Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Hillari Klinton niyə gəlir?


Rasim Musabəyov
Bu suala «Panorama» verilişində siyasi ekspertlər Rasim Musabəyov və Rahim Hacı cavab veriblər.

Rasim Musabəyov:

«Bu səfərdə heç şübhəsiz ki, demokratiyadan, insan hüquqlarından danışılacaq. Ancaq Hillari Klintonun səfərinin əsas məqsədi geopolitik məsələlərdir. ABŞ nümayiş etdirmək istəyir ki, bu regionda Rusiyanın hegemonluğuna göz yummaq niyyətində deyil. Çünki Ukraynada Viktor Yuşşenkonun məğlubiyyətindən, Qırğızıstanda ipə-sapa çətin yatan Bakiyevin devrilməsindən sonra növbədə Gürcüstanın olmasından danışılırdı. Bu səfərdə həm Əfqanıstana yüklərin maneəsiz daşınması, həm İran böhranı, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi əsas müzakirə mövzusuna çevriləcək. Ancaq mən demirəm ki, bu səfər bu regionda böyük dəyişikliklər yaradacaq. Sadəcə, ABŞ-la Azərbaycan arasında dialoq bərpa ediləcək. ABŞ-la Azərbaycanın təxirə salınan birgə təlimlərinin yenidən gündəliyə gələcəyini də istisna etmirəm. Bu səfərdən sonra ya Azərbaycan prezidentinin, ya da Xarici İşlər naziri E. Məmmədyarovun ABŞ-a səfər edəcəyini də gözləmək olar. Ancaq mən arzu edərdim ki, bu səfərdən dərhal sonra həbsdə olan jurnalist və bloqqerlər azadlığa
Rahim Hacı
buraxılsınlar…».

Rahim Hacı:

«Mən də səfərdən sonra dərhal böyük dəyişikliklərin baş verəcəyini gözləmirəm. Ancaq bu səfərin başlıca mövzusu elə demokratiya, insan hüquqları olacaq. Çünki ABŞ-da çox gözəl başa düşürlər ki, Azərbaycan demokratik ölkəyə çevrilməyənə qədər onunla heç bir normal əməkdaşlıq mümkün deyil. Ancaq məni qorxudan odur ki, Azərbaycan hakimiyyəti bütün məsələlərdə güzəştə hazır olsa da, bu, insan haqları, demokratiya məsələlərində özünü göstərmir. Mən bu səfərdə ABŞ Dövlət katibi xanım Klintonun Azərbaycanın avro-Atlantik məkana inteqrasiyası məsələsini qoyacağını istisna etmirəm. Bu mənada Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq məsələsi də gündəliyə gətirilə bilər…».

XS
SM
MD
LG