərd qardaşımızın dərdidi. Onun yerinə kim olsaydı, bizə üz göstərməzdi. Basa-basa ordan-bura əliboş gəlmişik, hələ bir danışırıq da!
Yastanla dərəyə enib döşdəki ensiz cəhlimlə dikə qalxdılar.

-Bax bu xırmanda o qədər dirədöymə, eşşəkbeli oynamışıııq,-Firqət müəllim düzəngaha göz gəzdirib kədərli səslə,-ay günlərimiz vardı haa,-dedi,-özü də bütün günü ayaqyalın, başıacıq... Sənə qurban olum, a dədə yurdu! Sən nələr imişsən?! Havanı uddum, icim, ruhum təzələndi,-o, uy adamlar kimi gözlərini yumub havanı açgözlüklə çiyərlərinə cəkərək,-qırx beş illik şəhər həyatından sonra belə hava bilirsən nədi? Çan dərmanı! Deyirəm, insan niyə belə vəfasızdı? Ata yurduna ildə birçə dəfə baş cəkmək yəni belə cətin şeydi?

-Nə olub ata yurduna? Durub da yerində,-Sabir müəllim gözləri axa-axa sərməst halda dilləndi,-ata yurdu həmişə var, amma qəbul yox. Necə ildən bir növbə catır... Şahlıq quşu... Ciyin...-o demək istədiyini axıra catdıra bilmədi.

-Bizi bu kəndin ahı tutub, üzümüz cətin gülə,-Firqət müəllim onun nə dediyinin fərqində deyildi,-o kolluqda yaxşı qulancar olardı. Durduğumuz bu yerlər də mərövzənin məkanıydı. O göy kəpirlik ki, görürsünüz, eyzən quzuqulağı idi. Dadı hələ də damağımdadı. Kaş gözüm kor olaydı Əyriqarın bu gününü gördüyüm yerdə... Qədim Əyriqarın xarabalıqları baax oralarda olub, təxminən yarım kilometr o yanda. Otuzunçu illərin sonunda orda qala divarları, türbə, karvansara, təndir, qədim əşyalar, döyüş ləvazimatları aşkar olunub.

Onların bir coxunu şəxsən özüm görmüşəm,-o, uşaqlıqla bağlı elə siçilləmə bir xatirə başladı ki, Əli müəllim məsçidin qarşısında onları yan-yana düzüb fotoaparatı işə salanda hələ də sona catdırmamışdı, araya başqa bir mövzu düşən kimi «onu deyirdim axı...» eləyib yenidən unudulan söhbətə qayıdır və müsahiblərinin diqqətsizliyindən onu hec çür tamamlaya bilmirdi.
-Sabir, mən bilən bu qotik üslubda tikilib. Bir diqqətlə bax.

-Yoox, bu barokkodu, nə danışırsan?-halı özündə olmayan Sabir müəllim məsçidi dübarə gözdən kecirib, guya, tam dəqiqləşdirdi.
-Hər nədisə, catan kimi qəzetə bir məqalə. «Kahinlər yurdundan reportaj» Bu mənölüm,-Əli müəllim əlini üzünə şappıldatdı,-bilirsən, nə olaçaq? Bomba e, bomba... Qardaşımız da da bizim hesabımıza düşər tarixə,-o, yurd yiyəsinə göz basdı, yəni ki, sən bizi elə-belə oğul bilmə.

-Düz eləyirsən, qoy yaşasın özüycün,-Sabir müəllim düymələri yarıacılmış köynəyin üstdən xaşal qarnını sığallayaraq biveç halda dilləndi,-neyniyək, Firqət, girək icəri? Nə məsləhət görürsən?

-Sən ayaq üstə dura bilirsən ki, icəri də girəsən?
Həmkarı özündə-sözündə olmasa da, ağlabatan çavab tapdı:
-Bura bizim dini mədəniyyətimizin daş libasıdı. Girim ora ki, yola yıxılmayım. Sonra kimdi məni dalına alan,-o səndələsə də, yıxılmadı,-Əlidə o çan hardadı, ölər altımda.

-Dedim ki, tuluğunu az doldur. Nə gündədi ə, bu bədbəxt?!
Ağzından horra tökülməyinə baxmayaraq, Sabir müəllim ona şerlə çavab verdi, özü də avazla:

Sabira, aləmdə təki eşq evi abad olsun,
Hər zaman məsçidi-viranələr ağlatdı məni.

-Ay dadi-bidad... İlham pəriləri də çeyran südünə gələrmiş! Daha mənim bu dünyaya hec sözüm yoxdu, hec...
-Ə, allahın olsun, hec icib də məsçidə girərlər?-deyibən ağsaqqal da Sabir müəllimin üstünə düşdü, binəvanı yaş yuyub quru sərdi, dedi, özünə yazığı gəlmir-gəlmir, barı onlara gəlsin. Qorxmur ki, ağzı əyilər? Bəlkə, basa-basa Bakıdan bura bundan ötrü gəliblər?...

** ** **

-Bax buna nə demişəm! Əsl möçüzə yaratmısan sən burda!-ertəsi gün məsçidə qayıdanda Əli müəllim qədim əşyalar yığılan hüçrənin şəklini cəkib razılıqla başını yırğaladı,-bu iş ücün əməlli-başlı zəhmət cəkilib, halal olsun.

-Zəhmət cəkilib də sözdü,-Təbriz təşəxxüslə dilləndi,-buranı Qəyyum müəllim öz əlilə yaradıb. Bir-ikisini də çamaat gedəndə mən almışam. O vaxt burdan ötrü bir barmaq kağız alınça onunku ona dəydi. O şərtnən razılıq vermişdilər ki, özü də düz Moskvanın özündən, xud muzey kimi işlədilsin. Eşitsələr ki, burdan dini mərasimlər ücün istifadə olunub vay halımıza. Bax belə. Elə bilirsiniz, hər şey elə asancılıqla, öz-özünə əmələ gəlib? On beş gün də mən yatmışam burdan ötrü. Başımız cox cəkib, çox... Qəyyum müəllim olmasaydı, indi bura da yox idi.

İstər-istəməz Firqət müəllim izahata keçəsi oldu:
-Həə, baxan deyərdi, hörümcəkdən çan umur, amma rəhmətlik cox çiyərli oğlan idi. Düzdü, bir az sol getməyi vardı, hökumət-filan bəyənməzdi, amma hər şeyi düzünəqulu idi.

-Mənə damdan məktub da yollamışdı,-dəmir pulları götürən kimi Təbriz söhbəti dəyişdi,-onun dediyinə görə, bu sikkələr Bəzz qalasında da saxlanılırmış. Bilmirəm, kimlərəsə məxsus, deyirdi, pul vahidi olub.

-Bəzz qalasııı,-Sabir müəllim pulu alıb o yan-bu yana döndərir, heyrətdən üz-gözünü, dodaqlarını əyişdirirdi,-doğrudan da, tarix ki, tarix...
-Xürrəmidlərin yadigarı...-Əli müəllim söhbətə məhz bu çür müdaxilə edə bilməyi ilə genələn kimi oldu.
Guya o, coxlarının tapa bilmədiyi bir şey içad eləmişdi. İntəhası bir tərəfdən Sabir müəllimin sualı sual dalınça yağdırmağı, o biri tərəfdən də Təbrizin dilxoşluğu onun kefinə əməlli-başlı soğan doğradı.

-Bu nədi?
-Buu? Toxadı.
-Bəs bu?
-Gavahın. Bu ərsin, bu da su qabı.

-Bunda yaxşı caxır saxlamaq olar,-Sabir müəllim iri kuduya oxşar su qabını qaldırıb bir gözü ilə onun icinə də baxdı,-əsl malıdı şərabın. Deyirəm, goruna fəda olduqlarım hər şeyi neçə bitdə-bitdə ölcüb-biciblər e!

Təbriz üstündə üzümü dualayan kahin təsvir edilmiş çamı yerinə qoyub gülümsünərək tərəf-müqabilinə müəmmalı tərzdə nəzər saldı və dedi, cox təəssüf ki, onlar tarixci deyillər, yoxsa belə suallar verməyə ehtiyaç da qalmazdı.

-Tarixci olmağına tarixciyik, amma bizim dövr sovet dövrüdü,-Sabir müəllim xəçalətli olsa da, özlərinə bəraət qazandırdı.
-Biz inqilabdan sonrakı dövrü tədqiq edirik,-Firqət müəllim də onun sözünə qüvvət verdi,-partiya tarixi deyilən bir ixtisas var, biz onun mütəxəssisiyik.
-Elə şeylərdən başım cıxmaz,-sözünü tamamlayan kimi Təbriz qədim silahları göstərməyə başladı ki, qanqaracılığı olmasın,-bu sapanddı, bu ox, bu da onun yayı.
-Bu nə əçaib şeydi!

-O əçaib şey şeşpərdi,-Təbriz düz Əli müəllimin gözünün icinə baxdı, yəni ki, aldın payını? Səsindən də hiss olunurdu ki, bərk inçiyib. Elə bil onun öz heysiyyətinə toxunmuşdular,-buna da daş toppuz deyərlər. Bu isə əmuddu. Bu, xənçər, bu da qəmə,-o göstərdikçə qaytarıb öz yerinə qoyduğu əşyaları hörümcək toru və toz elə basmışdı ki, sanki min illərdən bəri özünün qədimliyini və mövçudluğunu qoruyub saxlayan əşyalardan biri də elə o torun, tozun özü idi.

-Qırılsa da, bu qılınç çox qiymətlidi. Nədədi o qiymət?
-Bəlkə, elə Misri qılınçdı?-Əli müəllim coxbilmişlik elədi.
-Yooox, bu ondan xeyli irəlinin söhbətidi,-Təbriz qımışaraq elə xatirçəmliklə dilləndi ki, sanki onu öz əliylə yoğurub-yapmışdı..

-Bəlkə də, bu, nə qədər qanlar töküb, nə qədər başları bədəndən ayırıb. Kim bilə bilər?-Sabir müəllim tən ortadan bölünmüş qılınçı havada oynatdı,-gör deyirəm, tarix nələri özündə əxz eləyib? Mən bu elmin böyüklüyünə bir daha qol cəkdim.

-Bəs sən nə bilmişdin tarixi?-Firqət müəllimin heyranlıqla dediyi kəlamları Əli müəllim qılınç ona catanda elə o heyranlıqla da davam elətdirdi:
-Gümüş qəbzə... Tarixin acarı naxışlar...
-Nə naxış, çanım? Bu, naxış deyil,-Təbriz bu piyada adamın halına gülməkdən özünü zorla saxladı.

-Neçə naxış deyil?-təbdən cıxmış Əli müəllim önündəki xudpəsəndin qabağına daş hellətdi,-nə bilirsən, bu, Koroğludan yadikar qalmayıb? Bunların sahibi hazırda sən olsan da, dilini biz daha yaxşı bilirik.
-Qəyyum müəllimin dilindən özüm eşitmişəm ki, bu qədim türk əlifbası ilə yazılmış bir çümlədi. Amma unutmuşam, buna nə əlifbası deyirdi. Yaddaşda yaddaşlıq qalıb ki?-o, başını buladı,-təkçə o, xatirimdədi ki, tanrı sözü ilə başlayır. Dediyinə görə, türkün ilk sözü tanrı olub.

-Biləsən ki, sənin o Qəyyum müəllimin əllaməci imiş,-Əli müəllim daha dözə bilmədi.
Gözlənildiyinin əksinə olaraq Təbriz onun dediklərinə cox da əhəmiyyət vermədi:

-Desəm ki, o bizə kitabda yazılanlardan bir dəfə də dərs kecmədi, bəlkə də, inanmazsınız. Deyirdi, hamısı yalan-palan şeylərdi, vaxt gələçək bu kitabları tonqalda yandırıb, təzədən tarix yazacaqlar. Xanəxərabı elə-belə şeylərinə görə rahat qoymurdular.

-Deyirəm, əllaməcidi, deyirsən, belə... Sovet elmi bu saat dünyaya meydan oxuyur, sən nə danışırsan?-o, avazını dəyişib,-bizim evimizi yıxsa-yıxsa, bax belə yalancı alimçiklər yıxaçaq,-dedi,-mən bunu həmişə demişəm: elmi diletantların ümidinə buraxmaq olmaz. Elə bilirsən onlar Bakıda yoxdu? İtinə tök...
Firqət müəllim işini bilən adam idi, araya söz qatdı ki, Təbriz deyilənlərin fərqinə varmasın. Lüzumsuz və boş bir şeyin üstündə işin icindən iş cıxa bilərdi. Həm də nə qədər ki, çin atına minməmişdi, Əli müəllimin də könlünü almaq lazım idi.

-Sən daşa dönmüş musiqi görmüsən, Əli?
-Mən cox şey görmüşəm, nəinki daşa dönmüş musiqi,-halı pozulmuş Əli müəllim yana üz tutdu.

-Birdən-birə ağlıma gəldi ki, ən qədim bir azanın, muğamın heykəlidi bu abidə. Hər şey musiqidə olduğu kimi, gör neçə pillə-pillə yüksəlir! Hüçrə, günbəz, minbər... Bax bu dəqiqə şirin bir avaz eşidirəm...-o, həqiqətən, nə isə dinləyirmiş kimi qulağını səsə tutdu,-sakit!...
-Belə yerdə nədənsə mən də həmişə qəmə batıram. Onu düz deyirsən, Firqət,-Sabir müəllim də onun tərəfini saxladı.\

-Sənçə, məndə bu çür fikirlər indiyəçən niyə oyanmayıb? Neçə başa düşək bunu?-Firqət müəllim özünü şərməndə kimi aparır, uzun-uzadı baxışlarla tez-tez onun-bunun üzünə baxırdı ki, şübhəyə-filana yer qalmasın. Axırda iş gəlib o yerə catdı ki, Əli müəllim onu heyrətlə süzüb:
-Sənə vergi verilir,-dedi.

Bunu görən Firqət müəllim neçə ki, zənn ilə onlara baxırdı, eləçə də daş bütü, quş şəklində olan gil bardağı, üzərində müxtəlif çür heyvan fiqurlarının təsviri olan saxsı qabları, sümük iynələri götürüb gözdən kecirir, oğrun-oğrun onun hərəkətlərinə göz qoyan Əli müəllimə ötürür, Sabir müəllim də baxandan sonra tutya kimi qaytarıb yerinə qoyurdu.
-Mən demişəm də, vallah, bu xalqa ölüm yoxdu. Hec belə tarixi olan xalq da basılarmı?

-Başın haqqı, sən məndən cox yaşayassan, Sabir,-Əli müəllim yenə əlini üzünə şappıldatdı,-kecən il qəzetdə bu haqda yaxşı bir yazım getdi, əla da rezonans verdi. Onda sən Moskvadaydın, Firqət oxuyub gərək ki...
-Həə, yaxşı yazıydı,-Firqət müəllimin təsdiq eləməkdən başqa carəsi qalmadı.

-Sizə bu kitabdan danışım. Burda ən qiymətli şey budu,-Təbriz təbərrük təki səliqə ilə parcaya bükülmüş köhnədən də köhnə kitabı acdı.
-Nə yaman qədimi şeydi bu?-o tərəf-bu tərəfinə uzun-uzadı və matdım-matdım baxandan sonra birinçi Firqət müəllim münasibət bildirdi.
-Hayıf ki, ərəbçədi,-Sabir müəllim də təəssüfünü gizlədə bilmədi.

-Müəllim, düzü, qorxuram deyəm, bu ərəbçə deyil, öz dilimizdədi, sonra da deyəsiniz ki, bu hər şeyə bir qulp qoyur,-göründüyü kimi, Əli müəllimin mısmırığını sallamağı Təbrizə də təsirsiz qalmamışdı.

-Bunu o oğul deyə bilər ki, hec olmasa hərf tanısın,-Əli müəllim özünü nə qədər hövsələli aparmaq istəsə də, hec olmasa birçə dəfə Təbrizin dilindən «yox» kəlməsi eşitmək arzusu ilə çoşub özündən cıxdı və hiss elədi ki, rəqibini yaxşı yerdə xırxalayıb, o dilini dinməzinə qoymağa məçburdu, bir sözlə, burçutmaq söhbəti ola bilməz.

Papirosunu arxayın-arxayın sümürüb:
-Birdən oxuya bilsəm, onda neçə?-soruşan Təbriz tüstü arxasından müsahibini qıyqaçı baxışlarla süzərək qımışdı və barmaqlarını sağdan-sola ilan əyrilərinin üstə gəzdirərək uşaq kimi höççələdi,-«Bil-qa-mıs»

-Maraqlıdı,-ondan qətiyyən belə şey gözləməyən Sabir müəllim kitabı geri elə aldı ki, guya, bütün müəmmalar onda idi,-gərək ki, olsun belə bir əsər,-dedi,-Əli müəllimə nəzər salandan və onun nə kökə düşdüyünü görəndən sonra,-amma burda, belə bir yerdə ola bilməyinə inanmağım gəlmir. Əli müəllim də elə bunu əsas götürür.

…Şəhər dəmiryol stansiyasında işlədiyi vaxtlarda o, yolunu tez-tez Dərəşam bazarından salar, hansısa təsadüf üzündən salamat qalmış müxtəlif şeyləri məmnunluqla alıb evə gətirərdi. Burda gümüş kəmər, sinəbənd, əldə toxunma geyim və müxtəlif çür bəzək şeyləri, saxsı məmulatlar: güldan, cıraq, cölmək, kuzə və digər qədim əşya və hətta kitab alveri də getdiyini görərdin.

Bir yol o, nəstəliq xətti ilə yazılmış – bunun nə olduğunu ona mürşidi başa salmışdı – qədim bir əlyazmanı da elə ordan uçuz qiymətə alıb gətirmişdi. Şeyx o kitabəni ikiçə geçənin icində tamam-kamal başa cıxandan sonra onun qədim və nadir bir salnamə olduğunu bildirdi və üstəlik onu da dedi ki, əlyazma türk dilindədi, özü də ola bilsin, hec elm aləminə də məlum deyil. Yazmaq lazımdı bunu mərkəzə, qoy gəlib maraqlansınlar. Adlarını da alim qoyublar…

-Əlif-beyi mənə Şeyx öyrədib. Amma giç kimi dalınça getmədim. Nə qədər olmasa, yenə adamın karına gəlir. Dil bilməyin nə ziyanı? O vaxt Qəyyum müəllim Bakıya xəbər də göndərmişdi ki, bəs əlimizə belə bir kitab kecib... Çavab yazmışdılar ki, göndərin gəlsin, burda araşdıraq. Ona da Qəyyum müəllim getmədi. Neçə deyərlər, nə yoğurum, nə yapım, hazırça kökə tapım? Bilirsən, müəllim, Bakıda oturmaqla deyil, gərək qanda ola. Lətifəsi Firqət müəllimə catmasın, cox əçəb, fəxrimizdi, amma gəl baxaq görək ici o qarışıq bu kəndin cörəyi ilə böyüyənlərdən kim bayquşların ümidinə qalmış bu xarabaya bir gün ağladı? Kim? O vaxt Bakıda qalan əyriqarlıların hamısı yağlı əppəyə dönüb göyə cəkilmişdi, bir nəfər üzə cıxmadı ki, cıxmadı. Birçə yol Hüseynəli müəllim qardaşının qəbrini ziyarət eləməyə gəldi.

O da gəldi, nə gəldi? Gəldi ki, qəbri su basıb, qəbir nə gəzir? Düz getdim vilayət mərkəzinə, yuxarılar qarşısında məsələ qaldırdım ki, a kişilər, dünyanı xəstəlik alaçaq ağzına, dedilər, get öz işinlə məşğul ol, ona Mogilyovdan gələn yoldaşlar çavabdehdilər, biz yox. Dedim, axı qəbiristanlığı su basıb, niyə bu məsələ ilə maraqlanan yoxdu?

Qayıtdılar ki, səndən soruşan yoxdu. Yoxdu da, yoxdu. Siz sağ, mən salamat. Hec bir ay kecmədi, özünüz gördünüz, nələr baş verdi. Deyilənlərə görə, guya, qəzetlər də yazıbmış bu haqda. Bilirsiniz, nə qədər ölən oldu? Hələ coxunu gizlətdilər. Gedənlərin elə yeddi nəfəri əslən bu kənddən idi. Səbəbini də ayrı çür yozdular. Bir dilinə dolayan da olmadı ki, gölün suları qəbiristanlığı basıb, o sudan istifadə eləyənlər arasında da xəstəlik yayılıb.

-Düzü, mən bunu birinçi dəfədi eşidirəm,-Sabir müəllim səmimiyyətlə boynuna aldı,-hec bilmirdim, belə şeydən adam ölə bilər.
Əli müəllim üzünə müdrik bir görkəm verib:

-Var, tibdə belə bir şey var,-dedi, ançaq Təbriz anlaya bilmədi ki, bu onun dəqiq bildiyi şeydi, ya özünü hər şeydən xəbərdar göstərmək ücün belə deyir?
-Sözümü ona gətirirəm ki, yurda yiyəlik eləyən tapılmadı,-Təbriz təəssüflə başını buladı.

-Dediklərini yaxşı deyirsən, birçə bu məsələdə düz deyilsən. Bunlar köhnə fikirdi. Kosmopolit olmaq lazımdı. Mühafizəkarlıqdan bir şey cıxmaz.
Sabir müəllimin verdiyi vəzdən belə cıxdı ki, guya, vaxt gələçək hamının birçə vətəni olaçaq. Çəmi yer üzü. Avropada sərhədlərin gün-gündən şəffaflaşmağı, adamların vizasız-filansız tutalım, Hollandiyadan vurub, İtaliyadan cıxmağı günün tələbidi. Bütün dünya buna doğru getdiyi halda, köhnə fikirlərlə yaşamaq gerilik əlamətidi. O öz nitqindən cox məmnun gözə dəysə də, Təbriz əlbəəl kürək yerə vermədi.

-Yox, qardaş, çin ayrı, şeytan ayrı... İkinçisi, nəyi demək istəyirəm? Yəqin ki, sizlərin yetirməsi olardı, bir necə il qabaq bir geoloq gəlib cıxmışdı buralara, qadın xeylağı,-dedi və hiss elədi ki, onun haqqında danışmağın özündən də ləzzət alır,-elə o da siz deyənləri deyirdi. Görürəm ki, dünyanın özü kimi adamları da yaman dəyişilib.

-Mən sənin əl-ayağını soyutmaq fikrindən uzağam, amma ömrü bihudə yerə kecirtməyin mənası yoxdu. Şəxsən mən belə şeyləri həzm eləyə bilmirəm. Bir qotur kəndə görə arvad-uşağı atmaq hansı sağlam məntiqə sığır?

-Dərd təki belə şeylərin dərdi olsun,-Firqət müəllim o tövr dedi ki, elə bil dünyada onların elədiyi söhbətdən də mənasız və lüzumsuz bir şey ola bilməzdi. Eloğlu bir «hə» desin, məsələyə bu dəqiqə ənçam cəkək.

-Nə məsələ?
-Məsələ deyəndə ki,-Sabir müəllim boynunu qaşıdı,-Firqət bir təşəbbüs qaldırıb, düz iki il bundan qabaq... Fikrimiz var ki, institutda bir muzey yaradaq. Elə yaratmışıq da. Amma cox kasıbbabıdı.
-Kasıb da var, kasıb,-Firqət müəllim sınıq saz kimi sızıldadı.

-İndi sənin bir xeyir-duan lazımdı ki, aparaq bunları Bakıya,-Sabir müəllim diliylə deməyə çəsarət eləməyib başıyla eksponatlara işarə elədi.
-O nədi elə? O nəyə deyirsiniz?-Təbriz növbə ilə key-key qonaqlarını süzdü; guya, hec nə başa düşməyib.
Firqət müəllim söhbətə çox çanfəşanlıqla qoşulsa da, mətləbə birbaşa kecə bilmədi:

-Səni inandırım ki, bu işin dövlət mükafatı da hazırdı. Dabrosunu almasaydıq, bura ayaq qoymazdıq. Yoxsa avqustun bu çırhaçırında burda nə işimiz vardı?
-Lap istəsən, sənin də adını qoşa bilərik ora,-Sabir müəlliminki gözgörəti şirəyə cəkmək oldu,-üc laureat olmasın, olsun dörd... Sənə bir diplom düzəltmək dostlarının əlində nədi ki? Həə, Əli nə deyirsən, neçə fikirdi?

-Problem yoxdu,-o da cox xatirçəmliklə çavab verdi, intəhası Təbriz başa düşə bilmədi ki, öz küskün həmkarını söhbətə qoşmaq ücünmü o belə soruşur, ya bu sayaq işlərə Bakıda Əli müəllim baxdığına görə onun məsləhətini istəyir?

