Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Haaqa Məhkəməsi: «Kosovo qanunu pozmayıb»


Haaqa Məhkəməsinin qərarı məcburi icra tələb etmir
Haaqa Məhkəməsinin qərarı məcburi icra tələb etmir
BMT-nin Haaqa Məhkəməsi elan etdi ki, Kosovonun öz müstəqilliyini elan etməsi beynəlxalq qanunların pozulması deyil.

«BMT-nin Haaqa Məhkəməsinin qərarı yeni prinsip elan etsə, onda dünyada bütün separatçı hərəkatların yeni dövlət yaratmasına yol açılacaq. Bu da sabitliyi pozacaq»- bunu Kosovonu Haaqa Məhkəməsinə verən Serbiyanın prezidenti Boris Tadiç məhkəmə qərarından qabaq deyirdi.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç isə bildirirdi ki, əgər Haaqa Məhkəməsi Kosovonun müstəqilliyini qanuni hesab etsə, onda dünyadakı bütün sərhədlər şübhə altına alınacaq.

Kosovonun 2008-ci ildə birtərəfli qaydada öz müstəqilliyini elan etməsini Serbiya qanunsuz sayırdı və 2009-cu ildə Haaqa Məhkəməsinə müraciət etmişdi.

QƏRAR NİYƏ GÖZLƏNİLƏNDİR?

Haaqa Məhkəməsinin qərarı məcburi icra tələb eləmir. Ancaq məhkəmənin nə deməsi həm hüquqi, həm də siyasi baxımdan əhəmiyyətlidir.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç
Kosovonun müstəqilliyini Amerika və digər Qərb ölkələri tanıyıb, Rusiya isə tanımır. Dünyanın 69 ölkəsi Kosovonun müstəqilliyini qəbul edir. Öz separatçı regionu olan Azərbaycan Kosovonun müstəqilliyini tanımır, Ermənistan tanıyardı, ancaq Rusiyadan çəkinir.

Londondakı İqtisadiyyat Məktəbinin professoru Ceyms Kerr Lindsey deyir ki, qərar gözləniləndir: «Hərçənd hamı deyir ki, Haaqa Məhkəməsinin qərarı məsləhət səciyyəlidir, ancaq heç kim deyə bilməz ki, bu məhkəmənin qərarı əhəmiyyətsizdir. Bu, BMT-nin rəsmi orqanıdır.

Əgər o desəydi ki, Kosovonun müstəqilliyi qanunsuzdur, onda Britaniya, Fransa, Almaniya kimi ölkələr pis vəziyyətdə qalacaqdılar, çünki Kosovonun müstəqilliyini tanıyıblar. Onda onlar öz qərarlarına bir də baxmalı idilər. Çünki beynəlxalq qanunu onların özü tanımırsa, onda onlar Şimali Koreya, İran kimi ölkələrə necə deyə bilərlər ki, «Siz beynəlxalq qanunu pozursunuz».

KOSOVO O BİRİ SEPARATÇILARA NÜMUNƏDİRMİ?

Kosovo 2008-ci ildə birtərəfli qaydada öz müstəqilliyini elan edib
Serbiya prezidentinin mövqeyindən fərqli olaraq bir çox təhlilçilər, o cümlədən Amerika rəsmiləri bildirir ki, Kosovonun müstəqilliyi o biri separatçı regionlara presedent deyil. Çünki bu, fərqli məsələdir.

Eyni mövqeni Azərbaycanın xarici işlər naziri də bildirib ki, Kosovo problemi fərqlidir. Ermnistanın xarici işlər naziri isə hesab edir ki, Kosovo separatçı regionların müstəqil ola bilməsinə presedentdir.

Serbiya Kosovo üzərində nəzarətini 1999-cu ildə itirib. O vaxt NATO-nun 78 günlük bombardmanı Serbiya ilə Kosovo albanları arasındakı davaya son qoydu və Kosovonu BMT idarə etməyə başladı.

O vaxtdan Kosovodakı 2 milyon alban və 120 min serb Kosovonun daxilində ayrıca yaşayırlar.

Serbiya Kosovonun müstəqilliyini tanımaqdan imtina edir. Avropa Birliyi isə Belqradı razı salmaq üçün bildirib ki, tanısa, Serbiyanın Avropa Birliyinə üzvlüyü həll olunar. Məhkəmə qərarından qabaq Serbiya prezidenti Tadiç demişdi ki, Serbiya ərazi bütövlüyünü heç nəyə satmaz.
XS
SM
MD
LG