Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

Türkiyədə 52 generalın həbsinə sanksiya verilib


Tutulanlar arasında Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özdən Örnək də var
Tutulanlar arasında Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özdən Örnək də var
Türkiyədə «Balyoz» hərbi çevriliş planı iddiası ilə əlaqədar aparılan istintaq çərçivəsində 102 hərbçi haqqında həbs qətimkan tədbiri seçilib.

Məhkəmə 196 nəfərin adının keçdiyi cinayət işi üzrə istefada və fəaliyyətdə olan 102 hərbçinin həbsinə sanksiya verib. Bu şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Özdən Örnək, 1-ci ordunun keçmiş komandanı Çətin Doğan da var. Bu şəxslər daha əvvəl da saxlanılmış, lakin məhkəmənin qərarı ilə istintaq müddətində sərbəst buraxılmışdılar.

Ümumilikdə həbsinə qərar verilən 102 nəfərdən 52-si generaldır. Bu generalların 26-sı istefada, 26-sı isə hazırda ordu sıralarında xidmətdədir. İş üzrə ilk məhkəmə iclası dekabrın 16-da keçiriləcək.

«Balyoz»da adı keçən şəxslər Türkiyənin mövcud hökumətini devirmək üçün plan hazırlamaqda ittiham olunurlar. / Habertürk – APA /
XS
SM
MD
LG