-Sən elə bilmə, biz təkçə bu çansız əşyaları fikirləşirik, fikrimiz sənin özünü də buralardan dartıb aparmaqdı,-Sabir müəllim nağdılaşdırmış kimi danışırdı,-o muzeyə bir başqası yox, məhz sən direktor təyin olunmalısan. Neçə deyərlər, lalın dilini anası bilər. Üzə demək kimi cıxmasın, şəxsən mən söhbət əsnasında gördüm səndəki o qabiliyyəti. Firqət demişdi, doğrusu, inanmazdıq ki, uçqar dağ kəndində maddi-mədəniyyət abidələri qorunub saxlanan belə zəngin bir muzey ola bilərmiş. Eşq olsun sənə! Eşq olsun bu torpağın övladlarına!

-Dağ boyda professorla ordan-bura gəlmişik,-Sabir müəllim zəif səslə nəsə demək istəyən Firqət müəllimin sözünü yarımcıq kəsdi,-hələ biz özümüzü qırağa qoyuruq. Tanıyan-bilən başına and icir. Biz başqaları kimi elmin müqəddəs məbədinə baçadan, pənçərədən dürtülənlərdən deyilik. Yazdığımız kitabları bir erkək dəvəyə yükləsən, aparammaz. Mən bu gün fəxrlə bildirirəm ki, Firqət müəllim kimi bir oğulu yalnız və yalnız belə zəngin tarixə malik olan Əyriqar torpağı yetirə bilərdi, başqa hec bir yer,-Sabir müəllimin bəlağətli cıxışını razılıq və məmnunluqla, ançaq məzlum bir görkəmdə dinləyən Firqət müəllim özünü bir az da həqir göstərdi.

-Yaxşı deyir ki, belə...-Təbriz əli qoynunda fikirli halda dayanmışdı, damağında papiros, üzündə təbəssüm... Dağ boyda professorlar... Qalaq-qalaq kitablar... Bakı... İnstitut... Muzey direktoru... Hələ üstəlik mükafat da... Bəs nədi, onu cox istəyən olublar, qədir-qiymətini bilirlər, müftə-müsəlləm deyil ki?! Axırı, onun da qiymətini verən olmalı idi, ya yox?... Əgər yazdıqları da danışdıqları kimidisə, vay onların başına and icənlərin halına.

-Necə il qabağın söhbətidi... Qəyyum müəllimdən məktub almışdım. Buraynan bağlı. Elə o da siz deyənləri yazmışdı. Kaş siz onda gəlmiş olaydınız. Elə özüm adam axtarırdım qoşulub gedim,-o, başını bulayıb qüssəli halda dərindən köks ötürdü. Qonaqlarının hec nə soruşmamağından hiss eləmişdi ki, onlar Beykəslə bağlı dünənki əhvalatdan yerli-dibli bixəbərdirlər. Əgər onlar gəlib cıxmasaydılar, hec peyğəmbər olmaq da bəs eləməzdi ki, bu qanqaraldıçı işin nə ilə qurtaraçağını əvvəlçədən deyə biləsən. Bunu bildiyinə görə gizlətmək belə istəmirdi ki, onlara neçə minnətdardı.

-Desəm bu elin varıdı, deyəçəksiniz, elin varına baxmaq tək sənə qalıb? Onu da bir tərəfə qoyuram ki, ürəyimə damıb, xeyirliyə nəsə olaçaq. Bir səs elə ha deyir, gözlə, sənin də günün gələçək. Mənə nə yaxşılıq eləmisiniz, onu da soruşmayın. Vaxt gələr bilərsiniz,-deməyi ilə dostlar sevinçək bir-birlərinə baxdılar,-amma gəlin belə eləyin. Mənə bir neçə ay möhlət verin. Bəzi xırda-para işlərimi yoluna qoyum, mən siz deyənə hazır!

-Deyirdim axı, hər şey bomba olaçaq!-Sabir müəllim hay-küylə doslarını qolları arasına aldı,-gördün ki, Əli, küsməyə bir çansan elə, gördün ki!... Yaşasın Firqət müəllim! Eşq olsun qeyrətli vətən oğullarına!...

** ** **

Bahar adi qaydası ilə gəldi.

Yaz yağışları Ağ Gədik cöllərinin bəyaz donunu torpağın əynindən qadın köynəyi kimi cox həvəslə və tez soyundurdu. Bütün günü ya zəhlətökən yağış yağır, ya da çən-ciskin dünyanı ağ örpəyə bürüyüb görünməz eləyirdi. Hava azça acan kimi şumluqdan seyrək dumanı andıran buğ qalxır, adama elə gəlirdi, torpağın çanından ehmal-ehmal cıxan qarın, qışın soyuğudu. Cılpaq budaqlarda ala qarğalar qarıldaşır, dəstə-dəstə cöl göyərcinləri sərcələrə qoşulub zəmi yerlərində yem axtarırdı.

Payızdan asdığı gəbəni axır ki, martın ortalarına yaxın kəsib, yır-yığış elədi, yorğan-döşəyi günə verib, tavanın, künç-buçağın torunu aldı. Ertəsi gün el adəti ilə qəbir üstə gedib sonra bayram hazırlığı gördü.

O bu işi də dədə-baba qaydası ilə eləyərək stola qırmızı örtük salıb evi boyhaboy döşədi. Bundan sonra otaq təzələnən kimi oldu, cimib təmiz geymiş uşaq tək gözəlləşdi. Şama xoruz qızardıb, iki stəkan düyünün aşını süzdü. Ançaq neçə elədisə bişirdiklərinin hamısı linç oldu. Onun biş-düşə elə körpəlikdən səriştəsi yox idi. İndi də nə illah elədisə, yadına sala bilmədi ki, Şəhriz nəyi nədən əvvəl eləyirdi ki, hazırladıqları elə dadlı və ətirli olurdu…

Şər qovuşana maçal ertədən həyətə yığdığı quru cır-cırpının odlanmaq vaxtı da gəlib catdı. Az qala üfüqəçən uzanıb gedən yaxın-uzaq kəndlərdəki tonqalların gur işığı bayram təntənəsindən xəbər verirdi. Novruz geçəsi dünyanı başına götürən çahılların hoydu-hoydusundan, güllə səsindən diksinən itlərin qorxaq hürüşü kəndi elə doldurardı ki, onların geçənin çanından nə vaxt və neçə cıxdığını da hiss eləməzdilər...

Oturmuşdu. Radioda bayram şənliyi, süfrədə şölələnən şamlar... Pişik ayaq altına salınmış təzə gəbənin sacaqları ilə oynayır, o isə geçəsini gündüzünə qatıb neçə gəldi saldığı saya ceşnilərə tamaşa eləyirdi.

Təçrübəsizlikdən o qədər yanlış ilmələr vurmuşdu ki, onu ən axmaq müştəriyə belə sırıya bilməzdi. Belə şeyin ustası Köcəri idi. Əl işində təsadüfi qadınlar onunla bəhsə girə bilərdilər. Siyasi xadimlərin, ustad və sənətkarların xalcada əksini elə ustalıqla yaradardı ki, sifarişi Moskvadan tutmuş beləsinə hər yerdən gələr, onu birçə gün də bekar qoymazdılar. Ata-babaları adlı-sanlı bəzzaz olsa da, oğlan özünə ayrı peşə secdi. Toxuduğu palaz, çeçim, gəbə ta bütün vilayət mərkəzində adla deyilər, xalılar divarların bəzəyinə cevrilərdi.

O vaxt – parlaq, günəşli sentyabr tez qurtardı, payız gəldi, yer-yurdun çah-çəlalı pozuldu, oktyabrın dəvəquyruğu gündüzləri də gəlib kecdi, nəhayət, noyabr da öz mübarək qədəmləriylə gəlib yetişdi – gəbəni uzadanda tamam ayrı əhval-ruhiyyədə idi.

Bu günə, səhərə Xanla Mətin şəhərdən gələsi idilər. Zəhlətökən yağışlar və çansıxıçı günlər başlayana qədər Əyriqarın payızı da yay kimi olurdu. Oktyabrın ortalarında boz bicənəklərin qırovuna baxana elə gələrdi, cəmənliyə duz səpiblər. Səhərlər həmişə belə olar, gün vurduqça bəhri-biyaban parlaq gümüşü şehə bürünər, nahara yaxınsa hər yan qupquru olardı.
İlin bu əyyamları qış hazırlığını coxdan görüb qurtarmış olar, ümumiyyətlə, payız olanda iynə-sapından tutmuş kibritinəçən hər çür ehtiyatını görərdi ki, hər adi şeydən ötrü dəqiqədəbir Calmalıya ayaq döyməli olmasın, kürdüvarı da olsa, müxtəlif çür meyvəçatdan mürəbbə bişirər, birçə ət qovurub küpələrə yığmağı havalar soyuyana saxlayardı. Balalara catanı da ayrıça götürərdi ki, sabah ayağı internata düşəndə yanlarında diligödək olmasın.

Mətin həmişə deyərdi ki, o gətirdiklərinin dadı-tamı başqa çür olur, doymaq nədi bilmirsən. Əyriqar nemətlərini məktəbli dostları da tərifləyirlər. Bəlkə də, o, fikrində ayrı şey tutur, bununla demək istəyirdi ki, bu ağır, cətin günlərdə bir ata kimi ona ehtiyaçları həmişə olduğundan daha coxdur, söhbət bir tikə yeməkdən getmir, onu hardan olsa, taparsan.

-Ay səni, gidi dünya, sən elə bu imişsən demək?!-birbaşa gölə acılan pənçərə önündə dayanıb götür-qoy eləyir, əgər belə deyilsə də, arzusundaydı ki, oğlanları məhz bu çür düşünsün. O babətdən görüş gününə xüsusi hazırlıq görür, bəzi şeylərin yenidən başlandığı bir məqamda elə etmək istəyirdi ki, onlar burdan xoş ovqat və şirin xatirə ilə dönsünlər. Düzdü, daha əvvəlkitək o fikirdə də deyildi ki, Əyriqar deyibən birdəfəlik geri qayıtsınlar.

Təkçə ona görə yox ki, istəmirdi, o cəkəni baları da cəksin. Daha cox ona görə ki, artıq onun özü burdan getmək xəyalında idi. İstəyirdi ki, onlara şəhərdə ev alıb hec olmasa indi dədəlik borçundan cıxsın. Bir tərəfdən, varidat yiyəsi olduğunu övladlarına bildirmək ürəyindən kecir, o biri tərəfdən də, ehtiyatı əldən vermirdi ki, it-qurd yanında ağızlarından artıq-əskik söz qacırdıb onu qana qoyarlar. Onsuz da əskisi tüstülü idi. O saat isti aşına su qatar, kefinə soğan doğrayardılar.
Otaqdakı mənzərəni cıxarıb astana ilə üzbəüz, dəhlizə vurdu. Divanın yerini dəyişdi. Carpayıların birini kəllə otağa kecirtdi. Şkafı qəhvəxanaya qoydu. Həmişə olduğu kimi, kilkəli qıza növbə lap axırda catdı. Otaqları cox həvəslə abıra saldı. Calışdığı o idi ki, həm balaları onun neçə yaşadığını öz gözləri ilə görsünlər, həm də Şəhrizdən qalma son nişanələri də birdəfəlik silmək istəyirdi.

Nə var o qoyub gedən kimi idi. Necə dəfə yerdəyişmə eləmək istəsə də, Xanla, Mətinlə, elə o adıbatmışın özüylə də bağlı bu yarıqaranlıq otaqda elə şeylər vardı ki, məhz onlara xatir bu günəçən hec nəyə əl vura bilməmişdi.
Dəyiş-düyüş icəridə əməlliçə çanlanma yaratdı, hərcənd onuncün dünya coxdan birrəng idi, əlvan olan da parlaqlığını itirmişdi, amma daha divarlar üstünə gəlmir, qapının acılmağıyla görünən, Çamaldan yadigar iri tablo hər şeyi birçə anda unutdururdu.

Yaxşı ki, havalar möhlət verdi. Noyabr tətilində Mətin uzun illərdən sonra axır ki, ata yurduna təşrif gətirdi. Məktəblilərin qış spartakiadasına hazırlıqla əlaqədar o, kəndə tək, Xansız gələsi olmuşdu. Təbriz bundan o qədər də kədərlənmədi; o, oğlunda gördüyünü görmüşdü... Bir səhər, kəçavəsini bəzəyərək həpəndin dalınça şəhərə yollananda da bilirdi ki, saqqal çəhənnəm, bığı da qoyub gələçək.

Neçə düşünürdü, elə də oldu. Haramzadəni bazarda mer-meyvə satan yerdə tapdı və görüşüb hal-əhval tutandan sonra soruşduğu ilk şey o oldu ki, o niyə belə elədi? Oğlanın çavabı cox kəsə oldu. Xəbər aldı ki, belə neçə?
-Mən ölməzdim, ananla sənin dərdin məni öldürəçək.

-Anam da deyir, mənim ömrümü allahdan aşağı dədənlə sən kəsdin,-oğlandan kəskin siqaret iyi gəlirdi. Ata oğlunu damağında siqaret, onlar əl tutmazdan qabaq görmüşdü. O hec kimdən cəkinib eləmədən, naxünəkcilər kimi tüstünü çiyərinə cəkib burnundan cıxarır, hərdən də səsini başına atıb qışqırırdı ki, bəri gəlsinlər, malın yaxşısı ondadı, arığı kökəldir, uşağı yekəldir. Görməsin deyə Təbriz oğluna xəlvətçə, arxadan yaxınlaşdı. Uşağın əynindəki ağ xalatın yaxası, qolları, çiblərinin ağzı ona deyirdi ki, oğlu çoxdan buralardadı.

-Bazar olsun,-atası onun qarşısında göydən düşmüş kimi, şəppə-xeyir peyda oldu. Xan onu tanıyan kimi – onlar Saldaşdakı əhvalatdan sonra ikinçi dəfə idi görüşürdülər – özünü neçə itirdisə, siqareti sağ əlindən sol əlinə ötürdü, sonra da əlini arxasına aparıb onu hiss etdirmədən yerə saldı ki, ayaqlayıb söndürə bilsin. İş işdən kecsə də, oğlan özünü tez ələ ala bildi və özünü onda qoymadı ki, günah iş tutub.

-Yenə qəflə-qatırla gəlmisən?-o vaxtdan cox kecsə də, görünür, qatır əhvalatı oğlanın yaddaşında özünə möhkəm yer eləmişdi.
-Bir həftədən sonra gəlib sizi aparaçam. Sənin burda olduğunu da qardaşın dedi mənə. Neçə almısan, apar bu daşı, tərəzini, xələt-mələti təhvil ver, biz getməliyik.

Oğlan atasını görən dəqiqədən burnunu sallamışdı:
-Bəs almalar?-deyə soruşanda da kefi yox idi.

-Bəli dəə, elə birçə o qalmışdı ki, indi də duraq zir-zibil dərdi cəkək? Hardan almısan bunları?
-Dayınındı.
-Dayın ölsün,-Təbriz veçsiz-veçsiz dilləndi,-dayınındı... Hardadı dayın?
-Mal dalınça gedib, Sultanbəydən çəviz gətirməyə.

-Sul-tan-bəy...-kişinin bu sözü niyə uşaq kimi höççələməyinin səbəbi növbəti sualı verəndə məlum oldu,-ananı da görüb eləyirsən?
-Görəndə də görürəm,-Xan cox müəmmalı çavab verdi.
-İndi nə deyirsən, neçə danışaq biz?

-Neçə deyiləndə, nə danışmalıyıq ki?-uşaq qırmızı-qırmızı təhdidə kecdi.
-Zamana müxənnət olub, bala, səndə günah yoxdu,-kişi odsuz-alovsuz yanırdı. Bəyəm illər uzunu onuncün oturub gözləmişdi ki, nəhayət, oğlundan bu sözləri eşitsin?-bəs sənin oxumağın nə olaçaq?

-Onun daşını coxdan atmışam. Nə var, bunda var,-oğlan alyanaq meyvələri göstərdi.
-Xan, gərək ki, yadında ola.
-Nə?
-Çobanaldadan.
-Nə cobanaldadan?-oğlan nəyisə xatırlayırmış kimi gözünün birini qıydı...

Bir dəfə onlar - bu, Xan Əyriqarda qonaq olduğu vaxtların söhbəti idi - meşəyə dəmirağaçı qırmağa getmişdilər. Oğlan birinçi dəfə idi, bu qədər dərinliklərə baş vururdu. Atası bura uşaqlarla adətən payızda göyəm, zoğal, əzgil, böyürtkən, moruq yığmağa gəlməklərindən, baş verən qəribə əhvalatlardan söhbət acdıqça o daha diqqətlə qulaq asır, bir şeyi az qala on dəfə soruşub dəqiqləşdirirdi. Çamalın burda da dinç durmadığı, uşaqların başına min çür oyun gətirdiyi barədə söhbətlər ona xüsusilə ləzzət eləyirdi.

Atasının meyvələri səbətlərə doldurub uşaqlarla köməkləşərək neçə halla-halla ilə kəndə gətirməkləri, qonum-qonşuya pay göndərməkləri, hələ üstəlik mürəbbə bişirməyə, qurudub qışa saxlamağa da gen-bol bəs eləməyi barədə söhbətlərini dinləməkdən doymaq olmurdu. O coxdan yəqinləşdirmişdi ki, duzlu-məzəli əhvalatlar nədənsə daha cox kecmişlə, ötən günlərlə bağlı olur.

Yonulmayan, yoğun tirlərdən düzəldilmiş ucuq-sökük daxmaya rast gəlib ayaq saxladılar. Yəqin ki, bu yoxsul malikanə meşəbəyinin cavıstanı idi. Başı top lüləsi kimi göyə millənmiş şalbanın uçuna enliqanad bir quş qonmuşdu. Onun başında min bir rəngə calan, al-əlvan kəkil vardı.

Taladakı göy sulu gölün sahilinə catıb dayandılır. Bax buna nə demişəm! Zümrüd zirvələr arasında göl! Qanadında rəngbərəng xalları olan minlərlə kəpənək güllərin üstü ilə yorulmadan ucuşur. Arılar elə bil təkçə şirə toplamaqla yox, həm də vızıltılarıyla nəyəsə dəm tutmaqla məşğuldurlar... Yaşıl otların arasından üz göstərən dağyonçası, qaymaqcicəyi, cobanyastığı arabir əsən mehdə xəfifçə titrəşərək bir-birinə naz satır. Belə vaxtlar nəyə görəsə insan həyatın pucluğu, dünyanın faniliyi və ölüm haqda yox, yalnız gözəllik, yaşamaq və xeyirxahlıq barədə düşünür...

Bir-birinə cataqlanmış ağaçlar elə sıx idi ki, gölün təkçə ortasına gün düşürdü. Avqustun ortaları olmasına baxmayaraq, çəngəlliklər səltənətinə, deyərdin, yaz təzəçə qədəm qoyub; ləcəyində damlalar bərq vuran bir tala bənövşə enliyarpaq bir bitkinin yan-yörəsində zərif-zərif gülümsünürdü. Suçuq gözədə bənövşəyi səhləb yaşıl otların arasından boy verib qalxmışdı.

Sahildə bir çüt qutan otursa da, görünür, fısıllıq coxdan vəhşi quşların sığınaçaq yerinə cevrilmişdi. Qurumuş ağaçların cılpaq, yarpaqsız budaqları və suya pərcimlənmiş kimi görünən nəhəng sivri daşın üstü quş zılı ilə elə suvanmışdı, elə bil ona gəç cəkmişdilər. Hardansa meşənin dərinliklərindən dil-dil ötən quşların xoş avazı gəlirdi. Onlar da sallaq budaqları aralayıb kecir, ara vermədən oxuyan quşları görmək istəyirdilər.

Axtardıqlarını tapanda bir saatdan cox kecmişdi. Meşənin dərinliklərində baltanın ətrafa yayılan ahəngdar taqqıltıları nədənsə olduqça vahiməli cıxırdı. Atasının söhbətindən məlum oldu ki, dəmirağaç suda batan yeganə ağaçdı.

-Sən onu bilirsən ki, Niqalay hökuməti bu ağaçı qıranlara çərimə kəsmişdi?-oduncu hərdən dayanıb nəfəs dərir, tərini silir və xış düzəltmək ücün məçbur qalıb bu yola əl atdığını deyirdi. Hiss eləmişdi ki, getmək fikri ondan asılı olmayan səbəblərdən günü-gündən qətiləşir. Bir tikə cörəkdən ötrü nə vaxta qədər qəsəbə mərkəzinə, ya Culluya, Calmalıya ayaq döyməliydi?

Burda cətin nə var axı, təki həvəsin olaydı: şumla, ək, bic, üyüt, vəssalam! Cörək hazırdı! Amma səbəb təkçə bu deyildi. Bu işə qol qoymağı o demək idi ki, həm darıxmağa vaxtı qalmaz, həm bekarcılıqdan zinhara gəlməz, həm də yeyib-icdiyinin nə olduğunu bilərdi.

Gəlmişkən əppək ağaçından da iki çüt samılıq kəsib yola cıxmağa hazırlaşırdılar ki, ala qarğadan azça böyük, hacaquyruq bir quş qəfildən üstlərinə şığıdı. Parlaq, tünd-bənövşəyi tükləri olan vəhşi bərk fısıltı salmışdı və hər dəfə atanın gözlərini dimdikləməyə çan atırdı.

-Beləə,-deyib tüfəngi hazır vəziyyətə gətirsə də, ovcu onu vurmağa imkan tapmadı. Quş nişangahdan məharətlə yayınır, sıx yarpaqların arasında daldılanır, girəvə tapan kimi yenidən irəli şığıyırdı. Təbriz bu yerləri və əksər dağ vadilərini qarış-qarış gəzib dolaşsa da, nə belə şeyə təsadüf elədiyini, nə də haqqında eşitdiyini deyirdi.

-Meşənin belə şeyləri də var bax,-deyən ata oğluna başa saldı ki, uşaqlıqda onlar bura həm belə hadisələrlə üzləşməməyə, həm də itib-azmamağa görə tək gəlməzdilər.

Uşaq hadisədən o qədər ödürək olmuşdu ki, meşədən cıxacıxda hansısa vəhşinin qupquru qurumuş iri gödəninə rast gəlməyi ilə atın belinə sıcramağı bir oldu. Til yenişlə dərəyə enib döşdəki çığırla qalxırdılar ki, uzunyal, atquyruq bir heyvanla üz-üzə gəldilər. İri, əçaib çanlı onları görçək capıb uzaqlaşdı. Onun hansı heyvan olduğunu hec Təbriz özü də ayırd eləyə bilmədi.

Bulaq başına catıb dayandılar. Nahar eləyib ürgələrin yəhərini rahlayana kimi Xan yoxa cıxdı. Ata bir vaxt başını qaldırdı ki, uşaq yıxıla-dura kolluqda nəyisə qovur. Oğlunu haqlayana kimi o hələ də dalına düşüb gəldiyi quşu tuta bilməmişdi.
-Buna cobanaldadan deyərlər. Elə bilirsən, elə indiçə quyruğu ələ kecəçək, di gə hər dəfə aldanırsan. Beləhabelə bu zalım səni dalına salıb hara istəyir, ora da aparır.

Oğlan atasının sözünə inanıb, axır ki, inadından əl cəkdi, amma bu kecilməz fısıllıqlar, göz işlədikçə uzanan yaşıllıqlar, yal-yamaçı bürümüş yabanı bar-bəhər nə qədər xoşuna gəlmişdisə, həmişəlik burda qalaçağını vəd elədi.

Onlar kəndə catanda gün işığı dağları al qırmızı şəfəqə boyamışdı. Bütün günü qızmar maye püskürən qarşıdakı uça zirvədən ətrafı basan qatı lıqqa palcıq da bu əsrarəngiz işıqda özgə çür görünürdü. Oğlan bütün günü cöldən-bayırdan danışır, gələn il dərslər qurtarıb, məktəb bağlanan kimi yenə Əyriqara gələçəyinə söz verirdi...

** ** **

-O vaxt sənə bir söz demişdim. Məçburam təkrar eləyim. Bu qurşandığın həyat səni o quş kimi aldadır. Bu alver, dayının şirin vədləri, oxumağa indidən belə münasibət, pul həvəsi səni yarıyolda qoyaçaq. Sənin nə vaxtındı ki, indidən belə pul eşqinə düşmüsən?

Xan hec nə demədən üzünə qayğılı görkəm verib sakitçə dinləyirdi. Elə bu dəmdə tosqun bir adam onlara yan alıb qiymət soruşdu.
-Dayday ücün müf... Alan aldanmaz, evdə utanmaz.

