Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:36

«Madrid prinsipləri» 5 rayonun dərhal, Laçın və Kəlbəcərin 5 il sonra azad edilməsini nəzərdə tutur»


İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni mənzil-qərargahının açılışında. 6 iyul 2010
İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni mənzil-qərargahının açılışında. 6 iyul 2010
ATƏT-in Minsk qrupunun həmsədrlərinin ötən ilin dekabrında tərəflərə təqdim etdiyi «Madrid prinsipləri»nin yenilənmiş variantı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas yaradır.

Bu barədə prezident İlham Əliyev iyulun 6-da Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni mənzil-qərargahının açılış mərasimində bildirib.

«Madrid prinsipləri» Dağlıq Qarabağın ətrafında 7 rayonun azad edilməsini nəzərdə tutur. Öncə dərhal 5 rayon azad edilir, 5 ildən sonra isə Laçın və Kəlbəcər rayonları Azərbaycana qaytarılır. Azərbaycanlı əhali bütün rayonlara qayıdacaq, o cümlədən Dağlıq Qarabağa, düzdür, ola bilsin ki bunun üçün daha çox vaxt tələb olnucaq. Dağlıq Qarabağın sərhədində sülhməramlı qoşunlar yerləşdiriləcək. DQ və Ermənistan arasında dəhliz fəaliyyət göstərəcək. Dağlıq Qarabağa isə keçid statusu veriləcək. Bu status, Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyəcək».

«Madrid prinsipləri», Azərbaycan prezidentinin fikrincə, bəlkə də, Ermənistan üçün son şansdır ki, işğalçı qoşunları öz xoşu ilə çıxarsın və bununla da öz gələcəyini və təhlükəsizliyi təmin etsin.

«Azərbaycanın artan iqtisadi, hərbi potensialı, ölkənin beynəlxalq mövqelərinin güclənilməsi ölkənin ərazi bütövlüyünü istənilən vasitələrlə bərpa etməyə imkan verir. Bu gün Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdi», deyə İ.Əliyev bəyan edib.

Bununla belə prezident Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə dair məsələyə toxunmayıb. /TURAN/
XS
SM
MD
LG