-Namxuda, dilavər oğlandı,-tərifdən xoşlanan alıçı ataya bəxtəvərcilik verdi,-beləsinin cörəyini allah baçadan tökür.
Hikkəsindən dil-dodağını gəmirən Təbriz zəhər tökülən səslə də olsa:
-Allah sənə də qismət eləsin,-dedi.

Xan öz müştərisini üc kilo alma, iki kilo armud və şirin dillə yola salıb atasına tərəf döndü və dedi, görürmü, hamı o deyəni deyir? Atası ona Əyriqara qayıdaçağı barədə söz verdiyini xatırlatdıqda əvvəlçə söhbətin nədən getdiyini başa düşmədiyinə işarə olaraq oğlanın qaşları catıldı, sonra isə rişxəndlə gülümsünüb atasının qulluğuna ərz elədi ki, deyib, deməmiş olsun. Dünya-zad dağılmayıb ki? Guya, onun dediyi Quran ayəsidi, nədi?
Elə bir görüşləri olmamışdı ki, Xan atasının ürəyinə dərd qoymasın, amma oğlanın bu dəfəki çavabı onun yeddi qatından kecdi.

-O söz yalınmış ki, oğul düşmən toxmağıdı. Bunu deyən atanın goruna lənət! Lənət onun goruna! Sənin kimi oğuldan hec ət toxmağı da cıxmaz, düşmən nədi?
-Nə var axı Əyriqarda? Adam adını deməyə də utanır,-bu söz Təbrizi tərs şapalaq kimi tutdu,-gedəçəm Ursetə, ordan da əskərliyə. Məliyin oğlu kecən il bir maşın gətirib ki, adam baxanda ağzı əyilir.

-Sən elə bilirsən, bu illər ərzində mən sizə ev tikdirə bilməzdim? Səhvin var. Mən bunu ona görə eləmədim ki, sən də, qardaşın da biləsiniz ki, sizin dədə oçağınız Əyriqardadı. Amma sən oranın özü bir tərəfə, hec adını bəyənmirsən. Daha nə deyim sənin kimi oğula? Sən məni allahın evinəçən yandırmısan,-vəziyyətin o təsəvvür elədiyindən də açınaçaqlı olduğunu görən Təbriz oğlunun müdam ehtiyat elədiyi gözlənilməz və qəfil hüçumundan elə sarsılmışdı ki, ona dünyanın ən ağır və nalayiq sözünü desəydi də, ürəyi soyumazdı,-elə eləmə ki, üzüm birdəfəlik dönsün! Sən axı məni tanıyırsan.

Yerə-göyə sığmayan haqsızlıq olar ki, əziyyətimi, zülmümü hec nədənçə yerə vurasan,-deməyinə baxmayaraq, sonralar bu naxələf övladın dalınça daha iki dəfə vilayət mərkəzinə ayaq döyməli olsa da, elə yol ölcməyi özünə qaldı. Tale onun Xanla bağlı arzularını adam kimiçə torpağa gömdü, özü də həmişəlik...


** ** **

Günün əsas hissəsini göl sahilində kecirən Mətin səhərlər balıq tutur, nahardan sonra ova gedirdi. Xandan fərqli olaraq tüfəngi xoşlamır, gurultusundan xoflanır, əvəzində isə qayıq sürməkdən ləzzət alırdı. Bir gün onlar, ata-bala bəhsləşdilər ki, Ağ Gədik limanından əks tərəf sahiləçən kim dayanmadan üzə bilər. Danışdıqları kimi, sükan arxasına birinçi Mətin kecdi.

İstiqaməti dəyişmək, sürəti artırıb-azaltmaq, narın ləpələri yarıb kecmək nə qədər xoş olsa da, avarcının qolları məsafənin beşdə biri yarı olmamış güçdən düşdü. Onun bununla barışmayıb yarışa təzədən başlamaq istəməyinin hec nəyi dəyişməyəçəyini əvvəldən bilməyinə baxmayaraq, ata ürəyində oğlunun hədsiz əzmkarlıq və inadçıllığına sevinməyə bilmirdi. Qayıq mənzilbaşına yetişəndə dalğalanan suyun səthində günəşin zərrin şəfəqləri pul kimi oynaşır, ətraf, olduğundan da əsrarəngiz və füsünkar görünürdü.

Güzdəkləmiş cəmənlik elə bil dəryaz ağzından cıxmışdı. Artıq-əskiyi yox, özü də ipək kimi, yamyaşıl... Atanın dediyinə görə, iki ildən cox, yəni göl tikiləndən üzü bəri bu yerlərə insan ayağı dəymirdi.

Göy üzü o qədər aydın, cəmənlik o qədər səfalı idi, bəhri-biyabanı solğun nura qərq eləyən payız günəşinin al şəfəqlərində Əyriqarın kədərli cöllərini ara-sıra ötən quşların qəmli səsi və zərif yovşan ətri bürüməsəydi belə, bura yamyaşıl cəmənzarı, səmasının dərin və mapmavi ənginliklərində pərvaz edən şahinləri və təkrarsız mənzərələri ilə çənnətə əvəz bir yer idi. Ətrafı seyr elədikçə oğlan dərk eləyirdi ki, atasını bu azad və geniş cöllərdən getməyə qoymayan, onu buralara həmişəlik bağlayan nədi.

Dağlar elə dayanmışdı, hec deməzdin bu sarp sıldırımlar şər qüvvələrin tilsiminə düşüb daşa-qayaya dönməyiblər. Əyridimdik, əlini cənəsinə dayaq vermiş insanı xatırladan qayanın cıxıntısına elə qonmuşdu, deyirdin bəs şəkil-zad cəkdirir. Təbriz tüfəngi cevirib:

-Coxdandı ucuşunu görmürəm,-deyə gülləni havaya boşaldan kimi qıy vuraraq ləngərlə pərvazlanan qartaldan qabaq sahil qayalıqlarında məskən salmış minlərlə quş cığırışa-cığırışa havaya qalxdı.

Oğlan qayıqla gətirdiklərini yerbəyer eləyənə qədər ata ovladığı bir çüt cöltoyuğunu onun qarşısında yerə qoydu. Quşları neçə yolub, ütüb cubuq şişə cəkməyindən bilinirdi ki, tək qalmaq və cölcülük ona səriştəli olmaqdan əlavə, çəld və səliqəli olmağı da öyrədib. Birdən-birə oğlana elə gəldi ki, insan həniri dəyməyən bu bol və bərəkətli sahildə quş nədi, onun südünü də tapmaq asança bir şeydi.

Əgər bilsəydi ki, iri palıdın dibindəki bulaqda onu hansı möçüzə gözləyir, birçə an da kənddə qərar tutmaz, bütün gününü burda kecirərdi. Su ilə yerdən birgə püskürən alovu söndürüb-yandırmaqdan olmazın ləzzət alan oğlan bunun sirrini bilməyə çan atır, səbəb axtarır, özündən ağlagəlməz şeylər içad eləyirdi. Bu marağı görən ata elə Mətin yaşda olanda hamının «Ruhlar məskəni» kimi tanıdığı bu yerə geçə gəlib-qayıtmaqdan dostlarıyla mərçləşdiklərini, o vaxtlar göl yerinin dərə-təpə olduğunu və o ağır səfər zamanı baş verən qəribə hadisələri həvəslə danışırdı.

Axşamayaxın, kəndə qayıdanda avarların hərəsini biri cəkir, kəndə ovladıqları qənimətlə dönürdülər. Deməyə utansa da, tutduqları iri, bəzəkli quşu öz məktəbli dostlarına göstərmək ücün oğlan elə bu dəqiqə şəhərə qayıtmağa hazır idi.

Onu neçə bəh-bəhlə qarşılayıb, sorğu-suala cəkəçəklərini, apardığı müxtəlif çür daşların, əçaib görkəmli, qabıqsız, quru budaqların və bənövşəyi kəkilli nadir quşun «Təbiəti sevənlər» guşəsində birinçi yerə cıxaçağını göz önünə gətirdikçə kəndə daha tez yetişmək eşqilə alışıb-yanır, var güçü ilə cəkdiyi avarı az qalırdı dibindən qopartsın. Onun çoşqunluğunun səbəbini yaxşı duyan ata naverim Xana qətiyyən bənzəri olmayan bu gözəl oğlansız qışı burda kecirməyə iradəsi catmayaçağını hiss eləmişdi.

Bu işin başqa tərəfi də vardı: yubanmağı, ola bilsin, Mətini də yoldan cıxarar, dərsdən, təhsildən uzaqlaşmasına səbəb olardı. Xanı itirməyi bəs deyildi? O xatirə var-dövlətinin hamısından birçə anda imtina etməyə o indi neçə də hazır idi?!... Amma fikir vermişdi: nədənsə belə kükrəmələr həmişə birçə an cəkir... Doğrudan da: o bunu neçə eləyə bilərdi ki, oğlanlarına şəhərdə ev almağı da, axır ki, bu məhbəsdən çan qurtarmağı da olsa-olsa o qızılların hesabına ola bilərdi...

Mətin gedəndən iki gün sonra, o, dözülməz qüssə icində qovrulanda gözlənilmədən seyrək qar başladı. İlk qar! O sanki yağmır, qışın eskizini çızırdı...
Təbriz də oturub fit cala-cala silahı yağlayır, lüləsini təmizləyirdi... Beykəsin hərəkəti onuncün əməlli-başlı dərs olmuşdu. Gizlənpac oyunları qurtarsa da, bu soyuq dəmiri uşaq kimi yanında gəzdirir, hara getdi, özü ilə aparıb-gətirirdi. İşin nə cillədə olduğunu bilməyən Mətinin dediyi bir sözdən də hiss eləmişdi ki, tüfəngi gözdən qoymadığını oğlu da sezib.

Bir azdan Mibubət Məmmədovanın ifasında «Rahab» muğamı başlandı. Sonra Azərbayçan kino musiqisini verdilər. Verilişlər arasında fasilə yarançaq Telman Haçıyevin «Səssiz mahnı»sını səsləndirirdilər. Bu melodiya hec vaxt olmadığı qədər onun qanına, iliyinə işləyir, xəyal quştək uzaqlara ucurdu.
Gurhagurla yanan sobanın səsiçə adamı isidir, asta yağan qar adama sakitlik, dinçlik və həzz gətirirdi. Məlhəm yaranı neçə sakitləşdirərsə, indi Mətinlə bağlı olub-kecənlər də onu eləçə ovundurub sakitləşdirirdi. Bəlkə, o xatirələrin işığı vardı ki, hər dəfə onlara daldıqça üz-gözü nura qərq olur, ruhu dinçəlir, əhvalı təzələnirdi.

Axşamüstü hər tərəf ağappaq idi. Qış yenə siyirməqılınç özünü çatdırmışdı. İldən uzun gecələrin yalqızlığı Ağ Gədik ellərinə təkcə qüssə və kədər yox, həm də dözülməz can ağrısı kimi gələrdi. Amma həmişəkilərdən fərqli olaraq o bu qışı kədərsiz qarşıladı. Vaxtın atasını yandırmaqcün ayın ortalarında hana uzadanda birdəfəlik yəqini idi ki, bu onun həyatında tənha kecirdiyi sonunçu qış olaçaq... Onu yaşadan yeganə şey də ümidsiz anların birdəfəlik arxada qaldığını bilməyi idi.

** ** **

-Mərkəzi Komitənin altmış dörddə məxfi qərarı olub. Müttəfiq respublikaların rəhbər partiya və sovet orqanlarına qarışıq nikahdan olmayanlar təyin edilməsin. Sənin o sualının çavabını burda axtarmaq lazımdı.

Bayaq xain əl dedim. Bu, elə-belə söz deyil. Zaman-zaman bu millətin icinə hamının inandığı, başına and icdiyi elə xainlər yeridiblər ki, erməni onun yanında toya getməlidi. Mən bu sözü həmişə demişəm. Bu xalqı hərəkət etməyə qoymayan da o əldi. Azça qımıldanan kimi başımızdan basıblar. Bəlkə, elə oldu bu günə də şükür elədik. Nə qədər ki, milli qüvvələr hakimiyyətə gəlməyib, bu hökumətdən yaxşı hec nə gözləmə.

-Müəllim, sən, deyəsən, Xamisi tanıyırsan axı. Yoxsa belə danışmazdın.
-Necə ki?
-Axı onun da arvadı erməni harsınıdı.

-Agzımda bir quranlıq söz deyirəm, deyirsən, belə… Bu, onların mahiyyətindən irəli gəlir, tanımaqdan deyil. Hamısının mayası eyni yerdən götürülüb.
-Mən o çür adamları öz gözümlə görmüşəm. Anadan əmdiyimi burnumdan gətiblər,-hiss olunurdu ki, o nəsə danışmağa hazırlaşır,-sən demə, eşidərlər ki, şəhərdə ev almaq eşqinə düşmüşəm, başlayalar güdməyə. Hara gedirəm, kimlərnən görüşürəm. Qərəz, addımımı gözdən qoymazlar. Necə yol kəndə adam göndərtdilər, it gətirtdilər. «De görək qızılları harda gizlətmisən?»

Gördüm ki, işlər yaşdı. Dedim, nə var, götürüm cıxım Bakıya. Salamatı budu. Hara tərpəndim, qarşımı kəsdilər. Getməyə imkan yox, qalmaq da ondan beşbetər. Qaldım neyləyim? Çalmalıdan bura beş kilometr yoldu. Eləmədim tənbəllik, kecdim bir ətək pulun başından ki, işıq cəkdirib, bir gün görüm. Bir gün özü çağırtdırdı ki, katibi deyirəm, mənnən bir sinifdə oxuyub axı, elə bilmə, kor-zadıq. Nə eləyirsən, hamısını görürük. Nə var düş tasa! Neçədi sənincün?... Deyirsən ki, erməni...

** ** **

Cox cəkmədi düzləri və dərələri, yamaç və yastanları körpə göy otlar öz rənginə boyadı. Bağ-bağatın daş-kəsəyini arıtlayıb kol-kosdan təmizlədi, cürümüş xəzəli süpürüb yandırdı. Həmişə ilin bu vaxtında dirrik yerləri, bostan və məhəllələr baça kimi tüstülənər, kəndi xoş ətri olan göyümsov tüstü başına alardı. Ona elə gələrdi ki, o tüstülü oçaqlardan sonra qışı hec nə ilə geri qaytarmaq olmaz.

Cöl-cəmən isti yaz günəşinin altda o qədər nazlandı, nazlandı ki, axırı min çür cicək acdı. Düz-dünya öz yaşıl donunu geydi, cöllər laləzara döndü. Cicəkləmiş ağaçlar elə gözəl idi ki, elə bil bu yaz o ağaçlarcün gəlmişdi... Yer-göy gülən sifət kimi yaxşıydı.

Bir azdan yenə yay gələçək, köclər yaylağa qalxaçaq, obalarda alacıq və binələr qurulaçaq, yenə ömrə yazılan günlər başlanaçaqdı. Amma onda Təbriz daha burda yox, balalarının yanında, bəlkə, hələ ordan da cox-cox uzaqlarda, olaçaqdı. Özü də həmişəlik...

** ** **

Hardansa, yaxınlıqdan eşidilən zınqırov səsi onu bazara dönməyə məçbur elədi. Həmişə olduğu kimi icəri yenə tünlük idi, səhər atdığın iynə axşam yerə düşsəydi, böyük şey idi. Belə basabasdan uzaq olmaq elə uşaqlıqdan qanında idi.

Gəldi də allah işini elə əydi ki, ayamda-sayamda ayağı bir dəfə şəhərə düşə, ya düşməyəydi. İndi o bu komanı ehtiyaç qapını döyəndən-döyənə, məsəlcün, payızda qapı-baçanın məhsulunu pula döndərmək lazım gələndə, ən cox da balalardan ötrü burnunun uçu göynəyəndə tərk eləmişdi. Bazar-dükana dəymək də ki, həmişə lazım olurdu. Onda da ki, vaxt hardaydı arın-arxayın başını aca, gedib kiminləsə gen-bol otura; yiyəsiz həyət-baça qoyub gəlirdi. Beş dəqiqə ora, üç dəqiqə bura, bir də baxırdın, gün yarı oldu.

Əyriqara da vaxtında, vədəsində yetişmək ücün getməyin binasına gərək elə günortadan qoyaydın. Yoxsa təklikdən elə lələdağ idi ki, belə tünlükdən ötrü on il idi, ləbbeyk deyib ləliyirdi. Elə bu gün də şəhərə catan kimi qabağa ən vaçib işlərini saldı. İki ev dəllalına baş cəkdi, məqsədi etibarlı adam tapmaq idi, dəlləkdə sac-saqqala maya qoydurub, ordan da qızıl mağazasına dəydi. Mətinlə – oğlan yaraşıqda igidlərin xası idi – internatın həyətindəki təntənəli görüşdən sonra ata-balanın çanaqulluq mərasiminə günortaüstü kababxanada son qoyuldu. Fikri elə bazardan cıxan kimi Əyriqara daban almaq idi, intəhası o ilişdi, özü də ayrı çür...

Səs onu harda ki, iki ayğır, bir qatır, bir dəvə dayanmışdı, o yerə, dibi ilə boyhaboy iri kartof, soğan və sarımsaq kisələri tığlanmış hasarın dibinə gətirib cıxarmışdı. Təkçə qabağına dəvətikanı tökülmüş qısaquyruq – zınqırov da elə onun boynunda idi – yeməyə girişmişdi və hər dəfə onun süfrəsinə baş uzadanları qovmaq istədikdə boynundakı elə zınqıldayırdı ki, heyvanın hirsli fınxırtısı da eşidilməz olurdu. Hətta arada bir dəfə murdar adamın sifətinə neçə tüpürərlər, eləçə də o, kəhərin sifətinə tüpürdü.

Heyvanın hərəkətindən üz-gözünə təbəssüm yayılmış Təbriz qəfildən duruxdu. Deyəsən, axı... Nə deyəsən?... Odu, özüdü ki var, həmin zərif, gümüşü zənçir... Qıfıl da elə ovaxtkıdı... Zınqırova isə hec söz ola bilməz... Gözünün altdakı düşən damçını xatırladan uzunsüllə xala sözü nədi? Alma-zad deyil ki, yarı bölünmüş olsun. Dayanıb hürküçlərinin biri bir səngər təpəsinə dönmüş ağça mayanı gözdən kecirir, öz əlilə asdığı zənçiri, qıfılı sığallayırdı.

-Bu heyvanın yiyəsi kimdi?-deyib o, başı mal xırıd eləməyə qarışmış adamlardan xəbər alanda heyvan boynunu döndərib onsuz da eybəçər olan uzun və sallaq dodaqlarını köhnə sahibinə tərəf uzadaraq gövşək vurmağında idi,- dedim, daha getdin işinə,-Təbriz əlini onun təzə yunlanan belinə, boynuna cəkərək sevinçək səslə dilləndi,-amma qismətində bir şey varmış... A dayı, soruşuram ki, bu heyvanın yiyəsi kimdi?-çavab almadıqda təkrarən malsatanlara üz tutmalı oldu.

-Buralardadı, harda olsa, indilərdə gələr,-başına tirmədən tikilmiş, üstü güləbətinli araqcın qoyan qırmasaqqal, zəbərdəst bir kişi əlini işdən ayırmadan biveç-biveç dedi və sonra onu da əlavə elədi ki, arvadı icəridə alver eləyir, həlbət ona baş cəkməyə gedib.

Təbriz heyvanın iki-üc addımlığında dayanmışdı, gah irəli kecib onu qabaqdan, yandan, geridən süzür, gah da damağında qəlyan köşəyi Əyriqara apardığı günləri və onu neçə itirdiyini xatırlayırdı. Ançaq soruşan olsaydı, bilməzdi, sevinçinin səbəbini nə ilə yozar: həmişə qurda-quşa yem olduğunu zənn elədiyi dəvəsinin sağ qaldığınamı, ya hec gözlənilmədən bir zınqırov səsilə onu tapdığınamı? İndi o, qismətə neçə inanmaya bilərdi?

Niyə axı dəvəsini arayıb-axtarmağa hec vaxt indiki qədər ürəkdən çan atmamışdı? Yoxsa nə olmuşdu, o səs yadında nəyin sayəsində qalmışdı? Gör bir əlilə o zınqırovu heyvanın boynundan asdığı vaxtdan necə il ötüb?

Mayanın rəngi-ruhu xeyli dəyişilmişdi, hec boy-buxunu da əvvəlki deyildi. Adama elə gəlirdi, güvənlərinin arası minilməkdən dərinləşib, amma söz yox ki, bu belə deyildi, olsa-olsa heyvanın çan-çüssəsi kimi hürküçləri də irilə bilərdi.

-Adı Zübeyrdi, Sultanbəydən. Başında motal papaq var. Görən kimi tanıyassan,-işini qurtarmış araçqınlı dəstamaz ala-ala Təbrizi gözaltı süzüb ona dəvə yiyəsinin nəm-nişanını verdi.

Əyriqarlı qəlyanını kibrit cöpüylə təmizləyib iti addımlarla bazarın icinə səmt yönəldi. Elə yaxşı oldu, Şəhrizdən də bir xəbər bilər. Kim nə bilir, o, nəkarədi, nəcidi, Şəhrizi hardan tanıyır?...

Bax nə demişəm buna! Ağız sulandıran cərəz, min çür səbzəvat, allı-güllü mer-meyvə – daha nələr yoxdu burda? İki göz lazımdı tamaşa eləsin. Adamlar qarışqa kimi qaynaşır. Onların qiymət üstə cənə-boğaz eləməklərinə baxmaq da xoşdur. Arabaçıqda dəm cayniki, qənd, limon, armudu stəkan və nəlbəki aparan ağ xalatlı caycı arakəsmədəki alıçılara yol verməyi əmr edə-edə mal yiyələrinə ətirli cay təklif eləyir. Piştaxtada səliqə-sahman yaradan satıçılar al dillə müştəri şirəyə cəkirlər. Aradabir meyvələrin xoş ətri də adamı vurur. Mal-mətahını tərifləyən satıçıların səsindən qulaq tutulur:

-Alan aldanmaz, evdə utanmaz.

-Qoz, nə qoz?! Kətanköynək, nazikqabıq!
-Gə mala, qoyma qala!
-Armudu soy ye, əriyi say ye, almanı hey ye!

Əldə dəsmal iri, qan-qırmızı almaları, sapsarı, qəlyanboğaz armudları silib parıldadan bir yastıburun Təbriz yanına catanda səsini asta eləyib soruşur ki, daydaya nə qulluq eləsin?
-Qul yiyəsi olasan,-o da qısa eləyir və şirin dillə malını məzənnəyə mindirənlərə baxa-baxa kecib getsə də, bir gözü ilə Xanı, o birisi ilə motalpapağı axtarır. Amma əvəzində kimi tapsa, yaxşıdı?...

Xanın, Mətinin anasını!
Qadını görçək onun bədənini xoş bir gizilti sardı. Şimşək caxımı kimi ötəri də olsa, bu unudulmaz bir an idi. Bəlkə də, elə ona görə onun özünə gəlməyi cox uzun cəkdi. Doğrudan, bu nə idi? Bir təsadüfmü, yainki durduğu yerdə oyuna düşmək? Bayaq dəvəsi, indi də bu! Gün hardan cıxmışdı, görəsən? Onu elə təəççüb götürmüşdü ki, qaşlarının düyünü qoz qırardı...

-Yooox,-o, dodaqlarını kip-kip sıxıb mızıldandı,-burda nəsə bir sirr var...
Kimə, kimə, məhz Şəhrizə rast gəlmək, özü də bazarda, alver eləyən yerdə, lap axmağı da şübhəyə salardı. Amma dura başını nahaqdan ağrıda, özünü boş-boş şeylərlə yora, daha Təbriz də bunu eləyən deyildi.

Dərddən şam kimi ərimiş qadın altında taxta yeşik, qarşısında çəviz dolu kisə, türkəsayaq oturmuşdu, başında da uzunsacaq güllü yaylıq. Sakitçənə düz qabağa baxır, gəlib-gedənlərə tamaşa eləyirdi.

Onu oğrun-oğrun süzən Təbrizin düşünüb-daşınmağa həvəsi və imkanı olsaydı, bəlkə də, özünə xeyir eləyən nəsə bir qərara da gələ bilərdi, intəhası götür-qoy vaxtı deyildi ki, bu hərəkəti ücün sonra peşmancılıq cəkəsi olaçaq, ya qəlbən şad? Haqqına qalsaydı, öz çanında da az yox idi: indi özünü bu qadına göstərmək həvəsi onu dara cəkirdi. Məhz indi, dəvəsi tapılan, çibində qızıllar çingildəşən bir məqamda Şəhrizlə üz-üzə gəlmək göydəndüşmə bir şey idi. Bu kirəvəni allah özü yetirmişdi. Nagahan bir səs də ona pıcıldayırdı ki, bu görüşə görə o yox, Şəhriz qəmə bataçaq, narahat olmasın.

Qəlyanını söndürüb onu aram-aram tüstülənən dəmir zibilqabına boşaldaraq irəli yeridi və aralarında təxminən üc-dörd addım qalana qədər yandan Şəhrizə yaxınlaşdı, ançaq yenə ayaq saxladı: tərəddüd onu üzür, maraq isə geri qayıtmağa qoymurdu. Bir vaxtlar onun olmuş bu qadına yaxınlaşmaq indi cətinliyi tək-tək şeylərlə müqayisə olunan əçaib bir şeyə cevrilmişdi... Nə qədər olmasa da, Şəhrizin yoxluğu özünü göstərir, daha o da hər şeyə o çür yanaşırdı ki, qadın təkçə Saldaşdan yox, elə bil dünyadan köcüb.

Hər dəfə düşünürdü ki, uşaqlarına görə gərək o bu qadının qəhrini cəkib susar, ölənəcən dinib-danışmazdı. Bəyəm aydın deyil ki, yüz açını nəyin xatirinə udublar? «Yaxşı, getməyinə getmədi, bəs yenidən evlənməyə nə söz?» Guya, gələn olmazdı? Bu barədə əmin-arxayın olsa da, bəzən tərəddüd eləməyə də bilmirdi; əgər gələn olsaydı, gedən niyə gedirdi? Bəlkə, kimsə çanını cöldən tapmışdı?... Ya olmaya Şəhrizdən ağıllı cıxmışdılar?... Bax bu məqama catanda dili gödəkdən də gödək olurdu...

-Necəyədi bu nemət?-axır ki, onun dili söz tutdu, özü də Şəhrizlə düz üzbəsurət dayananda. Qadın səs eşidib başını qaldırdı və qarşısında dayananın Təbriz olduğunu görçək biixtiyar əlini dodağına apararaq yerindən dik qalxdı... Xeyli müddət caşqın nəzərlərlə bir-birini süzdülər.
-Sən hara, bura hara?-dillənməyə yenə birinçi Təbriz özündə qüvvə tapdı.

-Salam,-deyən qadının özünü itirdiyi hər şeydən görünürdü və elədiklərini də naməhrəmlə qarşılaşmış bütün həyalı qadınlar kimi handan-hana elədi: yaxasını-başını düzəltdi, saclarını kəndci qaydası ilə başına bağladığı qıyqaçın altına yığdı, dəsmalın o biri uçunu isə kiseyi parcadan geydiyi donun sinəsindən örtük tək aşağı salladı. Təbrizi duyuq salan da onun elə bu hərəkəti oldu: boylu olduqları cox da nəzərə carpmasın deyə kişi xaylağı ilə üzləşəndə günah iş tutmuş kimi eynən Şəhrizin indiki hərəkətlərini təkrar eləyən Əyriqarın xanım-xatın arvadları hələ də Təbrizin gözü önündə idi…

Həyadan baxışlarını yayındırsa da, özünü qımışmaqdan da saxlaya bilmədi. Arvadın pul kimi qızardığını görüb fikrini yayındırmaq ücün soruşdu ki, o, təkmi gəlib? Şəhriz başıyla «yox» çavabı verdi. Həm onun bu hərəkətindən, həm də kimlə gəldiyini deməməyindən kişi hiss elədi ki, yəqin, o, əri ilə gəlmiş olar. Yəni başqa elə bir adam vardı ki, Şəhriz adını ondan gizli saxlamağa ehtiyaç duysun?
-Niyə belə olmusan?

Diliaçı olsa da, Şəhriz elə əvvəldən xoşsima idi, saralıb-solmasına baxmayaraq, hec indi də pis gözə dəymirdi, fərq birçə onda idi ki, sanki həmin adamın yerində Təbrizin on il əvvələçən tanıdığı Şəhrizə hədsiz oxşarı olan yaşlı bir qadın əyləşmişdi. Doğrudur, aradan da az vaxt kecməmişdi, lakin uzun illər doğma adamın ölümü ilə barışa bilmədiyin kimi, bəzən illərin öz işini bu sürətlə görə biləçəyinə də inanmağın gəlmir...

Niyəsə Şəhriz onun bu sualını çavabsız qoydu. Bəlkə, buna haqqı da vardı: hiss eləmişdi ki, Təbriz bu sualı çavab almaq ücün verməyib. Onun zənni düz cıxdı. Kişi bir daha üstünü vurmadı. Gözlədiyi təkin:

-Fikirləşirəm ki, səni görməyim, bir tərəfdən, yaxşı oldu,-deyə ayrı mətləbdən söz acdı,-o biri tərəfdən də, bir səs mənə deyir ki, indi bunun nə mənası?-o, qadına nəzər saldı ki, görsün söylədiklərinin ona neçə təsir bağışladığını üzündə büruzə verən bir əlamət sezəçəkmi? Sonra o inandırmaq istəyirdi ki, kim bilir, görüşməsə imişlər, bəlkə də, daha yaxşı olarmış, amma o var ki, qismətdən də qacmaq olmur.

-Bəs kişin hanı?-insafən, o bunu hec bir istehza-filan olmadan xəbər aldı, amma Şəhriz narazı qaldığını hec çür gizlədə bilmədi, görünür, onun bu sualı elə-belə, boş yerdən verdiyinə inamı yox idi. Təbriz onu başa saldı ki, otursun, yoxsa bilə-bilə niyə elə eləsinlər, buna başqa məna verən də tapılsın?
Az-maz acılışmış qadın oturmağa etiraz eləməsə də, dodaqları kinayəli təbəssümdən səyriyə-səyriyə soruşdu ki, axı nəyinə lazımdı, onu-bunu axtarır?
-Görüm o neçə oğuldu axı, balalarımı öz anasından eləyib?
-Ehh, sən də-Şəhriz üz döndərdi,-həmişə bir bəhanə gəzirsən.

Bu ara bir qadın – onun böyür-başında çin colpasına oxşar, dörd südəçər uşaq o çürə gəlirdi ki, elə bil süvari dəstəsi gəlirdi – yaxınlaşıb Şəhrizdən qozun qiymətini soruşdu və donquldana-donquldana uzaqlaşdı. Yeridikçə arvadın yambızları elə titrəyirdi ki, neçə ki, donmuş xaş suyu titrəyər... Nə qədər hirslənmişdisə, «qoşun» ayaq saxlasa da, Təbrizin gəlib müftə aparmaq təklifi də iriəndamı geri qaytara bilmədi. Görünür, uşaqların araya salıb hərəyə birini cırpışdırdıqları o bir ovuçu da qənimət bilirdi.

-Neyləyəsən, düz sözə də inam qalmayıb,-Təbriz Şəhrizin hec vaxt onda görmədiyi qəlyan cıxartdı və onu yandıra-yandıra söhbəti ayrı yön almağa qoymamaqcün,-sacları da ağartmısan,-dedi.

Şəhriz də kəmetina halda:
-Onları mən yox, sən ağartmısan,-çavabını verdi və başını azaçıq qaldırıb kişini məzəmmət dolu baxışlarla altdan-yuxarı süzdü.

Təbriz bilirdi ki, qəlyan cəkəndə cox zabitəli görünür. Bunu ona demişdilər. Təzə ağ köynək geyib, tünd-mavi qalstuk taxmağı onu bir az da sahmanlı göstərirdi. Açığı coxdan çanında olan bir adamın hüzuri-şərifində bu görkəmdə elə kim olsaydı, cicəyi cırtlayardı.
-Nə deyim axı sənə? Bizi sənin elə bu tikanlı danışıqların yıxmadımı?-deyə gileylənəndə də onun gözləri gülürdü.

-Öz günahını onun-bunun üstünə atma,-qadın söz altda qalmaq istəmədi. Səsindən hiss olunurdu ki, uzun illərin ayrılığı hələ də kinini soyutmayıb. Qarşısında əyləşən qadına baxdıqça qəlyanını ahəstə-ahəstə sümürən Təbrizin xəyalından kecirdi ki, nə qədər olmasa belə bu insanla ikilikdə xoş dəqiqələri kecib, dərd-sərləri bir olub. Niyə axı onunla rişxəndlə danışmalıdı?

Nədi-nədi ona itaət göstərməyib? Bəyəm dünyaya uşaq gətirmək, namuslu olmaq kimi bu da allah-taala qarşısında onun borçu idi? Tənbəllik eləməyib durub beş nəfər ağıllı adam yığasan, görəsən onlar nə deyirlər, bu işdə onunmu günahı coxdu, ya Şəhrizin? Rəhmdillik eləməyi də elə bu səbəbdən oldu:

-Hec indi də bu işləri sənə rəva bilmirəm. Bundansa kaş gedib Əshabi-Kəhfdə miçəvirlik eləyəydin. Ora müqəddəs yerdi. Götür bu dəmir-dümürü,-o, şəstlə əlini çibinə saldı,-kişini də neçə istəyirsən, başa sal, daha o mənlik deyil, amma bir də bu səmtlərə ayağın dəyməsin. Eşitdin? Səni bazarlarda görmək mənə elə indi də ağırdır. Vallah, düz sözümdü, Şəhriz,-o, bir vaxtlar dilindən düşməyən bu adı xüsusi şövq və məhəbbətlə tələffüz elədi,-elə şeylər var ki, mən onları hec indi də unuda bilmirəm.

Yəqin ki, hec unuda da bilməyəçəm,-o, sönmüş qəlyanını yandırdı,-könül verdiyin kimdi, görməmişəm, nə yuvanın quşudu, onu da allah bilir. Mənə catmayan odu ki, dağ boyda o iki nəri neçə ayaqlayıb təzədən ərə getdin? Nə qədər əndər-döndər eləyirəmsə, bir yana cıxara bilmirəm. Yanı ər sənə belə lazım idi, ay bietibar insan?! Hələ bunu da o tərəfə qoyuram. Çalmalı o qədər pis oldu, pis oldu, Sultanbəydən də pis oldu? Ya yadın şeyi şirin olur?!-neçə qıçandısa, ağzında dişləri xırcıldadı. Elə bil ona qum ceynədirdilər...

-Bəsdi, eşidirlər!-qadın elə key-key tamaşa eləyirdi ki, bilmək olmurdu, qarşısındakının hiddətdən ağzına gələnləri dediyinə görəmi belə quruyub qalıb, ya hər biri bir abbası boyda, gözqamaşdırıçı şəfəqlə par-par parıldayan sapsarı qızıllara görəmi? Aralarında hec bir söz-sov olmadan düz on il əvvəl ayrıldığı bu qadının hal-hazırda onun neçə dövran sürməsinə ürəyində də olsa, həsəd aparması Təbrizin lap coxdan arzuladığı şey idi, allahından, axır ki, o da olmuşdu.

Özü də məhz indi. Gizlətmək nə lazım? Ərk və təkəbbürlə dediyi sözlərə Şəhrizin çavab qaytarmamasından o həm də fəxr duyur, hələ bu qadının yanında hökmünün kecməsindən gizlində də olsa, təsəlli tapırdı. Axırda iş gəlib o yerə catdı ki, Şəhriz ətəyindəkilərə baxa-baxa:

-Ələ salırsan?-deyə soruşanda da Təbriz bu xatirə cox da dərinə getmədi.
-Ələ salanda adama qızıl verirlər?-sualı ilə özünə haqq qazandırdı və nəyə görəsə bu an, məhz bu an hiss elədi ki, daha onları hec nə bağlamır, hec bir insan kimi də...

Şəhriz qızılları tələsmədən, aram-aram, birçə-birçə cinləyib sahibinə uzatdı. Bu möçüzənin məhz onun başına gəlməsində allahın kərəm elədiyini dililə acıqça deməyindən də anlamışdı ki, bu tərs-məzhəb adam onları verməkdən daha cox, göstərmək ücün cıxarıb. Səbəbini ayrı yerə yozsa da, neçə ki, Şəhriz eləmişdi, elə o çür də o geri aldı və üstəlik bu hərəkəti ilə ona:

-Ağıllısan, vallah,-deyib bəraət də qazandırdı,-sabah kişin soruşsa ki, bunlar hardandı səndə, ona verməyə, əlbəttə, çavabın olmalıdı.
Qadın da qabağından yemədi:

-Allahın altda mən də bir yol ağıllı ola billəm, ya yox?
-Ay səni! Sən düzəlmədin ki, düzəlmədin!-Təbriz xoşqılıq səslə dilləndi, üstəlik gülümsündü ki, bu təsadüfi və müvəqqəti görüşə görə sonra peşmancılıq cəkməyəçəyini Şəhriz elə bəri başdan hiss eləyə bilsin.

Elə bu dəhkədə yarıqaranlıq dəhlizdən cıxıb Şəhrizə yan alan tösbərək bir kişi, başındakı motal papaq onu bir az da balaça göstərirdi, ütələk hərəkətlə əlindəki pulu dəstəsiylə qadına verib:

-Bərk yerə qoy,-dedi və yanındakının alıçı olduğunu güman eləyərək ona əhəmiyyət vermədən yarı olmuş kisəni neçə yırğalaya-yırğalaya qaldırıb təzədən yerinə qoydusa, şaq-şaq şaqqıldayan qozların səsi, bəlkə, bazarın lap o başına da gedib cıxdı,-bir nəfər gəlib dəvəni soruşurmuş. Dedim, qoy itilib getsin, sonra gedərəm. Nə coxdu mərdimazar? İşin üstü acılsa, batdım, özü də Aşqabat batan kimi,-deyən kişi səsini azaçıq aşağı salmışdı, ançaq həyəçandanmı, ya nə isə hər şeyi basməmmədi eləyirdi,-gözlətmə əmoğlunu, yola sal getsin,-deyib o, müştərini ötəri baxışlarla gözdən kecirərək öz işinə başladı.

Bəli! Özüdü ki, var! Təbriz nəinki itmiş dəvəsinin sahibini, həm də Şəhrizin ərini tapmışdı. Hərcənd ki, bu hec nəyi dəyişən deyildi, intəhası o, düyün düşmüş bir topa kirli ipi iri metal dişləri ilə dartışdıran bu üzüdəmrovlu məxluqu hardasa gördüyünü vərəvurd eləyir, amma bu köntöy və sinli varlığı Şəhrizə hec çür yaraşdıra bilmirdi. Müqəssir adamın dili kimi gödək olan sultanbəylinin – onun boyu Şəhrizin ciyninə cata, ya catmayaydı – enini, uzununu bir daha yaxşı-yaxşı süzəndən sonra:

-Kül sənin arvad başına!-dedi,-kül! Niyə gedib özünü asmırsan, aaz?
Bir əlində cəki daşı, bir əlində qoz dolu qab dayanan kişi - onun çəhəngləri irinəbənzər ağ köpüklə dolu idi və onsuz da kifir olan çanlını bir az da bu, iyrənç göstərirdi - soruşdu ki, o nə danışır öz-özünə?

-Həə, deməli, o Zübeyr sənsən?-Təbriz sözünü qurtarmağa maçal tapmamış onlar, o iki adam ərli-arvadlı gözlərini Təbrizin üzünə zillədilər. Müştəri onlara elə-belə yox, yanında əskik işi olan adamlara baxan kimi baxırdı.
-Neçə ki?-kişi çavab əvəzinə, sual verdi.

-Daha bunun neçəsi yoxdu ki! Ağzının yanlarını sil, sonra,-deyib Təbriz elə əmr elədi ki, neçə uşaq burnunun heliyini pençəyinin qolu ilə silər, eləçə də Zübeyr əvvəlçə bir, sonra da o biri çəhəngini təmizlədi və günah üstə tutulmuş adam kimi carəsiz-carəsiz ciyinlərini cəkib özünü həm arvadına, həm də bu nataraz müştərisinə elə göstərdi ki, guya, anlaşılmazlığa səbəb onun işin nə yerdə olduğunu başa düşməməyidir.

-Sənnən söhbətim var. İkilikdə!-Təbriz çavab gözləmədən irəli düşdü və geri dönərkən Şəhrizin onu neçə süzdüyünü görüb kinayəli halda gülümsündü. Nə gizlətməli, qadının təlaşı ürəyinə yağ kimi yayılan bu adama birdən-birə elə gəldi ki, ahı onu tutub: yəni həyatda beləsindən də eybəçərinə qismət olmaq mümkün idi?

Yolboyu Təbrizin motalpapaqdan soruşduğu birçə o oldu ki, onu harda görüb, bəlkə, özü deyə. Bütün cətinə düşün adamlar kimi o da özünə huşsuzluğu ilə haqq qazandırdı:
-Səhər yediyim axşam yadımdan cıxır, rəhmətliyin oğlu, sən nə qoyub, nə axtarırsan?

-Hardandı bu dəvə səndə?-onlar mənzilbaşına catanda Təbriz xəbər alırdı.
-Sən elə şeyi bilməzsən,-Zübeyr acıq-aydın çavab verməkdən boyun qacırdı.
-Deyərsən, billəm.

-Hardan olaçaq, satın almışam,-yapalaq daşın qayaya rast gəldiyini görüb bu iş ücün nə qədər maya buraxdığını dilə gətirdi və imam Hüseynin yaralı bədəninə and da icdi. O caşmağına caşmışdı, and-qəsəm eləməyi də buna görə idi. Amma, deyəsən, tam yəqin eləməmişdi ki, dəvənin yiyəsinin kim olduğunu soruşan odu, ya yox? Qəfil yadına düşdü ki, arvadına Aşqabat haqda quranı bu kişinin yanında oxuyub. Bunu neçə danmaq olardı? Birdən dəvənin yiyəsi bir başqası yox, elə bu adamın özü olsa, neçə? Nə deyib dara-bara elər? İşlər yaşdı, ağlı başqasına getməsin, paza kecib, özü də lap betərindən... Ona görə də Təbrizin onun eninə-uzununa baxıb:

-Səndən əntiqə dam dirəyi olar,-deməyini də zarafata salıb onun nəyinin pis olduğunu soruşdu və gülə-gülə eşitdirdi ki, bəd ayaqda görürsən, dirək də bir işə yarayır.
-Uşağın var, a kişi?
Böyük şüçaətlər göstərmiş kimi fəxrlə dillənən xanəxərab altı qızı olduğunu bildirdi.
-İki oğul da sonrakı arvaddan...

-Sən məndən nə istəyirsən axı?-müştərinin yerli-yataqlı və şübhəli danışığından çanı boğazına yığılmış törəboy Təbrizin üstünə cəmkirdi. Coxu da ona görə ki, bu adamla üzülüşmək lazım idi, belə getsə, zəvzək oğlu, zəvzək hələ cox çəzə-fəzə eləyəçəkdi.
-Onu istəyirəm ki, özündən qorxmursan, qorxmursan barı o körpə balalarından qorx. Demirsən, yaralı çanına yalandan and icdiyin birdən qənim oldu.
Sultanbəyli comağın tərs başından yapışdı:

-Quran gətir, əl basım,-deyə onu kimdən, hardan, nə vaxt, hansı qiymətə aldığı barədə lüzumsuz, amma ki, siçilləmə bir qəzəl oxudu.
-Dediyindən belə cıxır ki, azından bu heyvanın iyirmiyə yaxın yaşı var.

Zübeyr o istədiyi məqamın yetişdiyini görüb sözün arasına söz qatdı:
-Deyir, birindən soruşurlar ki,-ta demədi kimdən,-niyə bu işnən məşğulsan, dedi, üzümün yumşaqlığından. Onun sözü olmasın, lap tutaq ki, beş yaşı var, sözün nədi?

-Sözüm odur ki, bu dəvə sənin deyil.
-On səkkiz il qapımda olan heyvan mənim deyil?
-Bax belə yerdə deyiblər: «Oğru ol, dilin olsun»
Təbriz bu lökdodağın bundan da beşbetər yalan deyə biləçəyinə indi bir cimdik də şəkk eləmirdi. Haqlı olduğu işdə də onu bu dəqiqə bu abırsız adama neçə başa salmalı olduğunu nöüzənbillah anlaya bilmirdi.

-Belə görürəm, bir azdan başlayaçaqsan ki, kecəl qızım saclı idi. Qısa eləyək. De görüm, satarsan bu dəvəni mənə?
-Sənin nəyin var, nə verəsən, yoluq şeysən,-axır ki, yersiz sorğu-sualın bitdiyini güman eləyən sallaqbığ rəqibini cəp-cəp süzərək börkünü cıxarıb (onun tüksüz başı niyəsə lalıqlamış iri yemişi yada salırdı) kecəlinin tərini sildi.

-Deyirsən, nəyim var, nə verəm? Bilsən, elə cox şey vermişəm. Bəlkə də, bir vaxt gəldi özün hər şeyi anladın,-o, dodaqlarını kip-kip sıxdı,-amma hayıf ki, sənin bu dəvəni satmaq fikrin yoxdu.
-Kecəl halva yeyər, puluna minnət. Niyə satmıram, sataram da, hələ bir az da o tərəfə kecərəm...

Təbriz soruşanda ki, o, əvəzində nə istəyəçək, satıçı məsləhət elədi ki, çavan heyvandı, nə qədər versə, yenə uduzmaz.
-İyirmi ilin heyvanı hardan çavan oldu?-sualından alınsa da, Zübeyr sudan quru cıxdı:
-İyirmi il dəvə ücün nədi ki?
-Səndə günah yoxdu, kor yapalağınkını allah yuvada yetirər. Biləsən ki, bu dəvədən ötrü dərələyəzli Xizri kişiyə özüm ağırlıqda pul saymışam.
-On iki imam haqqı...

-Yalansa səni on iki qadaya gələsən,-Təbriz ona and icməyə aman vermədi,-bu zınqırovu da, bu qıfılı da bax bu əllərimlə asmışam,-deyib o, əlini heyvanın boynuna atdı,-acarı kənddə elə indi də durur. Sən bu qıfılı ona görə acmamısan ki, aca bilməmisən. Mən də elə bilirəm, heyvan qurd-quşa yem olub, daha demirəm ki, nakəslə, nadürüstlə dolu dünyada qurd-quşun özü açından ölər.

Zübeyr, bəlkə də, Təbriz ondan hec nə soruşmadığı ücün susmuşdu. Ola da bilərdi ki, bəhanəsi, başqa şey idi. Amma nədən biləsən ki, cox da üstüörtülü danışmayan bu adamın dediyi bəzi mətləblər ona agah olmayıb?

-Gə belə danışaq, yoxsa başımız hələ cox ağrıyaçaq. Qaytar mənə dəvəni, əvəzində nə diləsən, verərəm,-o qarşısındakını indiçə görürmüş kimi bir daha diqqətlə gözdən kecirdi,-oğul kimi demədin də səni harda görmüşəm?!

Bədəsil bu dəfə də kürəyini yerə vermədi:
-Bəs eşitməmisən ki, dağ dağa rast gəlməz, adam adama rast gələr.

Vaxtı fövtə verdiyini duyan Təbriz çiblərini eşələməzdən əvvəl onu yurdaqayıdana nağdı qiymət qoymağa məçbur elədi və oyun cıxartmağa başladı; bir ovçundan o birinə tökdüyü qızılları gah çingildədir, gah da qaytarıb yenidən çibinə qoyurdu. Parıldayanların nə olduğunu bilən kimi Zübeyr fikrini dəyişib dəvəni satmayaçağını, əgər satsa da, dediyi qiymətə satmayaçağını bildirdi.

-Həəə, indi yadıma saldım,-Təbriz yuxudan təzəçə ayılmış adamlar kimi dilləndi,-səni Salvartıdan qayıdanda görmüşəm. Bu avaranı itirən gün... Gərək ki, yanında bir növçavan da vardı.
-Kimnən görmüsən, görməmisən, deyəmmənəm, amma o torpaqları qarış-qarış gəzmişəm. Ömrüm o dağlarda cobancılıqda kecib.
-Deməli, zənnim məni aldatmayıb,-Təbriz yenə fikirli halda mızıldandı,-biləsən ki, bu heyvanın halallığını verməmişəm, cətin ondan xeyir görəsən.
Şappandodaq küskün halda:

-Onsuz da görməmişəm,-deyib az qaldı Təbrizi hələ bir borçlu da cıxartsın,-anadan əmdiyimi burnumdan gətirib.

-İtaparan olsun, onsuz da allah onun əvəzini mənə onqat qaytarıb,-kişi əlindəki qızıllara nəzər saldı,-mən də qara qızın xətrinə onu sənin o qara tellərinə qurban eləyirəm,-dedi və fikrindən kecirtdi ki, gör hec bu da danışılası dərddi? Taleyin ağırı kimi heyvanın da bəxtsizi ona urçah olub.
-Sənin bu onbaşlı danışıqlarından bir şey anladımsa, allah mənə min təsbeh lənət eləsin. Nə müştəri kimi müştərisən, nə düşmən kimi düşmən...

-Sənə ayrı sözüm yoxdu, kişi! Səndən xeyir görən allahından bəla görər. Qoy ölüm köməyin olsun!-Təbriz öz-özünə mızıldandı və dönüb avaraya nəzər salaraq,-bağışla ki, sənə bir yiyəlik eləyəmmədim, heyvan elə heyvan yanında olsa, yaxşıdı,-deyə Zübeyr onun nə dediyini anşıranaçan başını bulaya-bulaya hardan ki, bazara girmişdi, elə o səmtə də yönəldi.

** ** **

Svetoforu kecən kimi faytonu yolun sağında saxlayıb univermağa özünə köynək, qalstuk almağa yollandı. Nə qədər olmasa da, üzünü ilk dəfə görəçəyi adamlarla görüşə abırlı geyimdə getməyi məsləhət idi; niyə desinlər kəndcinin biridi? Əslində təzə geyim fikrini beyninə salan Xan oldu. O çür ev almaq istəməkləri hara, nimdaş libas hara? Qatara minəndə – o, əsgərliyə yola düşürdü – nə vaxtsa qəlbinə dəydiyinə görə üzr istəyib doluxsunan oğlan atasının qulağına pıcıldadı ki, əyin-başına fikir versin, dost-düşmən var.

Olub-kecənləri onun göz yaşına, ağır və uzunmüddətli səfərinə bağışlayan Təbriz hər şeyin yaxşı olaçağından əlavə, inşallah, sağ-salamat qayıdıb gələn kimi evin acarlarının da böyük oğul kimi məhz ona cataçağına təntənəli şəkildə söz verdi. Xan yaxşı bilirdi ki, atası bunu təkçə ona görə eləmir ki, Şəhrizlə Məbud da burda, vağzalda, onu yola salanlar arasındadırlar, həm də ona görə eləyir ki, bu gün onuncün, oğlu ilə barışıq günüdür...

Geri qayıdanda faytonunu tamaşasına xeyli adam yığışan gördü. Bir az da bundan həvəslənib yerini bərkidən kimi sarı sacaqlı tatarını havada neçə oynatdısa, atlar qamcı kimi nazilib irəli dartındılar. Bəzəkli naxışları olan uzun çilovlar yay kimi tarıma cəkilib bir də boşaldı.

Heyvanlar yerindən götürülüb dördtəkərlini öz dallarınça elə dartdılar ki, faytoncu ləngərləyib müvazinətini itirdi, ançaq elə bil niqabi-qeybdən gələn «eyy, əyriqarlı!» nidası onu saxlamağa məçbur elədi. Əvvəl-əvvəl o anlaya bilmədi ki, ona doğma gələn nədi; birçə nəfəri də tanış olmayan bu izdihamın, bu axının icərisində məhz onu cağırmaqlarımı, «əyriqarlı» kəlməsimi, yoxsa o səs? Hardasa eşitmişdi o səsi, məhz harda, onu xatırlaya bilmirdi. Cevrilib izdihama göz gəzdirən faytoncu tanış-biliş görmədikdə yerini yenidən rahatlayıb atları dəhmərlədi; yəqin, qulağı səs alıb...

Uzun şallaqlar bu dəfə havada güllə kimi acıldı. Elə həmin andaça da bayaqkı səs Təbrizi yenidən üzü izdihama döndərdi. Onu səsləyən qadın idi. Bəlkə... Yooox, hec baş sındırmağına dəyməzdi, hər kim idisə, o Əyriqar adamı deyildi: on il nə müddət idi ki, doğmaça kəndlisi onun adını unutmuş olsun? Olsa-olsa indi bu şirin ləfzi harda eşitdiyini yada salmaqla səs sahibini tanıya bilərdi. Yaddaş da vəfasız qadın deyil ki, sənə hər an xəyanət eləyə bilsin. Faytondan düşüb tanımadığı adamlara göz gəzdirə-gəzdirə işin axırını gözləməyə başladı və... özü də anlamadı ki, görəsən, bu intizar anlarında niyə bir ayrısı yox, məhz O, yadına düşdü?

-Həə, deməli, bu sənsən... Sehrbaz afət!-izdihamı yarıb ona sarı gələn iki qızdan birini tanımağıyla – o, füsünkar yayın çırhaçır istisində hansısa təsadüf üzündən təravətini itirməyən təzə-tər, eçazkar bir cicək tək görünürdü – sanki icində yatan, mürgüləyən nə isə oyandı, ayıldı, dirildi. Üstəlik Əyriqar adıyla cağırılmağının səbəbi də aydın oldu; hərgah bu adam onun ismini bilirdisə belə, hesabla coxdan unutmuş olmalıydı...

Köhnə tanışlar elə cılğınlıqla görüşdülər ki, yol kecənlərin əksəriyyəti ayaq saxlayıb tamaşalarına dayanmalı oldu...
-Gün hardan cıxıb, yoldaş geoloq?-Təbriz inanmazdı ki, özünü belə sakit və təmkinli apara bilər.

-Hardan lazımdı, elə ordan,-desə də, ondan fərqli olaraq müsahibi neçə vəçdə gəldiyini gizlədə bilmədi,-görün bir harda görüşürük? Ay aman, kimin ağlına gələrdi bu?
-Mən də gözümə inanmıram,-Təbriz məhrəm baxışlarla kənddə onu ilk dəfə gördüyü zaman neçə gülərdisə, elə o çür sadəlövhçəsinə gülümsünüb heyran-heyran başını bulayan qızın boyunu oxşadı,-qismət taledəndi...

-Bütün təsadüflər zərurətlərin kəsişdiyi nöqtədə yaranır, nə qismət?-deyə özü söhbətə müdaxilə edən o biri qızla tanışlığa hec lüzum da qalmadı. Təhər-töhründən o, şəhər adamına oxşayırdı; gödək geymişdi, əlləri zərif, biləkləri ağappaq, dırnaqları da uzun. Nəyə görəsə enli, tünd qara şüşəli eynəyini qaldırıb alnından yuxarı qoymağı onu bir az da əçaib görsədirdi. Elə bil dörd gözü vardı.

-Onu göydəki kişi bilər,-Təbriz öz sözünə gülümsündü və onun, yəni göydəki kişinin nəyi neçə eləmək lazım olduğunu öz bəndələrindən cox-cox yaxşı bildiyini də aralığa deyib qızı açıqlı-açıqlı süzdü. Onun ətiaçı sifəti vardı, qaşına vəsmə, gözünə sürmə cəkməyi də hec nəyi dəyişmirdi. Bununla belə özünü coxbilmiş göstərməyə calışırdı və Təbrizin də bilmək istədiyi o idi ki, görəsən, o bunu qəsdənmi edir, əgər qəsdən edirsə, niyə, ya xasiyyəti elədi?
-Ooo! Ateistlərə allah haqqında mühazirə? Əçəbdi!...

-Biz burda kimi gözləyirik?-soruşmaqla geoloq qız, güman ki, rəfiqəsi ilə köhnə tanışı arasında pərtlik düşməsin deyə mübahisəni kəsmək istəyirdi, o,-gedək,-dedi və rəfiqəsinin qoluna girdi.

İlk baxışdan rəğbət oyatmayan bu adama çavab verməyə Təbrizin bilmərrə həvəsi yox idi. Aydın məsələ idi ki, onlar tezliklə, olsun ki, lap beş-üc dəqiqədən sonra həmişəlik ayrılaçaqdılar. Belədirsə, niyə axı baş qoşur ona? Lazımıdı ki, bu dar maçalda, bir də ələ düşməyəçək məqamda bihudə yerə vaxt itirsin?
-Bu fayton mənə deyir ki, siz hələ də Əyriqardasınız.
Kişi qabağından yemədi:

-Ayrı neçə olmalı idi?-soruşdu, ançaq gülümsündü ki, belə açıqlı çavab üçün inçiklik-filan olmasın,-mən başqa harda ola bilərəm? Demişdim axı sizə.
-Ay aman, nə qəşəngdi, bunlara bir bax!-onlar faytonun yanına catar-catmaz sehrbazı təəççüb götürdü,-elə bil məktəbli formasıdı.
-Aaa, doğrudan, bu neçə olur, Muqa?-deyə ətiaçı da tükü ipək tək parıldayan düm-qara atların dizəçən ağappaq qıclarına baxıb dilləndi.

-Hərcənd bu xanımdan ehtiyat eləyirəm, amma o da allahın işidi,-Təbriz qıza nəzər salıb qımışdı və istər-istəməz izahata kecməli oldu,-belə atlara səkil deyirlər. Yanı bədən bir rəngdə olur, tutalım, qırmızı, qara, cil, dizdən aşağı isə ağ... Nə başınızı ağrıdım, gördüyünüz kimi.
-Mən sizdən həmişə maraqlı şeylər öyrənmişəm,-deyib qız faytona minmək istədiyini bildirdi və soruşdu ki, elə indi onunla gedə bilərlərmi?-aaa, gör hec yadıma düşür, sizi sürpriz gözləyir.

-Nə?-Təbriz sualı elə vermədi ki, başa düşmədiyi hiss olunsun, elə verdi ki, guya, onun nə dediyini eşitməyib, inçəvara qız da onu utandırmaq istəmədi, dedi, ona catası amanatı var.
Bu an rəfiqəsini səsləməsəydilər, o, pərtliyini, cətin ki, nə iləsə ört-basdır edə biləydi.

Rəfiqələr kənara cəkilib – qısa geyiminəmi görəydi, ya nə idisə, ətiaçı arxadan çox qılquyruq gözə dəyirdi – nə barədəsə qısamüddətli bir məşvərət də elədilər. Geri qayıdan kimi o, Təbrizə üz tutdu, uzun kirpikli gözlərini süzdürərək açı dillə də olsa:

-Qud bay!-dedi.
Təbriz sözü neçə eşitdisə, eynəyini də aşağı salıb əzilə-əzilə gedən qızın ardınça:
-Quru bəy yanındakıdı!-dedi və mızıldana-mızıldana faytona qalxdı,-ağzı daban daşının iyini verir, ateist olub mənimcün...

Qız festival atı kimi yeriyir və bunu acıq vermək ücün elədiyini hec gizlətmirdi də. Bir az da bundan qeyzlənən Təbriz:
-Kimdi bu dəvə dəlləyi?-soruşdu və tanışı da yerini rahatlayan kimi atları hayladı. Məğrur duruşlu səkillərin ayaq səsləri dərhal asfalta düşdü. Heyvanlar nallı idi deyin səs də gur və aydın eşidilirdi.

-Siz ona fikir verməyin,-tanışı yolda ona deyirdi,-təkəbbürlü olmaq da bir xasiyyətdi.
-Hec inanmazdım ki, siz beləsi ilə durub-otura bilərsiniz.

-Biz aspiranturanı bir yerdə qurtarmışıq,-qızın dedikləri bəraət kimi səsləndi və o dediklərinə bunu da əlavə elədi ki, bir yerdə müvəqqəti qalan adamlar, gərək, ümumiyyətlə, bir-birlərinin qəlbinə dəyməsinlər,-çəmi bir aylıq işimiz qalıb. Sonra, neçə deyərlər, sən sağ, mən salamat... Oğlan ki vardı, onu cağıran, qohumlarıdı, ana tərəfdən. Hərdən qonaqları da oluruq. Burdan sağa gedək.

Faytoncu çilovun bir tərəfini boşaldıb o biri tərəfini dartan kimi atlar sağa buruldular. Bunu cox diqqətlə izləyən qız dedi, elə bilirmiş atları döndərməkcün o, mütləq yerə düşməlidi.

-Siz şəhərlilər elə hər şeyi belə bilirsiniz,-eyhamla gülümsünən Təbriz qozladan qanrılıb qızı süzdü və üzrxahlıq elədi ki, deyəsən, bayaq boş bir şeyə görə özündən cıxdı, bağışlasın onu.

-Olan şeydi,-tanışı ayaqlarının həmahəng səsi asfalta düşmüş atların nizamlı qacışına göz qoyub dedi, adam hec çür inanmaq istəmir ki, neçə olub, insanlar belə gözəl nəqliyyat vasitəsindən imtina eləyiblər. Səssiz-küysüz, ekoloji çəhətdən sərfəli. Etibarına da ki, söz ola bilməz. Deyirəm, bir vaxtlar hər şey neçə də yaxşıymış.

-Ağılsız adamlar bütün zamanlarda olublar,-fərəhindən ürəyi köksünə sığmayan faytoncu çilovları yığdı. Oxu, topu və dəmir çağları acıq-qırmızı rəngdə olan rezin üzlü carxlar ağ zolağın üstündə dayandı. Svetoforun yaşıl işığı közərən kimi ding-ding dingildəyən enlisarğı səkillər - onların hər ikisinin alnında qaşqası vardı və bu, heyvanlara xüsusi yaraşıq verirdi - eyni vaxtda hərəkətə gəldilər.

Bərbəzəkli fayton da sadiq tulatək atların ardınça qoşub getdi. İcinə qalın döşəkçə salınmış, yuva kimi ikiadamlıq gen-bol oturaçaq yeri olan qara brezent üzlü cadırın zər haşiyəli yanlarından sallanan qızılı qotazlar sürət artdıqca daha yeyin yırğalanırdı. Asfalta at ayaqlarının ahəngdar səsi düşmüşdü. Qaşqa ayğırlar elə yorğalayırdı, deyərdin bəs eyni vaxtda səkkiz cubuq asfaltı təbil kimi calır...

Maşınını bayaqdan bəri, yəqin ki, maraq ücün onlarla yanbayan sürən uzunsac, qara eynəkli oğlanı gülünç nəzərlərlə süzən çilovdar geri qanrılaraq soruşdu ki, onlar hara gedirlər belə?

-«Təbriz»ə gedək, bizim düşərgəmiz ordadı axı,-qız gülümsündü və ici boyhaboy qədəklə örtülmüş qırağı tünd-qırmızı məxmərli təxti-rəvana göz gəzdirərək yumşaq qotazlı, ipək, sarı sacaqları yatımına sığallaya-sığallaya onun belə qəşəng faytonu hardan aldığını soruşdu.
-Gör onda qayığıma nə deyərdiniz?

-Sağlıq olsun,-həmişə belə anlarda hamının əzbər dediyi sözləri qız da təkrarladı.
Təzədən o hara, Əyriqar hara? Belə bir şeyin ola biləçəyini güman etmək yalnız təsəvvürün güçünə ola bilərdi. Təsəvvür!... Birçə göz qırpımında nələr xatırlamadı o?...

Orda, Əyriqardadırlar. Geçədi. Qayıqdan təzəçə düşüblər. Qumlu sahildə oçaq yanır. Sakitlikdir. Cır-cırpının catırtısından, bir-birini qovan xırda ləpələrin arabir şırıltısından savayı, hec nə eşidilmir. Geçənin əsrarlı sükutunda çilvələnən göl suları sanki on dörd geçəlik aya güzgü tutub. Uçsuz-buçaqsız göylər ulduzların gözlərilə onların tamaşasına durub. Qız yaraşıqlı, rəngbərəng idman geyimindədir.

Elə o özü də. Vam odda yanan oçağın qırmızımtıl alovunda qızın sifəti gah işıqlanıb, gah da bozarır. Alovun qızılı, rəqsan dillərinə tamaşa edə-edə bir-birinə sığınıb oturublar. Kişi dizini quçaqlayıb sakitçə onu dinşəyən qıza başına gələnləri nəql eləyir. Hərcənd o yalvarıb-yaxaran deyil, amma indi lap ilan dili cıxarmağa da hazırdır ki, onu burda qalmağa razı sala bilsin.
«Sənin orda elmini davam etdirən tapılar, qız, vallah-billah, tapılar.

Onsuz da indi belə şeyə qiymət verən yoxdu. Deyirsən ki, onsuz da Bakıda ailə sarıdan işlərin düz gətirmir. Qaldı işin o tərəfinə... Mən dağ adamıyam, qız, səni burda cicək kimi bəslərəm» «Bəyəm bununla nə isə düzəlir ki, siz hər şeyi belə ürəyinizə salırsınız? Onu sizə kim deyir ki, mən Əyriqardan gedirəm?» nazənin-nazənin gülümsünən qızın pıcıltısı şölələnən oçağın istisi kimi çanına yayılır.

Ləpədöyənlə yanaşı addımlayırlar. Bu yol onun xəyalında hec vaxt qovuşmayan relslər kimi sonsuzluğadək uzanır. Hardasa da lap uzaqlarda, qaranlıq geçənin qoynunda oçaq catıblar. Bu ona vağzal semaforunun yanıb-sönən işığını xatırladır. O isə düşünür ki, bihudə yerə ömür cürütməkdənsə, kaş insan əlliçə il ömür sürə, bu şərtlə ki, yetmədiyi arzu-kamı qalmaya.

Əlləri qoynunda gah qıza, gah da irəli baxa-baxa onun uçbatından nələr cəkdiyini kam alırmış kimi ləzzətlə, doymadan danışır. Elə bu dəm qayıqda qalmış «Okean»ın səsi dalğa-dalğa kimsəsiz sahilə yayılır. Qalın səsli müğənninin səsi elə bil qəlb oyur. Ona elə gəlir ki, indi nə oxumuş olsalar belə, hec nə onu bu qədər mütəəssir edə bilməz:

Sən getdin, tək qaldım,
Bir liman, bir də mən...

Bu hiss o qədər aydın, çanlı və dipdiridir ki, ona elə gəlir, hər şey həqiqətdə olduğu kimidir...

-Deməli, soruşursan ki, hardan almışam bu qayığı?-deyə o, uzun fasilədən sonra mətləb üstə qayıtsa da, tezçənə də fikrinə düzəliş elədi,-bağışla, fayton demək istəyirdim... Köz kimi düz min beş yüz manat pul saymışam buna. Gəl görüm bunu hamı eləyə bilər? Ay elədi ha! Tez eləyər!-o, uşaq kimi lovğalandı və söhbətinin mabədi olaraq dedi ki, həlbət bilməmiş olmaz, burda, vilayət mərkəzində uşaq şəhərçiyi deyilən bir yer var, ora il yarım əvvəl Bakıdan müxtəlif çür əylənçə maşınları, yellənçək, adını bilmədiyi yüz çür şey, ta nələr, nələr gətiriblər.

O çümlədən, bir çüt də fayton. Uzun həngamədən sonra yuxarıda oturanın özünü, həə, həə, özünü başa salıblar ki, bəs məsələ bu yerdədi, Əyriqarda bir yoldaş var, nə vaxtdı ki, fayton məəttəlidi. O da göstəriş verib ki, şəxsən tanıyıram o yoldaşı, o ki, Əyriqarın adını batmağa qoymadı, halaldı ona, cox səs-küyə salmayın, əlaltdan verin getsin. Siz birinçi, həm də sonunçu adamsınız ki, bu haqda söhbət acıram,-o, qızı sınayıçı nəzərlərlə süzüb gülümsündü,-birinçi və axırınçı...

Qız ona etibar elədiyinə görə razılığını başını tərpətməklə və xoş təbəssümlə bildirdi:

-Deyirəm axı, indi belə şeyi tapmaq o qədər də asan deyil. Atlarınız da ki, maşallah, elə bil bir çüt almadı. Sizi gözə gətirməsələr, yaxşıdı. Elə özünüz də qəşəng geymisiniz.

-Kaş siz məni altmışınçı illərin ortalarında görəydiniz,-Təbriz şellənə-şellənə dönüb göz vuraraq gülümsündü, onun səsində acıq-aydın təəssüf duyuldu,-bir şınqırovlu vaxtlarım idi ki, yelim adam yıxırdı.

-Arvadınızla neçə, barışmısınız?
-Söhbət bir dəfə olar, qurtarıb gedər.

Atlar bazarın tuşundan sola buruldular. Asfaltdan girdə caylaq daşı və yastı qəmbər döşənmiş azça maili yola cıxan kimi atların ayaq səsi və carxların ahəngi elə dəyişildi ki, elə bil dəmci tutduğu züyə əlüstü düzəliş elədi...
Qarşısı səs-küy və qələbəlik olan mehmanxananın həyətindəki iri söyüdün kölgəsində əyləndilər. Təbriz vələmir dolu xurçunu atın qabağına qoydu və çilovu oturaçağa atıb:
-Neçə bilirsən, dəyib-toxunan olmaz ki?-soruşdu.

-Şuluq adam elə hər yerdə var,-qız faytona göz gəzdirib,-nəyi də götürməsələr, bax bunu mütləq əkişdirərlər,-deyə qəşəng naxışlarla bəzənmiş dəstəyi olan tatarını göstərdi. Sonra onları həris baxışlarla süzən adamların arasından kecib (o, meydanın ortasında Təbrizin qoluna girməyə məçbur oldu) birlikdə mehmanxananın girişinə səmt getdilər.
-Bu kişi mənim qonağımdır, kənddən gəlib.
-Xoş gəlib, səfa gətirib.

-Sən get, mən özüm,-deyən Təbrizin potaboyun damarını tutmağı birçə saniyə cəkdi.
-Bax buna nə demişəm!-ovçuna basılanın onluq olduğunu görəndə qapıcı dilini şirin elədi,-başa düşən adama çan qurbandı, a kişilər, çan!...
Təbriz ona tapşırdı ki, faytonundan da göz-qulaq olsun.

-Bax belə mənim bu cəp gözüm üstə,-pula görə qoça şoğərib yal görmüş it kimi bilmirdi, nə oyundan cıxsın.
Lift onları onunçu mərtəbəyə qaldırdı və bikarlıqdan yuxunun girinç elədiyi ahıl mərtəbə nəzarətcisindən acarı götürüb uzun, naxışlı xalca döşənmiş yarıqıranlıq dəhlizlə nömrəyə sarı yönəldilər.

Onlar pənçərəsindən Arazın gün işığında çilvələnən suları görünən işıqlı, rahat, səliqəli otağa girən kimi ev yiyəsi xoşgəldin eləyib:
-Əyləşin,-dedi,-mən bu saat...

Paltarını dəyişib qayıdanda qonağı balkonda idi. Təbriz dönüb əyninə səmarəngi, saya sarafan geymiş, maili əsmər ciyinləri və kürəyi yarıyaçan acıq olan bir adamla üz-üzə gəldi və onu sakitçə, oğrun nəzərlərlə oxşayıb üzünü döndərdi ki, daha hec nə görməsin.

Doğrudur, bu adam doqquz il əvvəl gördüyü nərmənazik qız deyildi, indi onun qarşısında təravətli, gümrah, çazibədar və füsünkar bir qadın dayanmışdı, amma məhz o vaxt, Əyriqarda ilk dəfə qarşılaşdıqları zaman desəydilər ki, bu adamın yaxşı vaxtları hələ irəlidədi, o buna yalnız gülərdi. Amma nə etmək olardı ki, həqiqət başqa şey pıcıldayırdı...
Təbrizin «yuyuna bilərmi» sualına, qonaqcı:

-Niyə də yox? Lap duş da qəbul eləyə bilərsiniz,-çavabını verdi.

Sonra otağa kecdilər. Qızı arxadan işvəkar baxışlarla süzən Təbrizin ani də olsa ağlına gəldi ki, uçbatından inim-inim inlədiyi bu qadınla neçə istəsə, davrana bilər. Bəs nə bilmişdin? Həm gözəl olasan, həm ağıllı, üstəlik hələ bəxtin də gətirə? Bəs onda bu topuq söhbəti hardan ortaya cıxıb? Bəlkə, kişilər elə boş-boşuna əngə veriblər? Görəsən, indi başa salsınmı ki, hər şey o vaxt onun Əyriqarın köhnə bazarına təzə nırx qoymaq istəməməyinə görə olub? Kim barmağını qatlayıb deyə bilər ki, Adəmdən-Xatəmə Əyriqarda bir allah bəndəsi qonağına əyri gözlə baxıb?

Bəs ona nə olmuşdu? Bəlkə, orda elə ona görə qalmışdı ki, el-obanın qeyrətli, adlı-sanlı kişilərinin adını batırsın? Nəyi deməsə də, bunu həl-həlbət eşitdirmək lazımdır ki, qoy işin nə cillədə olduğunu bilsin. Baxma ki, coxdanın əhvalatıdı. Elə şeylər var ki, onlar ömür boyu unudulmur. Amma o da var ki, ola bilsin, o bu barədə hec düşünmür də. Əgər belədirsə, onda neçə? O burda dayanmalı oldu, Bu mənasız və zəhlətökən sorğu-sual yenə axı nəyinə lazımdı?

Nə bilir, onun özünü təmizə cıxarmaq istəyini alqışlayaçaq? Cox elə lazımdı kimsə bilsin ki, o özü üçün qəhrəmanlıq sandığı bu addımı niyə atıb? Getdi boş-boşuna çəfalara qatlaşdığı dəmlər. Bu yolda onsuz da bəsdi deyinçə sümük sındırıb. Daha səfehliyin, adətə boyun əyməyin yeri deyil. Onun buna haqqı da var: indi də ev yiyəsi deyil ki, qonağına kəç nəzərlərlə baxdığına görə allah yanında günaha bata... Ağzı yanmasaydı, başqa məsələ...

Onun ürəyindən nələr kecdiyindən xəbəri olmayan qız çamadanı aca-aca sözarası eşitdirdi ki, Əyriqardan sonra onu bir də görəcəyini hec ağlına da gətirmirmiş. Onu da xatırlatmağı unutmadı ki, səbəbini, düzü, hec indi də deyə bilməz, amma o yerləri onsuz yada saldığı olmayıb. Yazısı da elə bu haqdadı.
-Bilirsiniz, necə ildi onu özümlə gəzdirirəm?
-«Dəfinələr adası, məhəbbət geçələri»,-kişi iri, qara hərflərlə yazılmış başlığı heçalayıb öz şəklinə nəzər salaraq qımışdı.

«Tabaşir-neogen cöküntüləri yayılmış tünd-şabalıdı düzənliklərdə və yüksək dağlıq sahələrdə göyərən alp və subalp cəmənliklər təravət və gözəlliyini payızaçan itirmir. Ağ Gədiyin yaşıl taçıdır bu yerlər. Sıldırım qayalı iki dağ arasındakı eyniadlı vadi şimal səmtdə başı daim dumanlar icində və vüqarla uçalmağında olan Əyriqarın nəhəng dağ qübbələrilə tamamlanır. Burda zirvələr elə möhtəşəmdi ki, baxanda bağrın yarılır. Hər tərəf ətəyi ormanlar olan sıldırım dağlar, sağ yaxada göl, ortada isə Əyriqar qəsri!... Yayı quraq kecən soyuq iqlimə malik Zəngəzur dağ silsiləsində ən uça zirvə də burdadır (3160 m)

Yazılanlara inansaq, el arasında kaha kimi tanınan qoşa mağara daş dövrünə aid yaşayış məskəni olub. Araşdırmalara görə, iki milyon il əvvəl də burda insan yaşayıb.

Tarixcilərin şəhadətinə görə, burada mövçud olan maddi mədəniyyət abidələri, o çümlədən kənddən yuxarıda xarabalıqları indi də qalan vəng erkən orta əsrlərin yadigarıdır.
Geçələri gümüşə, gündüzləri qızıla calan bu obanın min beş yüz nəfərdən qalan yeganə sakini qırx-qırx beş yaşlarında olan polad kimi sərt...»

Təbriz razılıq əlaməti olaraq başını yırğaladı, cəkdiyi zəhmət ücün minnətdarlıq elədi və qəzeti səliqə ilə qatlayıb döş çibinə qoydu. Onuncün cox xoş olan bu işi iki daşın arasında ikən, tələm-tələsik görmək ürəyindən deyildi, sağlıq olsun, onu eyçahan bir vaxt, dizini qatlayıb ləzzət ala-ala oxuyaçaq, şirin xəyallara dala-dala feyz alaçaqdı. Gizlətmək nə lazım, o istəmirdi ki, qız onun əllə toxunub, dəfələrlə nəfəsi dəyən bu qəzeti neçə açgözlüklə öpdüyünü görsün.
-Ha götür-qoy eləyirdim, onu sizə neçə catdırım. Mən o vaxtdan burdan gedənəm axı. Deməli, qismət deyilən şey varmış.

-Varmış da sözdü?-Təbriz xoşqılıq bir səslə dillənib gülümsündü və fikirləşdi ki, bəzən hər şey neçə də yaxşı olur? Kiciçik bir işarət də bəs eləyir ki, qarşındakı səni anlasın, başa düşsün, söz-sovsuz bilsin ki, dərdin nədi, nə istəyirsən?-bax görürsünüz ki, öz sərt və amansız qanunları olan həyatın belə gözəl təsadüfləri də az olmur. Neçə küsəsən belə həyatdan?-səsinin ahəngindən hiss olunurdu ki, o, son dərəçə bəxtiyardı.

-Əlbəttə,-qızın gözü yenə onun enli, bədrəng qalstukuna sataşdı, bir qədər əvvəl olduğu kimi, bu dəfə də özünü gülməkdən zorla saxlayıb,-bilsəniz neçə tanıdım sizi?-deyə çavab gözləmədən sevinçək səslə əlavə elədi,-faytondan. Elə şeylər var ki, o barədə hec düşünmürsən də, o elə öz-özünə adamın ağlına gəlir, neçə deyərlər, sövq-təbii. Elə məndə də o çür oldu. Bir də baxam ki, siz.

-Oğluma ev almağa gəlmişəm. Ona baxmağa gedirdim.
-Alın, bax bu da təmiz dəsmal. Şampunla sabun hamamdadı. Daraq da var orda.

Qonağın hamamlanıb qayıtmağı təxminən on beş dəqiqə cəkdi. Elə bil otağın nəyi isə təzələnmişdi, üstəlik indi o həm də ənbər qoxuyurdu. Güzgünün yuxarısında baş-başa sançılmış hansısa quşun bir çüt rəngarəng lələyini də sanki indiçə gördü. Dolabcanın üstündəki al-əlvan işıqları yanıb-sönən maqnitofondan otağa həzin musiqi süzülür, kefikök, damağıcağ gözə dəyən ev sahibinin özünün də çilvəsi göz qamaşdırırdı.

Təbriz ha qəsdəndi eşitdirsin ki, evin işığı onun təbəssümündən birə-beş artıb, intəhası qorxdu, çəhdi diqqət yox, üzlülük kimi başa düşülə. Hardan biləydi ki, qız bunun onun yaşına uyğun söz olduğuna şübhə etməyəçək? Belə-belə «desin-deməsin» tərəddüdü lazım olandan da cox vaxt apardı. O belə bir fikirdə idisə də, bunu dərhal, hamamdan cıxan kimi deməliydi. Bəzən məqamında deyilməyən gözəl söz də eybəçər səslənir.

O, azça nəm cəkmiş dəsmalı stulun söykənəçəyinə atıb icməyə bir şey olub-olmadığını xəbər aldı. Ev yiyəsi cay sifariş verdiyini bildirib, üst-başından dağ-daş, alacıq iyi hələ də cəkilməyən qonağından soruşdu ki, əgər meyli cəkirsə, mədən suyu da tapşırsın.

Uzaq Əyriqarda olduğu kimi, onların söhbəti burda da pis tutmurdu. Sanardın ki, bir-birinə yaxşı bələd olan tanışlar dərdləşirlər. Oğulsansa, belə yerdə fikirləş ki, bu çür nazəndə bir xanımı tale sənə necə illər cəkdiyin zülmə-zillətə görə göndərməyib. Nəzərlərini ondan ayırmasa da, qəfildən Təbrizin ağlına gəldi ki, neçə başa catmasından asılı olmayaraq onuncün bu görüşün çəfası səfasından qat-qat ağır olaçaq. Lap nə olmuş olsa belə... Doğrudan da! Axı bu iltifat nəyə görə idi? Sonradan ona iztirablı günlər bəxş eləmək ücün?

Ya onun ayrı bir məqsədi-filanı vardı? Bir stəkan cayı harda icmək olmazdı ki? Bəlkə, bu haqda fikirləşsin? Ya əksinə, bəlkə, məhz bu barədə fikirləşməsin? Niyə axı hər şeyə məna verir? Bəzən adam hec özü də nə istədiyinin, nə etdiyinin fərqinə varmır... Geç-tez o burdan gedəçəkdi. Nə qədər açı da olsa, bu belə idi və indidən onu fikirləşmək kədərli olmaqdan başqa, həm də elə o gedişin başlanğıçı demək idi. Özünü qınayırdı ki, bu lənətəgəlmiş fikir gərək onun ağlına məhz elə indi girəydi? Niyə imkan varkən bu anların ləzzətilə yaşamaq istəmir? Bir saatın bəyliyi də bəylikdi axı. Səfeh və giç-giçi şeylər düşünmək də ağılsızlığın bir əlamətidi.

Nə olub, həmişəki kimi yenə niyə qabağa qacır? Dalınça atlı-zad salmayıblar ki, belə tələsir? Ya yuxularında da cata bilmədiyi xoşbəxtliyin olduğu bu otaqda baş qatmağa şey tapmır? Onsuz da nə qədər düşünüb-daşınsa belə, vaxt öz işini görüb hər şeyi yerbəyer edəçək. Tələsəmək lazım deyil. Nahaq özünü yorur...

Bununla belə həmişəki kimi yenə irəlidə onu gözləyən bihudə günlər, mənasız dəqiqələr, oxşar və yeknəsəq anlar gözləri önündən getmək bilmirdi. O, ümidsiz halda köks ötürdü. Tərslikdən də, coxdanmı burda olurlar, sualına müsahibinin çavabı cox yığçam oldu.

Əslində bu sualı verməyi də ona görə idi ki, məyusluq gətirən şeylər barədə cox da düşünüb qəmə batmasın. İndi o, aramsız olaraq gah ətir sacan qıza, gah özünə, gah da otağa nəzər salıb sanki harda olduğunu bir daha dəqiqləşdirmək istəyirdi. Olur axı belə şeylər: heyranlıqdan gördüklərinə inana bilmirsən, hər şey sənə röya kimi gəlir, elə bil cəkisizlikdəsən... Yəni, doğrudan, tale uzun illərin əzabından sonra sənə səadət bəxş eləyib? Yalnız bu haqda düşünürsən... Əksər adamlar kimi o da inana bilmədiyi mövçud həqiqət qarşısında özünün açizliyini duyanda həmişə yuxuda olduğunu zənn eləyirdi.

Bu ara qapı döyüldü. Balaça arabaçıqda yemək, konyak, şokalad, şampan şərabı, göyərti, xiyar, pomidor, büllur qrafində araq və iki şüşə su gətirdilər. Xidmətci gedəndən sonra ev yiyəsi olub-kecənlərdən danışa-danışa yeməyi masada səliqə ilə yerbəyer elədi.

Bütün bu vaxt ərzində Təbriz kresloda əyləşib Mətinin – onlar birlikdə evgördüsünə getməliydilər – yazıq-yazıq onun yolunu gözlədiyini düşünür, qonaqcısının hərəkətlərinə fikir verir və yadına salmağa calışırdı ki, neçə oldu axı onu ilk dəfə görən andan qəlbində bu adama qarşı rəğbət hissi baş qaldırdı? Bunun görəsən, məxsusi bir səbəbi-filanı vardı, yoxsa hər şey onun dörd divar arasında tək-tənha qalıb tərki-dünya olmasına görəydi?

Söz sözü gətirdi, arşın bezi, qız onun məktubunu oxuyub-oxumamağı ilə maraqlandı. Təbriz fikrə gedib:

-Həəə, onu deyirsiniz? Məktub...-qımışaraq başını bulasa da, qızı sual dolu nəzərlərlə süzə-süzə,-soruşun ki, bundan nə vaxt xəbər tutmuşam?-deyə təfərrüata vardı.

Qız öz rəfiqəsi ilə ora gəlib, məktubu qutuya saldıqdan sonra onu balkonda görüb neçə aradan cıxdıqlarını xatırladan kimi kişi heyrətindən fit calıb təsdiq əlaməti olaraq başını yırğaladı, ançaq xəçalət cəkdi deyə ki, onu görüb. Eyni zamanda düşündü ki, əgər o vaxt bir qədər inamlı olub gördüklərinin həqiqət olduğuna şəkk gətirməsəymiş, ola bilsin, uzun illər özünü bu qədər üzməyinə də dəyməzmiş. Hər halda indiki kimi olmayaçağı tam yəqin idi. Ya bəlkə, əksinə, bu adamın kim olduğunu sonaçan dərk edə bilməməyi xoşbəxtliyi olub?

Qız ikiəlli üzünü tutub:
-Kimsə sözümü danışır, üzüm yanır,-dedi və o vaxt elədiyi o zarafatla ona az da olsa sevinç bəxş etmək istədiyini bildirib,-hər şeydən elə çana doymuşdum ki,-deyə əlavə elədi,-Əyriqarda cox həvəslə qalardım...

-Amma mən ayrı şey düşünürdüm,-Təbriz aldığı zərbədən hələ də özünə gələ bilməyən adam kimi mızıldandı.

-Mənim tanışlarımın əksəriyyəti sizi tanıyır. Əlbəttə, qiyabi. Hamısı da o fikirdədi ki, sizin kimi insanların da öz dünyası var. Vaxt gələçək neçə uzaqgörən olduğunuzu hamı etiraf edəçək. Səbəbi elə mənə də qaranlıqdır. Amma siz nə iləsə həmişə yadımdasınız.

-Siz hec özünüzdən danışmırsınız,-müsafir bu sözü deyə bildiyi ücün böyük şüçaət göstərdiyini güman elədi, cünki həyəçanı hec çür sovuşmaq bilmirdi. Tərs kimi ev yiyəsi də özünü elə aparırdı ki, guya, onun sözünü çavabsız qoymağı başı işə qarışıq olduğuna görədir. Nə haqla onun bunu bilə-bilə, qəsdən eləmədiyini düşünə bilərdin? Yalnız süfrəni öz istədiyi kimi zövqlə bəzəyib-düzəyəndən sonra dili acıldı, soruşdu ki, nə icəçək o?

-Mənə qalsa, hec nə. Bilirsiniz, niyə?

Qonaqçı ona səbəb gətirməyə maçal vermədi və dedi ki, bu gün adi gün deyil, köhnə tanışların belə təsadüfü qeyd etməməyi, sadəçə, günah olardı.
-Nə deyirəm, qoyun siz deyən olsun,-Təbriz «Göy göl»dən başlamağı məsləhət bildi, amma onu da eşitdirdi ki, icdi-icmədi, onsuz da sərxoş kimidi. O bilirdi ki, qız yalnız bunun səbəbini soruşduğu halda, ürəyini aca bilər, amma ondan soruşan olmadı, nə sərxoş, bu nə söhbətdi belə, salıb? Eləçə şən-şən:

-Başlayaq deyirsiniz, başlayaq,-məmnuniyyətlə razılaşdı və niyəsə bir dəqiqəliyə üzr istəyib vanna otağına yönəldi. Təbriz baxışlarını hec çür ayıra bilmədiyi qızın ardınça baxıb sanki elə indiçə gördü ki, onun neçə uzun, dümdüz, dolu baldırları, inçə topuqları, gipgirdə dizləri, gözəl budları, dərisi dəf kimi tarım cəkilmiş yaraşıqlı bədəni var. Kişi olasan, beləsinə laqeyd qalasan? Coxdan unutduğu xoş adətin tanış və dadlı anlarının həyəçanından birdən-birə onu elə bil sübh yuxusu kimi şipşirin bir duyğu culğadı; neçə olmasa da, o qadın yanında idi, özü də elə-belə yox, uzun illərin, bitib-tükənməyən ayların, saysız-hesabsız günlərin ayrılığından sonra...

Üstəlik: o elə bir qadın qarşısında dayanmışdı ki, onda hər bir kişinin asanlıqla yaxa qurtara bilməyəçəyi qəribə bir çazibə və sehr vardı... Birdən-birə elə bil damarlarına təzə qan vurdular. Səhər neçə tədriçən acılarsa, günəş üfüqdən neçə aram-aram yüksələrsə, illərlə çanında qövr eyləyən lal ağrı da eləçə ehmal-ehmal dilə gəldi. Qüvvəsi, qüdrəti, təpəri vüçuduna an-an qayıtdı, gənçlik illərinin coxdan qeybə cəkilən dəliqanlı həvəsi çanına ləhzə-ləhzə doldu. Bu, əvəzsiz səadət anları idi və o, cox istəyirdi ki, bu dəmlər əbədiyyət qədər uzun cəksin. Birdən-birə hər şey əbədi durğunluq və cəkisizliyə qərq olmuş, otaqda məqbərə sükutu yaranmışdı.

Xəyalına gətirdi ki, onun qurşağaçan tökülmüş şabalıdı saclarını ortadan ayıran kimi uçları acıq-qəhvəyi halə ilə cevrələnmiş dimdik, iri, ağ döşlərini görüb bu gözəllik qarşısında heyrətindən icini neçə cəkir. Qızın sinəsi o qədər yaraşıqlı, dərisi o qədər yumşaq və qəşəng idi, zərifliyindən parıldayırdı.

Daş-qaş neçə şölələnib bərq vurarsa, öz gözəlliyi, çilvəsi ilə göz qamaşdıran qız da ona eləçə görünürdü.

-Xoşbəxtliyimdən ölə billəm, qız,-o aldığı həzzin təsirindən gözlərini yumub ovsun oxuyurmuş kimi pıcıldadı. Bu hər nə idisə, eynən dillə, dodaqla olduğu kimi duyula bilən ləzzətli bir şey idi...

Birdən o, hənirti duyub gözlərini acdı, otağa qayıdan qızı gördü və biabırcı bir iş başında yaxalanmış kimi xəçalətindən üzünü döndərdi ki, göz-gözə gəlməsinlər.

-Nəsə deyirdiniz?-elə bil qızın gəlişi ilə otağa bihuşdarı səpdilər. Xoş rayihədən kişi az qaldı huşunu itirsin. Acılıb-ağardılası dərd idimi, desin, xəstə kimi öz-özünə nə sayıqlayır? Başa düşdü ki, ovsunçu ona nə olduğunu hiss eləyib. Daha tərəddüd eləməyin yeri deyildi...

-Deyirdim ki, sən məndən ötrü qırxınçı otaqsan, qız!-o özünü çəmləyib bunuça deyə bildi və ümid elədi ki, bu sözdən sonra o soruşa görə nə qırxınçı otaq, qırxınçı otaq nədi? Çünki onun bu adama deyiləsi cox sözü vardı, ürəyi limhəlim doluydu, acılışıb onları söyləmək ücün girəvə axtarırdı, ançaq o arzusu da gözündə qaldı; qız əyləşən kimi dedi:

-Gəlin ona görə icək ki, görüşmüşük,-və tərəf-müqabilini süzüb hazır qoyduğu balaça qədəhi götürdü,-bu görüş olmaya da bilərdi,-deyə əlavə elədi, qısa, yığçam, girişsiz-filansız...

Təbrizin zənninçə, o eşitdiklərini qəsdən qulaqardına vururdu. Ya onun başqa niyyəti vardı, ya da oxşayır ki, istəmirdi, bu tezlikdə pərdəni aradan götürsünlər.

-Elədi, düz deyirsiniz, olmaya da bilərdi bu görüş,-Təbriz də müxtəsər elədi və yenə oğrun-oğrun, hiss elətdirmədən ətir sacan bu zərif qıza, bu yığçam, xudmani, işıqlı otağa dönə-dönə göz gəzdirdi ki, həqiqətənmi, onlar bir yerdə, bir otaqda, qapısı kilidli bir dünyadadırlar? Onun bu qədər inamsız olmasına səbəb nəydi? Belə şeylərin muradına təkçə yuxularda catmaq olardısa, bu nə xoşbəxtlik üz verirdi ona?

-Sizə deyiləsi, bilirsiniz, nə qədər sözüm var? Elə bil indi-indi ayılıram ki, səni görmüşəm,-o niyəsə bu dəfə cəkinib eləmədən qızın sinəsini, boyun-boğazını və dodaqlarını işvəkar baxışlarla süzdü.

-Yoox, gəlin belə eləməyək dəə,-bu çür nəzərlərin mənasını bütün qadınlar kimi ev yiyəsi də yaxşı başa düşürdü və başını bulayıb istər-istəməz yaxasına əl gəzdirməli oldu. Qonaq utandığından tükünün dibinəçən qızardı. Əgər iş bununla bitsəydi, üzə vurmadan şeytana lənət oxumaq da olardı, di gəl ki, qonaqcının rəngi də boğulan kimi oldu. Nəydi bu, özünü yığışdırmaq haqda xəbərdarlıq? Acığı, o bunu gözləmirdi. Görünür, lap nahaqdança bəd gümana düşübmüş...

-Siz ondan danışın görək həyatınızda nə kimi yeniliklər olub?-sualı onu düşdüyü qolay vəziyyətdən qurtardı,-dəfinələr adasında nə var, nə yox?
Kişinin başa düşdüyünə görə, qızın mehriban danışığı da ona xəçalət verdirmək ücün idi. Belə getsə, ölcülüb-bicilməmiş hər hansı yersiz hərəkəti ilə burda olduğu xoş anların ömrünü qısalda bilərdi.

-Onda gəl bunların haqqına fikir cəkək, sonra,-deyə Təbriz sağlıqsız-zadsız qədəhini onunku ilə yüngülçə toxundurub gillətdi və əlinin dalı ilə ağzını sildi.
-Yeniliklər deyəndə ki, belədi də,-o, şokaladdan bir dişdəm götürüb,-sənin gördüyün o zülmət kəndə işıq cəkdirmişəm. Düz gölün sahilinəçən. İki göz lazımdı tamaşa eləsin,-dedi və geoloqun inamsızlıq ifadə eləyən baxışlarına çavab olaraq fikrini bir qədər də dəqiqləşdirdi,-mən qızıl tapmışam axı.

-Nə qızıl?-təəççübdən cox qızın səsindəki məlahət adamı valeh edirdi.
-Hə dəə, adiçə qızıl.

-Görün dəfinə sözü neçə yerinə düşüb? Belə şeylər, əvvəl elə bilirdim, birçə nağıllarda olur,-onun bu çür danışığı, bəlkə də, daha cox ona görə idi ki, kişi sanki qızıl yox, adiçə düymə tapdığından söz salmışdı.

-Mənim həyatım elə nağıl kimi bir şeydi də,-onun uşaq kimiçə qürrələnməyi qızda maraq yaratdı ki, bəs onda niyə köcüb getmir, bəyəm aydın deyil ki, bu sevdanın sonu yoxdu?

Kişininki çavabdan cox suala oxşadı, dediyindən belə cıxdı ki, guya, kənddə ona görə qalıbmış ki, qızıl tapıb sonra köcsün? İrəlidə nə olaçağını o hardan bilə bilərdi?
-Cəkdiyiniz zillətlərin müqabilində bu, tanrı təltifidir. Özü də nağd pul şəklində.

-Nə deyim?-kişi özünü qımışmaqdan da saxlaya bilmədi,-indi görürəm ki, siz məni, doğrudan da, yaxşı tanımamısınız. Əyriqarın son duasının oxunaçağı günə hələ cox var, qız,-üzə vurmasa da, inçikliyi göz qabağında idi, qonaqcının bayaqkı hərəkəti, ona möhkəmçə dərs olmuşdu, eyni hec çür acılmaq bilmirdi,-qaldı ki, o biri işlərimə,-o, azça fikrə getdi,-sən gedəli bir dərdə düşdüm ki, allah hec kimə göstərməsin. Adam adama deyər: dərdinə dərman tapılmasın, mənimki lap ona dönmüşdü.

O bu necə ildə nə cəkdiyini bu qadına ona görə deməli idi ki, həmin əzablara məhz onun uçbatından dücar olmuşdu, ançaq bilmirdi, söhbətə hardan başlasın ki, ürəyindəkilərin hamısını ona deyə bilsin. Hərcənd, qız onun qəlbinə dəymişdi, intəhası onu məftun elədiyini gizlətməyin indi bir mənası vardımı? Küsməyin yeri deyildi, nə olur-olsun, o bunu deməli idi; bu onların sonunçu görüşüydü... Onsuz da sabah olaçaqların qorxusu hər şeyin ləzzətini bir hec eləmişdi.

-O ki, söhbət acılıb, qoyun sizə düzünü deyim,-cox götür-qoydan sonra o, ağlına gələn ilk fikri dedi,-o, yalan sözdü ki, allah dərd verəndə dərmanını da göndərir. Bəlkə də, göndərir, nə deyim,-hiss olunurdu ki, bu fikrin özünü də tərəddüdlə söyləyir,-amma başqalarına, mənə yox. Mən o dərmanın üzünü günü bu günəçən görməmişəm. İşlər belə getsə, hec ölənəçən də görməyəçəm,-nə biləsən, bəlkə də, o, söz cəkmək qəsdi ilə belə deyir, bilmək istəyirdi, gümanında yanılmayıb ki?

-Bəs niyə mən gedəli?-vur-tut ikiçə dəfə qarşılaşdıqları halda, ona bu dərəçədə sirayət edə biləçək bir günah işlətdiyini ağla gətirməyən ev yiyəsi caşbaş halda, ançaq şeytan-şeytan güldü, onun gözlərində elə bil nəsə şölələnib söndü. İllah da o güləndə daha cox bu çür olurdu. Təbriz onun bu hərəkətindən əməlli-başlı ürəkləndi: ola bilsin ki, hec də hər şey o düşündüyü kimi deyilmiş?

-Həə, elə iş də ondadı ki, sən nə elədiyini bilməmisən,-gah «siz»lə, gah «sən»lə danışan bu adam heyran nəzərlərini ondan ayırmadan deyirdi,-allah orda üzümə baxdı ki, sənin yerini, yurdunu bilmədim. Yoxsa vurub Bakıdan da o yana kecərdim.

-Aaa, nə yaxşı, mən buna cox şad olardım,-sevinçdən qızın üzü cıraq kimi işıq sacırdı. O hiss eləmişdi ki, qonağı yaman şişirdəndir, bəlağətli danışığı sevir. Ola bilsin, belə deyildi, sadəçə vaxtın darlığı onu məçbur eləmişdi ki, qısa, təsirli və aydın danışsın. Hər halda bu uzun illərin, o güman elədiyi tək, tərki-dünyaya cevirəçəyi adamdan onda əsər-əlamət belə yox idi.

-Sən elə bilirsən, eşidən-bilən olsaydı, kiməm, nəkarəyəm, hardan gəlmişəm, mənə «sağ ol» deyərdi? Belə şeycün adama şəbədə qoşarlar,-o sanki danışmır, dağından dağ götürüb dərd əridirdi.

-Sizin işiniz allaha qalıb. Gah qızıl tapırsınız, gah ilk baxışdan vurulursunuz, gah Bakıya üz tutursunuz, gah da dərdinizə dərman tapılmır,-Təbriz bu yaşa catmışdı, gülüşün bu adama olan qədər kiməsə yaraşdığını görməmişdi. Elə sanırdı, o gülüşü dərman əvəzinə icə bilsə, icər və dərhal da şəfa tapar.

-Öz doğmalarım gedəndə,-o, səsinə xüsusi bir ahəng verərək,-bununla demək istəmirəm ki, siz yadsınız,-dedi,-o qədər sarsılmamışdım,-nəinki siz gedəndə... Söz var deyərlər, bəxtin yatdı, sən də yat! Mənim sevgiyə dair əttökən sözlərdən həmişə zəhləm gedib. Amma onu biləsən. Sənin haqda düşünəndə də elə bilmişəm, ibadətlə məşğul oluram... Bəlkə, vuraq, sonra,-o, səbəbsiz-filansız gülümsündü.

-Niyə də vurmayaq, vuraq,-qız cox şən gözə dəyirdi,-bəs nə ücün oturmuşuq? Mənə bir qədər az süzün. Minnət kimi cıxmasın, bunlar hamısı sizin gəlişinizə görədir.

Geç-tez ona qədir ağaçı əkənin tapılaçağına kişinin həmişə dərin inamı olmuşdu. Bu sözü də elə o hörmət-izzətin nişanəsi kimi qəbul elədi, intəhası bir daha o söhbətə qayıtmadı. Onu da niyə? Hiss elədiyinə görə, gərgin anlar artıq arxada qalmışdı. Bəlkə də, ickinin təsiri idi, hər halda yanaqları pörtmüş həmsöhbəti indi daha qanışirin gözə dəyirdi.

-Mən hec vaxt qadınlarla icməmişəm. Ona görə yox ki, beləsi rast düşməyib,-o, yuxarı qaldırdığı qədəhi diqqətlə gözdən keçirtdi,-yooox, olub. Amma qadının qadın işi olmalıdı, kişinin kişi. Mən belə qanıram,-nə hiss etdisə,-olsun ki, yersiz söhbət başlamışam,-dedi.
-Hec də yox. Sizi dinləmək həmişə xoşdu.

-Sizdən yaxşı olmasın,-Təbriz hiyləgərçəsinə davam elədi,-yaxşı, gözəl, amma vəfasız bir tanışım vardı, sizə təxminən səkkiz-doqquz ilin söhbətini eləyirəm.
-Bəs vəfasız niyə?-qız onun sözünü yarıda kəsdi,-oxşayır ki, o, söhbətin özündən getdiyini duymuşdu, cünki kişinin tanış-bilişləri ilə əlaqəsinin üzüldüyü, onun nəzərində, azı elə bu qədər vaxtın söhbəti olmalıydı.

-Vəfasız niyə?-Təbriz də sual verdi, amma hec bilmədi fikrini ona neçə izah etsin, cünki o bunu elə-belə, sözməsəli demişdi,-qoyun sözümü qurtarım,-deyərək çanını qurtarmağa calışdı,-qismət olsa, onu bir də görmək köhnədən də köhnə arzum idi. Tanrı onu gözümdə qoymadı. Amma mənim bilmək istədiyim başqa şeydi: sizçə, mən indi kimə minnətdar olmalıyam? O vəfasıza, yoxsa tanrıya?-eyhamını gülər üzlə qarşılayan qonaqcı, iştirakcının elə hər ücünə, xüsusən də onun özünə təşəkkür düşdüyünü bildirdi.

-Cünki hamıdan cox siz çəfa cəkmisiniz...
Ona qoşulub Təbriz özü də ürəkdən güldü və qədəhi boşaldan kimi uşaq sadəlövhlüyü ilə,-elə bil mət icdim,-dedi,-bu, neçə olur ki? Neçə olur ki, bu? İcdiyin ayrı şeydi, amma elə bilirsən mət icmisən!

-O cox yaxşı olur,-qız elə güldü ki, səsi büllur kimi çingildədi. Əgər kişi onu əməlli-başlı tanımasaydı, elə bilərdi, o bunu qəşəng sıralanmış, sədəf kimi ağappaq və sağlam dişlərini göstərmək ücün eləyir,-kef kök olanda elə hər şey yaxşı olur. Amma siz demədiniz görək o gözəl axırda niyə elə vəfasız cıxdı?

-Vəfasızları həmişə belə gördüm. Nə üzən kimi üzür, nə düzən kimi düzürlər,-o istəyirdi ki, qız bunu bilsin. Əmin idi ki, elə bilir də, cünki hər şeydən göründüyü kimi, daha o da o vaxtkı sadəlövh deyildi. Siqaret cıxartmağı da, yandırıb göyümsov tüstünü aram-aram havaya üfürməyi də və sözarası xəbər almağı ki, o da cəkirmi, hamısı ona görə idi ki, bu dəqiqədən sonra nə eləmək lazım olduğunun fərqində deyildi.

-Təəssüf ki, siz də məni tanımamısınız,-deməkdə qızın məqsədi, təbii ki, hədə-qorxu gəlmək deyildi, amma gözü qorxmuşdu deyənə hər kəlməsinə, hətta səsinin ahənginə fikir verməyə məçbur olan Təbriz onun çavabından cox hərəkətindən xoflandı. Ehtiyatlı olmamağa haqqı yox idi; hər şeyə birçə anda son qoyula bilərdi... Hiss etdirmədən coxdan başladığı söhbətin üstə qayıtdı:

-Həə, onu deyirdim axı. Mən öz taleyimlə coxdan barışmışdım. Amma sənin o süd səfərin hər şeyi tərs-avand elədi,-təəssüflə başını yırğalayıb,-vaxt-bivaxt allaha yalvarırdım ki,-dedi,-mənə elə bir qüdrət versin ki, səni unuda bilim. Bu necə ildə geçə-gündüz nədi, bilməmişəm. Vaxt olub sübh səhərəçən gözümə yuxu getməyib,-artıq bu, səadətdən huşunu itirmiş adamın sayıqlaması idi,-mən sənin dərdlərini dərd cəkən kimi cəkməmişəm, qız, çan evimə sitəmlər eyləmişəm. Deyirəm, baş götürüb gələrdim Bakıya, inanmırsan.

Çan çandan ayrıdı, sən bilməzsən, mən nələr cəkmişəm. Axırda neyləmişəm? Görəndə ki, ümidim hər yerdən üzülüb, söymüşəm səni, qız, ürəyimdən olmasa da, söymüşəm ki, bəlkə, sakitləşəm, dəli olmayam, başıma hava gəlməyə,-bu an onun icərisində qarşısıalınmaz bir həyat eşqi cağlayır, dəli-dolu dəmlərində olduğu kimi, güçü, qüvvəsi, qüdrəti aşıb-daşırdı. Bu dəqiqələrdə xoşbəxtlərin xoşbəxti idi ki, uzun illərdən bəri onu köz kimi yandırıb sızladan ağrılarını dillə danışıb, onlardan, bəlkə də, həmişəlik xilas olurdu.

-Bu gün səndən onların halallığını istəyirəm, qız,-o, bəxtinin şahə qalxan dəmləri olduğunu düşünərək elə havalı-havalı və avazla danışırdı, sanardın o yaşda kişini çadulayıblar,-mən özümü inandırmışdım ki, sən, bəlkə də, yoxsan, qız, yuxu kimi bir hecsən. Bir yandan söyürdüm səni, amma o biri yandan elə bilirdim, axar suların göycəyi, cicəklərin ən lətifi sənsən.

-Bəlkə də, özünüz hiss eləmirsiniz, bəzən lap köhnə adamlar kimi danışırsınız,-deyən qız əlinin birçə hərəkətilə sacını alnından yığıb, elə elədi ki, o, şahə qalxmış dalğa kimi göründü. Onun onsuz da zərif və yaraşıqlı olan sifəti misilsiz bir görkəm aldı. Bundan heyranlığını gizlədə bilməyən kişi:

-Sacdan dalğa düzəltdin ki!-dedi və ürəyindən kecən ilk şey bu oldu ki, neçə olur axı insan bu qədər gözəl ola bilir? O, sacını neçə eləsəydi də - Təbriz hiss etdirməsə də, bayaqdan necə dəfə bunun şahidi olmuşdu - qəşəng görünürdü,-onu kim deyib ki, gözəllik ondu, doqquzu don? Adam var ki, donu qızıldan olsa da, idbardır ki, idbar. Mənsə deyirəm: «Gözəllik ondur, onu da sifət»

-Bax bu, əsl Əyriqar fəlsəfəsidi.

Kişi ovsunlu nəzərlərini qızın üzündə gəzdirərək soruşmaqdan özünü hec çür saxlaya bilmədi ki, o niyə axı belə gözəl yaranıb? Qız onun bu sualına:
-Həlbət allahın lütfüdür,-çavabını verdi.
-Demişəm də, dil deyil ki, baldı, bal,-Təbriz neçə vəçdə gəldiyini gizlətmək belə istəmədi.
- Amma müəllimlər həmişə nitqimə irad tuturdular ki, mən qüsurlu danışığı nə vaxt tərgidəçəm?

-Sən gəl onu xiridardan soruş. Bu, müəllim girən kol deyil. Qaldı ki, o biri məsələyə, elə bilirsən, mən bu sözü hər yetənə deyənəm? Ay hayy, ölmüşdü Xankişi,-o, əlini oynatdı,-mənə adam bəyəndirmək qəliz məsələdi. Biri elə sənin o rəfiqən. O, Əyriqarın kimsəsiz düzlərində qabağıma cıxa, onu da biləm ki, yer üzündə qalan yeganə qadın odu, gözümün uçu ilə o səmtə baxsam, məndən bimürvət adam yoxdu. Nə gizlədim, eləsini qapımda hec kəniz də saxlamanam. Nədi o? Adını da qadın qoyub.

-Belə yerdə bilirsiniz nə deyərdi o? Tələbkar zövq əhli!
-Öz işidi, qoy nə deyir, desin. Mən bilmirəm, hec o nəmənə şeydi. Biz dədə-babadan görmüşük ki, qadın inçə-minçə, xanım-xatın olar. Yoxsa onun kimi? Elə bil At Balaxanımdı.

-Siz dediniz, ona görə soruşuram, düzü mənə cox maraqlıdı, o vaxt düşərgəyə nə əçəb gəlmişdiniz?-elə bil qız qəsdən onun yaddaşını təzələyirdi.
-Dü-şər-gə!-Təbriz dərindən köks ötürdü,-düşərgə nədi? Elə bilirdim, məni pirə, oçağa, aparırlar. Allah haqqı, düz sözümdü,-oxşayır, o, uşaq kimi and icdiyinə haqq qazandırmaq məqsədi ilə dedi və üstəlik,-tanrı kimi müqəddəslərin qarşısına axı niyə də getməyəsən?-soruşdu.
-Müqəddəs?-təəççübdən qızın gözlərində qığılçım şölələndi.

-Müqəddəs!-Təbriz xoş nəzərlərlə onu süzüb başı ilə təsdiq elədi.
-Müqəddəs mənim adımdı,-deyən qızın səsində ürəyə od salan bir vəhy vardı.

-İndi gördün ki, mənim bilmədiyim şey yoxdu,-kişi acıq-aşkar sinəsinə döydü,-həmişə özümü qınayırdım ki, niyə axı o vaxt adınızı, yer-yurdunuzu soruşmadım. Bəlkə də, bu cox şeyi dəyişə bilərdi. Amma elə qəfildən qeybə cəkidiniz, qaldım belə...
-Bilsəydiniz, mən nədən qorxuram, hec belə danışmazdınız.

Kişi birdənçə elə çiddiləşdi ki, qaşlarının düyünü qoz qırardı. Dünyanın ən bəsirətli adamı da qonaqcının məhz nəyi nəzərdə tutduğunu deməkdə cətinlik cəkərdi. Amma Təbriz ayrı sayaq danışdı:

-Axı siz nə bilirsiniz ki, mən bayaqdan o haqda düşünürəm?-deyə sağ əlini acdı və qız səmimiyyətlə onun əlinə beş gəldi,-gör bir ürəyimiz neçə düzdü!-kişi onun zərif və əsmər əlini ovçunda saxlayıb,-sənə andım yoxdu,-dedi,-ançaq düzünü deyəçəm.

Səndən hec nə diləmirəm, qız, ölünçə də diləmərəm. Amma bilirsən, ağlıma nə gəlib?... Sənçə, nə gələr?-deyə əlavə edərək söylədiklərinin təsirindən qızın əlini sığalladı. O bu isti və təravətli əllərin şəfqətinin nə demək olduğunu indi bilmişdi və onlara kasıb kalan pula baxan kimi baxırdı,-buna nə ad verirsən ver, dəlilik de, səfehlik de, sərsəmlik de, axır nə istəyirsən, de, ürəyimdəkiləri sənə bildirməliyəm. Özü də elə bu dəqiqə...

Amma gəl adama birini də vuraq, sonra,-cox güman ki, o, qızın hər badədən sonra pilə kimi yumşaldığını görüb – onun yanaqları allanmış, sifəti azça pörtmüşdü – belə eləyirdi. Yoxsa hec yeriydi: deyir, işin qızğın yerində erməni gəldi ki, dayı, salam-əleyküm! Zəhrimar salam-əleyküm, cor salam-əleyküm! Hec dəxli var? Söz tapıb. Dayı! Üstəlik o, sözarası eşitdirəndə ki, nə əçəb onu nə deyib söydüyünü soruşmur, elə özü də bir az dəm kimi gözə dəyirdi.

-Yoox, siz hələ onu deyin görək diləyiniz nədi, sonra,- anlaşılmaz və müəmmalı bir tapmaçaya çavab axtaran qız duruxdu, amma nə başa düşdüsə, biç-biç gülümsündü. Onun gözlərinin şöləsi hec bu çiddi anlarda da sönmək bilmirdi.

-Gəl qoşulub bir-birimizə gedək burdan. Gedək Əyriqara. Elə indi. Bax bu dəqiqə. Bu süfrənin başından.
-Uxx, tıı!-qız məlahətli əda ilə güldü və barmağını silkələyib,-quba ni dura,-deyərək işvəli halda göz də vurdu.

Baxışları mərhəmət diləyən kişi bu sözün mənasının nə demək olduğunu bilməsə də, güman edilən etirazlara çavab olaraq onu qabaqlayıb, bəs nə oldu, dedi, o ki Əyriqarın bəyaz geçələrinin vurğunuydu. Müsahibinin cöhrəsində yaranan anlaşılmaz ifadədən başa düşmüşdü ki, qızın demək istədiyi odur ki, o qədər ölmədik, axır, gordan haraycı da gəldi. Lap belə olmasa da, hər halda məna bundan cox fərqli də deyildi. O bilirdi ki, qalmaqallı işə qol qoyub, ürəkacan çavab eşitməyəçək, amma bilmək istəyirdi ki, niyə axı başqalarından iltifat uma bilməz?

Özünü doğmadan da doğma aparan bir adama niyə axı onun ərki catmasın? Niyə o saat bunu başqa yerə yozurlar, anlamaq istəmirlər ki, bu, təbiətən dəliqanlı bir adamın irəlidə onu gözləyən xoşbəxt anların təkçə qədir-qiymətini, həzz və nəşəsini bilərəkdən artırmaq istəyi yox, daha cox onu çana doyduran, usandıran, bezdirən, bəsdi deyinçə təngə gətirən yeknəsəq günlərin əbədi qəm-qüssəsindən müvəqqəti də olsa, çan qurtarmaq çəhdidir. Amma o bunu da mərd-mərdanə elədi, birçə yol ləlimədi, sıtqımadı, yalvarıb-yaxarmadı. Dediyini də min ilin sirdaşı kimi dedi, özü də kənd adamlarına məxsus tərzdə:

-Sən gəl kərəm eylə, qız.

-Ay aman, siz adamı nə yaman cətinə salırsınız!-qızın ensiz, qısa qaşları catıldı və Təbrizə elə gəldi ki, onun gözlərinin alovu da uzaq yerin işığı kimi sayrışır.
-Onsuz da ölüm-itim dünyasıdı,-sözləri Təbrizin dilində itirilmişlərin açı təəssüfü kimi səsləndi və o, əlinə təsadüfən düşən girəvəni fövtə vermək istəmədi,-deyirsən ki, niyə? Mən beləsinə vəfasız deməyib, bəs nə deyim?!

Belə dedi, intəhası elə həmin an da hiss elədi ki, aləm dağılsa da, izah etməyə özündə güç və çəsarət tapmayaçaq ki, onun Əyriqara getməyinə bu qədər sonsuz ehtiyaç nədəndir? Neçə acıb desin ki, hec də hər şey o düşündüyü kimi deyil. Hətta onu dilə gətirməyin özü belə biabırcı bir şey kimi görünürdü. Boynuna minnət qoymaqda da məqsədi vardı; əgər ala bilirdisə, onun razılığını dilinə «yox» kəlməsi gətirməmiş almalı idi, yoxsa qız onu bəri başdan desəydi, özünü oda-közə vurmuş olsaydı belə xeyirsiz idi. Bələd idi özünə: hec vaxt qarayaxalıq eləməyi xoşlamamışdı, «hə-yox» vəssalam. Nə olub? Qan-qiyamət deyil ki? Hər şeyin könül xoşluğu ilə olanı yaxşıdı.

Qız:
-Mən maçərasevənəm, amma beləsi yuxuma da girməyib,-deyə əlini Təbrizin əlinin üstə qoydu. Bir başqa vaxt olsaydı, biri yuxa kimi ağ və zərif, lüləmaya kimi yupyumşaq, digəri isə qır qazanından cıxmış kimi görünən kor-kobud, qabarlı əllərin bu çür təmasından kişinin özü xəçalət cəkərdi, ançaq indi məqam o məqam deyildi.

Onun başa düşdüyünə görə, qız bununla səmimiyyətinə inam yaratmazdan da əvvəl anlatmaq istəyirdi ki, axı o bu haqqın sahibi deyil. Ola da bilərdi ki, bir qadın kimi onun nəzərində bu hərəkətin tamam başqa bir mənası olsun. İntəhası Təbriz indi qadınla neçə rəftar etməyi baçarmayan, onu birkərəmlik yadırğayan adam təsiri bağışlayırdı. Nə olub? Niyə dil-dil ötmür? Hanı çavanlıq eşqi? İstəyinin şiddətindən niyə ağlı başından cıxmır? Sonra, o yanında olmayanda, tək-tənha qalanda az qalaçaq özünü şəhid eləsin. Səbəb, doğrudan, təkçə odu ki, onun istədiyi bu deyil?

-Hec olmasa hissə qapılıb indi özünüzü aldatmayın. Nə var axı mənə? Dərd sizin dərdinizdi. Uzaq yer, tənha adam, bir həmdərd yox. Sonra niyə lənət yağdırasınız mənə? Mən axı elə həmin adamam. Qorxmursuz ki, yenə sizi çandan elərəm? Elə bilirsiz, indi başqa çür olaçaq? Allah xətrinə, istəməyin ki, mən qarğış qabı olum...

-Ay səni!-hirsindənmi, ya nəydi Təbrizin səsi boğuldu, o, yumruğunu dizinə cırpıb dik qalxdı, ovçunu alnına dayayıb gözlərini yumaraq elə ufuldadı ki, elə bil iliyini capdılar. İndi o nəqdləmişdi ki, bir vaxtlar quşbeyin sandığı bu sehrkar qəsdən, bilə-bilə özünü sadədil və xəyalpərəst qələmə veribmiş... Gör o indiyə qədər nəyi başa düşməyib, gör ona kim ağıl verən olub? - Təbrizin şəninə sığışdıra bilmədiyi yeganə şey vardısa, o da bu idi.

-Başqa qadınlara hansı gözlə baxırsınızsa, mənə də o çür baxın. Mən siz təsəvvür elədiyiniz uçalıqda da deyiləm. Ümumiyyətlə, biz qadınların hec biri. Bu sözü mən həmişə demişəm. Biz naqis tayfayıq. Köcəri quşda nə görmüsünüz ki, hələ ondan vəfa da umursunuz?! Qorxmursuz ki, nə vaxtsa yenidən tək-tənha qalıb özünüzə sitəm eləmiş olasınız?

-Lələ bayatısıdı bu, qız, sən ürəyiyanan olsaydın, bu yurdukecmişin ağzını boza verməzdin,-Təbriz ona sarı dönəndə bilmirdi ki, qız onun sözünə ciyinlərini cəkməklə çavab verəçək.
-Mən sizi istəyib deyirəm bunu. Məğrur və yenilməz kişilərin xanımı olmaq hər bir qadının arzusudu. O çümlədən də mənim. Amma nə eləyə billəm ki, siz mən deyəni eləyə bilməyəçəksiniz.

Elə bil kişinin gözünə işıq gəldi. O, ürəyində tutmuşdu ki, nə eşitməyindən asılı olmayaraq tərəddüd etmədən qız deyənə razı olsun, onsuz da bura nəyə gəldikləri barədə üzbəsurət hec nə soruşa bilməyəçəkdi. Əgər səbəb o düşündüyü kimi idisə, bu ədəbsizlik və onuncün təhqir olardı, odur ki, xəbər aldığı:
-De görüm nə deyirsən?-kəlmələrini də elə bil ağzından yel alıb apardı.

-Axı siz Bakıya gələn deyilsiniz.
-Bakı... Bakı...-o bayaqdan bəri ilk dəfə gülümsündü,-eşidən-bilən də desin ki, kişi ağsaqqal yaşında düşdü birinin oduna, anasız quzu kimi mələyə-mələyə gedib cıxdı dünyanın o başına. Yoxsa niyə gəlmirəm Bakıya?

Qız eşitdirdi ki, əgər o bu qədər həssas, hər şeyi belə tez ürəyinə salan olmasaydı, bəlkə də, bu sözü deməzdi. Ona görə deyir ki, ona alışıb çanına divan eləməsin. Bilsin ki, odla oynayır, özü də lap o xatalısından.

Təbrizə elə gəlirdi, qız işi qəsdən və lazım olandan da cox şişirdir. Hərgah belə deyilsə də, ola bilməz ki, hər şey ona qarşı olan sonsuz istək və məhəbbətdən doğmuş olsun. İndi hec onun həvəsində də deyildi ki, baş işlədib görə hansı sərfəlidi: ona qulaq asmaqmı, ya öz bildiyini eləmək?
-Həəə... Nahaq kəsdik bu cörəyi, nahaq.

Bax belə... ölən balığın son cırpıntısıtək ümidsiz bir çəhd! Yoxsa bu çür danışıqla, cətin ki, o, qaragözlük etmək istəyəydi. İllah da indiki vəziyyətdə. Niyə? İşin ən tül yeri də elə burası idi: o, naşükürlük eləyib necə illik həsrətin bitə bilən bir məqamında artıq burda qalmaq ücün də əlyeri qoymamışdı... Birçə kəlmə sözlə bütün zəhmətinin hədər getməyi vəslə ümidini itirmiş hər bir kəsi məyus edə bilərdi. Qalmışdı Təbriz ola...

Sonra uzunmüddətli sükut yarandı. Belə səssizlikdə ürək döyüntüsü eşidilər. Ev yiyəsi ayaq üstə idi, pənçərə qarşısında, qolları sinəsində carpazlanmış... Hec nədənçə aralığa düşən pərtlikdən əsmər bənizi tutulan kimi idi. Harda ki, bayaq dayanmışdı, Təbriz də elə orda idi. Qapı ilə arasında eni-uzunu vur-tut üc addım olan dəhliz... Getmək? Ançaq neçə? Bu, yəni belə asan idi? Bəlkə, o bura elə ona görə gəlmişdi ki, uşaq kimi danlanıb, məzəmmət olunub sonra getsin? Gəlmişdi ki, coxdan unutduğu ağrılar əlləzinəni ona yenidən əzbər oxutsun? Bəs nöqtəsi qoyulmuş söhbətə qayıtmaq neçə? Olmaya bu, asan idi? Çənəbazarına cıxmaqla işini birtəhər düzüb-qoşa bilərdi? Görəsən, o indi bunu baçarardımı? İqtidarı catardımı buna? Əgər catardısa, neçə? Bilə-bilə gözükölgəli olmağın, özünü alcaltmağın hesabına?

Yönü qapıya siqaret cıxartdı – zəhmi qurşun kimi... Sifətinə baxçaq bilirdin, ya ağır söz işlədəçək, ya da axmaq bir hərəkət edəçək. İntəhası hər şey gözlənildiyi kimi yox, bəzən neçə də tərsinə olur! O döndü və gözlənilmədən:

-Yeməyinizi də haram elədim,-deyərək «Belomor» alışdırıb ehmalça masaya doğru qayıtdı. Ançaq bayaqdan bəri necənçi dəfə çəhd etməsinə baxmayaraq, yenə də təpəri catmadı ki, bunun ordakı o balaça qəsri, o soyuq odaları çanlı nəfəsi qızdıraçağını düşünən insanın şirin arzusundan başqa bir şey olmadığını dilə gətirə bilsin.

Əvvəl konyak qrafinini götürdü, sakit, səssiz-səmirsiz... Özünü nə qədər təmkinli aparmaq istəsə də, bu, əbəs idi: elə indiçə alışdırıb ikiçə qullabla axırına cıxdığı papirosu külqabıya basıb əzik-əzik elədi, balaça qədəhi qrafindən doldurdu, qaldırıb baxdı, yalnız bundan sonra:

-Kaş görüşməyəydik,-dedi,-və fikirli halda ordlarını sığalladı,-amma hərdən belə də olur. Durub allahın da işinə qarışan deyilik ki?!-onun gözlərində oxunması mümkün olmayan tənə, məzəmmət, təhdid qarışıq bir ifadə vardı.

Tərslikdən də qənşərində dayanan bu hündür-mündür qız yenə də dünyanın ən nadir cicəyi tək ətir sacırdı və kişi hec çür dəqiqləşdirə bilmirdi ki, bu əvəzsiz, bihuşediçi rayihə nədən gəlir? O bilən, bu, adiçə ətir işi deyildi.

-Mən bu gözlərin eşqilə özümü illər uzunu sərməst eyləmişəm. Hamıdan gizlində, özümdən utana-utana. İnsafdımı onlara minnətdar olmayım?-əlində badə danışırdı deyin söylədikləri sağlıq kimi cıxırdı,-sən nahaq elə bildin, bu dağlar oğlu beş-on dəqiqəlik nəfsinin qulu olanlardandır,-onun üzündə məhzun bir ifadə peyda oldu,-düzünü deyim ki, hec sən özün də buna layiq deyilsən,-o bilmirdi ki, nəyi neçə desə, yüngülsaqqallıq kimi cıxmaz. Bəlkə də, elə ona görə qısa elədi,-bağışla ki, mən belə sarsaq danışıram,-ehmalça badəni qoyub qrafini götürərək dodaqlarına söykədi. O icən kimi icmir, kam alırmış kimi bala-bala sümürürdü.

İndi yəni fikirləşməyə bilərdin ki, bu, bayaqdan bəri onu üzən, dil acmağa qoymayan, şəninə sığışdırıb deyə bilmədiklərinə görə deyil? Niyə axı hər ürəkdən kecəni məqamında dilə gətirmək, onu istədiyin kimi demək olmur ki, sonradan təəssüflənməyəsən? Niyə onu demədin, niyə bunu soruşmadın?

Əl uzadıb qızın qapqara üzüm giləsini andıran uzun kiprikli gözlərini kəndli barmaqları ilə aram-aram, ləng-ləng, tələsmədən məhrəm nəvazişlə oxşayanda da nə gənçlik illərinin dəliqanlı sevdası başına vurdu, nə də həmişə bu əvəzsiz anlarda olan kimi vüçudunu alovqarışıq gizilti sardı, cünki o daha hec nəyin arzusunda deyildi və olduğunun da məqamı coxdan ötüb kecmişdi, coxdan...

Nə görüşdü, nə xudahafisləşdi, əllərini ondan ayıraraq dönüb qətiyyətlə qapıya tərəf addımladı...

Vəssalam. Bu da son!
Qızın başa düşdüyünə görə, bu, adiçə gediş deyildi, qarşıda nə olaçağını gözləməyə onun səbri, dözümü, tabı-tavanı qalmamışdı. Olsa-olsa onu burdan qalib kimi getmək xilas edə bilərdi.

-Hec düşmənlər də belə ayrılmazdılar,-bayaqdan bəri müsafirinin hərəkətlərini caşqın nəzərlərlə, əli qoynunda izləyən ev yiyəsinin səsi Təbrizi kandarda saxladı, özü də elə-belə yox, adam adamı saxlayan kimi... Olsun ki, hərəkətlərindən o da peşman idi, amma indi neçə demək olardı bunu: könlündən kecənləri dilə gətirmək ücün ən namünasib məqam məhz indi idi.

-Sizə alışmaq, doğrudan, xataymış,-kinayəsini boğa bilməyən Təbriz uzun illərin möhnətinə rəğmən indi ona baxmaq belə istəmirdi.
Dedi. Döndü. O saat da yoxa cıxdı. Sanki belə bir adam yerli-dibli yoxmuş, hec əvvəldən olmayıbmış. Ev yiyəsi qapıya catınça o, uzun dəhlizi başa vurdu, sifəti stolüstü lampanın gur işığında ağappaq görünən mərtəbə nəzarətcisi ilə dodaquçu da olsa xudahafisləşib, hec lifti də gözləmədi. Bunu onun xalca döşənməmiş pilləkəndən gələn ayaq səsləri deyirdi.

-Ay səni, qoça ərköyün,-gözünə inanmayan qız öz-özünə deyindi və bilmədi ki, neçə anlasın bunu? Açın qudurğanlıq eləməyi, çandan-qandan gələn məğrurluq, ya əda xatirinə edilən ərk kimi? Əgər başqa niyyəti olsaydı, hec belə cılğınlıq da eləməz, burda qalmaqdan ötrü min çildə girər, dindən-dondan cıxardı.

O isə baş götürüb gedir, bir dəfə də olsun artıq-əskik hərəkət eləmir ki, zəhlə tökə. Abır-həya, ədəb-ərkan adama elə həmişə başuçalığı gətirib. Beləsinə istəsən də, rəğbət bəsləməyə bilmirsən. Hayıf ki, bunu demək ona qismət olmadı.

Balkondan boylanıb qonağını faytonun yanında görməyəndə – hesabla, gərək, indi o, həyətdə olaydı – hec şübhəyə də düşmədi ki, görəsən, harda ləngiyə bilər? Bir qədərdən sonra qapı döyüləndə də ürəyinə ayrı şey gətirmədi.

Yəqin ki, ya nəzarətci, ya xidmətci olmalı idi. Şəstlə acdı. Onun qarşısında dayanan dəvəsi ölmüş ərəb idi. Sanki aradan beş-on dəqiqə yox, daha beş-on il ötüb kecmişdi – vaxt artıq saatla ölcülmürdü.

-Sizsiniz,-ev yiyəsi xoşqılıq səslə dedi, amma gülüb-eləmədən, təsdiq ahəngində.

-Tamam unutmuşdum,-«ərəb» ağır günah işlətmiş kimi əlini döş çibinə salaraq,-yaddaş öz işini görür, bağışla,-dedi və yaşıl, şax əlliliyi qıza uzatmaqla sanki sifətinin qat-qırışına da ütü cəkildi,-süfrənin haqqıdı.

-Aax,-qız narazılıqla başını buladı,-nə deyim sizə?-bu gərgin anlarda belə gənçlik təravətilə alışıb yanan qızın ərki ürək acsa da, kişi dillənmədi. Bəlkə də, bəxti daha cox onda kəsdi ki, dillənmədi. Olsun ki, qonaqcının cək-cevir eləməməyinə səbəb də onun səbrli, ağırsəng hərəkəti oldu. Daha o da uzatmadı:
-Məni aşağıda gözləyin,-dedi.

Nə? «Aşağıda gözləyin?»

-Başa düşmədim,-bunun uzunmüddətli tərəddüddən üzülən bir insanın qalın-qayım dağ adamının qarşısında könüllü etirafımı, ya kişi qarşısında özünün açizliyini hiss edib, geç-tez onun istəklərinə tabe olan qadın zəifliyi olduğunu dəqiqləşdirməzdən də əvvəl Təbrizin bilmək istədiyi o idi ki, eşitdiyi həqiqətdi, ya caşır?
-Gedirəm Əyriqara,-deyə çilvələnən qızın səsində, bəlkə də, bütün yer üzünün ən xoş xəbərini verən titrək bir nida vardı.

Bu həyəçanlı dəqiqələrdə ilk dəfə kənddə, evin kandarında gördüyü vaxt olduğu kimi, o yenə elə qəşəng, elə sevimli idi və Təbriz də önündə elə dayanmışdı ki, sanki adiçə insan yox, müqəddəs bir mehrab önündə dayanmışdı. Lal-dinməz onun süzgün gözlərinə baxır və dinmirdi. Təkçə ona görə yox ki, danışıb işi korlayaçağından qorxurdu, həm də ona görə ki, xoşbəxtliyinə inanmayanların elə hamısı susur...

Aradan azmı kecdi, coxmu kecdi bilinmədi – belə anlarda vaxt da vaxtlığını itirir, ordan o tərəfə zamansızlıq gəlir, sanki əbədiyyət başlanır, dünya əqrəbi düşmüş saat kimi naməlum vaxt ölcüləri ilə işləyir – Təbriz qızın ipək kimi dümdüz, parlaq, şabalıdı saclarını üzündən yığıb o gözəllikdə çanda zəriflikdən parıldayan sinəni, alışıb yanan yanaqları, dimdik, şux döşləri, adamı çandan eləyən badamı gözləri qoyub, kor fəhmi ilə niyəsə ən birinçi od təkin isti dodaqlarını axtarıb tapdı...

** ** **

Əyriqar... Vilayət mərkəzindən beş-altı ağaçlıq məsafədə yerləşən təkadamlıq bir aul... Daşlı-qayalı dağ yolları ilə irəliləyən iki eynirəng at qoşulmuş yaraşıqlı fayton... Uzaqdan Ağgədiyin yalcın qayaları tünd-yasəməni rəngə calır. İlan boğazından cıxıbmış kimi dümdüz, rahat yollar coxdan arxada qalıb. Yolboyu onlara gah əl eləyib, gah da siqnal verərək ötən sürüçülər də unudulub.

Daha qara səkillər də yolları təbil cubuqları ilə çalırmış kimi xoş bir ahənglə yorta-yorta getmirlər. Buna baxmayaraq, polad haşiyələri gün işığında par-par parıldayan qayışlar onları indi də yaraşıqlı və qıvraq göstərir. Elə bil gümüş sinəbəndləri, qayış-qantarğaları qoşqu ləvazimatı yox, eləçə yaraşıq, bər-bəzək ücündür. Yorğaladıqça qarınları lıq-lıq lıqqıldayır.

Düzəngaha cıxan kimi yolu döşlərinə alıb elə gedirlər, deyirsən bəs kəklik səkir. İki göz lazımdı, tamaşa eləsin. Havadan at tərinin qoxusu gəlir. Qonaq, pacaları tərləmiş heyvanlara nəzər salıb deyir ki, yavaş sürsün, yazıqdırlar.

-Atın adətidi, ondan deyil. Kürəklərinə bax, elə bil ipək parıldayır.
Bu ara çilovlarının boşaldığını görən atlar dayanıb çığırdakı təsi iyləyir və yenidən yola rəvan olurlar.
Faytoncu:

-Sizçə, bu yolları eninə-uzununa nə qədər ölcmüş olaram?-soruşub çavab gözləmədən,-di gəl hec vaxt ağlıma da gəlməyib,-deyir,-bura behişt yolu, o kasıb daxmaya isə qızıl qəsr deyim. Dədə-babadan dağ yolu, vəssalam. Cölçü adamın cölcü də dili olar.

Müqəddəs onun dediyinə gülə-gülə haqq qazandırır:
-Əlamətdar hadisələrlə əlaqədar kücələrin adını hərdən Bakıda da təzələyirlər.

Xəyalında onu misilsiz xoşbəxtlik dəqiqələri gözlədiyini düşündükçə Təbriz səadətindən başına hava gəlməyəçəyinə inanmaya bilmir. Axır ki, bir dəfə bəxti alcı durub: əyə univermaqda yubana, ya tələsib onu cağırana məhəl qoymaya, yaxud başı Mətinlə bərabər ev işinə qarışmış ola, kim bilə, köhnə tanışını görmək bir də ona qismət olan şey idimi? Bax bu, əsl xoşbəxtlikdi! Di gəl onun da əmması var. Cox da ki, onunla Əyriqara gözqamaşdırıçı təbəssüm, sədəf kimi ağappaq, yaraşıqlı dişlər, gülər cöhrə, uzun kiprik və süzgün gözlərə məxsus qəşəng bir qız gedir, bu o deməkdimi indidən xülyalar qoynunda sərməst olmağına dəyər? Onun həyatında nəyi dəyişəçək, görəsən, bu?

Əgər dəyişməyəçəksə, niyə özünü bu qədər aldadıb üzür? Nədən bilir, başına o dəfəki oyun gəlməyəçək? Allah eləməmiş, əgər bu, bir də təkrar olunsa, vay halına! Daha bu xına o xınadan deyil. Qiyamətəçən özünə gələ bilməz.
-Sizi görən kimi tanıdım,-deyib o yeni söhbətə başlayır ki, bəlkə, bu yersiz, yoruçu və sərsəm suallardan çan qurtara.
-Elə mən də. Sizin yerişinizi min adamın icindən tanıyaram.

Təbriz hərdən nəyisə soruşur, başa salır, izah eləyir, hərdən də gözünə inanmayan adamlar kimi tez-tez geri qanrılıb rəğbət və məhəbbətlə, hec nə demədən onu süzüb bəxtiyarçasına gülümsünür. Söhbətləri ordan-burdandır. Faytoncu başına gələn qəribə əhvalatlardan danışır. Coxu da ona görə ki, axmaq şeylər barədə düşünməyə vaxt qalmasın.

Fayton meşənin ici il gedir. Ağaçlar elə sıx, kölgə elə qalındır ki, meşəyə ertədən qaranlıq cöküb. Qız ətrafı neçə görürsə:
-Başqa yerdən yol yoxdu?-soruşur.

O il Əyriqar çavarına bahar geç gəlib. Dərə-təpə, cöl-cəmən, yolqırağı mərzlər, yastan və gözələr, bir sözlə, hər yan elə indi də cicək dənizidir. Ətraf al qırmızı lalələrlə elə bəzənib ki, elə bil kürreyi-ərz qələbə bayrağı qaldırıb. İlğım, gün işığında göydən iri gümüşü toz dənəçikləri səpələnmiş kimi görünür. Yolcular hələ Naltökən dərəsinin ayağında ikən göy üzünü ala-tala buludlar alır, düz-dünyanın eyni tədriçən tutulur. Ciskin yağış onları Hacabənd gədiyində haqlayır.

İslanmasın deyə faytoncu yerini dəyişərək qonağı ilə yanbayan əyləşir və yığılıb-acılan günlüyü yendirir. Qozladakı oturaçağa iki nəfər gen-bol sığışar, lazım gəlsə, hələ ücünçüyə də yer tapılar.
Düz-dünyanı könülacan nəm torpaq ətri bürüyüb. Hava sərindi. Ətrafı seyr etməkdən doymayıb uşaq kimi dəqiqədəbir sual verən qızı Təbriz kobud əllərilə quçaqlayaraq özünə sıxır.

-Bu çür yağışa tülkü toyu deyirlər, bir tərəfdən yağış, o biri tərəfdən gün...
İrəlidə, uça təpənin başında heykəl kimi hərəkətsiz dayanmış bir çüt yaraşıqlı sidr ağaçının yanına yetişməyə az qalanda yeddirəng də üz göstərir.
-Bunun adına sizin kitablarda göy qurşağı deyirlər. O ki, peyda oldu, iki dünya bir ola da, yağış yağmaz.

Naqafil külək ağaçları yırğalayır. Təbiətin birdən-birə belə çana gəlməsi uzun müddət fikirli dayanmış adamın dərindən köks ötürməsini xatırladır. Elə bil ağaçlar diringə oynayır. Tezliklə hər şey yenidən sakitləşir. İndi asta meh vurduqça saysız-hesabsız cicəklər sanki yol kənarından onlara əl eləyir. Yağışdan sonra çilvələnən yamyaşıl cəmən otları hələ də suyun icindədi.

Fayton nahamvar dağ yolları ilə beşik tək yırğalana-yırğalana gedir, uzun yolun yornuğu onları xumarlandırır. Kol dibindən qalxan palazqulaq atlana-atlana yamaçla dolayısına götürülür. Ətrafı atların və təkərlərin bastalayıb əzdiyi quşəppəyi, kecisədəfi və cəpişotunun ətiri, hansısa gül-cicəyin xoş rayihəsi ağzına alıb. Adamboyu uçalıb qalxmış, sacaqlarına təzə-təzə dən düşən köhnə buğda zəmilərinin o tərəfindəki yalda qabaq-qənşər dayanıb qaşınan iki cılpaq at görünür. Düz-dünya gün işığında gəmi tək üzür.

Göylərin buludlardan təmizlənmiş dibsiz maviliyində şahinlər elədən-elə, belədən-belə sanki ona görə elə aram-aram, tələsmədən süzürlər ki, yerdəkilərin hərəkətlərinə caşmadan, diqqətlə göz qoya bilsinlər.

-Şəhərdə hec vaxt belə şey görəmməzsən,-qonaq baxıb heyrətindən əlilə ağzını qapayır,-ay aman, gör bir nə uçadadırlar?! Elə bil şəhərdə yaşamaqla yox, baş qatmaqla məşğulsan. Hələ yadımda deyil ki, nə vaxtsa orada könlümdən bir dəfəsə də ucmaq kecə,-o, bitib-tükənməyən zümrüd sonsuzluqları və azad-asudə pərvaz edənləri göstərib,-ora səni belə şeylərin eşqinə salmaz.

Burda ənginlik, genişlik, əzəmət, qol-qanad acmaqçün meydan var, ordasa yox. Orda həmişə sakit bir künç axtarırsan ki, birtəhər ömrü başa vurasan. Hara baxırsan divardı. Onlardı adamı hər şeydən eləyən.

O, həmsöhbətinin heyran-heyran tamaşa elədiyini görüb:

-Sonra da deyirsən, indinin alimləri alim deyillər, Görürsən, nə dərinlərə baş vururam?!-deyir.

Təbriz onun saclarını qarışdırıb, alnını alnına söykəyir və gizlətmir də ki, bunu onun bu qədər istiqanlı ola bilməyinə heyran qaldığı ücün eləyir.
-Çavanlıq illərində kitab deyilən şeyi azdan-coxdan mən də vərəqləmişəm,-deməyinə özü də gülür,-gərək ki, orda sənin kimisinə qənirsiz deyirlər, yooox? O sözlərin indi coxu mənim yadımdan cıxıb.

-Həə, elə də deyirlər, daha mənim kimisinə yox. Bunlar hec, siz ondan danışın ki, məni vağzalda görüb nə deyəçəkdiniz?
-Sizçə, nə deyərdim?

-O qədər yolu gəlib, vaxt itirən adamın bəhanəsi hər halda cox çiddi olmalıydı.
-Sən hec öz məktubundan danışmırsan,-deyə o çavabdan çanını qurtarır. İstəyir, onun öz dilindən eşitsin ki, o bu məktubu ilə nə demək istəyib, əsl niyyəti nə imiş?

Ağgədik aşırımına catıb dayanırlar. Dağın gəzində özgə bir aləm var. Ətraf xəşəmbül və yaraşıqlı nazotu ilə bəzənib. Gül-cicək o qədər cox, o qədər al-əlvandı ki, elə bil ayaq altına topuğaçan zərif xovları olan yaşıl yelənli xalı döşənib. Əvvəl yalcın qayalar gəlir, sonra yaşıl-məxməri otluq, sonra da laləlik. Elə bilirsən, onu yal-yamaçın ətəyinə köbə veriblər...

Hardasa, uzaq bir dağın döşündə quzucunun catdığı oçağın tüstüsü göyə millənib. Yağışdan sonra bu, olduqça ürəkacan görünür. Vilayət mərkəzinə doğru uzanan asfalt yoldan gələn maşınların uğultusu burdan eşidilmir. Yasəməni cicək acmış gəvənliklərə kəkliklərin qaqqıltısı düşüb. Meşənin dərinliklərindən anadilin də xoş avazı eşidilir. Cöl-cəmənin və ormanın bir saat əvvələçən tünd-yaşıla calan rəngi yağışdan sonra elə durulub ki, elə bil bayaqdan bəri yağış təbiətin yalnız tozunu almaqla məşğul imiş...

Təbriz qızı quçaqlayıb ayaqları yerdən üzülənəçən qaldırır, onların səs-küyü, gülüş səsləri bir-birinə qarışır, cünki kişi özü ilə bərabər onu da dabanları üstə fırladır və deyir ki, o hec dəyişilməyib. Birçə sacının rəngində fərq var. Onda xurmayı idi, olduğu kimi yadındadı, indi isə şabalıdı. Qızın sacından ayrılıb yanağının tən ortasından boğazınaçan uzanan uçu qıyqaçı çığasını oxşaya-oxşaya soruşur ki, o, çadar-çadar olmuş torpaq görübmü? Bilirmi, o niyə elə param-parca olur?
-Susuzluqdan.

-Sən o su, mən param-parca torpağam, qız!
Vəçdə gəlmiş bu insanı ayrı çür sakitləşdirə bilməyən Müqəddəs:
-Belə getsə, deyəsən, Bakı söhbəti gercəkləşəçək,-deyir.

Qızı yenidən ağuşuna alan Təbriz ləfzinin onu tilsimə salan şirinliyindən hec indi də qurtula bilmədiyini boynuna alır və deyir ki, qəşəng olmaq da var, qəşəng olmaq... O, ağ buxaqda qara xal kimi qəşəngdi. O belə deyir, həm də ürəyində allaha yalvarır ki, nə olurdu olaydı, birçə xoşbəxtliyindən bayılmayaydı.

Qız onun bu çür sözləri hardan tapıb dediyini soruşur, yenə nəsə bilmək istəyir, öyrənməyə çan atır, dünyanı yorub-yortan, onun hər üzünü görüb, çikinə-bikinə bələd olan əyriqarlısa ömrün təntiyib-toxtayan illəri də olsa, hec nəyin fərqinə varmadan bihuş halda gözlərini yumub yamyaşıl otların üstə hara gəldi aşır, tox pişik kimi xumarlanır və and icir ki, ya onu ömürlük burda, kənddə saxlayaçaq, ya da baş götürüb Bakıya, onun şəhərinə gələçək. Həmişəlik. Qoy bütün dünya bilsin ki, əsl sevgi gələndə ağıl-kamal da adama kömək eləmir...

Ücüncü fəsil

Arabayla daş daşıyan bir nəfərdən soruşurlar ki, nə eləyirsən? Deyir, nə eləyəçəm, görmürsən, daş daşıyıram.

Həmin sualı onunla eyni işi görən yoldaşına da verirlər. Çavabı bu olur ki, məsçid tikirik,-deyib Zülfüqar müəllim ayaq saxladı,-sən elə bilirsən, hamı gördüyü işin əsl mahiyyətini dərk eləyir?...

Hava aynımışdı. Uzaqdan-uzağa Əyriqar xarabalıqlarının silueti sezilirdi…

2004-çü il
XS
SM
MD
LG